Sual (11) : Salam aleykum livat daha boyuk gunahdir yoxsa zina? Hansinin bagislanilmagi daha cetindir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədislərlərdən belə başa düşülür ki, livatın günahı zinadan pis və böyükdür. İmam Sadiqdən (ə) belə nəql olunub: Livatın haramlığı zinanın haram olmasından böyük və şiddətlidir. Çünki Allah-taala livata görə bir ümməti həlak etdi, bir halda ki, zinaya görə həlak və nabud etməyib. Əlbətdə ərli qadınla zina etməyin günahı ərsiz qadınla zina etməkdən daha böyükdür. Amma hər halda səmimi qəlbdən tövbə edən insanın tövbəsini Allah qəbul edir və günahını bağışlayır. İnsan gərək Allahın rəhmətindən naümid olmasın, çünki naümid olmaq bütün günahlardan pisdir.

Allah sizə yar olsun.


Sual (12) : Salam aleykum.Men Allahin merhemetine cox guvenirem,nese gunah etmek isteyende duwunurem ki,sonra tovbe ederem Allah bagiwlayar.Men nece edim ki,bu hal meni gunaha aparmasin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsan gərək öz günahlarından tövbə edib, möhkəm iradə ilə günahı tərk etmək qərarına gəlsin. Əgər müxtəlif səbəblərə görə tövbəsini qoruya bilməsə və şeytan və öz nəfsinə aldanaraq yenidən günaha mürtəkib olsa, gərək naümid olub zəifləməsin. Əksinə gərək yenidən güclü iradə və niyyətlə tövbə etsin və günahı təkrar etməmək üçün qərara gəlsin. Həmçinin yarımçıq və natamam tövbələr təsirsiz deyil və bu xüsusiyyətə malikdir ki, tədricən insanın ruhunda günahı tərk etmək qüdrətini gücləndirir və nəhayət sınmayan kamil tövbəyə yiyələnməyə müvəffəq olur.

Bundan əlavə aşağıda qeyd olanlara riayət etmək lazımdır.

1. Günah mühitindən uzaqlaşmaq və günah məclislərində iştirak etməmək.

2. Gərək öz dost və oturub-durduqlarına diqqət etsin, əgər keçmişdə onu günaha təşviq edənlər olubsa, onlardan uzaqlaşsın.

3. Hər zaman günaha vəsvəsə və həvəs yaranarsa Allahı yad etməyə üz tutsun.

4. Həmişə tərk etdiyi günahın mənfi təsi barədə düşünsün və o təsirləri gözünün önünə gətirsin. Məbada qəflət və günahın məhvedici təsirini unudmaq nəticəsində həvəslər onda baş qaldırsın və hər tərəfdən vəsvəsələr qəlbinə hücüm gətirsin.

5. Hər bir günahın qarşılığında vədə verilmiş əzablar və cəzalar barədə düşünsün. Bu ehtimalda var ki,  tövbə etdikdən sonra yenidən günahı təkrarlamağın əzabı daha şiddətli olsun.

Allah sizə yar olsun.

Sual (13) : Salam alaykum .suallma gore uzur isdeyirem.bir insan cahil dovurunde boyuk gunahlar edib onun aqibeti nece olacaq.awaqdakl gunahlarl . Heyvanla intim munasbet . Kiwi kiwiyle yaxnlq. Heyvana zulum . Haram olmuw qadlna yaxnlq. Bu gunahlar ucun tobe elese qiyamet gunu sorqu suall var? .yox eger halallq almaq lazlmdlrsa nece halallq alsln .?. Zulum olmuw heyvanlar indi yoxdu .allah razl olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Tövbə edilsə kifayətdir və Allah bağışlayar inşallah, halallıq almağa ehtiyac yoxdur. Günah işə mürtəkib olunub, gərək tövbə edib yaxşı işlər görməklə keçmişini düzəltsin və Allahın razılığını qazansın.
Allah sizə yar olsun.
Sual (14) : Salam alaykum .allah cox rehimlidi ve baqwlyandl ve adeletlidi.quran kerim deyir ki allah butun gunahlarl bawlayar.bes bir insan 20il gunah elese camahata zulum elese camahatln haqln yese .sora pewlman olub dine gelse allah o insanl baqwlayacaq.?allah o insanl baqwlasa bes camahatln haql nece olacaq?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Tövbə etdikdə Allah bütün günahları bağışlayır, istər şirk olsun istər digər günahlar. Amma bəzi günahın tövbəsi fərqlidir, yəni həqiqətdə şəraiti fərqlidir. Misal üçün boynunda haqqun-nas olan insan tövbə etdikdə camaatın haqqını da ödəməlidir, oğurluq edən, malı sahibinə qaytarmalıdır və s. Yəni tövbəni şərtləri ilə yerinə yetirmək lazımdır, təkcə dildə deməklə yox.
Hətta bəzən Allah tövbəsiz günahları bağışlayır. Şəhid barədə hədisdə buyrulur ki, haqqun-nasdan başqa şəhidin bütün günahları bağışlanır. İmam Hüseyn (ə) Kərbəlada buyurdu: Hər kəsin boynunda haqq var və borcu var getsin. Bəs camaatın haqqı yalnız onlardan halallıq aldıqda bağışlanır. Əgər bu dünyada camaatın haqqını ödəməyibsə axirətdə müxtəlif yollarla ödəməli olacaq. Misal üçün savab əməlləri haqq sahibinə veriləcək və ya onun günahları boynunda haqqı olan şəxsin nameyi-əməlinə yazılacaq.

Allah sizə yar olsun.

Sual (15) : Salam~_~~qeybәт Gunahindan~nece terk etmey ?olar?~tovbe etsek bes etmir????o qeder insanin qeybetin ,etmisiy ki,,,onlarin hamisin tapib halallig almag mumkun deyil~tovbe etsey bes edir?????
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qeybət etmək ağır günah olduğu qədər də icrası yüngül işdir. Bir saniyəlik adi danışıq belə insanın ruhunu qaraldacaq qədər ağır bir günah sayıla bilər. Hətta insan çox vaxt elə düşür bu günaha ki, heç özü də hiss etmir ki, bu qeybətə nə vaxt düşdü və haradan başladı.  

Həzrət Peyğəmbər (s) və digər məsumlardan rəvayət olunan hədislərə görə, bir insanın haqqında özü olmayan yerdə xoşuna gəlməyən və açılmasına razı olmayan bir şeyi danışmağa qeybət deyilir. İnsanların çoxu hələ bilmirlər ki, qeybətin əhatə dairəsi nə qədər böyükdür! Qeybət təkcə danışmaqla deyil, bəlkə işarə, mənalı baxış, təkcə bir kələmə, bir yazı və hətta səssiz bir barmaq və göz işarəsi də olar bilər.  

Qeybət etmək fərdi günah olaraq ruha zərər vurduğu qədər həm də ictimai günah sayılır və dağıdıcı ictimai fəsadları var. Həm fərd və həm də ictima üçün qeybətin sonu xoş nəticələnmir.

Amma insan özünü və dilini kontrol edərək bu pis xasiyyətdən canını qurtara bilər. Aşağıda qeybəti tərk etməyin əsas yolları göstərilir:

1). İslam və Quran maarifi barədə daha çox bilmək və savadlanmaq. Xüsusilə də böyük əxlaq və irfan alimlərinin həyatını və əxlaq kitablarını mütaliə etmək.

2). Xasiyyəti həmişə digərləri haqqında söhbət etmək olan insanlardan uzaqlaşın.

3). Qeybət olunan məkanlara getməyin.

4). Qeybətə sövq edən suallar soruşmayın və belə suallara cavab verməkdən uzaq olun.

5).  Qeybətə başlayan kimi qarşı tərəfi dayandırın və ya söhbətin səmtini dəyişin.

6). Çalışın digərləri bilsin ki, sizin qeybət etməkdən və eşitməkdən xoşunuz gəlmir.

7). Özünü islah etmək istəyən dostlardan xahiş edin ki, siz qeybət etmək istədikdə bunun qarşısını alsınlar.  

8). Qeybəti tərk etməyin əsas və təhlükəsiz yolu "sükut"dur.

9). Sizin qeybətinizi edənləri bağışlayın və onlar haqqında danışmayın. Bu zaman Allah – Taala da sizi bu işdə müvəffəq edəcək.

10). Qeybəti tərk etməyin yollarından biri də ölümü və hesab verməyi tez – tez xatırlamaqdır.
İmkan daxilində və fəsad irəli gəlməsə, qeybəti olunan şəxsdən halallıq alınmalıdır. Əks təqdirdə onun üçün o qədər xeyir işlər görmək lazımdır ki, onun razılığına yəqin hasil olsun. Hər halda tövbə etməlidir, özünə və qeybətini etdiyi şəxsə Allahdan bağışlanma diləməlidir.
Allah sizə yar olsun.
Sual (16) : Muhərrəm ayında başdan və bədəndən vuraraq qan çıxartmaq şəriətdə düzgündürmü? Belə işlərin dində hökmü nədir?

Bismillahir-rəhmanir-rəhim.

İmam Hüseynin (əleyhis-salam) matəm mərasimi dinin əh mühüm ənənələrindəndir və şiə məzhəbinin yaşamasının rəmzidir. Bu mərasimlər mümkün qədər təntənəli formada qeyd olunmalıdır. Amma bədənə ziyan yetirən və məzhəbi sual altına aparan bütün işlərdən ciddi formada çəkinmək lazımdır. Əzadarlıqda baş yarmaq qan çıxartmağa alimlər icazə vermir.

Allah sizə yar olsun.

Sual (17) : Salam aleykum. Dil günahlarımdan necə qurtulum?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Dildə insanın digər üzvləri kimidir, onu qorumaq üçün ən yaxşı yol budur ki, insan cəhalət, nadanlıq və qəfləti aradan aparsın. Allah və məsumlarla öz əlaqəsini gücləndirsin və günahın pis nəticələri barədə düşünsün.
Dilini bacardığın qədər qoru! Bu üzv Allahı zikr etməkdən ötrü, Quran oxumaq, insanları irşad etmək, dini və dünyəvi məsələlər barədə öz hacətlərini ödəmək üçün ötrü yaradılmışdır. Əgər dildən yaradılış hədəflərindən başqa şeylərdən ötrü istifadə etsən, böyük ziyana uğramış olarsan. Dilini səkkiz şeydən qoru:
1. Yalan söz danışmaqdan. İstər ciddi olsun istərsə də zarafatyana. Əgər yalan zarafata adət etsən, tədricən yalan deməklə həddi aşacaqsan. Bil ki, yalan kəbirə günahlardandır.
2. Verdiyin vədə xilaf çıxmaqdan. Məbada, yaxşılıq vədəsi verib, sonra ona xilaf çıxasan! Gərək yaxşılığın əməldə olsun, dildə yox. Əgər naçar qalıb vədə vermiş olsan, heç vaxt ona xilaf çıxma. Yalnız, zəruri hallar istisnadır. Vədəyə xilaf çıxmaq münafiqlik əlamətidir. İkiüzlülük də napak əxlaqdan irəli gəlir.
3. Qeybətdən. Bir çox hədislər əsasında məlum olmuşdur ki, qeybət etməyin çox böyük günahları var.
4. Camaatın narahatlığına və incikliyinə səbəb olan höcət və mücadilə etməkdən. Bil ki, bu, cəhl və nadanlıq əlamətidir.
5. Özünü tərifləməkdən. Bu çox pis xüsusiyyətdir. Allah-təala buyurur: “Özünüzü tərifləməyin ki, Allah təqvalıları daha yaxşı tanıyır.” Bir hikmət sahibindən soruşdular: “Xoşa gələn düz, lakin pis söz nədir? “Cavab verir: “Özünü tərifləmək.”
6. Müsəlmana lənət etməkdən. Bu işdən var gücünlə çəkin!
7. Allahın yaratdıqlarına nifrin etməkdən. Hətta, əgər sənə zülm etmiş olsa da. Çünki, hədislərdə gəlib: “Məzlum şəxsin intiqam üçün zalım barəsində etdiyi duanı Allah qəbul edər. Lakin gördüyü zülmdən artıq nifrin edərsə, həmin miqdarda zalımın onun boynunda haqqı var.”
8. Nalayiq zarafat və məsxərədən. Dilini bu cür narəva sözlərdən qoru. Çünki bu, insanın abrını aparar, onun alçalmasına, düşmənçiliyə, qəlblərdə kin və ədavətin cücərməsinə səbəb olar. Heç kəslə zarafat etmə, əgər səninlə də zarafat etsələr cavab vermə ki, qoy söhbətin mövzusu dəyişsin. O kəslərdən ol ki, özünü ağır apararaq ləğv və bihudə işlərdən uzaq gəzir.
Bütün bunlar dilin afətləridir. Bunlardan xilas olmaqdan ötrü təklikdə olmaq və zəruri hallardan başqa bir söz deməkdən çəkinmək üçün ciddiyyət göstərmək lazımdır. Bu dildən özünü möhkəm qoru! Bu dil vasitəsi ilə hər iki dünyanın həlakətinə məruz qalarsan.

Allah sizə yar olsun.

Sual (18) : salam o qeder gunahim varki…..tovbe etmek istemiwem defelerle.ama yene de duzelmemiwem.cox istiyirem tovbe edim.ede bilmirem.bacarmiram.tek olan ALLAHIM bilirki icimde oz ozume nece nifret edirem.herden olmek istiyirem(bir defe damarimi kesmiwdim).ama sora ozume deyiremki -tutaqki oldum,o dunyada hansi duzgun emellerime gore cavab verecem?!axiretimden cox qorxuram.ama bir defelik nece tovbe edim bilmirem.nefsime hakim cixmaq istiyirem(((((((((xahiw edirem komek edin. TEWEKKURLER….

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsan gərək öz günahlarından tövbə edib, möhkəm iradə ilə günahı tərk etmək qərarına gəlsin. Əgər müxtəlif səbəblərə görə tövbəsini qoruya bilməsə və şeytan və öz nəfsinə aldanaraq yenidən günaha mürtəkib olsa, gərək naümid olub zəifləməsin. Əksinə gərək yenidən güclü iradə və niyyətlə tövbə etsin və günahı təkrar etməmək üçün qərara gəlsin. Həmçinin yarımçıq və natamam tövbələr təsirsiz deyil və bu xüsusiyyətə malikdir ki, tədricən insanın ruhunda günahı tərk etmək qüdrətini gücləndirir və nəhayət sınmayan kamil tövbəyə yiyələnməyə müvəffəq olur.

Bundan əlavə aşağıda qeyd olanlara riayət etmək lazımdır.

1.Günah mühitindən uzaqlaşmaq və günah məclislərində iştirak etməmək.

2.Gərək öz dost və oturub-durduqlarına diqqət etsin, əgər keçmişdə onu günaha təşviq edənlər olubsa, onlardan uzaqlaşsın.

3. Hər zaman günaha vəsvəsə və həvəs yaranarsa Allahı yad etməyə üz tutsun.

4.Həmişə tərk etdiyi günahın mənfi təsi barədə düşünsün və o təsirləri gözünün önünə gətirsin. Məbada qəflət və günahın məhvedici təsirini unudmaq nəticəsində həvəslər onda baş qaldırsın və hər tərəfdən vəsvəsələr qəlbinə hücüm gətirsin.

5.Hər bir günahın qarşılığında vədə verilmiş əzablar və cəzalar barədə düşünsün. Bu ehtimalda var ki,  tövbə etdikdən sonra yenidən günahı təkrarlamağın əzabı daha şiddətli olsun.

Allah sizə yar olsun.

Sual (19) : assalamu aleykum! gunah ve haramin ferqi nedir? yoxsa onlar eyni seylerdir!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Haram, Allahın müəyyən etdiyi qırmızı xətdir ki, bu xətti keçdikdə günaha mürtəkib olunur. Haram adətən fiqhi, günah isə əxlaqi məsələlərdə işləni.

Allah sizə yar olsun.

Sual (20) : Allahin salami olsun size. bilmek isterdimki, xeta sozunun anlayisi nedi?bilerekden ya bilmerekden edilen gunahdi? Allaha emanet olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xəta, bilməyərəkdən baş verən işə və səhvə deyilir. Xətanı Allah-taala bağışlayır və günah hesab olmur. Əlbətdə bəzən ümumiyyətlə bütün günahlara xəta deyilir. Səbəbi də budur ki, insan, günahların Allaha mərifətin olmamağı üzündən baş verməsi kimi qələmə verir.

Allah sizə yar olsun.

Go to TOP