Sual (1) : Bismillahir Rahmanir Rahim. Esselamu aleykum. bir nece sualim olacaqdi 1)qurani kerimde bezi mukafatlar varki onlar hem kisi ve hemde qadin ucundur. amma bezi ayelerde sadece gozlerini oz erlerine dikmis hurilerden danislir ki bunlar sadece kiseye xas mukaflardir bes qadinlar ucun sadece qadinlara mexsus olan mukafat varmi? 2)bezi hedis kitablarinda nigah behslerinde bir cox hedilser gelir ki hansi qadinla evlenek olar hansilari ile olmaz.mes:"Zibillikdə bitən çiçəkdən çəkinin. «Zibillikdə bitən çiçək hansıdır?»-deyə soruşulan suala Peyğəmbər (s) «səviyyəsiz ailədə böyüyən gözəl qızdır»-deyə buyurdu."(Bihar, 103-cü cild, səh. 232-237.)bu hedisin sehih olub olmadigini bilmirem ama bunlar cemiyyetde ayri seckilik yaratmirmirmi?meselen ferz edek ki bir cemeyiet ancaq muselmanlar ve hec bir muselman kisi bu hedislerden yola cixaraq hedislerde qeyd olunan xussiyetlere malik qadinlarla evlenmirler. bes onda o qadinlarin hokmu nolur?onlar oz ehtiyaclarini nece odemelidirler?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1) Linkini təqdim etdiyimiz məqaləyə müraciət edin:
http://islamquest.info/az/archive/question/fa943
2) Əlbəttə, əxlaqi hədislərin sənədini araşdırmaqa ehtiyac yoxdur çünki əqildə bunu təsdiqləyir. Bu hədisində nəticəsi əgər ayrı seçgilikdirsədə bu məntiqə və əqlə uyğundur çünki insanın öz ixtiyarında olan bir xüsusiyyətdir. Əgər hədisdə deyilsəydiki gözləri göy olan qızlarla evlənməyin ya boyu güdə olanlarla və s. sizin iradınızın yeri var idi çünki bu insanın ixtiyarında deyil. Birdə hədisdən məqsəd səviyyəsiz ailədə böyüyən əxlaqsız və imansız nəzərdə tutulur çünki övlad tərbiyəsində ananın rolu daha çoxdur. Amma səviyyəsiz aildən çıxmış tərbiyəli və əxlaqlı qıza şamil olmur. İmamların həyatına baxanda biz bu həqiqəti görürük.

Allah sizə yar olsun.

Sual (2) : Salam aleykum.Ushagligda olan xestelik sebebinden uzumde prablemler yaranib,gozlerimin alti da qizarir.Qohumlarimin ikrahla,agiz buzerek baxmasi meni narahat edir,deyir ki,estetik emelliyyata gedim,buna benzer sozler deyirler,chox hessasam,hiss edirem ki,meni sevmirler,onlar bele hereketlerle haqqimi almish olurlarmi?chox sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah-taala Quranın Huməzə surəsində belə insanların barəsində buyurur: İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına. Təbii ki, başqasına qarşı bu qəbil rəftarlar qəlbi sındırmaq hesab olduğu üçün böyük günahdır. Hücurat surəsində buyrurlur: Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar! Əziz Peyğəmbərimiz buyurur: Hər kəs mömini xar etsə, Allah onu zəlil edər. Bu barədə ayə və hədislərimiz çoxdur. Hər halda çalışın xoşdil və gözəl əxlaqınızla onlara rəftar edin və qəlblərində özünüzə yer edin, beləliklə bu qəbil sözləri deməkdən xəcalət çəksinlər.

Allah sizə yar olsun.

Sual (3) : Salamun aleykum. Islamda Novruzu qeyd etmek kimseni tebrik etmek ve kim isenin tebrikini cavablandirmaq icazelidirmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Novruz bayramının dini bayramlardan, yaxud şəri cəhətdən mübarək olan günlərdən olmasına dair mötəbər bir rəvayətin olmamasına baxmayaraq o günü bayram kеçirməyin, qohum-əqrəbanın görüşünə gеtməyin еybi yoxdur, hətta silеyi-rəhm hеsabından bəyənilən bir işdir.

Allah sizə yar olsun.

Sual (4) : Salam alaykum .zifav gecesinin elametleri hanslLardl .?neler qadaxandl neler musdehebdi .?Allah razl olsun.

Əleykumus-salam.

Bu mövzuda ətraflı məlumat üçün saytımızın kitabxanasındakı kitaba müraciət edin:
Kitabın adı: İslamda ailə-1
ZİFAF ƏNƏNƏLƏRİ
http://kitab.nur-az.com/az/lib/view/218

Allah sizə yar olsun.

Sual (5) : Yoldasim daha dogrusu usagimin atasi menim evimde qalir. Ama meni aldadir basqa qadinla. Buna doze bilmirem ne edim. Men ona tovbe eletdire bilerem. ??? Ve nece ede bilerem ki o tovbe etsin. Ve tovbeni harda nece etmelidir Tsk edirem. Allah komeyiniz olsun

Bismillahir-rəhmanir-rəhim.

Bəli, siz həyat yoldaşınıza deyə bilərsiz ki, töbə etsin. Amma öncə bir neçə məsələni bilməlisiz.

Sizin yoldaşınız başqa qadınla gəzir, və bu həqiqətəndə çox narahat edicidir.

Amma sizdə qadınsız. Və cazibəyə, məhəbbətə və Allahın qadına verən gözəlliklərə maliksiz.

Sizcə necə olur ku, sizin yoldaşınız başqa qadınların tərəfinə yolənir?

Siz onu cəzb etmək üçin nə edibsiz?

Nə yaxşı olar ki, öz qadınlıq quvvənizdən istifadə edib yoldaşınızı sevə və sevdirə biləsiniz.

Nəyisə dağıtmaq çox asantdı, amma duzəltmək və yenidən qurmaq hunər istəyir.

Çox yaxşı olarki həzrəte Zəhraya (s) təvəssül edib ondan istəyisizki sizə guc versin, tainkı sizdə öz qadınlıq cazibələrinizlə yoldaşınızı yola gətirəsiniz.

Buna inanın ki, sizdə belə quvvə var.

Sadəcə bu qüvvədən istifadə etmək lazımdır. Bu qadındır kı, insan tərbiyə edə bilir. Yoldaşınızın kiminləsə gəzməyini 40 gün yaddan çıxardın. Onu evə cəlb etmək üçün, əlinizdən gələni edin.

Öz geyiminizdə, bişirdiyiniz yeməydə və danışıq tərzində dəyişiklik yaradın. Yoldaşınızla padşah kimi rəftar edin. Onu qudrətli bildiyinizi göstərin. İmam Sadiq (ə) buyurub ki: Qadın öz yoldaşının yaxşı xaşyyət və işlərini bəyan etməlidir.

Adicə əgər uşaqnan oynayırsa, fursətdən istifadə edib onun yaxşı ata olduğunu deyin.

Bilirəm çətindi, həyat yoldaşınızın yaxşı xasiyyəti azdır, Amma o azları yadına salıb onlara yuksəldin, görun nə baş verəcək! Yaxınlıq (intim) münasibətdə islamın sifariş etdiyi kimi əməl edin. Əgər hər hansı bir qadınsa sizin yoldaşınızı cəzb etmək istiyirsə, o qadın siz olun. Əhli-beytdən (ə) kömək istiyin. Allaha xatir həyatınızı bərpa edin.

Bu 40 gunun ərzində özunuzu həzrət Zəhraya (s) tapşırın. Gecə yatanda Xanımın zikrini deyin. Gundəlik 22 dəfə "Ya vədudu" zikrini deyin. Yoldaşınız evə gələndə qabağına çıxın. Onu görduyunüzdə şad olduğunuzu deyin. Əgər gecə evə gec və əsəbi halda gəlirsə, bu vaxta qədər haradaydın əvəzinə, deyin ki, nigaran qalmışdım, darıxdım, kaş mənə zəng edərdin.

Sözlərini təsdiq edin, döğru olmayan zaman, təsdiq etdikdən sonra, deyin ki: "Amma səncə belə şey mumkundur?!"  Və ya "mənə elə gəlirki" kəlmələrindən istifadə edin.

Gundəlik Muzzəmmil surəsin oxuyun.

Yemək bişirəndə gundəlik bir məsuma ehsan niyyəti ilə bişirin, belə etsəniz evinizə mələklər gələr. 40 gundən sonra görun nə baş verir? Əminəm ki, çoxlu dəyişiklər görəcəksiniz.

Ondan sonra yoldaşınıza deyə bilərsiz ki: Mən istəyirəm sən ancağ mənə məxsus olasan. Sabah ovladımızda belə ata ilə fəxr etsin. Əhli-beytin (ə) qarşısında da üzu ağ olaq. Bundan sonra deyin ki, gəl tövbə edək ki, Allahın qoyduğu qanunlardan qırağa çıxmayaq.

İnşallah siz yoldaşınızı belə bir yerə çatddırın ki, özu bu nəticəyə çatsınkı keçmiş işlərinə görə tövbə etsin. Bizdə sizə xoşbəxt həyat və müvəffəqiyyət diləyirik.

Allah sizə yar olsun.

Sual (6) : Salam aleykum.Men deyende ki,makiaj haramdir,mene deyirler,Imamlarimiz da surme chekib,hz.xanim Zehra surme chekib,bu duzdur? xanim Zehra.e.uzunu ortub? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qadının bəzənməyinin öz-özlüyündə bir iradı yoxdur, lakin makyajlı halda naməhrəm qarşısına çıxması icazəli deyil. Amma naməhrəm olmasza, eybi yoxdur və bəyəniləndir.

Allah sizə yar olsun.

Sual (7) : Tebii ki her bir qizi evlenmemisden qabaq tanimaq ucun evvelce onnan danismaq lazimdi..gorusmek lazimdi..yeni ki onun sene uygun olub olmadigini yoxlamaq lazimdi..Bu hal gunah sayilirmi?

Bismillahir-rəhmanir-rəhim.

Xeyr, günah sayılmır, əksinə məsləhət görülür. Amma bu məsələ lazım olan miqdarda olmalı və valideyinlərin xəbəri olmalıdır bundan, tainki bir fəsad qarşıya çıxmasın.

Allah sizə yar olsun.

Sual (8) : Salam aleykum,bu melumdur ki,ananin ovlada sevgisi fitridir,ana ile uwag arasinda olan bagliliq,ata ve uwag arasinda olan bagliliqdan daha quvvetlidir,bunu tibb elmde subut edir,ana uwagdan ayri qalarsa her ikisi eziyyet cekir,bu halda neden valdeynler ayrilanda uwag ataya verilir?"uwag atadan irs aparir"cumlesi meni qane etmir,inanmiram ki,azyawli uwag uchun irs anadan vacib olsun.Allah razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Birincisi, bilməliyik ki, şəriət hökmlərini bizə göndərən Allah-taala hikmət sahibidir və hökmləri məsləhət üzündəndir. Bu məsələdə də əsas uşağın taleyi nəzərə alınır, emosional rəftar olunmur. İkincisi, belə deyil ki, mütləq surətdə uşaq ataya verilsin, bəlkə uşağın az yaşlı olub olmaması, qız və ya oğlan olması, ata və ananın səlahiyyəti və şəraiti nəzərə alınır və buna əsasəndə hökmlər fərqlidir. Uşaq kiçik yaşlarında anaın yanında qalır və bu müddətdə uşağın xərci atanın üzərinədir. İrs məsələsində isə uşaq hər ikisindən irs aparır.

Allah sizə yar olsun.

Sual (9) : Salamun əleykum. Ailə qurmaq üçün kifayətedici yaşa dolan gəncin münasib həyat yoldaşı üçün axtarışı ürfi cəhətdən necə və hansı formada olmalıdır? bu haqda mümkünsə geniş şəkildə yazardıniz ya da bu məsələyə ətraflı toxunan kitab adı yaxud link verərdiniz.təşəkkür edirəm.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Kitabın adı: Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
http://kitab.nur-az.com/az/lib/view/165

4. Kitabın adı: Ailə səadətinə necə nail olaq? 
http://kitab.nur-az.com/az/lib/view/133

2. Kitabın adı: İslamda ailə-1
http://kitab.nur-az.com/az/lib/view/218

3. Kitabın adı: İslamda evlilik və ailə hüquqları-1
http://kitab.nur-az.com/az/lib/view/220

Allah sizə yar olsun.

Sual (10) : Salam yoldasim mene mescide getmeye ve hicaba kecmeye icaze vermir. men ondan xebersiz mescide gederemse gunah etmis olarammi? hicaba icaze vermir ve mende hicaba kece bilmirem o mene gunahdir yoxsa erime? evvelceden tesekurler

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ərin icazəsi olmadan evdən bayıra çıxmaq günahdır, istər məscidə namaz qılmağa olsun və ya başqa zəruri olmayan iş üçün.

Qadının ərindən itaət etməsi, cinsi ehtiyacları ödəmək və evdən çölə çıxmaqa aiddir. Başqa işlərdə ona vacib deyil. Hərçənd yaxşı olar bütün işlərdə bir-birlərini başa düşüb yola versinlər.

Bəzi yerdə ərdən itaət etmək lazım deyil, bəzi vacib işlər kimi (vacib həcc, ata-ana, qardaş-bacı və onlar kimi yaxınları lazım olan miqdarda ziyarət etmək), islam hökmlərini öyrənmək üçün məscidə getmək və onun kimi işlər, evə lazım olan zəruri şeyləri əldə etmək əgər məcbur olsa və həmçinin təbibə müraciət etməkdə müxalifət etmiş olsa.

Hicab naməhrəm qarşısında vacibdir. Əgər əriniz sizə hicab taxmağa icazə vermirsə (əlbətdə bu məsələdə ona tabe olmaq vacib deyil, bu məsələdə Allahın hökmünə əməl etmək lazımdır) Sizdə hicabsız naməhrəm qarşısına çıxmayın və onun haqqı yoxdur bu məsələdə sizi məcbur etsin. Əks halda həm siz və həmdə həyat yoldaşınız günah qazanmış olursunuz.

Çalışın səmimiyyət və məhəbbətinizi ərinizə göstərin və yaxşı həyat yoldaşı olmaq vəzifələrinə riayət edin. Aranızda olan eşq və məhəbbətdən istifadə edib şirin dil, mülayimət, məhəbbət və məntiqlə ərinizi qane edin. Namaz və hicabın əhəmiyyəti barədə onunla söhbət edin. Deyin ki, namaz qılmaq və hicaba riayət etmək yaxşı əməldir və şəri vaciblərdəndir ki, siz ona inanırsız.

Allah sizə yar olsun.

Go to TOP