Sual (1) : salam alaykume .bele bir anLaylw varml uxurlu insan uxursuz insan ? bezi insanlar var deyir men ne iw goruremse o iwde bir pirablem clxlr. deyir nese duzeltmey isdeyiremse dahada korlaylram .Allah razl olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu məna fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin olmasını isbat edir. Yəni bütün müvəffəqiyyətlər insanın çalışmağı ilə bərabər Allahın iradəsi ilə baş verir. Bu yerdə ictimaiyyətdə olan insanların istedadları böyük əhəmiyyət kəsb edir. Cəmiyyətdə olan fərqlərin sirri də elə bundadır. Uğurlu və uğursuz ən çox insanın özündən aslı olan bir şeydir. Əgər biz şəxs özünün uğursuz olduğunu tam qətiyyətlə qəbul etsə və bunu özünə təlqin etsə təbbi ki, bütün işlər onun təfəkkürünə uyğun surətdə baş verəcəkdir.

Allah sizə yar olsun.


Sual (2) : assalamu aleykum 1.kafir hakime beyet eden imamin arxasinda namaz qilinmasi sehihdi? 2.sehrbaz ve caduger kafirdirmi? 3.iman ve islamin shertleri hansilardir? 4.bir kes deyir ki,islamin da hokmlerin qabul edirem adet eneneleride.adet eneneleri halal sayir. yani dunyevi hokmleri Allahin hokmune beraber tutdu.bele insan derhal tekfir olunur yoxsa huccet iqamesinden sonra(fikrini deyishmezse)? 5.bir kes bilmeden boyuk shirk edirse onun cehli nezere alinir yoxsa derhal tekfir olunur? 6.tagut mehkemelerine muraciet etmeyin hokmu? xahis edirem suallara Quran Hedis ve alimlerin fetvalari ile cavablandirasiniz. cezakallahu xayran.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1) Sual şəri hökümə aid olduğu üçün şəriət bölməsinə müraciət edin. http://sual.nur-az.com/az/

2) Əgər cadu və sehrin haqq olmasına inansa kafirdir.

3) Kəlmeyi-şəhadət deyən şəxs müsəlman olur. İmamların vilayətini qəbul edən isə mömindir.

4) Adət-ənənə islamın hökmləri ilə müxalif olmasa halaldır. Əgər Allah, Quran və Peyğəmbərin inkarına gətirib çıxartmasa kafir olmur. 

5) Bilmədən edilən günah bagışlanır hətta şirk olsa belə.

6) Hədislərdə tağut qazilərinə müraciət etmək qadağan olub. Fiqhi hökmünü şəriət bölməsindən öyrənin.
Allah sizə yar olsun.

Sual (3) : salam aleykum.mənə iki sualın cavabını tapmaqda kömək edəcəyinizi düşünürəm.indidən təşəkkür edirəm.birincisini məndən soruşdular ancaq cavab verə bilmədim indi biz müharibə şəraitində yaşayırıq heç kəs sabah nəyin necə olacağını bilmir.əgər bir müsəlman qızı düşmənə əsir düşsə və zina təhlükəsi ilə üz üzə qalsa intihar etməsi caizdirmi yoxsa necə?ikincisi isə facebook da islama qarşı çox istifadə olunur və buna da cavab tapa bilmirəm məsələ insanlığın adəm və həvvadan yaranmasıdır belə olduqda bacının qardaşdan övladı olması. bu məsələdəki həqiqət nədir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1-Xeyr, heç bir şəraitdə intihara icazə verilmir.

2- «Nisa» surəsi bu ayə ilə başlayır: «Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun». 

İslam düşmənlərinin fəaliyyət istiqamətlərindən biri də, mübahisə doğura biləcək dini məsələri savadsız müsəlmanlar arasında qızışdırmaqdır. Yuxarıdakı ayə, dinini sevən insana kifayət qədər məlumat verir. Buna baxmayaraq, İslam alimləri ayə və hədislərə əsaslanaraq, şübhə doğracaq bütün məsələlərə aydınlıq gətirirlər. 

Bu sualınıza təfsir kitablarında və din alimlərinin nəzəriyyələrində  bir neçə variantda cavab verilib. Onlardan ən düz hesab olunanı budur ki,  peyğəmbərin evladları bacı və qadaş olmaqla 4 ekiz uşaq olub. Onlardan Habil, Qabilin əkiz bacısı ilə, Qabil isə Habilin əkiz bacısı ilə evlənib və buyolla adəmin nəsili artıb. Bacı ilə qardaşın evliliyi İslamda böyük günahlardan sayılsa da, o vaxt nəsilin artması üçün zəruri olub, bundan sonra isə məhrəmlərin evliliyi haram edilib

Bir qrup alimin fikrinə görə isə, Adəmin övladları Adəmdən əvvəlki insan nəslinin qalıqları ilə evlənmişlər. Rəvayətlərə görə, Adəm yer üzündə heç də ilk insan olmayıb. Elm də bu fikri təstiqləyir. Qədim insan məskənlərində aparılan tədiqatlar göstərir ki, yer üzündə həyat milyonlarla il bundan əvvəl başlamışdır. Hansı ki, Adəmin, yaranışından elə də böyük zaman keçməmişdir. Təbii ki, həmin nəsil Adəmin yaranış zamanında öz son günlərini yaşayırdı. Adəmin övladlarının həmin insanlarla evlənməsi tam məntiqə uyğundur.
Başqa nəzəriyyədə budur ki, Allah-təala insan sifətində hurilər göndərdi, Adəmin övladları onlarla evləndi və nəsilləri çoxaldı.

Allah sizə yar olsun.  

Sual (4) : Salamaleykum.Her hansi bir xeyir emel edib,mes,100 salavat deyib,onu yaxinlarim ya da ozum ucun Mesumlara emanet ede bilerem ki,Qiyametde savabini valdeynlerime versin ya da menim ozume qaytarsin? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsan hər bir xeyir əməli etdiyi zaman, hətta niyyət etdiyi vaxt savabı onun əməl dəftərinə yazılır və Qiyamət günü qarşısında zahir olacaq. Allah-taala Quranda buyurur:..Həqiqətən Allah yaxşı iş görənlərin mükafatını zay etməz. Əməllərin savabını insan valideynlərinə hədiyyə etdikdə azalmadan özünə də yazılır və valideynlərinə də gedib çatır. İslam qaynaqlarında əməlləri məsumlara əmanət etmək məsələsi ilə qarşılaşmamışıq.

Allah sizə yar olsun.

Sual (5) : salam aleykum.Cinlerin sunni ve shiesi varmi? Suleyman.e.Peygemberin cinleri zorla ozune tabe edib,ishletmesi(Peygember rehmete gedende cinler sevindi.)zulm deyildimi? chox sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Cinlərin də insanlar kimi dini vəzifələri vardır. İslam şəriəti cinlər üçün də nazil olub. Quranın bəzi ayələrində insanlara xitab olduğu kimi cinlərədə xitab olunub.  Cinlərin bəzisi islam dininə iman gətirib müsəlman olublar. Müsəlman cinlər insanlar kimi namaz qılır, oruc tutur, həcc və digər əməlləri yerinə yetirirlər. Bəzi sübutlara əsasən müsəlman cinlər yalnız haqq yolda və Əhli-beyt (ə) davamçılarıdır. Yəni insanların arasında olduğu kimi müsəlman cinlər müxtəlif firqələrə bölünmürlər.

Allah-taala Quranda buyurur: Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.)  (Zariyat-56).

Qurani-kərimdə Allah-taala dəfələrlə insanlarla birgə onlara da müraciət etmiş və onların da düz yola hidayət olunmalarını istəmişdir: يا مَعْشَرَ الْجِنِّ وَ الْإِنْسِ أَ لَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آياتي‏ وَ يُنْذِرُونَكُمْ لِقاءَ يَوْمِكُمْ هذا

 “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?”

Həqiqətdə Allah-taala Hz. Süleymana belə bir qüdrət vermişdi və cinləri ram etmişdi. Amma bu heç də zülm deyil, çünki cinlər o zaman yer üzündə fəsad edirdilər və insanlar üçün xətər və təhdid hesab olunurdular. Hz. Süleyman onların qarşısını aldı və qanun-qayda yaratdı.

Allahsizə yarolsun.

Sual (6) : Salam aleykum.bezileri deyir ki,"Adem.e. agacdan yemekle bizi musibete salib,cennete hesret qoyub...Indi neche il eziyyetle yashamaliyiq,sonra qebrde eziyyet,qiyametde eziyyet,sonra hara gedeceyik bilinmir." Bu ne derece duzdur? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əvvəldən insan həyatının qəti taleyi yer üzündə yaşamaq olub. Adəm (ə) nəhayət yer üzünə gəlməli idi. Cənnətdə müvəqqəti yaşaması bir növ yer üzündə yaşamağa hazırlıq və praktika keçmək olmuşdur. Bilmək lazımdır ki, Adəmin (ə) olduğu cənnət Quranda vədə verilmiş cənnət deyil. Əvvəla, vədəsi verilən behiştin nemətləri əbədidir. Quran ayələrinin çoxunda onun əbədi olmasına işarə edilir və ondan çıxmağın mümkün olmadığı vurğulanır. İkincisi, imansız və ruhən aludə varlıq olan İblisin o behiştə daxil olmasına yol yoxdur. Çünki ora nə şeytani vəsvəsələrin, nə də Allah qarşısında itaətsizliyin yeridir. Əhli-beyt (əleyhimus-salam)-dan nəql olunan hədislərdə bu mövzu aşkar şəkildə bəyan edilmişdir. Ravilərdən biri deyir ki, İmam Sadiq (əleyhis-salam)-dan Adəmin behişti barəsində soruşduqda həzrət buyurdu: “(O behişt) Dünya bağlarından olan bir bağ idi ki, günəş və ay onda saçırdı. Əgər əbədi behişt olsaydı, Adəm heç vaxt oradan qovulmamalı idi. Bəs, heç də belə deyil ki, Adəmin (ə) qadağan olmuş ağacdan yeməsi insan nəslinin acınacaqlı həyatına və cənnətdən çıxmasına səbəb olsun. Onun etdiyi xəta yalnız cənnətdən çıxmasını tezləşdirdi. Adəmin (ə) cənnətdən qovulmasından və etdiyi xətadan nəslinin aldığı ibrət dərs budur ki, şeytan onun əbədi düşmənidir və heç vaxt hətta and içsə belə onun xeyirini istəmir. Hər zaman ilahi göstərişlərə əməl etməsək zərər və müsibətlərlə üzləşəcəyik. Günah etsək dərhal tövbə edib Allah tərəf dönməliyik.

Allah sizə yar olsun.

Sual (7) : Salam aleykum.Duzdur ki,her insanin 2 sheytani(len)var? sag olun
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.
Bəli, Peyğəmbərdən (s) nəql olunan hədisdə buyrulur: ...Hər kəsin yanında iki mələk olduğu kimi, İblis də insanı azdırmaq üçün iki şeytan yerləşdirir. O iki şeytan insanın qəlbinə vəsvəsə edən zaman insan Allahı yadına salıb belə desə: La hövlə vəla qüvvətə illah billahil əliyyil əzim və səlləllahu əla Muhəmmədin və ali Muhəmmədin və alihit-təyyibin, şeytanlar İblisin yanına qaçıb şikayət edərlər...
Allah sizə yar olsun.

Sual (8) : Salam qardashlar.sualim budur ki,haram meclise getmeyin Haramligin bildiren Aye varmi.eger mumkunse hediside qeyd ederdiz.ALLAH sizleri muveffeq elesin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.
Furqan ayə 72. O kəslər ki, yalandan şahidlik etmir (yalan, qina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər; 

Muminun ayə 3 (Möminlərin xüsusiyyəti belə qeyd olunur) Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər.

İmam Sadiq (ə) buyurub: Möminə yaraşmaz günah olan məclisdə iştirak etsin, bir halda ki, günahın qarşısını ala bilmir.

لاينبغي للمؤمن ان يجلس مجلساً يعصي الله فيه، و لا يقدر علي تغيره؛

Allah sizə yar olsun.

Sual (9) : Salam.1)Seyyidlerin qara emmame ve qara paltar geyinmeyinin anlami nedir?Qara emmameli gorende deyirik ki seyiddi,sebebi nedir? 2)Yuxuda Seytan Peygember ve imamin cildine gire biler? 3)Zehmet olmasa Quran istixare etmek qaydalarini yazasiniz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.
1- Qara əmmamə şəxsin seyid olduğunun nişanəsidir. Seyid olmayanlar isə ağ əmmamə qoyurlar. Bu məsələ Abbasilər dövründən adət olub, eləcə də bəzi hədislərdə Peyğəmbərin (s) qara əmmamə qoymağı nəql olunub. 

2- Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Düz danışan şəxslərin yuxusu doğrudur.” Həmçinin buyurub: “Bizi yuxuda görən şəxs, sanki aşkara görmüşdür, çünki Şeytan mənim surətimə düşə bilməz.” Peyğəmbərlərin yuxu görməsi Allah tərəfindən olan bir növ ilhamdır.
3- Quranla istixarə edərkən 3 dəfə “İxlas” surəsi oxuyub, üç dəfə Peyğəmbərə və ailəsinə salavat söylədikdən sonra deyilir: “Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh” (“Salamatçılıq içində Allahın mərhəməti ilə Ondan xeyir istəyirəm”). Daha sonra Qurani-Kərimi açıb, sağ tərəfdəki səhifənin ilk ayəsini oxumaq və hansı məna daşıdığını müəyyən etmək lazımdır. Əgər insan ayənin müsbət yoxsa mənfi məna ifadə etdiyini anlamağa çətinlik çəkirsə, bunun üçün nəzərdə tutulmuş xüsusi istixarə kitablarına müraciət etməlidir. Həmin kitablarda Quranın hansı səhifəsini açarkən hansı nəticə çıxdığı barədə məlumat verilir. Hətta bəzi Quran nüsxələrinin sağ tərəfdəki (tək saylı) səhifələrinin hər birində istixarənin nəticəsi qeyd edilir.
Allah sizə yar olsun.
Sual (10) : Salam Ələykum! Mən yeni doğulmuş uşaq haqqında bilmıək istərdim. Peyğəmbərdən (s) hədis deyillər ki, uşaq olandan bir həftəsində başını qırxıb, saçı ağırlığında sədəqə vermək, sünnət etmək, gözəl ad qoymaq və qurban kəsmək lazımdır. Əgər düzdürsə deyilənlər haqqında ətraflı məlumat verərdiniz zəhmət olmasa. Əvvəlcədən təşəkkürümü bildirirəm!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əqiqə yeni doğulmuş körpə üçün yerinə yetirilən müstəhəb bir işdir. Müstəhəbdir ki, yeni doğulmuş qız uşağı üçün dişi heyvan, oğlan uşağı üçün erkək heyvan əqiqə edilsin. Əqiqə, körpənin yeddi günlüyündə edilsə yaxşıdır. Həddi-büluğa qədər əqiqə edilməmiş insan müstəhəbdir ki, özü özü üçün əqiqə etsin. Hətta insan diri olduğu vaxt əqiqə edilməmişsə müstəhəbdir ki, ölümdən sonra onun üçün əqiqə edilsin. Əqiqə qoyun, inək və ya dəvə ola bilər. Əqiqə heyvanın dörddən birini uşağı tutmuş mamaya vermək müstəhəbdir. Əqiqə edilmiş heyvanın əti on mömin bəndə arasında bölünsə yaxşı olar.
Müstəhəbdir ki, oğlan uşağı yeddi günlüyündə xətnə edilsin.
Uşağın doğuşunun yeddinci günündə saçını qırxıb, tükləri ağırlığında qızıl ya gümüş sədəqə vermək də müstəhəbdir. Özü də bu zaman saçların hamısını qırxmaq lazımdır.
Allah sizə yar olsun.  

Go to TOP