Sual (1) : Salamun aleykum..Zəhmət olmasa Müsafir namazı ne zaman və necə qılınir?və əyər səfərdəsənsə namazını bütöv qılırsansa bir işqalı varmı?-barədə məlumat verəsiniz.Əvvəlcədən minnətdaram
Ad: Ramin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
A) Müsafir gərək zöhr, əsr və işa namazını səkkiz şərt daxilində şikəstə, yəni iki rəkət qılmalıdır:
1. Onun səfəri səkkiz şəri fərsəxdən (təqribən 44 km-dən) az olmasın.
2. Səfərinin əvvəlindən etibarən qəsdi səkkiz fərsəx olmalıdır. Yəni səkkiz fərsəx gedəcəyini bilməlidir.
3. Yolda öz qəsdindən dönməsin. Deməli, əgər dörd fərsəxə çatmazdan əvvəl öz qəsdindən dönsə, yaxud tərəddüd etsə (şəkkə düşsə), getdiyi məsafə qayıtması ilə birlikdə səkkiz fərsəxdən az olsa, gərək namazı tamam qılsın.
4. Səkkiz fərsəxə çatmamış öz vətənindən keçib orada, ya da on gün və ya daha çox bir yerdə qalmağa qərar verməməsi lazımdır; o halda bir şəxs səkkiz fərsəxə yetişməmişdən vətəninə qayıdıb orada qalmaq (dayanmaq) istərsə, ya da on gün bir yerdə qalmaq istərsə, namazı bütöv qılmalıdır. Əgər vətənindən, dayanmadan keçərsə, ehtiyatən həm şikəstə, həm də bütöv qılmalıdır.
5. Səfəri haram bir iş üçün olmamalıdır; əgər oğurluq kimi haram bir iş üçün səfər edərsə, namazı tamam qılmalıdır. Həmçinin əgər səfərin özü haram olarsa məsələn; səfər onun ölməsinə, ya hər hansı üzvünün nöqsanlı olmasına səbəb olan bir zərəri olarsa və ya qadın, ərindən icazəsiz olaraq ona vacib olmayan bir səfərə gedərsə, hökm eynidir. Amma əgər həcc səfəri kimi vacib səfər olarsa, namazı şikəstə qılmalıdır.
6. Səhrada səfər edib özləri və heyvanları üçün harada yemək və su tapılarsa, orada qalıb, bir müddət sonra başqa bir yerə gedən köçərilər kimi, müəyyən bir məkanları olmayan şəxslərdən olmamalıdır. Belə ki, bu kimi insanlar, bu səfərlərində namazlarını tamam qılmalıdırlar.
7. Kəsirüs-səfər olmasın. Amma işi səfərlə bağlı olanlar, sürücü, gəmiçi, postçu, çoban, çox səfər edən şəxslərin işi ona bağlı olmasa belə, məsələn, həftədə üç gün səfər edənlər kimi, hərçənd əylənmək və ya səyahət üçün səfər etsələr belə, namazı tamam qılmalıdır.
8. Əgər vətənindən hərəkət edirsə, həddi-tərəxxüsə yetişməsidir. Amma vətəndən başqa yerdə həddi-tərəxxüsə etibar yoxdur. İqamət yerindən xaric olan kimi, namazı qəsrdir.

B) Müsafir Məkkə, Mədinə, Kufə şəhərlərinin hər yerində eləcə də Həzrət Seyyidüş-şühədanın (ələyhissəlam) hərəmində qəbri-müqəddəsin 11,5 metr məsafəsinə qədər namazını tamam qıla bilər.
Müsafir olduğunu və namazı şikəstə qılmalı olduğunu bilən bir şəxs, əvvəlki məsələdə deyilən dörd məkandan başqa yerlərdə, namazını qəsdən bütöv qılarsa, namazı batildir. Həmçinin əgər müsafirin namazının şikəstə olduğunu unudaraq bütöv qılarsa da, hökm eynidir. Amma unutduğu təqdirdə, vaxt keçdikdən sonra xatırlayarsa, qəza etməsi lazım deyildir.
Müsafir olduğunu və namazı şikəstə qılmalı olduğunu bilən bir müsafir, əgər səhvən namazını bütöv qılarsa və vaxt daxilində yadına düşərsə, namazını yenidən qılması lazımdır. Əgər vaxt keçdikdən sonra yadına düşərsə, ehtiyata əsasən onu qəza etməlidir.
Səfərdə namazını şikəstə qılmalı olduğunu bilməyən bir müsafir, əgər bütöv qılarsa, namazı səhihdir.
http://sual.nur-az.com/az/47/S%C9%99f%C9%99rl%C9%99-ba%C4%9Fl%C4%B1-h%C3%B6kml%C9%99r/
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik
Sual (2) : Salam oruclugda 1hefdede necedefe sefer elesem orucum tam olacag
Ad: RehmaN, Ölkə: aze, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
“Kəsirus-səfər” adı o kəsə deyilir ki, ən azından ayda 10 dəfə və ayın 10 günündə (44 km getmək və ya gedib qayıtmaq) səfərə getsin. Yaxud iki və ya üç səfər daxilində 10 gün səfərdə olsun. Bu şərtlə ki, heç olmazsa bir ildə altı ay, yaxud bir neçə ildə üç ay bu vəziyyəti davam etdirmək niyyətində olsun. Belə olduqda bütün səfərlərində (hətta qəfildən baş verən müsafirətlərdə) namazı tamamdır. Əlbəttə, birinci iki həftədə namazı ehtiyat olaraq həm şikəstə, həm də tamam qılmaq lazımdır. Əgər insanın bir ayda səfərlərinin sayı və yaxud günü səkkiz və ya doqquz olsa, ehtiyat-vacibə görə bütün səfərlərdə namazı həm şikəstə, həm də tamam qılmalıdır. Bundan az olsa namaz şikəstədir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Səfərdə namaz və orucun hökmü necədir? Çox səfərə çıxanların (kəsirus-səfər) namaz və orucu necədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər hər ay ən azından 10 gün səfərə gedirsinizsə, yaxud səfərdəsinizsə və 6 ay və yaxud daha çox bu gedişatı davam etmək istəyirsinizsə, “kəsirus-səfər” sayılırsınız. Bütün səfərlərinizdə namazınız tam və orucunuz səhih olacaqdır. Amma səfəriniz ayda 8 və ya 9 gün olsa, ehtiyat vacib odur ki, bütün səfərlərinizdə namazı həm tamam və həm şikəstə qılasınız. Həm oruc tutasınız həm də qəzasını tutasınız. Lakin 7 gün və ya daha az olsa, bu səfərdə namazlarınız şikəstə və oruclarınız səhihdir .
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Doğum еvi atanın vətənindən xaricdə olduğu üçün ananı bir nеçə günlüyə oraya aparmaq məcburiyyətində qalırlar və uşaq dünyaya gəldikdən sonra yеnidən ananı öz vətəninə qaytarırlar. Bu uşağın vətəni hara sayılır?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Uşağın dünyaya gəldiyi doğum evi ata-ananın yaşadığı vətəndə yerləşərsə, ora uşağın da əsas vətəni olur. Əks təqdirdə, təkcə orada doğulmaqla, ora uşağın vətəninə çеvrilmir. Onun vətəni ata-anasının vətənidir – doğulduqdan sonra ata-anası tərəfindən aparıldığı və orada boya-başa çatdığı yerdir.
http://sual.nur-az.com/az/47/S%C9%99f%C9%99rl%C9%99-ba%C4%9Fl%C4%B1-h%C3%B6kml%C9%99r/
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik
Sual (5) : Salam aleykum ve rehmetullah. Bir nefer Bilesuvar sakinidir gemide isleyir Xezer denizinde. Bir ay isde bir ay evde olur. Gemide yeni Xezer denizinde oldugu bir ay muddetindede daimi bir yerde olmurlar yeni ordada sefer edir. Indi bunun namazinin hokmu nedir? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər iki ay müddətində, hər on gündə iki-üç dəfə iş səfərinə getsəniz, yaxud üç ay müddətində hər on gündə bir dəfə - belə ki, on gün bir yerdə qalmırsınız - iş səfərinə getsəniz, yaxud da bir ay müddətində hər gün iş səfərinə getsəniz, bu hallarda birinci və ikinci səfər istisna olmaqla, səfərə yola düşdüyünüz yerdə, səfərə getdiyiniz yerdə və yolda namazı tam qılırsınız və orucunuz da səhihdir. Əgər səfərlər arasında on gün və ya daha artıq olaraq bir yerdə qalsanız, on gündən sonra birinci iş səfərində namazı qəsr qılırsınız. Şəxsi səfərlərinizdə isə müsafir hökmündəsiniz.
http://sual.nur-az.com/az/47/S%C9%99f%C9%99rl%C9%99-ba%C4%9Fl%C4%B1-h%C3%B6kml%C9%99r/

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Sual (6) : Salam aleykum. 1 nefer gemide isleyir 1 ay isde 1 ay evde. Is ucun yasadigin yerden teqribi 200 km gedir ve gemide 1 ay qalir ama gemide oldugu bu muddetde 1 rayon erazisinde qalmir yeni ordada muxtelif rayonlara sefer eliyir. Indi hemin sexs orda oldugu 1 ay muddetde namazlarini tam qlimalidir yoxsa qesr?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Səfəri çox olan insan sayılır və bütün səfərlərdə namazı tamamdır.
http://sual.nur-az.com/az/47/S%C9%99f%C9%99rl%C9%99-ba%C4%9Fl%C4%B1-h%C3%B6kml%C9%99r/
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Sual (7) : Bir nefer Rusiyada yawayir ve Azerbaycanda ata yurdu var. o adam azeriye gelende demir ki oz vetenime gedirem deyir ki ata yurduma gedirem. bele olduqda onun ata yurdundaki namazlari qesrdi ya tamam?
Ad: Arif, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər bir daha öz doğulduğu yerdə yaşamamaq qərarına gəlibsə, namazı orada qəsrdir. Orada on gün qalmaq niyyəti olsa, namazı tamdır.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (8) : Men mebel ustasiyam mebel alinarken gedib basqa-basqa yerlerde qurasdiriram ve 8 fersexi qet edirem demek olar ki axir 10 ayda 59 gun seferde olmusam ay olub ki 3 defe 7 defe 5 defe men kesuris sefer sayiliram namazlarimi butov oruclarimi tutmaliyam?cox tesekkur edirem.
Ad: Elmeddin, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim  
Sualın fərzində namaz qəsrdir və oruc tuta bilməzsiniz. Namazın tam qılınması və orucun tutulması üçün ayda ən azı 10 gün səfərdə olmalısınız.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (9) : ASSLAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.MUASIR DOVRDE MUASIR VASITELERLE SEFER HEM ASANDDI HEMDE TEHLUKESIZ BELE OLAN HALDA SEFERIN MESAFESI NEQEDERDIR?YENI NEQEDER YOL GEDENDEN SONRA INSAN SEFERDE SAYILIR.ALLAH SIZI QORUSUN INSHALLAH AMIN.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam və rahmətullahi və bərakətuh. Müsafirin səfəri səkkiz şəri fərsəxdən (təqribən 45 km-dən) az olmamalıdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (10) : Salam.Mən Sumqayıt şəhərində qalıram,amma universitetə Bakının Binə qəsəbəsinə gedirəm.Həftədə ən azı 4 dəfə gedirəm.Binə qəsəbəsi ilə Sumqayıt şəhəri arasında namzlar qəsrdir.Mən tələbə olduğum üçün tam qılmalıyam?
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər məsafə 44 km yaxud çoxdursa və siz hər həftə dörd gün gedib-gəlirsinizsə, kəsirus-səfər sayılırsınız və hər yerdə namazınız tamamdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP