Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəlkədə siz özünüzə belə təlqin edirsiz və qəbul edirsiz, amma həqiqətdə sizinlə başqaları arasında fərq yoxdur. Əgər sizin dediyiniz kimi olsa və sizdə olan ağıl çatışmamazlıqı anadan gəlmə olsa bu hədislərdə tənqid olunmur. Tənqid olan budur ki siz öz ixtiyarınızla əqlinizi zay edəsiz içki, narkotik və s. şeylərlə. Sizin başqalarından geri qalmaqınızın müxtəlif səbəbləri ola bilər. Ümumiyyətlə bir neçə mətləbi qeyd edirik bəlkə köməyinizə gəldi.1. Hər işi görməzdən əvvəl fikirləşin, o işin xeyr və ziyanın ölçün əgər fikiriniz bir yerə çatmadı təcrübəli və ürəyi yanan şəxslərlə məsləhət edin.
2. Bir işi görəndə bir söz deyəndə tələsməyin əvvəlcə ölçüb-biçib sonra başlayın.
3. Ümumiyyətlə özünüzə bir müşavir tapın həmişə onunla məsləhətləşin savadlı təcrübəli sizin xeyrinizi istəyən öz həyatında müvəffəq şəxs olsun.
4. Başqaların işindən səhfindən və müvəffəqiyyətlərindən ibrət götürün və təcrübə toplayın.
5. Heçvaxt naümid olmayın həmişə müvəffəqiyyət və xoşbəxtlik yolu açıqdır. Həmişə müsbət fikirləşin.
6. İşlərinizdə tənbəllik etməyin və gələcəyi düşünün. Qəbul edin ki sizin heçbir çatışmamazlıqınız yoxdur.
7. Hər kəslə dosluq etməyin ağıllı insanlarla oturub durun və dosluq edin.
8. Pis adətlərinizi kənara qoyun. Analız edin görün sizin başqalarından geri qoyan səbəblər hansılardır onlarla mübarizə aparın.
9. İşlərinizdə ifrat-təfritə və həddi aşmağa yol verməyin həmişə orta yolu seçin.
10. Hər işinizi Allahın adı ilə başlayın və hər işinizdə sidq qəlblə Allahdan kömək diləyin və Ona təvəkkül edin.
Allah
sizə yar olsun.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Xümsunuzu yalnız təqlid etdiyiniz müctəhidin möhürü ilə möhürlənmiş qəbz verən nümayəndələrə təhvil verin. Bakıda Ayətullah Sistaninin nümayəndəsinin olub-olmamağıbarədə məlumatımız yoxdur. Amma xümsunuzu Ayətullah Sistaninin Qumda və ya Nəcəfdə olan dəftərinə göndərib qəbzini ala bilərsiz. Xümsu göndərməkdə Ocaqnejad Ağanın ofisində sizə kömək edə bilərlər.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu düşüncənin mənşəyi Allaha qarşı mərifətin (Allahı tanımağın) az olmasıdır. Diqqət etmək lazımdır ki, adətən kinolar əfsanədən başqa bir şey deyil və hətta qərb düşüncəsində belə deyil ki, Allah inkar edilsin və ya hər nəyi Allah hesab etsinlər. Bunu bilmək yetər ki, ehtiyaclı varlıq Allah ola bilməz. Ona görə də, Allahın şəxsiyyətini tanıtdıran İxlas surəsi bu məsələyə təkid edir: Bağışlayan və mehriban Allahın adı ilə.1. (Ya Peyğəmbər!) De: «Həqiqətən, Allah birdir.
2. Allah böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir – mürəkkəb deyildir və ehtiyacsızdır.
3. Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil).
4. Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır».
Allah
sizə yar olsun.
Ad: lale.gozelzade@mail.ru, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Pis yuxular mümkündür insanın gün ərzində etdiyi xəyallardan irəli gəlsin. Həmçinin mənfi təsir qoyan film, şəkil, kitab, saytlar və s. kimi stress və həyacan yaradan görüntülərdən və fikirlərdən uzaq olun. Yuxu görəndə həmişə xeyrə yozun və yuxunuzu elə insanlara danışın ki xeyrə yozacaqlar. Pis yuxu gördükdə sədəqə çıxardın. Yuxunu elə yuxu kimi qəbu edin.Allahsizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Belə problemləri həll etmək üçün Allahı təkcə tanımaq yox tapmaq lazımdır. İnsan Allahi iki yolla tanıya bilər. Birinci yol elm, dəlil və sübutla tanımaqdır. Digəri isə qəlbin yəqinliyi və şühud yolu ilədir. Bu mərhələdə insan elm və dəlil əsası ilə yox, nəfs paklığı və saflığı qanadı ilə tamam rəzalət və çirkinlikdən keçərək Allahı bütün vücudu ilə tapır. Elm yolu ilə insan Allahı tanıyır, amma qəlbin yəqinliyi ilə Allahı tapır. İmam Hüseyn (ə) ərəfə gününün duasında buyurur: İlahi seni itirən nəyi tapib, seni tapan nəyi itirb? Kor olsun o közlər ki, səni görmür. Bu mərhələyə çatmaq yalnız nəfsi saflaşdırmaq və saleh əməllərlə mümkündür.
Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsan üzgün qərara vermək üçün bir neçə məsələyə diqqət etməlidir:1. İlk növbədə qorxu, sevinc, qəzəb və iztirab kimi emosional hislərlə qərar almalıdır, əksinə səbr və sağlam düşüncə ilə məsələyə yanaşmalıdır. İmam Əli (ə) buyurur: Qərar verməzdən öncə düşün və işə başlamazdan öncə məsləhətləş.
2. Verəcəyi qərarın nəticəsini düşünməli və məlumat əldə etməlidir. İmam Əli (ə) buyurur: Uzaqgörənliklə alınmayan qərarda xeyir yoxdur.
3. Hər kəs özünün mövcud və potensial şəraitini nəzərə almalıdır.
4. Təcrübəli insanlarla məsləhət və məşvərət etməlidir. Quran buyurur: ...işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir. Ali-İmran 159.
5. Başqalarının təcrübələrindən nəticə çıxartmalıdır.
5. Bu mərhələlərdən sonra yenədə şəkk-şübhədə qalsa istixarə etmək məsləhət olunur.
6. Məğlub olmaq və təcrübənin olmamağından qorxmamalıdır və Allaha təvəkkül etmək lazımdır.
Amma şəri vəzifələrimizi müəyyən etmək üçün təqlid etdiyimiz müctəhidin fitvalarına əməl etməliyik və ya müctəhidin dəftərxanasından sual etməliyik.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İstixarənin мənası Allahdan xeyir istəмəkdir. İstixarə o yerdədir ki, insan düşünə, məsləhət edə və işin xeyr və ziyanını götür-qoy edə əgər yenədə şəkk və heyrətdə qalarsa o zaman istixarə olunar. Quranla istixarə edərkən 3 dəfə “İxlas” surəsi oxuyub, üç dəfə Peyğəmbərə və ailəsinə salavat söylədikdən sonra deyilir: “Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh” (“Salamatçılıq içində Allahın mərhəməti ilə Ondan xeyir istəyirəm”). Daha sonra Qurani-Kərimi açıb, sağ tərəfdəki səhifənin ilk ayəsini oxumaq və hansı məna daşıdığını müəyyən etmək lazımdır. Əgər insan ayənin müsbət yoxsa mənfi məna ifadə etdiyini anlamağa çətinlik çəkirsə, bunun üçün nəzərdə tutulmuş xüsusi istixarə kitablarına müraciət etməlidir. Həmin kitablarda Quranın hansı səhifəsini açarkən hansı nəticə çıxdığı barədə məlumat verilir. Hətta bəzi Quran nüsxələrinin sağ tərəfdəki (tək saylı) səhifələrinin hər birində istixarənin nəticəsi qeyd edilir.Təsbihlə istixarə qaydası: Təsbihi ələ alıb 3 dəfə Məhəmməd və Ali məhəmmədə salavat göndərdikdən sonra müəyyən qədər təsbih dənələrini ayırıb sonra onlar iki-iki sayılır, sonda 1 dənə qaldıqda niyyət edilən işi əməl, 2 dənə qaldıqda isə tərk etmək lazımdır.
Kağızla püşk atmaqlada istixarə etmək olar.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Günahı tərk etmək və ya vacibə əməl etməkdə valideynin razılığı şərt deyil və onlardan itaət etmək vacib deyil, amma gərək hər növ hörmətsizliyə yol verilməsin. Siz “əmr be məruf və nəhy əz münkər” baxımından öz vəzifənizə əməl edin. Başqa məsuliyyətiniz yoxdur.Allah sizə yar olsun.
Ad: Elcin.huseyn38@mail.com, Ölkə: Baki, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Təəssüf ki, yuxu yozmağı bacarmırıq, amma yuxu barəsində bir neçə mətləbi
diqqətinizə çatdırırıq. Diqqət etmək lazımdır ki, yuxu şəriət baxımından hüccət
sayılmır və göstərişlərini yerinə yetirmək vacib deyil və insanın boynuna
vəzifə gətirmir. Birdə çox yuxuların məxsus yozumu yoxdur.
Yuxu insan üçün yaxın və ya uzaq gələcəkdə xeyirli, ya da qorxulu bir hadisənin baş verəcəyini bildirir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Düz danışan şəxslərin yuxusu doğrudur.” Həmçinin buyurmuşdur: “Bizi yuxuda görən şəxs, sanki aşkara görmüşdür, çünki Şeytan mənim surətimə düşə bilməz.” Peyğəmbərlərin yuxu görməsi Allah tərəfindən olan bir növ ilhamdır.
İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurdu: “Doğru və yalan yuxular haqqında fikirləş, gör onlar bir-birlərinə necə də qarışmışdır. Bütün yuxular doğru olsaydı, hamı peyğəmbər olardı; əgər hamısı yalan olsaydı, onda yuxunun heç bir faydası olmaz, artıq bir iş sayılardı.”
Yuxu görəndə həmişə xeyrə yozun və yuxunuzu elə insanlara danışın ki xeyrə yozacaqlar. Pis yuxu gördüydə sədəqə çıxardın və yuxunu elə yuxu kimi qəbu edin.
Allah sizə yar olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şeytanın işi vəsvəsə etmək və insanları haqq yoldan azdırmaqdır. Siz əqidəvi mövzularda xüsusi ilə imamət barədə daha çox mütaliə edin və sizdə şəkk-şübhə yaradan məsələləri bizdən və ya etimad etdiyiniz mötəbər qaynaqlardan soruşun. Həmişə haqq yolda sabit qədəm olmağınızı Allahdan istəyin və Əhli-beytə (ə) təvəssül edin. Haqqı insanlarla ölçməyin, əksinə haqq tanıyıb insanları haqla ölçün.