Sual (1) : Salam aleykum. Ayetullah Xoyi vilayeti-feqih nezeriyyesin qebul eliyib?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, ümumiyyətlə vilayəti-fəqih nəzəriyyəsini qəbul etməyən müctəhid yoxdur, yalnız vilayətin dairəsində ixtilaf var.

Allah sizə yar olsun.

Sual (2) : SaLaM sunnilernen siyelerin ne ferqi var sunni neyi qebun edidir neyi edmir siyede

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiə və əhli-sünnət etiqadlarda və dinin əməli proqramlarında çoxlu müştərək cəhətlərdə malikdir, bəzi cəhətlərdə isə bir-biri ilə fərqlənirlər. Şiə və əhli-sünnətin əsas fərqi Əhli-beyt (əleyhimus-salam)-ın imamət və vilayət məsələsinə etiqadla əlaqədardır. Əhli-sünnət Peyğəmbər Əhli-beytinin imamət və vilayət məsələsinə etiqadı yoxdur. Çünki şiələr Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəhydən başqa bütün xüsusiyyətlərinin məsum imamda da olduğuna inanır, məsum imamın Allah tərəfindən təyin edildiyini qəbul edir və dini mərcəiyyətdə (Quran ayələrinin təfsiri, dinin qoruqçusu və bəyançısı ünvanı ilə) təkvini qüdrətə, yəni aləm varlıqlarında təsərrüf qüdrətinə malik olan bir şəxs, siyasi mərcə, ictimai məsələlərdə ən üstün rəhbər, qəzavət mənsəbinə ləyaqətli, insanlar arasında ən elmli insan hesab edir və onlara qeydsiz-şərtsiz və kamil şəkildə itaət etməyi özlərinə vacib sayırlar. Amma təəssüflər olsun ki, sair islam məzhəbləri belə etiqada malik deyildirlər; onlar Peyğəmbərin Əhli-beyti və məsum imamlara yalnız məhəbbət bəsləməklə və onların etibarlı şəxs (siqə) olmasına etiqadla kifayətlənirlər. Halbuki Əhli-beytə və məsum imama məhəbbət bəsləməkdən əlavə, onlara qeydsiz-şərtsiz itaət etməyin zərurəti əhli-sünnət yolu ilə varid olan rəvayətlərdə də qəbul olunan təlimlərdən ibarətdir. Şiələri əhli-sünnətdən ayıran ümdə səbəb, ən mühüm və əsaslı məsələ də həmin məsələdir.

Allah sizə yar olsun.

Sual (3) : Salam aleykum. Vilayeti feqih mutleq Seyyid olmalidir?

Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Vilayəti-fəqihin seyyid olması şərt deyil. Vilayəti-fəqih və islam ümmətinə rәһbәrliyin әsasları bunlardan ibarәtdir: fәgiһlik, әdalәt vә islam cәmiyyәtini idarә etmәk güdrәti. İran İslam Respublikasnın konstitusiyasının 109-cu maddәsindә bu üç şәrtә işarә olunub.

Rәһbәrin şәrait vә sifәtlәri:

Fiqһ elminin müxtәlif bölmәlәrindә fәtva vermәk vә elmi sәlaһiyyәti olmaq (ictihad məqamına çatmaq).

İslam ümmәtinә rәһbәrlik etmәkdәn ötrü әdalәt vә lazımi şәkildә tәqvası olsun.

Düzgün siyasi vә ictimai dünya görüşünә malik olmaq. Tәdbirli, şücaәtli, rәһbәrlik üçün lazım olan müdüriyyәt vә qüdrәtә malik olmaq.

Allah sizə yar olsun.

Sual (4) : Salam aleykum. Ulul-ezm ve resul olmayan peygemberden basqa peygembereler imamet meqamina catib? Enbiya 73 baxanda biz ele basa dusurukki Yaub, ismail ve s peygemberlerde imam olub. Xahis edirik izah edesiz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, Ənbiya surəsi ayə 73 dən aydın olur ki imamət məqamına İbrahim peyğəmbərin zürriyəsi olan İshaq və Yəqub peyğəmbərlər də yetişib. Mümkündür mürsəl peyğəmbərlər arasında  imamət məqamına sahib olan digər peyğəmbərlərdə olsun. Bu ayədən aydın olur ki, imamət məqamı yalnız ulul-əzm peyğəmbərlərə məxsus deyil.

Allah sizə yar olsun.

Sual (5) : Salam aleykum. Peygemberden hedis varki mennen sonra canisinlerim 12 neferdir. Eger peygemberden sonra xilafete Eli gelseydi ve ardicil 11 xelife. Sonra kim olacaqdi xelife? Yoxsa qiyamet basliyacaqdi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbərin (s) sözünə əsasən yalnız 12 imam yer üzündə  o həzrətin haqq canişinidir. Başqa bir tərəfdən yer üzündə hər zaman ilahi höccət olmalıdır. Bəs, nəticə ala bilərik ki, Qiyamətə kimi Peyğəmbərin (s) 12 xəlifəsi yer üzündəki höccətlərdir. Amma Peyğəmbərdən (s) sonra məsum imamlar fasiləsiz xilafət məqamında olsaydılar dünyanın təqdiri və ömrü necə olmağını yalnız Allah-təala bilir və bu qeybi elmdir. Lakin həzrət Zəhra (s) öz xütbəsində şəraitin necə olacağına işarə edir ki, əgər atam Rəsuləllahdan sonra fasiləsiz əmim oğlu Əli (ə) xilafət başına gəlsəydi, dünya öz bərəkətini zahir edərdi ...

Allah sizə yar olsun.

Sual (6) : Qurani-Kerimde 12 imama isaret eden ayeler hansi surelerdedir?
Ad: Eli, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim

Sualınızın cavabını ətraflı bilmək üçün saytın kitabxanasındakı kitaba  müraciət edin.

Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
http://kitab.nur-az.com/az/lib/view/208
Sual (7) : Salam aleykum ve rehmetullah. Seyid Eli Xomeneini elem muctehid kimi qebul etmek olarmi? ve Vilayeti-feqih baresinde olan reyinizi bildirerdiz zehmet olmasa

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Came Müdərrisin heyəti ki, bir neçə müctəhidin üzviyyəti ilə təşkil olunub, Ayətullah Seyid Əli Xamineyini ələm müctəhid olaraq təsdiq və elan ediblər.

Ədalətli müctehidin islam ümmətinin dini və dünyəvi işlərinin rəhbərliyinə vilayəti fəqih deyilir. Vəliyyi fəqih dedikdə isə islam ümmətinə rəhbərlik edən müctəhid nəzərdə tutulur. Fəqihdən məqsəd müctəhiddir və müctəhidin ixtiyaratına vilayət deyilir. Fəqihin 3 əsas vəzifəsi və məqamı var: 1. Fitva məqamı 2. Qəzavət məqamı 3. Hökumət məqamı. Əlbətdə üçüncü məqamın dairəsində ixtilaf var. İki əvvəlki vəzifədə alimlər arasında ixtilaf yoxdur və həmçinin üçüncü məqamın özündə ixtilaf yoxdur, lakin idarə etmə dairəsində fərqli nəzərlər var. Əgər müsəlman ümməti bir müctəhidi rəhbər kimi seçsələr bütün müsəlmanlara hətta başqa müctəhidlərədə vacibdir ki, hökümət işlərində ona tabe olsunlar. Təəssüf ki, bugün bu məsələ düşmənin fitnəsinə çevrilib, çünki şiənin qüvvət və vəhdətini vilayəti-fəqih məsələsində görür vəcahillərdə düşmən dəyirmanına su tökürlər.
Əqidəmiz budur ki, vəliyyi-fəqih İmam Zamanın (əleyhis-salam) qeybət dövründəki nümayəndəsidir.

Allah sizə yar olsun.

Sual (8) : Salam aleykum. Bizim eqidede varmi ki Hz Elini tanimiyan, ehli sunne cehennemlikdi? Allah sizden razi olsun
Ad: Nicat, Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiə və əhli-sünnətin mötəbər hesab etdiyi hədisə əsasən, Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
"Zamanın imamını tanımadan ölən şəxs, cahiliyyət zamanının ölümü kimi ölmüşdür"
İmam Sadiq (ə) buyurur: Bəndə o zaman mömin olar ki, Allahı, peyğəmbəri, bütün imamları və zamanəsinin imamını tanısın və ona təslim olsun...

Peyğəmbərin xəbər verdiyinə əsaslanıb deyə bilərik. Vilayəti qəbul etməyənlər cənnətə getməyəcək amma sünnilərin əksəriyyəti müstəzəfdir, müstəzəf olsa və öz dininə və məzhəbinə doğru əməl etsə haqqın müqabilində inadkar olmasa Allahın rəhməti beləsinə şamil olacaq.

Allah sizə yar olsun.

Sual (9) : Allahın salamı olsun sizlərə. mümkünsə vilayəti-fəqihnən vəlyyi-fəqihin mənasın ətiraflı açıqlayasız.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ədalətli müctehidin islam ümmətinin dini və dünyəvi işlərinin rəhbərliyinə vilayəti fəqih deyilir. Vəliyyi fəqih dedikdə isə islam ümmətinə rəhbərlik edən müctəhid nəzərdə tutulur. Fəqihdən məqsəd müctəhiddir və müctəhidin ixtiyaratına vilayət deyilir. Fəqihin 3 əsas vəzifəsi və məqamı var: 1. Fitva məqamı 2. Qəzavət məqamı 3. Hökumət məqamı. Əlbətdə üçüncü məqamın dairəsində ixtilaf var. Əgər müsəlman ümməti bir müctəhidi rəhbər kimi seçsələr bütün müsəlmanlara hətta başqa müctəhidlərədə vacibdir ki, hökümət işlərində ona tabe olsunlar.
Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum...Belə bir sual doğrudurmu: Vilayəti fəqih fiqhi məsələdir, yoxsa şəri məsələdir? Əgər düz deyilsə, bəs doğrusu necədir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Vilayəti-fəqih həm fiqhdə və həmdə kəlamda müzakirə olunur. 

Uyğun мövzuda daha artıq мəluмat əldə etмək üçün saytımızın sual-cavab arxivinə мüraciət edin. 

http://sual.nur-az.com/az/faqs/view2/494/VmlsYXnJmXRpLWbJmXFpaCDEsG1hbcmZdA==

Allah sizə yar olsun.

Go to TOP