Sual (71) : Salamun əleykum. Nə üçün Quranda başqalarının qeybətini etmək qardaş meyitinin ətini yeməyə bənzədilir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Hucurat” surəsinin 12-ci ayəsindəki bu bənzətmənin müxtəlif səbəbləri var:
1. Ölü özünü müdafiə edə bilmədiyi kimi, qeybəti olunan şəxs də söhbətdə iştirak etmədiyindən özünü müdafiə edə bilmir.
2. Ölüyə vurulan yara sağalmadığı kimi, qeybəti olunan şəxsin itirilmiş hörmətini qaytarmaq da mümkünsüzdür. İnsana vurulan maddi ziyanı ödəmək olur, amma açılmış eybi yenidən örtmək qeyri-mümkündür. İstər ciddi, istərsə zarafata edilən qeybət günahdır.
3. Bədəndəki ət tədricən artdığı kimi, insanın hörməti də zərrə-zərrə artır. Hər hansı bir insanın bu sayaq çətinliklə qazandığı hörməti onun qeybətini etməklə bada vermək necə də böyük cinayətdir!

Allah sizə yar olsun.
Sual (72) : Salamun əleykum. Əgər namaz qılmayan bir şəxsin arxasınca danışılarsa qeybət sayılırmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şeyx Ənsari (rəh) qeybətin tərifində: Hədislərdən və Alimlərin qeybətin tərifi barəsində olan sözlərindən nəticə alırıq ki, qeybət ibarətdir: İnsanların arxasınca danışmaq, bir söz ki, qeybəti olunan şəxs o sözləri sevmir. Qeybət (kəbirə) böyük günahlardan sayılır, ayə və rəvayətlərdə onun tərk edilməsinə təkid olunmuşdur.
Məsumlardan bizə çatan rəvayətlərə əsasən, qeybətin həqiqəti odur ki, əgər bir kəs digərinin olmadığında bir sözlər desin ki, o şıxs o sözləri eşitdikdə narahat olsun. İstər onda olan nöqsanlar üçün olsun misal üçün bədənində və yaxud özündə, istərsə də dünya və dinində olsun, və yaxud da bir şey olsun ki, ona bağlı olsun.
Ama kimlərin qeybətinin olunması haramdır dedikdə: Aya bütün mömin müsəlmanlar ki, Allaha və qiyamət gününə iman gətirib müsəlman olmaqlarında payidardırlar, və ya...? Bir çox alimlər də bu barədə olan mətləblərdən istifadə edərək deyirlər: Başqalarının arxasınca qeybət etməyin haram olmasının əsası, o ehtirama görədir ki, insan dinin vasitəsiylə ona nail olur. buna görə də o şəxslər ki, mömin deyildirlər və özləri öz istəkləriylə iman gətirməmişdirlər, onların hörməti yoxdur və onların qeybəti olunması rəva görülmüşdür.
Bunu da qeyd etmək lazımdır ki, qeybətdə bir neçə şərt etibarlı sayılır ki, onların yaranması zamanı qeybət hesab olunur; misal üçün:
1- Qeybəti olunan şəxs orada olmasın.
2- O söz eyb və nöqsan hesab olsun.
3- Bu eyb gizli eybi olsun.
4- O şıxs arxasınca söylənilən sözləri eşitdikdə narahat olsun.
5- O sözləri deyən bu məqsədlə desin ki, onun nöqsanlarını açıqlasın.

Allah sizə yar olsun.
Sual (73) : Salamun əleykum. Fəsad nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əvvəlcə onu qeyd edək ki, «fəsad» «səlah»ın antonimidir. Dini mənbələrə istinad etsək, görərik ki, fəsad əşyanın istər az, istərsə də çox miqdar tarazlıq halından çıxmasıdır. Səlah isə, onun ziddinə olaraq, tarazlıq halətidir. Sadə dillə desək, fəsad, günah və fitnə, səlah isə savab və xeyirdir. Bütün fərdi və ictimai fəaliyyətlərdəki ifratçılıq və təfritçilik fəsad hesab edilir. Qurani-kərimin müxtəlif ayələrində bu mövzuya toxunulur:
«Yer üzündə fəsad törədər və islah olmazlar».
«Allah-təala fəsad törədənləri, saleh əməl sahiblərindən fərqləndirir».
«İslah ol və fəsad törədənlərin ardınca getmə».
«İman gətirib saleh iş görənləri, yer üzündə fəsad törədənlərlə eyni tutmarıq».
Müxtəlif ayələrdə fəsad törətmək Allah və peyğəmbərlərlə vuruşmaq, insanın qətli hər cür azğınlıqa aid edilir.
Yer üzündə fəsad törədənlər sırasında ilkin adı çəkilənlərdən biri Firondur. Artıq həlak olacağını anlayan Firon iman gətirdiyini bildirəndə, ona buyurulur: «İndimi? Halbuki, əvvəlcə Allaha qarşı çıxmış və fəsad törədənlərdən oluşdun».
Bəzən oğurluq fəsad hesab edilir. Yusif peyğəmbərin qardaşları oğurluqda ittiham olunduqları zaman deyirlər: «Biz, Misir torpağına fəsad salmaq üçün gəlməmişik».

Allah sizə yar olsun.
Sual (74) : Salamun əleykum. Dünyagirlik də məzəmmət olunmuşdurmu?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ayə və rəvayətlərdə dünyaya bağlılıq ciddi məzəmmət olunmuşdur. “Ali-İmran” surəsinin 185-ci ayəsində buyurulur: “Dünya həyatı aldadıcı matahdan başqa bir şey deyil.” Başqa bir ayədə oxuyuruq: “Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil və təqvalılar üçün axirət evi daha faydalıdır. Heç düşünmüsünüzmü? (“Ənam, 32) “Hədid” surəsinin 20-ci ayəsində isə belə buyurulur: “Bilin ki, dünya həyatı oyun-oyuncaqdan, bər-bəzəkdən, var-dövlət və övladı artırıb öyünməkdən başqa bir şey deyil”
Həzrət Əli (ə) buyurur: “Mən sizi dünyadan həzər etməyə çağırıram. Çünki o, şirin və gözəl görünür”; “Dünya arzular evidir. Bir zaman fani olar və əhli ondan köçər. O, şirin və gözəl görünər, istəyənlərə tərəf tələsər, baxanların qəlbinə sevgisini salar.”
Əmirəl-möminin Əlinin (ə) “Nəhcül-bəlağə” kitabında dünya və dünyaya bağlı insanlar məzəmmət olunur. Həzrət (ə) insanların müvəqqəti dünyaya yox, əbədi axirət haqqında düşünməyə çağırır. O, insanları iki dəstəyə bölür: qəlbi nəfs istəkləri ilə dolu dünya əhli və Allah eşqinin sorağınca gəzən axirət əhli. Bu iki dəstənin hər birinin öz yaşayış proqramları vardır.
“Ali İmran” surəsinin 145-ci ayəsində buyurulur: “Bu dünyanın mənfəətini istəyənlərə dünya mənfəətindən, axirət savabı istəyənlərə isə axirət savabından verərik”.
Başqa bir ayədə oxuyuruq: “Var-dövlət və övladlar dünya həyatının bəzəyi, saleh əməl isə daha xeyirlidir”(kəşf, 46).

Allah sizə yar olsun.
Sual (75) : Salamun əleykum. Yalan böyük günahlardan hesab olunurmu?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yalan böyük günah hesab olunur. Bütün səmavi dinlər, eləcə də, İslam yalanı haram bilir. İslam peyğəmbəri (s) buyurur: “Kəbirə günahların ən böyüyü şirk, valideynin üzünə ağ olmaq və yalandır“; “Mömin üzürsüz olaraq yalan danışarsa, 70 min mələk ona lənət oxuyar.”
Yalan bəşəriyyətin açıq düşmənidir. O, narkotik maddə kimi insanların şüurunu məhv edib, həqiqətlərin üstünə pərdə çəkir. Yalan insanın şəxsiyyətini şübhə altına alır. İslam peyğəmbəri (s) buyurur: “Üç qism insan namaz qılıb oruc tutsa da, münafiqdir: yalançı, vədinə vəfa etməyən və əmanətə xəyanət edən.” Həzrət Əli (ə) buyurur: “İnsan zaman imanın ləzzətini dadır ki, hətta zarafata olsa belə yalanı tərk edir.”
Cəmiyyət doğru informasiyaya ehtiyaclıdır. Təsəvvür edin ki, gözləri bağlanmış insan qarşısındakı quyulardan sağ-salamat keçmək üçün ətrafındakılardan məlumat alır. Əgər ətrafdakılar yolu quyu, quyunu yol kimi tanıtdırsalar, gözü bağlı insanı nə gözləyir?!
Yaşadığımız dünyada elə qlobal yalanlarla rastlaşırıq ki, ən mötəbər təşkilatlara belə inam itir. Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal etdiyi halda, dünya Azərbaycanı ittiham edir. İsrail Fələstin torpaqlarını qəsb etdiyi halda, fələstinlilər terorist adlandırılır. Odur ki, yalan ayaq tutub yeriyir deyirlər.

Allah sizə yar olsun.
Sual (76) : Salamun əleykum. İslamda üç halda yalan danışmaqa icazə var:1. muharibədə doyuş zamanı.2. İki momin dostu barışdırmaq üçün. 3. Ailə dağılmaq təhlükəsi ilə qarşılaşarsa.bu duzgundur? Bəs əgər yalan danışılası insan bununla islam qanunlarının ədalətinə şubhə edərsə, haqqına girildiyini iddia edərsə? Bbəs əgər Allahın bu mərhəmətindən istifadə etməyib, düz danısılsa, məsələn ailə dağılsa bununla da Allahın qəzəbinə gəlmək olarmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yalan hər bir halda psidir. Lakin bəzən pislə ən pis qarşisinda qalarkən İslam pisi yerinə yetirməyi icazə verir. Məslən, yalan danişmaq pisdir, lakin ailənin dagılması isə daha pisdir. Bunun qarşısını almaqdan otru zəruri həddə yalan danışmaq olar. Hər bir halda vəzifəsini yerinə yetirməyən şəxs gunahkardır.
Allah sizə yar olsun.
Sual (77) : Salamun əleykum. Böyük günahlar dedikdə hansı günahlar nəzərdə tutulur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bir günah o zaman böyük (kəbirə) sayılır ki, həmin günah müqabilində Quranda od vəd edilsin və ya uyğun günahın böyük hesab edilməsi üçün yetərli dəlil olsun. “Yeni risalədə” təqdim olunmuş ardıçıllıqla böyük günahları nəzərinizə çatdırırıq:
Allahın rəhmətindən ümidsizlik; özünü Allahın cəzasından amanda bilmək; Allah, peyğəmbər və imamın adından yalan danışmaq; insanı haqsız yerə öldürmək; ata-anaya itaətsizlik; yetimin malını zorla yemək; sehr və cadu; zina; həmcinsbazlıq; oğurluq; yalandan and içmək; şahidliyi gizlətmək; yalançı şahidlik; əhdi pozmaq; vəsiyyətə əməl etməmək; spirtli içkilərin qəbulu; sələmçilik; haram yemək; qumar; mürdar ət yemək; qan yemək; donuz əti yemək; şəri qaydada kəsilməmiş heyvanın ətini yemək; ölçüdə və çəkidə aldatma; müsəlman ölkəsinə hicrətdən sonra küfp ölkəsinə qayıdış; zalıma gömək; zalıma etimad; üzürsüz səbəbdən haqqı ödəməmək; yalan; təkəbbür; israf; tələfçilik; xəyanət; qeybət; söz gəzdirmək; faydasız oyunlarla məşğulluq; həcci kiçik iş bilmək; namazın tərki; zəkat ödəməmək; kiçik günahı davam etdirmək və s.
Allah-təala böyük günahlardan uzaqlaşacağı təqdirdə insana kiçik günahlarını bağışlayacağını vəd etsə də, kiçik günahları davam etdirmək özü böyük hesab olunur. İnsan bir işin günah olduğunu anlayan kimi dərhal tövbə etməlidir.

Allah sizə yar olsun.
Sual (78) : Salamun əleykum. Kiçik və böyük günahları bir-birindən necə fərqləndirmək olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Səğirə və kəbirə günahlar Quran ayələrində fərqləndirilmişdir: “Əgər böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızı örtərik.” Bəs günahın böyüklüyü hansı ölçü ilə təyin olunur?
Fəqihlərimiz deyirlər ki, istər kiçik olsun, istər böyük, Allahın əmri ilə müxalifətçilik böyük günahdır. Bununla belə günahlar iki dəstəyə bölünmüşdür: kəbirə günahlar, səğirə günahlar. Bu günahları bir-birindən fərqləndirmək yolu çoxdur. Əgər bir günaha görə Quranda və rəvayətlərdə əzab vəd olunmuşsa, bu günah böyük günahdır. Məsələn, günahsız insanın öldürülməsi böyük günahdır. Quran bu barədə buyurur: “İmanlı şəxsi bilərəkdən öldürənin cəzası cəhənnəmdir.”
Başqa bir qrup alimin fikrincə, ciddi şəkildə qadağan olunan günahlar da kəbirə günahlardır. Bu əsasla da Quranda əzab vəd edilməmiş bəzi günahları da böyük günahlar cərgəsinə daxil etmişlər.
Məsələn, sələm haqqında Quranda belə buyurulur: “Bilin ki, Allah və Onun rəsulu sizinlə (bu işə görə) savaşa qalxacaqdır.” İslam şəriətində sələmçiliyin böyük günah sayılması üçün belə bir ifadə kifayət sayılmışdır. Hətta rəvayətlərdə də bu günaha görə əzab vəd edilməmiş olsaydı, ayədəki sərt bəyanat sələmin haram sayılması üçün yetərdi. Demək, eyni bir günah həm böyük, həm də kiçik ola bilməz. Əgər günah müqabilində əzab vəd olunmuşsa və ya bu günah sərt şəkildə qadağan edilmişsə, onu kəbirə günah saymalıyıq.

Allah sizə yar olsun.
Sual (79) : Salamun əleykum. Böyük günahlar təmizlənirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Böyük günahlar barəsibdə ayə və hədislər böyük əzabların olacağını vədə veriblər. (Bundan əlavə meyarlarda vardır) Həmçinin kiçik günahların təkrar oolunması böyük günahlara çüvrilir.
Allah Taala tövbəkarlara bütün günahlarının bağışlanmasını söz vermişdir. Allahın haqqı barəsində (namaz, oruc, və sair) insan tövbə etməli və onların qəzasını yerinə yetirməlidir. Amma insanların haqqında (dava- dalaş, oğurluq, qüşvət və sair) isə tövbə etməklə yanaşı onların haqqını özlərinə qaytarmalıdır. Əgər belə olunarsa Allah- Taala hamının günahını bağışlayar.

Allah sizə yar olsun.
Sual (80) : Salamun əleykum. Böyük günahların ölçü vahidi nədir? Biz onu necə tanıya bilərik?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu suallar barəsində bir neçə nəzər vardır ki, biz onların bəzilərini aşağıda qeyd edirik:
1). O günahlar ki, Quranda və hədisdə böyük günahlar sırasında qeyd olunmuşdur.
2). O günahlar ki, Quranda və hədisdə onların müqabilində cəhənnəm əzabı vədə verilmişdir.
3). Quranda və hədislərdə çox böyük və bağışlanmaz cilvələnən hədislər.
4). O günahlar ki, mömin və müctəhidlərin nəzərində böyük sayılar; Amma bir şərtlə ki, bu günahın böyük olmasını İmamlar (ə) demiş olsun.[ Dəstğeyb, əbdül- Hüseyn, böyük günahlat kitabı, cild 1, səh 26.]
5). Bütün günahlar böyükdür. Çünki, hədisdə buyurulmuşdur ki, heç bir günah kiçik sayıla bilməz. Çünki, hər bir günah Ulu Tanrının müqabilində baş verir. Əgər biz onun müqabilində, onun əmrindən çıxırıqsa bu özü böyük günah saylır.[ Ləvame Sahib qərani, cild 2, səh 368. ] İmam Sadiq (ə) buyurur: "Günahların kiçikliyinə deyil, kimin qarşısında günah etdiyinizə baxın"[ Mizan- əl hikmə, 6602- ci hədis)
Günahları böyük və kiçik dəstəyə bölənlər aşağıdakı kiçik günahları böyük sayırlar: [- Dəsğeyb, Yenə də ora, cild 2, səh 373- 279.]
1). Kiçik günahları etməklə israrlı olsun; Peyğəmbərimiz buyurmuşdur: İstiğfar etməklə böyük günahlar bağışlanmaz. Kiçik günahlara təkrar surətdə əməl etdikdən sonra tövbənin mənası yoxdur. (Yəni o artıq böyük günaha çevrilmişdir).[ Mizan- əl hikmə, Rey şəhri, 6617- ci hədis.]
2). Günahları kiçik saymaq: İmam Əli (ə) buyurmuşdur: "Ən böyük günah odur ki, onun sahibi o günahı kiçik saysın".[ Yenə də ora, 6562- ci hədis]
3). Günahdan sonra xoş hal olmaq: Peyğəmbərimiz (s) buyurub: "Günah edən kəs günah halında gülərsə, (qiyamətdə) ağlayan halda cəhənnəmə daxil olar".[ Böyük günahlar, səh 280, Bihar, cild 6 səh 36.]
Allah Taala böyük günahların bağışlanması barəsində müqəddəs Qurani- kərimdə buyurmuşdur: "Ey kar bəndələrim! Mənim rəhmətimdən naümid olmayın. Allah- Taala bütün günahları bağışlayandır.[ Zümər surəsi, ayə 53.]
Əllamə Təba- təbai İmam Baqir (ə)- dan nəql edir ki, bu ayə ən çox ümid verən ayələrdəndir.[ Əl- mizan təfsirinin tərcüməsi, cild 20, səh 526.]
Bu ayədə "bütün günahların" bağışlanmasından söhbət açılır. Amma biz yaxşı bilirik ki, Allaha şərik qoşmaq və bu kimi günahlar bağışlanmır. Bu yerdə gərək əsil tövbəni şərt olaraq qəbul edək. Yəni belə də deyil ki, Allah Taala hər kəsi necə gəldi bağışlasın. Hər bir bağışlanmaq üçün səbəb lazımdır. Bu səbəblərin ən ümdəsi isə tövbədir. Amma Qurani kərim bağışlanmaq üçün iki əsas yol qoymuşdur. Birincisi şəfaət, İkincisi isə tövbədir.
Yuxarıda qeyd etdiyimiz ayədə bütün insanlar nəzərdə tutulmuşdur. Bu yerdə şəfaətin mənası yoxdur. Çünki Quran ayəsinə istinad edərək deyə bilərik ki, müşriklər üçün şəfaət qəbul olunmayacaqdır. İkinci məsələ isə tövbə anlamıdır. Ayə tövbə məsələsinə aid edilir. Çünki, Quran ayəsi tövbə vasitəsi ilə bütün günahların bağışlanmasını söyləyir.[ Yenə də ora, cild 17, səh 425.]
Amma bu yerdə belə bir sual irəli gəlir ki, Allah Taala necə bir tövbə ilə müxtəlif günahları bağışlayır. Axı bu günahların sırasında insanların da haqqı var?
Allahın haqqı olan günaglardan tövbənin vasitəsi ilə bir şərtlə bağışlanırsan ki, bir daha o günaha tərəf getməyəsən və yerinə yetirmədiyin əməllərin qəzasını yerinə yetirəsən. O cümlədən qılınmayan namazları qəza niyyəti ilə qılasan, orucları tutasan və sair. Amma insanların haqqı olan böyük günahların bağışlanması üçün peşimançılıqdan və tövbədən əlavə haqqı boynunda olan insanlardan halallıq almaq vacibdir. Yəni günahın əsas bağışlanmaq şərti budur.
İmam Baqir (ə) buyurmuşdur: Allah yolunda şəhid olanların bütün günahları bağışlanar.
Amma şəhidlikdən öncə onun boynunda kiminsə borcu var idisə gərək pul sahibindən halallıq alınsın və ya o pulun miqdarı ödənilsin".[- Böyük günahlar, cild 2, səh 6, Kafi, cild 5, səh 94, din bab, səh 93.] Şəhid Döstğeyb ayə və hədislərə istinad edərək buyurub: "Əgər insan Allahın haqını o cümlədən orucu, namazı və sair yerinə yetirməyibsə tövbə etməklə yanaşı onların rizasını yerinə yetirməlidir. Yox əgər kiməsə zülm edibsə, haqqını yeyibsə tövbə ilə yanaşı halallıq almalı və mənimsədiyi əmlakı sahibinə qaytarmalıdır. Amma əgər boynunda qisas varsa (kimisə öldürübsə) özünü onun sahibinə təslim etməlidir. Qisas sahibi ondan qisas tələb edə və ya qan pulu da ala bilər. Əgər bunların heç biri olmasa onu bağışlamaqla ona bu günahın əzabından nicat verə bilər.[ Yenə də ora, cild 2, səh 434.]
Deməli Allahın köməkliyi ilə qeyd olunan şərtlər əməl olunsa bütün günahlar bağışlanar.

Allah sizə yar olsun.
Go to TOP