Sual (51) : Salamun əleykum. Əgər bir insan çoxlu günah edib, sonra xalis tövbə etsə, Allah onun əvvəlki kimi sevəcək, yoxsa insan Allahın gözündən düşəcək və Allah onun əvvəlki kimi sevməyəcək?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
"Allah (günahından) tövbə edənləri, pak olanları sever!" (Beqere, 222)
Allahın Peyğemberi (s):«Gunahından tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir.»
Allahın Peyğemberi (s):«Allah yaninda tövbə etmiş momin kişi və momin qadından sevimli heş nə yoxdur.»
Allah sizə yar olsun.
Sual (52) : Salamun əleykum. Müharibələrlə və fəsadla dolu dünyada ümidsizliyə qapılmamaq olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əvvəla, insan nə üçün yaşadığını bilməlidir. Dünyada baş verənlər yalnız düzgün hədəfi olmayan insanları bədbinləşdirir. Ləzzət və şəhvət üçün yaşayan bir insan, əlbəttə ki, bədbin olasıdır. Əslində isə həyatımızın bir hissəsi olan ləzzət və şəhvət həyat idealı deyil. Ümumiyyətlə, qeyd olunan ümidsizlik həyatın ölümlə bitdiyini güman edən insanlara aiddir.
Ölümdən sonrakı həyata inam insanı yaranış məqsədi ilə tanış edir və bütün ümidsizliklərin üstündən xətt çəkir.
Bunu da qeyd etməliyik ki, elə dünyadakı müharibə və fəsadları törədənlər də axirət həyatına inanmayanlardır.
Allah sizə yar olsun.
Sual (53) : Salamun əleykum. Dünyagirlik nə həddə günahdır və o barədə islam maarifində nə deyilmişdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ayə və rəvayətlərdə dünyaya bağlılıq ciddi məzəmmət olunmuşdur. “Ali-İmran” surəsinin 185-ci ayəsində buyurulur: “Dünya həyatı aldadıcı matahdan başqa bir şey deyil.” Başqabir ayədə oxuyuruq: “Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil və təqvalılar üçün axirət evi daha faydalıdır. Heç düşünmüsünüzmü? (“Ənam, 32) “Hədid” surəsinin 20-ci ayəsində isə belə buyurulur: “Bilin ki, dünya həyatı oyun-oyuncaqdan, bər-bəzəkdən, var-dövlət və övladı artırıb öyünməkdən başqa bir şey deyil”
Həzrət Əli (ə) buyurur: “Mən sizi dünyadan həzər etməyə çağırıram. Çünki o, şirin və gözəl görünür”; “Dünya arzular evidir. Bir zaman fani olar və əhli ondan köçər. O, şirin və gözəl görünər, istəyənlərə tərəf tələsər, baxanların qəlbinə sevgisini salar.”
Əmirəl-möminin Əlinin (ə) “Nəhcül-bəlağə” kitabında dünya və dünyaya bağlı insanlar məzəmmət olunur. Həzrət (ə) insanların müvəqqəti dünyaya yox, əbədi axirət haqqında düşünməyə çağırır. O, insanları iki dəstəyə bölür: qəlbi nəfs istəkləri ilə dolu dünya əhli və Allah eşqinin sorağınca gəzən axirət əhli. Bu iki dəstənin hər birinin öz yaşayış proqramları vardır.
“Ali İmran” surəsinin 145-ci ayəsində buyurulur: “Bu dünyanın mənfəətini istəyənlərə dünya mənfəətindən, axirət savabı istəyənlərə isə axirət savabından verərik”.
Başqa bir ayədə oxuyuruq: “Var-dövlət və övladlar dünya həyatının bəzəyi, saleh əməl isə daha xeyirlidir”(kəşf, 46).

Allah sizə yar olsun.
Sual (54) : Salamun əleykum. Qurani-məciddə oxuyuruq: “Ey iman gətirənlər, Allaha tövbə edin, nəsuh bir tövbə.” Xalq arasında da “nəsuh tövbə” ifadəsi çox işlədilir. Nəsuh tövbə nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Nəsuh” sözünün lüğət mənası xalis deməkdir. Nəsuh tövbə isə xalis tövbə mənasını daşıyır. Xalis tövbə odur ki, bir daha günaha qayıtmasın. Uyğun həqiqəti təsdiqləyən rəvayətlər çoxdur. İmam Sadiqdən (ə) soruşdular ki, “Allaha nəsuh tövbə edin” nə deməkdir? İmam (ə) buyurdu: “Məqsəd odur ki, bəndə günahına tövbə etsin və bir daha həmin günaha qayıtmasın.”
İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir hədisdə həzrət buyurur: “Nəsuh tövbə odur ki, tövbə edən insanın batini zahiri kimi olsun.”

Allah sizə yar olsun.
Sual (55) : Salamun əleykum. Tövbənin 5-ci şərtində buyurulur: Etdiyin günahların dərdindən qəm-qüssəyə batıb haramla əmələ gəlmiş əti bədənindən əridəsən, belə ki, dəri sümüyə yapışsın, sonra isə yenidən təzə ət əmələ gəlsin. Xahiş edirəm bunu aydınlaşdırın,
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Tövbənin əsasını peşmançılıq, səmimi qəlblə günalardan qayıtmaq və qanuna görə deyil, yalnız Allahın əmrinə tabe olmaq təşkil edir. Nəsuh tövbəsinin 4 şərti var: qəlbdən peşman olmaq, dillə istigfar etmək, günahdan qətiyyətlə çəkinmək və gələcəkdə də günah etməmək. Həm də nəsuh tövbəsi üçün üç şərt də qeyd ediblər: tövbənin qəbul olmamasından qorxmaq, qəbul olmasına ümid bəsləmək və həmişə Allaha itaət etmək.
Peyğəmbər (s), nəsuh tövbəsi bir daha günaha qayıtmamaqdır, encəki süd bir də sinəyə qayıtmır , - deyə buyurmuşdur.
Sizin qeyd etdiyiniz şərt isə tövbənin daha kamal mərhələsidir. Yəni haram malla bədəni yogunlaşan şəxs bu haram bədənlə Allah dərgahına qayıtmasın deyə o qədər ibadət, saleh əməl yerinə yetirir ki, bunların nəticəsində bədənin əti əriyir, bir dəri, bir sümuk qalır. Daha sonra isə yalnız halal qidalarla qidalanır, cana gəlir.

Allah sizə yar olsun.
Sual (56) : Salamun əleykum. Günahı necə tərk etmək lazımdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Günahdan qoruna bilməyib, paklığını itirmiş qarşısında iki yol var: O ya bir dəfəyə günahdan uzaqlaşmalı, bu mümkün olmadıqda tədricən, pillə-pillə nəfsini təmizləməlidir.
Günaha batmış adam üçün ən yaxşı yol qəlbində inqilab qopararaq bütün günahlardan və əxlaqi nöqsanlardan bir dəfəyə uzaqlaşmaqdır. Qəti qərar gələrək şeytanları qəlbdən qovub, qəlbinin qapılarını onların üzünə bir dəfəlik bağlayan şəxs rahatlığa çıxır. Cəmiyyətdə olmazın günahlarına batmış bəzi insanların həqiqi tövbə ilə şər yoldan bir dəfəlik uzaqlaşdığına az da olsa təsadüf edirik. Günahkar insan üçün qəti bir söz, kiçik bir hadisə, ilahi bir yuxu təkan ola bilər.
Allahın saleh bəndələrindən olan məşhur övliya Bişr Hafi haqqında belə yazırlar: Bişr Hafi evini günah yuvasına döndərmiş eyş-işrət əhli idi. Bir gün yoldan ötən İmam Musa ibn Cəfər (ə) onun evindən gələn səs-küyü eşidib qapıdakı kənizdən soruşur: “Bu evin sahibi azaddır, yoxsa qul? Əgər qul olsaydı, ağasından qorxardı.” Kəniz imamın bu sözünü dərhal Bişrə çatdırır. Məsum imamın sözləri Bişrin qəlbində qiyam qaldırır, o tövbə edib övliyalıq dərəcəsinədək yüksəlir. Günahdan bir dəfəlik uzaqlaşa bilməyən insan bu işi tədricən görməlidir. Hər tərk olunmuş günah qəlbin bir qara nöqtəsini təmizləyir, bir şeytan qovulur və onun yerinə bir mələk gəlir.

Allah sizə yar olsun.
Sual (57) : Salamun əleykum. Günah etmiş şəxsin bir daha bağışlanmasına ümidi olmalıdırmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Günaha yol vermiş insan ümidini itirməməlidir. Təsəvvür edin ki, çayın bir tərəfindən o biri tərəfinə keçmək üçün suya hər addımdan bir daşlar düzülmüşdür. Çayı keçmək istəyən insan birinci daşın üstünə atılır. İkinci daşın üstünə atılarkən sürüşüb suya düşərsə, bütün qüvvəsini toplayır ki, yenidən daşın üzərinə çıxsın. Özünüz düşünün, heç ola bilərmi ki, sürüşüb suya düşən adam “qoy məni çay aparsın” deyə çobalamaya?! Əlbəttə ki, ola bilməz! Günah da həmin çaya sürüşüb islanmaq kimidir. Günaha yol vermiş insan peşiman olub, həmin yoldan geri dönməli, bir daha günaha batmamaq üçün diqqətli olmalıdır. Necə ki, bir dəfə sürüşüb suya düşmüş insan ikinci dəfə sürüşməmək üçün çox diqqətli olur!
“Zumər” surəsinin 53-cü ayəsində buyurulur: “Ey mənim özlərinə zülm etməkdən həddi aşmış bəndələrim, Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqətən, Allah bütün günahları bağışlayandır. “Nur” surəsində oxuyuruq: “Ey iman gətirənlər hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız.”(a. 31)
Həzrət peyğəmbər (s) buyurur: “hər dərdin bir dərmanı var, günahın dərmanı tövbədir.” İmam Baqir (ə) buyurur: “Tövbə edən şəxs sanki heç günah etməmişdir.”
Tövbəyə qısa tərif verək: Tövbə insanın günahdan peşiman olub, bir daha günahı təkrarlamamaq haqqında Allaha verdiyi vəddir.
61-ci dərs: Nədən tövbə edilməlidir?
İnsanı Allahdan uzaqlaşdıran bütün şeylər günahdır və günahdan tövbə etmək vacibdir. Günahlar iki qismə bölünür: əxlaqi günahlar və əməli günahlar.
Çirkin əxlaq nəfsi bulaşdırır və insanın kamala doğru hərəkətində maneəyə çevrilir. Nəfsdə kök atmış çirkin sifətlər insanın xarakterinə hopur. Nəfsi bu çirkinliklərdən təmizləmək zəruridir.
Əxlaqi günahlara misal olaraq riya, nifaq, qəzəb, təkəbbür, eqoistlik, zülm, yalan, tamah, böhtan kimi çirkin sifətləri göstərmək olar.
Oğurluq, qətl, zina, sələmçilik, fərarilik və s. əməli günahlara misal ola bilər.
Günahlar böyük və kiçik olmaqla da iki yerə bölünür. 40-cı dərsdə böyük günahlardan bir qismi sadalandı. İstər əxlaqi, istərsədə əməli günah böyük sayıla bilər.
Allah təala böyük günahları tərk edənlərin kiçik günahlarını bağışlayacağını vəd edir. Amma böyük günahlardan tövbə etmək vacibdir.
Amma elə günahlar da vardır ki, onları yalnız övliyalar günah kimi tanıyırlar. Məsələn, müstəhəb, yəni bəyənilmiş işi tərk etmək övliyalar üçün günah sayılır. Onlar bir fəqirin, miskinin yanından düz keçib, ona əl tutmağı özləri üçün günah hesab edir, ağlayıb-sızlayır, tövbə edirlər. peyğəmbərlərin və məsum imamların da tövbəsi bu qəbildəndir.

Allah sizə yar olsun.
Sual (58) : Salamun əleykum. Kafir və eyni zamanda təcavüzkar olmaqla yanaşı qatil olan bir şəxs müsəlman olarsa onun İslam dini baxımından keçmiş günahları bağışlanırmı? Əks halda onun əzabını görürmü?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.
Amma insanların haqqına təcavüz olunarsa bu günahlar bağışlanmır. Əgər yeni müsəlman olmuş şəxs zülm etdiyi və hüququnu tapdaladığı insandan halallıq alaraq onu razı salarsa bu halda onun günahları da bağışlanar. Çünki bədənə xəsarət yetirmək və ya kiminsə malını, sərvətini və sair mənimsəmək dünyaya aiddir. Buna görə də gərək onların əvəzi dünyada verilsin. Məsələn: Bütün şikayətçilərdən halallıq alınsın, ölü yiyəsinə diyə verilsin və sair. Belə olan halda Allah Taala onun günahlarını bağışlayar. Bundan əlavə kiminsə canına qəsd etmək və ya malını mənimsəmək yalnız İslam dinində deyil, əksinə bütün dinlərdə və qanunlarda qadağandır. Çünki bu və ya bu kimi məsələlərin heç bir dinə qarışacağı yoxdur. Əksinə bu fərdi və ictimai hüquq olaraq hamı tərəfindən qorunmalı və ona təcavüz edilməməlidir.
Müqəddəs Qurani kərim kafirlərin iman gətirməzdən öncəki əməlləri (günahları) barəsində buyurur: "Ey Peyğəmbər kafirlərə de: Əgər pis əməllərinizdən əl çəksəniz biz də sizin pis əməllərinizi gizlədər və günahlarınızı bağışlayarıq.
Həmçinin Peyğəmbərimiz də buyurmuşdur: İslam dini ondan qabaqkı əməlləri örtür. Necə ki, tövbə küfrün və günahların eybini örtür.
Bu hədis sonralar fiqh elmində elmi bir qaydaya çevrildi. Həmçinin bu qaydanın adına "cəlb" qaydası deyirlər.
Ayədən və hədisdən belə nəticə alırıq ki, hər kəs yeni iman gətirsə keçmiş əməllərindən narahat olmasın. Çünki Allah- Taala öz hüququnu onlara bağışlayır və öz haqqından keçərək buna görə onlara cəza vermir.
Bu səbəbdən də yeni iman gətirmiş şəxsə keçmiş ibadətlərin qəzasını yerinə yetirmək lazım deyil. Keçmiş ibadət deyəndə isə, qılmadığı namaz, tutmadığı oruc və sair ibadət növləri və boynunda Allah tərəfindən əmr olunmuş vaciblər nəzərdə tutulur. Çünki Allah- Taala mehriban, bağışlayan və öz haqqını bəndələrinə bağışlayandır.
Əgər yeni müsəlman olmuş şəxs kafir olan vaxt elə bir əməli yerinə yetirmiş olsun ki İslam dini qanunlarında onun xüsusi cəzası olmuş olsun, o cümlədən, "şərab içmək" kimi və sair bunların cəzası ona bağışlanar. Bundan əlavə mehribançılıqla ona başa salınır ki, keçmiş əməlləri barəsində nigaran olmasın. Əlbəttə yuxarıda qeyd etdiyimiz qaydaya uyğun olaraq bu bağışlanmaq yalnız Allaha aid olan əməllərdəndir. Amma insanların haqqı və hüququ onun öhdəsində qalarsa, onlara zülm etmiş olarsa və ya mal- dövlətlərinə təcavüz etmiş olarsa gərək onları razı salsın. Yəni onların hüquqlarını qaytarsın. Və hər nə kimi ziyan vurubsa ödəsin. Məsələn: Əgər kimdənsə borc alıbsa və bankdan kömək məqsədi ilə kredit və sair götürübsə gərək hamısını ödəsin. Həmçinin hər nə cinayət törədibsə gərək zərər vurduğu şəxsləri razı salsın. Ümumiyyətlə hər bir əməlində məsuliyyət daşıyır və gərək əvəzini ödəsin. Çünki Allah- Taala başqalarının deyil öz haqqını onlara bağışlayır. Deməli bütün insanların haqqı bağışlanmamış qalır və gərək insan özü (iman gətirən) bu məsələni həll etsin. Buna da diqqət yetirmək lazımdır ki, bu məsələ yalnız İslam dinində deyil, əksinə bütün dinlərdə və qanunlarda vardır.
Bəzi alimlər bu qanunu da yuxarıda qeyd etdiyimiz mövzuya əlavə etmişlər:
"Əgər yeni iman gətirmiş şəxsin borcu olarsa və onu ödəməyə qüdrəti olmazsa şəri hakim beytul- maldan onun borcunu ödəyərək bu yolla onu çətinlikdən qurtara bilərlər. Borc deyəndə pul, diyə, qətlin qan bahası və sair nəzərdə tutulur. Belə məsələlərdə şəri hakim bu məsuliyyəti öhdəsinə götürə bilər.
Hər halda yeni müsəlman tərəfindən törədilmiş bütün cinayətlərə o özü cavandehdir. İslam ölkələrində və digər ölkələrdə gərək törətdiyi cinayətin cəzasını çəksin.

Allah sizə yar olsun.
Sual (59) : Salamun əleykum. İnsan necə günahdan təmizlənir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsanın günahlarının bağışlanması yolları çox olmasına baxmayaraq biz onların bəzilərini aşağıda qeyd edirik:
1). Tövbə və Allaha tərəf qayıdış (bəzi şərtlərlə)
2). Günahların bağışlanmasına səbəb olan ən gözəl savabları əldə etmək, yəni yaxşı əməllərə qədəm qoymaq.
3). Kiçik günahların bağışlanmasına səbəb olan böyük günahları tərk etmək.
4). Dünyanın bütün imthanlarına və müsibətlərinə səbr etməklə yanaşı bərzəx əzablarına da səbr etmək. Çünki o qiyamət səhnəsinin başlanğıcı hesab olunur.
5). Şəfaət. Əlbəttə bunu da qeyd edək ki, şəfaət vasitəsi ilə günahların bağışlanmasının özünə aid müxtəlif şərtləri vardır. Ən azından şəfaət olunanda şəfaəti qəbul etmək şəraiti və qabiliyyəti olmalıdır.
6). İlahi tərəfindən bağışlanmaq. Bu da həmçinin insanlara aid edilir ki, onların bağışlanmaq üçün şəraitləri vardır. (Yəni günahı az olan möminlər nəzərdə tutulur).

Allah sizə yar olsun.
Sual (60) : Salamun əleykum. Bir insan namaz qılır amma göz zinası eləyir. Bunun əlacı varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Mömin şəxs gözlərini naməhrəm şəxslərə baxmaqdan qorumalıdır. Hədisdə vardır ki, naməhrəmə baxılan (təsadüfi) birncı baxış lehinə, ikinci baxış əleyhinə, üçüncü baxış isə şeytanın oxudur. İnsan birnci baxışdan sonra özünü kontrol edə bilir. İkinci baxışda bu bir az çətinləşir. Üçüncü və ondan sonrakı baxışlarda isə bu, adətə çevirilir, onun qarşısını almaq mümkün olmur. Buna görə də, evdən bayıra çıxarkən, çalışmaq lazımdır ki, göz elə ilk hərzə baxışlardan qorunsun. Hər vacib namazdan sonra “Ayətul-kürsu“ ayəsini (“Bəqərə“ surəsinin 255-ci ayəsi) oxumaq, ondan sonra isə əllərlə gözləri qapayıb bu duanı “Əllahummə ihfəz hədqətəyyə bi həqqi hədqətəyyə Əli ibn Əbitalib“ oxumaq da təsirli ola bilər.
Allah sizə yar olsun.
Go to TOP