Sual (1) : Salam. Məsumlar şer deyiblərmi? Əgər deyiblərsə, bu Onların ismətinə xələl gətirirmi?
Bismillahir-rəhmanir-rəhim
Əleykumus-salam
Məsumların (əleyhimus-salam) bəzisindən bir sıra şeirlər nəql olunmuşdur. İmam Əlinin (əleyhis-salam) kəlamlarında çoxlu şeirlərlə qarşılaşırıq, hətta o həzrətə şeir divanı (şeirlər toplusu) nisbət verilib. Əlbəttə, hikmətli olmayan hədəfsiz şeirləri yazmaq və oxumaq məkruhdur. Buna görə də, hikmətli şeirlər məsumluqla ziddiyyəti yoxdur. 
Allah sizə yar olsun
Sual (2) : Bəzi məntəqələrdə adət belədir ki, hər ev kəndin qoyunlarını növbə ilə otarmağa aparır. Bəzi ailələr öz növbələri çatanda kiçik uşaqlarını qoyunları otarmağa göndərirlər və canavar qoyunların bəzilərini parçalayır. Belə olduqda dəymiş zərəri kim ödəməlidir?
Ad: Qafqaz oqlu, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər bu barədə müqavilə bağlamışlarsa və yaxud yerli əhali adət üzrə qoyunları otarmağa onları canavardan qoruya biləcək adamlar göndərirlərsə, dəyən zərəri ödəmək müqaviləyə və ya yerli adətə zidd hərəkət edən adamın öhdəsinədir.
http://sual.nur-az.com/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Məscidin qab-qacağının təsadüfən, məsələn, Məhərrəm günlərində əzadarlara xidmət edərkən sınması, zəmanətə səbəb olurmu?
Ad: , Ölkə: Ali siesi, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Hər kəs sındırsa, zamindir. Yalnız qarşısını almaq mümkün olmayan zərərlər istisnadır.
http://sual.nur-az.com/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : emeyl, vatsap, teleqram, feyzbuk kimi mesajlaşmalarda salamın cavabını almaq vacibdi?
Ad: , Ölkə: Russiya, Müctəhid: Ayətullah Zəncani
Bismillahir-rəhmanır-rəhim
Əgər canlı bir əlaqə çərçivəsində olsa, vacibdir.
http://sual.nur-az.com/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : salam alaykume . 1 menim xumus vaxdlm dl .bir qohum adamln yanlnda iwleyirem o mene maaw yazlr .ama ozumee vermir deyir sein pulunu men ozum ylqlm senin ucun bir iw gorum .indi menim o puluma xumus duwur ? 2 bir insanln mesel ucun 1000 manatl var o insan 1000 m xumusun clxarlr .ve hemen pulun qlanln xerclemir obrsi ilin axrlnda yene bu pula xumus duwur? 3 bir qabl it mlndarlaylbsa ve hemen qabl yuyanda obrsi qablara .ve qabl yuyan insanln paltarlna su duwur it deyen qabln suyu .indi obrsi qablarln hokmu nedir.ve hemen patarLa namaz QlLmaq olarml? 4 eger yer mlndardlsa mesel ucun talit .kenardan yere su duwur ve su qaydlr insanln paltarlna duwur hemen paltarLa namaz QlLmaq olarml?Alllah razl olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Xüms ili çatanda onun xümsünü vermək vacib olur. Əgər o maaşı almaq mümkün deyilsə, onun xümsünü verməyi onu almaq mümkün olan vaxta qədər təxirə sala bilərsiniz.
2. Xümsü çıxarılmış pul saxlanarsa, həmin pulun özünə daha xüms gəlmir. Amma o pulun qazancı olsa, qazanc olan hissəsinə xüms gəlir.
3. Kür su ilə yusanız kür suyundan tökülüb axan su – suya bitişik olarsa pakdır.
4. Kür suyundan sıçrayan su kür suyuna bitişik olarsa pakdır.
http://sual.nur-az.com/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : salam eleykum.men mawinla weherin icinden kecirdim.birden dereden bir at balasi qefilden masinin qabagina cixdi. masinla vurdum oldu.yiyesini gozledim gelmedi axirda cixib getdim.menim vezifem nedir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər atın sahibi varsa, tələf olmuş atın qiymətinə zaminsiniz. Əgər atın sahibini tapmaqdan ümidiniz üzülsə, onun tərəfindən bu pulu fəqirə sədəqə verməlisiniz.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (7) : Salam. Әqiqә qurbanlığını uşağın (12-13 yaşında) özünün, hәmçinin uşağın baba vә nәnәsinin yemәsi mәkruhdurmu? Ümumiyyәtlә hökmü nәdir?
Ad: Abdullah, Ölkə: Azәrbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Baba və nənənin əqiqə qurbanlığının ətindən yeməsinin heç bir maneəsi yoxdur. Həmçinin ata və ananın da əqiqə qurbanlığının ətindən yeməsi öz-özlüyündə icazəlidir. Lakin bəzi hədislərdə qeyd olunmuşdur ki, ata, xüsusilə də, ana ondan yeməsin.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (8) : salam Allah yar ve yardlmclnlz olsun nweallah.sualm beledi evde qrant gelmi su qusul bir qabda ala bileremi? ve destamaz almak ucun bawqa insan mene su tokse olarml? ve uzur isdeyirem eyak yolundan necisti halda namaza qeder dursam olarml yani kagazdan silirem sadece yuyunmuram namazln vaxtlnacan olarml?ve subuh namazl 2 sahat gec qllram yatlb qallram o gunahdlml?ve hacet namazl bawada niyeti nece olur 3 defe nesa demeliyem deyiler ?ve awura ziyareti imkan rtmak ucun oxumak olarml?????cavablnlzl gozdeyirem tewekurler.
Ad: , Ölkə: sevinc, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər bədən yuyularsa, heç bir maneəsi yoxdur. 
2. Əgər bir nəfər sırf su töksə və siz özünüz dəstəmaz alsanız, heç bir maneəsi yoxdur. 
3. Sidiyin məxrəci yalnız su ilə paklanır, bundan qeyri halda paklanmır və namaz düzgün deyildir. 
Ğaitin məxrəcini iki cür paklamaq olar: a) Nəcasət aradan gedənədək su ilə yuyulur. Nəcasət aradan getdikdən sonra yenidən yumaq lazım deyil. b) Üç ədəd daş və ya üç tikə pak parça, yaxud bu kimi şeylərlə nəcasət təmizlənir. Əgər üç tikə ilə nəcasət təmizlənməzsə, tamamilə pak olanadək əlavə tikələrlə təmizlənir. Üç ədəd əvəzinə bir ədəd daşın və ya üç tikə parça əvəzinə bir parçanın üç yerindən istifadə etmək olar.
Hər bir surətdə, əgər namaz vaxtının sonunadək bədəni paklamaqdan və yaxud paltarı dəyişdirməkdən həqiqətən üzrlü olsanız, elə həmin nəcis bədən və paltarla namazı qılın.
4. Sübh namazının vaxtı “sadiq fəcr” doğandan günəş doğana qədərdir. Deməli, əgər şəri bir üzr olmadan həmin vaxt ərzində namaz qılınmasa, günah etmisiniz və onun qəzasını yerinə yetirməlisiniz. 
5. İki rəkətli namaz şəklində qılınır. Elə hacətin yerinə yetirilməsi qəsdilə qılınsa, kifayət edər. Onun niyyətini dilə gətirmək və ya xüsusi bir söz demək lazım deyildir.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) : salam aleykum.insan resmi cekmek haramdir? hansi wertlerle cekmek icazeli olar? sag olun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Rəsm çəkməyin eybi yoxdur.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : salam aleykum bilmek istiyerdim alimlerin reyi nedir qeme vurma barede
Ad: vuqar , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah Sistani: Əzadarlığa ləkə gətirə biləcək işlərdən çəkinmək lazımdır.
Ayətullah Xomeyni: Hal-hazırkı dövrdə qəmə vurmasınlar. 
Ayətullah Xamenei: qəmə vurmaq camaat arasında hüzn və əzadarlıq sayılmamağından əlavə, imamların (ə) dövründə və onlardan sonra da olmamışdır. İmamlar (ə) da bu əməli -istər ümumi, istərsə də xüsusi surətdə- təsdiqləməmişlər. Hal-hazırda da məzhəbə ləkə gətirir və icazəli deyil.
Ayətullah Fazil: Bu əməl imam Hüseyinin qiyamının səbəbinin yayılmasına mane olur və imam Hüseyn (ə) məktəbinin ardıcılları bu əməldən çəkinməlidirlər, əgər qəmə vurmağı nəzir etsələr də nəzirləri gerçəkləşmir.
Ayətullah Behcət: Şiəliyə ləkə gətirə biləcək hər bir əməldən çəkinmək lazımdır.
Ayətullah Məkarim və Nuri: qəmə vurmaq iradlıdır. 

Zəncir vurmağa gəldikə isə camaat arasında olan adət miqdarında vurmağın eybi yoxdur. Amma o da qəmə vurmaq kimi qan çıxmasına səbəb olsa və ya kəsici, ya tikanlı zəncirlərdən olsa, qəmə vurmağın hökmü ona da şamil olur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP