Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İmam Hüseyn (ə) “Ərbəin”inin yaxınlaşması münasibətilə Ayətullah Məkarim Şirazinin tövsiyələri
“Ərbəin”, İslam və Əhli-beyt (ə) məktəbinin əzəmətinə səbəb olan bahalı bir gövhər, çox dəyərli bir xəzinədir. Ondan daha yaxşı faydalanmaq lazımdır.
Bağışlayan və mehriban Allahın adı ilə
İmam Hüseyn (ə) “ərbəin”i dünyada bənzəri olmayan böyük bir canlanmadır. İyirmi milyona yaxın bir cəmiyyət on dörd əsr öncə zülmə qarşı mübarizə, izzət və şərəfin qorunması uğrunda qiyam edən şəhidləri anmaq üçün uzaqdan-yaxından onların türbələrinə doğru piyada üz tutur. Hətta zəif, gücsüz və əlillər də onlara yol yoldaşlığı edir. Bu, izzət, azadlıq və şərəf uğrunda fədakarlıq və qüdrətin ən böyük nümayişidir. Onların hər birinin sağ-salamat gedib-qayıtması, ziyarətlərinin Allah dərgahında məqbul sayılması və dualarının müsəlmanların zalımların cəngindən xilasına vasitə olması üçün dua edirik.
Burada möhtərəm zəvvarlar və onlara xidmət göstərən qruplara bir neçə məqamı xatırlatmağı lazım bilirəm:
Birincisi, hamılıqla niyyətinizin tam xalis olmasına çalışın və bu səbəbdən hər bir şəxsi, siyasi və cinahi təbliğatlardan çəkinin, çünki bunlar şəhidlərin müqəddəs hədəflərinə olduqca ziddir.
İkincisi, hamılıqla bir-birinizə, xüsusilə hər hansı bir səbəbdən yolda qalanlara yardım göstərin və onların problemlərini həll edin.
Üçüncüsü, sıraların pozulmasına və Mina faciəsinə oxşar ağrılı hadisələrin mümkünlüyünə səbəb olan hər bir tələskənlikdən çəkinin; öz soyuqqanlılığınızı, aramlığınızı bütün hallarda qoruyun.
Dördüncüsü, uzun-uzadı ziyarətdən çəkinin və müxtəsər ziyarətlə kifayətlənin; yeri başqaları üçün boşaldaraq, “Ziyarət et və tez ayrıl!” əmrinə əməl edin.
Beşincisi, dəstə başçıları, karvan sahibləri mədəni-ictimai məsələlərə çox diqqət etsinlər və bu böyük dirçəlişdən bu xüsusda istifadə etsinlər; namazı ilk vaxtında qılsınlar, bacılar hicaba tam riayət etsinlər və bu mərasimə qarşı ikrah doğuran xurafatlardan çəkinsinlər.
Altıncısı, cəmiyyətdə nizam-intizam qaynağı olan qayda-qanunlara riayət edin və ekologiyanı korlamaqdan qəti çəkinin.
Yeddincisi, İslam dünyasına dair problemlərin və düşmən fitnələrinin həlli, məzlumların zalımların cəngindən qurtulması, dünya müsəlmanlarının vəhdəti və arzuların gerçəkləşməsi üçün səmimi qəlbdən dua edin.
Sonda qeyd edir ki, “Ərbəin”, İslamın və Əhli-beyt (ə) məktəbinin əzəmətinə səbəb olan bahalı bir gövhər, çox dəyərli bir xəzinədir. Ondan daha yaxşı faydalanmaq lazımdır.
Allah hər kəsi qorusun və müvəffəq etsin!
Nasir Məkarim Şirazi
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bəni-Uməyyə imam Hüseynin (ə) mübarək başının Şama gətirilməsi münasibətilə bu günü (səfər ayının biri) bayram etdilər.
Həzrət Ruqəyyənin (ə) şəhadət tarixi də 61-ci hicri qəməri tarixin səfər ayının birinə (yaxud beşinə) təsadüf edir.
Əllamə Məclisinin söylədiyinə əsasən, səfər ayının 7-si imam Həsən Muctəbanın (ə) şəhid olan günü, səfər ayının 20-si imam Hüseynin (ə) qırxı, səfər ayının 24-ü həzərət Peyğəmbərin (s.ə) xəstəliyinin şiddətlənən günüdür. Bu ayın 25-də həzrət Peyğəmbər (s.ə) vəsiyət yazmaq üçün qələm istədi, amma Ömər bu işin qarşısını aldı. Səfər ayının 28-i hicri qəməri tarixin 11-ci ilində həzrət Peyğəmbər dünyasını dəyişib. İmam Həsən Muctəbanın (ə) da şəhd olan günü səfər ayının 28-də hicri tarixin 50-ci ilində baş verib. Həmçinin imam Rza (ə), hiciri tarixin 203-cü ilində səfər ayının son günündə şəhid olub.
Səfər ayının əməlləri:
Səfər ayı nəhs ay kimi məşhurdur və bu nəsliyi aradan qalxızmağın ən göz yolu sədəqə vermək, dua və istiazə (Allaha sığınmaq) etməkdir. Bu ayda ba nazil olan bəlalardan qorunmaq istəyənlər hər gün 10 dəfə "Ya şədidəl-quva və ya şədidəl- mihal, ya əzizu ya əzizu ya zəziz zəllət biəzəmətikə cəmiu xəlqikə fəkfini şərrə xəlqikə ya muhsinu ya mucmilu ya munimu ya mufzilu ya la ilahə illa ənt subhanəkə inni kuntu minəz-zalimin fəstəcəbna ləhu və nəccəynahu minəl ğəmmi və kəzalikə nuncil muminin və sallallahu əla Muhəmmədin və alihittəyyibinəttahirin" zikrini desinlər.
Seyid ibn Tavus deyib: Səfər ayının 30-da müstəhəbdir ki, iki rükət namaz qılıb birinci rükətdə Həmd və Fəth surəsi, ikinci rükətdə isə Həmd və Tovhid surəsi oxusunlar, namaz qurtarandan sonra 100 dəfə salavat, 100 dəfə "Əllahummələn alə Əbi Sufyan" və 100 dəfə istiğfar (Əstəğfirullahə və ətubu ilıəyh"" etsinlər, sonra isə öz hacətlərini isitəsinlər.
Mənbə: Hidayətul-ənam ila vəqayiil-əyyam, Mühəddis Qummi, səh.63;
Məfatihul-cinan, səh.532