Sual (1) : Salam~~~~aleykum~~~~butun insanlarin,,'gozinde bedenezer var??????umumyetle bednezer nedir?bednezer varmi?bu haqda bize yazin
Ad: ramal -agayev-1992mail. ru, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur.

Həzrət Peyğəmbərdən (s) bu barədə soruşulduqda, o buyurdu: «Qəzavü-qədəri qabaqlaya biləcək şey gözdəymədir».
Yəqub peyğəmbər öz övladlarını məhz gözdəymədən qorumaq məqsədi ilə deyir: «Yəqub dedi: «Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun...» . Həzrət Əli (ə) buyurur:
«Peyğəmbər (s) Həsən (ə) və Hüseyn (ə) üçün gözdəymə duası hazırlamışdı». Həzrət «Nəhcül-bəlağə»də bir daha buyurur: «Gözdəymə, eləcə də onu aradan qaldırmaq üçün dua, həqiqətdir».
Amma İslamda gözdəymənin bir həqiqət kimi qəbul edilməsi kimsəyə əsas vermir ki, bu sahədə xürafat həddinə yetişsin. Bu sahədə dinin göstərişlərindən kənara çıxaraq, ifrata varmaq caiz deyil. Bəs, gözdəymə həqiqətdir amma hər kəsin gözündə belə xüsusiyyət yoxdur.

Bədnəzərdən qorunmaq üçün qeyd etdiyimiz ayə və duaları oxuyun:

Əl-Qələm surəsi ayə 51-52: Və in yəkadulləzinə kəfəru la yuzliqunəkə bi əbsarihim ləmma səmiuz zikrə və yəqulunə innəhu ləməcnun. Və ma huvə illa zikrun lil aləmin.

Ayətəl kürsi (Bəqərə surəsinin 255, 256 və 257-ci ayələri).

Fələq və Nas surəsi.

İxlas surəsini 6 cəhətə (sağ, sol, yuxarı, aşağı, qabaq və arxaya) oxumaq.

İmam Sadiq (ə) buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin:

«ماشاء الله لاقوة الا بالله العلی العظیم»

Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim.

Hər gün az miqdarda olsa da sədəqə verin və Allaha təvəkkül edin.

Diqqət: Əgər sualınızın cavabı email ünvanınıza gəlməsə cavabı saytdan oxuyun və problemi bizə xəbər verin.

Allah sizə yar olsun.

Sual (2) : Hz Adəmin övladları kimlə evləniblər ? Quran, hədis və əqli dəlillərə əsasən cavab yazmağınızı xahiş edirəm.

Bismillahir-rəhmanir-rəhim.

«Nisa» surəsi bu ayə ilə başlayır: «Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun».

İslam düşmənlərinin fəaliyyət istiqamətlərindən biri də, mübahisə doğura biləcək dini məsələri savadsız müsəlmanlar arasında qızışdırmaqdır. Yuxarıdakı ayə, dinini sevən insana kifayət qədər məlumat verir. Buna baxmayaraq, islam alimləri ayə və hədislərə əsaslanaraq, şübhə doğracaq bütün məsələlərə aydınlıq gətirirlər.

Bu sualınıza təfsir kitablarında və din alimlərinin nəzəriyyələrində  bir neçə variantda cavab verilib. Onlardan ən düz hesab olunanı budur ki,  peyğəmbərin evladları bacı və qadaş olmaqla 4 ekiz uşaq olub. Onlardan Habil, Qabilin əkiz bacısı ilə, Qabil isə Habilin əkiz bacısı ilə evlənib və buyolla adəmin nəsili artıb. Bacı ilə qardaşın evliliyi İslamda böyük günahlardan sayılsa da, o vaxt nəsilin artması üçün zəruri olub, bundan sonra isə məhrəmlərin evliliyi haram edilib

Bir qrup alimin fikrinə görə isə, Adəmin övladları Adəmdən əvvəlki insan nəslinin qalıqları ilə evlənmişlər. Rəvayətlərə görə, Adəm yer üzündə heç də ilk insan olmayıb. Elm də bu fikri təstiqləyir. Qədim insan məskənlərində aparılan tədqiqatlar göstərir ki, yer üzündə həyat milyonlarla il bundan əvvəl başlamışdır. Hansı ki, Adəmin, yaranışından elə də böyük zaman keçməmişdir. Təbii ki, həmin nəsil Adəmin yaranış zamanında öz son günlərini yaşayırdı. Adəmin övladlarının həmin insanlarla evlənməsi tam məntiqə uyğundur.

Başqa nəzəriyyədə budur ki, Allah-təala insan sifətində hurilər göndərdi, Adəmin övladları onlarla evləndi və nəsilləri çoxaldı.  
Amma Quranın ibarələrindən belə başa düşmək olur ki, Adəm övladlarının artımı yalnız Adəmvə həyat yoldaşının vasitəsilə olmuş və üçüncü bir şəxsin müdaxiləsi olmamışdır. Bu sözdən belə qənaətə gəlmək olar ki, Adəm övladları (qardaş və bacı) bir-birləri ilə evlənmişlər. Çünki bu evlənmələr mubah olmuşdur. Ona görə ki, hələ qardaş və bacının evlənməsinin haramlığı hökmü nazil olmamışdır. Aydındır ki, bir işin qadağan olunması, onun Allah tərəfindən haram buyurulmasından asılıdır. Heç bir maneəsi yoxdur ki, zərurətlər və məsləhətlərin tələbinə görə bir iş bəzi zamanlarda caiz olsun və sonradan haram edilsin.

Allah sizə yar olsun.

Sual (3) : Pirlere inanmaq ne derecede duzgundur?

Bismillahir-rəhmanir-rəhim.

Allah, müqəddəs şəxslərin qəbirlərini pir qərar verməyi, orada məscid tikməyi, namaz qılmağı bizlərə qadağan etməyib, Peyğəmbər(s) və Əhli-Beytin məzarlarının üstündə məscid tikməyin İslama heç bir ziyanı yoxdur. Məlumat üçün qeyd edək ki,  təkcə şiələr yox, Əhli-Sünnə məzhəbləri də övliyaların qəbirlərinin üstündə məscid tikiblər. İstər şiələr, istərsə də sünnülər bunu özbaşına yox, Quran ayəsinə və Quran ayəsinin təfsirinə əsasən ediblər: ''Onların qəbirlərinin üstündə bina düzəltdik. Bu işdə qalib gəlmiş başqa dəstə (möminlər) dedilər. Onların qəbirlərini məscid qərar verəcəyik.'' yəni orada məscid tikəcəyik, ''Kəhf'' surəsi, ayə-21 də belə buyurulur.  Bu ayədən açıq-aydın görünür ki, qəbri pir etmək (üzərində məscid tikmək) heç də haram deyil və bunu növbəti hədisdən də başa düşmək olar: ''Peyğəmbərimizin qızı Həzrət Fatimeyi Zəhra(s.ə.) cümə günləri əmisi şəhid Həmzənin qəbrinin yanına gedib namaz qılır və ona gözyaşı tökürdü. (''Səhihi Müslüm'' c. 3 və ''Sünəni Beyhəqi'' c. 4, səh.78) Əgər qəbrin yanında namaz qılmaq, oranı məscid - səcdə olunan yer qərar vermək haram olsaydı, Rəsuli Əkrəm bunu öz doğma qızına qadağan edərdi. Bunu da unutmayaq ki,  Peyğəmbər(s)-in öz məzarı Mədinədə Məscidün-Nəbinin daxilindədir və bütün zəvvarlar orada namaz qılırlar, ziyarət edirlər.
Allah sizə yar olsun.

Sual (4) : Salamelekum.adem ve hevva evlenib ve onlarin ovladi olub ve men bir seyi basa dusmurem axi bes bu ademle hevvanin ovladlari baci ve qardas olub axi.bes bunlar nece evlenib yeni bu nesil nece coxalib?baciyla qardas evlene bilmez axi bizim dinimizde.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

«Nisa» surəsi bu ayə ilə başlayır: «Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun».

İslam düşmənlərinin fəaliyyət istiqamətlərindən biri də, mübahisə doğura biləcək dini məsələri savadsız müsəlmanlar arasında qızışdırmaqdır. Yuxarıdakı ayə, dinini sevən insana kifayət qədər məlumat verir. Buna baxmayaraq, islam alimləri ayə və hədislərə əsaslanaraq, şübhə doğuracaq bütün məsələlərə aydınlıq gətirirlər.

Bu sualınıza təfsir kitablarında və din alimlərinin nəzəriyyələrində  bir neçə variantda cavab verilib. Onlardan ən düz hesab olunanı budur ki,  peyğəmbərin evladları bacı və qadaş olmaqla 4 ekiz uşaq olub. Onlardan Habil, Qabilin əkiz bacısı ilə, Qabil isə Habilin əkiz bacısı ilə evlənib və buyolla adəmin nəsili artıb. Bacı ilə qardaşın evliliyi İslamda böyük günahlardan sayılsa da, o vaxt nəsilin artması üçün zəruri olub, bundan sonra isə məhrəmlərin evliliyi haram edilib

Bir qrup alimin fikrinə görə isə, Adəmin övladları Adəmdən əvvəlki insan nəslinin qalıqları ilə evlənmişlər. Rəvayətlərə görə, Adəm yer üzündə heç də ilk insan olmayıb. Elm də bu fikri təstiqləyir. Qədim insan məskənlərində aparılan tədqiqatlar göstərir ki, yer üzündə həyat milyonlarla il bundan əvvəl başlamışdır. Hansı ki, Adəmin, yaranışından elə də böyük zaman keçməmişdir. Təbii ki, həmin nəsil Adəmin yaranış zamanında öz son günlərini yaşayırdı. Adəmin övladlarının həmin insanlarla evlənməsi tam məntiqə uyğundur.

Başqa nəzəriyyədə budur ki, Allah-təala insan sifətində hurilər göndərdi, Adəmin övladları onlarla evləndi və nəsilləri çoxaldı.  
Amma Quranın ibarələrindən belə başa düşmək olur ki, Adəm övladlarının artımı yalnız Adəmvə həyat yoldaşının vasitəsilə olmuş və üçüncü bir şəxsin müdaxiləsi olmamışdır. Bu sözdən belə qənaətə gəlmək olar ki, Adəm övladları (qardaş və bacı) bir-birləri ilə evlənmişlər. Çünki bu evlənmələr mubah olmuşdur. Ona görə ki, hələ qardaş və bacının evlənməsinin haramlığı hökmü nazil olmamışdır. Aydındır ki, bir işin qadağan olunması, onun Allah tərəfindən haram buyurulmasından asılıdır. Heç bir maneəsi yoxdur ki, zərurətlər və məsləhətlərin tələbinə görə bir iş bəzi zamanlarda caiz olsun və sonradan haram edilsin.

Allah sizə yar olsun.

Sual (5) : Es Salamu aleykum.menim telebe yoldaşım Ehli sünnet mezhebindendi.Mene derki Pire getmek olmaz.qurandada aye var.Bu heqiqeten beledirmi???indiden Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Saleh insanların qəbirlərini ziyarət etmək məsumların sünnələrindəndir. Bu barədə Əhli-sünnət kitablarında da hədislər gəlib. Əziz Peyğəmbərin qızı Fatimə (s) hər cümə günü əmisi Həmzənin qəbrini ziyarət etməyə gedər və qəbrin kənarında namaz qılardı (Peyğəmbərin zamanında). Səhih Buxarı, Ziyarətül-qubur fəsli səh-100.

Əbu Cəfər (ə) buyurur: Allahın elçisinin (s) qızı Fatimə həmişə həzrət Həmzənin (Allah ondan razı olsun) qəbrini ziyarət edərdi. Xanım Fatimə onu yenidən təmir edib, nişanə olaraq bir daş qəbir üzərinə qoydu. Müstədrəki Hakim c.1 səh.533.

Allah sizə yar olsun.

Sual (6) : Assalam Aleykuk. Sualım budur ki, Adəm (ə.s) dən öncə insanlar olubmu. Və Adəm (ə.s) in övladları (bacı və qardaşlar) necə evləndilər ki,onlar bir birinə haram olmadı? Adəm (ə.s) övladları Habil və Qabil hürilərlə evləndikləri nə dərəcədə doğrudur? Allah sizdən razı olsun
Ad: Elnur, Ölkə: Azərbaycan, Gəncə, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

«Nisa» surəsi bu ayə ilə başlayır: «Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun».

İslam düşmənlərinin fəaliyyət istiqamətlərindən biri də, mübahisə doğura biləcək dini məsələri savadsız müsəlmanlar arasında qızışdırmaqdır. Yuxarıdakı ayə, dinini sevən insana kifayət qədər məlumat verir. Buna baxmayaraq, İslam alimləri ayə və hədislərə əsaslanaraq, şübhə doğracaq bütün məsələlərə aydınlıq gətirirlər.

Bu sualınıza təfsir kitablarında və din alimlərinin nəzəriyyələrində  bir neçə variantda cavab verilib. Onlardan ən düz hesab olunanı budur ki,  peyğəmbərin evladları bacı və qadaş olmaqla 4 ekiz uşaq olub. Onlardan Habil, Qabilin əkiz bacısı ilə, Qabil isə Habilin əkiz bacısı ilə evlənib və buyolla adəmin nəsili artıb. Bacı ilə qardaşın evliliyi İslamda böyük günahlardan sayılsa da, o vaxt nəsilin artması üçün zəruri olub, bundan sonra isə məhrəmlərin evliliyi haram edilib

Bir qrup alimin fikrinə görə isə, Adəmin övladları Adəmdən əvvəlki insan nəslinin qalıqları ilə evlənmişlər. Rəvayətlərə görə, Adəm yer üzündə heç də ilk insan olmayıb. Elm də bu fikri təstiqləyir. Qədim insan məskənlərində aparılan tədiqatlar göstərir ki, yer üzündə həyat milyonlarla il bundan əvvəl başlamışdır. Hansı ki, Adəmin, yaranışından elə də böyük zaman keçməmişdir. Təbii ki, həmin nəsil Adəmin yaranış zamanında öz son günlərini yaşayırdı. Adəmin övladlarının həmin insanlarla evlənməsi tam məntiqə uyğundur.

Başqa nəzəriyyədə budur ki, Allah-təala insan sifətində hurilər göndərdi, Adəmin övladları onlarla evləndi və nəsilləri çoxaldı.  
Amma Quranın ibarələrindən belə başa düşmək olur ki, Adəm övladlarının artımı yalnız Adəmvə həyat yoldaşının vasitəsilə olmuş və üçüncü bir şəxsin müdaxiləsi olmamışdır. Bu sözdən belə qənaətə gəlmək olar ki, Adəm övladları (qardaş və bacı) bir-birləri ilə evlənmişlər. Çünki bu evlənmələr mubah olmuşdur. Ona görə ki, hələ qardaş və bacının evlənməsinin haramlığı hökmü nazil olmamışdır. Aydındır ki, bir işin qadağan olunması, onun Allah tərəfindən haram buyurulmasından asılıdır. Heç bir maneəsi yoxdur ki, zərurətlər və məsləhətlərin tələbinə görə bir iş bəzi zamanlarda caiz olsun və sonradan haram edilsin.

Allah sizə yar olsun.

Sual (7) : Salamu-aleykum. Bir hamile xanim yuxuda gorur ki h Zehra (sa) onu qucaqlayir. Yozumun deye bilersiz?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təəssüf ki, yuxu yozmağı bacarmırıq. Amma bu yuxu inşallah xeyirli yuxudur və bunuda qeyd etmək isdərdik ki, insan öz yuxusunu başqalarından daha yaxşı yoz bilər, çünki öz vəziyyət və halətini başqalarından yaxşı bilir və bu yuxu ona nəyi çatdırmağını daha düzgün analiz edə bilər. Əlbətdə yuxu höccət deyil və yuxunu elə yuxu kimi qəbul etmək lazımdır.

Allah sizə yar olsun.

Sual (8) : Salam ene bir sual hagginda sorushmag isteirem subut ucun men isteirem peiganber s.a.s namazi nece gilarmish torpaga secde hagginda bir nece hadisler yazsaniz cox gozel olardi .sagolun
Ad: bakhtiyar, Ölkə: kazakhstan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiələr səcdəyə gedərkən alınlarını təmiz yerə qoymaq məqsədilə torpaqdan olan möhürə qoyurlar. ''Peyğəmbərin(s) səhabələri səcdə zamanı alınlarını torpağa qoyurdular.'' Bu hədis böyük əhli-sünnə alimlərinin kitabında gəlib, o cümlədən, ''Əs-sünnənül-Kübra'' (c. 2, səh.105), ''Müstədrəki Hakim'' (c. 1, səh.270), ''Sünnəni Beyhəqi'' (c. 2, səh.103). Hədisdən açıq-aydın görünür ki, Peyğəmbərin(s) yaxınları da səcdə zamanı alınlarını torpağa qoyurdular. Əgər Peyğəmbər(s) və səhabələri alınlarını torpağa qoyurdularsa, bizlər də onlardan ibrət götürməliyik. Peyğəmbər(s) buyurur: ''Torpaq mənim üçün səcdə yeri və pak qərar verilmişdir.'' Bu hədis isə ''Kənzül-ümmal'' (c. 7, səh.465), ''Əl-Müsənnif'' (c. 1, səh.392), ''İrşadus-Sari'' (c. 1, səh.405) kitablarında gəlmişdir. Peyğəmbər(s) buyurur: ''Allahdan ötrü alnını torpağa qoy.'' Bu hədisi də ''Səhihi Müslüm'' (c. 1, səh.371), ''Səhihi Buxari'' (c. 1, səh.91), ''Sünnəni Beyhəqi'' (c. 1, səh.212), ''Sünnəni Nəsai'' (c. 1, səh.210), ''Sünnəni Tirmizi'' (c. 2, səh.131) kitalabrında rast gəlmək olar. Əhməd İbni Şüeyb Nəsai Peyğəmbər (s)-in səhabəsi olan Əbu Səid Xidridən nəql edir ki, iki gözümlə gördüm namazdan sonra torpağın izini Peyğəmbərin alnında və bundan əlavə burnunda da, müşahidə etdim. Bu hədisi də, ''Sünnəni Nəsai'' (c. 2, səh.208), ''Səhihi Buxari'', ''Sünnəni Əbi Davud'' kitablarında görə bilərik.

Peyğəmbərin (s) bəzi səhabələri Mərvə dağının daş parçalarına səcdə edərdilər. Peyğəmbərin (s) əmisi Həmzə (ə) şəhid olduqdan sonra Peyğəmbər (s) onun torpağından götürür və Hz. Zəhra (s) o torpağdan təsbeh və möhr düzəldir. Mədinə əhlidə bu işi görür və hər zaman səfərə getsəydilər Mədinənin torpağından özləri ilə götürərdilər. İmam Hüseyn (ə) şəhid olduqdan sonra Kərbəla torpağına səcdə məşhur oldu və ilk dəfə İmam Səccad (ə) özüylə o torpaqdan Mədinəyə gətirdi və ona səcdə edərdi.

Allah sizə yar olsun.

Sual (9) : əsalam əlekum aga mən imam rza (ə) yuxuda görmüşəm yuxuda mənə 2 ədət kağiz verir deyir birini dosduna və mənə dedi gəl əmanətini apar ........ mənim nə əmanətim olabilər və mən hec vaxd ziyarətə getməmişə 2 sual mən imam əli (ə) yuxuda görmüşəm gğrürəmki agam döyüş paltarinda durub başimin üsdündə şahadət barmağyla mınim üzümdəki xala bir damci su damcilatdi və həmin an mən yuxudan oyandim sanki həqiqətən üzümdə su varidi xayiş edirə bunlari yozasi ve cavab yazasiz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təəssüf ki, yuxu yozmağı bacarmırıq, amma yuxu barəsində bir neçə mətləbi diqqətinizə çatdırırıq. Diqqət etmək lazımdır ki, yuxu şəriət baxımından hüccət sayılmır və göstərişlərini yerinə yetirmək vacib deyil və insanın boynuna vəzifə gətirmir. Yuxunu elə yuxu kimi qəbul edin. Birdə çox yuxuların məxsus yozumu yoxdur.

Yuxu insan üçün yaxın və ya uzaq gələcəkdə xeyirli, ya da qorxulu bir hadisənin baş verəcəyini bildirir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Düz danışan şəxslərin yuxusu doğrudur.” Həmçinin buyurmuşdur: “Bizi yuxuda görən şəxs, sanki aşkara görmüşdür, çünki Şeytan mənim surətimə düşə bilməz.” Peyğəmbərlərin yuxu görməsi Allah tərəfindən olan bir növ ilhamdır.

İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurdu: “Doğru və yalan yuxular haqqında fikirləş, gör onlar bir-birlərinə necə də qarışmışdır. Bütün yuxular doğru olsaydı, hamı peyğəmbər olardı; əgər hamısı yalan olsaydı, onda yuxunun heç bir faydası olmaz, artıq bir iş sayılardı.”

Yuxu görəndə həmişə xeyrə yozun və yuxunuzu elə insanlara danışın ki xeyrə yozacaqlar. Pis yuxu gördüydə sədəqə çıxardın və yuxunu elə yuxu kimi qəbu edin.

Allah sizə yar olsun.

Sual (10) : Salam bilmek isdeyirem ki bu il eyyami Fatime Şehadeti novruz bayramina dusur 1 rinci vafati Martin -4..2 vefati Martin 24 olur novruz bayrami Martin 20 si ve 21 biri qeyd olunur bu iki vefatin arasinda bayram etmek olar ya yox bunu bilmek isdeyirdim evvelceden tesekkur edirem
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Fatimeyi-Zəharanın (salamullahi əleyha) şəhadət günlərinin ehtiramı hamıya lazımdır. Birinci Əyyami Fatimiyyə cəmadiul-əvvəlin 13, 14 və 15 (4, 5 və 6 mart) ikincisi isə cəmadius-saninin 1, 2 və 3 (22, 23 və 24 mart) bu günlər gərək əzadarlıq məclislərinə ixtisas verilsin və onun bərəkətindən bəhrələnək.

Əlbətdə bu iki şəhadət günlərinin arası başqa günlər kimidir, şəriət qanunlarına riayət etməklə bayram və şənlik etmək olar.

Allah sizə yar olsun.

Go to TOP