Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allahdan başqa heç bir məbud yoxdur, və ya Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allahın vücudu dedikdə Allahın zatı və varlığı nəzərdə tutulur. Allahın varlığı vücudundan ayrı deyil yəni əzəli və əbədidir, insanın varlığı zatından ayrıdır yəni bir zaman yox idi sonra vücuda gəldi.Əleykumus-salam.
Tövhid – ərəb dilində “vahidlik, yеganəlik” mənasını ifadə еdən “vəhdət” sözündəndir. Mənası Allahı vahid, yəni bənzərsiz və şəriksiz olaraq qəbul еtmək və Ona iman bəsləməkdir.
Tövhidin ziddi şirkdir (yəni Allaha şərik qoşmaqdır).
Bəli, qədim şiə alimi Şeyx Səduqun Ət-tovid adlı kitabı var.
İslamın zəruriyatın o cümlədən namaz və orucun vacibliyini, cənnət və cəhənnəmi inkar edən şəxs mürtəd hesab olunur və dindən çıxır.
Allaha şərik qoşana müşrik deyilir. Şirk odur ki, Allahdan başqası ilahiləşdirilsin. Məsələn, bir bəndəyə imanına görə təzim yox, onu
Allah bilərək edilən təzim şirkdir.
Qurani-kərim baxımdan Allahla bir şeyi eyni tutmağa, ona şərik qoşmağa şirk deyilir. Şirkin müxtəlif növləri var: Allahın zatında şirk etmək, ulihiyyətində şirk etmək, rububiyyətində şirk etmək, ibadətdə şirk etmək və s.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Fəlsəfə və irfan elmlərində vəhdəti-vücud deyə bir termin var. Vəhdəti-vücudu müxtəlif mənalara yozurlar, bir mənasıda qeyd etdiyiniz mənadır. Vəhdəti-vücud yəni aləmdə vücud birdir və hər nə varsa onun cilvəsi, gölgəsidir. Əlbəttə alimlər vəhdəti-vücudu bəzi mənada batil hesab edirlər.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Allahı Kim Yaradıb?
Sual: Bu sual təəccüblü də görünə bilər. Məşhur ingilis filosofu Bertran Rassel (1872-1970) yazır: “Gənclik dövründə Allaha inanırdım və ən güclü dəlilim bu idi ki, ətrafda müşahidə etdiklərimin hər birinin səbəbi var. Səbəblər zəncirini halqa-halqa tutaraq irəliləsək və ilkin halqaya çatsaq, bu halqanın Allah olduğunu görərik. Amma sonradan bu əqidəmdən daşındım. Düşündüm ki, hər bir vücudun səbəbi və yaradanı varsa, allahın da səbəbi və yaradanı olmalıdır.”
Bu iradın ən qısa və aydın cavabı nədir?
Cavab: Qeyd etməliyik ki, uyğun irad materialistlərin ən məşhur və ən ibtidai iradlarındandır. Onlar sual verirlər ki, hər şeyi Allah yaratmışdırsa, bəs Allahı kim yaratmışdır?
Bəs necə olmuşdur ki, cənab Rassel çox-çox sonralar bu iradı əsas götürmüşdür? Bir şey aydındır ki, uyğun sual çoxlarını düşündürür və bu suala konkret cavab verilməlidir.
Bir neçə mühüm məsələyə diqqət yetirdikdən sonra uyğun sualın cavabı aydınlaşır:
Materialistlər uyğun sualı allahpərəstlərə ünvanlayaraq yaxalarını kənara çəkirlər. Hansı ki, allahpərəstlər dönüb materialist olsalar da, uyğun sual gündəmdə qalır və ona cavab vermək lazım gəlir. Əqidəni dəyişməklə bu sualdan yaxa qurtarmaq mümkünsüzdür. Çünki materialistlər də səbəblər qanununu qəbul edirlər. Onlar da inanırlar ki, təbiətdə mövcud olan şeylərin səbəbləri vardır. Demək, uyğun sual materialistlərə də ünvanlana bilər. Soruşa bilərik ki, hər şey maddədən yaranmışdırsa, bəs maddə nədən yaranmışdır?
Səbəblər zəncirinin nəhayətsiz olmadığını nəzərə almaqla istər idealist, istərsə də materialist filosofların hər biri əbədi və əzəli bir vücudun varlığına inanmışlar. Sadəcə, materialistlər iddia edirlər ki, həmin əzəli vücud maddədir, allahpərəstlər isə həmin varlığın Allah olduğunu bildirirlər. Aydın olur ki, cənab Rassel Allaha etiqadından daşınsa da, hansısa əzəli bir varlığın mövcudluğunu qəbul etmişdir. Həmin əzəli varlığın isə səbəbi, yaradıcısı yoxdur! Nə üçün? Çünki əzəli varlıq həmişə olmuşdur və həmişə olan varlığın səbəbə ehtiyacı yoxdur. Yalnız sonradan yaranmış varlıqlar səbəbə ehtiyaclıdır. Bu nöqtələrə diqqətlə yanaşın.
Demək, əzəli və əbədi bir mövcudun varlığı hamı tərəfindən qəbul olunmuş və əqli dəlillərlə əsaslandırılmış bir həqiqətdir. Səbəblər zəncirinin sonsuzluğunun qeyri-mümkünlüyü filosofları əzəli bir varlığa, etiqada vadar etmişdir.
Məlum olur ki, ilahi filosoflarla materialist filosoflar arasındakı ixtilaf, cənab Rasselin düşündüyü kimi, “səbəblər səbəbinin” qəbul olunub-olunmaması deyil. Əslində həm idealistlər, həm də materialistlər səbəblər səbəbini, yəni ilkin səbəbi yekdil olaraq qəbul edirlər.
Bəs bu iki baxış arasındakı fərq nədir? Uyğun baxışlar arasındakı ən mühüm fərq odur ki, allahpərəstlər həmin ilkin səbəbi elm və iradə sahibi kimi tanıyır, onu “Allah” adlandırırlar. Materialistlər isə həmin səbəbi elm və iradəsiz bilir, onun “maddə”, “materiya” olduğuna inanırlar.
Bəs necə olmuşdur ki, hamının qəbul etdiyi ilkin səbəb məfhumu cənab Rasselə qaranlıq qalmışdır? Şübhəsiz ki, riyaziyyat və sosialogiya üzrə mütəxəssis olan Rassel dini və ilkin fəlsəfi məsələlərdən yetərincə məlumatlı olmamışdır. Uyğun incəlikləri duymaq üçün ilkin fəlsəfə, yəni varlıq və onun başlanğıcı mövzusu ilə tanışlıq zəruridir.
Deyilənlərdən məlum olur ki, ilahi filosofla Allahın varlığını sübut etmək üçün “səbəblər səbəbi” dəlilinə istinad etmirlər. Çünki bu dəlil vasitəsi ilə yalnız əzəli varlığın mövcudluğuna inanmaq olar. Əslində materialistlər də belə bir varlığı inkar etmirlər.
İlahi filosoflar üçün əsas məsələ ilkin səbəbi sübuta yetirdikdən sonra ilkin səbəbin elm və idrak sahibi olduğunu sübut etməkdir. İlkin səbəbin maddə kimi şüursuz yox, elm və qüdrət sahibi olduğunu sübuta yetirmək üçün ən asan yol varlıq aləmindəki nizamın, yaranış əsrarəngizliyinin, varlıq aləminə hakim olan dəqiq qanunların öyrənilməsidir.
Yuxarıda deyilənlər uyğun sualın cavablarından biridir.
Diqqət yetiriləsi digər bir məsələ budur ki, uyğun iradın əsasını hər bir mövcudun səbəb və yaradıcıya ehtiyaclı olması məsələsi təşkil edir. Hansı ki, bu qanun yalnız əzəli olmayan, yəni sonradan mövcud olmuş varlıqlara aid edilə bilər. Bu incəlikləri ötəri bir baxışla duymaq mümkünsüzdür.
Günəş sistemi, canlı aləm, heyvan və insan kimi varlıqlar sonradan yaranmışdır. Tarix sübut edir ki, bütün bu sadalananlar əzəli olmamışdır. Diqqət etsəniz, hər bir xilqətin öz yaranış tarixi var.
Təbii ki, hər bir mövcudun yaranması üçün xarakter səbəblər olmuşdur. Məsələn, Laplasın (1749-1827) fərziyyəsinə görə, yer kürəsinin günəşdən qopmasının hansısa səciyyəvi səbəbləri vardır. Həmin səbəblər tam aydın olmasa da, hər halda həqiqətdir.
İlk bitki, ilk heyvan, ilk insanın yaranışının da özünəməxsus amilləri olmuşdur. Alimlər bu səbəbləri tarix boyu araşdırmışlar. Əgər varlıq aləmindəki mövcudların yaranmasını səbəbsiz hesab etsək, belə bir sual yaranar ki, nə üçün hər hansı bir varlığın yaranışı xüsusi bir dövrə təsadüf etmişdir? Nə üçün bir qrup canlı milyon, digər bir qrup canlı isə 100 min il bundan öncə yaşamışdır? Hər hansı bir varlığın bütün dövrlərdə mövcud olmasına nə mane olur? Belə bir nəticə çıxarmaq olar ki, varlığın yaranması üçün xüsusi bir dövrün müəyyənləşməsi səbəblərin mövucdluğunun ən gözəl dəlilidir. Əgər bir varlıq milyon il öncə yaranmışdırsa, demək, bu yaranış üçün konkret səbəblər olmuşdur.
Amma əzəli və əbədi olan bir varlıq (bu varlığı “Allah” və ya “materiya” adlandırmağımızdan asılı olmayaraq) heç bir səbəbə ehtiyaclı deyil. Onun yaranış tarixi müəyyən edilmədiyindən heç bir yaradıcıya ehtiyac yoxdur.
Əzəli və əbədi olan bir varlığın mövcudluğu onun zatından, bir növ özündən qaynaqlanır. Belə bir varlıq özündən kənardakı yaradıcıdan ehtiyacsızdır.
Hər bir canlı, torpaq və səma, bütün günəş sistemi və sair mövcudlar əzəli və əbədi olmadığından yaradıcıya ehtiyaclıdır. Səbəblər səbəbinin, ilkin səbəbin varlığı isə onun öz zatından doğur.
Aydın bir misal
Filosoflar uyğun məsələnin aydınlaşdırılması üçün belə bir misal çəkirlər: otağımıza nəzər salıb, onun işıqlı olduğunu görürük. Özümüzdən soruşuruq ki, gördüyümüz işıq otağın özündəndirmi? Dərhal da özümüzə cavab veririk ki, xeyr, əgər işıq otağın özündən olsaydı, otaq heç vaxt qaranlıqlaşmazdı. O isə bəzən işıqlıdır, bəzən isə qaranlıq.
Tezliklə belə bir nəticəyə gəlirik ki, otaq onda şüalanan nur zərrələri vasitəsi ilə işıqlanır. Başqa bir sual yaranır: bəs bu nur zərrələri haradandır? Bir qədər düşündükdən sonra belə-bir cavab tapırıq ki, nur zərrələrinin işığı onun zatından doğur və həmin zərrələrdə nuraniyyət xüsusiyyəti var. Varlıq aləmində elə bir nur zərrəsi tapmaq olmaz ki, o, qaranlıq olmuş olsun və işığı başqasından alsın. Nur zərrəsi harada olursa olsun, işıqlıdır və işıq onun zatından doğur.
Nur zərrəsi məhv ola bilər, amma qaranlıq varlığa çevrilə bilməz. Bəs hər hansı fəzanın işıqlanma səbəbi nurdursa, nurun işıqlanma səbəbi nədir? Dərhal cavab verə bilərik ki, nurun işığı onun öz vücudundadır. Analoji olaraq “hər şeyi Allah yaratmışdırsa, bəs Allahı kim yaratmışdır” sualına belə cavab vermək olar: Onun varlığı zatından, özündən doğur.
"Dini Suallara Cavab" kitabından
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Аllаh-tәаlаnı “еnеrji” аdlаndırмаq hеç vәchlә düzgün sаyılа bilмәz. Bеlә bir yаnаşма nәticәsindә “Аllаh”lа “tәbiәt” мәfhuмlаrı sәhv sаlınа bilәr. Аllаh bütün cәhәtlәrdәn sоnsuz bir vücuddur. О hәr yеrdә vаr vә tәbii мövcudlаrın sifәtlәrinә маlik dеyil. İslам аliмlәri әqidә vә din kitаblаrındа dәfәlәrlә хаtırlаtмışlаr ki, Аllаhı hәr növ маddi хüsusiyyәtlәrdәn uzаq bilмәk üçün “cisiм” vә “маddә” qохusu gәlәn kәlмәlәrdәn çәkinмәk lаzıмdır. Bu bахıмdаn, Аllаhа мünаsibәtdә “еnеrji” kәlмәsinin dә işlәdilмәsi yаnlışdır. Оnа görә dә dемәliyik ki, Аllаh-tәаlа еnеrji dеyil, маddә vә еnеrjidәn üstündür, еlәcә dә, оnlаrın yаrаdıcısıdır.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
A: Allahın xaliq olmaqlığı bunu tələb edir ki, insanı yaratsın.
B: Yaradılış qanunu hikmət və məqsəq üzərində qurulmuşdur.
C: Kainatın və yaradılışın yaranmasından nəticə və məqsəd insandır; çünki hər bir şey onun üçün yaradılış və o bütün yaranmışların ən gözəldir. O cür ki, onun Allah bütün yaradanların ən gözəlidir.
D: İnsanın yaranmasından məqsəd, hər bir şey olsa nəticə ehtiyacsız olan Allaha yox insana qayıdır.
E: İnsanın əsl yaradılışından ən son məqsəd və nəticə, insanın həqiqi səadətə, kəmala və insaniyyətə yol tapmasıdır. Bütün bunlar o haqq olan Allahı tanımağa yol tapmaq və ona ibadət etməyə imkan yaradır.
Ətreaflı cavab
Bu məsələ sabit olmuşdur ki, Allahın hər bir sifət və adları istər Allahın zatına bağlı olsun, bu surətdə Allahı zatının özü olması deməkdir. Misal üçün bu cür sifətlər: elm, qüdrət, malik və halimiyyət kimi sifətləri. İstərsədə felə nisbət verilmiş olsun və buna yermində fel sifətləri deyilir: misal üçün, mürəbbi raziq, xaliq iradə və Allahın rəhməti kimiləri Allahın (sübuti) sabit sifətlərindəndir. Allah taala bunların vasitəsilə davamlı olaraq öz feyzini bəndələrinə çatdırır və bu xəlq etməyin özü bunu tələb edir ki, arası kəsilmədən xəlq etsin (Allah taala hər gün bu şən və işdədir.[1]
Burada diqqətə çarpan mətləb budur ki, bəs Allah taala həkimdir və həkim şəxs mənasız iş görməz. yaradılışın qanunu hədəf və məqsəd üzərində Allah taalanın o uca məqsədinə uyğun bərpa olmuşdur. Bunda heç bir ümidsizlik və peşimançılıq görünməmiş və bu dünyanın hər bir zərrəsi və onun nizamı dillərdə gəzir.
Yoxdur heç bir nöqtəsində adi çatışmamazlıq, mən bu cür söz- söhbətsiz bir məsələ görürəm.
Quran ayələrinin əsasında, yaradılışın xaliqi, bütün yaradılışları oyuncaq və üstündə yaratmışdır. Bu gözəl yaradılmışın ən kiçik hissəsini də qiymətli hədəf və məqsədə uyğun yaratmış və onlardan heç biri işsiz və mənasız deyil.
Bu dünyada heç bir şey işsiz deyil.
Onun əsl mənbəsi bizlərə aşkar deyil.
Bu nöqtəni də diqqətdən qaçırmaq lazım deyildir ki, dünyanın və kainatın tanınmasından son nəticə və məqsəd insan olmuşdur. Daha açıq desək, Allah taala dünyanı yaratdı ki Adəmi xəlq etsin; çünki o bütün yaradılmışların ən yaxşısıdır. O cür ki, onun rəbbi xaliqlərin ən yaxşısıdır. Hədis Qüdsidə buyurur: (Ey Adəm övladı hər şeyi sənin üçün yaratdım, səni isə özüm üçün)[2]
İndi isə bu mövzunu açıqlayaraq əsl bəhsə başlayıb deyirik: İnsanın yaradılmasından məqdəs və nəticə hər nə olarsa insanın özünə qayıdır. Allah taalaya heç bir xeyri yoxdur çünki o hər bir imkanlardan ehtiyacsızdır və beləliklə insana heç bir ehtiyacı yoxdur.
(Ey insanlar! Siz Allaha möhtacsınız, yalnız Allahdır ki, ehtiyacsız, ibadət və sitayişə layiqdir).[3]
(Musa, İsrail peyğəmbərinə dedi: Əgər siz və yer üzündəki bütün insanlar kafir olsa belə Allaha heç bir zərəri yoxdur; çünki o ehtiyacsız və bundan ucadır).[4]
İmam Əli (ə) məruf həmmam xütbəsində buyurur: (Allah taala varlığı yaratdığı zaman onların günah və itaətindən amanda olub və onlara ehtiyacsız idi; çünki günahların günahı ona heç bir ziyan verməz və ibadətlərini ona heç bir xeyri yoxdur.[5] (ibadətə əmr etmək və günah iş görməyin qadağan olmasının xeyri insanlar üçündür).
İnsanın yaranması haqda Quranda bir neçə ayə vardır ki, onlardan hər biri bunun bir növünə işarə edir. Misal üçün? (Mən cin və insan yaratdım ki, yalnız mənə sitayiş etsinlər)[6] başqa bir yerdə isə oxuyuruq: (Ölüm və həyatı yaratdı ki, sizi imtahan etsin, sizin hansı biriniz daha çox yaxşı əmələ sahib olacaq)[7] (Yəni imtahan və tərbiyə nəticəsində kamil insan olmaq).
Başqa bir yerdə isə gəlmişdir: (Amma insanlar hər an müxtəlifdirlər, və rəbbinin rəhm etməsi (rəhməti kamil olmaqları üçün) üçün onları yaratmışdır)[8].açıqlandığı kimi, bütün bu yazılmışlar bir nöqtədə sona çatır və o da insanın kamilləşib hidayət olmasıdır. Bundan məlum olur ki, insanın yaradılışının son nəticə və məqsədi, insanın yüksək dəyərə, səadətə, kamala və ən uca kəramətə yol tapmasıdır. Bütün bunlar Allahı tanımaq, bəndəlik və onun qarşısında ibadət etməklə həyata keçir, və bunun nəticəsindədir ki: Allaha bəndəlik etmək qiymətsiz bir gövhərdir ki, onun batini rububiyyətdir).[9] Buna yol tapan insan, biz insanların hamısının Allah yanında sultandır.
İmam Sadiq (ə)- dan bir rəvayətdə oxuyuruq:
İmam Hüseyn (ə) öz əshabının qarşısına gəlib buyurdu: (Allah taala insanları yaratmadı yalnız onu tanımaq üçün, ona ibadət və bəndəlik etdiklərində, başqalarına ibadət etməyə ehtiyacları yoxdur).[10]
[1] - Ər- rəhman surəsi, ayə 29 (کل یوم هو فی شأن)
[2] - Əlmənhəcul- qəba, cild 5, səh 516, Elmul yəqin , cild 1, səh 38,
"یابن آدم خلقت الاشیاء لأجلک و خلقتک لأجلی"
[3] - Fatir surəsi, ayə 15, ("یا ایها الناس انتم الفقراء الی الله و الله هو الغنی الحمید")
[4] - İbrahim surəsi, ayə 8, ("و قال موسی ان تکفروا انتم و من فی الارض جمیعاً فإن الله لغنی حمید")
[5] - Nəhcül- bəlağə, Feyz, səh 11, həmmam xütbəsi
"اما بعد ، فإن الله سبحانه و تعالی خلق الخلق حین خلقهم غنیاً عن طاعتهم ، آمناً من معصیتهم ،
لأنه لاتضره معصیة من عصاه ، و لاتنفعه طاعة من أطاعه"
[6] - Zariyat surəsi ayə 56 (و ما خلقت الجن و الانس الا لیعبدون)
[7] - Mülk surəsi, ayə 2 ("الذی خلق الموت و الحیاة لیبلوکم ایکم احسن عملاً")
[8] - Hud surəsi, ayə 118 və 119 ("و لایزالون مختلفین الا من رحم ربک ولذالک خلقهم")
[9] - Misbahul şəriə fi həqiqətul- ubudiyyə. ("العبودیة جوهرة کنهها الربوبیة")
[10] - İləluş- şəraye, Səduq, Əl- mizan nəql etdiyinə əsaslanaraq, cild 18, səh 423
("ان الله عزوجل ما خلق العباد الا لیعرفوه، فإذا عرفوه عبدوه، فإذا عبدوه استغنوا بعبادته عن عبادة من سواه")