Sual (1) : Salamaleykum| zamanin fovqunde artiq qiyamet qurulub,haqq hesab olub,cennet ve ya cehenneme dushmushem,ele indi qebrde uzanmisham ve buradaki emellerim qebirde yatan mene tesir edir,Duzdur? chunki,orada kecmis ve gelecek yoxdur,demek artiq her shey bash vermekdedir? Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədislərdə var ki, qəbir cənnət bağlarından bir bağ ya cəhənnəm quyularından bir quyudur.

Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Əzab əhlinə bərzəxdə sübh və axşam Cəhənnəmdəki yeri göstərilər. Behişt əhlinə isə Behiştdəki yeri göstərilər və deyilər ki, Qiyamətdəki yerin budur.”

Allah sizə yar olsun.

Sual (2) : Salam aleykum.Allah sizden razi olsun. Muselman cehennemde ebedi qalmayacag deyilir amma o qeder muselman var ki,boyunlarinda ne qeder zulm,ne qeder qul haqqi var,onlar da ebedi qalmir? sag olun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Xeyr, bu doğru deyil, bəzi insanlar ki, dünyada müsəlman kimi tanınıblar Qiyamətdə müsəlmanların cərgəsində olmayacaqlar. Hədislərdə bəzi müsəlmanların o cümlədən İmam Hüseynin (əleyhis-salam) qatillərinin əbədi Cəhənnəmdə qalacaqları qeyd olunub.

Allah sizə yar olsun.

Sual (3) : Salam,namaz qilmayanlar cennete gede biler?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Namaz qılmayan müsəlman olsa yəni namazın vacibliyini qəbul edirsə amma səhlankarlıq üzündən ya başqa bəhanə ilə namaz qılmağı gecikdirir və namazı tərk edirsə kafir və müşrük deyil bəlkə fasiq müsəlman hesab olunur. Belə insan qılmadığı namazlara görə neçə illər əzab çəkib paklandıqdan sonra cənnətə getmək imkanı var. Hədislərdə qeyd olunur ki, qılmadığı namazlara görə illərcə rukuda, səcdədə və qiyam halında qalacaq və beləliklə bağışlandıqdan sonra cənnətə gedəcək. Əlbəttə bu əzablar cəhənnəmdə olacaq ya ondan qabaq, ixtilaflı məsələdir. Çünki, bəzi alimlər cəhənnəmidə cənnət kimi əbədi bilirlər.

Allah sizə yar olsun.

Sual (4) : Sallam Əhli-beytin məqamı üstündü oların yeri cənət ola bilməz oların yeri cənətdən ustün yerdədirlər ora hatafı
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Cənnətin mərtəbə və dərəcələri fərqlidir, Əhli-beyt (s) cənnətin ən ali dərəcəsində qərar tapacaqlar. Allahın cənnətdən üstün mükafatı və cəhənnəmdən böyük cəzası yoxdur. Əlbəttə Allahın razılığı hər şeydən üstündür və Əhli-beyt (ə) bu məqamın ardıyca olublar. Həzrət Əli (ə) buyurur: Mən üçün məsciddə oturmaq cənnətdə oturmaqdan daha yaxşıdır. Çünki cənnətdə oturanda nəfsim razı qalır, məsciddə oturanda isə Allahım razı olur. Tövbə surəsi 72-ci ayədə belə oxuyuruq: Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!
Rəvayət və təfsir mənbələrində Darus-səlam, Darul-cəlal, Cənnətul-mə’va, Cənnətul-xuld, Cənnətu-ədn, Cənnətu-firdovs, Cənnətu-nəim behişt üçün qeyd olunan yeddi addır. Əlbəttə, bəzi alimlər inanır ki, bu adların hamısı elə bir dənə behiştə aid edilir və bu adların hər biri behiştin mərtəbələrindən birini göstərir.
Allah sizə yar olsun.
Sual (5) : Mene ele gelir ki,cehennemde az adam ebedi qalacag,Allahin merhemeti qezebinden chox chox boyukdur.Ewitmiwem ki,hette weytan bele qiyametde bagislanmaga umidlenecek.Demek ki,chox adam bagislanacag.Ele deyil? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Allah iki yerdə vədə verir ki, Cəhənnəmi kafir və zalımlarla dolduracağam (Sad 85, Səcdə 13). Qaf surəsində isə verdiyi vədənin öz həqiqətini tapmağına işarə edir. Necəki, zalım və dünyapərəstlər haramdan və günahdan doymazlar Cəhənnəmdə onlardan doymaz. Həmçinin Cənnətdə möminlərdən doymaz.

Bu ayə işarədir ki, əgər bütün insanlar və cinlər kafir olsaydılar Cəhənnəmdə onlar üçün yer olardı və əksinədə əgər mömin olsaydılar Cənnətə yerləşərdilər. Hədisdə var ki, hər bir insan üçün Allah həm Cənnətdə və həm Cəhənnəmdə yer ayırır, cənnət əhlinin cəhənnəmdəki yerini, cəhənnəmdəkilər və cəhənnəmdəkilərində cənnətdəki yerini möminlər irs aparar. Allah-təala buyurur: Uca Cənnətə varis olanlar (şəxsi malları kimi Cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin Cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər. Muminun ayə 11.

Səcdə surəsi ayə 13. ...Lakin Mənim sözüm (əzəldən) sabitdir və həyata keçəcəkdir, mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!»

Allah-təala Şeytana xitab edərək buyurur: Cəhənnəmi mütləq səninlə (sənin övlad və qəbilənlə) və onlardan (insanlardan) sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam.» Sad surəsi ayə 85.

Və (yada sal) o zaman(ı) ki, Biz Cəhənnəmə deyərik: «Doldun?» Və (axirət aləminin tərkib hissələri şüura və danışma qabiliyyətinə malik olduğu üçün) o deyər: «Daha artıq varmı?» (Yəni, yenə yerim var və ya yerim yoxdur.) Qaf  surəsi ayə 30.

Cəhənnəmə gedən çox olsa da orda əbədi qalan yalnız bir neçə dəstədir ki, onlara nicat yolu yoxdur. Şirk, küfr və nifaq kimi böyük günah sahibləri tövbəsiz dünyadan gedərlərsə və həqq onlara çatmış olsa əbədi cəhənnəmdə qalacaqlar.

1.Bilərəkdən mömini öldürən kəs. Nisa/96.

2.Allah və peyğəmbəri ilə mübarizə edənlər. Tövbə/63

3.Allah və peyğəmbərinə qarşı üsyan edib ilahi hökmlərə təcavüz edən. Nisa/14.

4.İlahi ayələri təkzib edənlər və kafirlər. Bəqərə/39.

5.Günaha mürtəkib olmuş insanlar ki, günahın təsiri bütün vücudların bürüsün. Bəqərə/81.

6.Kafir dünyadan gedən mürtəd. Bəqərə/217.

Qeyd olunan ayədə xulud yəni əbədi və həmişəlik sözü keçir. Bəs bəzi insanların paklanmaq qabiliyyəti yoxdur və əbədi cəhənnəmdə qalacaqlar, lakin bir çox insanlar cəhənnəmdə və ya qabaqcadan paklanıb bağışlandıqları üçün cənnətə gedəcəklər.

Allah sizə yar olsun.

Sual (6) : Salam alaykum .Allah tala quran kermide ceneti terif edende kiwilere deyir men size 7dene huru verecem olar ancaq sizin razllqlnlzl qazanmaq isdeyecey .bes xanlmlar nece olacaq.mesel ucun bir xanlmln yoldawl cenete getmedi.yada xanlm bawqa cenete yoldawl bawqa cenete getdi .hemen xanlm aile quracaq cenetde .?Allah razl olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Cənnət nemətləri pəhrizkar qadın və kişilər üçündür və huri və huri kimidən məqsəd pak insanlar üçün pak həyat yoldaşlarıdır. Bəzilərinin düşündüyü kimi deyil ki, cənnət huriləri təkcə qadın cinsindən olsun, əksinə kişi cinsidə var. Buda bəzi hədislərdən başa düşülür. Cənnətdə olan qadınların məqamı cənnət hurilərinin məqamından üstündür. Amma onların cismi keyfiyyəti və xırdalığı bizə məlum deyil.

Allah sizə yar olsun.

Sual (7) : Salam .Reyyan nedir
Ad: salam. Reyyan nedir, Ölkə: , Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbər (s) buyurub: Cənnətin 8 qapısı var. Onlardan birinin adı "rəyyandır". O qapıdan yalnız oruc tutanlar daxil olar. Rəyyan yəni sirab və sudan doymaq, ətəş və susuzluğun antonimi.
Allah sizə yar olsun.
Sual (8) : Salam aleykum. Bele bir sey varmiki qiyametde her kes anasinin adi ile cagrilacaq? Niye anasinin adi ile? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu məzmunda hədislə qarşılaşmadıq. Lakin belə bir hədis var ki, İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, O Həzrət buyurub: Qiyamətdə sizi dünyadakı adlarınızla çağıracaqlar. Bəs, yaxşı adlar seçin və övladlarınıza gözəl və yaxşı adlar qoyun.
Allah sizə yar olsun.
Sual (9) : Salam aleykum. Eger Peygemberden sonra vilayet Allahin istediyi kimi Hz Eli ve ovladlarina catsaydi qiyamet yene Hz Mehdinin dovrunde olacaqdi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qiyamətin nə zaman baş verəcəyini yalnız Allah bilir. Amma 12 imamın imaməti öncədən müəyyən olmuş ilahi sünnətdir.

Allah sizə yar olsun.

Sual (10) : Salam aleykum. Cehennenmde ebedi kimler qalacaq? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qurani-kərim ayələrindən məlum olur ki, qiyamətdə insanların bəzi təbəqələri əbədi cəhənnəm əzabına düçar olacaqlar. Ümumilikdə Qurani-kərimdə cəhənnəm və onun əhli barədə onlarla ayə mövcuddur. Bu ayələrdə cəhənnəm əhlinin əzabı rəngarəng boyalarla təsvir edilir. Bəzi ayələrdə isə müəyyən insanlar üçün cəhənnəm əzabının daimi və əbədi olacağı vurğulanır. Məsələn,
Kafirlər (Ali-İmran, 116; Maidə, 37).
Müşriklər (Allaha şərik qoşanlar) (Nəhl, 29).
Münafiqlər (Mücadələ, 17).
Mürtədlər (dindən dönənlər) (Ali-İmran, 88).
Allahın ayətlərini təkzib edənlər (Əraf, 36; Təğabün, 9).
Allahın və Peyğəmbərin düşmənləri (Tövbə, 63).
Zalımlar (Şura, 45; bax: Yunus, 52).
Günah içində batanlar (Bəqərə, 81).
Mömin şəxsi qətlə yetirənlər (Nisa, 93).
Sələmçilər (Bəqərə, 275).
Xeyir əməlləri yüngül gələnlər (Möminun, 102-103).
Allaha və Peyğəmbərə asi olanlar (Cin, 23).
Günahkarlar (Züxrüf, 74). (Burada tövbə etməyən günahkarlar nəzərdə tutulur).

Göründüyü kimi, yuxarıdakı ayələrdə günahkarların çox böyük bir hissəsinin əbədi olaraq cəhənnəmdə qalacağı təkid edilir.

Allah sizə yar olsun.

Go to TOP