Sual (1) : Salam aleykum. Ehtiyata esasen, ehiyat-vacibe esasen, iskali var ve eybi var. bular eyni weydirler?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Müctəhid aşkar şəkildə fətva verməsə, məsələn desə ki, ehtiyat budur filan cür əməl edilsin, bu ehtiyata “ehtiyat vacib” deyirlər. Belə yerdə müqəllid ya gərək ona əməl etsin və ya ictihadda bərabər və ya şəxsin mərcəi-təqlidindən sonrakı mərhələdə olan və digər müctəhidlərdən daha elmli müctəhidə müraciət etməlidir. Lakin aydın fətva versə, məsələn namazda iqamənin müstəhəb olmasını desə, sonra deyə ki, ehtiyat budur ki, tərk edilməsin, buna “ehtiyat müstəhəb” deyilir. Müqəllid ona əməl etməyə də bilər. 
Əgər “işkallıdır” desə, müqəllid ehtiyata əməl etməli və ya başqa müctəhidə müraciət etməlidir. 
Amma “zahir belədir” və ya “daha qüvvətli budur” ifadələri fətva hesab olunur və müqəllid ona əməl etməlidir. 
"Eybi vardır" ifadəsi, adətən, müctəhidlər tərəfindən hökm bəyan edildikdə istifadə olunmur. 
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Salam aleykum.Tərcümə edilmiş risalələrdə müəyən məsələlərdə "vacibi ehtiyyat və lazımi ehtiyyat"terminləri işlədilir.bu terminlər arasında fərq varmı?varsa izah etmənizi xahiş edirəm.
Ad: Tural, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əməl baxımından sizin üçün fərqi yoxdur. Hər iki halda başqa bir fəqihə ələmlik sırasını gözləməklə müraciət edə bilərsiniz.
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Salam Aleykum,çox xahiş edirəm cavab yazasız.Allah razı olsun indidən.Sualım budur ki,möminlər arasında mübahisəyə səbəb olur bu sual.Deməli,nə üçün bir müctehid bir şeyi halal digəri isə haram buyurur? İctihad məsələsidirsə əgər,bunu biraz ətraflı yazasız.Bu mübahisədə hətta o dərəcəyə çatırlar ki,bir nəfər deyir niyə İmam Zaman(ə.f) icazə verir ki,biri halal biri isə haram olsun.Mümkündürmü ki,bir şey eyni zamanda eyni vaxtda həm halal həm də haram olsun? Məsələn şahmat məsələsi və.s.İmam Zaman (ə.f) ilə görüşənlər kitabında da bildirilir ki,(alimin adı yadımdan çıxıb) səhv hökm verir müctehid İmam Zaman (ə.f) məktubda yazır ki,hökm vermək səndən düzəltmək bizdən.Yəni Bu dərəcəyə gəlib çatır məsələ möminlər arasında.Bu məsələyə açıqlama verərdiz zəhmət olmasa.Allah razı olsun.
Ad: Məhəmməd, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər iki müctəhid hər hansı bir məsələdə ixtilaf edərsə- sözsüz ki, ixtilaflar da olduqca azdır- hər ikisi şəri məsələni mənbələrdən ələ gətirmək üçün bütün cəhdlərini göstərib, Amma bizim Peyğəmbərin (sallallahu ələyhi və alih) və məsum imamların (ələyhimus-səlam) yaşadığı dövrdən uzaq olduğumuz üçün bir çox mənbələr, mətn və hədislər gizli qalıb ya din və məzhəb düşmənləri saxta hədislər qondarıblar, buna görə də müctəhidin işi olduqca çətindir; o, mövcud olan hədislər və mənbələr içindən özünə hüccət olan və mötəbərliyinə yəqini olduğu dəlilləri seçməli və Allahın hökmünü bəyan etməlidir. Müctəhidlərin görüş və dəlil metodları fərqli olduğu üçün sözsüz bəzi müəyyən məsələlərdə ixtilaflar yaranır, misal olaraq bir müctəhid haram olan bir şeyi bəyan edən hədisi mötəbər bilərsə yəni mötəbərlik üçün lazımı şərtlər mövcud olarsa o şeyin haram olduğunu deyir amma başqa bir müctəhid öz istidlal prinsiplərinə söykənərək həmin bu hədisi qeyri-mötəbər hesab edir və təbii ki, artıq o bu şeyin haram olmadığını deyəcək və nəticədə də ixtilaf yaranır. Amma hər ikisi zəhmət çəkib və bütün səylərini göstəriblər; əgər səhvə yol verilibsə üzrlü hesab olurlar.
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (4) : Rica edirəm mənə risaləsinin adını və neçə cild olduğunu buyurun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Ali Məqamlı Rəhbərin (kölgəsi əskik olmasın) müqəllidləri "Əcvibətul-istiftaat" ("Şəri suallara cavablar" - ibadətlərin və müamilələrin hökmlərinin sual-cavab şəklində izahatı), "Mənaseke-həcc" ("Həcc əməlləri"), "Fiqh təlimləri" (Ali Məqamlı Rəhbərin fətvaları əsasında hazırlanıb) və "Rahnumaye fətava"* (Ali Məqamlı Rəhbərin (kölgəsi əskik olmasın) həzrət imam Xomeyninin (r) fətvaları ilə fərqli olan bəzi nəzərləri) kitablarına müraciət etsinlər. Həmçinin fətva fərqliliyi olmayan məsələlərdə həzrət imam Xomeyninin (r) "İzahlı şəriət məsələləri" kitabına və yaxud yazılı və şifahi şəkildə, ya da internet vasitəsilə Ali Məqamlı Rəhbərin (kölgəsi əskik olmasın) özünə müraciət edə bilərlər.
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (5) : Salam~aleykum internet ,vasitesile teqlid etmey? Olar yoxsa mutleq Muctehidin Fetvasi kitabdan oxunmalidir?yeni telefonla internete girib Seriet hokumleri oradan oxuyub,emel Ede bilerem?
Ad: Ramal, Ölkə: azarbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Müctəhiddən təqlid olunur. Təqlid etdiyiniz müctəhidin kitabını inandığınız etibarlı saytlardan əldə edə bilsəniz və mütaliə etsəniz, yaxud sual-cavab vasitəsilə öyrənə bilsəniz, bir iradı yoxdur.
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Salamun aleykum. Əgər mənə lazım olan bir mövzunu sizin (Ayətullah Xamneni) risalənizdə tapa bilməsəm bu mövzuda başqa bir ayətullah təqlid edə bilmərəm ? Misal; Ayətullah Sistani
Ad: Faiq, Ölkə: azeribaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ali Məqamlı Rəhbərin müqəllidləri "Əcvibətul-istiftaat" (ibadətlərin və muamilələrin hökmlərinin sual-cavab şəklində izahatı), "Mənaseke-həcc" ("Həcc əməlləri") və "Fiqh təlimləri" (Ali Məqamlı Rəhbərin fətvaları əsasında hazırlanıb) kitablarına və yaxud yazılı və şifahi şəkildə, ya da internet vasitəsilə Ali Məqamlı Rəhbərin özünə müraciət edə bilərlər.
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (7) : salam aleykum, men kecen defe suali gonderdim, diyesen cavabi alammamiwam, sualim bele idiki Mekarim Wirazi aga (Allah ondan razi olsun) Vilayeti Feqihi qebul edirmi?
Ad: Cowqun, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Məkarim Şirazi vəliyyi-fəqih məsələsi barədə buyurur:

Bizim nəzərimiz budur ki, İslam ölkəsinin idarəsi üçün bütün insanların xaliqi olan Allah tərəfindən icazə verilməlidir (baxmayaraq ki, xalqın bunu qəbul etməsi, bu hədəfi daha da irəli aparmaq üçün bir vasitədir). Həmçinin, əqidəmiz budur ki, qeybət dövründə vəliyyi-fəqih İmam Əsrin (əc) nümayəndəsidir.

Ayətullah əl-üzma Məkrarim "təqlid mərcəsi vəliyyi-fəqihin hökumət məsələlərindəki hökmünə tabe olmalıdırmı?" sualının cavabında buyurur:

Bəli, vacibdir.

Vəliyyi-fəqih barədəki bu sualın: "Əgər vəliyyi-fəqih tərəfindən siyasi, ya ictimai işlərdə ümumi şiələr üçün bir hökm verilsə, digər təqlid mərcələrinin müqəllidləri üçün də təklif gətirirmi? (Yəni onlar üçün bu hökmə əməl etmək vacibdirmi) Digər mövzular necə?"-cavabında isə buyurur:

Hökumət məsələlərində vəliyyi-fəqihin hökmü keçərlidir.
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Mən 1997 ci il təvəllüdəm. Ayətullah Fazil mən 10 yaşımda olarkən vəfat edib. Mən ona təqlid edə bilərəm ? ( Bizdə başqa risalə olmadığından indiyə qədər onun risaləsindən istifadə etmişəm)
Ad: Ali, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Xeyir, siz diri müctəhiddən təqlid etməlisiniz.
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : insanin muctehitsiz namazi sehihdirmi
Ad: mudahim, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Bir mükəlləf, əməllərini bir müddət təqlidsiz yerinə yetirsə, əgər onun əməlləri vaqe ilə, yaxud hal-hazırda onun təqlid edəcəyi mərcə olacaq müctəhidin fətvasına uyğun olsa, əməlləri səhihdir. Bundan başqa hallarda əgər qasir cahil olarsa və əməlin nöqsanlı olması rükn və bu kimi şeylər cəhətindən olmazsa, əməli səhihdir. Həmçinin, əgər müqəssir cahil də olsa, əməli nöqsanlı olması cahillik surətində səhih olan bir cəhətdən olarsa, məsələn namazı alçaqdan oxumaq yerinə ucadan oxumaq və ya əksinə, olarsa, hökm eynidir. Əgər keçmiş əməllərini necə yerinə yetirildiyin bilməzsə, «Minhac»da qeyd olunan hallar istisna olmaqla səhihliyinə hökm olunur. Sonra bir müctəhidə təqlid edərsə, əgər o müctəhid, onun təqlidsiz etdiyi bu əməllərin düzlüyünə hökm edərsə, əməlləri səhihdir, əks təqdirdə həmin əməllər batil hökmünü daşıyır.
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : SALAM ALEYKUM. MÜƏYYƏN BİR MÜCTƏHİDİN SAĞLIĞINDAN ONU TƏQLİDƏ BAŞLAYAN ŞƏXS ,HƏMƏN MÜCTƏHİD VƏFAT EDƏRSƏ YENƏ DƏ ONA TƏQLİDİNİ DAVAM ETMƏLİDİ YOXSA DƏYİŞMƏLİDİ?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Müasir alimlərin ölü müctehidin təqlidində qalmağın caiz olması barədəki rəy birliklərinə istinad edərək ölü müctehidin təqlidində qalmaq caizdir və bu barədə müəyyən bir müctehidə müraciət etməyə ehtiyac yoxdur. 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP