Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yəzidin oğlu Müaviyə xilafətə çatdıqdan bir neçə gün sonra əhalini dəvət edir və mənbərə çıxıb xilafətdən istefa verir. Mərvan və anası nə qədər israr edirlərsə, faydası olmur. Nəhayət, bu fikrə düşürlər ki, görəsən nəyə görə Müaviyə istefa verir. Təhqiqatdan sonra bu nəticəyə gəldilər ki, müəllimi Ömər Əl-Məqsusun onun həyatında dəyişiklik olmasında böyük rolu olub. Müəllimi tapıb ona deyirlər: Sən nəyə görə Əlini sevməyi onun qəlbində canlandırmısan? Bu işə görə xəndək qazıb müəllimi diri-diri dəfn edirlər.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Peyğəmbərdən (s) öncədə ərəblər arasında məhərrəm ilin ilk ayı hesab olunurdu və illər böyük hadisələrin baş verməsi ilə yadda qalırdı. Peyğəmbər (s) zamanında aylar hesab olunurdu məsələn hicrətdən 10, 15, 20 ay keçdi və s. Ömərin xilafət dövründə tarixi dəqiqləşdirmək üçün məclis təşkil verilir. Hz. Əli (ə) buyurur: Hicrətin ili və ayı ilə hesab olunsun, amma xəlifə cahiliyyətdə olduqu kimi ilin əvvəl ayın məhərrəm qərar verir (Tarixi Təbəri cild -3 səh -926).
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əmr bin Əbdəvüd ərəblərin arasında tanınmış ən güclü pəhləvan idi. Ərəblər onu 1000 atlı döyüşçüyə bərabər bilirdilər. Əhzab döyüşündə Əmr xəndəyi keçib mübarizəyə döyüşçü tələb etdi. O zamanın döyüş taktikası belə idi ki, əvvəlcə hər iki dəstənin pəhləvanları təkbətək döyüşürdü və hansı məğlub olsaydı onun qoşunu ruhiyyədən düşürdü və bəzən müharibə bununla da sona çatırdı. Əhzab müharibəsində müşrüklərin sayı üç dəfə müsəlmanlardan çox idi (müşriklər 10000 nəfər müsəlmanlar 3000). Bu özü müsəlmanların ruhiyyəsində təsir qoyurdu. Bu müharibəyə ona görə Əhzab deyilir ki, islamın bütün düşmənləri tamam qüdrətləri ilə islamı məğlub etməyə gəlmişdir. İmam Əlinin (ə) Əmr bin Əbdəvudu öldürməyi şəraiti əvəz etdi. Müsəlmanlar ruhiyyə qazandı, müşrüklər isə məyus oldular və qəlblərinə qorxu düşdü.Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Rüqəyyənin hərəmi Suriyanın Dəməşq şəhərindədir. Yəzid öldükdən sonra oğlu Maviyə hakimiyyətə gəldi, lakin onun hakimiyyəti çox çəkmədi və Mərvan ibni Həkəm hakimiyyəti ələ aldı.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu tarixi hadisəni şiə və sünni alimləri öz kitablarında gətirmişlər və hədisə etimad edib nəql etmişlər. Belə hədislərdə bu qədər araşdırma hədisin təsdiqində kifayətdir.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Əlinin (ə) xəlifəliyinin ilk günlərində Təlhə və Zübeyr ona e’tiraz edərək bildirdilər: «Biz xalqı sənin xəlifəliyinə rəğbətləndirib bey’ət üçün hazırladıq. Mühacir və ənsar da bizə qulaq asdı və hamısı sənə bey’ət etdi. İndi isə iş başına keçib bizi yaddan çıxarmısan, Malik Əştər və onun kimilərinə üz tutmusan. Həzrət Əli (ə) həmin iki şəxsin göndərdiyi elçidən onların məqsədlərini soruşdu. Elçi ərz etdi: «Təlhə Bəsrənin, Zübeyr isə Kufənin hakimi olmaq istəyir». Həzrət Əli (ə) buyurdu: «Onlar Mədinədə heç bir məqama sahib olmadıqları halda məni rahat buraxmırlar. Əgər Bəsrə və Kufə onların əlinə keçsə, xalqı mənə qarşı qaldırar, dini işlərdə intizamsızlıq yaradarlar. Mən onların şərindən amanda deyiləm. Bu iki qocaya de ki, Allah və rəsulundan qorxsunlar, Peyğəmbər ümməti arasında fəsad yaratmasınlar. Yəqin ki, Allah-təalanın belə buyurduğunu eşidiblər: «Biz bu axirət yurdunu yer üzündə təkəbbür etməyən və fitnə-fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir».Qəsəs ayə 83.Təlhə və Zübeyr həzrət Əlinin (ə) sözlərindən belə bir qənaətə gəldilər ki, onun ədalətli hakimiyyətində imtiyaz və məqam istəmək faydasız bir işdir və öz arzularını həyata keçirmək üçün başqa yol axtarmalıdırlar.
Digər bir tərəfdən həzrət Əli (ə) xalqın beyətindən sonra qərara gəldi ki, ilk fürsətdə Osmanın ləyaqətsiz hakimlərini işdən uzaqlaşdırsın. Bu adamların yerinə saleh adamlar təyin olunmalı idi. Bu məqsədlə həzrət Əli (ə) Müaviyə ibn Əbu Süfyana məktub yazıb, onu öz xilafətindən xəbərdar etdi və bey’ət etməsini istədi.
Amma özü xəlifəlik arzusunda olan Müaviyə Əlinin məktubunu Şam əhlindən gizlədi, xalqdan özü üçün bey’ət aldı. Hətta həzrətin məktubuna da cavab vermədi. O, cavabı yubandırmaqla öz məqsədlərini həyata keçirmək üçün fürsət əldə etdi.
Planlarını gerçəkləşdirmək üçün daha çox fürsət əldə etmək istəyən Müaviyə bu məqsədlə həzrət Əliyə (ə) qarşı başqalarını qaldırıb onun başını qatmaq istədi. Bu fikirlə Zübeyrə məktub yazdı və bildirdi ki, Şam əhlindən Təlhə və Zübeyrin növbə ilə xilafəti üçün beyət alıb. Müaviyə onlara tövsiyə edirdi ki, Əlidən (ə) qabaq Bəsrə və Kufəni ələ keçirsinlər və Osmanın qanını almaq bəhanəsi ilə Əliyə (ə) qarşı müharibəyə başlasınlar.
Müaviyənin məktubu Zübeyri tamahlandırdı və xəlvətdə Təlhə ilə görüşüb ona məktub haqqında məlumat verdi.
Bəzilərinin dediyinə görə, Müaviyə Zübeyrə məktub yazdı ki, Şam əhlindən öz xəlifəliyim üçün beyət almışam. Məndən sonra sən, səndən sonra isə Təlhə xəlifə olacaq.
Bəsrə və Kufənin valiliyi həvəsində olan Təlhə və Zübeyr heç olmaya bu arzularına çatmaq məqsədi ilə Müaviyəyə müsbət cavab verdilər. Onlar Əli (ə) ilə müxalifətə başlayıb həzrətlə düşmənçilik yolu tutdular. Müaviyənin məsləhətinə qulaq asaraq bu işdə Osmanın qətlini bəhanə gətirmək qərarına gəldilər. Onlar Mədinədən çıxıb, Məkkəyə getdilər və Məkkədə həzrət Əlinin digər düşmənləri ilə, o cümlədən Mərvan ibn Həkəm və Ayişə ilə bir araya gəldilər. Bu adamlar öz toplantılarında Cəməl döyüşünün planını hazırladılar.
Təlhə peşman olmadı və Cəməl müharibəsində öldürüldü. Zübeyr zahirdə peşman oldu amma keçmişdəki xətalarını düzəltmək istəmədi. Zübeyr döyüş meydanından ayrılıb getdi lakin Curmuz adında bir şəxs onun dalıyca gedib ilk fürsətdə başını kədi və Həzrət Əlinin (ə) yanına gətirdi. Həzrət Əli (ə) buyurdu: Öldürən və öldürülən (Zübeyr) hər ikisi cəhənnəmlikdir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
O zamanda baş verənləri tam analız etmək və konkret fikir söyləmək çətindir, çünki biz yalnız yazılanlara əsasən nəticə ala bilirik. Adətən tarix qüdrət sahiblərinin xeyrinə yazıldığı üçün həqiqətlər gizli qalır. Lakin bugünki dövürə nəzər salanda, vəziyyət bir miqdar bizə aydın olur. Baxmayaraq ki, hər kəs insan hüquqları, azadlıq və demokratiyadan dəm vurur, amma qanunlar zalım hakimlərin xeyrinə dəyişdirilir və insanların rəyinə əhəmiyyət verilmir. O dövürdə də, azad düşüncəli insanlar cəmiyyətdə baş verən qanun pozuntularına qarşı çıxdılar, amma xəlifə müxtəlif yollarla onları susdururdu. Bir dəstə insanlar beyət etməyərək məsciddə qalxıb öz etirazlarını bildirdilər və Həzrət Əlinin (ə) evinə cəm olaraq etiraz aksiyası keçirtdilər. Həzrət Əli də (ə) hər bir fürsətdə öz etirazını bildirirdi, lakin qiyam etməməyinin səbəbi bu idi ki, müsəlmanların parçalanmağını istəmirdi. Çünki əks təqdirdə islamı daha böyük xətər gözləyirdi. Ətraflı məlumat üçün saytımızın kitabxanasındakı kitaba müraciət edin:Kitabın adı: Qürubdan sonra
http://kitab.nur-az.com/az/lib/view/277
Allah sizə yar olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Əleykumus-salam.
Həzrət Zeynəbin (s) övladı olmağında şəkk-şübhə yoxdur, lakin onların sayında və adında tarixi qaynaqlarda ixtilaf var. Bir çox mənbələrdə beş övladın adı çəkilir: Əli, Övni-əkbər, Abbas, Muhəmməd və Ümmu-gülsüm. Muhəmməd və Övn Kərbəlada şəhid olublar. Fəzl İbni Həsən Təbərsi dörd övladın adını çəkir: Əli, Cəfər, Övni-əkbər və Ümmu-gülsüm. Kərbəlada şəhid olan Muhəmmədi isə Abdullahın həzrət Zeynəbdən başqa həyat yoldaşından olmağı yazılır. Hər halda ən azı dörd övladı olmağı tarixdə təsdiq olunur.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Muxtarın qoşunu Hərmələni gizləndiyi yerdən çıxarıb onun hüzuruna gətirirlər. Muxtar cəllada onun əvvəl qollarını sonra ayaqlarını kəsməyi əmr edir və sonra isə bədəninin oda atılmasını istəyir.Allah sizə yar olsun.