Sual (1) :
salam alaykume .bu doxrdurmu kerbala torpaxl kebeden usdundu?Allah razl olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hər birinin özünə məxsus əhəmiyyəti və fəziləti var. Kərbəla ziyarəti kimi bəzi əməllər, misal üçün müəyyən günlərdə oruc tutmaq və s. Məkkə və müstəhəbbi Həcc ziyarəti ilə ölçülür. Yaxşı olar nəzakət və ədəbə riayət etmək üçün müqəddəs məkanların hər birinə hörmətlə yanaşaq və biri-biri ilə müqayisə etmək və birini digərindən üstün qərar verməkdən çəkinək. Çünki, belə müqayisələr adətən cəmiyyət arasında əhəmiyyətsiz yanaşmaq və hörmətsizlik etmək kimi qələmə alınır və ixtilafa səbəb olur.Allah sizə yar olsun.
Sual (2) :
Salam...Xahiş edirik ki, 8 martın necə yarandığı barədə bizə məlumat verəsiz..Minnətdarıq...
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“8 Mart Beynəlxalq Qadınlar Günü”nün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən 2-ci Beynəlxalq Konfransında qərara alınmışdır. İlk dəfə 8 mart 1911-ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu. Azərbaycanın da bir vaxtlar daxil olduğu çar Rusiyasında isə ilk dəfə 1913-cü ildə dövlət səviyyəli bayram kimi gündəmə gəlib.Bəs bu “bayram”ın kökü nədədir? Çox maraqlıdır ki, bəzi tarixçiləri və sosioloqları da ciddi düşünməyə vadar edən əsas məsələ bundan ibarətdir: nə üçün Klara Setkinin seçimi məhz 8 mart olub? Axı nə qadın mübarizliyi ilə bağlı önəmli bir hadisə, nə də heç bir tanınmış qadının doğum günü məhz martın 8-nə təsadüf etməyib?! Elə buna görə də Klara Setkinin seçimi geniş araşdırmaya səbəb olub və bəzi tarixçilərin fikirincə, 8 mart gününün təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ilin həmin gününün “qadın proletariatı”nın ad günü olması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq kifayətdir. Sən demə, yəhudi millətindən olan Setkinin təklif etdiyi gün – 8 mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşür (yəhudi təqvimində bu bayramın yeri dəyişir və onlarda bu bayram qadının ağlı və millətin özünümüdafiə haqlarını simvolizə edir).
Allah sizə yar olsun.
Sual (3) :
Salam Aleykum eziz ve hormetli momunler, sizlere bir sualim var bir yazar haqinda adi Paulo Koelyo dur. Bu yazarin eserlerin oxuyanlar coxdur momunler arasinda da. Onun heyata baxiw felsefesin tebligde ediler. Deyilenen gore bu yazarin kitablarin Iranda qoymular satmaga bezi islam olkelerindede, bilmek isdiyerdim bunun sebebi nedir hansi delile fakta gore bu yazar silam aleminde bele beyenilmir. Evelceden cox sagolun Allah razi olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Paulo Koelyo 14 il öncə İrana səfər etmişdi ki, öz səfərini çox qiymətləndirir və İran xalqını tərif edir. O yazılarında İran şairlərindən və dini ədəbiyyatdan ilham aldıqını yazır. Onun İranda 20-dən çox kitabı nəşr olunub. Əlbəttə, bəzi kitablarının nəşrinə icazə verilmir və onunda səbəbi dinin əleyhinə və İslam mədəniyyətinə zidd olan fikirlərinə görədir. O, heç bir dini haqq bilmir və hər nə ki, səni rahatlandırarsa o sənin dinindir yazır. Çox güman ki, özü də satanist əqidəsindədir. Onun romanları İranda savadlı-hünərvər yazıçı və oxucular tərəfindən tənqid olunur.Allah sizə yar olsun.
Sual (4) :
Salam aleykum. Ayetullahlarin hamisi merceyi teqliddir?
Əleykumus-salam.
Xeyr, amma mərceyi-təqlidlərin hamısı ayətullahdır.Allah sizə yar olsun.
Sual (5) :
Salam bir qadinin eri bunu alladib gedib zina edib usagida olub indi bu qadin qargus edib o usaga bu qadinin bacisi usagi pis xesseliye dusub ona qargus eddiyine gora buna duse biler xesseliy
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bunu Allah bilər. Amma hər halda uşağın sağalması üçün sədəqə çıxartmaq və qurban nəzr etmək məsləhətdir.Allah sizə yar olsun.
Sual (6) :
Salam aleykum.Eger Islami tehqir eden yalniz mehkeme hokmu ile qetl olmalidirsa niye İmam Xomeyni salman rushdi.len.ucun olum fermani verdi? o ferman yerine yetirildimi? sag olun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslamda müctəhidin bir vəzifəsi də qazilikdir. Qazının belə bir səlahiyyəti var ki, hökm çıxartsın. İmam Xumeyninin fitvası sadir olan gündən Salman Ruşdi ev şəraitində qorunur.Allahsizə yarolsun.
Sual (7) :
Salam aleykum.Iran Islam inqilabi bas verende xalq tam silahli hokumete nece muqavimet gosterdi?yeni silahi haradan tapdilar? kim onlara silah ve s...yardim etdi? Allah razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İran islam inqilabı baş verəndə camaat silahlı deyildi. Lakin İran xalqının əksəriyyəti şah rejiminə qarşı etiraz edib mitinqlər keçirirdi, silah və işgəncələrin qarşısında müqavimət göstərirdilər. Bu mübarizədə çox sayda insanlar canını əldən verdi və ya ağır işgəncələrə məruz qaldılar. Əlbəttə, ilahi yardım da əsas rol oynayır, çünki Peyğəmbər (s) buyurur: Allahın köməyi cəm şəkildə olan insanlaradır. Bu müvəffəqiyyətin əsas amillərindən biri də İmam Xumeyni kimi tədbirli və şücaətli rəhbərin istiqamətləndirməyidir.Allah sizə yar olsun.
Sual (8) :
Salam aleykum,Ayətullahı Kədeyvər kimdir? pis adamdir ya yaxsi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Möhsin Kədivər Amerikada yaşayan iranlı ruhanidir ki, özünə məxsus düşüncələri vardır. Adətən alimlər tərəfindən düşüncələri qəbul olunmur. Əlbəttə bəzi mətbuatda fəsad əhli, islam adı altında islama zərbə vuran qərəzli şəxs kimi qələmə verilir.Allah sizə yar olsun.
Sual (9) :
Salam aleykum,men bu saytda oxudum ki,Iranda Xalq Mucahidləri təşkilatı olub,texribat apariblar.Onlarin meqsedi ne idi ve niye bele etdiler,Islam dushmeni idiler? Ve Iraq hokumeti niye onlari himaye etdi? chox sag olun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İran Xalq Mücahidləri Təşkilatı İranda şahlıq dövründə, 1965-cı illərdə şah rejimi ilə mübarizə məqsədi ilə yaradılıb. Təşkilatın üzvləri islam əqidə və ideologiyasını qəbul edirdilər, lakin sonradan marksist ideologiya və düşüncələrini də öz nizamnamələrinə əlavə etdilər və beləliklə islam və marksizmə qarşıq olaraq əqidə bəslədilər. Əlbəttə sonralar islam ideologiyasını inqilabda kifayət bilmədilər və yalnız marksizmə əsasən bəyannamə yaydılar və islam ideologiyasının ictimai səhnədən kənara çəkilməsinin tərəfdarı oldular. İran İslam inqilabı qələbə çalandan sonra bu təşkilat İmam Xumeyni tərəfindən təsdiq olunmadı, çünki islam inqilabın marksizmə doğru yönəltməyə çalışırdılar. 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başladılar. Bəs bu təşkilatın islam inqilabı və nizamı ilə əsas düşmənçiliyi bu inqilabın islam üzərində qurulmağı və marksism ideologiyasından uzaq olmağı idi. Səddam rejimi İran torpaqlarına təcavüz edəndə bu təşkilat Səddam rejiminin köməyinə qalxdılar.Allah sizə yar olsun.
Sual (10) :
Salam aleykum. Dogrudurmu ki Ayetullah Xomeyni Ayetullah Serietmedarenin telebesi olub ve sah rejimi onu edam elemesin deye boyku ayetullah adini Xomeyniye serietmedari verib? Birdeni serietmedarinin iran xalq mucahid teskilati ile hansisa elaqesi olub?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Xeyr, doğru deyil. Ayətullah Xumeyninin ustadları arasında Ayətullah Şəriətmədarinin adı çəkilmir. Başqa bir tərəfdən İmam Xumeyni yaşca Ayətullah Şəriətmədaridən böyük olub. Ayətullah Şəriətmədari Müsəlman İran Respublika Xalq Partiyasının təsisçisi kimi tanınır. Əlbəttə bu partiya, İran Xalq Mücahidləri Təşkilatından fərqlidir. Bu təşkilatın Ayətullah Şəriətmədari ilə əlaqəsi yoxdur. Şah rejimi İmam Xumeyniyə edam hökmü vermək istəyəndə bir çox alimlər o cümlədən Ayətullah Şəriətmədari buna etiraz edir.Allah sizə yar olsun.