Sual (61) : Salamun əleykum. Göz zinası ve istimna kəbirə günahlardırmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Naməhrəmə ləzzət qəsdi ilə baxmaq və həmçinin "istimna" etnək (əlin hərəkəti ilə özündən sperma xaric etmək) böyük günahlaran sayılır. Çünki rəvayətlərdə bu günahların cəzasının atəş və cəhənnəm olduğu bəyan edilmişdir. Və rəvayətlərə əsasən də cəzası cəhənnəm odu olan hər bir günah "kəbirə" (böyük günah) sayılır.
Allah sizə yar olsun.
Sual (62) : Salamun əleykum. Nə üçün zina etmək olmaz?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ayə və hədislərdə zinanın böyük günahlardan olduğuna kifayət qədər dəlil vardır. Ümumiyyətlə, bəşər tarixi boyu bu əməl ən çirkin əməllərdən hesab olunmuşdur. «Əl-minar» təfsirində belə bir rəvayət nəql olunur: «Böyük bir məclisdə cavan bir oğlan ayağa qalxıb, həzrət Məhəmmədə (s) belə bir sual verdi: «Mənə icazə verərsənmi zina edim?». Məclisdən onun bu sualına etiraz səsləri ucaldı. Amma həzrət Peyğəmbər (s) mülayimliklə onu yaxına çağırıb, qarşısında əyləşdirdi və məhəbbətlə soruşdu: «Əgər bir şəxs sənin anan və ya bacınla zina etmək istəsə, razı olarsanmı?». Gənc «razı olmaram» dedi. Həzrət sözünü belə sona yetirdi: «Bil ki, xalq da onun qızları ilə zina edilməsinə razı deyildir».
Allah sizə yar olsun.
Sual (63) : Salamun əleykum. Həsədlə necə mübarizə aparmaq olar? Həsəd təkcə kişinin bir neçə arvadı arasında yox, bütün işlərdə vardır. Həsəd özünün tam mənasında ruhi xəstəlik olduğuna görə onun üçün çarə yolu olmalıdır. Onun müalicə yolunu necə olursa-olsun, əldə etməliyik.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həsəd insanın özündə xarlıq və həqarət hissi keçirməsindən irəli gəlir. Bunun da ardınca insan “başqalarına verilən nemətlər ümumiyyətlə olmasın!” deyə arzu edir.
Bu ruhiyyənin müalicəsi üçün çoxlu yollar təklif edilmişdir:
1. Bu xislətin ruha, dinə, dünya və axirətə vurduğu zərərlər barəsinə təfəkkür etmək;
2. Allah-taalaya imanı gücləndirmək;
3. Həsədin tələbinin tamamilə əksinə olan gözəl rəftarlar göstərmək;
4. Allah-taala dərgahında dua və raz-niyaz etmək. Belə ki, bu yol ruhi xəstəliklərin məhv edilib kökünün kəsilməsi üçün ən yaxşı üslublardan biridir.
Suala cavab vermək, həsədin köklərini və onun müalicə yollarını bəyan etmək üçün aşağıdakı mətləbləri qeyd edirik:
Həsədin tərifi, onun qibtə və qeyrət ilə fərqi, həsədin yaranma əsasları, onun aradan aparılma yolları və üslubları.
1. Həsədin tərifi:
Həsəd insanın özündə başqalarına nisbətən xarlıq hissi keçirməsi və özünü onlardan alçaq hesab etməsidir ki, bunun ardınca “başqaları, malik olduqları (həqiqi və ya xəyali) nemətlərə malik olmasın!” deyə arzu edir, istər o nemətlər onun özündə də olsun, istərsə də olmasın; istər ona nail olsun, istərsə də nail olmasın.
2. Həsədin qibtə ilə olan fərqi
Qibtə bir ruhiyyədir ki, onun ardınca insan başqalarının malik olduğu nemət və kamallara özünün də malik olmasını istəyir, amma başqalarının həmin nemətdən məhrum olmasını arzu etmir.
3. Həsədin qeyrətlə olan fərqi
Qeyrət elə bir ruhiyyədir ki, onun ardınca insan başqalarından hər növ çirkinlik və pisliyin aradan getməsini istəyir
4. Həsədin mənşəyi və yaranma kökləri
Həsədin müxtəlif mənşəyi və amilləri vardır. Bu amillərin hər biri də təklikdə həsədin yaranmasına səbəb ola bilər. Bu amillərin az (zəif) və ya çox (şiddətli) olmasına bağlı olaraq həsədin aradan aparılması da çətin və ya asan ola bilər. İndi bu amillərin bəzilərini qeyd edirik:
a) Batini çirkinlik. Bəzilərinin ruhiyyələri mənfi istiqamətdə elə formalaşır ki, başqalarında maddi və mənəvi nemətləri heç bir vəchlə görməyə tab gətirə bilmirlər.
b) Öz daxilində xarlıq və boşluq hissi. Yəni insan özündə xarlıq və zəlillik hiss etdiyinə görə başqalarında kamal və yaxşılığı görməyə tab gətirə bilmir.
v) Özünü tərifləmək və xudbinlik. Bəziləri yalnız özünün təriflənməsini və məşhurlaşmasını istəyir, buna görə də başqalarında olan kamalların məhv olmasınmı arzulayırlar.
q) Düşmənçilik ruhiyyəsi: Həsəd etdiyi şəxsə qarşı düşmənçilik etdiyinə görə onun gözəlliklərini və malik olduğu fəzilətləri görə bilmir.
5. Həsədin müalicə yolları
a) Həsədin insanın ruhuna qoyduğu zərərlər barəsində fikirləşmək. Çünki həsəd edən şəxs daim qəm-qüssə içərisindədir. Allahın başqalarına verdiyi ilahi nemətlər həm əbədi və həmişəlik, həm də sonsuzdur. O da bu nemətləri görməklə daxilində nigarançılıq və xiffət odunla yanır.
b) Məsumların (əleyhimus-salam) həsəd edən şəxsin din və axirət zərərləri barəsindəki bəyanlarında təfəkkür etmək. Onların bəziləri aşağıdakılardır: həsəd dinin bəlasıdır, imanı məhv edib aradan aparır, insanı Allah-taalaya məhəbbət və vilayət hüdudlarından çıxarır, Allahın işləri ilə düşmənlikdir, itaət, tövbə və şəfaətin qəbuluna mane olur, insanın yaxşı əməllərini aradan aparır və bir çox digər günahların mənşəyidir.
v) Allah-taala, Onun sifətləri və felləri ilə əlaqədar imanı gücləndirmək və bilmək lazımdır ki, bir kəsə hər hansı bir neməti – gözəllik, yaxşılıq, ruhi, dünyəvi və axirət şeyləri veribsə, deməli Özünün rəhmət, ədalət, hikməti əsasında və imtahan etmək üçün verib; insan bilməlidir ki, əgər bir şəxs bunlardan məhrumdursa, bu da ilahi hikmət əsasındandır. Misal üçün, imtahan etmək, ruhi və axirət dərəcəsinin yüksəldilməsi və s.
ğ) Həsədin özü və onun mənşəyi ilə zidd olan ruhi-mənəvi xislətləri əldə etmək. Yəni batinin çirkin olması müqabilində batinin pak və ürəyi açıq olmasına çalışsın; başqalarına verilən nemətlər qarşısında özünü zəlil hesab etmək əvəzinə nəfsani izzətə və kəramətə malik olsun; özünü tərifləmək, xudbinlik əvəzinə Allahı istəsin, Allaha mərifət əldə etsin və bəndəlik hissi keçirsin; düşmənçilik əvəzinə başqaları ilə dostluğa adət etsin.
ğ) Həsədin tələb etdiyi şeylərin əksinə olan rəftarları büruzə versin: nigaranlıq yerinə xoşhallıq hissi keçirsin, üzünü turşutmaq əvəzinə üzü açıq olsun, nalayıq sözlər demək əvəzinə başqalarını tərifləsin və bu kimi rəftarları o qədər davam etdirsin ki, axırda başqaları ilə mehribançılıq və dostluğa səbəb olsun.
q) Allah-taala ilə raz-niyaz etsin, çünki Allah-taala həm ehtiyacsızdır, həm də ehtiyacsız edəndir. Allah dərgahında raz-niyaz və yalvarış həsəd kimi ruhi və batini xəstəliklərin aradan qaldırılmasının ən təsirli vasitəsidir. İmam Zeynul-abidin (əleyhis-salam) Allah-taala dərgahında raz-niyaz edərkən belə deyir: “Pərvərdigara! Hərisliyin tufanından, həsədin qələbə çalıb şölələnməsindən Sənə pənah aparıram!”
Allah sizə yar olsun.
Sual (64) : Salamun əleykum. Paxıllıq birdə həsəd çəkmək barəsində islam dinimiz nə deyir? Bu hislərdən əsasda paxillıq hissinnən necə azad olmaq olar, hansı eməli etmək lazımdı, hansı duanı ,zikri,oxumaq lazımdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həsəd çəkməklə qeybət edən şəxs üç əzaba düçar olur: paxıllıq nəticəsində ruhi narahatçılıq, həsəd aparmağına və qeybət etdiyinə görə də əlavə bir əzab. Buna əsasən paxıl adamlar dünya və axirətdə ziyan çəkənlərdir, çünki onun qeybət etməkdə məqsədi paxıllığını çəkdiyi şəxsi məhv etməkdir. Həqiqətdə isə, özünü məhv etmiş olur. (Əlavə məlumat üçün "Haqq yolu" kitabxanasının "Əxlaq" bölümündə Ayətullah Məhəmmədrza Məhdəvi Kəninin İslamda "Əxlaq 1" kitabının 8-ci fəslində "Həsəd" bölümünə müraciət edin.) Baxıllıq haqqında: "Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!" (Nisa, 128) "(Ya Peyğəmbərim, müşriklərə) de: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə (var-dövlətinə) sahib olsaydınız, yenə də (onun) xərclənib tükənməsindən (sonra da sizə yoxsulluq üz verməsindən) qorxaraq xəsislik edərdiniz. İnsan (nə qədər varlı olsa da, təbiəti etibarilə) xəsisdir!" (İsra, 100) "(Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!" (Həşr, 9) "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!" (Ali-İmran, 180) "Əgər Allah sizdən Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da (sizin islam dininə olan) kin-küdurətinizi (yaxud malınızı xərcləmək istəməmənizi) zahirə çıxardar.Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!" (Məhəmməd, 37-38) "Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa" (Ləyl, 8) "O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər (mütləq cəzalarına çatacaqlar). Biz (belə) kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!" (Nisa, 37) "Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!O kəslər ki, həm özləri xəsislik edər, həm də xalqa xəsis olmağı əmr edərlər. Kim (Allahın əmrlərindən, öyüd-nəsihətindən) üz döndərsə (ancaq özünə zərər edər). Həqiqətən, Allah ehtiyacsızdır, şükrə (və tərifə) layiqdir! (Onun bütün əməlləri bəyəniləndir!)" (Hədid, 23-24) "Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”(Qarun) dedi: “Bu (var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Onların günahkar olduqları üzlərindən bilinər və buna görə də heç bir sorğu-sual edilmədən cəhənnəm oduna atılarlar)." (Qəsəs, 76-77, 78)
Allah sizə yar olsun.
Sual (65) : Salamun əleykum. Belə bir hədis oxudum: “Mənim əxlaqım yaltaqlıq deyil, lakin elm axtarışında olarkən bu hal müstəsnadır”. Həzrət Peyğəmbər (s). Bu hədisin mənbəsini göstərməyinizi xahiş edirəm.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
"Mömin yaltaqlıq etməməlidir, lakin elm axtarışında olarkən bu hal müstəsnadır". Həzrət Peyğəmbər (s) (“Nəhcül-fəsahə”, səh. 664)
Allah sizə yar olsun.
Sual (66) : Salamun əleykum. Dini mərasimdə iştirak edən insanın dindarlığı məlum olur. Bu iştirak riya, özününümayiş deyilmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əvvəla, özününümayiş bəzən haram olmur. Məsələn, bir-biri üçün bəzənən ər və arvad üçün bu iş ibadət sayılır. Camaat namazı haqqında İslamın verdiyi göstərişlərdə də məqsəd dinin əzəmətinin nümayişidir. İmam Hüseyn (ə) əzadarlığı zamanı yürüşlər də nümayiş xarakterli ibadətdir.
Eləcə də, tanınmış şəxslərin, məsulların dini mərasimlərdə iştirakı başqaları üçün bir növ təbliğdir və belə bir təbliğ ibadətdir.
Özününümayiş o zaman haramdır ki, bu işdə eqoizm amil olsun. Demək, özünü yaxşı qələmə vermək üçün özününümayiş ibadətdir.
Allah sizə yar olsun.
Sual (67) : Salamun əleykum. Özünə qəsd haram və cəhənnəm əzabına səbəb olur. Buna barədə olan Quran ayəsini yazmağınızı xahiş edirəm.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
"Nisa" surəsinin 29-cu ayəsində (وَلَا تَقْتُلُوا أَنْفُسَكُمْ - özünüzü öldürməyin) intihar etməyin qadağan olması qeyd edilib.
Allah sizə yar olsun.
Sual (68) : Salamun əleykum. İntihar gunahdırmı? Deyilənə görə insanın özünü öldürməsi haram və məkanı sonsuz əzab olan Cəhənnəmdir. Bu barədə Quranda ayə gəlibmi? Gelibsə o ayə hansıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Aşağıda qeyd olunan Quran ayələrində dərin düşünsək qəsdən adam öldürməyin (özünü və ya başqasını) nə dərəcədə günah bir iş olduğunu başa düşərik: - نساء/29: «يا أَيُّهَا الَّذينَ آمَنُوا لا تَأْكُلُوا أَمْوالَكُمْ بَيْنَكُمْ بِالْباطِلِ إِلاَّ أَنْ تَكُونَ تِجارَةً عَنْ تَراضٍ مِنْكُمْ وَ لا تَقْتُلُوا أَنْفُسَكُمْ إِنَّ اللَّهَ كانَ بِكُمْ رَحيماً». - Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! (Nisa/29) - نساء/30: «وَ مَنْ يَفْعَلْ ذلِكَ عُدْواناً وَ ظُلْماً فَسَوْفَ نُصْليهِ ناراً وَ كانَ ذلِكَ عَلَى اللَّهِ يَسيراً». - Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır! (Nisa/30). - النساء/92: «وَ ما كانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِناً إِلاَّ خَطَأً وَ مَنْ قَتَلَ مُؤْمِناً خَطَأً فَتَحْريرُ رَقَبَةٍ مُؤْمِنَةٍ وَ دِيَةٌ مُسَلَّمَةٌ إِلى‏ أَهْلِهِ إِلاَّ أَنْ يَصَّدَّقُوا فَإِنْ كانَ مِنْ قَوْمٍ عَدُوٍّ لَكُمْ وَ هُوَ مُؤْمِنٌ فَتَحْريرُ رَقَبَةٍ مُؤْمِنَةٍ وَ إِنْ كانَ مِنْ قَوْمٍ بَيْنَكُمْ وَ بَيْنَهُمْ ميثاقٌ فَدِيَةٌ مُسَلَّمَةٌ إِلى‏ أَهْلِهِ وَ تَحْريرُ رَقَبَةٍ مُؤْمِنَةٍ فَمَنْ لَمْ يَجِدْ فَصِيامُ شَهْرَيْنِ مُتَتابِعَيْنِ تَوْبَةً مِنَ اللَّهِ وَ كانَ اللَّهُ عَليماً حَكيماً». - Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürülən şəxs) mömin bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Nisa/92). - نساء/93: «وَ مَنْ يَقْتُلْ مُؤْمِناً مُتَعَمِّداً فَجَزاؤُهُ جَهَنَّمُ خالِداً فيها وَ غَضِبَ اللَّهُ عَلَيْهِ وَ لَعَنَهُ وَ أَعَدَّ لَهُ عَذاباً عَظيماً». - Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!(Nisa/93) - بقره/155: «وَ لَنَبْلُوَنَّكُمْ بِشَيْ‏ءٍ مِنَ الْخَوْفِ وَ الْجُوعِ وَ نَقْصٍ مِنَ الْأَمْوالِ وَ الْأَنْفُسِ وَ الثَّمَراتِ وَ بَشِّرِ الصَّابِرينَ». - Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! (Bəqərə/155) - بقره/156: «الَّذينَ إِذا أَصابَتْهُمْ مُصيبَةٌ قالُوا إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ راجِعُونَ». - O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" deyirlər. (Bəqərə/156). - بقره/157: «أُولئِكَ عَلَيْهِمْ صَلَواتٌ مِنْ رَبِّهِمْ وَ رَحْمَةٌ وَ أُولئِكَ هُمُ الْمُهْتَدُونَ». - Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır! (Bəqərə/157) - بقره/178: «يا أَيُّهَا الَّذينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الْقِصاصُ فِي الْقَتْلى‏ الْحُرُّ بِالْحُرِّ وَ الْعَبْدُ بِالْعَبْدِ وَ الْأُنْثى‏ بِالْأُنْثى‏ فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخيهِ شَيْ‏ءٌ فَاتِّباعٌ بِالْمَعْرُوفِ وَ أَداءٌ إِلَيْهِ بِإِحْسانٍ ذلِكَ تَخْفيفٌ مِنْ رَبِّكُمْ وَ رَحْمَةٌ فَمَنِ اعْتَدى‏ بَعْدَ ذلِكَ فَلَهُ عَذابٌ أَليمٌ». - Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) "diyə" (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şıddətli əzab gözləyir! (Bəqərə/178) - بقره/179: «وَ لَكُمْ فِي الْقِصاصِ حَياةٌ يا أُولِي الْأَلْبابِ لَعَلَّكُمْ تَتَّقُونَ». - Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz. (Bəqərə/179). - المائدة/32: «مِنْ أَجْلِ ذلِكَ كَتَبْنا عَلى‏ بَني‏ إِسْرائيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْساً بِغَيْرِ نَفْسٍ أَوْ فَسادٍ فِي الْأَرْضِ فَكَأَنَّما قَتَلَ النَّاسَ جَميعاً وَ مَنْ أَحْياها فَكَأَنَّما أَحْيَا النَّاسَ جَميعاً وَ لَقَدْ جاءَتْهُمْ رُسُلُنا بِالْبَيِّناتِ ثُمَّ إِنَّ كَثيراً مِنْهُمْ بَعْدَ ذلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ». - Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq möcüzələr gətirmişdilər. Bundan (bu möcüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar. (Maidə/32). - الأنبياء/35: «كُلُّ نَفْسٍ ذائِقَةُ الْمَوْتِ وَ نَبْلُوكُمْ بِالشَّرِّ وَ الْخَيْرِ فِتْنَةً وَ إِلَيْنا تُرْجَعُونَ». - Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya/35). - العنكبوت/57: «كُلُّ نَفْسٍ ذائِقَةُ الْمَوْتِ ثُمَّ إِلَيْنا تُرْجَعُونَ». - Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız! (Ənkəbut/57). - الزمر/6: «خَلَقَكُمْ مِنْ نَفْسٍ واحِدَةٍ ثُمَّ جَعَلَ مِنْها زَوْجَها وَ أَنْزَلَ لَكُمْ مِنَ الْأَنْعامِ ثَمانِيَةَ أَزْواجٍ يَخْلُقُكُمْ في‏ بُطُونِ أُمَّهاتِكُمْ خَلْقاً مِنْ بَعْدِ خَلْقٍ في‏ ظُلُماتٍ ثَلاثٍ ذلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ لا إِلهَ إِلاَّ هُوَ فَأَنَّى تُصْرَفُونَ». - Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun və keçi kimi) heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə tapınmaqla haqqdan) necə döndərilirsiniz? (İmandan necə dönürsünüz?) (Zümər/6). - الأنعام/137: «وَ كَذلِكَ زَيَّنَ لِكَثيرٍ مِنَ الْمُشْرِكينَ قَتْلَ أَوْلادِهِمْ شُرَكاؤُهُمْ لِيُرْدُوهُمْ وَ لِيَلْبِسُوا عَلَيْهِمْ دينَهُمْ وَ لَوْ شاءَ اللَّهُ ما فَعَلُوهُ فَذَرْهُمْ وَ ما يَفْتَرُونَ». - Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax! (Ənam/137). - الأنعام/140: «قَدْ خَسِرَ الَّذينَ قَتَلُوا أَوْلادَهُمْ سَفَهاً بِغَيْرِ عِلْمٍ وَ حَرَّمُوا ما رَزَقَهُمُ اللَّهُ افْتِراءً عَلَى اللَّهِ قَدْ ضَلُّوا وَ ما كانُوا مُهْتَدينَ». - Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini (müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər. (Ənam/140). - الإسراء/31: «وَ لا تَقْتُلُوا أَوْلادَكُمْ خَشْيَةَ إِمْلاقٍ نَحْنُ نَرْزُقُهُمْ وَ إِيَّاكُمْ إِنَّ قَتْلَهُمْ كانَ خِطْأً كَبيراً». - Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır! (İsra/31). - الإسراء/33: «وَ لا تَقْتُلُوا النَّفْسَ الَّتي‏ حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ وَ مَنْ قُتِلَ مَظْلُوماً فَقَدْ جَعَلْنا لِوَلِيِّهِ سُلْطاناً فَلا يُسْرِفْ فِي الْقَتْلِ إِنَّهُ كانَ مَنْصُوراً». - Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız böyük bir günah işlədikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar). Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)! Çünki (şəriətin bu hökmləri ilə) ona artıq kömək olunmuşdur. (İsra/33). - آل‏عمران/157: «وَ لَئِنْ قُتِلْتُمْ في‏ سَبيلِ اللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَ رَحْمَةٌ خَيْرٌ مِمَّا يَجْمَعُونَ». - Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada) topladıqları şeylərdən (sərvətdən) daha xeyirlidir. (Ali-imran/157). - آل‏عمران/158: «وَ لَئِنْ مُتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى اللَّهِ تُحْشَرُونَ». - Ölsəniz də, öldürülsəniz də, (axırda) mütləq Allahın hüzuruna toplanacaqsınız! (Ali-imran/158). - آل‏عمران/169: «وَ لا تَحْسَبَنَّ الَّذينَ قُتِلُوا في‏ سَبيلِ اللَّهِ أَمْواتاً بَلْ أَحْياءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ». - Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. (Ali-imran/169). - آل‏عمران/185: «كُلُّ نَفْسٍ ذائِقَةُ الْمَوْتِ وَ إِنَّما تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيامَةِ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَ أُدْخِلَ الْجَنَّةَ فَقَدْ فازَ وَ مَا الْحَياةُ الدُّنْيا إِلاَّ مَتاعُ الْغُرُورِ». - Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir. (Ali-imran/185). - آل‏عمران/195: «فَاسْتَجابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لا أُضيعُ عَمَلَ عامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثى‏ بَعْضُكُمْ مِنْ بَعْضٍ فَالَّذينَ هاجَرُوا وَ أُخْرِجُوا مِنْ دِيارِهِمْ وَ أُوذُوا في‏ سَبيلي‏ وَ قاتَلُوا وَ قُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئاتِهِمْ وَ لَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْري مِنْ تَحْتِهَا الْأَنْهارُ ثَواباً مِنْ عِنْدِ اللَّهِ وَ اللَّهُ عِنْدَهُ حُسْنُ الثَّوابِ». - Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!" (Ali-imran/195). - الحج/58: «وَ الَّذينَ هاجَرُوا في‏ سَبيلِ اللَّهِ ثُمَّ قُتِلُوا أَوْ ماتُوا لَيَرْزُقَنَّهُمُ اللَّهُ رِزْقاً حَسَناً وَ إِنَّ اللَّهَ لَهُوَ خَيْرُ الرَّازِقينَ». - Allah yolunda hicrət edənlərə, sonra (bu yolda) öldürülənlərə, yaxud ölənlərə Allah, həqiqətən, gözəl ruzi (cənnət ruzisi) verəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən yaxşısıdır! (Həcc/58). Yuxarıda zikr olunan ayələrdə diqqətlə düşünərsək, qətl törətməyin (özünə və ya başqalarına qarşı) nə qədər günah və çirkin əməl olduğunu anlayacağıq. Bu ayələrdən əlavə, hədislər də vardır ki, həmin ayələrinin mənasını açıqlayır. Belə hədislərdən birini misal olaraq nəzərinizə çatdırıram: İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs özünü qəsdən öldürərsə, həmişəlik olaraq cəhənnəm odunda yanacaqdır. Allah-taala buyurur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır! (Nisa/29-30)". (Səvabul əmal və iqabul əmal, Şeyx Səduq, səh.276; Mən la yəhzuruhul fəqih, Şeyx Səduq, c. 3/səh.571/hədis:4953 və c.4/səh.95/hədis:5163 və c.4/səh.203/hədis:5470; Təhzibul-əhkam, Şeyx Tusi, c.9/səh.207/ bab.15/hədis:1; Əl-Kafi, Şeyx Kuleyni, c.7/səh.45/hədis:1).
Allah sizə yar olsun.
Sual (69) : Salamun əleykum. Qeybət və böhtan nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Başqalarının haqqında deyilən pis söz doğru olsa qeybət, yalan olsa böhtandır. Həm qeybət, həm də böhtan böyük günahlar sırasındadır.
Sözsüz ki, insan məsum, günahsız deyil. Amma insanların bir çox günahı cəmiyyətdən gizli qalır. Allah-təala bu eyblərin üstündən pərdə çəkərək insanların birliyi üçün şərait yaratmişdır. Allah təalanın bir adı da “səttarül-üyub”dur, yəni günahların, eyblərin üstünə pərdə çəkən. Əgər bu pərdə bir an götürülərsə, insanlar özlərinin və özgələrin eyblərindən dəhşətə gələrək tərki-dünya olarlar. İkinci bir tərəfdan, gizli günah edən insan üçün geri qayıtmaq daha asandır. Cəmiyyət içində xar olmuş insan bəzən günahların daha da artırıb, həya pərdələrini yırtır. Qeybət gizli nöqsanları aşkarlayır, cəmiyyətin ehtiyaclı olduğu qarşılıqlı inam hissinə zərbə vurur.
“Hucurat” surəsinin 12-ci ayəsində buyurulur: “Bir-birinizin qeybətini etməyin. Müsəlmanın qeybəti onun meyitini yemək kimidir.”
Qeybət doğru söz olduğu halda İslam peyğəmbəri (s) “qeybət zinadan pisdir” buyurur. Böhtan isə yalan, iftiradır. Qeybət bu ciddi məzəmmət olunmuşdursa, böhtanın çirkinliyi haqqında danışmağa dəyməz. Böhtançı yaxşıya pis, ağa qara, möminə münafiq, iffətli qadına əxlaqsız deməkdən çəkinmir. Allahın göndərdiyi peyğəmbərə şair, sehirbaz deyən böhtançıların imanı vardımı? “Nəhl” surəsinin 105-ci ayəsində buyurulur: “Böhtançının imanı yoxdur.”

Allah sizə yar olsun.
Sual (70) : Salamun əleykum. Hansı cür söhbətləri “ Qeybət” adlandırmaq olar? Yəni “ Qeybət” nəyə deyilir? 7. Bir neçə qunut duası yaza bilərsiniz?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam Peyğəmbəri (s) buyurub: "Qardaşın (müsəlman bir şəxs) qaib olduğu bir vaxtda onun barəsində xoşlamadığı bir sözü demək qeybət sayılır".
Allah sizə yar olsun.
Go to TOP