Sual (1) :
Salam. Kərbəla hadisəsindən sonra, Əhlibeyt əleyhimussalam Mədinəyə qaytarıldılar. Sonra nə səbəb oldu ki, Həzrəti Zeynəb əleyhassalam Şama qayıtdı və və orada vəfat etdi ? Mümkünsə Həzrəti Zeynəb əleyhassalamın Şama qayıtması haqqında və orada vəfatı barəsində məlumat verəsiniz. Minnətdarıq..
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Alimlərin əksəriyyəti həzrət Zeynəbin (s) məqbərəsini Şamda bilirlər. Mədinə hakimi Həzrəti Zeynəbin (s) oradan çıxmasını təkid etdikdən sonra o Şama gedir. Başqa bir rəvayətlərə əsasən Yezidin qoşunu tərəfindən 62- ci ildə Mədinədə baş verən kütləvi qırğından sonra Abdullah bin Cəfər həyat yoldaşının dərdi təzələnməsin və qəmi-kədəri azalsın deyə, başqa bir tərəfdən o zaman Mədinədə kütləvi şəkildə yayılan vəba xəstəliyindən amanda qalsın deyə o həzrəti Şama doğru aparır. Həzrət Zeynəb (s) xəstələnib dünyadan köçənə qədər orda qalırlar. Həzrət Zeynəbdən (s) sonra Həzrət Əlinin (ə) başqa həyat yoldaşından olan qızı Ümmü Külsüm əvvəllər Zeynəbi-suğra adı ilə məşhur olmağına baxmayaraq Zeynəbi-kübra adı ilə məşhurlaşıb Misirə gedir.1[1] - Şeyx Cəfər Nəqdi, Zeynəbi Kübra, Nəql
əz setaregane derəxşan, cild 2, səh. 183- 184.
Allah
sizə yar olsun.
Sual (2) :
salamaleykum.Məhəmməd Hənəfiyyə niye Imam Huseynle.e.Kerbelaya getmedi ve O nece adam olub? Allah razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Tarixi faktlara əsasən Məhəmməd Hənəfiyyə İmam Hüseyn (ə) Mədinədən xaric olan zaman xəstə idi və döyüşməyə qüdrəti yox idi. Kərbəla hadisəsinin tarixini ilk dəfə qələmə almış Əbi Mixnəf bu haqda yazır:
“ Məhəmməd Hənəfiyyənin barmaqları zədələndiyindən döyüş qabiliyyətini itirmiş idi. Buna görə də qardaşı İmam Hüseynlə (ə) Kərbəla hadisəsində iştirak etmədi. “ (Ba karvane Hüseyni, c. 2, s. 234, Hikayətul-Muxtar fi əxzis-sar birivayəti Əbi Mixnəf, s. 33)
Onun üzürlü olmasını İmam Hüseynin (ə) Mədinədən xaric olduğu vaxt Məhəmməd Hənəfiyyəyə buyurduğu kəlamdan da başa düşmək olar. İmam (ə) Mədinədən xaric olanda Məhəmməd ona İraqa getməyi məsləhət görmür. İmam (ə) qardaşına qiyamı haqda xəbər verir və ona buyurur:
وَ أَمَّا أَنْتَ يَا أَخِي فَلَا عَلَيْكَ أَنْ تُقِيمَ بِالْمَدِينَةِ فَتَكُونَ لِي عَيْناً لَا تُخْفِي عَنِّي شَيْئاً مِنْ أُمُورِهِمْ.
Ey Qardaşım! Sən Mədinədə qal və mənim burdakı gözüm ol. Mədinədə baş verənləri mənə xəbər ver. (Biharul-Ənvar,c44, s 329, bab 37)
Əgər Məhəmməd Hənəfiyyənin üzrü olmasaydı, İmam (ə) ən azı ona bu qiyamda iştirak etməyi təklif edərdi. Əksinə olaraq ona Mədinədə qalmağı tövsiyə edir.
Buna başqa bir dəlil olaraq Şiənin böyük və görkəmli alimlərindən olan Əllamə Hillinin bu suala verdiyi cavabı da qeyd etmək olar. Əllamədən Məhəmməd Hənəfiyyənin İmam Zeynəl-Abidin (ə) imamətini qəbul etməsi və niyə görə Kərbəlada iştirak etməməsi haqda soruşanda buyurur:
Əqidəvi bəhslərdə sübuta yetirilmişdir ki, imanın əsasını tövhid, ədl, nübuvvət və imamət təşkil edir. Məhəmməd Hənəfiyyənin məqamı çox uca idi və bunların hamısına etiqad bəsləyirdi. Kərbalada iştirak etməməsinə gəlincə isə tarixdə Onun bu vaxt xəstə olduğu nəql olunur. ( Əl-Məsailul-Məhnaiyyə, s 38)
Allah sizə yar olsun.

Sual (3) :
salamaleykum.Duzdur ki,Peygember.s.e.a.s.Ebu bekri ozu ile magaraya ona gore apardi ki,qayidib satqinliq etmesin?
Cəfər-kəzzab kim olub,pis adam olub?sag olun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Seyid Ibni Tavus Ət-təraif kitabı 410-cu səh İbni Səbbağdan nəql edir ki, Peyğəmbər (ə) Əbubəkri özü ilə ona görə apardı ki, kafirlərdən qorxub həzrətin yerini xəbər verməsin. Əbubəkrin Peyğəmbərlə (s) mağarada bir yerdə olması onun üçün heç bir fəzilət hesab olmur. Buna görə də Əbubəkr heç zaman bu məsələni öz fəziləti kimi dilə gətirməyib, baxmayaraq ki, Səqifə günü bundan kiçik məsələləri öz fəziləti kimi sadalayıb. Bəzi tədqiqatçılar Peyğəmbərin mağara yoldaşını Əbubəkr yox başqa bir şəxs olduğunu yazırlar. Hər halda ayədə Əbubəkrin adı çəkilməyib, ayədə sahib sözü gəlib ki, yoldaş və həmrah mənasındadır.
Tarixdə Cəfəri-kəzzab, yəni yalançı Cəfər kimi tanınan şəxs on birinci imam Həsən Əsgərinin (ə) böyük qardaşıdır, yəni İmam Mehdinin (ə) əmisidir. Tarixdə bəzi müqəddəs şəxslərin yaxınları, hətta ailə üzvləri haqq əqidəsindən azmış və batil yola düşmüşlər. Məsələn, Həzrət Nuhun (ə) oğullarından biri Allaha iman gətirməmiş və tufan zamanı məhv olmuşdu. Cəfər də hələ İmam Həsən Əsgərinin (ə) zamanında özünü imam elan etmiş və qardaşı ilə mübahisəyə qalxmışdı. İmam Əsgərinin (ə) vəfatından sonra Cəfərin imamət iddiası daha da gücləndi. O, iddia edirdi ki, guya İmam Əsgərinin (ə) oğlu yoxdur. Cəfərin imamlıq iddiası o zamankı hakimiyyət tərəfindən də dəstəklənirdi. Çünki Abbasilər şiə əqidəsini zəiflətmək üçün Cəfərdən istifadə etməyi qərara almışdılar. Cəfər şiələrin bir hissəsini aldadıb öz tərəfinə çəkməyə nail oldu. O, İmam Əsgərinin (ə) şəhadətindən 11 il sonra ölmüşdür. Onun tərəfdarları cəfəriyyə məzhəbi adı altında bir müddət mövcud olmuşlar, daha sonralar bu məzhəb aradan getmişdir. Yalançı imamət iddiasına görə Cəfər “kəzzab” (yalançı) ləqəbi ilə xatırlanır.

Sual (4) :
salamun eleykum. Eger mumkun se bu sualima cavab verediz. bilmek isterdim ki Ayetullah Behcet aqa milleyetce azeri olubmu??
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Böyük arif həzrət Ayətullah-üzma Şeyx Məhəmməd Təqi Behcət Fuməni 1913-cü ildə İranın Gilan vilayətinin Fumən şəhərində dindar bir ailədə dünyaya göz açıb. Fuməndə yaşayanların əksəriyyəti talış millətidir.Ələvə məlumat üçün "Nur-az" saytının kitabxanasında yerləşdirilmiş kitaba müraciət edin:
Kitabın adı: Ayətullahül-üzma Behcətin həyatı Mövzu: Əxlaq Müəllif: Məlahət Əsədova
http://kitab.nur-az.com/az/lib/view/159
Allah sizə yar
olsun.
Sual (5) :
Salam olsun sizlərə. Mən xanım Zeynəbin (ə) qəbrinin harda olması barədə öyrənmək istərdim. Bəzi alimlər Suriya, bəzi alimlər isə Misir deyir.Bunlardan hansı daha səhihdir? Ustadların bu barədə fikri nədi? Allah razı olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Alimlərin əksəriyyəti Həzrət Zeynəbin (salamullahi əleyha) məqbərəsinin Şamda olmağını bildirirlər. Mədinə hakimi Həzrəti Zeynəbin (s) oradan çıxmasını tələb etdikdən sonra Həzrət Şama gedir. Başqa bir rəvayətlərə əsasən Yezidin qoşunu tərəfindən 62- ci ildə Mədinədə baş verən kütləvi qırğından (hərrə hadisəsi) sonra Abdullah bin Cəfər həyat yoldaşının dərdi təzələnməsin, qəmi-kədəri azalsın deyə və o zaman Mədinədə kütləvi şəkildə yayılan vəba xəstəliyindən amanda qalması üçün onu Şama doğru aparır. Həzrət Zeynəb (s) xəstələnib dünyadan köçənə qədər orda qaldılar. Həzrət Zeynəbdən (s) sonra Həzrət Əlinin (ə) başqa həyat yoldaşından olan qızı Ümmü Külsüm əvvəllər Zeynəbi-suğra adı ilə məşhur olmağına baxmayaraq Zeynəbi kübra adı ilə məşhurlaşıb Misirə gedir.1[1] - Şeyx Cəfər Nəqdi, Zeynəbi Kübra, Nəql əz setaregane derəxşan, cild 2, səh. 183- 184.
Daha ətraflı saytımızın kitabxanasında olan kitabdan oxuya bilərsiz.
Kitabın adı: Həzrət Zeynəbin (s.ə.) həyatı Mövzu: Tarix Müəllif: Əkbər Əsədi, Məhdi Rizayi
Allah sizə yar olsun.
Sual (6) :
salam,Allah sizden razi olsun,
Omerin zahiri gorunushu haqda hedislerde nese yazilib?,duzdur ki,onun bashi kechel ve rengi qap qara,gozu eyri olub yoxsa uydurmadir?Osmanin yehudi olmasi duzdur?teshekkur edirem.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ömərin zahiri görnüşü barədə yazırlar ki, boyu uzun və qara çöhrəli olub. Onun daha çox tündxasiyyətli olmağına işarə olunub.Allahsizə yarolsun.
Sual (7) :
ALLAHIN SALAMI OLSUN SIZE.imam Huseyn(e) Ashura gunu yezidin ordusundan olan bir nefer imami mesxere ederken Imam onu bed dua etdimi? Xanim Fatimeyi Zehra(s.e) oz qatillerinre nece bed dua etdimi. islam hansi halda bed dua etmeyi icaze verir?
Ad: SEVDA, Ölkə: AZE, Müctəhid: Ayətullah Xamenei
Ad: SEVDA, Ölkə: AZE, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, İmam Hüseyn (ə) Kərbəla səhnəsində bir neçə zalım ki, İmama rişxənd edirdi, nifrin və bəd dua etdi. İbn Quteybə “əl-İmamətu vəs-siyasət” kitabının 14-cü səhifəsində yazır: Fatimə dedi: “And olsun Allaha bütün qıldığım namazların sonunda sənə nifrin edəcəyəm”. Həmçinin Həzrət Zəhra (s) qatilinə dedi: ... mənim məktubumu cırdın, Allah da sənin qarınını cırsın.
Zaliıma nifrin etmək islamda icazə verilib. Peyğəmbər (s) Əbu Süfyana və iki oğlu Müaviyə və Yəzidə lənət edib.

Sual (8) :
Salam ibni abbas kimdir
Ad: zulfuqarbabayev@mail.ru, Ölkə: zulfuqar, Müctəhid: Ayətullah Xamenei
Ad: zulfuqarbabayev@mail.ru, Ölkə: zulfuqar, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Abbdullah ibn Abbas Peyğəmbərin (s) əmisi oğlu vә аlimdir. Abbasın kiçik oğlu və Quran təfsirçisi kimi tanınır. Hicrətdən üç il qabaq dünyaya gəlmişdir. Cəməl, Nəhrəvan və Siffeyn müharıbələrində Əli (ə) qoşununda iştirak etmiş vә о həzrətin tərəfindən Bəsrənin hakimi olmuşdur. Əli (ə) xilafətinin sonlarına yaxın , beytül-malı mənimsəməsi və dünyaya olan əlaqəsinə görə həzrət tərəfindən хәbәrdаlıqla məzəmmət olunduqda, Bəsrədən Məkkəyə getmişdi. Abdullah ibn Zübeyrin xilafəti zamanı Məkkədə idi. İbn Zübeyr onu Taifə sürgün etmiş , orada da dünyadan getmişdir. “Əl-isabə” 2-ci cild, səh. 22, “Usdül ğabə” 3-cü cild, səh. 192, “Əl-istiyab” 2-ci cild, səh. 345” Abdullah o biri iki qardaşından elm, Quran təfsiri, fiqh və hədisdə üstün idi аmmа, ömrünün sonuna qədər Əlini (ə) himayə etməkdə o, iki qardaşının mərtəbəsinə çata bilməz.Allah sizə yar olsun.
Sual (9) :
Salam aleykum.Xalim ibn velid malikin xanimini esir goturdu? bes o qebile ele esirlikde qaldilar?Onlari xilas eden olmadi? sag olun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Xalid bu cinayətdən sonra Əbu Bəkrin evinə gedib xüsusi bir hiyləgərliklə ondan üzrxahlıq istədi. Əbu Bəkr onun hiylə dolu üzrünü qəbul edib, qisasına göz yumdu. Əbu Bəkr əsirləri geri qaytardı və Mailikin diyəsini beytulmaldan ödədi.Allahsizə yarolsun.
Sual (10) :
Esselemu eleykum. Sunniler ebu Ebuekir Osman deyiller bunlar kimdi momin olublar yoxsa kim olublar
Allahın adı ilə.
Əleykumus-salam.
Əhli-sünnət Peyğəmbərdən (s) sonra Əbubəkir, Ömər və Osmanı xəlifə hesab edirlər. Onların əqidəsinə görə bu üç xəlifə Peyğəmbərin (s) seçilmiş səhabələridir. Lakin şiə əqidəsinə görə Peyğəmbərin haqq canişini və xəlifəsi İmam Əlidir (ə), bu üç xəlifə isə İmam Əlinin (ə) haqqını qəsb ediblər.