Sual (1) : salam alaykume .bir qadln cahil olub qaunenesi bezdririmiw ve ozune qest edir ozun yandrlr ve olur .ovlatlarl onun ucun dua edir namaz hediye edir .onun ucun baxwdamaq ehtimall varml.?Allah o qadnl baxwdayarml?Allah razl olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.
Özünə qəsd etmək böyük günahlardandır. Bu günaha görə istər kişi, istərsə də qadın Allahın şiddətli əzabına düçar olar. Əgər insan dəli və əsəbi deyilsə, günahın səbəbi axirət inancının zəifliyi, dözümsüzlük və Allahdan ümidsizlikdir.
Hər halda müsəlman meyyitə aid olan bütün hökmlər ona da aiddir. Allahın məğfirəti və əfvi ona şamil olması ümidi ilə dua etmək olar və meyyit namazında da ona dua edilir. Təbii ki, bağışlanmaq ehtimalı da var.
Allah sizə yar olsun.
Sual (2) : Salam aleykum. Rehmete geden adamnan halalliqi nece almaq olar dini qaydada cox xaiw eleyirem bunun ucun ya bir dua ve ya Qurani Kerimnen bawqa bir wey ne bilirsiz bunun ucun mene cavab yazardiniz sizden bunun ucun cox xaiw elerem ...

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Halallıq almaq həmişə dillə olmur, əgər dünyasını dəyişmiş insana pul borclu olmusunuzsa onun halallıqı budur ki, o pulu mərhumun vərəsəsinə qaytarasınız. Əgər qeybətin etmiş olsanız Allahdan ona və özünüzə bağışlanmaq diləyin. Əgər töhmət vurmusunuzsa eşidənlərə töhmət olduqunu başa salın və s. Əgər dünyasını dəyişmiş insan valideyn olsa onda onun üçün Quran oxuyun və savab hədiyyə edin.
Allah sizə yar olsun.

Sual (3) : salam aleykum.Allah oruclarinizi qebul etsin.4 neferi olduren adam muselman olaraq olse bagiwlana biler? hemin adamlar onu tehqir edib,o da affekt hala duwub.Sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah-taala Nisa surəsinin 93-cü ayəsində buyurur:
Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar.
Bu ayədə mömini qətlə yetirməkdən məqsəd budur ki, bir insanı imanı olduğu üçün öldürələr və ya qətlini halal hesab edələr. Aydın məsələdir ki, belə bir qətl, qatilin küfrünün nişanəsidir ki, əbədi əzabda qalmağa səbəb olar.
Həmçinin İmam Sadiqdən (əleyhis-salam) bu məzmunda hədis nəql olunub.
Bu ehtimalda verilir ki, imanlı və günahsız insanı öldürmək qatilin imansız dünyadan getməsinə səbəb olsun və tövbə etmək ona nəsib olmasın, nəticədə əbədi əzaba düçar olsun.
Mümkündür ki, bu ayədə xülud (daimi) dedikdə həmişəlik yox, uzun müddət əzabda qalmaq nəzərdə tutulsun.
Dünyada isə onun cəzası qisasdır. Bu günahın tövbəsinə gəldikdə isə bilmək lazımdır ki, İslam təlimləri, məsumların hədisləri və tövbənin fəlsəfəsi ki, gələcək həyatda günahdan qorunmaq və tərbiyə üsuludur, istifadə olunur ki, tövbə mümkün olmayan günah yoxdur. Baxmayaraq ki, bəzi günahların tövbəsi çox ağır və çətindir.
Bəs, həqiqətən törətdiyi böyük günahdan tövbə edib qan sahibinin haqqını ödəyərsə və gələcəkdə yaxşı əməllər etməklə keçmişinin əvəzini çıxarsa, İnşallah Allah-taala bağışlayar.

Allah sizə yar olsun.

Sual (4) : SALAM OLSUN AĞA SİZƏ.İNŞALLAH YAXŞISIZ.Mən çox günahkar bəndəyəm AND OLSUNALLAHA Kİ TƏVAZÖKARLIQ ETMİRƏM ÇOX SƏVİYYƏSİZ VƏ GÜNAHKARAM.ama bu günahdan ölmüş qəlbimdə bir zərrə İMAM ZAMAN(Ə.F)eşqi var .mən aşiq deyiləm Ağa ama İmam zaman(ə.f)çün dəli olmaq divanə olmaq istiyirəm onun eşqindən narahat olub gecə yatmaq istəmirəm ilan vyran adam kimi qıvrılmaq istəyirəm!Nolar mənə yol deyin aşiqlik qapısına getməyin yolunu!Allah razı olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.
Xoş o dərdin halına dərmanıdı Məhdi,
Xoş o qəlbin halına qəmxarıdı Məhdi,
Gecə gündüz pərvaz edir ruhu onunla,
Xoş o canın halına cananıdı Mahdi.
Əlbəttə eşq gərək iki tərəfli olsun, bir tərəfli eşq çox çəkmir. Bizim İmamı sevməyimizlə bərabər İmamda gərək bizi sevsin, onun üçün görək hansı əməllər səbəb olur ki, İmamımız bizi sevsin. Bu haqda Nur-az saytının kitabxanasında yerləşdirilmiş kitaba müraciət edin:

Kitabın adı: Yeniyetmələr üçün yol azuqəsi     Mövzu: İslam təlimləri     Müəllif: Nasir Mukari
Həzrət Mehdinin (əc.) zühurunun gözlənilməsi (intizar)
səh 68.

Allah sizə yar olsun.

Sual (5) : Salam.Ele bir gunah varmi ki,orada artiq tovbe qapisi baglanir? mence var,Imamlarin dushmenlerine tovbe qapisi baglanmishdi,Kerbeladan sonra sehv etmiremse,omer sed pewman oldu amma orada tovbeye yer qalmamishdi,sehv edirem? mes,bash kesen bir vahabi tovbe etse Allah onu bagishlayarmi? yox chunki,tovbe Ona nesib olmaz? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Məsumlardan nəql olan hədislərə əsasən hətta İmam Hüseynin (ə) qatilləridə tövbə etsələr Allah bağışlayar, amma belə cinayətə mürtəkib olanlar qəlbi möhürlənmiş insanlardır ki, onlar hidayət olmaz və tövbə etməyə müvəffəq olmazlar. Allah-taala bir çox ayələrdə o cümlədən Bəqərə surəsi 258-ci ayədə buyurur: ... Allah zalım qövmü əsla hidayət etmir.

Allah sizə yar olsun.

Sual (6) : Salam aleykum.Bir adam gunahkar olub,namaz qilmayib,amma onu ezabla oldurubler,daha aciq deyib,doyerek oldurubler.Indi o adam bele olmeye gore o dunyada nese mukafat gorecekmi ve onu oldurenler tovbe etseler bagishlanarmi,bir halda ki,olen adam onlara haqqin halal etmeyib? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Zülmə məruz qaldığı üçün günahları yüngülləşəcəkdir. Amma onu öldürən insanların üzərinə iki haqq gəlir, həm Allahın haqqı ki, insanı qəsdən öldürmək böyük günahdır və həmdə haqqun-nas ki, başqasının canına qəsd ediblər. Əgər tövbə etsələr Allah-taala öz haqqın bağışlayar, lakin haqqun-nas ki, öldürülən insanın haqqıdır, Qiyamətə qalır.

Allahsizə yarolsun.

Sual (7) : Salam,Insanin tovbe etmesi Allahin elindedir,men tovbe edirem amma gunahdan chekine bilmirem,demek tovbem qebul olmayib.Men o inancdayam ki,Allah istemese yarpaq da dushmez.Duzdur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsanın tövbə edib Allaha tərəf qayıtması onun öz əlindədir, tövbənin qəbulu isə Allahın ixtiyarındadır. İnsanın bir daha günaha qayıtması tövbəsinin qəbul olmaması anlamına gəlmir. Amma insan səmimi qəlb (günahdan peşman olmalı) və xalis niyyətlə (bir daha günaha qayıtmamaq niyyəti ilə) tövbə etməlidir. Belə tövbəni Allah qəbul edir. Allah-təala çox-çox tövbə edənləri sevir, yəni insan hər bir günahı üçün tövbə etməlidir. Bəli, tövbə etmək hər kəsə nəsib olmur. Bəzən insanın qəlbi möhürlənir və tövbə etməyə müvəffəq olmur.
İnsan gərək öz günahlarından tövbə edib, möhkəm iradə ilə günahı tərk etmək qərarına gəlsin. Əgər müxtəlif səbəblərə görə tövbəsini qoruya bilməsə və şeytan və öz nəfsinə aldanaraq yenidən günaha mürtəkib olsa, gərək naümid olub zəifləməsin. Əksinə gərək yenidən güclü iradə və niyyətlə tövbə etsin və günahı təkrar etməmək üçün qərara gəlsin. Həmçinin yarımçıq və natamam tövbələr təsirsiz deyil və bu xüsusiyyətə malikdir ki, tədricən insanın ruhunda günahı tərk etmək qüdrətini gücləndirir və nəhayət sınmayan kamil tövbəyə yiyələnməyə müvəffəq olur.
Bundan əlavə aşağıda qeyd olanlara riayət etmək lazımdır.
1.Günah mühitindən uzaqlaşmaq və günah məclislərində iştirak etməmək.
2.Gərək öz dost və oturub-durduqlarına diqqət etsin, əgər keçmişdə onu günaha təşviq edənlər olubsa, onlardan uzaqlaşsın.
3. Hər zaman günaha vəsvəsə və həvəs yaranarsa Allahı yad etməyə üz tutsun.
4.Həmişə tərk etdiyi günahın mənfi təsi barədə düşünsün və o təsirləri gözünün önünə gətirsin. Məbada qəflət və günahın məhvedici təsirini unudmaq nəticəsində həvəslər onda baş qaldırsın və hər tərəfdən vəsvəsələr qəlbinə hücüm gətirsin.
5.Hər bir günahın qarşılığında vədə verilmiş əzablar və cəzalar barədə düşünsün. Bu ehtimalda var ki,  tövbə etdikdən sonra yenidən günahı təkrarlamağın əzabı daha şiddətli olsun.

Allah sizə yar olsun.

Sual (8) : Salam alaykum.Quran kerimde Allah tala buyrub men butun gunahlarl baqwlayanam .bawqa bir ayede buyrub men wirki bawlamram.xayiw edirem bu ayeleri aclqlyradlz.Allah razl olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Tövbə etdikdə Allah bütün günahları bağışlayır, istər şirk olsun istər digər günahlar. Amma bəzi günahın tövbəsi fərqlidir, yəni həqiqətdə şəraiti fərqlidir. Misal üçün boynunda haqqun-nas olan insan tövbə etdikdə camaatın haqqını da ödəməlidir, oğurluq edən, malı sahibinə qaytarmalıdır və s. Yəni tövbəni şərtləri ilə yerinə yetirmək lazımdır, təkcə dildə deməklə yox.
Hətta bəzən Allah tövbəsiz günahları bağışlayır. Şəhid barədə hədisdə buyrulur ki, haqqun-nasdan başqa şəhidin bütün günahları bağışlanır. Amma o ki, qaldı Quranda şirk barədə delilir ki, "Şübhəsiz, Allah Ona şərik qoşulmasını bağışlamaz" Nisa surəsi 116. Bu tövbəsiz ölənlər haqqındadır.
Çünki, Allah-tala Zümər surəsi 53-cü ayədə şirk daxil olmaqla bütün günahları bağışlamağını buyurur:
De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!

Allah sizə yar olsun.

Sual (9) : Salam aleykum. Men bilirem Allah goru, elediyim emel gunahdi yene gunah eliyirem. Bunun sebebi nedir? Nadanliq? Serefsizlik? Cahillik?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Müxtəlif səbəbləri ola bilər. Əsas səbəbi qəflət, Allahın hüzurunu dərk etməmək, günahı kiçik saymaq, iman və təqvanın zəifliyi, iradəsizlik, şeytanın vəsvəsəsi və s. Şeytan müxtəlif yollarla insanı günah toruna salır. Misal üçün vəsvəsə edir ki, günahı et sonra tövbə edərsən Allah bağışlayandı...

Allah sizə yar olsun.

Sual (10) : Salam aleykum. Hansisa gunaha murtekib olmaq nedir? Men hansisa gunahi bile bileki gunahdi amma yenede hefdede, ayda bir defe elemek hemin gunaha murtekib olmaqdir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Günaha mürtəkib olmaq yəni günaha məşğul olmaq və günah işi görmək deməkdir. Adətən insan günahı təkrar etdikdə günah mürtəkib olub, günaha batıb deyilir.

Allah sizə yar olsun.

Go to TOP