Sual (21) : esalamu eleykum sualim budur allah hansi edilen gunahin tobesin qebul etmez
Ad: tural, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Tövbə etdikdə Allah bütün günahları bağışlayır, istər şirk olsun istər digər günahlar. Amma bəzi günahın tövbəsi fərqlidir, yəni həqiqətdə şəraiti fərqlidir. Misal üçün boynunda haqqun-nas olan insan tövbə etdikdə camaatın haqqını da ödəməlidir, oğurluq edən, malı sahibinə qaytarmalıdır və s. Yəni tövbəni şərtləri ilə yerinə yetirmək lazımdır, təkcə dildə deməklə yox.
Hətta bəzən Allah tövbəsiz günahları bağışlayır. Şəhid barədə hədisdə buyrulur ki, haqqun-nasdan başqa şəhidin bütün günahları bağışlanır. Amma o ki, qaldı Quranda şirk barədə delilir ki, "Şübhəsiz, Allah Ona şərik qoşulmasını bağışlamaz" Nisa surəsi 116. Bu tövbəsiz ölənlər haqqındadır.
Çünki, Allah-tala Zümər surəsi 53-cü ayədə şirk daxil olmaqla bütün günahları bağışlamağını buyurur:
De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!

Allah sizə yar olsun.

Sual (22) : cox tez tez yalandanisiram bunan nece canimi qurtara bilerem zehmet olmasa deyin
Ad: kamil, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

İstər müsəlman, istərsə də qeyri-müsəlmanlar arasında yalan ən çirkin sifətlərdən hesab olunur. Qurani-kərimdə bu barədə buyurulur: «Yalanı, ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar» .
İmam Sadiq (ə) buyurur: «İnsanların rüku və səcdələrinin uzunluğuna baxmayın. Bu adət üzündən də ola bilər. Amma onların düzlüyü və etibarına diqqət edin» .
İmam Baqir (ə) buyurur: «Allah bütün pislikləri qıfıllayıb və şərab qıfılların açarıdır. Yalan isə, şərabdan da pisdir» .
Yalanla günah arasında əsaslı rabitə vardır. Günahkar insan doğru danışarsa, rüsvay olar. O öz günahını örtmək üçün yalana əl atmağa məcburdur.
Bir şəxs həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, ərz etdi: «Ya Rəsullullah! Həm namaz qılmıram, həm günaha yol verirəm, həm də yalan danışıram. Bunlardan hansını birinci tərk edim?». Həzrət Peyğəmbər (s) ona məsləhət gördü ki, əvvəlcə yalanı atsın. Peyğəmbərin (s) yanından çıxan həmin şəxs, bir az sonra günah etmək istədikdə yadına düşdü ki, Həzrətə doğru cavab verməlidir və doğru cavab verməsə, cəzalanacaq. Ona görə də bütün günahlarına tövbə etdi.
Başqa bir vaxt isə həzrət Peyğəmbərdən (s) soruşdular:
- Müsəlman qorxaq ola bilərmi?
Həzrət (s) buyurdu
- Mümkündür.
- Müsəlman paxıl ola bilərmi?
O həzrət mümkün olduğunu bildirdi.
- Müsəlman yalan danışa bilərmi?
Həzrət (s) «müsəlman yalan danışa bilməz»- deyə buyurdu.

Allah sizə yar olsun.

Sual (23) : Salam ələkum livat edən bağışlanırmı ?

Əleykumus-salam.

Livat islamda çirkin əməl və böyük günah olmağına baxmayaraq, bu əmələ mürtəkib olan insan qəlbən peşman olub tövbə edərsə Allah bağışlayar. Çünki Allahın rəhmətindən naümid olmaq bütün günahlardan böyükdür.

Allah sizə yar olsun.

Sual (24) : Salamun aleykum,səndən halallıq istəyən adama dildə halal edib,qəlbində etmirsənsə (çünki sənə pislik etməyə davam edir)ona halal olurmu?

Əleykumus-salam.

Bəli, halal olur, əlbətdə sonraki pisliklər üçün yenidən halallıq almalıdır və halallıq istəməsi peşmançılıq üzündən olmalıdır.

Allah sizə yar olsun.

Sual (25) : en boyuk gunah ne
Ad: penah , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Ənböyükgünah Allaha şərik qoşmaqdır. Ona görə Allah-təala buyurmuşdur:
وَمَنْ يُشْرِكْ بِاللهِ فَقَدْ حَرَّمَ اللهُ عَلَيْهِ الْجَنَّة َ
«Hər kəs Allaha şərik qoşsa Allah behişti ona haram edər.»
Peyğəmbər(s) buyurur: “Həqiqətən, ənböyükgünah dilin yalana adət etməsidir.” (Mömin yalan və xəyanətdən başqa hər bir şeyə adət edər).
Bir nəfər İmam Əlidən (ə) soruşdu:
ما اَكْبَرُ الْكَبائِر؟
«Böyük günahların arasında ən böük günah hansıdır?»
İmam (ə) buyurdu:
اَلاَْمنُ مِنْ مَكْرِ اللهِ، وَالْيَأْسُ مِنْ رَوْحِ الله، وَالْقُنُوطُ مِنْ رَحْمَةِ اللهِ
1. «Özünü Allahın əzabından amanda bilmək;
2. Allahın nemət verməyindən ümidini üzmək;
3. Allahın rəhmətinə ümidsiz olmaq»
Həzrəti-Əli(ə) buyurur: "Ən böyük günah odur ki, insan etdiyi günahı kiçik hesab etsin."
Həzrət Əli (ə) buyurmuşdur: «Ənböyükgünah möminin malına təcavüzdür.
Həzrət Sadiq (ə) buyurur: «Ənböyükgünah günahsız insanı öldürmək, mehr ödəməkdən boyun qaçırmaq və fəhlənin əmək haqqını ödəməməkdir».
Böyük günahlardan biri də ata və ananın üzünə ağ olmaqdır.

Allah sizə yar olsun.

Sual (26) : Salamun Aleykum. Aga bir insan etdiyi gunaha gore tovbe edibse yeniden tovbesin pozub o gunahi yeniden edibse baqislanmasi ucun ne etmek lazimdir? yeniden tovbe etmek?
Ad: ilkin, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsan gərək öz günahlarından tövbə edib, möhkəm iradə ilə günahı tərk etmək qərarına gəlsin. Əgər müxtəlif səbəblərə görə tövbəsini qoruya bilməsə və şeytan və öz nəfsinə aldanaraq yenidən günaha mürtəkib olsa, gərək naümid olub zəifləməsin. Əksinə gərək yenidən güclü iradə və niyyətlə tövbə etsin və günahı təkrar etməmək üçün qərara gəlsin. Həmçinin yarımçıq və natamam tövbələr təsirsiz deyil və bu xüsusiyyətə malikdir ki, tədricən insanın ruhunda günahı tərk etmək qüdrətini gücləndirir və nəhayət sınmayan kamil tövbəyə yiyələnməyə müvəffəq olur.

Bundan əlavə aşağıda qeyd olanlara riayət etmək lazımdır.

1.Günah mühitindən uzaqlaşmaq və günah məclislərində iştirak etməmək.

2.Gərək öz dost və oturub-durduqlarına diqqət etsin, əgər keçmişdə onu günaha təşviq edənlər olubsa, onlardan uzaqlaşsın.

3. Hər zaman günaha vəsvəsə və həvəs yaranarsa Allahı yad etməyə üz tutsun.

4.Həmişə tərk etdiyi günahın mənfi təsi barədə düşünsün və o təsirləri gözünün önünə gətirsin. Məbada qəflət və günahın məhvedici təsirini unudmaq nəticəsində həvəslər onda baş qaldırsın və hər tərəfdən vəsvəsələr qəlbinə hücüm gətirsin.

5.Hər bir günahın qarşılığında vədə verilmiş əzablar və cəzalar barədə düşünsün. Bu ehtimalda var ki,  tövbə etdikdən sonra yenidən günahı təkrarlamağın əzabı daha şiddətli olsun. 

Allah sizə yar olsun.

Sual (27) : Selamun aleykum menim bir sualim var cavab versez sad olardim. Men bir nefern qeybetni elemisem ki ondan hallaliq almq istiyirdim indi onu tapa bilmirem bele olan halda menim vezifem nedir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qeybətin etdiyiniz şəxsdən halallıq almağa ehtiyac yoxdur, sadəcə səmim qəlbdən özünüz və onun üçün Allahdan bağışlanmaq istəsəz kifayət edər. Çünki, bəzən halallıq almaq istəyəndə kin-küdurətə səbəb olur.

Allah sizə yar olsun.

Sual (28) : assalamu aleykum! size 3 sualim var.xahis edirem cavablandirin. 1. men esgerlik vaxti bir nece insani doymusem, onlar indi bilmirem haradadir hec gorsemde belke tanimaram,onlarin haqqini nece odeye bilerem? 2.bir qiza demisem seninle evlenecem amma evlenmemisem ve bununla yanasi ona hec toxunmamisamda,bunun cezasi nedir? 3.incidilen, oldurulen heyvanlarin haqqi nece olacaq?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Haqqını tapdadığınız insanları tanıyırsızsa onlardan halallıq alın əgər tanımırsınızsa onlar və özünüz üçün Allahdan bağışlanmaq diləyin və istiğfar edin. Əgər halallıq istədiyiniz surətdə arada kin-küdurət ya dava-dalaş düşərsə istiğfar edin və ya başqasının vasitəsi ilə halallıq alın. Əgər boynunuzda olan haqq, mal və puldursa və sizdə sahibini tanımırsınız ya tapa bilmirsiniz onun əvəzindən həmən pulu sədəqə verin.

2. Tövbə edin inşəllah Allah-təala bağışlayar və onun üçündə dua edin.
3. Əgər heyvan ziyan vericidirsə öldürməyin eybi yoxdur. Əks halda tövbə edin.

Allah sizə yar olsun.

Sual (29) : assalamu aleykum!! cahil vaxti zina eden sonradan tovbe edib dindar olub. tovbe oz yerinde umumiyyetle zinanin evezi neyle odenir? yeni bunun bir keffareside varmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xalis və səmimi-qəlbdən tövbə etməklə və iffətli həyat yaşamaqla zinanın qəlbdə yaratdığı qaranlığı və çirkinliyi təmizləyin. Lazım deyil bu günahı kiməsə danışasınız, nə qədər böyük günah olsada Allah-təala tövbə ilə günahı bağışlayır və yerinə savab yazır. Amma tövbə edilməzsə qiyamətdə insanı böyük əzab gözləyir.

Allah sizə yar olsun.

Sual (30) : Salamun eleykum qardaim.Qardawim men cavanam ve heddi buluq olmusam.Meni wehvet hissi buruyub ve meni pis gunah etmeye tehrik edir.Qardawim meni bu gunahdan azad etmenin yolunu gosterin size cox dua ederem

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Belə günahlara bulaşmamaq üçün sizə bir neçə şeyi tövsiyə edirik:
- Gecələr yüngül yeməklər yeyin, yatmazdan öncə həmişə tualetə gedib sidik kisənizi boşaldın.
- Heç vaxt doyunca yemək yeməyin, tam doyamazdan yeməkdən əlinizi çəkin.
- Dar və yapışqan paltar geyinməyin.
- Heç vaxt hamamda tam olaraq soyunmayın, cinsi orqanızı sabunla yumayın, bu şəhvətinizin təhrik olunmasına səbəb olacaq.
- Günah təsəvvürləri, cinis yaxınlığa aid fikirləri xatırlamayın.
- Günaha təhrik edən şeylər oxumaqdan, baxmaqdan və eşitməkdən çəkinin.
- Təhrikedici yeməklər- xurma, soğan, istiot, yumurta yeməyin və ya həddindən artıq az yeyin.
- Günah həvəsi edəndə tək qalmayın. Özünüzə pak və iffətli dostlar seçin. Çalışın məscidə, hüseyniyyə və ziyarətgahlara çox gedin. İmkan daxilində namazlarınızı məsciddə qılın. Sizi fəsada aparan nalayiq insanlarla yoldaşlıq etməyin.
- Əlavə enerjinizin boşalması üçün münəzzəm olaraq idman edin.
- Heç vaxt bekar qalmayın, həmişə faydalı işlərlə məşğul olmağa çalışın.
- Əgər qəza orucunuz belə yoxdursa, müstəhəb oruc tutun. Əgər oruc tuta bilmirsinizsə, təlim orucu tutun, yəni çox az yeməyə çalışın.
- Əgər naməhrəmlə danışmağa məcbur olsanız belə onların üzlərinə baxmayın.
- Əks cinslə təkəbbürlə davranın, heç vaxt onlarla mülayim və mehribanlıqla davranmayın.
- Əlinizə rezin bağlayın, günah fikirlər sizə hücum edərkən rezini çəkib buraxmaqla həmin fikirlərdən xilas olun, özünüzə xəbərdarlıq edin.
- Bu əməlin necə böyük günah olması, pis sonu haqqında düşünün, lakin sarsılmayın.
- Xəta baş verərkən tez tövbə edin, Allahın şəfqətindən məyus olmayın, Allahın mərhəməti sizin günahınızdan daha böyükdür.
- Quran çox oxuyun, mənasına fikir verin.
- Dini, dua, təvəssül, mouzə məclislərində çox iştirak edin.
- İnsanı oyadan, moizə xarakterli kitablar oxumağa təlaş edin, gündə bir neçə saat mütaliə edin, xüsusilə Ayətullah Dəstiğeybin Böyük günahlar, Məad kitablarını oxuyun.
- Boş vaxtlarınızı mütaliə, idman, ziyarət, ibadət və qohumlara baş çəkməklə doldurun.
- Qiyamət və məad haqqında düşünün.
- La həvla vəla quvvətə illa billah zikrini çox təkrarlayın.
- Bu əmələ görə namazınızı, orucunuzu tərk etməyin, qüsl və ya təyyəmüm alıb namazınızı qılın. İbadətlərinizi tərk etməmək məlum pis işi tərk etməyinəzə böyük kömək edəcək.
- Günaha səbəb olacaq mühitlərdən kəskinliklə uzaqlaşın, vaxtınızı kitabxanada keçirin, səbəbsiz olaraq küçələri gəzməyin.
- Xatırlamaq zəruridir ki, bu qeyd etdiklərimiz o vaxt nəticə verər ki, siz dəqiqliklə bunlara əməl edəsiniz.
Həqiq tövbə edin. Həqiqi tövbə odur ki, insan işlətdiyi günahlara görə ciddi formada peşman olsun və onu tamamilə tərk etsin və gələcək xeyir işlərlə keçmişinin əvəzini çıxsın. Belə olduqda, inşallah, Allahın bəxşiş və mərhəməti ona şamil olacaqdır.

Allah sizə yar olsun.

Go to TOP