Sual (81) : Salamun əleykum. İslam ayinlərində konkret neçə günah kəbirə günah sayılır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Kəbirə günahlar iki yolla tanına bilər:
1. Əgər bir günaha görə Allah-təala Qurani-məciddə əzab vəd etmişdirsə, bu günah istisnasız olaraq kəbirə günahdır;
2. Məsumlardan nəql olunmuş rəvayətlərdə böyük günahlar konkret şəkildə sadalanmışdır. Məsələn, imam Əli ibn Musa Riza (ə) Əbbasi xəlifəsi Məmuna yazdığı məktubda kəbirə günahların adını çəkir. Hədis ayə və rəvayətlərə əsaslanaraq İslam ayinlərində kəbirə hesab olunan günahların siyahısını nəzərinizə çatdırırıq. Allah bu günahlardan çəkinməkdə yardımçımız olsun:
1. Qətl; 2. Zina; 3. Spirtli içkilərin qəbulu; 4. Namazı tərk etmək; 5. Yetimin malını zorla yemək; 6. Cihad meydanından qaçmaq; 7. Sələmçilik; 8. Qumarbazlıq; 9. Hər cür zülm; 10. Livat (həmcinsbazlıq); 11. Zalıma kömək; 12. Zalıma sığınmaq; 13. Xalqın haqqını yubatmaq; 14. Yalan; 15. Xəyanət; 16. Allah övliyaları ilə savaş; 17. Ata-ananı incitmək; 18. Pak adamlara böhtan atmaq; 19. Qeybət; 20. Allahın qəzəbinə və cəzasına etinasızlıq; 21. Həcc əməlinə etinasızlıq; 22. Təkəbbür; 23. İsraf və tələf etmə; 24. Donuz əti yemək; 25. Qan yemək; 26. Murdar ət yemək; 27. Allahın adı ilə kəsilməmiş heyvanın ətini yemək; 28. Allahın mərhəmətindən ümidsizlik; 29. Əskik satmaq; 30. Kiçik günahı təkrarlamaq; 31. Zəkat ödəməmək; 32. Yaxınlarla əlaqəni kəsmək; 33. Əhdi sındırmaq; 34. Şəhadəti gizlətmək; 35. Yalan and...
Yuxarıda kəbirə günahların əhəmiyyətli bir hissəsi sadalandı. Bir çox alimlərin fikrincə, yuxarıda sadalananlardan da başqa böyük günahlar vardır.

Allah sizə yar olsun.
Sual (82) : Salamun əleykum. İnsanı bircə günah məhv edə bilərmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəzən kiçik bir virus insanın bütün orqanizmini iflic edir. Bir çınqı yüz mərtəbəli binanı kömür parçasına döndərir. Bir an paxıllıq insanı qətlə vadar edir. Bir anlıq vəzifəyə tamah insanın əlini imamın qanına bulayır. Adətən hər adi günah daha böyük günah üçün şərait yaradır. “Qazandığı günahlarla əhatə olunan insanlar cəhənnəmlikdirlər.”[4517]
Həya pərdəsi yırtıldıqdan sonra günah etmək asanlaşır. “Kumeyl” duasında oxuyuruq: “Allahım, ismət pərdəsini yırtan, paklığı viran qoyan günahlarımı bağışla.”

Allah sizə yar olsun.
Sual (83) : Salamun əleykum. İnsanları yaxşılığa necə dəvət edək?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsanları həqiqətə müxtəlif yollarla çağırmaq olar:
1. Bir çox ayələrdə buyurulduğu kimi, əsas dəvət yollarından biri sözlə (dillə) dəvətdir.
2. Əməli dəvət. Quran “libasını təmizlə” buyurur. [4507]  Yəni insan əvvəlcə özünü təmizləməlidir.
3. Birbaşa dəvət. Quran “xoş danışın, namaz qılın, zəkat verin”, deyə əmr edir. [4508]  İnsanları birbaşa da haqqa çağırmaq olar.
4. Dolayı dəvət. İnsanlara Qurandan əhvalatlar danışmaqla onlara doğru yolu göstərmək olar. Məsələn, qardaşlarının, oyun bəhanəsi ilə Yusifi aldadıb quyuya atdıqlarından xəbərdar olan həmsöhbətiniz başa düşər ki, düşmənlər insanı idman pərdəsi altında yolundan azdıra bilər.
5. Ümumi dəvət. Allah öz peyğəmbərinə bütün xalqı dəvət etməyi buyurmuşdur.
6. Xüsusi dəvət. Peyğəmbərlər öz ailələrini doğru yola dəvət edirdilər. [4509] 
7. Qohumları dəvət. [4510] 
8. Həmvətənləri dəvət. [4511] 
9. Bəşəriyyəti dəvət. [4512] 
Bəli, mərcan gəzən üzgüçü, ova çıxmış balıqçı dənizin bir nöqtəsində durub qalmamalı, böyük qazanc istəyində olan tacir dükanda çeşidləri artırmalıdır.
[4507]  “Müddəssir”, 4.
[4508]  “Bəqərə”, 83.
[4509]  “Məryəm”, 55; “Əhzab”, 59.
[4510]  “Şüəra”, 214.
[4511]  “Ənam”, 92.
[4512]  “Əraf”, 158.
Allah sizə yar olsun.
Sual (84) : Salamun əleykum. Bildiyimiz kimi, İslamda yalan böyük günah sayılır. Bəs İslam ayinlərində adı çəkilən icazə verilmiş, məsləhət olan yalan hansıdır? Peyğəmbərlər və imamlar belə yalan danışmışlarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yalan zatən fövqəladə pis bir işdir. Bir çox ictimai bəlaların əsasını yalan təşkil edir
Əhli-beytdən nəql olunmuş bir çox rəvayətlərdə yalan başqa günahların açarı sayılır.
Bir məsələ də var ki, müəyyən hallarda doğru söz böyük fitnə-fəsad yaradır. Bu istisna hallarda həmin doğru söz danışılmasa, əmin-amanlıq təmin oluna bilər. Məsələn, bir şəxs o birinin haqqında pis sözlər danışmışsa və biz bu sözləri eşitmişiksə, bizdən bu barədə soruşulduqda düz danışa bilmərik. Çünki haqqında deyilmiş pis sözlərdən xəbər tutan ikinci şəxs qəzəblənib, dava-dalaş sala bilər. Belə hallarda doğru danışmaq bəyənilməmişdir. İslam fitnə-fəsadın qarşısını almaq üçün belə hallarda yalan danışmağı mümkün sayır. Amma unutmamalıyıq ki, bu istisna bir haldır. Yalnız xüsusi hallarda yalan danışmaq mümkündür. Məsləhətli yalan halaldır deyə, belə yalanları vərdişə çevirmək günahdır.
İslamda yalan o qədər çirkin sayılmışdır ki, hətta düzgün danışmaq mümkünsüz olduqda belə, yalan danışmaq yox, “tövriyyə” etməyə icazə verilir. Fəqihlər arasında bu termin çox işlədilir. Tövriyyə odur ki, yalan danışmaq zəruri olduqda yalan əvəzində elə bir cümlə işlədilsin ki, dinləyici deyilən sözü başqa cür anlasın. Məsələn, bir şəxs başqa bir şəxsin onun haqqında pis söz deyib-demədiyini soruşduqda cavab veririk ki, yox. Dinləyici elə başa düşür ki, biz onun haqqında pis söz eşitməmişik. Bizsə bu sözü deyərkən nəzərdə tuturuq ki, yox, yəni mən onun dediklərini deyə bilmərəm. Demək, İslam dinində istisna hallarda yalana yox, tövriyyəyə icazə verilmişdir.
Unutmamalıyıq ki, vəzifəsi tövriyyə etmək olan insan doğru danışarsa, günah etmişdir. Qeyd edək ki, Quran ayələrində heç bir məsləhətli yalan və tövriyyə haqqında xatırlatma yoxdur.

Allah sizə yar olsun.
Sual (85) : Salamun əleykum. Eşitmişəm ki, bəzi hallarda yalan danışmaq olar. Bu düzgündürmü?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yalan zatən fövqəladə pis bir işdir. Bir çox ictimai bəlaların əsasını yalan təşkil edir. Əhli-beytdən nəql olunmuş bir çox rəvayətlərdə yalan başqa günahların açarı sayılır.
Bir məsələ də var ki, müəyyən hallarda doğru söz böyük fitnə-fəsad yaradır. Bu istisna hallarda həmin doğru söz danışılmasa, əmin-amanlıq təmin oluna bilər. Məsələn, bir şəxs o birinin haqqında pis sözlər danışmışsa və biz bu sözləri eşitmişiksə, bizdən bu barədə soruşulduqda düz danışa bilmərik. Çünki haqqında deyilmiş pis sözlərdən xəbər tutan ikinci şəxs qəzəblənib, dava-dalaş sala bilər. Belə hallarda doğru danışmaq bəyənilməmişdir. İslam fitnə-fəsadın qarşısını almaq üçün belə hallarda yalan danışmağı mümkün sayır. Amma unutmamalıyıq ki, bu istisna bir haldır. Yalnız xüsusi hallarda yalan danışmaq mümkündür. Məsləhətli yalan halaldır deyə, belə yalanları vərdişə çevirmək günahdır.
İslamda yalan o qədər çirkin sayılmışdır ki, hətta düzgün danışmaq mümkünsüz olduqda belə, yalan danışmaq yox, “tövriyyə” etməyə icazə verilir. Fəqihlər arasında bu termin çox işlədilir. Tövriyyə odur ki, yalan danışmaq zəruri olduqda yalan əvəzində elə bir cümlə işlədilsin ki, dinləyici deyilən sözü başqa cür anlasın. Məsələn, bir şəxs başqa bir şəxsin onun haqqında pis söz deyib-demədiyini soruşduqda cavab veririk ki, yox. Dinləyici elə başa düşür ki, biz onun haqqında pis söz eşitməmişik. Bizsə bu sözü deyərkən nəzərdə tuturuq ki, yox, yəni mən onun dediklərini deyə bilmərəm. Demək, İslam dinində istisna hallarda yalana yox, tövriyyəyə icazə verilmişdir.
Unutmamalıyıq ki, vəzifəsi tövriyyə etmək olan insan doğru danışarsa, günah etmişdir. Qeyd edək ki, Quran ayələrində heç bir məsləhətli yalan və tövriyyə haqqında xatırlatma yoxdur.

Allah sizə yar olsun.
Sual (86) : Salamun əleykum. İnsan etdiyi yaxşılığı gizlətməkdən ötrü yalan danışa bilərmi? Əgər olmazsa nə etməlidir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hər bir halda yalan demək pisdir, lakin bəzən iki nəfərin arasında sülh yaratmaq, zalımın şərrini dəf etmək və ya digər zəruri hallarda məsləhətə uyğun məcburən yalan demək olar. Yəni belə bir halda pislə daha pis arasında pis seçilir. Qeyd etdiyiniz halda isə yalan deməyə ehtiyac yoxdur, ən azından qarşı tərəfin fikrini başqa vasitələrlə yayındırmağa çalışmalısınız.
Əgər kimsə bilmədən yalan danışıbsa, tövbə edib Allahdan günahlarının bağışlanmasını diləməlidir.

Allah sizə yar olsun.
Sual (87) : Salamun əleykum. Müsəlman yalan danışa bilərmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İstər müsəlman, istərsə də qeyri-müsəlmanlar arasında yalan ən çirkin sifətlərdən hesab olunur. Qurani-kərimdə bu barədə buyurulur: «Yalanı, ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar»[4518].
İmam Sadiq (ə) buyurur: «İnsanların rüku və səcdələrinin uzunluğuna baxmayın. Bu adət üzündən də ola bilər. Amma onların düzlüyü və etibarına diqqət edin»[4519].
İmam Baqir (ə) buyurur: «Allah bütün pislikləri qıfıllayıb və şərab qıfılların açarıdır. Yalan isə, şərabdan da pisdir»[4520].
Yalanla günah arasında əsaslı rabitə vardır. Günahkar insan doğru danışarsa, rüsvay olar. O öz günahını örtmək üçün yalana əl atmağa məcburdur.
Bir şəxs həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, ərz etdi: «Ya Rəsullullah! Həm namaz qılmıram, həm günaha yol verirəm, həm də yalan danışıram. Bunlardan hansını birinci tərk edim?». Həzrət Peyğəmbər (s) ona məsləhət gördü ki, əvvəlcə yalanı atsın. Peyğəmbərin (s) yanından çıxan həmin şəxs, bir az sonra günah etmək istədikdə yadına düşdü ki, Həzrətə doğru cavab verməlidir və doğru cavab verməsə, cəzalanacaq. Ona görə də bütün günahlarına tövbə etdi.
Başqa bir vaxt isə həzrət Peyğəmbərdən (s) soruşdular:
- Müsəlman qorxaq ola bilərmi?
Həzrət (s) buyurdu
- Mümkündür.
- Müsəlman paxıl ola bilərmi?
O həzrət mümkün olduğunu bildirdi.
- Müsəlman yalan danışa bilərmi?
Həzrət (s) «müsəlman yalan danışa bilməz»- deyə buyurdu.
[4518]  «Nəhl» surəsi, ayə 105.
[4519]  «Səfinətül-bihar», {mənbə kamil deyil}.
[4520]  «Üsuli-kafi,» 2-ci cild, səh. 254.

Allah sizə yar olsun.
Sual (88) : Salamun əleykum. Qadın ərinə yalan danışarsa və ya nəyisə ondan gizlədərsə, bunu necə açıqlamaq olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yalan danışmaq hər bir halda pislənilir. Qadının ərinə, ərin xanımına yalan danışması və ya onların bir-birilərindən nəyisə gizlətməsi də çox pis haldır. Bunların kökü araşdırılmalı və uygun addımlar atılmalıdır. Həmçinin, ailədə səmimiyyət yaradılmalıdır ki, qarşı tərəflər bir-birilərindən qorxmadan öz sirlərini açıqlaya bilsinlər. Hər bir halda, səbirlə, güzəştlə ailə problemləri yoluna qoyulmalıdır. Yersiz əsəbləşmək, tez qərara gəlib hokm verməklə iş həll ola bilməz.
Allah sizə yar olsun.
Sual (89) : Salamun əleykum.Bütü sındırmaq günahdırmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Beş ülul-əzm peyğəmbərdən biri olan İbrahimin (ə) ilahi məqamı kimsədə şübhə doğurmur. Allah-təala İbrahim haqqında buyurur: «Yadına sal ki, Rəbbi İbrahimi bir neçə sözlə imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda, Allah ona buyurdu: «Səni insanlara imam təyin edəcəyəm» «Bəqərə» surəsi, ayə 124. .
Burada İbrahimi yada salmağımız təsadüfi deyil. O, məhz büt sındırmaqla şöhrət tapmış peyğəmbərdir. Bir müddət məntiq və dəlillə ətrafındakıları bütpərəstlikdən çəkindirib, bir Allaha üz tutmağa çağıran peyğəmbər istehza ilə qarşılandı. Artıq əməli fəaliyyətə keçməyin vaxtı idi. Bütxananı xəlvət görən İbrahim (ə) vəzifəsini yerinə yetirmək qərarına gəldi.
Bayram münasibəti ilə şəhər kənarına çıxmış bütpərəstlər geri qayıdıb, bütxanaya daxil olanda, gördükləri səhnədən dəhşətə gəldilər. Sağ-salamat qoyub getdikləri bütlər, qol-qıçı sınmış halda ətrafa səpələnmişdi. Onlar «allahlarımızın başına bu oyunu kim gətirib», deyə fəryad qopardılar.
Nəhayət, təxminən 16 yaşlı İbrahim (ə) tutulub, mühakimə üçün zalım Nəmrudun hüzuruna gətirildi. İbrahimin «bəlkə, bu işi böyük büt görüb» sözləri bütpərəstləri tamam çaşdırdı. Onun məqsədi, bütlərin acizliyini ətrafdakılara anlatmaq idi. Bütpərəstlər İbrahimin sözlərindən bir anlıq oyansalar da, cəhalət üstün gəldi. Nəmrudun əmri ilə İbrahim oda atıldı.
Yuxarıda deyilənlərdən aydın oldu ki, bütləri sındırmaq nəinki, günah deyil, hətta vacib bir dini vəzifədir. Bunu da unutmaq olmaz ki, büt təkcə taxtadan və ya daşdan yonulmuş heykəl deyil. İnsanı Allahdan uzaqlaşdıran hər bir əşya, hər bir əyləncə, hər bir bağlılıq bütdür. Allahdan qeyrisinə könül verib, bəndəlik məqamını unutmaq bütpərəstlikdir.

Allah sizə yar olsun.
Sual (90) : Salamun əleykum.İsmətli qadına zina isnad etməyin cəzası nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam dinində böyük günahlardan biri də, böhtandır. Allah-təala iman gətirmiş bəndələri birliyə çağırır və müsəlman cəmiyyətini parçalayan bütün əməlləri ittiham edir. Cəmiyyətdəki nizamı pozan, hakimləri ədalətsiz qərarlar çıxarmağa sövq edən böhtançılar üçün ciddi cəzalar nəzərdə tutulur.
Bəzi böhtan söz çərçivəsindən çıxıb, günahsız insanların bədbəxtçiliyinə səbəb olur. Əksər cəmiyyətlərdə təsadüf olunan yalançı şahidləri gözünüz önünə gətirin. Onlar öz çirkin nəfs istəklərini həyata keçirmək üçün kimə gəldi böhtan yağdırır, günahsız insanların cəzalandırılmasından zövq alırlar.
Cəmiyyətdə insanların xoşbəxt həyatına əngəl törədən, onların əxlaqına təcavüz edən qruplardan biri də, zinakarlardır. Qeyri-qanuni cinsi əlaqə, bəşəriyyətin genefondunu zəhərləyən bir təzahürdür. İslam dinində zinakarlara qarşı ilahi həddlər müəyyənləşdirilmişdir. Lakin zinakarlığı iddia olunan insan, heç də həmişə deyildiyi kimi olmur. Mütləq ədalətə əsaslanan İslam, zinakar qadınlarla barışmaz olduğu qədər, ismətli qadınların da iffətini müqəddəs tutur. Qurani-kərimdə buyurulur: «İsmətli qadınlara zina isnad edib, sonra dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun...»[4191].
İsmətli qadınlara böhtan atdığı məlum olan şəxs cəzalandırıldıqdan sonra belə, gələcəkdə şahidlik haqqından məhrum edilir. Ayənin davamında buyurulur: «...Onların şəhadətini heç vaxt qəbul etməyin».
İmam Sadiq (ə) buyurur: «Müsəlmanı onda olmayan xüsusiyyətə görə ittiham edən şəxsin qəlbindəki iman əriyər. Necə ki, duz suda əriyir!»[4192].
[4191]  «Nur» surəsi, ayə 4.
[4192]  «Üsuli-kafi» {mənbə kamil deyil}.


Allah sizə yar olsun.
Go to TOP