Sual (111) :
Salamun əleykum. Quranda gələn «Zikr əhli» kimdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Nəhl» surəsində «bilmədiyinizi zikr əhlindən soruşun» buyurduğunda, kimə müraciət olunması nəzərdə tutulur?
İmam Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zikr əhli bizik və bizdən də soruşmalısınız». İmam Baqir (ə): «Zikr Quran, zikr əhli isə, Peyğəmbərin (s) Əhli-beytidir. Onlardan da soruşmaq lazımdır»[4151].
İbn Abbas uyğun ayənin təfsirində deyir: «Zikr əhli Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyndir».
Zikrin mənası agahlıq və xatırlama olduğundan, bu sözün Qurani-kərimə aid edilməsi tam məntiqəuyğundur. Quran zikr hesab olunduğu təqdirdə, Peyğəmbər (s) və onun əhli-beytinin (ə) zikr əhli olması inkaredilməzdir.
Təəccüblü də olsa, bəziləri «zikr əhli»ni «kitab əhli» kimi tərcümə etmişdir. İmam Əli ibn Musa ər-Riza (ə) «zikr əhli» ifadəsini yəhudi və məsihi alimlərinə aid edənlərə belə buyurur: «Sübhanəllah! Məgər belə bir şey mümkündürmü?! Əgər biz yəhudi və məsihi alimlərinə müraciət etsək, onlar bizi öz məzhəblərinə dəvət edərlər. Zikr əhli bizik!»[4152].
Yuxarıda deyilənlərdən aydın oldu ki, insan onu maraqlandıran məsələ barədə mütəxəssisə müraciət etməlidir. Hər bir şəxs öz xəstəliyinin müalicəsi üçün etibarlı həkim axtardığı kimi, dini məsələlərdə də ən ədalətli və ən alim müctehidə üz tutmalıdır.
[4151] Â «Nurus-səqəleyn», 3-cü cild, səh. 55.
[4152] Â «Nurus-səqəleyn», 3-cü cild səh. 57.
Allah sizə yar olsun.
Sual (112) :
Salamun əleykum. Süd necə yaranır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsanın ixtiyarına verilmiş dəyərli ilahi nemətlərdən biri də süddür. Qurani-kərimdə buyurulur: «Şübhəsiz ki, mal-heyvanda sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içiririk»[4156].
Bətnində körpə olan ana qidalanır və bu qidaların təsiri qanda özünü büruzə verir. Qan dövranı sisteminin çıxışı, körpəni («cənin») qan dövranı sistemi ilə əlaqələnir. Körpə nə qədər ki, ana bətnindədir, bu yolla qidalanır. Uşaq doğulduqdan sonra anadakı körpəni qidalandırma çıxışı, onun döşünə ötürülür. Ananın yedikləri tam həzm olmamış bir növ qida ilə qan arasında süd yaranır. Süd nə həzm olmuş qida, nə də qandır. Ana döşündə proteinli süd hazırlanarkən, əlavə olaraq yalnız bədəndəki turşulardan istifadə olunur. Hazırlanan südün tərkibindəki vitaminlərin, duzun, fosfatın, şəkərin qandan götürüldüyü məlumdur. Süd qida maddələrinin qan vasitəsi ilə sorulmasından yaranır.
Elmi hesablamalara əsasən, ana döşündə bir litr südün hazırlanması üçün ən azı beş yüz litr qan bu üzvdən dövr etməlidir. Hansı ki, bir litr qanın yaranması üçün bu qandan qat-qat artıq qida qəbul olunmalıdır. Demək, ana döşündə gedən proseslərin mahiyyəti, hələ də elm üçün qaranlıqdır. Həzrət Peyğəmbər (s) buyurur: «Suyu və qidanı tam əvəz edə biləcək yeganə şey, süddür».
«Nəhl» surəsi, ayə 66. Allah sizə yar olsun.
Sual (113) :
Salamun əleykum. İnsana həqiqəti anlamaqda mane olan nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həqiqət nə qədər aşkar görünsə də, onu kor gözlə görmək mümkün deyil. Həqiqəti tanımaq üçün onun aşkar görünməsi nə qədər zəruridirsə, görən gözə də bir o qədər ehtiyac vardır. Axı kor, günəşin işığını necə görə bilər?!
İnsanın həqiqəti tanımasına mane olan yanlış mühakimələr, nəfs istəklərinə tabeçilik, kor-koranə tərəfbazlıq, təkəbbür və bu kimi başqa mənfi təzahürlərdir. Ruh çirkləndikcə, həqiqəti dərk etmək də çətinləşir.
Bir hədisdə buyurulduğuna görə, əgər şeytanlar Adəm övladının qəlbini dövrəyə almasaydılar, insanlar fəzanın dərinliklərini seyr edə bilərdilər. Bəs şeytanlardan necə qurtulmalı? Qurani-kərimdə buyurulur: «Həqiqətən iman gətirib, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir»[4159].
Demək, doğru yol yolçuları üçün ilkin şərt, nəfsin paklandırılması və təqvadır. Qurani-kərim doğru yol göstərən ilahi kitab olduğu halda, nəfsinə uyan insanlar hətta Qurandan da öz yanlış mühakimələrinin sübutu üçün istifadə edirlər. Ona görə də, «Bəqərə» surəsinin 2-ci ayəsində buyurulur: «Bu heç bir şəkk-şübhə olmayan və müttəqilərə doğru yol göstərən kitabdır».
[4159] «Nəhl» surəsi, ayə 99-100.
Allah sizə yar olsun.
Sual (114) :
Salamun əleykum.Quranda gəlmiş "Kovsər"dən məqsəd nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
"Kövsər" çoxlu xeyir mənasındadır. Onun üçün çoxlu dəlil və faktlar qeyd etmək olar. Məsələn: Kövsər arxı və hovuzu, şəfaət, nübüvvət, hikmət, elm, çoxlu nəsl, çoxlu zürriyyə və sair.
Kövsərin iki mənası var, biri dünyaya aid (Fatimeyi- Zəhra (s), o biri isə axirətə (kövsər hovuzu)- na aiddir. Kövsər hovuzu, Behiştdə ləzzətli bir suyun mənbəyidir ki, çox genişdir və behişt əhli qiyamətin dayanacaqlarını və məhşərin çətinliklərini arxada qoyandan sonra, Behiştə daxil olmadan sonra, dərhal ora daxil olacaqlar, və susuz dodaqlarını o su ilə doyurub və təsəvvür edilməz bir ləzzət alacaqlar. Bu hovuzdan iki arx axır və Behiştdə axmaqdadadır. Onun mənbəyi Allahın ərşinin sutunu olur.
Kövsər hövuzu, əziz Peyğəmbər (s)- in xüsusi hovuzudur. Onun su paylayanı imam Əli (ə) və digər məsum imamlar (ə)- dərlar. O biri Peyğəmbərlərin də, öz ardıcılları üçün, xüsusi hovuzları var, amma islam Peyğəmbəri (s)- nin hovuzunun bərəkəti və genişliyində deyildirlər.
Daha geniş cavab
"Kövsər" "Fovəl" vəznində, "kəsrətdən" götürülən bir vəsf olub və "çoxlu" xeyir" mənasındadır. Bu kəlmənin mənası o qədər geniş və ümumidir ki, çoxlu mənalara o cümlədən "sonsuz xeyirə" də şamil ola bilər. Mübarək kövsər surəsində olan "kövsər" kəlməsi üçün, şiə və süni təfsirlərində "kövsər" kəlməsi üçün çoxlu mənalar qeyd olubdur ki, onların hamısı çoxlu xeyirin mənalarından sayılır. Bu mənalar kimi: 1. Kövsər arxı və hovuzu... 2. Qiyamət günündə bpyük şəfaət məqamı. 3. Nübuvvət. 4. Hikmət və elm. 5. Quran. 6. Ardıcıl və səhabələrin çoxluğu. 7. Möcüzələrin çoxluğu. 8. Elm və əməlin çoxluğu . 9. Tövhid və onun əndazəsi. 10. Allahın dünya və axirətdə Peyğəmbər (s)- ə olan nemətləri. 11. Uzun zaman qalan çoxlu nəsil və zürriyyə. Şübhəsiz nəslin çoxluğu və Peyğəmbər (s)- in nəslinin qalması, onun bahalı gövhər qızı Fatimeyi Zəhranın (s) vücudundan nəşətlənibdir. Deməli "kövsərin"ən bariz mənası həzrəti Zəhra (s)- ın mübarək vücududur. Bu reallığı açıqlayan və bu həqiqətin sübutu, kövsər surəsinin ayələrinin üslubu və nazil olma səbəbidir. Bəli Fatimə (s)- in vücudu çoxlu xeyirin mənbəyidir ki, həm Pryğəmbər (s)- in Peyğəmbərliyinin qiyamət gününə kimi qalmasına səbəb olubdur, həm də onun pak nəslinin əbədiliyinə səbəbdir. [4160]
Ona görə də, Kövsər hovuzuna aid rəvayətlərə, kövsər surəsinin nazi olma səbəbinə və ayələrin üslub və mətninə istinad etməklə belə nəticə almaq olar: "Kövsərin" iki aydın mənası var ki, biri dünyada, o biri isə axirətdədir. Onun dünyəvi mənası "Məhəmmədi kövsər"dir, Fatimeyi Zəhradır ki, Peyğəmbər (s)- nin pak nəsli və övladlarının mənbəyidir ki, o və onun nəsli camaatı dünyada ilahi ədəb, əhkam, əxlaq və maarifdən doydurublar. Onun digər mənası "behişti kövsər"dir. Behiştdə bir hovuzdur ki, Əli (ə) və digər məsum imamlar (ə) onun su paylayanı olanlar və məhşər səhrasından xilas olan susuzların ağızlarını sudan doydurarlar. [4161]
Kövsər hovuzunun təsviri
Allah rəsulu (s)- ın dilindən kövsər hövuzunun təsvirləri:
Kövsər hovuzu Behiştdə çoxlu xeyirə malik bir arxdır ki, bir hovuzdan tökülür və onun ətrafında, səmanın ulduzları qədər qablar düzülübdür. Mənim ümmətim behiştdə daxil olandan sonra, ona daxil olarlar. Mənim yanımda mədinədən Yəmənə kimi genişlikdə ya Mədinədən Ommana kimi olan genişlikdə bir hovuz var ki, onun ətrafı qızıldandır və böyük lolo və mərcan daşları üzərində axar. Kim ondan içərsə, heç vaxt susamaz. Ora daxil olan ilk şəxslər kasıb mühacirlər (Məkkədən Mədinəyə köçənlər) olarlar. Onun su su paylayanı və rəhbəri mövla Əmirəlmöminin Əli (ə)- dir. Mömindər kövsər suyundan içəndən sonra Peyğəmbər (s)- in ətrafına cəm olub və bir- birləri ilə görüşməkdən sevinərlər. Kövsərin çeşməsi, vəsilər (ə) və onların şiələrinin məkanə olan ərşin gövdəsindən qaynaqlanır. Oradan iki navalça ilə hovuza tökülür, sonra iki arx ilə behiştdə axır. Hər bir Peyğəmbərin behiştdə bir arxı var və onların hovuzuna daxil olanların çoxluğuna görə bir- birinə fəxr edərlər, amma, mən, mənim hovuzuma daxil olanların digərlərindən daha çox olmasına ümidvaram. [4162]
Kövsər hovuzu məsum imamların sözündə:
"Əmirəl- möminin (ə) buyurdular: Bizim kövsər hovuzu doludur. Ona behiştdən iki arx tökülür, biri təsnim çeşməsindən, o biri isə muin çeşməsindən". [4163]
Mötəbər hədisdə, imam Sadiq (ə) buyurdular: Bizim müsibətimizə görə, ürəyi qəmlənən şəxs, ölən zaman şad olar. Elə şadlıq ki, kövsər hövuzunda bizim yanımıza gələnə kimi, o şadlıq heç vaxt onun qəlbindən çıxmaz. Kövsər bizim dostumuz ona daxil olduğuna görə, sevinər. O qədər ki, ona növbənöv yeməklərin ləzzətindən daddırar ki, oradan başqa yerə getmək istəməz. kim ondan bir şərbət içsə, heç vaxt susamaz və ondan sonra heç vaxt yorğunluq görməz. o kafur kimi sərin, müşk iyli, zəncil dadlı, baldan daha şirin, qaymaqdan daha yumşaq, göz yaşından saf və ənbərdən daha yaxşı iylidir. Behiştin təsnim çeşməsindən qaynayır. Behiştin arxlarının hamısından keçir və yaqut və mirvari və daşları üzərində axır. Bizim müsibətimizə ağlayan hər göz, kövsərə baxmaqla şad və xoşhal olar. Bizim dostlarımızın hamısına bizə itaət və məhəbbət etmələri miqdarında, onun suyundan verərlər. Ondan ləzzət alar və kimin məhəbbəti çox olsa, ləzzəti də çox olacaq. [4164]
Qeyd olunması yaxşı olan məsələ budur ki, şübhəsiz məsum on iki imam (ə)- ın hamısı qiyamət günündə kövsər hovuzunun su paylayanıdırlar. Necə ki, hədislərdən və dəlillərdən aşkardır və imam Hüseyn (ə) buyurdular: " و نحن وُلاة الحوض نسقى وُلاتنا" kövsər hovuzunun sahibləri bizik, öz dostlarımızı sudan doyurarıq." [4165] Necə ki, Peyğəmbər (s) onun huzuruna daxil olanların digərlərindən daha çox olmalarına ümid edirlər, kövsər adını və onun təsviri olanlardan olmasını arzu edər. Amma məlumdur ki, əgər bu arzu həqiqi olsa, ona əl tapmaq üçün çalışmaq lazımdır. Azuqəni əldə edəndən sonrada, bu mayanın daxili və xarici, cin və insanlardan olan şeytanlar və yol kəsənlər vasitəsilə qarət olmaması və ya bəlaya düçar olmaması üçün onu qorumaq lazımdır. Əks təqdirdə, zəhmətlər puç olacaq və nəticəsi olmayacaq və onun hovuza daxil olması, yuxu və xəyala çeviriləcək. Yuxu və xəyalla şadlanmaq və məqsədə yetişmək üçün çalışmamaq və ona hazırlaşmamaq, bihudə arzu və diqqətsiz bir işdir.
Ümid edirik ki, Allah dünyada bizi əhli beytin (ə) maarifindən və onların eşqindən faydalandırsın, axirətdə kövsər hövuzunun kənarında, bizim gözlərimizi onların gözü ilə işıqlandırsın və susuz canımızı onların əli ilə sudan doyursun. Ona görə də, nüdbə duasında oxuyuruq:
"... واسقنا من حوض جده صلى الله عليه وآله بكاسه و بيده ريّا رويّا هنيئاً سائغاً لاظمأ
بعده يا ارحم الراحمين"
(İlahi) bizi əsrin imamının (ə) babasının hovuzundan, onun (ə) piyaləsi və əli ilə sirab elə. Elə sudan doymaq ki, ondan sonra heç vaxt susuzluq olmasın. Ey rəhimlərin ən rəhimlisi".
Mənbələr:
1. Xarəzmi, Məqtəl, cild 2, səh 33
2. Zəməxşuri, Məhmud ibn ömər, Kəşşaf, cild 20, səh 806- 808
3. Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- mizan, cild 20, səh 370- 373
4. təbərisi, Fəzl ibn Həsən, Məcməul- bəyan, cild 5, səh 548- 549
5. Əllamə Məclisi, Biharul- ənvar, cild 8, səh 18
6. Əllamə Məclisi, Həqqul- yəqin, səh 453- 455
7. Feyz Kaşani, Molla Möhsin, Məhcətül- bəyza, cild 8, səh 352- 353
8. Mühəddis Qummi, Əbbas, Məfatihul- cinan, Nüdbə duası,
9. Misbah Yəzdi, Məhəmməd Təqi Kövsərin saf suyundan bir piyalə, səh 19- 22
[4160] Müraciət edin: Misbah Yəzdi, Məhəmməd Təqi kövsərin saf suyundan bir piyalə, səh 20- 22, Əllamə ,təbatəayi, Məhəmməd Hüseyn, Təfsirul- mizan, cild 20, səh 370, və müxtəlif təfsirlər, kövsər surəsinin barəsində
[4161] Əlbəttə "Məhəmməd kövsəri" və Behişt kövsəri" arasındakı əlaqə və nisbəti anlamağın çoxlu düşünmə və araşdırmağa ehtiyacı var. Bəlkə belə demək olar ki, adi insanların düşüncəsi, onu anlamaq və təsəvvür etməyə acizdir.
[4162] Müraciət edin: Feyz Kaşani, Möhsin, Məhcətül- bəyza, cild 8, səh 352- 353 və kövsər surəsi barəsində olan müxtəlif təfsirlər.
[4163] Əllamə Məclisi, Həqqul- yəqin, səh 453. biharul- ənvar, cild 8, səh 18
[4164] Əllamə Məclisi, Həqqul- yəqin, səh 455
[4165] Biharul- ənvar, cild 45, səh 49
Allah sizə yar olsun.
Sual (115) :
Salamun əleykum.Quran oxunan zaman susub, onu dinləmək vacibdirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu barədə Quranda buyurulur: «Quran oxunan zaman, onu dinləyin və susun ki, bəlkə rəhm olunasınız» «Əraf» surəsi, ayə 204.
İbn Əbbas nəql edir ki, ilk əvvəllər müsəlmanlar namaz zamanı söhbət edər, bir-birlərinə sual verərdilər. Yuxarıdakı ayə nazil olduqdan sonra namaz zamanı əlavə danışıqlar qadağan edildi.
Bəs başqa vaxtlar necə, Quran oxunarkən danışmaq olarmı? Rəvayət olunur ki, imam Sadiq (ə) buyurmuşdur: «İstər namaz vaxtı, istərsə də başqa vaxtlar Quran oxunduğunu eşidərkən susub, onu dinləmək lazımdır». Hətta, bəzi hədislərə əsasən, Quran oxunduğunu eşidən pişnamaz yaxşı olar ki, ayə qurtaranadək susub, onu dinləsin.
Yuxarıda deyilənlərdən aydın olur ki, Quran oxunduğunu eşidən zaman, susmaq çox bəyənilmiş bir işdir. Bununla belə susmaq, vacib deyildir. İslami mənbələrdə belə bir mülahizə də vardır ki, cəmiyyət namazında iqtida edənlərin namazın birinci və ikinci rəkətlərində qiraət zamanı sakit dayanması uyğun ayədəki göstərişə əsaslanır. Amma bu halda da, susmaq vacib deyildir (İqtida edən şəxs astadan zikr edə bilər).
Allah sizə yar olsun.
Sual (116) :
Salamun əleykum.Düşmən güclüdürsə, döyüşdən qaçmaq olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yuxarıdakı suala Quran ayələri belə cavab verir:
«Ey iman gətirənlər, döyüş meydanında kafirlərlə rastlaşdığınız zaman dönüb qaçmayın»[4089].
«İçərinizdə iyirmi səbirli kişi olsa, min kafirə qalib gələr»[4090].
«Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün kafirələrə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin»[4091]. «Allahın izni olmayınca, heç kəsə ölüm yoxdur»[4092].
«Sizin içərinizdən iki dəstə qorxaraq, geri çəkilmək fikirinə düşmüşdü. Hansı ki, Allah onların yardımçısı idi. Möminlər gərək Allaha təvəkkül etsinlər»[4093].
«...Kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni cəhənnəmdir»[4094].
Ayələrdən açıq-aşkar görünür ki, döyüşdən qaçmaq İslamda böyük günahlardan hesab olunur.
İmam Əli ibn Musa ər-Riza (ə) belə buyurur: «Allah-təala cihaddan qaçmağı ona görə haram buyurub ki, dində süstlüyə, Peyğəmbər və imamların proqramlarının təhqirinə səbəb olur. Müsəlmanların döyüşdən qaçması səbəbindən düşmən cəsarətə gəlir».
Həzrət Əli (ə) cihaddan qaçmağa münasibətini belə bildirir: «Heç zaman düşmən qoşununun qarşısından qaçmadım və kimsə meydanda mənimlə üz-üzə gəlmədi. Kim gəldisə, torpağı qanıyla sirab etdim»[4095].
[4089] «Ənfal» surəsi, ayə 15.
[4090] «Ənfal» surəsi, ayə 65.
[4091] «Ənfal» surəsi, ayə 60.
[4092] «Ali-imran» surəsi, ayə 145.
[4093] «Ali-imran» surəsi, ayə 122.
[4094] «Ənfal» surəsi, ayə 16.
[4095] «Nurus-Səqəleyn», 2-ci cild səh.139.
Allah sizə yar olsun.
Sual (117) :
Salamun əleykum.Özünü Peyğəmbər məscidinin sütununa bağlayan kim idi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Təfsirçilərin fikirincə, «Bilə-bilə Allaha, onun peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin» «Ənfal» surəsi, 27-ci ayə Əbu Ləbabə haqqında nazil olmuşdu. Əbu Ləbabə kimdir?
İmam Sadiq (ə) buyurur ki, həzrət Peyğəmbərin (s) göstərişi ilə Mədinə yəhudilərindən bir hissəsi itaətsizliklərinə görə, iyirmi bir gün mühasirədə saxlandılar. Nəhayət, sülh təklif etməyə məcbur oldular. Həzrət (s) onların xəyanətkarlığından şübhələnərək, Səd ibn Məaza tabe olmalarını istədi. Lakin yəhudilər, Əbu Ləbabənin hakim olmasını arzuladılar.
Peyğəmbər (s) bu təklifi qəbul edib, Əbu Ləbabəni onların yanına göndərdi. Söhbət zamanı yəhudilər Əbu Ləbabədən Səd ibn Məaz haqqında soruşdular. Əbu Ləbabə boğazına işarə edərək, Səd ibn Məazı qəbul etməyin onlar üçün ölümə bərabər olduğunu anlatdı. Əbu Ləbabənin xəyanətindən Peyğəmbəri (s) agah edən ayə nazil oldu. Əbu Ləbabə hələ adı çəkilən məclisdən durmamış, şeytana uyaraq, xəyanət etdiyini anladı. Öz xəyanətindən peşman olmuş Əbu Ləbabə, özünü peyğəmbər məscidində kəndirlə sütuna bağlayıb, «Allah-təala tövbəmi qəbul etməsə, ölənədək ac və susuz qalacağam», dedi. Yeddi gün, yeddi gecə bağlı vəziyyətdə qalan Əbu Ləbabə huşunu itirəndən sonra tövbəsi qəbul oldu. Həzrət Peyğəmbər (s) özü Əbu Ləbabəni sütundan açdı. Bütün var-yoxunu sədəqə vermək istəyən tövbəkara, «üçdə birini versən yetər» -deyə buyurdu.
Allah sizə yar olsun.
Sual (118) :
Salamun əleykum.Əsrin imamı Mehdi (ə) nə zaman zühur edəcək?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dünyada zülmün ərşə dirənəcəyi bir zaman, ədalət müjdəli xilaskarın zühuru əksər təkallahlı dinlərin inancıdır. İslam dinində bu xilaskarın on ikinci imam həzrət Mehdi (ə) olduğu bildirilir: «O, bir kəsdir ki, öz rəsulunu hidayət və doğru dinlə göndərdi. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərə qalib edər»[4101].
Bu ayəni təfsir edən alimlər, nəhayətdə, İslamın bütün dinlərə qalib gələcəyini və bütün yer üzünə yayılacağını xəbər verirlər. Hər il Avropa, Amerika, Afrika və dünyanın müxtəlif nöqtələrində minlərlə insanın İslam dinini qəbul etməsi, deyilənlərə əyani sübutdur. Amma mötəbər hədislərə əsasən, İslam yalnız imam Mehdinin (ə) zühurundan sonra bütün dünyanı tam əhatə edəcəkdir. İmam Baqir (ə) yuxarıdakı ayənin təfsirində belə buyurur: «Bu ayədə verilən vəd Məhəmməd (s) ailəsindən olan Mehdinin (ə) zühuru zamanı həyata keçəcəkdir. Həmin gün yer üzündə Məhəmməd (s) həqiqətini təsdiq etməyən bir nəfər də qalmayacaq»[4102].
Eyni ayənin təfsirində imam Sadiq (ə) buyurur: «Hələ ki, bu ayənin mahiyyəti gerçəkləşməyib. O zaman gerçəkləşəcək ki, Mehdi (ə) zühur edəcək və dünyada bir nəfər də olsun kafir qalmayacaq»[4103].
Hədislərdə həzrəti Mehdinin (ə) zühur əlamətləri geniş şərh olunmuşdur. Qısaca, bunu demək olar ki, zühur ərəfəsində dünyada küfr, sitəm, günah öz son həddinə çatacaqdır. Amma bu zühurun dəqiq vaxtı haqqında məlumat, yalnız Allah-təalanın ixtiyarındadır.
[4101] «Tövbə» surəsi, ayə 33.
[4102] «Məcməül-bəyan».
[4103] «İkmalid-din».
Allah sizə yar olsun.
Sual (119) :
Salamun əleykum.Fəqirlə miskin arasında fərq varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Təfsirçilərin fikirincə fəqir o şəxsdir ki, dolanışıq çətinliyi olsa da, işsiz deyil və kimsəyə ağız açmır. Miskin isə, böyük ehtiyac içində olan işsiz bir insandır və bu səbəbdən də, ağız açmağa məcburdur. Miskin sözünün lüğəti mənası, fəqirliyin təsirindən dayanmış kəsdir. Bu məna Qurani-kərimdə də təsdiq olunur. «Bələd» surəsinin 16-cı ayəsində «torpağa sərilmiş miskin» ifadəsi ilə rastlaşırıq. Müxtəlif ayələrdə miskinin doyurulması haqqında verilən göstərişlər bir daha sübut edir ki, miskinlər hətta bir qarın çörəyə möhtac olan aclardır.
Hansı ki, fəqir dedikdə, maddi çətinliyə düşmüş, lakin heç zaman kimsəyə əl açmayan insanlar nəzərdə tutulmalıdır. Belə şəxslər haqqında «Bəqərə» surəsinin 273-cü ayəsində buyurulur: «Belə şəxslər həyalı olub, dilənçilikdən çəkindiklərinə görə, nadanlar onları dövlətli hesab edirlər».
İmam Sadiqdən (ə) fəqir və miskin haqqında soruşulanda, Həzrət (ə) belə buyurdu: «Fəqir əl açmayan şəxsdir. Miskinin isə, halı ondan da ağır olduğu üçün xalqa əl açır» «Vəsailuş-şiə», 6-cı cild, səh.144.
Allah sizə yar olsun.
Sual (120) :
Salamun əleykum.Şimşəyin faydası varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bildiyimiz kimi, şimşək mənfi və müsbət yüklü iki buludun bir-birinə yaxınlaşmasından yaranır. Bu hadisə, mənfi və müsbət yüklü iki naqil bir-birinə toxunduqda qığılcım yaranmasının oxşarıdır. Bütün təbiət hadisələrində istər cəmiyyət, istərsə də təbiət üçün faydalar olduğunu bilirik. Bəs şimşəyin faydası nədir? Qurani-kərimdə buyurulur: «Sizə qorxu və ümid məqsədi ilə şimşək göstərən, ağır buludları yaradan da Odur» «Rəd» surəsi, ayə 12.
Ayədən göründüyü kimi, şimşəyin ilkin faydası, insanları Allah-təalanın əzəmətindən xəbərdar etməkdir. Buludla yer arasında yaranan belə şimşəkləri «saiqə» adlandırmışlar. Müsbət yüklü bulud həmişə mənfi yüklü yerə yaxınlaşdıqda, saiqə yaranır. «Allah onların vasitəsi ilə istədiyini vurar» ayəsində saiqə nəzərdə tutulur.
«Təbiətin zarafatı» adlandırılan şimşəyin, bir sıra təbii faydaları da vardır. On beş min dərəcə santiqrad istilik yaradan şimşəklər, havanı yandırır və bunun ardınca havanın təzyiqinin dərhal enməsi nəticəsində buludlardan yağış yağır. Həmin yüksək temperaturda yağış damlaları artıq oksigendən yaranır və belə su, «ağır su» adlanır. Bu suyun formulu N₂O₂ -dir. Ağır su isə, güclü mikroböldürücü xüsusiyyətə malikdir.
Yüksək temperaturda yaranmış yağış damlalarının tərkibində karbon turşusu olduğundan, bu yağış həm də torpaq üçün gübrə funksiyasını daşıyır.
Allah sizə yar olsun.