Sual (1) : Salam elekum.uzr isteyirik suala gore,ama șeri vezifeni bilmek zeruretinden yazdiq. Bilmeden heyzli halda elaqe olub bildiyimiz qeder keffare gelir ama ne qeder ve başqa vezifelerimiz nedi bilmirik. Butun şertleri qeyd etmek isterdik. Adeten heyz dovru 5-6 gun olur bezen daha artiq,amma hemin ay 5ci günũ(sutqaliq say ile 4 günün tamami olur adi gün sayiyla 5 gün)seherden hec bir şey olmadiqi üçün qüsl edib axşam namazlarini vaxtinda qilib,gece ise uzr isteyrem elaqe olub.Hemin deyqa heç bir şey yox idi amma seher ayilanda heyz qani var idi, hemin gun ve sabahi heyz oldu.çox peşmançiliq çekirik ve keffareni,vezifelerimizi bilmek isteyirik. Allah razi olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Heyz dövründə cinsi yaxınlıq caiz deyil və vacib ehtiyata əsasən, kəffarəyə səbəb olar. Amma əgər heyz olduğunu bilməsəniz, heç bir vəzifəniz yoxdur. Əgər cinsi yaxınlıq qadının heyz dövrünün birinci 1/3 -ində olsa, bir qızıl şəri misqal, ikinci 1/3 -ində olsa, yarım misqal, son 1/3 -ində olsa, 1/4 qızıl misqaldır. 
Hər bir şəri misqal - 3/4 bazar misqalına bərabərdir, bu da 3,6 qram olur və onun qiymətini bazardan (yəni, günün məzənnəsilə) əldə etmək olar.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Heç bir kişinin olmadığı, yalnız qadınlara məxsus idman salonlarında qadınların digər qadınlar qarşısında yalnız bədəni örtən paltarlar geyinmələrinin hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məsələdə fərz olunanlara əsasən, maneəsi yoxdur, lakin xas bir fəsadın meydana çıxacağı hallar istisnadır.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (3) : Salam aleykum Qadının (süni) dırnaq əkməsinin hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Əgər dəstəmaz və qüsl üçün onu aradan qaldırmaq mümkün olmayacaqsa, onda icazəli deyil. Ancaq hər halda əgər şəxs belə bir iş edibsə (dırnaq əkibsə) mümkün olan surətdə dəstəmaz və qüsl üçün süni dırnağı aradan qaldırsın və adi qaydada dəstəmaz və qüsl alsın. Amma mümkün olmayan surətdə cəbirə dəstəmaz və qüsl etsin. Ehtiyata görə təyəmmüm də etsin.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Qadın heyz halındadır və yuxuda boynuna cənabıt qüslü gəlib. Məscidə, ziyarətgaha, ya da ziyarətgahın nəzdində olan hüseyniyyəyə gedə bilər.
Ad: amano, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Cənabətli, yaxud heyizli qadının məscidlərdə və ehtiyat-vacibə əsasən İmamların (ələyhimus-səlam) hərəmlərində dayanması, bir şeyi məscidə qoymaq, ya bir şeyi məsciddən götürməkdən ötrü daxil olması haramdır. Amma məsciddə dayanmamaq şərti ilə onun bir qapısından daxil olub, digər qapısından xaric olmaq istəsə, maneəsi yoxdur.
Məscidul-hərama və Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidinə girməsi haramdır. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə.
Qeyd olunan yerlərdən başqa ziyarətgahlara, yaxud hüseyniyyələrə daxil olmasının eybi yoxdur.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Ər öldükdən sonra qadın ərinin malından mehriyyəsini götürməyə haqqı varmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sübhani
Bismillahir-rəhmanır-rəhim
Əgər ər həyatda olarkən mehriyyəni ödəməyibsə, qadın da mehriyyəsindən keçməyibsə, ər öldükdən sonra əvvəl onun borcları, o cümlədən arvadının mehriyyəsi ödənilməlidir. Bundan sonra irsi bölə bilərlər.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (6) : 1. Heyz qanı bədəndən çıxdığı vaxtdan hesab olunur, yoxsa bədənin daxilində də olsa kifayətdir? 2. Heyz qanının ardıcıl gəlməsi şərt olan üç gün dedikdə məqsəd nədir? Onu hesablamağın yolunu izah edin.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
1. Heyzin əvvəlində gərək qan çölə çıxmış olsun, amma üç günün hamısında qanın çıxması vacib deyildir, əksinə fərcin daxilində qalsa belə, kifayətdir. Amma bətnin içində olması kifayət deyildir.
2. Birinci və dördüncü gecədə qan görməsi vacib deyildir, lakin gərək ikinci və üçüncü gecədə qan kəsilməsin. Deməli, əgər birinci günün sübh azanından üçüncü günün məğrib vaxtına qədər ardıcıl olaraq qan gəlsə və heç vaxt dayanmasa, işkalsız olaraq heyzdir. Həmçinin, əgər birinci günün ortalarında başlasa və dördüncü gün həmin vaxtda kəsilsə, yenə heyzdir. Amma əgər gün çıxan vaxtdan başlayıb üçüncü günün gün batan vaxtına qədər davam etsə və sonra kəsilsə, vacib ehtiyata görə o müddət ərzində haizə haram olan şeyləri tərk etsin, müstəhazənin işlərini görsün.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Hamile olan kadın orucun cenine zararlı olup olmadığını bilmezse oruç tutması farz olur mu?
Ad: aysu, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Oruç tuttuğunda cenine bir zarar gelmesinden korkar ve bu korkusu halk tarafından kabul edilen bir sebebe dayanırsa, orucunu yemesi farzdır; aksi durumda oruç tutması farz olur.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Qadınların dəstəmaz almaq qaydası kişilərdən fərqlidirmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazın vacib əməllərində heç bir fərqi yoxdur, lakin qadınlar üçün müstəhəbdir ki, qollarını dirsəyin içəri (bükülən) tərəfindən, kişilər isə dirsəyin özündən yumağa başlasınlar.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : Cinsi həyəcanların təhrik olunması (şəkilə baxmaq və s.) nəticəsində qadının cinsiyyət alətindən rütubəti – düxul və sıçrayış olmadan xaric olarsa, qüsl alınmalıdırmı
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
İnsandan bəzən mazaqlaşma nəticəsində xaric olan yaşlıq pakdır. Amma cinsi ləzzətin maksimal həddində xaric olsa, məni hökmündədir. Qadın barəsində isə, o yaşlığın sıçrayışla xaric olması və bədəninin süstləşməsi lazım (şərt) deyildir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (10) : Qadınlar hansı hallarda cənabətli olurlar?
Ad: gunka, Ölkə: , Müctəhid: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
Onlar iki yolla cünub olurlar: 1. Cinsi yaxınlıq; bu şərtlə ki, kişinin aləti dəllək kəsən yerə qədər və ya ondan da artıq daxil olmuş olsun – istər qabaqdan, istərsə də arxadan. Bu halda hətta məni (sperma) xaric olmasa da, həm kişi, həm də qadın cünub olurlar. 2. Spermanın xaric olması ilə – istər yuxuda, istərsə də oyaqlıqda; istər az olsun, istərsə də çox; istər şəhvətlə xaric olsun, istərsə də şəhvətsiz; istər ixtiyarla xaric olsun, istərsə də ixtiyarsız. Amma əgər qadından bir yaşlıq xaric olsa və sperma, yoxsa başqa şey olduğunu bilməsə, bu halda bu yaşlıq cinsi ləzzətin yüksək həddində xaric olubsa, (şəhvət üzündən inzal), sperma hökmündədir və cənabət qüslü ona vacib olur.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Go to TOP