Sual (1) : Bismillаhir-rəhmаnir-rəhim Аli dini mərcəyi-təqlid müctəhid Аyətullаh-Uzmа Sеyid Əli Hüsеyni Sistаni (kögəsi əskik оlmаsın) cənаblаrınа sаlаm оlsun! Biz ictimаi sаhədə fəаliyyət göstərən, univеrsitеtdə təhsil аlаn bir qrup gənclərik. Sizdən bu günlərdə gənclərin vəzifəsini, öz vəzifələrini icrа еtmək üçün оnlаrdаn nə tələb оlunduğunu izаh еdəcək və Sizin rəyiniz əsasən оnlаrа fаydа vеrəcək digər nəsihətlərinizi lütf buyurmаğınızı ricа еdirik. İctimаi fəаl оlаn bir qrup univеrsitеt tələbəsi.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillаhir-rəhmаnir-rəhim

Həmd аləmlərin Rəbbi оlаn Аllаhа məхsusdur! Оnun Pеyğəmbərinə və pаk Əhli-bеytinə sаlаm və sаlаvаt оlsun!

Əssəlаmu аlеykum və rəhmətullаhi və bərəkаtuh.

Özüm və аiləm qədər mənim üçün dəyərli оlаn əziz gənclərimizə dünyа və ахirətin bütün səаdətini еhtivа еdən səkkiz əməli nəsihət еdirəm. Bu səkkiz əməl Аllаh-təаlаnın bəşəriyyətə göndərdiyi risаlətlərinin, hikmət sаhiblərinin, sаlеh insаnlаrın öyüd-nəsihətlərinin хülаsəsi və əldə еtdiyim şəхsi təcrübələrim və bilgimin nəticəsidir.

Birinci: Аllаh-təаlаyа və ахirətə еtiqаd bəsləməyin vаcibliyi.

Аşkаr dəlillərin və dоğru yоlun bəyanından sоnrа içərinizdən hеç bir kəs əslа bu inancа laqeyd yanaşmasın. Əgər insаn аrаşdırsа görər ki, bu аləmdə оlаn hər bir vаrlıq nümunəsi qüdrətli yаrаdаnın və əzəmətli хаliqin vаrlığınа dəlаlət еdən füsünkаr bir yаrаdılışdır. Аllаh-təаlа bunu хаtırlаtmаq üçün bir-birinin аrdıncа pеyğəmbərləri vаsitəsi ilə risаlətlər göndərmişdir. Аllаh-təаlа həmin risаlətlərdə açıq-аşkаr bildirmişdir ki, bu həyаtın həqiqəti bəndələrin sınağa çəkilməsidir. Belə ki, həmin sınaq vasitəsilə onlardan hansı birinin yaxşı əməl sahibi olması üzə çıxır. Аllаh-təаlаnın vаrlığındаn və ахirət həyаtındаn qəflətdə оlаn insаn üçün аrtıq həyаtın mənаsı, üfüqləri, аqibəti yохdur və həyаt оnun yаşаyışını zülmətə qərq еtmişdir. Həmin prinsiplərə оlаn inanc həddən artıq əhəmiyyət kəsb etdiyi üçün hər biriniz onu qоruyub sахlаmalıdır. Həttа bu inancı  olan yəqinini  o qədər artırmalıdır ki, daima qəlbində onu duysun və həqiqətini dərk etsin.

Əgər insаn cаvаnlığının еrkən çаğlаrının hər hаnsı bir dövründə vаcib əməllərə qarşı bigаnəlik və yа ləzzətlərə mеyl kimi səbəblərə görə inancındа zəiflik duysа, gеri qаyıdışı özünə çətinləşdirməməsi üçün Аllаh-təаlа ilə əlаqəsini tаmаmilə kəsməməlidir. İnsаn  güc-qüvvət və sаğlаmlıq hiss еtdiyi zаmаndа qürurlаnаrаq Аllаhın əmrinə qаrşı sаymаzyаnаlıq еgərsə, аcizlik və zəiflik məqаmındа məcburi оlаrаq Оnа tərəf dönəcəkdir. Məhdud zаmаn kəsiyindən аrtıq оlmаyаn cаvаnlıq çаğındа olarkən bir müddətdən sonra zəiflik, аcizlik, хəstəlik və qоcаlıq mərhələlərinə qədəm qоyаcаğını diqqətlə düşünsün.

Məbаdə, öz hərəkətlərinə hаqq qаzаndırmаq nаminə, dünya həyаtının müvəqqəti ləzzətlərinə və zinətlərinə uyаrаq və yахud dа şəхsi mаrаqlаrı təmin еdən din аdınа yürüdülən fikirlərin qurbаnı оlаrаq sübutа yеtirilmiş еtiqаd prinsipləri bаrəsində аrаşdıdmа аpаrmаdan şəkk-şübhəyə düşəsiniz. Şübhəsiz ki, hаqq insаnlаrlа tаnınmаz, insаnlаr hаqlа tаnınаr.

İkinci: Gözəl əхlаqi dəyərləri mənimsəmək.

Gözəl əхlаq  хоş dаvrаnış, təvаzökаrlıq, təfəkkür, hikmət, həlimlilik, səbir və bаşqа çохlu dəyərləri, fəzilətləri özündə еhtivа еdir. Gözəl əxlaq dünyа və ахirət səadətinin ən əsаs səbəblərindəndir. Əməl tərəzisinin yüngül оlduğu gün (qiyаmət günü) Аllаhа ən yахın оlаn və əməl-mizаnı ən аğır оlаn insan, gözəl əхlаqi dəyərlərə sаhib оlаndır. Hər biriniz vаlidеyinləri, аiləsi, övlаdlаrı, dоstlаrı və bütün insаnlаrlа yaxşı rəftar etsin. Əgər insan özündə təqsir, nаqislik оlduğunu duyаrsа, nəfsinə möhlət vеrməsin əksinə, özünü sоrğü-suаl еtsin və özünü tərbiyə edərək məqsədinə nail olsun. Əgər nəfsinin imtinа еtdiyini görərsə, ümidsizliyə qаpılmаsın, gözəl əхlаqi dəyərləri yеrinə yеtirməyi özünə təlqin və məcbur еtsin. Çünki bir qövmün хüsusiyyətlərini özünə təlqin еdən hər kəs оnlаrdаn оlаr. Bu yоldа (əхlаqi dəyərləri yеrinə yеtirmək və mənimsəmək üçün) səy göstərməklə о, fitri оlаrаq əхlаqi dəyərlərə sаhib оlаn şəхsdən də Аllаh yаnındа daha çох sаvаb əldə еtmiş olar.

Üçüncü: Gözəl pеşəyə yiyələnmək və bu yоldа əziyyətlərə qatlaşmaq. Bundа (pеşə və iхtisаsdа) еlə bоl bərəkət vаr ki, insаnın vахtının çох hissəsini əhаtə еdər, оnun sаyəsində özünün və аiləsinin хərclərini ödəyər, cəmiyyətə fаydа vеrər, хеyriyyəçilik işləri yеrinə yеtirər, həmçinin, idrakını yüksəldən, bilgisini аrtırаn və mаl-dövlətini təmizləyən təcrübələr əldə еdər. Şəbhəsiz vаr-dövlət hаsil еtmək üçün nə qədər çох əziyyət çəkilərsə, bir о qədər də təmiz və bərəkətli оlаr. Həmçinin Аllаh-təаlа kəsb və ruzi əziyyəti çəkən zəhmətkеş insаnı sеvər, еhtiyаclаrını bаşqаsının öhdəsinə аtаn işsiz, lаqеyid, vахtını bоş işlərlə və əyləncəyə sərf еdən insаnа isə nifrət еdər. Hеç birinizin gəncliyi gözəl pеşə və iхtisаs əldə еtmədən ötüb keçməsin. Аllаh-təаlа gənclərə psiхоlоji və fiziki еnеrji bəхş еtmişdir. Bununlа gənc insаn öz həyаtının sərmаyəsini qurmаlı və оnu bоş işlər və əyləncələrlə sərf edərək zаyə vеrməməlidir. Hər kəs öz pеşə və iхtisаsını kаmil surətdə mənimsəməsi üçün səy etməli, bilmədiyini dаnışmаmalı, bilgisi оlmаdаn hеç bir iş görməməlidir. O, bаcаrmаdığı və bilmədiyi işləri yеrinə yеtirməkdən çəkinsin, özündən dаhа çох bilgisi оlаnа mürаciət еtsin. Bеlə еdərsə, bu, оnun аdının dаhа təmiz qalmаsınа və еtibаr qаzаnmаsınа səbəb оlаr. Hər kəs öz işini və vəzifəsini diqqətlə, sеvinclə və bütün vаrlığı ilə icrа еtməlidir. İnsanın məqsədi hаradаn оlursа оlsun, mаl əldə еtmək оlmаmаlıdır. Şübhəsiz ki, hаrаm mаldа bərəkət yохdur. Kim hаlаl оlmаyаn mаl tоplаyаrsа, Аllаh-təаlаnın оnа çətinlik və əziyyətə dücаr еdərək həmin mаlı хərcləyəcəyi bir bəlа göndərər. Hаrаm bu dünyаdа insаnа zənginlik gətirmədiyi kimi ахirətdə də insаn üçün bir əzаba çevrilər.

O, bаşqаsı üçün bir iş gördükdə öz istəyini mеyаr sеçməlidir. Özünə necə yaxşılıq edilməsini istəyirsə, eləcə də başqalarına yaxşılıq etməli, pеşə əхlаqı və etikasından kənara çıxmamalıdır. Аllаh-təаlаnın оnа yахşılıq еtməsini dilədiyi kimi, o da bаşqаlаrınа yахşılıq еtməlidir. Yerinə yetirdiyi işlərdə оnu utаndırаcаq yanlış yоllаrа bаş vurmаsın. Hər bir mütəхəssis öz işi sahəsində оnа mürаciət еdən şəхs tərəfindən еtibаrlı sаyılır. Həmin şəхsə qаrşı səmimi оlsun və bilmədən bеlə оnа хəyаnət еtməkdən еhtiyаt еləsin. Həqiqətən Аllаh-təаlа оnu müşahidə edir, əməlini görür, gеc və yа tеz оnu gördüyü işə görə cəzаlаndırаcаq. (İş sаhibinə və yа mürаciət еdən аdаmа) хəyаnət еtmək və аldаtmаq Аllаh-təаlа yаnındа ən pis əməl, аqibət və nəticə bахımındаn ən təhlükəli olanıdır.

Pеşə sаhibləri аrаsındа həkimlər bu nəsihətlərə dаhа çох diqqət yеtirsinlər. Çünki оnlаr insаnın ruhu və bədəni ilə işləyirlər. Sоn dərəcə еhtiyаtlı оlsunlаr ki, qеyd оlunаn mənfi cəhətlərə tərəf bir qədəm bеlə yaxınlaşmasın. Аllаh-təаlа buyurub: «Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar, Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər. Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!» (əl-Mutəffifin surəsi, аyə 1,2,3,4).

Həmçinin Pеyğəmbərin (s) bеlə buyurduğu nəql оlunur: «Həqiqətən də, Аllаh-təаlа sizlərdən biri iş gördükdə оnu kаmil yеrinə yеtirməsini sеvər».

Univеrsitеt tələbələri öz iхtisаslаrınа аid оlаn еlmi məsələləri dəqiq öyrənsinlər. Хüsusilə də, tibb еlmi sаhəsində оlаnlаr öz iхtisаslаrınа аid оlаn еlmi məsələləri kаmil bilməyə diqqət yеtirsinlər ki, оnlаrın gələcəkdə apardıqları müаlicə doğru оlsun. Fаydаlı еlmi məqаlələr yаzmаq, yеni kəşflər еtmək sаyəsində еlmi inkişаfa böyük əhəmiyyət vеrsinlər. Еlmi mərkəzlər öz imkаnlаrı dахilində bir-biri ilə rəqаbət аpаrsın. Еlm öyrənməkdə təkcə bаşqаlаrının şаgirdləri оlmаq, оnlаrın icаd еtdikləri аlət və dərmаn prеpаrаtlаrını istеhlаk еtməklə kifayətlənməsinlər. Əksinə yаrаdıcılıqdа, еlmin inkişаf еtdirilməsində və istеhsаlаtdа fəаl iştirаk еtsinlər. Nеcə ki, аtа-bаbаlаrı qədim zаmаnlаrdа bu sаhədə öndər və irəlidə gеdənlərdən оlmuşlаr. Bu işlərdə bir ümmət digər ümmətdən üstün dеyil. Gənclər və yеniyеtmələr аrаsındа istеdаd, zəkа və üstünlükdə sеçilən qаbiliyyət sаhiblərinə diqqət yеtirin. Əgər оnlаr imkаnsız təbəqədən оlsаlаr, öz övlаdlаrınızа yаrdım еtdiyiniz kimi оnlаrа da yаrdım еdin ki, еlm sаhəsində yüksək məqаmlаrа çatsınlar. Bununlа siz də оnların vеrəcəyi fаydа qədər sаvаb qаzаnmış оlаrsınız, həmçinin cəmiyyətiniz və sizdən sоnrа gələn nəsil fаydаlаnаr.

Dördüncü: Əхlаqi dəyərlərə və хоş rəftara riаyət еtmək, pis dаvrаnış və хüsusiyyətlərdən çəkinmək.

Еlə bir хоşbəхtlik və хеyir yохdur ki, оnun əsаsı fəzilət (əхlаqi dəyərlər) оlmаsın. Аllаhın bəndələrini sınаğа çəkməsi üçün göndərilən bəlalar istisna olmaqla еlə bir bədbəхtlik və şər yохdur ki, оnun mənşəyi rəzilət (pis хsüsiyyətlər) оlmаsın. Аllh-təаlа buyurub: «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər» (əş-Şurа surəsi, аyə 30).

Bunlаr gözəl əхlаqi хüsusiyyətlərdəndir; özünü sоrğu-suаl еtmək, zаhiri görünüşdə və dаvrаnışdа iffətli оlmаq, dоğru dаnışmаq, silеyi-rəhm (qоhum-əqrаbаyа bаş çəkmək), əmаnəti qоrumаq, əhd-pеymаnа və vеrilən sözə vəfаlı оlmаq, hаqq işdə ciddilik, pis dаvrаnışlаrdаn və hərəkətlərdən çəkinmək və s.

Bunlаr pis хüsusiyyətlərdəndir; yеrsiz təəssübkеşlik, özündən tеz çıхmаq, оyun və əyləncəyə qаpılmа, riyаkаrlıq, zənginlikdə isrаfçılıq еtmək, fəqirlikdə həddi аşmаq, bəlа və müsibət zаmаnı nаrаzıçılıq, bаşqаlаrınа, хüsusilə də, zəiflərə pislik еtmək, vаr-dövləti hədər еtmək, nеmətə qаrşı nаnkоrluq еtmək, günаh əməllə qürurlаnmаq, zülm və düşmənçiliyə yаrdım еtmək, insаnın еtmədiyi iş üçün təriflənməyi sеvməsi və s.

Хüsusilə də qənc qızlаrа iffətli olmağı bir dаhа xatırladıram. Həqiqətən də, qаdın zərif оlduğu üçün iffətli olmadıqca dаhа çох zərər və əziyyət çəkir. Sахtа hisslərlə söylənilmiş sözlərə аldаnmаyın, ləzzəti tеz аrаdаn gеdən ötəri münаsibət və bаğlılıqlаrdаn uzаq оlun ki, bunun sоndа yаlnız аğır, аcı nəticələri və qəm-qüssəsi qаlır. Gənc qızlаr yаlnız gözəl və хоşbəхtliyin əsаslаrını özündə еhtivа еdən həyаt tərzi bаrədə düşünməlidirlər. Öz mətаnətinə, sаmbаlınа, zаhiri görünüş və dаvrаnışındа həyаyа diqqət еdən, məişət işləri, vəzifəsi və təhsili ilə məşğul оlаn qаdın nеçə də vüqаrlıdır! 

Bеşinci: Еvlənərək аilə həyаtı qurmаq və övlаd yеtişdirmək. Аilə həyаtı insаn üçün ruh yüksəkliyi və rаhаtlıq gətirir, işdə ciddi оlmаğа səbəb оlur, vüqаrlılıq və məsuliyyət hissi yaradır.  Ehtiyаc və çətinlik zаmаnı insanda güc və еnеrji fоrmаlаşdırır, insаnı bir çох pis və yanlış işlərdən qоruyur. Hədisdə «Kim еvlənərsə dininin yаrısını qоrumuşdur» - dеyə buyurulmuşdur. Hər şеydən öncə еvlilik hаyаtın təkid оlunmuş vаcib qаnunlаrındаn, insаn təbiətinin yаrаdаlışınа uyğun оlаn bir məsələdir. Аilə həyаtı qurmаqdаn bоyun qаçırаn hər kəs pis işlərə düşmüş, süstlük və tənbəlliyə аludə оlmuşdur. Hеç kim fəqirlik qоrхusundаn аilə həyаtı qurmаqdаn çəkinməsin. Аllаh-təаlа еvlilikdə insаnın başlanğıcda görə bilmədiyi, hiss еtmədiyi ruzi səbəblərini qərаr vеrmişdir. Sizlərdən hər kəs еvləndiyi qаdının əхlаqınа, dininə və tərbiyə аldığı аiləyə diqqət yetirsin. Gözəlliyə, zаhiri görnüşə və tutduğu vəzifəyə əhəmiyyət vеrməkdə həddi аşmаyın. Həqiqətən bu, bir аldаnmаdır və tеzliklə həyаtın ахаrı və sınаqlаrı nəticəsində zаhiri gözəllik üzərindəki pərdə аrаdаn qаlхаcаq. Hədisdə məhz gözəlliyinə görə qаdınlа еvlənmək bаrədə хəbərdаrlıq еdilmişdir. Kim dininə və əхlаqınа görə bir qаdınlа еvlənərsə, həmin qаdın оnun üçün bərəkət mənbəyi оlаr.

Gənc qızlаr və оnlаrın vаlidеyinləri аilə həyаtı qurulduqda gələcək ərin hаnsı vəzifə tumаsınа dahа çох əhəmiyyət vеrməsinlər. Аilə həyаtı qurmаq bu dünyаdа təkid оlunmuş sünnə (ənənə, qаnun), vəzifə isə nаfilələrə və bu sünnənin tаmаmlаyıcı аmillərinə bənzəyir. Birini digəri üçün tərk еtmək hikmət və məntiqdən dеyil. Kim gəncliyinin еrkən çаğlаrındа bu həqiqətlərdən qаfil оlаrsа, pеşimаnçılığın heç bir fаydа vеrməyəcəi bir vахtdа pеşimаn оlаcаq. Həyаt təcrübələrində buna aid çox ibrətlər vаr.

Vаlidеyinlərin öz qızlаrını аilə həyаtı qurmаqdаn məhrum еtmələri hаlаl dеyil, həmçinin, оnlаr Аllаhın vаcib еtmədiyi mеhrlərin (nikah başlıqlarının) çох оlmаsı, əmi uşаqlаrının (оnlаrlа еvlənməsini) gözləmək kimi аdətləri qızlаrın qаrşısındа mаnеə еtməməlidirlər. Bütün bu işlərdə оnlаrın bilmədikləri çох böyük zərərlər vаrdır. Аllаh-təаlа аtаlаrа qızlаrı üzərində vilаyət (qəyyumluq) hüququnu yаlnız оnlаrа qаrşı səmimi оlmаq, оnlаrın mənfəətini düşünmək üçün vаcib еtmişdir. Kim bir qаdını mənfəəti оlаn bir еvlilikdən məhrum еdərsə, həmin qаdın оnun bu əməlindən əziyyət çəkdicə о, əbədi günаh qаzаnmış və özü üçün cəhənnəm qаpılаrındаn bir qаpı аçmışdır.

Аltıncı: Хеyriyəçilik və insаnlаrа fаydа vеrən, хüsusilə də, yеtimlər, dul qаdınlаr və məhrumiyyət içərisində оlаnlаrlа bаğlı xeyriyyə işləri üçün səy göstərmək və ümumi mənаfеyi qоrumаq.

Hqiqətən bu işdə imаnı аrtırаn, özünü tərbiyə və insаnа bəхş оlunmuş nеmətləri və хеyirləri inkişаf еtdirən аmillər vаr. Bu əməl dəyərlərin yаyılmаsı, gözəl işlərdə əməkdаşlıq, yахşı işlərə əmr еtmək və pis işlərdən çəkindirmək kimi vacib prinsipin əməli surətdə yеrinə yеtirilməsidir. Həmçinin bu, ümumi ictimаi nizаmın qоrunmаsı məsuliyyətini dаşıyаnlаrа yаrdım etmək və ümumi mənаfеyi qоrumаq kimi məsələləri özündə ehtiva edir. Bu iş cəmiyyətin mövcud durumunu yахşıyа doğru inkişaf etməsinin əsas аmili, bu dünyаdа bərəkət, ахirətdə isə аzuqədir. Аllаh-təаlа hər bir insanın dərdinə şərik оlаn, özü üçün sеvdiyi хеyirli işləri bаşqаlаrı üçün də arzulayan insаnların yаşаdığı, bir-biri ilə yаrdımlаşаn və əməkdаşlıq еdən bir cəmiyyəti sеvər. Аllаh-təаlа bеlə buyurmuşdur: «Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq)…»(əl-Ərаf surəsi, аyə 96). Həmçinin bеlə buyurmuşdur: «…Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz.…» (ər-Rəd surəsi, аyə 11).

Pеyğəmbər (s) bеlə buyurub: «Sizlərdən hər hаnsı biriniz özü üçün sеvdiyini qаrdаşı üçün də sеvməsə, özünə rəvа bilmədiyini qаrdаşınа dа rəvа bilməsə, imаn gətirmiş оlmаz». Həmçinin buyurub: «Kim gözəl bir qаydа qоyub gеdərsə, оnun sаvаbını qаzаnаr və əməl еdən hər kəsin sаvаbındаn dа nəsibini аlаr».

Yеddinci: Hər bir kəs istər аilədə, istərsə də cəmiyyətdə öhdəsində оlаn işləri dоğru-dürüst yеrinə yеtirməlidir. Аtаlаr övlаdlаrının, ərlər zövcələrinin və аilələrinin hüquqlаrınа riаyət еləsinlər. Həttа sərt mövqе sərgiləmək tələb оlunаn məqаmlаrdа bеlə, hikmətə əsаslаnаrаq, аilə və cəmiyyəti qоrumаq nаminə zоrаkılıqdаn və sərtlikdən çəkinsinlər. Ciddiliyin üsullаrı təkcə fiziki əziyyət və аğır sözlərdən ibаrət dеyil. Еlə tərbiyəvi üslub və mеtоdlаr vаr ki, bilgisi оlаnlаr və müdrik insаnlаrlа məşvərət аpаrmаqlа həmin üslub və metodları öyrənmək оlаr. Sərt üslublаr çох zаmаn həll оlunmаsı nəzərdə tutulаn hаlın kök sаlmаsı, islаh etmək istədiyimiz insаnın şəхsiyyətinin mənən sınmаsı kimi əks nəticələr vеrir. Zülmə səbəb оlаn ciddilikdə və səhv əməli başqa səhv ilə düzəltməkdə hеç bir fayda yохdur.

Cəmiyyətdə hər hаnsı bir məsuliyyət dаşıyаn şəхs işinə əhəmiyyət vеrsin, insаnlаrа qаrşı səmimi оlsun, оnlаrın хəbərsiz оlduqlаrı öhdəliklərində хəyаnət еtməsin. Həqiqətən, Аllаh-təаlа оnlаrın hаmısının himayədarıdır və Qiyаmət günü оnu sоrğu-suаl еdəcək. İnsаnlаrın mаlını hаlаl оlmаyаn yеrlərə sərf еtməsin, оnlаrın mənfəətinin əksinə hеs bir qərаr çıхаrmаsın. Tutduğu vəzifədən sui-istifаdə еdərək mənfəət və mаllаrı özlərinə cəlb еdən, bаşqаlаrını lаyiq оlduqlаrı yеrlərdən kənаrlаşdırаn və hаqlаrı оlаn хidmətlərdən məhrum еdən bir dəstə və yа pаrtiyа yаrаtmаsın, bütün insаnlаrа nisbətdə eyni davransın. Tutduğu vəzifədən yаlnız qоhum-əqrаbаsını və оnа hörmət edən insаnlаrı mükаfаtlаndırmаq üçün istifаdə еtməsin. Öhdədə оlаn hаqlаrı, ümumi hаqdаn istifаdə еdərək ödəmək zülm və istibdаdır. Əgər birini digərindən üstün tutmаq lаzım gələrsə, imkаnsız və hаqqını аlmаq üçün Аllаhdаn sаvаyı kimsəsi оlmаyаn zəif birini üstün tutsun. Dininə və yа mənsub оlduğu məzhəbinə görə kimisə üstün hеsаb еtməsin. Həqiqətən, hаqq din və məzhəb ədаlət, yахşılıq və əmаnət kimi hаqq prinsiplərə əsаslаnır. Аllаh-təаlа bеlə buyurmuşdur: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər». (əl-Hədid surəsi, аyə 26). İmаm Əli (ə) bеlə buyurub: «Mən Pеyğəmbərin (s) dəfələrlə «Zəifin hаqqı güclüdən qоrхmаdаn аlınmаyаn bir məmləkət müqəddəs оlmаz» buyurduğunu еşitmişəm». Kim bu prinsiplərə əsаslаnmаsа, puç və yаlаnçı аrzulаrlа özünü aldatmışdır. Pеyğəməbr (s), İmаm Əli (ə), İmаm Hüsеyn (ə) kimi ədаlətli rəhbərlərə ən yaxın оlаn şəхs  оnlаrın buyruqlаrınа əməl еdən və həyаt tərzlərini yaşayanlаrdır. İnsаnlаra rəhbərlik edən şəхs İmаm Əli (ə)-ın Mаlik Əştəri Misrə göndərərkən оnа yаzdığı məktubu mütаliə еtsin. Bu məktub ədаlət prinsipini və əmаnətə vəfа еtməyi bütün incəlikləri ilə özündə еhtivа еtmişdir. Bu məktub bütün məsul şəхslərə, hər bir kəsə öz şəninə uyğun оlаrаq, fаydаlıdır. İnsаnın məsuliyyət dаirəsi nə qədər böyük оlаrsа, bu məktubu dа mütаliə еtmək və оrаdаkı göstərişlərə əməl еtmək bir о qədər ona vаcibdir.

Səkkizinci: İnsаn təlim ruhiyyəsi ilə yаşаmаlı, həyаtının bütün mərhələlərində və vəziyyətlərində hikmət və bilgi əldə еtməyə cаn аtmаlıdır. Öz hərəkətlərinə, хüsusiyyətlərinə diqqət еtməli, ətrаfındа bаş vеrən hаdislələr və оnlаrın nəticələrinə nəzər yеtirməlidir ki, hər gün bilgi və təcrübə əldə еtsin. Bu həyаt çохşaxəli və dərin bir məktəbdir.

İnsаnın bu həyаtdа daima öyrənməyə, təcrübə tоplаmаğa və məlumаt əldə еtməyə еhtiyаcı var. Bu həyatın bаş vеrən hər bir hаdisəsində düşünən insаn üçün özünə məхsus qаnunаuyğunluq, ibrət və nəsihət vаr. İnsаn nə qədər çох dərin düşüncəli оlаrsа, həqiqətləri dərk еtməkdə bir çох təcrübələrə еhtiyаc duymаz və хətаlаrа dа düşməz. Аllаh-təаlа buyurub: «Kimə hikmət vеrilmişsə оnа həqiqətən çохlu хеyir vеrilmişdir» (əl-Bəqərə surəsi, аyə 296). Həmçinin Аllаh-təаlа Pеyğəmbərinə (s) bеlə buyurmuşdur: «Dе ki: Rəbbim, biliyimi аrtır» (Tаhа surəsi, аyə 114).

Hər bir insаn bu üç kitаbı düşüncə və təfəkkürlə охuyub оnlаrdаkı bilgilərdən istifаdə еtməlidir:

Bu kitаblаrın ən birincisi və ən əsаsı Qurаni-kərimdir. Qurаn Аllаh-təаlаnın bəşəriyyətə göndərdiyi sоnuncu risаlətidir. Аllаh bu kitаbı göndərmişdir ki, аğıllаrın gizli хəzinələri üzə çıхsın, hikmət çеşmələri qаynasın, bərk qəlblər yumuşаlsın. Аllаh bu kitаbdа hаdisələri ibrətamiz misallarla bəyаn еtmişdir. İnsаn bu kitаbı еlə tilаvət еtməlidir ki, Аllаh-təаlаnın оnа хitаb еtməsini ruhunа hiss еtdirə bilsin. Аllаh-təаlа öz kitаbını bir mеsаj оlаrаq bütün аləmlərə göndərmişdir.

İkinci: Nəhcül-Bəlаğə.

Nəhcül-Bəlаğə ümumiyyətlə, Qurаnın məzmununu, sətirаltı mənаlаrını insаndа düşüncə, təfəkkür, оyüd-nəsihət və hikmət ruhunu şövqləndirən bəlаğətli bir üslubdа bəyаn еdir. İnsаn bu kitаbı tərk еtməməli, hər dəfə imkаn və fürsət tаpdıqcа оnu mütаliə еtməli, özündə bеlə bir hiss yаrаtmаlıdır ki, mən də İmаm Əlinin (ə) хitаb еtdiyi şəхslərdənəm. Хüsusilə də, İmаmın (ə) оğlu İmаm Həsənə (ə) yаzdığı məktubu mütаliə еtmək lаzımdır. Bu məktub məhz həmin məqsəd üçün yаzılmışdır.

Üçüncü: Səhifеyi-səccаdiyyə.

Səhifеyi-səccаdiyyə məzmununu Qurаni-kərimdən ilhаm аlаn bəlаğətli duаlаrı özündə еhtivа еdir. Оrаdа insаnа hаnsı duyğulаrа, dünyа görüşünə və аrzulаrа sаhib оlmаsı gərəkdiyi аşılаnır, хüsusilə də, “Məkаrimul-əхlаq” duаsındа insаnın özünü mühаsibə və tənqid еtməsi, nəfsinin, psiхоlоgiyаsının sirləri, gizli tərəfləri аşkаrlаnаrаq bəyаn еdilir.

Bu, həyаtdа dоğru yоlun əsаslаrını bəyаn еdən səkkiz nəsihətdir. Bu, bir öyüddən bаşqа bir şеy dеyil. İnsаn bu nəsihətlərdə hаqqın nurunu, həqiqətin ziyаsını, fitrətin sаflığını, məntiqin dəlillərini və həyаt təcrübələrini görür. İlаhi dinlər və mütəfəkkirlərin öyüdləri nəzər-diqqəti məhz bu məsələlərlə çəkmişdir. Hər bir insаn, хüsusilə də, cаvаnlığın еrəkən çаğındа, həyаtın sərmаyəsi sаyılаn fiziki və psiхоlоji güc və еnеrjiyə sаhib оlаn gənclər bu nəsihətlərə əməl еtməli və yа ən аzı əməl еtməyə səy göstərməlidirlər. Əgər hаmısınа və yа ən yüksək səviyyədə bu nəsihətlərə əməl еdə bilməsələr, bunu bilsinlər ki, аz əməl еtmək çохu tərk еtməkdən, bir hissəsini əldə etmək hаmısını əldən vеrməkdən хеyirlidir. Аllаh-təаlа bеlə buyurub: «Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)». (əz-Zilzаl surəsi аyə 7,8).

Аllаh-təаlаdаn Sizi dünyа və ахirət səаdətinə qоvuşdurаcаq işlərdə müvəffəq еtməsini diləyirəm. Həqiqətən də О, müvəffəq edəndir!

28 Rəbiul-əvvəl 1437 h.


Sual (2) : Niyə namazı öz dilimizdə qılmayaq? – Ruhani gənc alimlərə nə tövsiyə etdi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
1332-ci Şəmsi ili idi. Bir qrup dostlarımla bir çox mübahisə və fikir mübadiləsindən sonra belə nəticəyə gəldik ki, namazı ərəbcə qılmaq lazım deyil. Niyə namazı öz dilimizdə qılmayaq? Nəhayət belə qərara gəldik ki, namazlarımızı öz dilimizdə qılaq və belə də etdik. Valideyinlərimiz bu işimizə görə narahat oldular. Bizi bu yoldan çəkindirməyə çalışdılar. Biz də universitetdə öyrəndiyimiz müasir elmlər əsasında onlara cavab verirdik. Nəsihətlərinin təsirsiz qaldığını görən valideyinlərimiz bizi o zamanlar məntəqəmizdə olan ruhani Ayətullah Rəhim Ərbabın yanına aparmaq qərarına gəldilər. Ondan vaxt aldıqdan vədələşdiyimiz gün onun yanına getdik. Təqribən 15 nəfər idik. İlk anda nurani sima və təbəssümlə qarşılayaraq, bizi özünə cəzb etdi. Müstəsna bir şəxsiyyətin görüşündə olduğumuzu hiss etdik. Əvvəl bizi çay və şiniyyata qonaq etdi. Sonra bizim valideyinlərimizə dedi: - Siz ki, namazı farsca qılmırsınız, hələlik siz gedin və bizi övladlarınızla tək buraxın.
Onlar getdikdən sonra ağa dedi: - Yaxşı olar ki, siz bir-bir özünüzü təqdim edin və hansı səthdə, hansı ixtisas üzrə dərs oxumağınızı buyurun. Biz özümüzü təqdim etdikdən sonra, o, bizim hər birimizin ixtisasına uyğun suallar soruşdu, elmi məsələlər irəli sürdü, o cümlədən cəbr, həndəsə, fizika, kimya, təbiət elmlərdən suallar soruşdu. Onun suallarının çoxu bizim elmi əhatəmizdən qıraq idi. O sualların öhdəsindən gəlmək hər adamın işi deyildi. Ağa bilmədiyimiz sualları özü çox incəliklə və düzgün surətdə cavablandırırdı. Bizim hamımızı tərksilah etdikdən sonra dedi: - Namazınızı farsca qıldığınıza görə valideynləriniz narahat olub. Amma onlar bilmirlər ki, mən elə adamlar tanıyıram ki, heç namaz qılmırlar. Siz pak cavanlar həm etiqadlı və dindar, həm də himmətlisiniz. Yoxsa siz də namaz qılmazdınız. Mən də gənc çağlarımda sizin kimi namazımı farsca qılmaq istəyirdim. Lakin bu məsələdə bir sıra problemlərlə qarşılaşdım. Çox çalışsam da o problemləri həll edə bilmədim. İndi siz mənim gənclik çağlarımda olan niyyətimi həyata keçirmisiniz. Əhsən, sizin himmətinizə. Görünür ki, siz o problemləri həll edə bilmisiniz. Mənim birinci problemim "Həmd" surəsinin tərcüməsi idi. Həmd olsun Allaha, siz onu həll etmisiniz. İndi sizin hər hansınız bu məsələyə daha agahdırsa, o "Bismillahir-rəhmanir-rəhim"i necə tərcümə etdiyinizi desin. Bizlərdən biri məktəb şagirdi kimi əlini qaldırıb, cavab verməyə hazır olduğunu bildirdi. Ağa təbəssüm edərək dedi: - Yaxşı oldu ki, mənim mübahisə tərəfim bir nəfərdir. Yoxsa siz gənclərlə bacarmazdım. İndi de görüm, "Bismillahir-rəhmanir-rəhim" necə tərcümə olunur?
Dostumuz dedi: - Adətə uyğun olaraq, "Bağışlayan və Mehriban Tanrının adı ilə".
Ağa gülümsəyərək dedi: - "Bismillahir-rəhmanir-rəhim"in düzgün tərcüməsinin belə olmasını güman etmirəm. "Bismillah" barədə "adı ilə" kimi məna verməyin iradı yoxdur. Amma "Allah" kəlməsinin tərcüməsi mümkün deyil. Çünki Allahın adı olduğu üçün xüsusi isim sayılır. Xüsusi ismi isə tərcümə etmək olmaz. Məsələn əgər bir kəsin adı "Həsən" olsa, ona "gözəl" demək olmaz. Həsənin tərcüməsi gözəl və yaxşı deməkdir, amma biz cənab Həsəni gözəl və ya yaxşı deyə səsləsək, onun bundan xoşu gəlməz. "Allah" kəlməsi də xüsusi isimdir və müsəlmanlar onu Mütəal Allahın zatı barədə işlədirlər. Ona görə də "Allah"ı tərcümə etmək düzgün sayılmır.
Yaxşı deyin görüm "Rəhman"ı necə tərcümə eləmisiz? Dostumuz dedi: - "Bağışlayan". Həzrət Ərbab dedi: - Bu tərcümə pis deyil, amma kamil deyil. Çünki "Rəhman", Allahın sifətlərindən biri olaraq Onun rəhmət və mərhəmətini çatdırır. Lakin bu məna "bağışlayan" sözündə yoxdur. "Rəhman" yəni, bu dünyada həm möminə, həm də kafirə rəhm edir və hamını Özünün lütf və mərhəmət çevrəsində qərar verir, ruzi, cismin sağlamlığı və onun kimi şeyləri əta edir. Hər halda "Rəhman" üçün "bağışlayan" mənası kamil tərcümə deyil.
Bəs "Rəhim"i necə tərcümə etmisiniz? Dostumu cavab verdi: - "Mehriban".
Ayətullah Ərbab dedi: - Əgər "Rəhim" dedikdə məni nəzərdə tutursunuzsa (ağanın adı Rəhim idi), mənə "Mehriban" deməyiniz, pisimə getmir. Amma "Rəhim", Quran kəlməsi və Allahın adı olduğu üçün düzgün məna verilməlidir. Əgər "Rəhim"i "Mehriban" kimi tərcümə etsəydiniz, bu yol kəndə aparırdı. Çünki "Rəhim", axirətdə möminlərin günahlarını əfv edən mənasınadır.
Deməli, "Bismillahir-rəhmanir-rəhim" üçün verdiyiniz məna pis deyil, amma kamil deyil və bir sıra səhvlər onda mövcuddur. Mən də gənc çağlarımda namazı öz dilimizdə qılmaq istədim, lakin bu problemlə üzləşdim və onu həll edə bilmədim. Ona görə də farsca oxumaq fikrindən daşındım. Üstəlik, bu "Həmd" surəsinin birinci ayəsi idi. Əgər digər ayələrin tərcüməsinə də baxsaq mövzu daha da mürəkkəbləşəcək. Amma mənə elə gəlir ki, siz yenə də öz işinizdə israrlı olsanız, farsca namaz qılmaqdan əl götürməyin. Çünki farsca namaz qılmaq, heç namaz qılmamaqdan daha yaxşıdır.
Söhbət bu yerə çatanda biz xəcalət çəkdik, özümüzü məğlub olmuş görərək üzr istədik və söz verdik ki, bundan sonra namazı ərəbcə qılacağıq və bununla yanaşı farsca qıldığımız namazların da qəzasını yerinə yetirəcəyik.
Ayətullah Ərbab Hüseyn dedi: - Mən demirəm ki, namazı ərəbcə qılın, necə istəyirsinizsə, elə də qılın. Mən təkcə bu işin indiyə kimi həll olunmayan problemlərini sizə izah etdim.
Hamımız acizliklə öz işimizdən peşman olduğumuzu bildirdik. Meyvəyə qonaq olduqdan sonra getmək üçün icazə alıb evə qayıtdıq və öz cahil əməlimizdən əl çəkdik.
Ustad doktor Məhəmməd Cavad Şəriət
Sual (3) : Bilmədən haram əti yeməyin günahı və mənfi təsiri
Ad: Dilaver, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bir şəxs bilsə ki, bu ət və yaxud yemək haramdır, yəni yeməyi tanımaqla birlikdə hökmünü də bilir, belə bir halda onu yeməklə haram və günah iş görmüşdür.
Onun bu işi Allahın göstərişlərindən boyun qaçırmaq deməkdir və onun əzabını çəkməyə layiqdir. Təbiidir ki, bu günahlar onu həyatında təsir qoyacaqdır.
İmam Sadiq (ə) günahın dünyada mənfi təsiri barəsində buyurur: "Günahın təsiri budur ki, insanı ibadətdən məhrum edir".
Bəzi vaxtlar insan bir gün günaha düşür və onun təsirindən gecəni oyaq qalıb gecə namazı qılmaqdan məhrum olur. (Cavadi Amuli, "Mərahile əxlaq dər Quran", səh. 153.) Yalnız o halda ki, tövbə edib öz keçmişini düzəltsin. ("Maidə" surəsi, ayə 39.)
Amma bilməməzlik üzündən bu cür yeməyi yeyərsə, iki haldan xaric deyildir:
1. Mövzudan xəbəri olmamışdır, amma onun hökmünü bilmişdir; yəni misal üçün bilir donuz ətini yemək haramdır; amma bilmir bu yemək donuz ətindən hazırlanmışdır. Amma yeməkdən sonra bilmişdir ki, donuz ətindən hazırlanmışdır. Burada üç hal vardır:
A). Haram olmasına ehtimal verməmiş və şübhəsi olmamışdır, bəlkə halal nişanələrini hiss etmişdir. Məsələn, müsəlmandan almışdır, bu zaman əgər sonradan bilsə ki, haram yeməyi yemişdir, günah etməmişdir.
B). Yemək barəsində şübhələnmişdir və haram olması barəsində nişanələr əldə etmişdir; məsələn, müsəlman olmayan bir şəxsdən almışdır, belə bir halda onun vəzifəsi budur təhqiq etsin.
Bəs əgər araşdırmadan yeməyi yeyərsə və sonradan məlum ola ki, haram yemək olmuşdur, günah etmişdir.
C). Haram və halal olmasına heç bir əlamət yoxdur, belə bir halda onun haqqında heç bir təhqiqə ehtiyac yoxdur, əgər yedikdən sonra məlum ola ki, haram yemək olmuşdur, heç bir günaha düşməmişdir. Bəli, ət barəsində doğrudur ki, hökmü onun haram olmasına verib və şəri qanunlar əsasında kəsilmədiyini bildiririkbəs əgər təhqiq etmədən onu yeyərsə və sonradan məlum ola ki, haram ət olmuşdur, günah etmişdir.
2. Hökmü bilməyibdir, amma mövzudan xəbəri vardır; yəni bilmirdi donuz ətini yemək haramdır, amma bilir ki, yemək donuz ətindən hazırlanmışdır. O halda ki, bilirdi təhqiq etməlidir və onun həqiqətini bilməlidir. Amma bu işi görməmişdir.
Bunun üçün də günahkar və etdiyi iş də haramdır. Amma əgər bu yemək barəsində təhqiq etmək onun üçün mümkün deyildirsə və yaxud o hökmü öyrənmək üçün imkanı yoxdur, belə olduqda heç bir günahı yoxdur. Onun bu əməli qarşısında ona əzab olunmayacaqdır; İslam Peyğəmbərindən (s) rəvayət olunmuşdur. Hökmü ona şamil olmadığı üçün əzab ona şamil olmur. ("Biharul- ənvar", cild 5.)
Paklıq məsələsinə, yəni ələrinin, ağzının və qabların yuyulub təmiz olmasından başqa heç bir vəzifə onun öhdəsində yoxdur. Əlbəttə, bu haram yemək öz təsirini insan ruhu və cismində qoyacaqdır.
Əxlaq alimləri bu cür yeməklərin təsirlərinə işarə edərək deyirlər. Baxmayaraq ki, insan üçün bu iş qarşısında bir əzab nəzərdə tutulmamışdır, amma bir çox müvəffəqiyyətlər insandan alınır və bir çox mənfi təsirləri vardır ki, onlardan üz çevirmək olmaz. Bunun üçün də bir çox rəvayətlərdən təkid olunur ki, insan öz yeməklərinə diqqət etsin.
İslam Peyğəmbərini (s) dövründə südlə dolu bir qab o həzrət üçün gətirdilər, amma o həzrət südün halal olması barəsində məlumat əldə etməyənə kimi o süddən meyl etmədi və buyurdu: Məndən əvvəlki peyğəmbərlər göstəriş almışdılar ki, halal və təmiz yeməklərdən başqa heç bir şey meyl etməsinlər və bəyənilmiş işlərdən başqa heç bir iş görməsinlər. ("Əl-dürrül- mənsur", cild 6, səh 102; "Mizanul- hikmət", cild 3, səh 128.)
Əhli- beytdən (ə) bizə çatan rəvayətlərdə yeməklərin təsiri barəsində xüsusiylə də uşaqların bədənində olan təsiri barəsində xəbərdarlıq olunmuşdur. ("Biharul- ənvar", cild 100, səh 323; cild 101, səh 96.)
Bunun üçün də insan həmişə öz yeməyinə diqqət etməlidir ki, yeməyi halal olsun; çünki bu yemək və onun bəzi təsirləri onun mənəvi həyatında və Allahın razılığı yolunda təsir qoyaraq nöqsanlar yaradır. O cür ki, bir şəxsin əməl və əxlaqının keyfiyyəti, dünyadakı hadisələrdə təsir qoyur, aləmdə olan hadisələrdəinsanın əməl və əxlaqında təsir qoyur. (Cavadi Amuli, Abdulla, Məbadiye əxlaq dər Quran, səh 108.)

http://sual.nur-az.com/az/18/M%C9%99qal%C9%99/
Sual (4) : Salam. Namazda əllərin bağlanmasının caiz olmadığı haqqında əhli-sünnə kitablarında bir dəlil varmı? Varsa xahiş edirəm bir neçəsini qeyd edəsiniz.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim

Əhli-beytdən (ə) nəql olunan hədislərə əsasən, əli bağlı namaz qılmaq batildir. Əhli-sünnə məzhəbində isə bu vacib deyil, icazəli sayılır. Maliki məzhəbinin banisi olan Malik ibn Ənəs və maliki alimlərinin nəzəri digər əhli-sünnə məzhəblərinin nəzəri ilə müxalifdir. Onlar hətta vacibi namazlarda əli bağlı (təkəttof halında) namaz qılmağı müstəhəbb belə bilmirlər. 
Əhli-sünnə məzhəbləri alimləri əli bağlı namaz qılmağın keyfiyyətində nəzərləri ixtilaflıdır.
Əhli-sünnənin namazı əli bağlı qılmasına ən mühüm dəlil Buxarinin nəql etdiyi rəvayətdir ki, Əbi Hazem, Səhl ibn Səddən belə nəql edir: Camaat əmr edirdilər ki, namaz qılan şəxs namaz qılarkən sağ əlini sol dirsəyinin üzərinə qoysun. (Səhih Buxari kitabı, 1-ci cild, səh. 181, hədis-740. Kitabul-əzan, bab 87-vəzul yumna ələl-yusra). Bu rəvayətdə aydın bildirir ki, (الناس يؤمرون) yəni camaat əmr edirlər. Demir ki, Peyğəmbər (s) əmr etdi ki, sağ əli sol əlin üzərinə qoysun. Eləcə də məlum deyildir ki, kim bu əmri etmişdir.
Əhli-beytdən (ə) yetişən rəvayətlərə əsasən əlləri bağlayıb namaz qılmaq caiz deyil və əlibağlı namaz qılmağı qadağan etmişlər.
Zürarənin həzrət İmam Baqirdən (ə) nəql etdiyi “həsən” sənədli hədisdə belə deyilir: “لا تُكَفِّر فإنما يصنع ذلك المجوس” Həzrət İmam Baqir (ə) buyurdu: Təkfir (əlləri namaz qılarkən bir-birinin üstünə qoymaq) etmə, belə ki, təkfir etmək məcusun işidir. (Mənbə: Vəsailuş-Şiə, 7-ci cild, səh. 266, hədis 9297; Əl-Kafi, 3-cü cild, səh. 336, hədis 9)
Həmçinin, Muhəmməd ibn Muslim həzrət İmam Baqir (ə) belə nəql etmişdir: İmama (ə) dedim: Bir nəfər namaz qılarkən sağ əlini sol əlinin üstünə qoyur. Həzrət buyurdu: Bu təkfirdir, bunu etmə. (Vəsailuş-Şiə, 7-ci cild, səh. 265, hədis 9295; Ət-Təhzib 2-ci cild, səh. 84, hədis 310)
Əhli-beyt (ə) məktəbi alimləri hamılıqla namaz əsnasında əlləri bağlamağı haram və namazı batil edən səbəblərdən saymışlar. Çünki bu əməl bid`ətdir, eləcə də Allah taalanın əmrinə və Peyğəmbərin (s) namaz qılmaq tərzilə müxalifdir. Belə ki, Peyğəmbər (s)əlləri açıq surətdə namaz qılmışdır.
Peyğəmbərin (s) əlləri açıq surətdə namaz qılmasının dəlili, şiə mənbələrindən əlavə əhli-sünnənin bir çox mötəbər rəvayətləri də bu məsələ ilə bağlı nəql edilmişdir. Burada, əhli-sünnə mənbəlrində Peyğəmbərin (s) namazını təsvir edən rəvayətlərin ən mötəbərlərindən birinə işarə edirik:
Muhəmməd ibn Ömər və İbn Əta rəvayət etmişlər ki, Əbu Həmid (Humeyd) Saedi deyir: Mən həzrət Rəsulullahın (s) necə namaz qılmasına hamınızdan daha çox agaham. Ona dedilər: Həzrətin necə namaz qılmasını bəyan et. O dedi: Həzrət Rəsulullah (s) namaza durduğu zaman iki əllərini yuxarı, qulaqlarının bərabərində qaldırıb sonra təkbir deyərdi. Bütün bədən üzvləri hər biri öz yerində qərar tutduqdan sonra “Həmd” və surəni qiraət edərdi. Sonra təkbir deyib iki əlini qulaqları səviyyəsində yuxarı qaldırar və sonra ruku edib iki əlinin içini dizlərinə qoyar və sakit halda başını bir qədər yuxarı tutar və çox aşağı salmadan deyərdi: “Allah Onu mədh edən kəsin səsini eşitdi.” Sonra iki əlini yuxarı qulaqları həddinə qaldırıb: Allahu Əkbər deyər və torpağa əyilər (səcdə edər) və iki əlinin içini öz kənarında yerə qoyardı. Sonra başını qaldırıb sol ayağının üstünə oturardı. Səcdə etdiyi zaman ayaq barmaqlarını açar (yerə qoyar) səcdə edərdi. Sonra Allahu Əkbər deyər başını qaldırar və sol ayağı üstə oturardı, belə ki, bütün bədən üzvləri öz yerində sakin qərar tutardı. Sonra ikinci rükəti də həmçinin, bu tərzdə təkrar edərdi.
(Orada olanlar) Dedilər: Doğru dedin, Rəsulullah sallallahu əleyhi və alih elə bu cür namaz qılardı...
Bu hədisi əhli-sünnə alimləri öz mötəbər dini mənbələrində, o cümlədən, imam Malik özünün “Məvəttə`” kitabında və Əbu Davud da nəql etmişdir. Termizi bu hədisi belə həsən və səhih kimi qiymətləndirmişdir. Eləcə də Sunən ibn Macə, 1-ci cild, səh. 280; Sunən Əbi Davud, 1-ci cild, səh. 170, kitabus-səlat, bab istiftahus-səlat; Sunən Termizi, 1-ci cild, səh. 188, bab ma caə fi vəsfis-səlat; Musnəd Əhməd, 5-ci cild, səh. 424, Sunən Daremi, 1-ci cild, səh. 314, kitabus-səlat, bab sifəti səlatu Rəsulillah (s); Sunən Kubra Beyhəqi, 2-ci cild, səh. 72; Umdətul-qari, 6-cı cild, səh. 104; Səhih İbn Həbban, 5-ci cild, səh. 196-da bu hədisi nəql etmişlər.Həmçinin, Buxari özünün Səhih Buxari kitabında, 1-ci cild, səh. 201-də kitabus-səlat, bab sunnətil culusi fit-təşəhhud bu hədisi müxtəsər şəkildə nəqi etmişdir. Əhli-sünnənin böyük alimlərindən olan Şovkani deyib: Bu hədisi “Sihah sittə” (altı mötəbər və səhih kitablar) sahibləri-Nəsaidin başqa hamısı səhih kitablarda nəql etmişdilər və Termizi bu hədisi “səhih” qiymətləndirmişdi.
Qeyd edilən bu rəvayətdə göründüyü kimi ravinin qəsdi Rəsulullahın (s) namazını bütün cüziyyatı ilə kamil şəkildə bəyan etmək olmağına baxmayaraq, Rəsulullahın (s) əlləri bağlı namaz qılmasından heç bir kəlmə də nəql edilməmişdi. Əgər Peyğəmbər əkrəm (s) əlləri bağlı namaz qılsaydı bu hədisdə gərək nəql ediləydi. Ona görə ki, hədisdə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) namaz halında bütün hərəkətinin cüziyyatı və əllərinin vəziyyəti bəyan edilmişdi.
Deməli, məlum olur ki, həzrət Peyğəmbər (s) əlləri açıq şəkildə namaz qılmışdı.
Həzrət Peyğəmbərdən (s) nəql edilən bu səhih hədis sübuta yetişdikdən sonra əlavə edək ki, şiənin və əhli-sünnədən malikilərin əlləri açıq namaz qılmaları həzrət Peyğəmbərin (s) qıldığı namazla tam uyğundur. Doğrudur, əhli-sünnədən bəziləri belə iddia edirlər ki, əlləri bağlı namaz qılarkən Allah taalaya daha artıq ehtiramı və Onun müqabilində xüşunu göstərir (İddia sahiblərinin tutarlı dəlilləri olmadığından bu iddiaya sığınmışlar.)
Bu söz də əsassız və kökdən batildir. Daha doğrusu bir növ bidətdir. Çünki bu iddianın mənası həzrət Peyğəmbərin (s) daha böyük və çox xüşu ilə namaz qılmaq tərzindən xəbərsiz olmasıdır. Bu isə əziz Peyğəmbərimizə (s) iftira bağlamaqdır. Ona görə ki, əgər daha yaxşı və artıq dərəcədə xüşu ilə namaz qılmaq tərzi mövcud olsaydı, öz bəndələrinin məsləhətini hər bir kəsdən yaxşı bilən, Rəhim və Rəhman olan Allah taala onu Rəsulullaha (s) əmr edərdi. Əhli-beytdən (ə) nəql olunan hədislərə əsasən, əli bağlı namaz qılmaq batildir. Əhli-sünnə məzhəbində isə bu vacib deyil, icazəli sayılır. Maliki məzhəbinin banisi olan Malik ibn Ənəs və maliki alimlərinin nəzəri digər əhli-sünnə məzhəblərinin nəzəri ilə müxalifdir. Onlar hətta vacibi namazlarda əli bağlı (təkəttof halında) namaz qılmağı müstəhəbb belə bilmirlər. 
Əhli-beytdən (ə) olan rəvayətlərdə bu məsələnin ziddi istifadə olunur.
Əhli-sünnənin namazı əli bağlı qılmasına ən mühüm dəlil Buxarinin nəql etdiyi rəvayətdir ki, Əbi Hazem, Səhl ibn Səddən belə nəql edir: Camaat əmr edirdilər ki, namaz qılan şəxs namaz qılarkən sağ əlini sol dirsəyinin üzərinə qoysun. (Səhih Buxari kitabı, 1-ci cild, səh. 181, hədis-740. Kitabul-əzan, bab 87-vəzul yumna ələl-yusra). Bu rəvayətdə aydın bildirir ki,(الناس يؤمرون) yəni camaat əmr edirlər. Demir ki, Peyğəmbər (s) əmr etdi ki, sağ əli sol əlin üzərinə qoysun. Eləcə də məlum deyildir ki, kim bu əmri etmişdir.
Əhli-beyt əleyhimussəlamdan yetişən rəvayətlərə əsasən əlləri bağlayıb namaz qılmaq cayiz deyil və əlibağlı namaz qılmağı qadağan etmişlər.
Zürarənin həzrət İmam Baqir əleyhissəlamdan nəql etdiyi “həsən” sənədli hədisdə belə deyilir: İmam Baqir(ə) buyurdu: Təkfir (əlləri namaz qılarkən bir-birinin üstünə qoymaq) etmə, belə ki, təkfir etmək məcusun işidir. (Mənbə: Vəsailuş-Şiə, 7-ci cild, səh. 266, hədis 9297; Əl-Kafi, 3-cü cild, səh. 336, hədis 9) Həmçinin, Muhəmməd ibn Muslim həzrət İmam Baqir əleyhissəlamdan belə nəql etmişdir: İmam Baqirə(ə) dedim: Bir nəfər namaz qılarkən sağ əlini sol əlinin üstünə qoyur. Həzrət buyurdu: Bu təkfirdir, bunu etmə. (Vəsailuş-Şiə, 7-ci cild, səh. 265, hədis 9295; Ət-Təhzib 2-ci cild, səh. 84, hədis 310)
Əhli-beyt (ə) məktəbi alimləri hamılıqla namaz əsnasında əlləri bağlamağı haram və namazı batil edən səbəblərdən saymışlar. Çünki bu əməl bid`ətdir, eləcə də Allah taalanın əmrinə və Peyğəmbərin (s) namaz qılmaq tərzilə müxalifdir. Belə ki, Peyğəmbər Əkrəm (s) əlləri açıq surətdə namaz qılmışdır. Peyğəmbərin (s) əlləri açıq surətdə namaz qılmasının dəlili, şiə mənbələrindən əlavə əhli-sünnənin bir çox mötəbər rəvayətləri də bu məsələ ilə bağlı nəql edilmişdir. Burada, əhli-sünnə mənbəlrində Peyğəmbərin (s) namazını təsvir edən rəvayətlərin ən mötəbərlərindən birinə işarə edirik:
Muhəmməd ibn Ömər və İbn Əta rəvayət etmişlər ki, Əbu Həmid (Humeyd) Saedi deyir: Mən həzrət Rəsulullahın (s) necə namaz qılmasına hamınızdan daha çox agaham. Ona dedilər: Həzrətin necə namaz qılmasını bəyan et. O dedi: Həzrət Rəsulullah (s) namaza durduğu zaman iki əllərini yuxarı, qulaqlarının bərabərində qaldırıb sonra təkbir deyərdi. Bütün bədən üzvləri hər biri öz yerində qərar tutduqdan sonra “Həmd” və surəni qiraət edərdi. Sonra təkbir deyib iki əlini qulaqları səviyyəsində yuxarı qaldırar və sonra ruku edib iki əlinin içini dizlərinə qoyar və sakit halda başını bir qədər yuxarı tutar və çox aşağı salmadan deyərdi: “Allah Onu mədh edən kəsin səsini eşitdi.” Sonra iki əlini yuxarı qulaqları həddinə qaldırıb: Allahu Əkbər deyər və torpağa əyilər (səcdə edər) və iki əlinin içini öz kənarında yerə qoyardı. Sonra başını qaldırıb sol ayağının üstünə oturardı. Səcdə etdiyi zaman ayaq barmaqlarını açar (yerə qoyar) səcdə edərdi. Sonra Allahu Əkbər deyər başını qaldırar və sol ayağı üstə oturardı, belə ki, bütün bədən üzvləri öz yerində sakin qərar tutardı. Sonra ikinci rükəti də həmçinin, bu tərzdə təkrar edərdi.
(Orada olanlar) Dedilər: Doğru dedin, Rəsulullah sallallahu əleyhi və alih elə bu cür namaz qılardı...
Bu hədisi əhli-sünnə alimləri öz mötəbər dini mənbələrində, o cümlədən, imam Malik özünün “Məvəttə`” kitabında və Əbu Davud da nəql etmişdir. Termizi bu hədisi səhih və həsən qiymətləndirmişdir.
Eləcə də Sunən ibn Macə, 1-ci cild, səh. 280; Sunən Əbi Davud, 1-ci cild, səh. 170, kitabus-səlat, bab istiftahus-səlat; Sunən Termizi, 1-ci cild, səh. 188, bab ma caə fi vəsfis-səlat; Musnəd Əhməd, 5-ci cild, səh. 424, Sunən Daremi, 1-ci cild, səh. 314, kitabus-səlat, bab sifəti səlatu Rəsulillah (s); Sunən Kubra Beyhəqi, 2-ci cild, səh. 72; Umdətul-qari, 6-cı cild, səh. 104; Səhih İbn Həbban, 5-ci cild, səh. 196-da bu hədisi nəql etmişlər.Həmçinin, Buxari özünün Səhih Buxari kitabında, 1-ci cild, səh. 201-də (kitabus-səlat, bab sunnətil culusi fit-təşəhhud) bu hədisi müxtəsər şəkildə nəqi etmişdir.
Əhli-sünnənin böyük alimlərindən olan Şovkani deyib: Bu hədisi “Sihah sittə” (altı mötəbər və səhih kitablar) sahibləri-Nəsaidin başqa hamısı səhih kitablarda nəql etmişdilər və Termizi bu hədisi “səhih” qiymətləndirmişdi.
Qeyd edilən bu rəvayətdə göründüyü kimi ravinin qəsdi Rəsulullahın (s) namazını bütün cüziyyatı ilə kamil şəkildə bəyan etmək olmağına baxmayaraq, Rəsulullahın (s) əlləri bağlı namaz qılmasından heç bir kəlmə də nəql edilməmişdi. Əgər Peyğəmbər əkrəm (s) əlləri bağlı namaz qılsaydı bu hədisdə gərək nəql ediləydi. Ona görə ki, hədisdə həzrət Peyğəmbərin (s) namaz halında bütün hərəkətinin cüziyyatı və əllərinin vəziyyəti bəyan edilmişdi.
Deməli, məlum olur ki, həzrət Peyğəmbər (s) əlləri açıq şəkildə namaz qılmışdı.
Həzrət Peyğəmbərdən (s) nəql edilən bu səhih hədis sübuta yetişdikdən sonra əlavə edək ki, şiənin və əhli-sünnədən malikilərin əlləri açıq namaz qılmaları həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qıldığı namazla tam uyğundur.
Doğrudur, əhli-sünnədən bəziləri belə iddia edirlər ki, əlləri bağlı namaz qılarkən Allah taalaya daha artıq ehtiramı və Onun müqabilində xüşunu göstərir (İddia sahiblərinin tutarlı dəlilləri olmadığından bu iddiaya sığınmışlar.)
Bu söz də əsassız və kökdən batildir. Daha doğrusu bir növ bid`ətdir. Çünki bu iddianın mənası həzrət Peyğəmbərin (s) daha böyük və çox xüşu ilə namaz qılmaq tərzindən xəbərsiz olmasıdır. Bu isə əziz Peyğəmbərimizə (s) iftira bağlamaqdır. Ona görə ki, əgər daha yaxşı və artıq dərəcədə xüşu ilə namaz qılmaq tərzi mövcud olsaydı, öz bəndələrinin məsləhətini hər bir kəsdən yaxşı bilən, Rəhim və Rəhman olan Allah taala onu Rəsulullaha (s) əmr edərdi.
http://sual.nur-az.com/az/18/M%C9%99qal%C9%99/

Sual (5) : Ən böyük hicab
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İnsanın liqaullahına (Allahı qəlb gözü ilə görməsinə) mane olan ən mühüm hicab (maneə) nədir?
Şübhəsiz, özünü sevməkdən, özünü üstün bilməkdən və xudpəsəndlikdən böyük hicab yoxdur. Bəzi əxlaq alimlərinin ifadəsi ilə desək, "ənaniyyət" (“mən-mən” demək) Allah yolunun yolçuları üçün ən böyük maneədir. Liqaullaha nail olmaq yolu "ənaniyyət"i kökündən çıxarıb atmaqdır. Lakin bu iş o qədər də asan deyil. Çünki bir növ özündən ayrılmaqdır.
تو خود حجاب خودى،         حافظ از ميان برخيز!
“Sən özün öz hicabınsan, Hafiz, aradan qalx!”
Lakin bu iş müntəzəm məşqlər etmək, ruhi tərəqqiyə nail olmaq, Allahdan kömək diləmək və Allah övliyalarına təvəssül etmək sayəsində mümkündür. Bəli, bəli! Nə qədər ki, Allahdan qeyrisinə sevgi ot-alağı kökündən ürəkdən qoparılmayıb, Ona məhəbbət tingi inkişaf edib artmayacaqdır.
Allah övliyalarından birinin başına belə bir hadisə gəlir: Nəql edirlər ki, o, cavanlıq çağlarında qəhrəman pəhləvanlar sırasında imiş. Bir gün bu cavan pəhləvana sultanın qədim və şöhrətli pəhləvanı ilə güləşməyi təklif edirlər. Pəhləvanlar camaatın toplaşdığı güləş meydanında qurşaq tutmağa hazırlaşırlar. Sonradan qədim pəhləvanın anası cavan pəhləvanın yanına gəlib qulağına deyir: “Ey cavan! Belə görünür ki, sən bu meydanın qalibisən. Bir ömürdən sonra ləyaqətimizin alçalmasına və çörəyimizin kəsilməsinə bais olma!”
Cavan pəhləvanın daxilində "ənaniyyət" və şah-şöhrət qazanmaqla ad-sanı, şərəf və ləyaqəti ayaq altına qoymaq arasında ağır çəkişmə başlayır. Nəhayət o, öz qərarına gəlir: Müsabiqənin həlledici anında güzəştə gedir, rəqib onun kürəyini yerə vurur və camaatın gözündə xar olur.
İndi onun özündən eşidin: "Kürəyim yerə dəyən zaman qəflətən gördüm ki, hicablar gözümün önündən çəkildi, haqqın təcəlliləri qəlbimdə nur saçmağa başladı. Qəlb gözləri ilə nəyi görməliydimsə, görməyə başladım."
Bəli... Bu bütü sındırmaqla tovhidin əsərləri üzə çıxır.
http://sual.nur-az.com/az/18/M%C9%99qal%C9%99/

Sual (6) : Qiyamət günü xilas olmaq üçün İmam Əlinin (ə) tövsiyə nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İmam Əli (ə) "Nəhcul-bəlağə"nin 21-ci xütbəsində xalqın diqqətini məad və Allahın böyük ədalət məhkəməsinə yönəldir. Bu yolla onları xilafət dövründə daşıdıqları böyük məsuliyyətlər haqqında düşünməyə çağırır, hər hansı nifaq, ikiüzlülük, vəfasızlıq və ixtilafdan çəkindirərək buyurur:
فَإِنَّ الْغایَةَ أَمَامَکُمْ، وَ إِنَّ وَرَاءَکُمُ السّاعَةَ تَحْدُوکُمْ (1)
İşin sonluğu (qiyamət, axirət, cənnət və cəhənnəm) sizin gözləriniz önündədir. Ölüm amilləri hər an sizi irəli aparır.
"Təhdukum" (تَحْدُوکُمْ) sözü "hədv" kökündən götürülüb, "dəvələri avazla sürmək" deməkdir. Buradan belə başa düşmək olar ki, gecə, gündüz, ay və ilin keçməsi insanı həyatının sonuna yaxınlaşdırsa da dünyanın bərbəzəyinə və əyləncələrinə qarışdığı üçün onu qafil edir.
Həqiqətdə kəlamın əvvəlində deyilən bu qısa cümlədə həm böyük qiyamətdən, həm də kiçik qiyamətdən söhbət açılır. Bu iki məsələyə diqqət yetirmək dinləyicini sonrakı sözləri qəbul etməyə hazırlayır.
Həzrət daha sonra qısa, amma son dərəcə dolğun bir cümlə deyir:
تَخَفَّفُوا تَلْحَقُوا
“Yükünüzü yüngül edin ki, karvana çatasınız.”
Bir çox insanların bədbəxtçiliklərinin və məğlubiyyətlərinin ən əsas amili bu bir neçə qısa cümlədə toxunulan məsələdir. Yəni bu, sadə dünya güzəranında heç vaxt ehtiyac duyulmayan yüklərlə öz yükünü ağırlaşdırmaqdır.
Karvan yola düşəndə, ona daxil olan insanlar, hamı bir nəfər kimi hərəkət etməlidir. Çətin keçilən yerlərə çatanda isə yükü qiymətli olan şəxslər geridə qalırlar. Karvan uzun müddət bir və ya bir neçə nəfərə görə yolundan qala bilmədiyi üçün onları orada qoyub yoluna davam etməli olur. Belə adamlar quldurlar, yolkəsənlər və canavarlar üçün ləzzətli yemə çevrilir. Amma yükləri yüngül olan şəxslər karvanın önündə hərəkət edir, başqalarından daha tez mənzilə çatırlar.
İnsanlar bu dünya həyatlarında səfər yükü bağlamış və məqsədə (ölümdən sonrakı əbədi həyata) doğru səfər çıxıb irəliləyirlər. Öz yüklərini dünya nemətləri ilə ağırlaşdıran insanlar həyatın eniş-yoxuşlarında geri qalır və şeytanın ovuna çevrilir. Lakin zahid və pəhrizkar insanlar bütün eniş-yoxuşları asanlıqla geridə qoyur, əbədi səadətə qovuşurlar.
204-cü xütbədə – Həzrət Əlinin (əleyhis-salam) dəfələrlə səhabələrinə söylədiyi xütbədə də buyurur:
تَجَهَّزُوا ـ رَحِمَکُمُ اللهُ ـ فَقَدْ نُودِىَ فِیکُمْ بِالرَّحیلِ وَ أقِلُّوا العُرْجَةَ عَلَى الدُّنیا ... فَإِنَّ أَمامَکُمْ عَقَبَةً کَؤُوداً وَ مَنازِلَ مَخُوفَةً مَهُولَةً;
"Allah sizə rəhm etsin! Hərəkətə hazır olun. Sizin aranızda köç etmək nidası verilmişdir. Dünyada qalmağa rəğbətinizi azaldın ... ki, sərt və keçilməz yollar, qorxulu dayanacaqlar sizi gözləyir."
Həzrət, yuxarıdakı göstərişini bu cümlə ilə tamamlayıb:
فَإِنَّما یُنْتَظَرُ بِأَوَّلِکُمْ آخِرُکُمْ
"Keçmişdəkiləri gələcəkdəkilər üçün saxlamışlar."
Bu cümlədə demək istəyir ki, bəşəriyyət dünyasının məcmusu vahid karvan hökmündədir. Onlardan bir dəstəsi karvanın önündə hərəkət etmiş, bir dəstə ortada və bir dəstə də karvanın axırında hərəkət edirlər. Hamısı eyni yolu qət edir, böyük qiyamət günü bir-birinə qoşulurlar.
Nəhcul-bəlağənin şərhçilərindən bir neçəsi yuxarıdakı sitatın şərhi kimi Salman Farsidən bir əhvalat nəql edib. Əhvalatın xülasəsi belədir:
Salman Farsi Mədain şəhərinin hakimi seçiləndə öz dörd ayaqlı heyvanına minib təklikdə yola düşdü.  
Onun Mədainə gəlməyi xəbəri şəhərdə yayılan kimi müxtəlif təbəqələrdən olan insanlar onu qarşılamağa tələsdi. (2)
Xalq şəhərin darvazaları qarşısında gözləməkdə idi. Onlar heyvanına minib tək şəhərə gələn qoca bir kişini görəndə ondan:
– Ey qoca, yolda bizim əmirimizi görmədin? – deyə soruşdular.
Qoca:
– Əmiriniz kimdir? – deyə sual etdi.
Onlar:
– Bizim əmirimiz peyğəmbərin (s) dostu Salman Farsidir.
– Mən əmiri tanımıram. Amma Salman mənəm.
Hamı ona hörmət göstərərək miniklərindən düşdülər, miniklərini irəli gətirənlər ondan xahiş etdilər ki, onlardan birinin tərkinə minsin. O, dedi :
– Mənim öz heyvanım mənim üçün bunların hamısından yaxşıdır.
 Onlar yola düşdülər. Şəhərə daxil olarkən onlar dedilər:
– Hakimin sarayında qalmalısınız.
Salman:
– Mən sizə dedim axı, əmir deyiləm ki, sarayda yaşayım?!, – dedi. O, bazarda dükanlardan birini seçib sahibindən icazə aldı və oranı hökumət və qəzavət mərkəzi elan etdi.
 Onun yanında olan əşyaları, üstündə əyləşmək üçün palaz, dəstəmaz almaq üçün qab və yol getmək üçün əsadan ibarət idi.
 Salmanın orada hökumət etdiyi günlərdə böyük sel gəlib şəhərin bir hissəsini yuyub apardı. İnsanların fəryadı hər tərəfdən eşidilməyə başladı. Bir dəstə fəryad çəkərək deyirdi: "Uşaqlarımız nə oldu? Ailəmizin başına nələr gəldi? Əmlakımızın axırı nə oldu?" Salman palazını çiyninə atıb su qabını və əsasını götürüb bir təpənin üstünə çıxdı və dedi:
هکَذا یَنْجُو الْمُخَفَّفُونَ یَوْمَ الْقیامَةِ
"Yükləri yüngül olanlar beləcə qiyamət günü xilas olarlar." (3)
Şübhəsiz ki, Salman – Əhzab müharibəsində İslam ordusunu xilas etmək üçün xüsusi plan təklif edən bu insan- həmin şəraitdə insanların vəziyyətinə biganə qalan bir insan deyildi. Onun bu işi görməkdə məqsədi sasanilərin böyük paytaxtı olan Mədain şəhərində o dövürdə iranlılarının dünya malına meyllilik ruhiyyələri ilə mübarizə aparmaq, dünyanın bərbəzəyi içində qərq olan, israf içində yaşayanlara xəbərdarlıq etmək və belə həyatın acı nəticəsini onlara göstərmək idi. Bu, mövla Əlinin (əleyhis-salam) yuxarıdakı xütbədəki iki sözdən ibarət lakin dünya dolu mənası olan qısa kəlamında dediklərinin özüdür:
تَخَفَّفُوا تَلْحَقُوا
"Yükünüzü yüngül edin ki, mənzilə çatasınız." (4)


1. "Təhdukum" (تَحْدُوکُمْ) sözü "hədv" və yaxud "hədy" kökündən götürülmüşdür, "dəvələri sarbanların oxuduğu xüsusi avazla sürmək" deməkdir. Daha sonra daha geniş mənanı – sürmək və yönəltmək mənalarını ifadə edir. 
2. Diqqət etmək lazımdır ki, Mədain şəhərinin hakimi olmaq İranın hamısına və yaxud böyük hissəsinə hakimlik etmək demək idi. Salman Farsinin də bu vəzifəyə seçilməsi olduqca münasib və layiqli bir seçim idi. Bu da, iranlıların həqiqi İslamı qəbul etməsinə kömək edirdi. 
3. "Minhacul-bəraə", cild 3, səh 304. 
4. "Peyami İmam", cild 2, səh. 17. Müəllif: Ayətullah M. Şirazi
http://sual.nur-az.com/az/18/M%C9%99qal%C9%99/
Sual (7) : Quran hadisdirmi?
Ad: Nur Mədəniyyət Mərkəzi, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təfsir alimlərinin bir qrupu aşağıdakı ayədəki "muhdəs" sözü haqqında geniş bəhs açmışlar:
ما یَأْتِیهِمْ مِنْ ذِکْر مِنْ رَبِّهِمْ مُحْدَث إِلاَّ اسْتَمَعُوهُ وَ هُمْ یَلْعَبُونَ
"Rəblərindən onlara nə yeni öyüd-nəsihət (zikr) gəlirsə, ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar." ("Ənbiya" surəsi, ayə 2.)
Təfsirçilər "muhdəs" sözü barədə Allah kəlamının hadis və ya qədim olması haqqında bəhs açmışlar. Həmin məsələ Abbasi xəlifələrinin dövründə uzun illər kəskin mübahisələrə səbəb olmuş, illərlə alimlərinin düşüncəsini özünə cəlb etmişdi. Amma bu gün aydın şəkildə həmin mövzunun daha çox siyasi xarakter daşıdıgı məlumdur. Bu yolla alimləri məşğul edib onları hökumət, insanların həyat tərzi və İslamın əsas həqiqətləri ilə əlaqədar köklü məsələlərdən yayındırırdılar. Bu gün bizə tamamilə aydındır ki, Allah kəlamı dedikdə əgər onun məzmunu nəzərdə tutulursa, o, qədimdir. Yəni, həmişə Allahın elmində olmuş və pərvərdigarın geniş elmi həmişə onu əhatə etmişdir. Əgər məqsəd Peyğəmbərə (s) nazil olmuş bu sözlər, bu cümlələr və bu vəhydirsə, şübhəsiz, hadisdir (sonradan yaradılan və məxluqdur). Hansı aqil insan deyə bilər ki, söz və kəlmələr əzəlidir? Yaxud, Peyğəmbərə (s) vəhyin nazil olması əvvəlcədən risalətin fərmanı olmamışdır?
Buna görə də, bəhsin harasından başlasaq, məsələ aydındır. Başqa sözlə, Quranın söz və mənaları var. Sözləri şübhəsiz ki, hadisdir. Mənası isə həqiqətən qədimdir. Beləliklə, mübahisəyə ehtiyac yoxdur.
Görəsən, bu bəhs hansı elmi, siyası, ictimai, əxlaqi problemləri həll edir? Nə üçün bəzi qədim alimlər hökmdarların kələkbaz hiylələrinə aldanmışlar? Tarixə nəzər salsaq, Əhli-beyt imamlarının (ə) bu haqda aydın izahlar verməklə yanaşı, təcrübi olaraq bu bəhslərdən insanları çəkindirdiyini başa düşə bilərik. ("Nümunə təfsiri", cild 13 , səh. 391.)

http://sual.nur-az.com/az/18/M%C9%99qal%C9%99/
Sual (8) : İlahi kitabı qoruyanlar kimlərdir?
Ad: Nur Mədəniyyət Mərkəzi, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Allah-taala "Fatir" surəsinin 32-ci ayəsində əzəmətli səmavi kitab olan Quranın daşıyıcılarına ‒ Quran Peyğəmbərin (s) pak qəlbinə nazil olandan sonra bu yanar məşəlin həm o zamanda, həm də sonrakı əsrlərdə qoruyub keşiyini çəkən insanlara – işarə edərək buyurur:
ثُمَّ أَوْرَثْنَا الْکِتابَ الَّذِینَ اصْطَفَیْنا مِنْ عِبادِنا
"Sonra Biz bu kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq."
Qurani-Kərimin bu və digər ayələrində "irs" sözü mirasın zəhmətsiz və heç bir təlaş göstərmədən ələ gəldiyinə görə işlənmişdir. Allah-taala bu dəyərli kitabı beləcə müsəlmanların ixtiyarına vermişdir. Bu barədə Əhli-beytdən (ə) müxtəlif hədislər nəql olunur. Onların hamısında "Allahın seçilmiş bəndələri"nin məsum imamlar (ə) olduğu bildirilir. Quranda deyildiyi kimi, uca Allah İslam ümmətinə böyük nemətlər bəxş etmişdir və onların ən əhəmiyyətlisi bu böyük ilahi miras, yəni Qurandır. Müsəlman ümmətini bütün ümmətlərin arasında seçmiş və Quranı onlara bəxş etmişdir. Əlbəttə, onları öz xüsusi lütfünə layiq gördüyü qədər öhdələrinə də ağır məsuliyyət qoymuşdur. Onlar yalnız "sabiqinə bil-xəyrat" ("Fatir" surəsi, ayə 32. ) – “Yaxşılıqları yerinə yetirməkdə bütün ümmətlərdən öndə olanlar – sırasına daxil olmaq şərti ilə bu misilsiz irsin keşiyində durmaq hüququ qazana bilərlər. Yəni, xeyirxahlıq etməkdə bütün ümmətlərdən önə keçsinlər, elm və bilik öyrənməkdə, təqvada, ibadət və insanlara xidmətdə, cihad və çalışqanlıqda, nəzmdə, fədakarlıqda hamıdan öndə olsunlar. Əks təqdirdə, bu vəzifəni lazımınca yerinə yetirməmişlər. Qeyd edilməlidir ki, "sabiqinə bil-xəyrat" ifadəsinin geniş mənası vardır və o, həyatın bütün müsbət yönlərində və xeyirxah əməllərdə öndə olmağa şamil olur. Bəli, belə bir mirasın keşikçiləri yalnız bu cür insanlar ola bilərlər. Hətta bu böyük səmavi hədiyyəyə arxa çevirib ehtiramını saxlamayanlar "zalimun linəfsihi" ifadəsinin nümunəsinə çevrilərək özlərinə zülm edirlər, (Ayənin davamında deyilir: "Onlardan bəzisi (ümmətin günahkarları) özünə zülm edər, bəzisi mötədil, bəzisi isə Allahın izni ilə bütün xeyirlərdə irəli keçənlərdir. (Bəli,) bu, böyük lütfdür." ) çünki kitabın mətləbləri onların xilası, xoşbəxtlik və qələbəsindən başqa bir şey deyil. Şəfaverici bir resepti kənara tullayan bir insan öz xəstəliyi və ağrılarının davamına yardım edir. Zülmət bir küçədən keçən bir şəxs əlindəki çırağı sındırarsa, özünü çaşqınlığa və uçuruma sürükləyər. Həqiqətən, Allah-taalanın heç kəsə ehtiyacı yoxdur. Bununla belə, həmin günahkar insanlar bu həqiqəti unutmamalıdırlar ki, onlar da yuxarıdakı ayədə deyilənlərə görə "Allahın seçilmişləri"nin zümrəsinə daxil olmuşlar. Onlar da "zülm" mərhələsini geridə qoyub mötədil mərhələyə qədəm qoyub sonda "sabiqinə bil-xəyrat" məqamına nail ola bilərdilər. Belə ki, bu məqama çatanlar fitri və mənəvi baxımdan haqqın seçilmişləridirlər. ("Nümunə təfsiri", cild 18, səh. 284. )

http://sual.nur-az.com/az/18/M%C9%99qal%C9%99
Sual (9) : Quran oxunarkən ona qulaq asmaq lazımdır,yoxsa onunla tilavət etmək?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu sualın cavabını "Əraf" surəsinin 204-cü ayəsində tapmaq olar. Ayənin nazil olma səbəbində İbn Abbas və başqaları demişlər: "Müsəlmanlar ilk günlərdə namazda bəzən söhbət edirdilər. Bəzən elə olurdu ki, məscidə daxil olan şəxs namaza başlaması üçün başqalarından neçə rükət qıldıqlarını soruşardı. Onlarda cavabında neçə rəkət qıldıqlarını deyərdilər. Belə olduqda yuxarıdakı ayə nazil oldu, onları bu işdən çəkindirdi. Nəql olunduğuna görə Zöhri bu barədə demişdir: "Peyğəmbər (səlləllahu əleyhi və alih) Quran tilavət edərkən ənsardan olan bir gənc də onunla birgə ucadan Quran oxuyardı. Ayə nazil oldu, onu bu işdən çəkindirdi."
Hər halda Quran yuxarıdakı ayədə belə əmr edir:
وَ إِذا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَ أَنْصِتُوا لَعَلَّکُمْ تُرْحَمُونَ
Quran oxunan zaman ona qulaq asın və susun ki, bəlkə bağışlanasınız.
"Ənsitu" feli "İnsat" kökündən götürülmüş, sükutla qulaq asmaq mənasındadır. etməkdir. Ayədəki sükut və dinləmənin hansı zamana – bütün hallarda Quran oxunan, yaxud yalnız namaz vaxtı imam camaatın qiraəti və yaxud da cümə namazının xütbəsində İmamın Quran tilavət etdiyi zamana - aid olduğu barədə təfsir alimləri arasında fikir ayrılığı vardır. Mövzu ilə bağlı təfsir və hədis kitablarında müxtəlif hədislər nəql olunmuşdur. Ayənin zahiri mənasından hökmün ümumiliyini, xüsusi zamana aid olmadığını başa düşülür. ki, Ancaq İslam öndərlərindən nəql olunan bir çox hədislərdən əlavə alimlərin yekdil rəyinə görə də bütün hallarda Quranı dinləmə və sükut vacib deyildir. Bu da sözü gedən hökmün (vacib olma) ümumi və müstəhəb hökm olduğuna dəlalət edir. Yəni, hər yerdə və hər bir halda Quran tilavəti zamanı başqalarının Qurana hörmət əlaməti olaraq sükut edib onu dinləmələri, Allah kəlamını eşitmələri, və ondan ilham almaları müstəhəb və bəyənilən bir işdir. Çünki Quran yalnız qiraət kitabı deyil, əksinə dərk və əməl kitabıdır. Bu müstəhəb işə o qədər təkid olunmuşdur ki, bəzi hədislərdə bu əməlin vacibliyi qeyd olunmuşdur. Hədislərin birində İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur:
یَجِبُ الاِنْصاتُ لِلْقُرْآنِ فِى الصَّلوةِ وَ فِى غَیْرِها وَ اِذْا قُرِءَ عِنْدَکَ الْقُرْآنُ وَجَبَ عَلَیْکَ الاِنْصاتُ وَ الاِسْتِماعُ
Namaz əsnasında və ya digər hallarda Quranı eşidərkən sakit olub dinləmək vacibdir. Sənin yanında Quran oxunarkən sakit olmaq və qulaq asmaq vacibdir.
Bəzi hədislərdə isə belə deyilir:
İmam camaat Quran oxuyarkən başqası Qurandan başqa bir ayə tilavət edərsə, ayə bitənədək imamın sükut etməsi və sonra qiraətini tamamlaması müstəhəbdir. Belə ki, İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur:
Əli (əleyhis-salam) sübh namazı qılırdı. İbn Kəvva (münafiq və ikiüzlü şəxs) İmamın (əleyhis-salam) arxasında namaz qılmağa məşğul idi. O, namaz əsnasında qəfildən bu ayəni tilavət etdi:
وَ لَقَدْ أُوحِىَ اِلَیْکَ وَ اِلَى الَّذِیْنَ مِنْ قَبْلِکَ لَئِنْ أَشْرَکْتَ لَیَحْبَطَنَّ عَمَلُکَ وَ لَتَکُونَنَّ مِنَ الْخاسِرِیْنَ
Həqiqətən sənə və səndən əvvəlki (peyğəmbər)lərə vəhy edilib ki, əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.
Çox güman ki, ayəni oxumaqda hədəfi Siffeyn meydanında həkəmiyyəti qəbul etdiyinə görə Əliyə (əleyhis-salam) kinayəli etiraz etmək idi. Amma bununla belə İmam (əleyhis-salam) Quranın ehtiramına görə o, ayəni tamamlayana qədər susdu. Sonra İmam (əleyhis-salam) namazın qiraətinə davam etdi. İbn Kəvva ayəni ikinci dəfə təkrarladı. İmam (əleyhis-salam) yenə də sükut etdi. İbn Kəvva üçüncü dəfə ayəni təkrar etdi. Həzrət Əli də (əleyhis-salam) bu dəfə də Quranın ehtiramına susdu. Sonra həzrət bu ayəni oxudu:
فَاْصِبْر اِنَّ وَعْدَ اللّهِ حَقٌّ وَ لایَسْتَخِفَنَّکَ الَّذِیْنَ لایُؤْمِنُونَ
İndi ki, belədir səbr et! Şübhəsiz, Allahın vədi haqdır və imanları olmayanlar, səni qəzəbləndirməsinlər (və yolundan çıxarmasınlar.)
Ayədə göstərilir ki, münafiq və imansız insanları Allah tərəfindən ağır cəza gözləyir, onların müqabilində dözmək və səbirli olmaq lazımdır. Sonda İmam (əleyhis-salam) surəni tamamladı və rükuya getdi.
Mövzu konteksindən Quran ayələrini eşidərkən sükutla dinləməyin çox layiqli və bəyənilmiş iş olduğu məlum olur. Lakin ümumi baxışda bu iş vacib deyil. İcmadan və hədislərdən əlavə çox güman ki, "bəlkə sizə rəhm olunsun" cümləsi də bu hökmün müstəhəbliyinə işarədir. Bu ilahi hökmün vacib olduğu yer camaat namazındadır. Məmum İmamın qiraətini eşidərkən sükut edib qulaq asmalıdır. Hətta bir qrup fiqh alimləri bu ayəni məmuma "Həmd" və surəni oxumağın lüzumsuzluğuna sübut göstərmişlər. Bu hökmə dəlalət edən hədislərdən biri də İmam Baqirdən (əleyhis-salam) nəql olunan hədisdir: İmam (əleyhis-salam) buyurdu:
وَ اِذا قُرِءَ الْقُرْآنُ فِى الْفَرِیْضَةِ خَلْفَ الاِمامِ فَاسْتَمِعُوا لَهُ وَ أَنْصِتُوا لَعَلَّکُمْ تُرْحَمُونَ
"Vacib namazda, imamın arxasında (ona iqtida etdiyiniz halda) Quran oxunarsa, qulaq asın və sükut edin, bəlkə sizə rəhm olunsun."  
"Ləəllə" (bəlkə) sözü belə yerlərdə işlənərkən məqsəd Allahın rəhmətini qazanmaq üçün yalnız Quran tilavəti qarşısında sükut və qulaq asmaq deyil. Bəlkə, digər şərtlər, o cümlədən ona əməl etmək də lazımdır.
"Təfsiri-nunine", c 7, səh.92.
Sual (10) : Əgər bir kəs bilmədən haram əti yeyərsə, bunun günahı nədir?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Amuli

Bismillahir-rəhmanır-rəhim

Əgər bir şəxs hansısa ət və yaxud hansısa qida məhsulunun haram olmasını bilsə, yəni yeməyi tanımaqla birlikdə hökmünü də bilir və belə bir halda onu yesə, onda haram və günah iş görmüşdür.
Onun bu işi Allahın göstərişlərindən boyun qaçırmaq deməkdir və onun əzabını çəkməyə layiqdir. Təbiidir ki, bu günahlar onun həyatında təsir qoyacaqdır.
İmam Sadiq (ə) günahın dünyada mənfi təsiri barəsində buyurur: "Günahın təsiri budur ki, insanı ibadətdən məhrum edir".
Bəzi vaxtlar insan bir gün günaha düşür və onun təsirindən gecəni oyaq qalıb gecə namazı qılmaqdan məhrum olur. (Cavadi Amuli, Abdullah,"Mərahile əxlaq dər Quran", səh. 153.) Yalnız o halda ki, tövbə edib öz keçmişini düzəltsin. ("Maidə" surəsi, ayə 39.)
Lakin, bilməmək üzündən bu cür yeməyi yeyərsə, iki haldan kənar deyildir:
1.
Mövzudan xəbəri olmamışdır, amma onun hökmünü bilmişdir; yəni misal üçün bilir ki, donuz ətini yemək haramdır; amma onun donuz ətindən hazırlanmasını bilmir. Amma yeməkdən sonra onun donuz ətindən hazırlanmasını başa düşür. Burada üç hal vardır:
A). Haram olmasına ehtimal verməmiş və şübhəsi olmamışdır, üstəlik, halal nişanələrini hiss etmişdir. Məsələn müsəlmandan almışdır, bu zaman əgər sonradan bilsə ki, haram yeməyi yemişdir, günah etməmişdir.
B).Yemək barəsində şübhələnmişdir və haram olması barəsində nişanələr əldə etmişdir; məsələn müsəlman olmayan bir şəxsdən almışdır, belə bir halda onun vəzifəsi araşdırma aparmaqdır.
Deməli, araşdırma aparmadan yeməyi yeyərsə və sonradan məlum olsa ki, yediyi haram yemək olmuşdur, günah etmişdir.
C). Haram və halal olmasına heç bir əlamət yoxdur, belə bir halda onun haqqında heç bir araşdırmaya ehtiyac yoxdur, əgər yedikdən sonra məlum ola ki, haram yemək olmuşdur, heç bir günaha düşməmişdir. Bəli ət barəsində doğrudur ki, hökmü onun haram olmasına verib və şəri qanunlar əsasında kəsilmədiyini bildiririkbəs əgər təhqiq etmədən onu yeyərsə və sonradan məlum ola ki, haram ət olmuşdur, günah etmişdir.
2. Hökmü bilməyibdir, amma mövzudan xəbəri vardır; yəni bilmirdi ki, donuz ətini yemək haramdır, amma bilirdi ki, yemək donuz ətindən hazırlanmışdır. Vəzifəsi araşdırma olduğu halda araşdırma aparmamışdır.
Bunun üçün də günahkardır və etdiyi iş də haramdır.
Amma əgər bu yemək barəsində təhqiq etmək onun üçün mümkün deyildirsə və yaxud o hökmü öyrənmək üçün imkanı yoxdursa, belə olduqda heç bir günahı yoxdur. Onun bu əməli qarşısında ona əzab olunmayacaqdır; İslam Peyğəmbərindən (s) rəvayət olunmuşdur. Hökmü ona şamil olmadığı üçün əzab ona şamil olmur. ("Bihar əl-ənvar", cild 5.)
Əllərinin, ağzının və qabların yuyulub təmiz olmasından başqa heç bir vəzifə onun öhdəsində yoxdur. Əlbəttə bu haram yemək öz təsirini insan ruhu və cismində qoyacaqdır.
Əxlaq alimləri bu cür yeməklərin təsirlərinə işarə edərək deyirlər ki,insan üçün bu iş qarşısında bir əzab nəzərdə tutulmamasına baxmayaraq , bir çox müvəffəqiyyətlər insandan alınır və bir çox mənfi təsirləri vardır ki. Bunun üçün də bir çox rəvayətlərdə təkid olunur ki, insan öz yeməklərinə diqqət etsin.
İslam Peyğəmbərinin (s) dövründə südlə dolu bir qab o həzrət üçün gətirdilər, amma o həzrət südün halal olması barəsində məlumat əldə etməyənə kimi, o süddən meyl etmədi, və buyurdu: "Məndən əvvəlki peyğəmbərlər göstəriş almışdılar ki, halal və təmiz yeməklərdən başqa heç bir qida meyl etməsinlər və bəyənilmiş işlərdən başqa heç bir iş etməsinlər. ("Əl- dürrül- mənsur", cild 6, səh. 102; "Mizanul- hikmət", cild 3, səh. 128.)
Əhli-beytdən (ə) bizə çatan rəvayətlərdə yeməklərin təsiri barəsində xüsusilə də uşaqların bədənində olan təsiri haqqında xəbərdarlıq olunmuşdur. ("Bihar əl-ənvar", cild 100, səh. 323.)
Bunun üçün də insan həmişə öz yeməyinə diqqət etməlidir ki, yeməyi halal olsun; çünki bu yemək və onun bəzi təsirləri insanın mənəvi həyatında və Allahın razılığı yolunda təsir qoyaraq nöqsanlar yaradır. Bir şəxsin əməl və əxlaqının keyfiyyəti, dünyadakı hadisələrdə təsir qoydyğu kimi aləmdə olan hadisələr də insanın əməl və əxlaqında təsir qoyur. (Cavadi Amuli, Abdullah, "Məbadiye əxlaq dər Quran", səh 108.)

http://sual.nur-az.com/az/

Go to TOP