Valideynə yaxşılığın əhəmiyyəti, Əhli-beyt (ə) hədislərində daha qabarıq nəzərə çarpır. Allah-təalanın valideynə mərhəmətinin sonsuzluğunu anlamaq üçün «behişt ananın ayaqları altındadır» hədisini xatırlamaq kifayətdir. Bəs valideyn kafir olsa necə, ona yenə də yaxşılıq etmək zəruridirmi? İslam dini hətta kafir valideynə də ehtiram göstərilməsini vacib bildirir. Amma elm və məntiq dini olan İslam, heç bir sahədə ifrata yol vermir. Belə ki, övladı əyri yola sürükləyən, onu namaz və oruc kimi vacib ilahi əmrlərə itaətdən çəkindirən valideynə həmin məsələlərdə itaət olunmamalıdır. Qur´ani-kərimdə oxuyuruq: «Əgər valideynlərin bilmədiyi bir şeyi Mənə şərik qoşsalar, onlara itaət etmə». Həzrət Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allaha üsyan etməklə, bəndəyə itaət etmək olmaz».
Nəticə olaraq qeyd edək ki, heç bir kimsə Allahla bəndə arasına girə bilməz. Nə padşah, nə rəis, nə də ki ata-ana insanı dini vəzifələrinin icrasından saxlamaq səlahiyyətinə malik deyildir.
Allah sizə yar olsun.Allahın adı ilə.
Əleykumus-salam.
Bu şeytanın insanları dua,
ziyarət və digər əməllərdən uzaqlaşdırmaq üçün olan bir hiyləsidir, çünki dua
və təvəssül imamların vasitəsi və Allahın bir başa olan əmri ilə insanların
öhdəsinə qoymuşdur. İnsanlara nümunə və qəlblərinin saf olmasına dualar səbəb
olub məsum imamlarla daha çox əlaqə yaratmağa səbəb olmuşdur. Bütün bu dua və
təvəssüllərlə bu uca məqamdan bəhrələnmək olmaz və bu dualarla qəlbin pak və
təmiz olması da lazımdır. Yəni lazımdır ki, insan təmiz qəlblə dua etsin və bu
ilahi vasditəylə əlaqə yaratsın ki, çətinliklərdən nicat tapdıqdan əlavə
istəklərini alaraq, qəlbini nurlandırıb, ilahi övliyalarla əlaqə yaratsın ki,
çətinliklərdən nicat tapdıqdan əlavə istəklərini alaraq, qəlbini nurlandırıb,
ilahi övliyalarla əlaqə yaradaraq öz çöhrəsini gözəlləşdirsin.
Demək olar ki: Pak niyyətlə dua,
ziyarət oxuyub rabitə yaratmaq, az bir illət olaraq insanı kamilləşdirməkdən
başqa bir şey deyildir, onlardan birinə qovuşmaq bəzi o birisindən ehtiyacsız
etmir; başqa sözlə desək, bir şeyi sabit etmək, digərlərini nəfy etmir (qadağan
etmir). Yəni əgər deyilirsə, "Təmiz niyyət lazımdır" və ya deyilsə:
"Təvəssül, dua və ziyarət lazımdır" o demək deyildir ki, birinə əməl
etdikdə o birisinə ehtiyac yoxdur.
Bəli! əgər həqiqi niyyəti olsa və onu yerinə
yetirməyə qüdrəti olmasa, Allah öz lütf və kərəmiylə o işin savabını onun üçün
yazar: Amma bu qanunu qüdrəti olub bu işdən boyun qaçıran şəxsin haqqında demək
olmaz; belə şəxslər özlərini
aldatmışlar! Elə ki, su içməyi təsəvvür etmək və yaxud su içməyi niyyətində
keçirmək susuzluğu aradan qaldırmır!
Allah sizə yar olsun.