Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Peyğəmbər (s), İmam (ə) və ya onların canişinləri kimi itaəti vacib olanlar tərəfindən verilən göstərişi onların özü tərəfindən olarsa, yəni məsləhət üzündən vacib edilərsə, belə bir göstərişi mövləvi və ya vilai göstərişi, o vacib isə mövləvi vacib sayılacaqdır. Lakin ayrı bir vacib işə tərəf hidayət və yönəltmə hədəfi ilə həyata keçərsə, belə bir göstəriş irşadi vacib sayılır. Başqa sözlə desək, əgər bir hökmün isbatı üçün ağıl kifayət edirsə, müqəddəs şəriət həmin əqli dəlillər əsasında məsələyə yanaşaraq münasibət bildirir. Bu qəbildən olan hökmlər irşadi hökmlərdir. Yəni şəriət insanın diqqətini ağıl təsdiqləyən həqiqətlərin qəbuluna çağırır. Əks halda «mövləvi» hökmlər adlanır.
Allah sizə yar
olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dördüncü İmam buyurur: Hərkəsin mürşidi və yol göstərəni olmasa həlak olar. Mürşid sözü, lüğətdə yol göstərən deməkdir. İslami termin olaraq isə, öz ardıcıllarına Allaha çatmaq, Əhli-beytə (ə) qəlbi məhəbbəti artırmaq yolarını elmi və mənəvi yollarla izah edir. Əhli beyt məktəbində həqiqi mürşid Peyğəmbər, İmamlar və Müctehidlərdir.
Bir hədisdə buyurulduğuna görə, əgər şeytanlar Adəm övladının qəlbini dövrəyə almasaydılar, insanlar fəzanın dərinliklərini seyr edə bilərdilər. Bəs şeytanlardan necə qurtulmalı? Qurani-kərimdə buyurulur: «Həqiqətən iman gətirib, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir» Nəhl 99-100.
Demək, doğru yol yolçuları üçün ilkin şərt, nəfsin paklandırılması və təqvadır. Qurani-kərim doğru yol göstərən ilahi kitab olduğu halda, nəfsinə uyan insanlar hətta Qurandan da öz yanlış mühakimələrinin sübutu üçün istifadə edirlər. Ona görə də, «Bəqərə» surəsinin 2-ci ayəsində buyurulur: «Bu heç bir şəkk-şübhə olmayan və müttəqilərə doğru yol göstərən kitabdır».
İrfan nədir və arif kimdir və irfani məqamlara çatmağın üsulları nədir sualının cavabında Ayətullah Behcət (Allah ona qəni-qəni rəhmət etsin) buyurmuşdur: Ən ümdəsi şəri vəzifəyə əməl etməkdir. Səmavi göstərişlərə əməl etmək insana həqiqi irfanı bəxş edir və elə bir məqama çatan şəxs “Mən yalnız gördüyüm Allaha ibadət edərəm” deyir. Həqiqi irfan bütün şəriət hökmlərini yerinə yetirmək və ən başlıcası isə həm əqidə və həm əməl etibarı ilə günahları tərk etməkdir.
Həzrət Ayətullah Behcətdən soruşurlar:
Allaha doğru hərəkətdə (seyri-süluk yolunda) hökmən ustad olmalıdırmı? Əgər fərz etsək ki, ustad yoxdur, çarə nədir?
Cavabında buyurur: “Allahın adı ilə. Sənin ustadın sənin elmindir. Bildiyinə əməl et və bilmədiyin şeyə görə vəzifən yoxdur.”
Bəqərə surəsi ayə 282-də deyilir:....Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Fəlsəfə və irfan elmlərində vəhdəti-vücud müxtəlif mənalara yozurlar. Vəhdəti-vücud yəni aləmdə vücud birdir və hər nə varsa onun cilvəsi, gölgəsidir. Əlbəttə alimlər vəhdəti-vücudu bəzi mənada batil hesab edirlər.
."Vəhdəti-vücud" bəzən vücud məfhumunun vəhdəti mənasındadır ki, doğrudur. Bəzən isə həqiqətin vəhdəti mənasındadır. Misal üşün günəş nuru ilə çıraq nurunun həqiqəti kimi ki, hər ikisi bir həqiqətdir, amma tətbiqi müxtəlifdir, bu mənada yanlış deyil. Bəzəndə vücud misdaqının vəhdəti mənasındadır ki, bu mənada aləmdə Allahdan başqa vücud yoxdur və hər şey onun zatının özüdür. Bu söz küfrə gətirib çıxarır və bu mənada rədd edilir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Arif və filosofların vəhdəti-vücudda məqsədi bütöv varlıq aləminin Allah olması deyil. Çünki bu bütövün həqiqi varlığı və vəhdəti yoxdur. Məqsəd Allahın digər varlıqlarla birgələşməsi (eyniləşməsi) də deyil. Çünki birgələşmək (yəni iki şeyin öz əşyalığını və ikiliyini əldən verərək yeni bir şeyə çevrilməsi) mümkün deyil. Həmçinin məqsəd bir məqamdan digər məqama keçmək də deyil. Əksinə burada məqsəd varlığın Allaha məxsus olmasıdır (varlıq Allahın substansiyasına xassdır). Allahdan qeyrisi onun təcəllası, təzahürüdür. Bu izaha görə Allah xalis varlıqdır. Onun varlığının kamilliyi, hədsizliyi təzahür, təcəlla və əyan olma eşqinə səbəb olmuşdur. Həzrət Haqqın zatı (substansiyası) eşq və sevginin özüdür və onun ən sevdiyi şey öz zatını (substansıyasını) sbustansional təzahürlərı vasitəsi ilə görməkdir. Hansı ki, “isticla” adlanır (Allahın öz zatının özü üçün “təəyyunat”da əyan olması). Tam “isticla” onun hər bir şeydə təzahür etməsi ilə hasil olur. Başqa sözlə desək, vəhdəti-vücud varlığın (vücudun) şəxsi olması ilə yanaşı onun çoxluğu, növlərin müxtəlifliyi və onların təsirləri də qorunur. Buna misal olaraq şəxsi vahid olan insan nəfsini göstərmək olar. Çünki şübhəsiz, hər bir fərd bir şəxsdir. Lakin buna baxmayaraq, öz batini və zahiri qüvvələri ilə (buraya bütövlükdə dərk etmə, həzm etmə, inkişaf (boy atma), artım və s. qüvvələr daxildir) birgələşir. Yəni nəfs eynilə bu qüvvələrdir, bu qüvvələr də eynilə nəfsdir. Demək, vəhdəti-vücud belə izah olunduqda nə varlıq aləminin daim genişlənməsi, nə də varlıqların (mövcudatın) növbənövlüyü və çoxluğu ilə ziddiyyət təşkil edir.Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Fəqihlər daha çox ayə və hədislərin zahiri mənasına, ariflər isə batini mənaya nəzər salırlar. Fəqihlər adətən vacib, haram, müstəhəb və məkruhlar barədə tədqiq edirlər və Allah çatmaq üçün vacibə əməl edib haramdan çəkinməyi kifayət bilirlər, lakin ariflər isə daha çox nəfsin tərbiyəsi və islahı ilə mümkün olmasını hesab edirlər. Əlbəttə, Ayətullah Behcət və İmam Xumeyni kimi şiənin bəzi arifləri həmdə fəqihdirlər.Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əlbəttə islam filosofları sonda Quranın və şəriətin dediyini qəbul edirlər, lakin nəzəri baxımdan bu fikri irəli sürürlər. İslam filosofları etiraf edirlər ki, bir çox metafizikaya ayid olan məsələləri ağıl dərk etmir və son söz, vəhyin dediyidir.Allahsizə yarolsun.
Əleykumus-salam.
Molla Sədra sonuncu yazdığı kitabında yəni Quran təfsirində və Ərşiyyə kitabında bu nəzərindən dönüb.Allahsizə yarolsun.
Əleykumus-salam.
Kəlam elmi dini əqidələr, yəni üsuli-din haqqında və onların sübutu və müdafiəsi ilə məşğul olan İslam elmidir. Kəlam elmi öz başlanğıcını Qurani-kərim, peyğəmbər (s) buyuruqları və həzrət Əlinin (ə) xütbələrindən götürür.Kəlam tarixində ilk mübahisə doğuran məsələ cəbr və ixtiyar məsələsi olub. Başqa bir baxımdan kəlam elmi əqli və nəqli olmaqla iki hissəyə bölünür. Əqli kəlama sırf əqli dəlillərə əsaslanan tövhid, nübüvvət və bəzi məad məsələləri aiddir. Bu məsələlərdə kitab və sünnət kimi nəqli dəlillər kifayət deyil. Nəqli kəlama isə imamət və əksər məad məsələləri aiddir. Bəs nə üçün bu elm kəlam adlandırılmışdır? Alimlər bu suala müxtəlif cür cavab verirlər. Bəzilərinin fikrincə, bu elmin mövzuları Allah kəlamı ətrafında olduğundan elm də kəlam elmi adlandırılmışdır.
Fəlsəfə müsəlmanlar arasında xüsusi bir fənn kemi tanınmış, demək olar ki, bütün əqli biliklərə şamil edilmişdir. İlk əvvəllər ilahiyyat, riyaziyyat, təbiət, siyasət, əxlaq kimi əqli elmlərə malik olanlara filosof deyərdilər. Fəlsəfə hikmət də adlandırılıb.
İslamda fəlsəfə və ya hikmət iki qismdir: nəzəri və əməli. Nəzəri fəlsəfə də üç hissəyə ayrılır: İlahiyyat, riyaziyyat, təbiət. Bu təsnifatı davam etdirmək olar. Məsələn, riyaziyyat dörd hissədir: hesab, həndəsə, astranomiya, musiqi.
Məsum imamlardan nəql olunan bəzi hədislərdə fəlsəfəyə müraciət etmək qadağan olunub. Əlbəttə bu hədislər yunan fəlsəfəsinin müsəlmanlar arasında tərcümə olunan vaxta qayıdır. Çünki yunan fəlsəfəsi islam maarifi ilə bəzi məsələlərdə ziddiyyət daşıyırdı.
Allah sizə yar olsun.
Əleykumus-salam.
Məşhur nəzəriyyəyə əsasən, cəfr elmi ədədlərdən, hərflərdən və onların nisbətlərindən istifadə etməklə (iddiaya əsasən) hər bir məchul məsələyə münasib cavab verilən həmin hüruf elmidir. Bu yolla verilən sual hərflərə və ədədlərə çevrilir, xüsusi mərhələni keçdikdən sonra nəticə etibarı ilə hasil olan ədədlər və sonra da müəyyən hərflər verilən sualın cavabını bəyan edir. Bu elm bir çox dinlərdə müxtəlif adlarla mövcud olmuş və bəzi qruplar o elmə sahib olduğunu iddia etmişlər.
Amma şiə rəvayətlərinə əsasən imamlar (əleyhimus-salam) cəfr barəsində bizim ixtiyarımızda başqa məlumatlar qoyurlar. Belə ki, bunun məşhur cəfr (hüruf) elmi barəsində deyilənlərlə xüsusi və aşkar təfavütləri vardır. Burada o rəvayətlərin bəzilərini qeyd edirik:
“cəfr” – qoyun, yaxud keçi, yaxud dana dərisi deməkdir. Bu elmin və maarifin cəfr adlandırılması ilə əlaqədar nəql olunan rəvayətlərin məcmusundan məlum olur ki, bu elmlər ya dərinin üzərinə yazılan, ya da dəridən hazırlanmış böyük bir şeyin (sandıqçanın) içərisində yığılan əsərlər məcmuəsidir.
Şiə rəvayətlərinə uyğun olaraq cəfr külli şəkildə ilahi maarif məcmuəsindən ibarətdir. Bu maarif məcmuəsi Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dan Əli (əleyhis-salam)-a nəql olunmuş və Əli (əleyhis-salam) da özündən sonrakı imamların ixtiyarına vermişdir.
Bu elmlərin bəzisi qiyamətə qədər baş verəcək hadisələrə şamildir ki, ona “mənaya və bəlaya elmi” də deyilir. Bəzi rəvayətlərdə deyilir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və Əli (əleyhis-salam)-ın sirr səhabəsi olan Salman da bu elmi (mənaya və bəlaya) bilirdi.
Qeyd etmək lazımdır ki, rəvayətlərdə deyilən cəfr üç növ imiş: birincisi, cəfr kitabıdır, ikincisi, böyük dəridən hazırlanmış bir şeydə saxlanılan kitablar və əsərlər (buna ağ cəfr deyilir), üçüncüsü isə Peyğəmbərin silahıdır və qırmızı (əhmər) cəfr adlandırılmışdır. Çünki Allahın qəhr və qəzəbinin nişanəsi olan qılınc sahibi onu müharibə məqsədi ilə açır.
Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu mövzuda ətraflı məlumat üçün saytımızın kitabxanasında Quran bölməsindəki
kitaba müraciət edin:
Kitabın adı: Quranda dünyaşünaslığın əsasları
BEŞİNCİ FƏSİL
VARLIQ ALƏMİNİN MƏRTƏBƏLƏRİ
http://kitab.nur-az.com/az/lib/view/274
Həmçinin ümumi sual cavab bölməsində aşağıda qeyd olunan adresədəki cavabı oxuyn:
http://sual.nur-az.com/az/faqs/view2/10348/TcmZbMmZa3V0IGFsyZltaW5pbg==
Allah sizə yar olsun.