Allahın adı ilə.
Əleykumus-salam.
Təğabun surəsində, mal-dövlətdən söhbət açıb onu fitnə kimi ünvanlaşdırdıqdan sonra buyurur:
"Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) borc versəniz, Allah sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən və həlimdir! Hədid surəsi-11.
"Qərz" (borc) sözü ərəbcədən, bir şeyin qət olunmasına deyilir. Əgər "həsənə" (gözəl), sözü ilə birlikdə işləsə, maldan ayırıb xeyir işə sərf etmək mə`nasındadır. Ayədən mə`lum olur ki, borc vermək günahların bağışlanmasına səbəb olur. Həmçinin, mə`lum olur ki, Allah-taala da Öz bəndələrinə bu əməlin müqabilində böyük mükafatlar verməklə, onlardan təşəkkür edir. Hədid surəsində oxuyuruq:
"Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, Allah da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat gözləyir! “Hədid surəsi-18
Yenədə həmin surədə buyurur:
"Şübhəsiz ki, infaq (Allah yolunda xərc) edən kişi və qadınların, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlərin mükafatları qat-qat artırılacaqdır. Onları həmdə çox qiymətli bir mükafat gözləyir!
Bə`ziləri ehtimal verirlər ki ayədəki, "gözəl borc" sözündən məqsəd, bəndələrə borc verib sonra onu almaqdır. Çünki, Allahın Özünün borca ehtiyacı yoxdur. Mö`min bəndələrin borca ehtiyacları vardır. Lakin, ayələrin ləhnindən mə`lum olur ki, "gözəl borc" sözündən məqsəd, "Allah yolunda xərc etmək" nəzərdə tutulur. Bununla belə bəndələrə borc vermək də böyük fəzilət sayılır.Bəqərə surəsi-245
Quranın Bəqərə surəsində buyurur: "Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, Allah da onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada) gördüyünüz işlərin əvəzini almaq üçün Onun hüzuruna qaytarılacaqsınınız.” Bəqərə surəsi-278.
Allah sizə yar olsun.
İkinci sualınıza gəldikdə isə deməliyik ki, peyğəmbərliyin ilk üç ilində o həzrət gizli şəkildə təbliğat aparır və islama dəvətini ələni etmirdi. Üç ildən sonra Allah taaladan əmr gəldi ki dəvətini ələni elə. Qalan on ildə də müşriklər peyğəmbər və onun tərəfdarlarını öz nəzarəti altında saxlayır və onları əziyyət edirdilər və bilirdilər ki, nəqədər ki peyğəmbər və müsəlmanlar onların nəzarəti altındadır, bir iş görə bilməzlər. Yəni müsəlmanlar belə bir çətin şərayitdə, müşriklər üçün heç bir təhlükəsi yox idi. Çünki ancaq elə özlərini qoruya bilirdilər. Heç bir güc və qüvvələri yox idi. Amma Allah taaladan hicrət əmri gələndə müsəlmanlar hicrət etməyə başladılar. Müşriklər müsəlmanların onların nəzarəti altından çıxmasını özlərini üçün böyük təhlükə bildilər. Onlar bildilər ki əgər müsəlmanlar Məkkədən kənara gedib özləri üçün bir böyük dəstə yaradıb düşərgə yaradarlarsa, gələcəkdə artıq onlarla mübarizə edə bilməyəcəklər. Peyğmbərin də hicrət edib onlara qoşulması bu düşərgənin daha da güclənməsinə səbəb olacaqdı. Ona görə də peyğəmbəri qətlə yetirmək qərarına gəldilər. Əgər peyğəmbəri qətlə yetirsəydilər, müsəlmanlar nə qədər çox olsalar da peyğəmbər kimi bir rəhbərin olmaması nəticəsində müşriklərə qələbə çala bilməyəcəkdilıər.
Allah sizə yar olsun.ÂÂ