Sual (31) : Salam Eleykum sizi yordugum ucun uzur isdeyirem sualim bundan ibaretdi gunahdan uzaqlawmaq ucun ne etmey lszimdi hec gunah etmiyek
Ad: Djavid, Ölkə: Rasiya, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

 Əleykumus-salam.

Xəstəxana, idman zalı, həbsxana nə üçündür? Heç şübhəsiz ki, insanın mənəvi və fiziki tərbiyələndirilməsi üçün! Amma ötəri bir xəstəliklə əlaqədar həkimə müraciət edən şəxs düzgün müalicə olmazsa, ağır xəstəliyə düçar ola bilər. Az olmayıb ki, gözləri zəif görən insan göz cərrahiyyə əməliyyatından sonra kor olub. Amma həmin adamlar ümidini üzməyib, başqa həkimə müraciət ediblər.

Cəld və güclü olmaq həvəsi ilə müəyyən bir idman növü ilə məşğul olub, ehtiyatsızlıq üzündən şikəst olanlar da var. Amma bu sayaq uğursuzluqlara baxmayaraq, insanlar idmandan üz döndərmir.

Hansısa kiçik bir səhvə görə həbsxanaya düşüb, oradan narkoman kimi çıxanlar da az deyil. Amma həbsxanalar mövcuddur və gələcəkdə də mövcud olacaq.

Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir».

Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur. Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq, insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «Namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır».

Heç bir günahı kiçik saymayın və bütün günahlar üçün istər böyük istər kiçik tövbə edib peşiman olun.

Bəzi günahlar tədricən iman nurun qəlbdə söndürür və imanı aradan aparır, onun üçündə sifariş olunub ki, hər günahdan peşman olub tövbə edin. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “İnsan günah etdiyi zaman onun qəlbində qara bir nöqtə zahir olur. Əgər tövbə edərək ondan çəkinsə, qəlbi təmizlənir. Yox, əgər yenidən günahı təkrar edərsə, o qara nöqtə çoxalır və axırda bütün qəlbini bürüyüb əhatə edir.”

İmam Riza (əleyhis-salam) buyurub: “Günahdan da pis bir şey qəlbi xarab etməz. Qəlb günahdan təsirlənir və tədrici olaraq günah onda təsir qoyur, nəhayət ona qələbə çalır.”

Allah sizə yar olsun.

Sual (32) : salam aleykum, menim derdim care yolu gosterin, men gunahdan cekine bilmirem, nefsime qarwi acizem. 1- men bir cox insanin haqqina girmiwem, o insanlarin haqqini nece oduyum? (meselem ogurluq elemiwem, sorada pewmanam, ama uzum gelib onu deyemmirem, tebiiki tovbe elemiwem) ama bawqa curde haqlara girmiwem, valideyin, esger sinif yoldawlarim, men bu haqlari qiyametde nece oduye bilerem? bunun ucun men ne ede bilerem? 2- qebirde ezabdan nece qorunum? 3 qiyametde Rehmete nece qovuuwum? susuz qalmayim/

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Günahdan çəkinmək istəyən insan nə etməlidir?

Cavab: Xəstəxana, idman zalı, həbsxana nə üçündür? Heç şübhəsiz ki, insanın mənəvi və fiziki tərbiyələndirilməsi üçün! Amma ötəri bir xəstəliklə əlaqədar həkimə müraciət edən şəxs düzgün müalicə olmazsa, ağır xəstəliyə düçar ola bilər. Az olmayıb ki, gözləri zəif görən insan göz cərrahiyyə əməliyyatından sonra kor olub. Amma həmin adamlar ümidini üzməyib, başqa həkimə müraciət ediblər.

Cəld və güclü olmaq həvəsi ilə müəyyən bir idman növü ilə məşğul olub, ehtiyatsızlıq üzündən şikəst olanlar da var. Amma bu sayaq uğursuzluqlara baxmayaraq, insanlar idmandan üz döndərmir.

Hansısa kiçik bir səhvə görə həbsxanaya düşüb, oradan narkoman kimi çıxanlar da az deyil. Amma həbsxanalar mövcuddur və gələcəkdə də mövcud olacaq.

Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir».

Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur. Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq, insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «Namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır».

1. Haqqını tapdadığınız insanları tanıyırsızsa onlardan halallıq alın əgər tanımırsınızsa onlar və özünüz üçün Allahdan bağışlanmaq diləyin və istiğfar edin. Əgər halallıq istədiyiniz surətdə arada kin-küdurət ya dava-dalaş düşərsə istiğfar edin və ya başqasının vasitəsi ilə halallıq alın. Əgər boynunuzda olan haqq mal və puldursa və sizdə sahibini tanımırsınız ya tapa bilmirsiniz onun əvəzindən həmən pulu sədəqə verin.

2 və 3 cü sualı ayrı fürsətdə göndərin.

Allah sizə yar olsun.

Sual (33) : SALAM ES TOVBE NECE EDILIR

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Yolu səhv salmış sürücü əvvəlcə geri qayıtmalı, sonra yoluna davam etməlidir. Amma səhv yolu davam edərək yalnız dildə “səhv etmişəm” desə heç vaxt mənzilə çata bilməz. Tövbə səhv yoldan qayıtmaqdır. Getdiyi səhv yolu geri qayıdanı Allah sevir və onun tövbəsini qəbul edir. Tövbəkar yediyi haqları sahibinə qaytarmalıdır. Oğurlanmış məbləğ qaytarılmazsa və ya həmin şəxsdən halallıq alınmazsa, tövbənin qəbul olması qeyri-mümkündür. Qəsb etdiyi məbləği qaytarmağa utanan şəxs bu işi özünü tanıtmadan da görə bilər. Hansı yolla olur olsun, həmin məbləğ sahibinə çatdırılmalıdır. Tövbəkar incitdiyi adamdan üzr istəməli, qılmadığı namazların qəzasını qılmalı, gizlətdiyi həqiqəti açıqlamalı, səhvlərini islah etməlidir. Quranda “tövbə və “islah” kəlmələri, adətən yanaşı işlənir. Tövbə yubandırılmamalıdır. Çünki üst-üstə yığılmış günahları yumaq çətin olur. Paltarın üzərinə qonmuş tozu təmizləmək asandırsa, qat kəsmiş palçığı təmizləmək çətindir. Zürarə İmam Baqir (ə)-dən rəvayət edib ki, buyurdu: Bütün bəndələrin qəlbində ağ bir nöqtə var. Günah etdikdə, qara bir nöqtə onda tapılır. Sonra əgər tövbə etsə, o qara nöqtə aradan gedər. Əgər günah etməyə davam etsə, o qara nöqtə böyüyər. Belə ki, ağ nöqtəni örtər. Ağ nöqtə bütövlüklə qara ləkə ilə örtüldükdən sonra, o şəxs heç vaxt yaxşılığa doğru qayıtmaz. Allah-taalanın tövbə qapısı həqiqi tövbə edənlər üçün həmişə açıqdır. İnsan gərək bütün günahlardan və hər gün tövbə etsin.

Allah sizə yar olsun.

Sual (34) : assalamu aleykum! sui-zenn ne demekdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

"Sui-zənn" və bədgümanlıq, başqalarına qarşı həddən artıq inamsız və haqqında pis fikirli olmaq, rəftarını, sözünü və həmçinin, hadisələri onlar haqqında dəqiq məlumat əldə etmədən bədgüman, pis düşüncə və düz olmayan xəyallarla izah edib bu şübhə və gümanı həqiqət kimi qələmə verməkdir. 

Bədgümanlıq o vaxt günahdır ki, insan öz zehnində olan pis fikri, şübhələri dilə gətirə və bununla da qarşı tərəfi narahat edə.

Başqalarına qarşı bədgüman olmaq və onlar haqqında pis fikrə düşmək Allah-Taala tərəfindən qadağan olunmuşdur. Bədgümanlıq özü günahdır və bir çox günahlarada zəmin yaradır o cümlədən qiybət, böhtan, yalan və s..

Sui-zənn və bədgümanlığın müqabilində hüsne-zənn və xoşgümanlıqdır ki, sifariş olunub.

Hz. Əli (ə) buyurub:

«الرَّجُلُ السُّوءُ لَا يَظُنُّ بِأَحَدٍ خَيْراً لِأَنَّهُ لَا يَرَاهُ إِلَّا بِوَصْفِ نَفْسِه‏»

“Pis adam hamıya bədgümandır, çünki o, hamını öz sifətində görür.”

Hz. Əli (ə) buyurub:

«مُجَالَسَةُ الْأَشْرَارِ تُورِثُ سُوء الظَّنِّ بِالْأَخْيَارِ...»

“Pis və şər adamlarla həmsöhbət olmaq, oturub-durmaq insanın yaxşılara qarşı bədbinlik və bədgümanlığına səbəb olacaqdır”.

Allah sizə yar olsun.

Sual (35) : tovbenin qebulu nece insana belli olur?

Bismillahir-rəhmanir-rəhim.

Həqiqi tövbə edən insan tövbəsinin qəbul olmasını duyur, çünki tövbədən sonra qəlbinə rahatlıq, yüngüllük və sevinc gəlir sanki itirdiyin tapıb və qəflətdən oyanır. İnsan öz etdiyi tövbəsi ilə qəbul olub olmamasını dərk edə bilər. Əgər həqiqətən etdiyi günahdan peşimandırsa və səmimi qəlbdən Allaha tərəf dönürsə yəqin bilməlidir ki, tövbəsi qəbuldur. 

Allah sizə yar olsun.

Sual (36) : dua ederken duanin qebulu melum olur bes tovbe ederken nece bilmek olar tovbenin qebulu?

Bismillahir-rəhmanir-rəhim.

Yolu səhv salmış sürücü əvvəlcə geri qayıtmalı, sonra yoluna davam etməlidir. Amma səhv yolu davam edərək yalnız dildə “səhv etmişəm” desə heç vaxt mənzilə çata bilməz. Tövbə səhv yoldan qayıtmaqdır. Getdiyi səhv yolu geri qayıdanı Allah sevir və onun tövbəsini qəbul edir. Zürarə İmam Baqir (ə)-dən rəvayət edib ki, buyurdu: Bütün bəndələrin qəlbində ağ bir nöqtə var. Günah etdikdə, qara bir nöqtə onda tapılır. Sonra əgər tövbə etsə, o qara nöqtə aradan gedər. Əgər günah etməyə davam etsə, o qara nöqtə böyüyər. Belə ki, ağ nöqtəni örtər. Ağ nöqtə bütövlüklə qara ləkə ilə örtüldükdən sonra, o şəxs heç vaxt yaxşılığa doğru qayıtmaz. Allah-taalanın tövbə qapısı həqiqi tövbə edənlər üçün həmişə açıqdır. insan gərək bütün günahlardan və hər gün tövbə etsin. 

Həqiqi tövbə edən insan tövbəsinin qəbul olmasını duyur, çünki tövbədən sonra qəlbinə rahatlıq, yüngüllük və sevinc gəlir sanki itirdiyin tapıb və qəflətdən oyanır. İnsan öz etdiyi tövbəsi ilə qəbul olub olmamasını dərk edə bilər. Əgər həqiqətən etdiyi günahdan peşimandırsa və səmimi qəlbdən Allaha tərəf dönürsə yəqin bilməlidir ki, tövbəsi qəbuldur. 

Allah sizə yar olsun.

Sual (37) : Salam Alaykum Sual: Tovbenin qebul olunmasi nece insana belli olur??
Ad: taleh, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həqiqi tövbə edənin tövbəsini Allah qəbul edir. Tövbə surəsi ayə 104 də buyurulur: Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, ...və Allah tövbələri çox qəbul edən və mehribandır?!
Tövbənin əsil anlamı peşiman olaraq Allaha tərəf qayıtmaqdır. Belə ki, insan tövbə etdikdən sonra tam ciddiyyətlə günahları tərk edir və yaxşı əməllərlə məşğul olmalıdır. "İstiğfar" etmək də bu mənada işlədilir. Bu üsulla tövbəni sıra ilə beş əsas şərti var: 1). Günahı tərk etmək, 2). Peşimançılıq, 3). Gələcəkdə günaha yol verməməyi qərarlaşdırmaq. 4). Keçmişdəki günahların cəriməsini ödəmək, 5). İstiğfar etmək "Əstəğfirullahə rəbbi və ətubu iləyh"
İmam Əli əleyhis-salam (dua, tövbə, istiğfar və şükr barəsində) buyurmuşdur:
Dörd şey verilmiş şəxs, dörd şeydən məhrum olmayıb: dua etməyə əmr olunmuş kəsi, istəyini rəva etməkdən məhrum etməzlər; tövbə etməsi göstərişi verilmiş kəsi (tövbəsini) qəbul etməkdən naümid etməzlər; istiğfar etməyə məcbur olunmuş şəxsi bağışlanmaqdan naümid etməzlər; şükr öyrədilmiş kəsi (nemətlərin) çoxalmasından məhrum etməzlər. (Seyyid Rəzi - rəhiməhullah - deyir:)
Bu kəlamın təsdiq və şahidi Allah-təalanın kitabındadır ki, dua barəsində (Mumin surəsinin 60-cı ayəsində belə) buyurmuşdur: «أُدْعُونِي أَسْتَجِبْ لَكُمْ» «Məni çağırın, Mən də sizin dualarınızı qəbul edim!»; istiğfar barəsində (Nisa surəsinin 110-cü ayəsində belə) buyurmuşdur: «وَمَن يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللّهَ يَجِدِ اللّهَ غَفُورًا رَّحِيمًا» «Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər»; (İbrahim surəsinin 7-ci ayəsində) şükr etmək barəsində buyurmuşdur: «لَئِن شَكَرْتُمْ لَاَزِيدَنَّكُمْ» «Əgər nemətlərin şükrünü etsəniz, sizə olan nemətimi artıracağam.» Tövbə barəsində də (Nisa surəsinin 17-ci ayəsində belə) buyurmuşdur: «إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً» «Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal (ölüm çatmamışdan qabaq) tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər! Həqiqətən Allah (həqiqi tövbəni) bilən və (hamı barəsində) hikmətlidir.»
Həqiqi tövbə edən insan tövbəsinin qəbul olmasını duyur, çünki qəlbinə rahatlıq, yüngüllük və sevinc gəlir sanki itirdiyin tapıb.

Allah sizə yar olsun.

Sual (38) : Əssəlamu əleykum. MENIM SUALIM BELEDIR Kİ. EGER BIR INSAN NƏ VAXTSA SEHLANKARLIQ EDIB, DONUZ ETI YEYIB INDI PESMANDIR Və YEMIR O INSANI NECE PAKLAMAQ LAZIMDIR?ALLAH RAZI OLSUN
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sidqi qəlbdən tövbə edib istiğfar edilsə kifayətdir və yaxşı olar imkan qədər haramın təsiri bədəndən getməsi üçün bir neçə müddət oruc tutsun tainki haramdan vücuda gələn ətlər ərisin.

Allah sizə yar olsun.


Sual (39) : Salam Aleykum,Biri deyirdi:"Icki ichib namaz qilan wexsle,hicab baglamayib(namehrem onunde baglamayani deyir)amma namaz qilan qadin eynidir,chunki,ikiside haram iw gorur",men ona etiraz etdim,amma deqiq bilmirem bu soz duzdur ya yox.sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hicab islamın zəruri məsələlərindəndir. Hicab təkcə namazda yox hər halda vacibdir. Hicab bağlamayan müsəlman harama və günaha yol verir və Allaha qarşı üsyan edir elə bu baxımdan içki içmək və başqa haramlarla eynidir. İçki içmək və hicabsızlıq hər ikisi böyük günahlardandır.

Allah sizə yar olsun.

Sual (40) : Allahın salamı üzərinizə olsun. Mənim sualım belə idi ki, evdə mənə hicab bağlamağa mane olurlar, mən düşünürəm necə əlac edim, hicaba keçim. İstəyirəm, evdə deyəm ki, mən tövbə etmişəm hicab bağlamağa, amma həqiqtən tövbə etməmiş olsam. Düzdür, bu yalandır, amma Allahın vacibatını yerinə yetirmək üçün etmək istəyirəm, bu günahdırmı? Allah razı olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Tövbənin mənası günahdan Allaha tərəf dönməkdir hətta bunu dilə gətirməsən belə əgər bir günahı tərk etməyi və etdiyin günahdan peşman olub gələcəkdə bir daha etməməyi qarşına məqsəd qoyursansa bu əsl tövbədir. Hicabsızlıq günahdır və tövbəsi isə hicaba qayıtmaqdır. Tutduğunuz yol düzgün və sözünüz doğrudur.

Allah sizə yar olsun.

Go to TOP