Sual (1) : Salam aleykum.menim valdeyinlerim ticaretle meshguldular mende onlara komeyliy edirem men xums vermey istesem nece etmeliyem
Ad: A, Ölkə: S, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
İlin bir gününü xüms ili kimi müəyyən edin, bu gündə il ərzində artıq qalan qazancı hesablayıb xümsunu ödəyin. Əgər artıq qalmırsa, xüms şamil olmayacaq.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : salam aleykum sualim xumsle baglidir men evlenmey meqsediyle ev almaqcun pul yigmisam xumsumun gunu catib o puldan xums cxarsam ozum pul axtarmaliyam vezifem nedir?
Ad: vuqar, Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xüms ilinin sonunda onun xümsünü vermək vacibdir.
http://sual.nuraz.in/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 

Sual (3) : salam xums teyin olunan gunu ehtiyaclari odedikden sonra xums cxarilir? muctehidlerin nezeri
Ad: vuqar , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 

Ayətullah Sistani: Birinci iş gününüz xüms ilinizin başlanğıcıdır (il başı). Hər il həmin gün artıq qalan nə varsa xümsünü ödəməlisiniz. Buna - əgər alındığı birinci ildə ondan istifadə olunmasa -   nağd pul, yaxud qida məhsulları məsələn, işlənməyən azuqə, həmçinin avadanlıq, libas və s. daxildir. Xüms vermədiyiniz keçmiş illərlə bağlı da həmin hesablamanı aparmalısınız. Çünki il başında artıq qalan malın xümsünü vermədən istifadə edirdinizsə, onun xümsü sizin boynunuzda qalmaqdadır.

Amma ev, avadanlıq, maşın və sair yaşayış ləvazimatını ilin gəliri ilə alıb istifadə etmişsinizsə, ona xüms düşmür.

Ayətullah Xamenei: Əgər gəlir il ərzində ehtiyaca və həmin şəxsin ictimai mövqeyinə uyğun xərclənsə, xümsü yoxdur. İstifadə olunduqda əsası aradan gedən hər bir şey (düyü, noxud, çay, yağ və s. kimi), həmçinin ehtiyacdan artıq alınan və ya xalqın nəzərində həmin şəxsin ictimai mövqeyinə uyğun olmayan mallar xüms gününə kimi artıq qalsa, onlara xüms gəlir.
http://sual.nuraz.in/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Salamun eleykum. Men xums ili olan bir shexsem. Az yashli qizim ucun ev alaramsa o eve xums dushermi ? Evin pulunun bir hissesini evvelceden odemek sherti ile qalan hissesini ise az - az odeyecem. Bele olan halda eger o eve xums dusherse xumsu ne cur odemeliyem ? Evvelceden teshekkur edirem.
Ad: Abdulla, Ölkə: Azәrbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər xüms ili çatmamışdan əvvəl - satmaq və xeyir əldə etmək məqsədilə yox - qızınıza ev alsanız və ona təhvil versəniz, xümsü yoxdur.
http://sual.nuraz.in/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Salamun aleykum. Bir nefer mueyyen qeder xums ayirib, eyni zamanda ailesinde maddi problemler var (meselen bacisi xestedir ve mualice olunmaq ucun imkani yoxdur, digel bacisi yoxsul yashayir). Bu adam ayirdigi xumsdan yaxinlarina komek ede biler?
Ad: Ayaz, Ölkə: Azerbacan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xümsü istifadə etmək üçün xüsusi icazə almaq lazımdır. Bu icazəni almaq üçün Ali Məqamlı Rəhbərin (kölgəsi əskik olmasın) dəftərxanasına və ya onun Azərbaycan Respublikasında səlahiyyətli nümayəndəsi olan Seyid Ocaq Nejad cənablarına müraciət edə bilərsiniz. 
web ünvanı: http://www.ocaqnejad.net
e-poçtu: ojaghnezhad@hotmail.com
workdaftar@gmail.com
tel: 012 564 37 39
http://sual.nuraz.in/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Salam. Bizim bir evimiz var. orada atam,anam,bacim ve onun 2 usagi,heyat yoldasim ve 2 usagim. Evde hec kim islemir bir tek men isleyirem 9 neferin hamsini men saxlayiram. Ozum ucun hipoteka ile 15-20 illik bir ev almaq isteyirem.bilmek isteyirem ki 15-20 illik hipoteka ile alacagim o eve xumus dusur ya yox. Allah razi olsun
Ad: Ramin Guliyev, Ölkə: Fransa, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər satış və qazanc üçün yox, şəxsi istifadə üçün olsa, xümsü yoxdur.
http://sual.nuraz.in/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : salamun aleykum.bir kesin evinde coxlu mohur var.bu mohurlere xums dusur?onlarla namaz qilmaq olar?
Ad: Cefer, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər onların sayı onun şəninə uyğun olarsa və xüms ili keçməzdən qabaq istifadə olunarsa, xümsü yoxdur.
http://sual.nuraz.in/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Salam men isdirem 370aznmasimdi. borcumuzda var banga yada pul verruy atamda sofirdi anca dolannug sukur ALLAHA bilmey isdeyirem bize xumus dusur dusurse onu atamin boynuna dusur yoxsa menim bir evde yasayurug.
Ad: RəhmaN, Ölkə: Aze, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Birinci iş gününüz xüms ilinizin başlanğıcıdır (il başı). İl başına nə qaldısa ona xüms düşür. Əgər yaşayışı təmin etmək üçün borcu olsa və qazancından qalan puldan (maldan) çox olarsa, borcun birinci ilində xüms vacib deyil. 
Sizinlə atanızın xüms hesab kitabınız ayrıdır.
http://sual.nuraz.in/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (9) : Salam alaykum .menim xumus vaxdlm gelib catlr .xumus gunu meni 9mat pulum var .ve 20mat da borcum var indi mene xumus vermey vacib olur? Allah razl olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Borc son ilə aiddirsə və yaşayış tələbatına xərcləmisiniz və pulunu hələ sahibinə qaytarmamısınız, borcun miqdarını çıxıb qalanını – bir şey qalarsa – xüms vermək lazımdır.
http://sual.nuraz.in/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : Sual: Assalmaleykum..menim xums gunum 24 noyabrdi 23noyabrda men mashin goturdum pulun yarisini verdim yarisini bank odeyib yeni [kredit] eledim.Yeni 550000 min verdim, 250000 mini kredit oldu, 600000-700000 alacaqim var idi. o vxtan sonra ish olmadi ishlemedik ve olan pullarda xerclendi qurtardi. biraz aldiqimdan 10500 xums pulu ayirmishdim onuda qoturub kredite verdim Alacaqimi da hele vermeyibler.Indi men ne etmeliyem,bunun hokmu nedir. xahish edirem suali cavablandirasiz.Allah sizden razi olsun.
Ad: Fazail, Ölkə: Russia, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Üzərinə xüms gəlmiş ödəmədiyiniz həmin miqdarın xümsünü ödəməlisiniz. Borc verdiyinuz miqdara gəlincə, əgər işinizin illik gəlirindən olan və xümsü verilməmiş bir malı hər hansı bir şəxsə borc vermisinizsə, xüms ilinin sonuna qədər onu borcludan geri ala bilsəniz, xüms ili çatanda xümsünü ödəməlisiniz. Yox, əgər ilin sonuna kimi ala bilməsəniz, sizə hal-hazırda onun xümsünü ödəmək vacib deyil, lakin geri alan kimi xümsünü ödəməlisiniz. Bilməlisiniz ki, xümsü ödəməyi gecikdirmək caiz deyil və bu, Ali Məqamlı Rəhbərin (kölgəsi əskik olmasın) dəftərxanasının və ya onun şəri işlər üzrə səlahiyyətli nümayəndələrindən birinin icazəsi ilə olmalıdır. Hər bir surətdə, əgər xümsü ödəməkdə çətinliyiniz varsa, Seyid Ocaq Nejad cənablarına müraciət edin.

Go to TOP