Sual (1) : Werab kimnen qalb niye muselmanlara haramdl
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şərab təkcə müsəlmanlara deyi, bütün insanlar üçün haram edilmişdir.
Amma onun haram edilməsinin dəlilləri Quran ayələri və vəhy əsasındadır. Ayə və hədislərdə şərabın qadağan olunmasından əlavə, onun bəzi hikmət və səbəblərinə də toxunulur, Onlardan bir neçəsini aşağıda qeyd edirik:
Qurani-kərimin Maidə surəsinin 90 və 91-ci ayələrində buyurulur: "Ey iman gətirənlər! Həqiqətən məstedici (içki) də, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”
Şərab bütün pisliklərin anasıdır
İmam Sadiq (ə) buyurur: "Həqiqətən xəmr bütün günahların başıdır”. ("Zunubul-kəbirə", cild 1, səh 244).
Bir gün bir zindiq (Allahı tanımayan şəxs) İmam Sadiqdən (ə) belə sual etdi: - Nə üçün Allah (c.c)şərabı haram etmişdir, bir halda ki, onun kimi daha ləzzətli bir içki yoxdur? İmam (ə) cavabında ona belə buyurdu: - Çünki şərab bütün pisliklərin açarı və bütün günahların başıdır. Onu içən şəxs özünü itirir və rəbbini tanımır. Elə bir günah qalmır ki, ona mürtəkib olmasın. Elə bir hörmət qalmır ki, onu zay etməsin. Elə bir yaxın şəxs qalmır ki, onunla əlaqəni kəsməsin. Elə bir çirkin iş qalmır ki, onu etməsin. Xəmr içən şəxsin ipi şeytanın əlində olar. Əgər ona bütlərə səcdə etməyi əmr edərsə səcdə edər, onlara boyun əyməyi əmr edərsə boyun əyər. ("İhticac", cild 2, səh 346, 347).
Bütün dinlərdə xəmr içmək haram edilmişdir
İmam Rza (ə) buyurur: "Allah təbarəkə və təala elə bir peyğəmbər göndərməmişdir ki, onun dinini kamil etdiyi zaman şərabın haram olması onun dinində olmasın”. ("Təhzibul-əhkam", cild 9, səh 102.)Şərabı spirtə qatqılar qatmaqla düzəldirlər. Spirt isə əslində xeyir məqsədlər və tibb işlərində istifadə etmək üçün düzəldilmişdir.
Şərab təkcə müsəlmanlara deyi, bütün insanlar üçün haram edilmişdir. 
Amma onun haram edilməsinin dəlilləri Quran ayələri və vəhy əsasındadır. Ayə və hədislərdə şərabın qadağan olunmasından əlavə, onun bəzi hikmət və səbəblərinə də toxunulur, Onlardan bir neçəsini aşağıda qeyd edirik:
Qurani-kərimin Maidə surəsinin 90 və 91-ci ayələrində buyurulur: "Ey iman gətirənlər! Həqiqətən məstedici (içki) də, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”

Şərab bütün pisliklərin anasıdır

İmam Sadiq (ə) buyurur:  "Həqiqətən xəmr bütün günahların başıdır”. ("Zunubul-kəbirə", cild 1, səh 244).

Bir gün bir zindiq (Allahı tanımayan şəxs) İmam Sadiqdən (ə) belə sual etdi: - Nə üçün Allah (c.c) şərabı haram etmişdir, bir halda ki, onun kimi daha ləzzətli bir içki yoxdur? İmam (ə) cavabında ona belə buyurdu: - Çünki şərab bütün pisliklərin açarı və bütün günahların başıdır. Onu içən şəxs özünü itirir və rəbbini tanımır. Elə bir günah qalmır ki, ona mürtəkib olmasın. Elə bir hörmət qalmır ki, onu zay etməsin. Elə bir yaxın şəxs qalmır ki, onunla əlaqəni kəsməsin. Elə bir çirkin iş qalmır ki, onu etməsin. Xəmr içən şəxsin ipi şeytanın əlində olar. Əgər ona bütlərə səcdə etməyi əmr edərsə səcdə edər, onlara boyun əyməyi əmr edərsə boyun əyər.   ("İhticac", cild 2, səh 346, 347).

Şərab bütün dinlərdə qadağan edilmişdir

İmam Rza (ə) buyurur: "Allah təbarəkə və təala elə bir peyğəmbər göndərməmişdir ki, onun dinini kamil etdiyi zaman şərabın haram olması onun dinində olmasın”. ("Təhzibul-əhkam", cild 9, səh 102.)

http://sual.nur-az.com/az/19/H%C3%B6km%C3%BCn-hikm%C9%99ti/  
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (2) : Seyidlərə hörmət ilə əlaqədar hansı sifarişlər olubdur? Dünya və axirətdə seyidlərlə qeyri seyidlərin fərqi varmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Seyyid, lüğətdə "ağa", "cənab", "rəys", "böyük", "şərəfli"  kimi mənalar ifadə edir. ("Qamuse Quran", cild 3, səh 350). Şiə terminologiyasında isə nəsəbləri (soyları) həzrət Fatimə (s) vasitəsi ilə İslam Peyğəmbərinə (s) çatan şəxslərə deyilir
Amma hörmət əlaməti olaraq seyid başqa ələvilərə, yəni nəsəbləri Abbas bin Əli (ə) və ya Məhəmməd Hənəfiyyə və imamın (ə) digər övladları vasitəsi ilə İmam Əliyə (ə) yetişən adamlara da deyilir. Qeyd edək ki, yenə hörmət üçün nəsəbləri Cəfəri Təyyar və Əqilə çatan şəxslərə də seyid deyilir.

Ayə və hədislərdə seyidlərə hörmət barədə:
İslam elə bir dindir ki, bütün insanlara hətta qeyri-müsəlmanlara hörmətlə yanaşır. Amma müsəlmanlar və möminlər üçün daha çox hörmət etməyi tövsiyə edir. Möminlər arasında da İslam Peyğəmbərinə (s) mənsub olanlara və həzrət Zəhranın (s) övladlarına hörmət etməyi daha çox sifariş etmişdir.
Mübarək "Məvəddət" ayəsini: "De: Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm" (Şura surəsi, ayə 23) - bu hörmətin sübutlarından biri hesab etmək olar.
Seyidlərə hörmətin əsası məvəddət ayəsindədir. Bu ayə ilk olaraq, birbaşa surətdə Peyğəmbərin (ə) əhli-beytinə və nəslinə şamil olur. Seyidlər də ki, həzrət Zəhra (s) vasitəsilə Peyğəmbərə (s) çatırlar.
Bu ayədə Allah taala Peyğəmbərə (s) əmr edir ki, camaata onun əhli beytini sevməyi  desin. Bu dostluq və sevgi bir növ hörmətin əsası sayılır.
Həmçinin, rəvayətlərdə seyidlərə böyük hörmət və qayğı göstərmək çoxlu sifarişlər olunub. Burada bəzi rəvayətləri qeyd edirik:
İslam Peyğəmbəri (s) buyurdu: "Qiyamət günündə dörd qrupu şəfaət edəcəm, hətta məhşərdə günah edənlər sırasında olsa belə: 1. Mənim əhli-beytimə (ə) kömək edənlərə.  2. Öz malı ilə mənim kasıb yaxınlarıma kömək edənlərə. 3. Dilləri və qəlbləri ilə əhli-beyti (ə) sevənlərə. 4.  Zürriyyəmdən sürgün və qovulmuş olan şəxslərin ehtiyaclarını təmin edənlərə" ("Əl- Kafi", c. 4, səh 60).İslam Peyğəmbəri (s): "Mənim nəslimdən olan yaxşı insanlarıa hörmət edin, onların pislərinə də mənə görə hörmət edin". ("Təfsire rəvane Cavid", c. 1, səh 52).
İmam Sadiq (ə) buyurdu: "Qiyamət günü olanda bir nəfər nida edər: Ey insanlar! Sakit olun! Muhəmməd (s) danişir. İnsanlar sakit olacaq. Peyğəmbər (s)  buyurar: "Ey insanlar! Hər kəsin mənim boynumda əli, minnəti, yaxşılığı varsa hərəkət etsin və mən onun əvəzini verim?" Deyəcəklər hansı əl, hansı minnət, hansı yaxşılıq? Buyurar:"Hər kəs mənim övladlarımdan birinə pənah veribsə, ona yaxşılıq edibsə, onu örtübsə y(əni paltar alıb verib, geyindiribsə), onu doyuzdurubsa, irəli gəlsin, onun etdiyinin əvəzini verim". Bu xeyirxah işi edənlər hərəkət edərlər. Allah tərəfindən nida gələr: "Ey Muhəmməd! Ey mənim dostum! Onların savabını sənin öz öhdənə qoydum. Behiştin harasında istəyirsənsə onlara yer ver". Peyğəmbər (s)də onları behiştdə yerləşdirər. Elə bir yerdə onlara yer verər ki, onlar Muhəmməd və ali Məhəmmədi görərlər" ("Vəsailuş-şiə", c. 16, səh 333).
Qeyd edək ki, bu hörmət təbii bir haldır və Peyğəmbərə (s) məhəbbətin əlamətidir. Yəni bir şəxs Peyğəmbəri (s) sevirsə, ona bağlı olanları da sevəcək və hörmət edəcək. Elə bu hörmətin özü Peyğəmərə (s) və onun müqəddəs məqsədlərinə hörmət etmək deməkdir.
Dünya və axirətdə seyidlər və qeyri seyidlər
Seyidlərin İslam Peyğəmbərinə (s) xüsusi bağlılıqları olması ilə əlaqədar xüsusi hörmətə sahib olmalarına rəğmən, İslam Peyğəmbərinin (s) ümməti bütün şəri, əxlaqi, vəzifələr və təklifləri yerinə yetirməkdə bərabərdilər. Allahın hökmlərini yerinə yetirmək baxımından seyidlərin qeyri-seyidlərə heç bir fərq yoxdur və heç kəs Allahın hökmlərini yerinə yetirməkdən boyun qaçıra bilməz. Bütün insanlar  - istər seyidlər, istər qeyri-seyidlər Allahın imtahanı qarşısında bərabərdirlər. Hər bir insanın xüsusi əməl dəftəri vardır var. (Məcməul məsail, cild 1, səh 393).
Seyidlər, İslam Peyğəmbərinə (s) nəsəb cəhətindən bağlı olduqlarına görə daha çox məsuliyyət daşıyırlar. İbadətlər və şəri vəzifələri yerinə yetirmək onlara daha çox təkid olunub. (Məcməul məsail, cild 1, səh 393).

http://sual.nur-az.com/az/19/H%C3%B6km%C3%BCn-hikm%C9%99ti/

Sual (3) : Nəyə görə fiqhi cəhətdən həddin icrası hakimin öhdəsindədir?
Ad: Abu Turab, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hədd; elə bir cəzadır ki, ölçüsü və miqdarı Quran və İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) buyurduğu qanunlar əsasında təyin olunmuşdur. Məsələn, zinakara yüz şallağ vurulması qanunu. ("Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun". ("Nur surəsi", ayə 2)).
İnzibati cəza odur ki, onun cəzasının təyin olunması şəri hakimin öhdəsindədir. Hədlər və inzibati cəzalar elə cəzalardır ki, İslam qanunlarından kənara çıxanlardan ötrü təyin olunmuşdur. O da İslam hökmlərinin cəmiyyətdə icrasına zəmənət verir. Qeyri-islami höküumətlərdə də qanunların icrasının zəmanəti öhdəsinə alır.
İslamda şəri hədlərin icra olunmasına çox təkid olunmuşdur. O cümlədən rəvayətdə gəlib ki, bir həddin icrasının savabı qırx gün ( və ya gecə-gündüz) yağan yağışın təsirindən faydılıdır. Əlbəttə, çox təkid olunmuşdur ki, hər bir həddin və cəzanın icrası çox diqqət və yəqinlik əsasında olmalıdır. (Xomeyni, Seyyid Ruhullah Musəvi, Tozihul-məsail (haşiyəli kitabı) c.2; səh.815.)
Hədlər və cəzaların cinayətkarlar üzərində hökmlərin icrası bu mənadadır ki, onlar məhkum olduqdan sonra hakimiyyət onların canlarında və mallarında qüdrət sahibi kimi çıxış edir. Bu da əsl əvvəldə heç kəsin digəri üzərindən hakimiyyət və qüdrətinin olmaması qanununa ziddir. Ona görə də belə bir haqqın kiminsə üzərində tətbiq olunmasından ötrü ayələr və rəvayətlərdən ibarət dəqiq və möhkəm dəlillərə ehtiyac vardır. İslam Peyğəmbəri (s) və məsum imamların (ə) Allah dərgahında ən yüksək məqamı olduğuna görə belə bir qəzavət, hökm etmək, hökmü icra etmək haqqı və məqamı ilk növbədə onlara məxsusdur. Amma, belə bir məqamın Peyğəmbər (s) və məsum imamlardan (ə) başqası üçün isbat etmək çox çətin və şəkkdə olan bir məsələdir. Əsl budur ki, onların belə bir məqam və haqqları yoxdur. Yalnız möhkəm dəlil əsasında bu mövzunu onlar üçün isbat etmək olar. Yəni, onların izni və icazəsi ilə bu məqamı digərlərinə aid etmək olar. Belə bir məsələyə də diqqət etmək lazımdır ki, əgər məsum imamdan (ə) xüsusi olaraq, hər hansı bir fərdə izin verməsi və ya məsum imamın (ə) özünə əl çatmayan halda (məsələn, İmamın (əc) qeybdə olduğu zamanı) belə bir məqam və izin ümumi olaraq, bütün şəraitə malik olan müctehidin üzərinə düşür. Bu da həmin cəmiyyətdə müsəlman ölkəsinin əmin-amanlığın və nəzminin qorunmasından ötrüdür. Mərhum Şeyx Mufid şəri həddəlrin məsum imamlara (ə) məxsus olması haqqında aşağadakı məzmunda məsələni təqdim edir:

“Hədd və cəzaların icra olunması Allah tərəfindən müsəlmanlara təyin olunmuş hakimin ixtiyarındadır. Onlar da Peyğəmbərdən (s) sonra o həzrətin nəslindən olan məsum imamlardır (ə). Həmçinin, onların şəri qəzavət işlərinə təyin etdikləri hər bir kəs və imkan həddində belə işlərin yerinə yetirilməsi şiə fəqih alimlərinin öhdəsinə qoyulmasındadır”. (Vəsailuş-şiə, c.18, səh.338 h. 2.)
Həfs ibn Ğiyasın hədisində bu haqda belə nəql olur: “Mən imam Sadiqdən (ə) soruşdum: Müsəlmanlar içində kimi hədd və hüdudu icra etmək haqqı var: Hakim yaxud qazi? İmam (ə) buyurdu: “Hökumət hər kəsin əlindədirsa onun haqqı var”. ("Vəsailuş-şiə", c.18, səh.338; h.1.) Həmçinin, Əşəsiyyat kitabında yenə imam Sadiqdən (ə) belə hədsi nəql olunur: Qəzavət hökmü, hədd və hüdudun icrası, cümə namazının əsas iqaməsi yalnız məsum imamın (ə) hüzuri ilə şəri haqq qazanır”. ("Müstədrəkul-vəsail", c. 3, səh.220; h. 1)
Bütün bu rəvayət və dəlillərdən məlum olur ki, cəmiyyətdə hədd və hüdudların icrası ilk növbədə məsum imamlara (ə) məxsus haqdır. (Xalxali, Seyyid Məhəmməd Məhdi, "Əl-Hakimiyyətu fil-İslam"; səh.433)

Başqa sözlə desək, Qurani-Kərimdə olunan bu cur bəyanlar: “Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun.” ("Nur" surəsi, ayə 2) – “Oğru kişi və oğru qadının əlləri kəsin..” ("Maidə" surəsi, ayə 38) – kimi xitablar mütləq şəkildə ümumi olmasına baxmayaraq, cəmiyyətin bütün üzvlərinin hökmü icra etməsində səlahiyyəti və haqqı olmasına dəlalət etmir. Yəni, cəmiyyətin bütün fərdlərinə vacib deyil ki, hökmün icrasını öhdəsinə alsın. Hökmün icrasının tələb olunması bütün cəmiyyət üzvlərinin haqqı olmasını bildirməklə yanaşı hökmün icrası yalnız, İslam hökmumətinin haqqı və onun təyin etdiyi səlahiyyətli qazilərin hödəsindədir. Yoxsa, cəmiyyətdə hərc-mərclik və özbaşnalıq baş alıb gedər.
Şəri hökmlərin icrasının İslam hökumətnin öhdəsində olmasının dəlilləri bundan ibarətdir:
A) Cəmiyyətdə nəzm-intizamın qorunması. Əgər şəri həddlərin və cəzaların ixtiyarını cəmiyyətdə bütün insanların özlərinə tapşırılsa, bu zaman cəmiyyətdə hərc-mərc və özbaşnalıq baş alıb gedər, əmniyyət xətərə düşər, namus-qeyrət aradan gedər, qan tökülər və digər ictimai fitnə-fəsada düçar olar. Ona görə də bu qəbildən olan işlər birbaşa hökumətin və onaların icazə verdiyi xüsusi məqamların ixtiyarındadır.
B) Mövzu ixtisas üzrədir. Cinayətin isbatı, hökmün verilməsi və onun düzgün icra olunması heç də asan bir mövzu deyildir. Bu mövzuda xüsusi ixtisasa malik olmaq lazımdır. Xüsusilə bu elə bir mövzudur ki, insanların abır və həyalarının girovunda qərar tutmuşdur.
C) Peyğəmbərin (s) qoyduğu qanun və qaydalar. Peyğəmbərin (s) zamanında yaşayan müsəlmanları zamanında və ondan sonrakı zamanlarda İslam hakimlərinin yolu bu olub ki, günahkarlar və cinayətkarların cəzalandırılması İslam hökumətinin, qəzavət məqamlarına və qaziləra aid olur. Heç bir şəxs hökumətin icazəsi olmadan belə bir işə girməyə ixtiyarlara olmayıb. Tarix boyu da İslam aləmində belə qanun qorunub.
D) Hədislər. Bu mövzuda məsum İmamlardan (ə) gəlmişdir ki, onlardan bəzilərinə əvvəldə işarə etmişdik.
H) İcma. Bir dəstə fəqihlərin sözlərində ("Cəvahurul-kəlam", c.21; səh.386) bu mövzuda ümumi müsəlmanların birgə fikrdə olması açıqlanır. Bu məsələ heç də şiə aləminə aid deyil. Sünnü alimlərinin də bu mövzuda ittifaq nəzəri vardır. Nümunə üçün Fiqhus-sünnə kitabının müəllifi belə yazır: ”Bütün fəqihlərin birgə nəzəri budur ki, cəmiyyətdə yalnız İslam hakiminin və ya onun naibinin ixtiyarı var ki, ölkədə şəri hədd və cəzaları icra etsinlər. Adi insanları belə bir işdə özlərindən ixtiyar və səlahiyyətləri yoxdur. Təhavi Müslim ibn Yəsardan belə nəql edir ki, Peyğəmbəri (s) səhabəsindən biri dedi: zəkat, hüdud, artıq beytul-mal, cümə namazı ölkəsnin hakimi ilədir. Sonra qeyd etdi ki, bu mövzuda səhabələr arasında heç bir ixtilaf yoxdur”. ("Fiqhus-sunnə", c.2; səh.362)

http://sual.nur-az.com/az/19/H%C3%B6km%C3%BCn-hikm%C9%99ti/
Sual (4) : Delil nedirki oluye quran oxumag olar? Xaiw edirem bu barede etrafli melumat yazasiz. Cox xaiw edirem
Ad: RahibIsmayil, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim
İnsan müstəhəb əməlləri yerinə yetirib savabını ölənlərinə və ya həyatda olanlara hədiyyə edə bilər.
Bundan əlavə, yaxşı olar varislər, dünyasını dəyişmiş qohum-əqrəbalarını unutmayalar. Çünki, onlar xeyr əməl etməkdən məhrumdurlar. Buna görədə övlad, qohum-əqrəba və mömin dostlarının ehsan və dualarına ehtiyacları var.
Mərhum Əllamə Məclisi buyurur: Xüsusi ilə gecə namazında, vacibi namazlardan sonra və ziyarətgahlarda onlara dua etmək yaxşıdır. Ata-ana üçün isə daha çox xeyr əməllər və dua etmək lazımdır.
Ata-ana üçün əsas xeyr əməl, onların vacibi vəzifələrini, ilahi haqları və həqqun-nası əda etməkdir.
Rəvayətdə nəql olunub ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurdu: Ölənləriniz üçün hədiyyə göndərin! Soruşdular: Onlar üçün hədiyyə nədir? Buyurdu: Sədəqə və dua.
Həmçinin buyurdu: Möminlərin ruhları hər cümə günü, dünya səmasına enərək evlərinin qarşısında dayanıb qəmli səslə çağırar ki, ey ailəmiz, ey övladlarımız, ey ata-ana və qohum-əqrəbamız! Bizə mərhəmət edin, bizim əlimizdə olan əmlakdan (ki, indi sizin ixtiyarınızdadır) bir dirhəm pul, bir tikə çörək və paltarla bizə mərhəmət edin ki, Allah sizə cənnət paltarlarından geyindirər.
Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) bu cözləri buyurduqdan sonra, ağladı və səhabələrdə o həzrətə qoşuldular.
Sonra Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurdu: Ölmüş şəxs üçün verilən sədəqəni mələk nurdan olan bir siniyə qoyub qəbrin kənarına gətirir və belə deyir: «اَلسَّلامُ عَلَیْکُمْ یا اَهْلَ الْقُبُورِ» (Salam olsun sizə ey qəbr əhli) bu hədiyyəni ailəniz sizə göndərib. Elə bu zaman o meyit hədiyyəni təhvil alıb qəbrinə daxil edir ki, buda qəbrinin şad və rahatlığına səbəb olur.
Mərhum Əllamə Məclisi buyurur: Səhih hədisdə nəql olunub ki, İmam Sadiq (əleyhis-salam)  hər gecə oğluna və hər gün öz ata-anasına iki rükət namaz qılırdı (və onların ruhuna hədiyyə edirdi). Birinci rükətdə "Qədr" surəsini və ikinci rükətdə "Kövsər" surəsini oxuyurdu.
Diqqət etməli məsələ budur ki, meyit üçün xeyr əməllər görən kəslər üçündə çoxlu savab və mükafatı var.
İmam Sadiq (əleyhis-salam) buyurub: Ölülər üçün edilən xeyr əməllərin savabı, həm ölüyə və həmdə onu görənə, hər ikisinə yazılır.

http://sual.nur-az.com/az/19/H%C3%B6km%C3%BCn-hikm%C9%99ti/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (5) : ALLAHIN IZNI ILE.meyite toxunduqda messi meyyit qusulu verilmesine sebeb nedir?axi biz necise toxunduqda sadece hemen yeri paklamaqla kifayetlenirik.bes ne ucun meyite toxunduqda hemen yeri paklamiriq messi meyit qusulu veririk?sebeb?
Ad: vemide, Ölkə: baki, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İlahi qanunlar müxtəlif hikmət və fəlsəfələrə malikdir ki, heç bir halda hikmətsiz qərar verilməmişdir, baxmayaraq ki, biz bu hikmətləri kəşf etməkdə acizik. Amma bunu bilirik ki, həkim və ədalətli Rəbbimiz heç vaxt hikmətsiz işi bəndələri üçün qərar verməz. Bunun üçün də Quran, rəvayət və ağılla elmin çərçivəsində olan hökmləri icra etməyə hazır olmalıyıq.
Öncədən qeyd edək ki, təharətlə bağlı hökmlərdə yalnız zahiri paklıq yox, mənəvi paklıq da nəzərdə tutulmuşdur.
Qüslün hansı zahiri və mənəvi hikməti açıq qeyd olunmasa da bəzi rəvayətlərə müraciət etdikdə bəzi hikmətləri başa düşmək olar.
Ümumi olaraq belə nəzərə gəlir ki, meyitə toxunma qüslünün meyit qüslü ilə sıx əlaqəsi vardır. Çünki meyitə qüsl verdikdən sonra ona toxunduqda daha şəxsin meyitə toxunma qüslü verməsi lazım deyil.
Rəvayətlərdə meyit qüslü və meyitə toxunma qüslü barədə müxtəlif nöqtələr vardır. O cümlədən qeyd olunur ki, hər bir insan ölən vaxtı cənabətli olur və ondan sperma xaric olur. İmam Rza (ə) buyurur: "Elə bir insan yoxdur ki, öldüyü vaxt ondan sperma xaric olmasın". ("Bihar əl-ənvar", c. 6, səh. 95.)
Ona görə də göstəriş verilir ki, meyiti müəyyən qayda ilə yusunlar. Həmçinin meyitə qüsl verən də meyitə toxunduğu üçün gərək qüsl versin.
Bir nəfər imam Cavaddan (ə) soruşur ki, nə üçün meyitə qüsl verirlər və nə üçün meyitə qüsl verən şəxs meyitə toxunma qüslü verilməlidir? İmam (ə) cavabında buyurur: "Meyit cünub olmuşdur. Mələklərlə görüşmək istədiyi üçün gərək pak olsun. (Meyitə) Qüsl verən də (qüsldən sonra) möminlərlə görüşəcəyi üçün gərək qüsl etsin". ("İləl əl-şərae", c. 1, səh. 299, hədis 2.)
Bundan əlavə bu mövzu üçün digər hikmətlər də güman etmək olar. O cümlədən demək olar:
Meyitə toxunma qüslü mikrob, bulaşıqlıq və xəstəliklərdən qorunmaq üçün bir zəminə ola bilər və meyitə toxunmaqla bunlar başqalarına da keçə bilər.
İmam Rza (ə) buyurur: "Meyitə qüsl verən şəxs gərək qüsl etsin. Bu qüsl vasitəsilə meyitdən qüsl verənə keçən aludəliklər təmizlənir. Çünki insanın bədənindən ruh xaric olduqda bir çox zərərverici və üfunətlər bədəndə qalır".
İnsan ölərkən, xəstəlik, yaxud müxtəlif problemlər üzündən müdafiə gücünü itirir, müxtəlif növ üfunət, yolxucu və mikroblar onun bədənində qalır. Ona yaxınlaşmaq və toxunmaq sağlamlıq baxımından ciddi təhlükələr yarada bilər. Tibb alimlərindən biri bu barədə deyir: "İnsanın bədəninin dərisinin hər bir kvadrat santimetrində təqribən 40 min mikrob vardır. Bəzi mikroblar da xəstə adamın ölümündən sonra daha da güclənir və artmağa başlayır. Bu zaman dərinin üst hissəsi infeksion xəstəliklərin mərkəzinə çevrilir. Müqəddəs İslam şəriəti meyitin bədənini çirkinliklərdən yumağı göstəriş verib və yolxucu xəstəliklərə düçar olmağın qarşısını almaq üçün meyitə toxunanların da qüsl etməsini vacib bilir və təkcə toxunmuş və bulaşmış yerləri yumağı kafi bilmir, bununla da imkan həddində camaatın xəstəliklərə yoluxmasının qarşısını almağa çalışır".
Xüsusilə də təbii olaraq meyitin yaxınları itirdikləri adamla əlaqələrini birdən-birə qıra bilmirlər və ona olan sevgiləri üzündən meyiti qucaqlayır, ona toxunur, ya öpürlər. Belə olan surətdə onda olan yolxucu xəstəlik və mikroblar həmin adamlara keçə bilər.
Bu deyilənləri nəzərə almaqla demək olar ki, İslam dini insanların hislərini, əsasən də ölən adamın yaxınlarının ona olan sevgisini nəzərə alaraq meyitə toxunmağı birbaşa qadağan etmir və xəstəliklərin və mikrobların yayılmasının qarşısını almaq üçün həm meyiti həm də meyitə toxunanın ən sadə və müəyyən qaydada yuyulmasını əmr edir.
Bunlardan əlavə burda mənəvi hikmətlər də ola bilər.

http://sual.nur-az.com/az/19/H%C3%B6km%C3%BCn-hikm%C9%99ti/
Sual (6) : Nə üçün şəhadət zamanı bir kişinin şəhadəti iki qadının şəhadətiylə bərabər olur?
Ad: , Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Zəncani

Bismillahir-rəhmanır-rəhim  
Qısa cavab
Əhkam və qanunlar ki, Allah tərəfindən insanlar üçün qoyulmuşdur, təbiət aləmi, dünya varlığının həqiqətləri və insan vücudunun təməliylə müvafiqdir. Kişi ilə qadın vücud və ruhunun varlığında fərq oldğu kimi bu iki varlığın vəzifə, təklif və əhkamları da bir-birindən fərqlidir. Təkliflərdən biri də qazinin yanında şəhadət verməkdir. Heç kimin haqqının tapdalanmaması üçün bu şahidlik həqiqətlə uyğun olmalı, atifə, həssasiyyət və başqa amillərin təsiri altında qalmamalıdır. Bunun üçün də bəzi vaxtlar tamamıyla qadınların şahidliyi qəbul olunmur. Necə ki, bəzi yerlərdə kişilərin də şahidliyi qəbul olunmur və bəzi yerlərdədə iki qadının şahidliyi bir kişinin şahidliyini əvəz edir və s.
Bundan əlavə diqqət etmək lazımdır ki, şahid olmaq haqq yox, bir vəzifə və məsuliyyətdir. Bəs əgər bəzi insanların şahidliyi məhkəmədə qəbul olunmursa, onların təklif və məsuliyyət daşımadıqları kimi hesab olunur, daha onların haqlarının tapdalanması kimi yox.
Mövzuya daha ətraflı yanaşaq:

Bir neçə nöqtəyə diqqət etmək, həqiqəti tapmaq üçün bizə kömək olar.

1. Bir çox İslam hüquq və qanunlarında, kişi və qadın arasında fərq vardır.

Nümunə: Əgər bir kişi mürtəd olarsa, əhkam şəraiti daxilində öldürülməlidir; amma əgər qadın mürtəd (dindən çıxmış) olarsa, onun hökmü ölüm deyildir.

Digər bir misal: İslam bəzi vəzifələri kişinin öhdəsinə qoyur ki, qadın bu vəzifələrdən azaddır. Bəzən də qadındarın öhdəsinə buraxılan vəzifələrdən kişilər azaddır.
Bu fərqlərin dəlili isə, kişiylə qadın mexanizminin bir-birindən fərqli olmasıdır; çünki kişiylə qadının ruhiyyəsi və əxlaqı bərabər deyildir. Buna əsasən də Allah taala qadından gözlədiyi vəzifəni kişilərdən gözləmir.
Allah taala qadını müəyyən bir iş üçün və kişini də müəyyən bir hədəf və məqsəd üçün yaratmışdır. Baxmayaraq ki, hər ikisi bir cinsdəndir amma heç vaxt hər cəhətdən bərabər deyildirlər. Bunun üçün də Allahın ədaləti bunu tələb edir ki, onların vəzifələri də bir-birindən fərqli olsun, çünki əgər bərabər olarsa, ilahi ədalətin ziddinə əməl olunmuşdur.
2. İslam baxımından şahidlik etmək və qazıya məlumat vermək heç zaman bir məqam kimi sayılmır, bəlkə bir məsuliyyət, vəzifə və təklifdir. Yəni insanların hüquqlarının zay olmaması üçün islam bu vəzifəni, ixtilaflı məsələlərdən məlumatı olan insanların öhdəsinə buraxmışdır ki, hakimin qarşısında həqiqəti desin və ona şəhadət versin. Bunun üçün də Quran şahidlik zamanı həqiqəti gizlətməyi haram etmişdir. [1]
Əgər bir insanın şahidliyi məhkəmədə qəbul olunmursa, bu onların hüquqlarının tapdalanması yox, onların təklif və məsuliyyət daşımadıqları kimi hesab olunur.
3.Məlum olduğu kimi kişiylə qadının şahidliyi onların xilqət və ruhiyəsiylə bir başa əlaqəlidir. Bu məsələ onlardaın birinin naqisliyinə və o birisinin kamilliyiylə dəlalət etmir. Çünki bəzi yerlərdə şəhadət qadınlara məxsus olan bir məsələdədir və tamamıyla kişinin şahidliyi qəbul olunmur, çünki kişi orada şahid ola bilməz. O cür ki, qadınların şəhadəti bəzi yerlərdə qəbul olunmur və yalnız kişinin şahidliyi qəbul olunur, bəzi yerlərdə isə iki qadının şahidliyini bir kişinin şəhadəti qarşısında qərar verib qəbul edir.
Bu qanunların hamısı, şəriət qanunlarıyla,[2] təbiət arasında olan qanunlar [3] arasında olan nizam əsasında bərpa olunmuşdur. Əlbəttə əgər şəriət qanunları, təbiət aləmi və qanunlarıyla uyğun olmazsa heç bir etibarı yoxdur. Şəriət nizamının qüdrət və qiyməti təbiət aləmində olan zərfiyyət və ölçü çərçivəsindən kənar deyildir.
Açıqlaması bundan ibarətdir ki:
Təbiət aləmində kişi və qadın arasında bir neçə cəhətdən çoxlu fərqlər vardır:
1. Bədən və cism cəhətindən: Kişi və qadın bütün bədən və cismi baxımından fərqlidirlər, istər bədən və cism ki, cinsi üzv və dünyaya gəlmələri baxımından olsun, istərsə də digər cəhətlərdən olsun. Kişi və qadın bədənində tüklərin çıxması dəri altındakı piylər, dərinin zərifliyi və qalınlığı, sümüklərin quruluşu və həcmi, sümüklərdə olan maddələrin çoxluq və azlığı, əzələlərin böyüklüyü, əzələlərin gücü, beyinin həndəsi quruluşu və həcmi, ürəyin çəkisi, nəbzin vurması, qan təzyiqi, bədəndəki istilik, dəqiqədə nəfəs almağın sayı və ölçüsü, boy, çəki, səs tonu, ağ və qırmızı qan fərqləri, ağ ciyər həcmi və ölçüsü, ilkin dövürlərdə kişi və qadınlıq cisminin inkişaf ölçüsü, bir sözlə qadın və kişidə hər bir şey hətta bir tük belə fərqlidir.[4]
2. Həssaslıq, atifə, meyl və əxlaq baxımından:
Psixoloqların nəzərlərinə əsasən məhəbbət, mülayim rəftar, himayət etmək qadınların xüsusiyyətidir. Bunların müqabilində müstəqillik, rəqabət, rəhbərlik və hakimiyyət etməklik isə kişilərin xüsusiyyətlərindən hesab olunur. [5]
Bunlardan əlavə yenə də işarə olunmuşdur: Atifə və məhəbbət dolu ürəyi yumşaqlıq, gözə çarpmaq, ürək oxşamaq, gözəlliyə meylli olmaq, geyim, parça, qızıl və zinət əşyalarına meylli olmaq qadınların xüsusiyyətləri hesab olunur. [6]
Qadın təqlid etməkdə, moda pərəstlikdə, gülməkdə və ağlamaqda kişilərdən irəlidədir. [7]
Qadınlar atifə və mehribanlıqdan daha çox bəhrələndikləri üçün, atifə və məhəbbət səhnələrindən daha çox təsirə məruz qalırlar və nəticədə daha çox həyəcanlanırlar.[8]
O zaman ki, təbiət aləmində bu xüsusiyyətlər vardır, şəriət qanunlarında onların möhkəmlənməsi üçün (xüsusiylədə ki, o işlər ki, insanların hüquqlarına bağlıdır) çarə yolu tapmaq lazımdır ki, insanların hüquqları şahidlik olunan zaman tapdalanmasın. Burada üç surət təsəvvür olunur.
A) Qadınlarda atifə, iffət və həyəcan üstün olduğu üçün, həyəcanlı işlərdə bəzi şeylərin unudulmasına səbəb olur; və yaxud deyilir ki, qadınlar bəzən bir məsələdə daha tez inanırlar və rahatcasına təsir altında qalırlar. Əgər biz desək ki, "qadınların şahidliyinin heç bir etibarı yoxdur və insanların hüquqları qadınların şahidliyi vasitəsiylə tapdalanır"- onda bu fikir mümkündür başqa bir baxımdan başqa insanların haqlarının tapdalanmasına səbəb olsun və oda o zamandır ki, məlumat və xəbərdarlıq o məsələdə yalnız qadınlara məxsusdur.
B) Desək ki, "hər bir yerdə qadınların şəhadəti kişilərin şəhadəti kimidir və onun qədər etibarı vardır"- onda bu söz hökmün etbarının azalmasına səbəb olur və bir növ insanların haqları tapdalanır.
C) Normal həll yolu: Allah taala ki, insanları yaratdı və bütün gizli sirlərə agahdır. "O işlər ki, insanlarla əlaqəsi vardır qadınların şahidliyinə yer verilməsin, lakin işin möhkəmliyi üçün bir kişinin şahid olduğu yerdə iki qadının şahid olması lazımdır və yaxud iki kişi şahidin lazım olduğu yerdə dörd qadının şahidliyi lazımdır". Bir neçə şəraitdə etibarlı sayılır.
Təbiət aləmində ədalətin özünün olmasını bildirən buüçüncü nəzəriyyə  islamda onu təsdiqləyir
.
-----------------------------------------
[1] - Bəqərə surəsi, ayə 283.
[2] - Şəriət qanunları, yəni o qanunlar ki, insanların öz ixtiyarında olan fəaliyyətlərlə əlaqəsi vardır.
[3] - Təbiət qanunları, yəni insanlar vasitəsiylə olan qanun, vəzifə və məsuliyyətlər ki, insanın öhdəsinə qoyulur və insanın öz ixtiyarında olan vəzifələrlə heç bir əlaqəsi yoxdur. Bu mühit və çərçivədə bu iki cinsin (qadın və kişi) hər birinin özünə məxsus vəzifəsi vardır. Bunları inkar etmək heç birindən qəbul olunmur.
[4] - Pak nicat, Seyyid Rza, Əvvəlin daneşqah və axərin Pəyambəran, cild 19, səh 280- 293.
[5] - Rəvanşenasiye roşd, cild əvvəl, səh 330. intişarate Simət.
[6] - Pak Nicat, Seyyid Rza, həmin, səh 281.
[7] - Həmin, səh 295.
[8] - Ketabe nəqd, Ş 12, səh 59
http://sual.nur-az.com/az/ 

Sual (7) : men bir seyin sebebini bilmek isteyirem eger zehmet deyilse yazin ki qizil qabda yeyib icmek niye olmaz?
Ad: Ebelfez asiqi, Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
İlahi qanunlar müxtəlif hikmət və fəlsəfələrə malikdir ki, heç bir halda hikmətsiz qərar verməmişdir, baxmayaraq ki, biz bu hikmətləri kəşf etməkdə acizik. Amma bunu bilirik ki, həkim və ədalətli rəbbimiz heç vaxt hikmətsiz işi bəndələri üçün qərar verməz. Bunun üçün də Quran, rəvayət və ağılla elmin çərçivəsində olan hökmləri icra etməyə hazır olmalıyıq. Bundan əlavə demək olar bu hökümlərin əsas hikmətlərindən biri də, iqtisadın bərabər olması, cəmiyyətdə yüksək təbəqəylə aşağı təbəqənin bərabər olması, insanlar arasında psixoloji ruhiyyənin qorunmasıdır. Xüsusilədə aşağı səviyyədə gəliri olan insanları nəzərə almaqdır.
Bunlardan əlavə elm qızılın kişi üçün nə qədər zərərli olduğunu kəşf etmişdir. İlahi qanunlar müxtəlif hikmət və fəlsəfələrə malikdir ki, heç bir halda onlar hikmətsiz qərar verilməmişdir.
İslam göstərişlərinin həqiqi səbəbləri vardır ki, onun da əsl mənbəyi cism, ruh, iqtisad, cəmiyyət və başqalarıdır. İnsan əməllərinin dəyəri onun elmi və imanı ölçüsündədir. Bu da hökm və qanunların fəlsəfəsinin əldə olunması nəticəsində əldə edilir. Bunu bilək ki, bu qanunlar nə üçün insanların öhdəsinə qoyulmuş və bizləri hansı səmtə hidayət edir.
Amma şəriət hökümlərinin fəlsəfəsini əldə etmək üçün yeni elmin kəşf etməsinə kifayətlənmək olmaz; çünki birinci: İlahi qanunlar tamamıyla insanın ruh və cismi bağlantılarıyla bir araya gəlur.
İkinci: Qəbul etməliyik ki, bizim dünyadan dərk etdiklərimiz, xüsusiylədə ruh və cismin həqiqətləri bariz bəşər elmi olduqda zəifdir.
Allahın Rəsulu (s) buyurur: "Ey insanlar siz bir xəstə kimisiniz, aləmlərin Rəbbi isə sizin üçün bir hakim kimidir".

Məlumdur ki, əgər bir xəstə, müəyyən bir həkimin elminə və ixtisasına inanarsa onun yazdığı hər bir nüsxəni hər bir halda qəbul edəcəkdir, çünki həkimin verdiyi diaqnozu düzgün bilərək onun yazdığı nüsxəni də qəbul edəcəkdir. Doğrudur ki, əgər dərmanlar barəsində və onların nə üçün yazıldığının fəlsəfəsi üçün mütaliə edərsə daha yaxşı olar, amma bu fikirdə almalıdır ki, əgər onların fəlsəfəsini əldə edə bilmədim, deməli, onlara əməl etməməliyəm; çünki bunu qəbul etməliyik insan ağılı buna malik deyildir. İlahi qanunların bir- bir fəlsəfəsini kəşf etsin. Bunun üçün də biz Quran, rəvayət, ağıl və elm çərçivəsində hər bir hökmü əldə etdiksə onu icra etməliyik, baxmayaraq ki, onun fəlsəfəsini əldə etməyə qüdrətimiz çatmır.

Əlbəttə qızıl və gümüş qabların istifadəsinin haram olmasının açıq-aşkar bir əsəri odur ki, cəmiyyətdə iqtisadityyatın bərabərliyi, müxtəlif təbəqəli insanların yaşayış tərzini bir-birinə yaxınlaşdırmaqdır. Bu səbəb olur ki, fəqirlər aşağı dərəcəli insan olmadıqlarını hiss edirlər və bu vasitəylə cəmiyyətin psixoloji, iqtisadi, ruhi və ictimai əhəmiyyəti qorunub saxlanılır. Bundan əlavə də elmi tədqiqatların nəticəsində, kişinin qızıldan istifadəsinin nə qədər zərərli olduğunu kəşf etmişdir.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (8) : saqqal saxlamağın hikmət və faydaları nədir?
Ad: Nureddin, Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
İslam dinində vacib buyurulan və dini rəhbərlər tərəfindən tövsiyə olunan məsələlərdən biri də saqqal saxlamaqdır. Bu haqda Məhəmməd (s) peyğəmbərdən və imamlardan çoxlu hədislər nəq olunmuşdur. Hədislərdə məsumlarımız saqqal saxlamağın faydaları və onu təraş etməyin haramlığının səbəblərini aydın şəkildə bizlərə bəyan etmişlər. Biz bu məqalədə qeyd olunan faydaları və zərərləri əziz oxuculara çatdıracağıq. İlk öncə saqqalı təraş etməyin haramlığının səbəbləri haqda buyurulmuş hədisləri qeyd etmək istəyirik:
1-Allah-Taalanın hökmü;
Saqqalı təraş etməyin haram olmasının səbəblərindən biri Allah-Taalanın Peyğəmbərə (s) əmridir. Peyğəmbər (s) bu haqda buyurdu:
ربی امرنی باعفاء لحیتی و قص شاربی 
Allahım mənə saqqal saxlamağı və bığları azaltmağı əmr edib.
Bu hədisdən saqqal saxlamağın əhəmiyyəti və zəruriliyi başa düşülür. Çünki Allah-taala Peyğəmbərə (s) yalnız vacib və zəruri işlərin icrası haqda əmr göndərir.

2-Yəhudilərə və məsihilərə oxşamaq;
Bəzi hədislərdən istifadə olunur ki, yəhudilər və məsihilər Allahın və peyğəm-bərlərin göstərişinin əksinə olaraq, saqqalarını təraş edir və bığlarını saxlayırdı-lar. Buna görə də İslam dini müsəlmanlara dini hökmləri qorumaq məqsədi ilə zahiri görünüşlərini başqalarına bənzətməməyi əmr edir. Məhəmməd (s) pey-ğəmbər bu haqda buyurub:
حفوا الشوارب و اعفوا اللحی ولا تشبهو با لیهود 
Bığlarınızı azaldın və saqqallarınızı uzaldın. Özünüzü yəhudilərə oxşatmayın.
Burda bir məsələni qeyd etmək yerinə düşərdi. Hədisdə saqqalı uzatmaqda məqsəd onu adi qaydada saxlamaqdır. Saqqalın ən uzun miqdarı bir yumruqdur.
Bundan artıq saxlamaq dini mənbələdə haram buyulmuşdur.
Peyğəmbərdən (s) nəql olunan başqa bir hədisdə buyurulur:
Məcusilər saqqallarını təraş edir, bığlarını isə uzadırlar.Amma müsəlmanlar bığlarını qısaldır, saqqallaını isə çox saxlayırlar. Saqqal saxlamaq və bığları azaltmaq insanın fitrətindən qaynaqlanır.

Saqqal saxlamağın faydaları
Hədislərdə saqqal saxlamağın bir çox faydaları və xeyirləri qeyd olunmuşdur. Onların bir neçəsini bəyan etmək istəyirik.
1-Saqqal əzəmət və mərdlik nişanəsidir;
İmam Sadiqin (ə) yaxın səhbələrindən olan Müfəzzəl həzrətdən saqqal saxlamağın səbəbini soruşdu. İmam buyurdu: “İnsanın üzündə tükün çıxması onun kişiliyinin, əzəmət və heybətinin nişanəsidir. Tük kişinin uşağa və qadına oxşamasının qarşısını alır”.
2-Kişilərin zinəti.
İmam Rzadan(ə) soruşdular: “Saqqal saxlamaqda nə üstünlük var ki, kişilərin saqqalı var, amma qadınların yoxdur?” İmam (ə) buyurdu: “Allah-Taala saqqalı kişilərə zinət olaraq verib. Saqqal kişilər üçün bir fəzilətdir. Kişilər saqqal vasitəsilə qadınlardan seçilirlər”.
Saqqal saxlamaq tibb elmi baxımından
İslam dini əsasən insanın əxlaqının və mənəviyyatının islahına diqqət göstərdiyinə görə, hədislərdə saqqalı təraş etməyin mənəvi fəsadlarına daha çox önəm verilmişdir. Lakin bunun həm də tibbi və fiziki fəsadları da vardır. Gəlin bunları qeyri-müsəlman həkimlərdən eşidək.
1-Amerikalı doktor Viktor Corc
“Saqqal dişləri və tüpürcək vəzilərini qoruyur”.
2-Almaniyalı doktor Handriş
“Saqqal kişinin zinətidir”.
3-Bəzi Fransa həkimləri
“Üz qırxan ülgüclər xəstəliklərin daşıyıcıları və onların insanlara keçməsinin əsas səbəblərindəndir. Saqqalı təraş etmək kişilərin sağlam üzünü məhv edir”.
Qeyd olunan dəlil və sübutlar saqqalı təraş etməyin maddi və mənəvi zərərləri olduğu üçün islam dinində haram buyurulduğunu açıqlayır. Saqqal saxlamağın isə tibbi və mənəvi faydaları olduğundan əziz Peyğəmbərimiz tərəfindən bizə vacib buyurulduğunu aydınlaşdırır.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (9) : Salam aleykum.sual edirlerki qara rengde namaz qilmaq niye mekruhdu? övladin öz valideynine onun adiyla ve ya hansisa leqebile xitab etmesi dinde caizdir?
Ad: Leyli, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim

1. Qara rəng də həkim və alim Allahın yaratdığı və diqqət ediləsi gözəl rənglərdən biridir. Lakin, İslamın seçdiyi ilk rəng, ağ rəngdir. İmam Baqir (ə) buyurur: "Ağ geyimdən yaxşı geyim yoxdur". ("Mizanul-hikmə", c.8, s. 472.) Ağ rəngdən sonra sarı və yaşıl rənglər din böyükləri tərəfindən tövsiyə edilmiş və İslamın seçilmiş rənglərindəndir.

Aydındır ki, hər bir rəngin əsər və təsiri vardır. Hər şəraitdə təbir olması mümkündür. Bu təbirlər bəzən o rəngin təbiətinə qayıdır və bəzən də etibari (nisbi)dir. Məsələn, sarı rəngiin təbiəti, gündüz və iaşıqlıdır və etibar baxımından bəzən həyat və yaşayış simvolu kimi fərz edilir. Bəzən də nifrət əlaməti kimi yanaşılır. Ona görə də deyirlər ki, sevdiyiniz adama sarı gül hədiyyə etməyin (baxmayaraq ki, bunun heç bir məntiqi və əqli əsası yoxdur). Elmi baxımdan da diqqəti yönəltmək, xəbər və təhlükə mənasınadır.

Eləcə də qırmızı rəng bəzən eşq, bəzən də qan, müharibə mənasınadır və psixologiyada təhrikedici, həyacanlandırıcı mənayadır.

Qara rəng də bu qaydalardan müstəsna deyildir. İslam baxışında yaşayış, həyat, hərəkət və çalışmaq rəngi, ağ rəngdir. Bütün səy və çalışmalardan sonra aramlıq və təskinlik gecə rəngi olan qara rəngdədir. Bu rəng insanın rahatlanmasına səbəb olur və onun gündüz çəkdiyi əzab-əziyyətlərdən, yorğunluqlardan xilas edir. Mütəal Allah Qurani-kərimdə gecənin qaranlığını rahatlıq vasitəsi və gündüzün işığını çalışmaq zəminəsi kimi qeyd etmişdir. ("Qəsəs" surəsi, ayə 73, "İsra" surəsi, ayə 17, "Furqan" surəsi, ayə 25, "Yunus"  surəsi, ayə 67). Bu qaranlığın ardınca səma ulduzlarla bəzənib gözəl şəkildə cilvələnir. Habelə bu gecənin qaranlığı qəm-qüssə və həyatın qaranlığa çevrilməsi rəmzi kimi təbir edilə bilər. Həzrət Zəhra (s) atası Rəsulullahın (s) vəfatının 8-ci günü o həzrətin qəbrinin üstə gəlib dedi: "Atacan, sən getdin və sənin getməyinlə dünya öz işığını bizdən aldı və öz nemətini bizdən əsirgədi. Dünya sənin hüsn və cəmanlınla nurani və işıqlı idi. Onun işıqlı gündüzü qaralmışdır, yaşlıq və quruluğu zülmət qaranlıqdan xəbər verir....hüzn və qəm həmişə bizimlədir". ("Bihar əl-ənvar", c. 43, səh. 174-180.)

Bu üzdən İslam qara rəngi adi halda və həyatın gündəlik zəminələrində yaxşı bir rəng kimi seçmir. Geyiminə işarə edən bir sıra rəvayətlərdə də gəlmişdir: "Əba, əmmamə və ayaqqabıdan başqa, qara geyim məkruhdur". ("Bihar əl-ənvar", c. 83, səh. 248.)

Bundan əlavə qara rəng digər rənglərə nisbətdə ağırdır. Ona görə də bu rəng fəxr, hətta təkəbbür mənasına da etibarlanır. Bəzən bir şeyi, ya yeri tanımaq üçün nişan qoymaq üçün münasib, bəzən də öz böyüklüyünü və təkəbbürü cilvələndirmək üçün mənalanır. Sonra qara geyimi Fironun geyimi adlandırır: "Qara geyim geyinməyin çünki o Fironun geyimidir".("Bihar əl-ənvar", c. 83, səh. 248.) Bu üzdən də onun geyilməsi münasib deyil.

Bu rəng şadlıq rəngi deyil və üstəlik qəm-qüssə rəngidir. Ona görə də İslam mədəniyyətinin digər rənglərə kimi bu rəngə də baxışı fərqli və mövzu ilə münasibdir. Məsələn hədisdə olduğu kimi əgə fəxr və təkəbbür üçün olmasa, qara əmmamə, qara əba, qara dəri ayaqqabı, qara çadra məkruh olmamasından əlavə insan üçün münasibdir.
Qeyd edək ki, əhli-beyt (ə) məktəbində qara geyimdən yalnız əzadarlıq mərasimlərində istifadə edilir. Yəni çox nadir və müstəsna hallarda, daha həmişəlik və ya adi şəraitdə yox. İbn Əblil Hədid nəql edir ki, Əmir əl-möminin Əlinin (ə) əzadarlığında imam Hüseyn (ə) qara geyimlə camaatın qarşısına çıxdı və onlara xütbə oxudu. ("Şərhu Nəhc əl-bəlağə" c. 16, səh. 22.) Habelə, rəvayətlərdə gəlmişdir ki, imam Hüseynin (ə) əzadarlığında qara geyimdən istifadə edilmişdir. İmam Mühəmməd Baqir (ə) buyurur: "Babam Hüseyn (ə) şəhid olduqdan sonra Bəni-haşim qadınları onun əzasında qara geyindilər, isti ya soyuq havada da (bu rəngli) geyimi dəyişmirdilər". ("Hədaiqun-nazirə fi əhkamil-itrətit-tahirə", c. 7, səh. 118.) Bu və bunun kimi sənədli rəvayətlər əsasında müctəhidlər də həzrət imam Hüseynin (ə) əzadarlığında qara geyimdən istifadə etməyi münasib bilmişlər.

Digər tərəfdən də bəzən qara rəng heybət və əzəmət rəngi kimi qəbul edilib. Peyğəmbər (s) Məkkəni fəth edən zaman başında qara əmmamə var idi.

Qara rəng barədə olan sənədli rəvayətlərə əsasən bəzi fəqihlər qara rəngin məkruh olmasını deyiblər və yalnız əzadarlıqda geyinməyə icazə verilmişdir. Həmçinin, qara rəngli əba, əmmamə, ayaqqabı və çarda geyilməsi icazəli və bəzən münasibdir.

Əlbəttə, bəzi fəqihlərin o cümlədən Ayətullah Sistaninin də nəzərincə, qara geyimin məkruh olması sübuta yetməmişdir, istər namazda olsun, istərsə də qeyri-namazda.

2. Əgər ataya hörmətsizlik olsa, yaxud ata incisə icazəli deyil. Lakin atanın bundan xoşu gəlsə, icazəlidir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (10) : Evlənmək yəni iki tərəfin razılığı. Bəs əqd xütbəsi oxumaq nə deməkdir? Nə üçün dörd kəlmə deməklə bir- birlərinə məhrəm olurlar amma o kəlmələr olmasa bir iş görmək olmur?
Ad: Narman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Əvvəl lazımdır İslam nəzərindən evlənməyin əhəmiyyətini və əsərlərin yada salaq:

İslam nəzərindən evlənmək ailənin və təbii olaraq cəmiyyətin təşkili üçün müqəddəs bir peymandır və bir çox əsərlərə və nəticələrə malikdir o cümlədən:
Cinsi meyli təmin etmək, nəslin törənməsi, insanın təkamüli, rahatlıq, paklıq və iffət və insanın dininin qorunmasıdır.
Qurani məcid evlənmək barəsində buyurur: Onun nişanələrindən biri budur ki, sizin üçün öz cinsinizdən həyat yoldaşları yaratdıq ki, onların kənarənda rahatlıq tapasız və sizin aranızda məvəddət və rəhmət qərar verdi.( "Rum" surəsi, ayə 21)
İslam Peyğəmbəri də evlənmək haqqında buyurur: İslamda heç bir şeyin əsası qoulmayıb ki, evlənmək kimi böyük Allah yanında sevimli olsun.( "Vəsailüş- şiə", cild 20, səh 14.)
Evlənmək hər iki şəkildə (daimi və müvəqqəti) əqdə ehtiyaclıdır.
"Əqd" lüğətdə "düyün" və "düyün vurmaq" mənasınadır. İstilahda iki fərd ya iki dəstə arasında icad olunmuş rabitəyə deyilir və onun əsasında hər iki tərəf üçün bir- birlərinin qarşısında əhdi peyman icad olur.
Qurani kərim " یـا اَیُّهـَا الَّذیـنَ امـَنـُوا اَوْفـُوا بـِالْعـُقـُودِ..." "Ey iman gətirən kəslər əhdi peymanlara vəfa edin." cümləsi ilə doğru və insani əhdi peymanlara əməl etməyi möminlərə vacib edibdir. ("Maidə" surəsi, ayə 1)
Hər hansı əqdi icad etməyin yolu onun siğəsini inşa etməkdir ki, xüsusi kəlmələrdən təşkil olubdur.
"Evlənmək əqdi" qadınla kişi arasında müştərək bağlılıqdan ibarətdir ki, onun sayəsində iki tərəfin hüquq, əhdi peyman, və məsuliyyətləri qarşıya gəlir.
Amma bu iki əqdə nə ehtiyac var demək lazımdı: Ağıllı insanlar böyük işlərdə ki, əhdi peymana və məsuliyyətə ehtiyaclıdır məsələn böyük ticarət edəndə əqddən istifadə edirlər və ticarətin iki tərəfli razılığına kifayətlənmirlər. Təkcə iki tərəfin razılığını bu cür işlərdə ehtiyac duyulan əhdi peymanı və məsuliyyəti təmin etmədiyini bilirlər və inanırlar ki, bu əhdi peyman əqddə öz əksini tapır.
Bu cəhətdən çünki evlənmək mühüm bir işdir ki, əhdi peymanlıdır. Xüsusi şərait və qanunlar əsasında olmalıdır. O cümlədən bu şəraitdən biri əqd xütbəsinin şəriət göndərən Allah Taala tərəfindən təyin olunmuş xüsusi kəlmələrlə olmalıdır (ki əməli risalələrdə qeyd olunubdur) iki tərəfin razılığı düzdür lazımlı şərtlərdəndir amma təklikdə kifayət etmər bəlkə başqa şərtlərlə birgə olmalıdır.
Əqd xütbəsinin kəlmələrinin əhəmiyətində deməliyik: Allah Taala əqd xütbəsini xüsusi kəlmələrlə (icab və qəbul) icra olmasını evlənməyin şərtlərindən biri qərar veribdir, həqiqətdə bu işlə bu kəlmələri quru və cansız kəlmələr sırasından çıxarıb onlara dəyər və qiymət verib və onları iki əcnəbi və naməhrəm insan (qadın və kişi) arasında zövciyət (ər arvadlıq) yaratmaq üçün müqəddəs vəsiləyə çevribdir.
Xüsusi şərtlərlə (evlənmək iradəsi və qəsdi) olmaq, və ciddi olmaq və..) əqd xütbəsin oxumaq və onun bərəkətli əsərləri və nəticələri adi dörd kəlmə deməklə deyil ki, desinlər bu cür dörd kəlmənin nə təsiri vardır. Bəlkə xütbəni inşası nikah əqdinin səbəblərindən bir hissəsinin icad etməkdir. İki tərəfin qəlbən razılığı sizə siğə olmadan ya siğəsiz evlənmək və yaxud yazıyla ya işarəylə siğə kifayət deyil. Kar və lal insanlardan başqa ki, əqd xütbəsinin inşası üçün vəkil tuta bilmirlər belə bir halda kəlmələrlə inşanın yerinə siğənin inşası yazmaqla və ya işarə ilə olur.( "Təhrirul- vəsilə", səh 246, (lal olan kəslər işarə ilə siğəni icra edirlər)

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP