Bismillahir-rəhmanir-rəhim.
Dəstəmaz almağın qaydası1. Niyyət etmək: “Dəstəmaz alıram qürbətən iləllah” sözlərini qəlbdən keçirtmək.
2. Üzü alının tük bitən hissəsindən çənəyə qədər yuxarıdan aşağıya doğru, eni isə əlin baş barmağından orta barmağına qədər məsafə qədərində yumaq.
3. Sağ qolu sol əlimizlə dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq. Әgər aşağıdan yuxarı yuyulsa, dəstəmaz batildir.
4. Sol qolu sağ əlimizlə dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq. Әks təqdirdə isə dəstəmaz batil olur.
5. Sağ əlimizin yaşı ilə (suya əl vurmazdan) başın qabaq hissəsindən alına tərəf əl ilə məss çəkmək. Bu şərtlə ki, məssin rütubəti alında olan üzün suyuna qarışmasın.
6. Sağ əlin rutubəti ilə sağ ayağın baş barmağının ucundan, ayağın üstündəki dik yerə qədər əl ilə məss çəkmək.
7. Sol əlin rutubəti ilə sol ayağın baş
barmağının ucundan, ayağın üstündəki dik yerə qədər əl ilə məss çəkmək.
Allah
sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dua və onun qəbulu haqqında mötəbər mənbələrdə çoxlu rəvayətlər mövcuddur. Əba Əbdillah (ə)buyurmuşdur : “Bəndə dua edər, sonra Allah iki mələyə buyurar: “Mən onun duasını qəbul etdim. Amma hələlik istəyinin yerinə yetirilməsini yubadın ki, duasına davam etsin. Çünki onun səsini eşitmək xoşdur.” Amma elə bəndə də var ki, o dua etdikdə Allah buyurar: “Onun istəyini tez yerinə yetirin. Çünki o, nifrət doğurur.”
Allah sizə yar olsun.
Əleykumus-salam.
"Ğufeylə" kiçik qəflət anlamına gəlir. İmam Sadiq atası İmam Məhəmməd Baqirdən, o da İslam peyğəmbərindən bu müstəhəb namazın fəziləti haqqında belə nəql edir: "İki rükət olsa belə, qəflət vaxtlarında namaz qılın. Bu iki rükət namaz (sizi) Cənnətə daxil edəcək". Başqa bir rəvayətdə isə buyurur: "Qəflət vaxtında müstəhəb namaz qılın. Hətta bu iki rükət namaz olsa da belə. Çünki sizi Cənnətə daxil edəcək." Soruşdular, ey Allahın rəsulu (s) qəflət vaxtı nə zamandır? Buyurdu: "Məğriblə İşa arası". İmam Sadiq (ə) başqa bir hədisdə İslam peyğəmbərindən (s) nəql edir: "Məğriblə İşa arası fasilədə qılınan iki rükət ğufeylə namazını tərk etməyin". Ğufeylə namazının qılınma qaydası: Bu namaz şam və xiftən namazları arasında qılınır. Onun vaxtı şam namazından sonra başlayır, qərbdə qızartı itənədək davam edir. İki rəkətlik ğufeylə namazının birinci rəkətində “Həmd”dən sonra surə əvəzinə bu ayə oxunur: وَذَالنُّونِ اِذ ذهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُّلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَّينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ “Vəzzənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fiz zulumati ənla ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin” Ğufeylə namazının ikinci rəkətində “Həmd”dən sonra surə əvəzinə bu ayə oxunur: وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البَرِّ والبَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ “Və indəhu məfatihul ğəybi la yələmuha illa huvə və yələmu ma fil bərri vəl bəhri və ma təsqutu min vərəqətin illa yələmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin.” Namazın qunutunda belə deyilir: اَللَّهُمَّ اِنَّى اَسألُكَ بِمَفَاتِحِ الغَيبِ الَّتِى لاَيَعلَمُهَا اِلاَّ اَنتَ اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تَفعَلَ بِى كَذا وَ كَذا “Allahummə inni əsəlukə bi məfatihil-ğəybil-ləti la yələmuha illa əntə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təfələ bi kəza və kəza” bu duadakı “kəza və kəza” sözlərinin əvəzinə arzu-istək ərz olunur. Sonra deyilir: اَللَّهُمَّ اَنتَ وَلِىُّ نِعمَتِى وَالقَادِرُ عَلَى طَلِبَتىِ تَعلَمُ حَاجَتِى فَاسألُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيهِ وَعَلَيهِمُ السَلاَمُ لَمَّا قَضَيتَهَالِى “Allahummə əntə vəliyyu niməti vəl-qadiru əla təlibəti tələmu hacəti fə əsəlukə bi həqqi Muhəmmədin və ali Muhəmmədin ələyhi və ələyhimus səlamu ləmma kəzəytəhali”.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Peyğəmbər (s): «Ey Əbuzər! Hər bir işi görəndə, hətta yeyəndə və yatanda belə, niyyətin olsun».Yaxşı niyyət yaxşı işlərə səbəb olur, əksinə pis niyyət çirkin işlərə zəmin yaradır. Çünki çirkin bulaqdan axan su, çirkin olacaqdır. Bu vaxt suyu təmizləmək istəsək, gərək bulağın suyunu saflaşdıraq. İslam Peyğəmbəri (s) buyurur:
نثيَّةُ الْمُؤْمِنِ خَيْرٌ مِنْ عَمَلِهِ وَنِيَّةُ الْكافِرِ شَرٌّ مِنْ عَمَلِهِ وَكُلُّ عامِل يَعْمَلُ عَلى نِيَّتِهِ
«Möminin niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir və hər bir şəxs öz niyyəti əsasında iş görür».
Bu hədisin izahında çoxlu nəzərlər vardır. Lakin düzgün nəzər budur ki, insanın niyyəti və fikri onun həyatında gördüyü bütün işlərin mənşəyi və mərkəzidir. Əgər bu mərkəz sağlam olsa, onda insan yaxşı işlərlə məşğul olacaq, yox əgər çirkin olsa, onda insanın günah və fəsadla məşğul olmasına gətirib çıxaracaq.
Mömin şəxsin fikri və niyyəti sağlam olduğu üçün onun işləri də düzgün və təmiz olar. Onun sağlam fikri həyatında yalnız yaxşı əməllərlə məşğul olmasına zəmin yaradır. Əksinə kafir şəxsin çirkin fikri və bəd niyyəti, pis işlərin yaranmasına səbəb olur. Onun fikri o qədər bulaşıqdır ki, hər bir zaman ən böyük günahları belə etməkdən çəkinməz.
İmam Sadiq (ə) buyurur:
«Cəhənnəm əhli ona görə həmişəlik cəhənnəmdə yanacaqdır ki, onların fikirləri bu idi ki, dünyada əbədi qalsalar da Allahın əmrindən boyun qaçırıb, günah etsinlər. Və behişt əhli ona görə həmişəlik behiştdə qalacaqlar ki, onlara dünyada əbədi ömür nəsib olsaydı, Allaha itaət və ibadət etmək niyyətindən dönməzdilər. Ona görə hər iki dəstə öz niyyətlərinə görə qiymətləndirilir».
Sonra o həzrət bu ayəni oxudu.
قُلْ كُلٌّ يَعْمَلُ عَلى شاكِلَتِهِ
«De (ey Peyğəmbər) hər bir kəs öz fikri, niyyəti əsasında iş görür».
Bəhsimizin davamında yemək, dost, mühit və bu kimi amillərin insanın fikrinin formalaşmasında mühüm rolu olduğunu qeyd edəcəyik. Məsələn: Yemək halal, yaşayış mühiti və eləcə də dost yaxşı olarsa, insanın fikrinin sağlam olmasına səbəb olacaq, yox əgər yemək haram, mühit qeyri-sağlam və dost pis yoldadırsa, onda insan istər-istəməz düşdüyü vəziyyətə uyğun tərbiyələnəcək və dünyadakı pis əməllərinin sayı artacaq.
İslam dinində yalnız xalis və pak niyyətlə görülən işlər Allah dərgahında qəbul olunur. İslam Peyğəmbəri (s) bu barədə buyurur:
اِنَّ الله لا يَقْبَلُ عَمَلاً فِيهِ مِثْقالَ ذَرَّة مِنْ رِيا
«Allah-təala hətta zərrə qədər riyakarlıqla qarışıq olan işləri qəbul etmir».
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: «Mömin bir şəxs yaxşı işi niyyət edib amma onu yerinə yetirə bilməzsə, həmin şəxs üçün Allah dərgahında bir savab yazılar (fikrin savabı); və əgər o işi yerinə yetirərsə, on bərabər savab yazılar. Lakin pis işi niyyət edib onu etməzsə, onun üçün heç bir cəza olmayacaqdır».
Nə üçün İslamda əməlin dəyəri insanın niyyəti ilə ölçülür, onun qəbulu isə insanın diqqət və səmimiyyətindən asılı olur?
Cavab: Dünya işləri də belədir. Həm cərrah, həm də qatil bıçaqla qarın yırtır. Cərraha təşəkkür olunur, qatil zindana salınır. Amma cərrah da cərrahdan üstün ola bilər. İnsan həyatını xilas etmək niyyəti pul qazanmaq niyyəti ilə eyni deyil.
Üç nəfərə su təklif edək. Onlardan biri susamadığı üçün, o biri küsdüyü üçün, üçüncüsü isə dördüncüyə su çatmaz deyə sudan imtina edə bilər. Bu üç nəfərin niyyəti fərqli olduğu kimi, əməllərinin dəyəri də fərqlidir. Əsil pul əskinasını saxta pul əskinasından ondakı xüsusi bir sap fərqləndirir. Həqiqi ibadəti saxta ibadətdən fərqləndirən bir sap (ip) da var. Bu, bəndənin yapışdığı Allah ipidir. Bu ip bəndənin Allaha yaxınlaşmaq niyyəti, xalisliyi, diqqət və səmimiyyətidir. Bu sap qırılsa, bəndənin Allahla rabitəsi kəsilər.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Namaz yalnız Allah üçün qılınır, amma namazları biri-birindən ayırmaq üçün məkan, zaman və ya şəxslərə nisbət verilir. Misal üçün Kufə, Səhlə, Cəmkaran məscidinin namazı, qədr gecəsinin namazı, zöhr namazı, Cəfər Təyyar namazı və... Məsumların adı ilə adlanan namazlar adətən savabı məsumlara hədiyyə olunduğu və yaxud məsumdan nəql olunduğu üçün belə adlanıb.Allah sizə yar olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Duanın adı kərb duasıdır, həvzəh deyil. Dua belədir: “La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Sübhanəllahi rəbbis-səmavati səbi və rəbbil ərəzinəs-səbi və ma fihinnə və ma bənyəhunnə və rəbbil-ərşil-əzim vəl həmdulillahi rəbbil aləmin.”Allah sizə yar olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-taala Hicr surəsinin sonuncu ayəsində buyurur: Yəqinə çatana qədər Allah ibadət et. Bəs yəqinə çatmağın yolu ibadətdir, amma həqiqi ibadət Allaha xalis bəndəlikdir. Xalis bəndə olmaq üçün ən gözəl zikr əməli zikrdir. Əməli zikr günahları tərk etməkdir. Bunu kənarında səmimi qəlbdən və əqidə üzündən çox istiğfar edin və "Əstəğfirullahə rəbbi və ətubu iləyh" zikrini deyin.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Nüdbə duası ilə İmam Məhdiyə (ə.c) təvəssül olunur. Nüdbə duasını Fitir,Qurban və Qədir-Xum bayramlarında, həmçinin cümə günləri oxumaq müstəhəbbidir.Əhd duası sübh namazından sonra oxunan duadır ki, bu duanı oxuyan İmam Zamanla (ə) əhd-peyman bağlayır. İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə əsasən, hər kəs 40 sübh “Əhd duası” oxusa həzrət Mehdinin (ə) yardımçılarından olar. Əgər bu şəxs həzrət Mehdinin (ə) zühurundan öncə dünyasını dəyişsə, zühur vaxtı qəbirdən çıxarılar...”
Hər iki dua Məfatuhul-cinan kitabında vardır.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
RUZİNİN ARTMASINA SƏBƏB OLAN ƏMƏLLƏR1-Təqvalı olmaq və günahlardan çəkinmək:
Allah-taala buyurmuşdur: “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onların qazandıqlarına görə məhv etdik.”
2-Tövbə etmək və Allahdan bağışlanmaq diləmək:
İmam Əli (ə) buyurmuşdur: “Allah-taala bir vasitə kimi ruzinin və mərhəmətin artmasında tövbə və Allahdan bağışlanmaq diləməyi insanlar üçün təyin etmişdir.”
3-Gündə yetmiş dəfə “Ya ğəniyyu, ya kafi, ya fəttahu, ya raziq” demək.
4-Hər gün yüz dəfə “Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd və əccil fərəcəhum vəhşurna məəhum vələn ədaəhum” demək.
5-Gündə otuz dəfə “Subhanəllahu və bihəmdihi, subhanəllahul-əzimu və bihəmdih” demək.
6-Hər gün sədəqə vermək. Əlbəttə, sübh və işa namazından sonra sədəqə vermək daha yaxşıdır.
7-Sübh namazından sonra “Yasin”, “Taha” və “Mülk” surələrini oxumaq.
8-Gündə qırx dəfə “Əl-əziz” demək.
9-Oruc tutmaq (xüsusilə “Şəban” ayında).
10-“Ma şaəllahu la hovlə və la quvvətə illa billah” zikrini çoxlu demək.
11-Hər gecə işa namazından sonra “Vaqiə” surəsini oxumaq.
12-Süfrədəki yemək qalıqlarını yemək.
13-Hər gün yüz otuz dörd dəfə “Əs-səməd” demək.
14-Namazların (xüsusilə sübh və əsr namazlarının) təqibatını (namazdan sonrakı duaları) oxumaq.
15-Allaha təvəkkül edib, Onun lütf və mərhəmətinə and vermək.
16-Müstəhəbbi namazlar (xüsusilə sübh namazının nafilələrini və gecə namazını) qılmaq.
17-Ata-ana və başqaları üçün dua etmək (xüsusilə süfrə başında əyləşəndə).
18-Dəstəmaz alıb üzü qibləyə oturan halda, (arada fasilə vermədən) üç dəfə “Təlaq” surəsini oxumaq.
19-Dünya malına həris olmamaq, xums və zəkat vermək. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver.”
20-Mömin qardaşının istəyini yerinə yetirmək.
21-Gündə on dörd, yaxud yüz dəfə “Əl-vəhhab” demək.
22-Azan verən şəxs azan verəndə, onu zümzümə etmək (astadan təkrarlamaq).
23-Hər gün “Qədr” surəsini oxumaq.
24-Gecə namazı qılmaq.
25-Həmişə dəstəmazlı olmaq.
26-Gündə otuz dəfə “Subhanəllah” demək.
27-Qonaqlıq vermək.
28-Gündə yüz dəfə “La ilahə illəllahul-məlikul-həqqul-mubin” demək.
29-Az danışmaq və yalanı tərk etmək.
30-Qohumluq əlaqələrini kəsməmək.
31-Əmanətə vəfalı olmaq.
32-Bığı və dırnaqları qısaltmaq.
33-“Hər gün yüz yetmiş üç dəfə “Əl-lətif” demək.
34-Ayaq yolunda danışmamaq.
35-Yeməkdən qabaq dəstəmaz almaq.
36-Namazı xüzu halında qılmaq.
37-Camaat namazında iştirak etmək.
38-Azandan qabaq məscidə getmək.
39-Yersiz və boş sözlər danışmamaq.
40-Allahın verdiyi nemətlərə şükr etmək.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Ümumi surətdə müstəhəb namazlar 2 rükətdir sübh namazı kimi sadəcə əzan və iqaməsiz, niyyətidə qürbətən ilallah. Əlbətdə xüsusi müstəhəb namazların, əlavə qeyidləridə var, məsələn Qədr gecəsinin namazında hər rükətdə 7 dəfə İxlas surəsi və s.Tövbə namazı qılmaq üçün əvvəlcə bu niyyətlə qüsl edilir sonra dəstəmaz alınır və 2 dənə 2 rükətli (cəmən 4 rükət) tövbə niyyəti ilə namaz qılınır ki, hər rükətdə 1 Həmd + 3 dəfə İxlas + 1 dəfə Fələq + 1 dəfə Nas surələri oxunulur. Namadan sonra 70 dəfə Əstəğfirullahə rəbbi və ətubu iləyk, 1 dəfə “la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim” demək, sonra bu duanı oxumaq:
«یا عَزیزُ یا غَفّارُ إغفِر لِی ذُنُوبِی وَ ذُنُـوبَ جَمیعِ المؤمِنینَ وَ المُؤمِناتِ فَإنَّهُ لا یَغفِرُ الذُّنوبَ إلّا أنتَ»
"Ğufeylə" kiçik qəflət anlamına gəlir. İmam Sadiq atası İmam Məhəmməd Baqirdən, o da İslam peyğəmbərindən bu müstəhəb namazın fəziləti haqqında belə nəql edir: "İki rükət olsa belə, qəflət vaxtlarında namaz qılın. Bu iki rükət namaz (sizi) Cənnətə daxil edəcək". Başqa bir rəvayətdə isə buyurur: "Qəflət vaxtında müstəhəb namaz qılın. Hətta bu iki rükət namaz olsa da belə. Çünki sizi Cənnətə daxil edəcək." Soruşdular, ey Allahın rəsulu (s) qəflət vaxtı nə zamandır? Buyurdu: "Məğriblə İşa arası". İmam Sadiq (ə) başqa bir hədisdə İslam peyğəmbərindən (s) nəql edir: "Məğriblə İşa arası fasilədə qılınan iki rükət ğufeylə namazını tərk etməyin". Ğufeylə namazının qılınma qaydası: Bu namaz şam və xiftən namazları arasında qılınır. Onun vaxtı şam namazından sonra başlayır, qərbdə qızartı itənədək davam edir. İki rəkətlik ğufeylə namazının birinci rəkətində “Həmd”dən sonra surə əvəzinə bu ayə oxunur: وَذَالنُّونِ اِذ ذهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُّلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَّينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ “Vəzzənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fiz zulumati ənla ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin” Ğufeylə namazının ikinci rəkətində “Həmd”dən sonra surə əvəzinə bu ayə oxunur: وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البَرِّ والبَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ “Və indəhu məfatihul ğəybi la yələmuha illa huvə və yələmu ma fil bərri vəl bəhri və ma təsqutu min vərəqətin illa yələmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin.” Namazın qunutunda belə deyilir: اَللَّهُمَّ اِنَّى اَسألُكَ بِمَفَاتِحِ الغَيبِ الَّتِى لاَيَعلَمُهَا اِلاَّ اَنتَ اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تَفعَلَ بِى كَذا وَ كَذا “Allahummə inni əsəlukə bi məfatihil-ğəybil-ləti la yələmuha illa əntə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təfələ bi kəza və kəza” bu duadakı “kəza və kəza” sözlərinin əvəzinə arzu-istək ərz olunur. Sonra deyilir: اَللَّهُمَّ اَنتَ وَلِىُّ نِعمَتِى وَالقَادِرُ عَلَى طَلِبَتىِ تَعلَمُ حَاجَتِى فَاسألُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيهِ وَعَلَيهِمُ السَلاَمُ لَمَّا قَضَيتَهَالِى “Allahummə əntə vəliyyu niməti vəl-qadiru əla təlibəti tələmu hacəti fə əsəlukə bi həqqi Muhəmmədin və ali Muhəmmədin ələyhi və ələyhimus səlamu ləmma kəzəytəhali”.
2. Ayın əvvəlində qılınan namaz.
Ayın əvvəlində birinci günü namaz qılmağın qaydası belədir: İki rükətdir. Birinci rükətdə Həmd (Fatihə) surəsindən sonra otuz dəfə (ayın günlərinin sayı qədər) İxlas (qul huvəllah) surəsi oxunur və ikinci rükətdə otuz dəfə Qədr (inna ənzəlnahu) surəsi oxunur və namazdan sonra Allah yolunda bir sədəqə verilir (əgər hal-hazırda ehtiyaclı adam olmazsa onun üçün kənara qoyulmalıdır). Bəzi İslam hədislərində belə nəql olunub ki, hər kəs bu cür edərsə o ayda öz salamatlığını Mütəal Allahdan almışdır.Bəzi hədislərdə, namazdan sonra bu duanın oxunması sifariş olunubdur.
Bismillahir-Rəhmanir-Rəhim
Və ma min dabbətin fil-ərzi. İlla ələllahi rizquha. Və yə`ləmu mustəqirrəha və mustəvdə`əha. Kullin fi kitabın mubin. Bismillahir-Rəhmanir-Rəhim. Və in yəmsəskəllahu bizurrin fəla kaşifin ləhu illa huvə. Və in yuridkə bixəyr. Fəla raddə lifəzlihi yusibun bihi mən yəşau min ibadihi və huvəl ğəfurur-rəhim. Bismillahir-Rəhmanir-Rəhim. Səyəc`əlullahu bə`də usrin yusra. Ma şaəllahu la quvvətə illa billahi. Həsbunallahu və ne`məl vəkil. Və ufəvvizu əmri iləllahi. İnəllahə bəsirun bil ibad. La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zaliminə. Rəbbi inni lima ənzəltə iləyyə min xəyri fəqirun. Rəbbi təzərni fərdən və əntə xəyrul- varisin.
Allah sizə yar olsun.