Sual (1) : Salam aleykum. Selefilerin Peygemberden getirdikleri hedislerki var "Sama gedin, cihada sama gedin ve.s bu movzuda hedisler coxdur" bu hedislerden meqsed nedir? Sehihdir bu hedisler? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu sualı sələfilərdən soruşmaq lazımdır. Şiə, qaynaqlarında belə hədislərə rast gəlməmişik. Bu hədislər səhih olsa belə, Müaviyyənin əleyhinə cihada işarədir ki, həzrət Əli (ə) insanları Müaviyyənin əleyhinə cihad etməyə çağırırdı. Əlbətdə Süfyani də şiə hədislərinə əsasən Şamda ortaya çıxacaq.
Allah sizə yar olsun.
Sual (2) : Salam. Vahhabiler ve selefiler kimlerdiler? Eyni zibildilerse, niye adlarini deyisibler? Ve isidle vahhabiler arasinda dusmencilik nedendir? Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

«Sələfilik» və «vəhhabilik» arasında heç bir fərq yoxdur. Onların hər biri, pulun bir üzü kimidir. Onlar eyni əqidə və fikrə malik olsalar da siyasi və ictimai maraqlara görə özlərini – Ərəbistan yarımadasında vəhhabi, Ərəbistandan kənarda Sələfi kimi tanıtdırırlar...
(Vəhhabilər, tarix boyu müxtəlif və ağır cinayətlərə mürtəkib olduqları üçün, dünyada «vəhhabi» adına qarşı kəskin bir nifrət hissi oyanmışdır. Bu məsələdən agah olan vəhhabilər, xarici ölkələrə təbliğə getdikdə, orada, ifratçı əqidələrini təbliğ etmək naminə, adlarını dəyişməyə məcbur qaldılar. Elə bu səbəbdən də, özlərini saleh sələflərə mənsub etməklə, «sələfilik» adı altında vəhhabiçilik əqidəsini yaymağa başladılar – Mütərcimdən.)
Bu günkü gündə gördüyümüz sələfilərin hamısı, İbni Teymiyyə və Hənbəli kimi mücəssimə məzhəbi (Allahı cisim sanan) müftilərinin davamçılarıdır. Hətta bu müftilərin özləri də İbni Teymiyyəyə təqlid edir, onu mərcə, başçı və Hənbəli məzhəbinin alimi sanırlar. Lakin buna baxmayaraq, onlar da özlərini vəhhabi adlandırmırlar. Çünki bu ad artıq mənfur bir ada çevrilmişdir.
Vəhhabiyyət və Sələfilik, Hənbəli məzhəbinin davamıdır. Əlbəttə, burada Hənbəli məzhəbindən məqsəd, özlərini sonradan o məzhəbə mənsub edən müəyyən bir qrup, yə`ni Allahı cisim sanan və Əhli-beytə (ə) qarşı ədavət bəsləyənlər (Vəhhabilər, sələfilər) nəzərdə tutulmuşdur. Elə buna görə də, vəhhabi və sələfi əqidəli insanların əksəriyyəti, həmin məzhəbin bir qisim məsələlərilə razılaşmırlar. Vəhhabilər, sələfilər ulu Tanrını cisim bilərək, Onu öz yaratdıqlarına bənzədir, həmçinin, Əhli-beytlə (ə) düşmənçilik edib onlara hörmətsizlik belə edirlər.
Vəhhabiyyət, Sələfilik təfəkküründən vücuda gəlmişdir. Məhəmməd ibni Əbdül-Vəhhab camaatı İbni Teymiyyəyə və özlərini saleh sələflərə (Məhəmməd Peyğəmbərin (s) səhabələrinə) nisbət verən bir qrup mücəssimə əqidəli hənbəlilərə tərəf də`vət edirdi.
Nəticə: «Sələf»-dən məqsəd İslam dininin əvvəllərindən ilk üç əsrdə yaşayanlardır, «Sələfi» o kəsə deyilir ki, özünü inanc, rəftar və ehkamda o əsrdə yaşayan sələflərin davamçısı kimi görür.
Hal-hazırda isə «Sələfi» vəhhabi və nasibilərə (Əhli-beytin (ə) düşmənlərinə) deyilir.
İşid üzüvləri hamısı vəhhabi əqidəli insanlardır, amma bugün işid adı cəmiyyətlərdə pis hallandığı üçün vəhhabilər özlərini zahirdə işiddən ayırırlar, lakin daxillərində işidlə həmfikirdirlər.

Allah sizə yar olsun.

Sual (3) : vahabi(selefiler) ve ehli sunneler birdirmi yoxsa fikirlerimi bir deil onlarin cox ferqini bilmek isdirem olarsa

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sünni əhli Hənəfi, Hənbəli, Şafei və Maliki kimi dörd əsas qola ayrılır ki, zaman keçdikcə bu qolların bəzisi onlarla yeni qollara ayrılıbdır.
Lakin əslində vəhhabiləri sünni əhli hesab etmək olmaz. Hərçənd vəhhabilər belə təlqin etmək istəyirlər ki, sünni əhlindəndirlər, amma vəhhabilərin bu istəyi yalan və aldadıcıdır.
Vəhhabilik özünü hənbəlilərdən hesab edir. Belə ki, vəhhabilik bildirir ki, özünün bir çox etiqadlarını Əhməd ibn Hənbəldən və onu fikirləri və əqidələrindən götürübdür.
Bununla belə, bir çox hənbəli din alimi də vəhhabiliyi özündən ayrı bir firqə kimi təqdim edrərək, vəhhabilərə yaxınlığı rədd edibdir.
Əsasən etiqadı məsələlərdə vəhhabilərlə sünnilər biri-birindən seçilir.
Əhli-sünnətin qəbul etdiyi, şəfaət, övliyalara təvəssül, məzarları ziyarət etmək kimi bir çox əqidələri vəhhabilər şirk bilir.

Allah sizə yar olsun.

Sual (4) : Salam. Omarin mavi, oz bibisinin oglu olmasi ve yaxin sehabe olmasi nece basa dusulmelidir? Hele onun qiziyla evlenmek? bu faktlar sunnilerin hansi moteber menbesinde var? Allah razi olsun/

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bunu sübut edən faktlar sünnilərin Təbəqatul-Kubra kimi ikinci dərəcəli kitablarında gəlib, əlbətdə bu detalları əhli-sünnət alimləri danırlar. Belə ki, buna dəlalət edən kəlmələri başqa mənalara yozurlar. Səhih Buxarı kitabında da üstüörtülü işarə olunur. Ömərin yaxın səhabə olması zahiri baxımdandır, mənəvi və məqam baxımından deyil. Belə ki, həmişə səhnədə özünü göstərirdi.

Allah sizə yar olsun.

Sual (5) : Salamu-aleykum.Muqeddes Mekkede ziyaretcilere qarsi zorakiliq hallari olubmu?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Məkkə və Mədinə ziyarətgahları vəhhabillərin ixtiyarındadır, orada ictimai yerlərdə insanlar öz əqidələrinə uyğun əməl etməyə icazə verilmir. Zorakılıq halları çox baş verir, hətta bəzən edamla cəzalandırılır. Möhürlə namaz qılanda, ya Peyğəmbərə (s) salam verəndə və təvəssül edəndə itələyirlər ya qamçı ilə vururlar. Nümunə üçün 2-3 ay bundan öncə iki iranlı yeniyetmə cavana təcavüz etmək istəmişdilər ki, buna nail olmamışdılar. Xüsusi ilə İrandan gedən şiələri çox incidirlər və təhqir edirlər.

Allah sizə yar olsun.

Sual (6) : salam aleykum...sahibezzaman yeni zamanin sahibi? zamanin sahibi Allah deyil? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Buda vəhhabilərin köhnəlmiş iradlarından biridir. Ümumiyyətlə təkcə zaman yox bəlkə hər şeyin həqiqi sahibi Allahdır. lakin imam Mehdi (ə) haqqında da "zamanın sahibi" ifadəsinin işlədilməyi ziddiyət deyil. Sahibəz-zaman zamanənin imamı mənasın daşıyır. Peyğəmbər (s) buyurur: “Hər kəs öz zəmanəsinin imamını tanımadan ölsə cahiliyyət dövründə ölənlər kimi dünyadan getmiş olar.”

Sahib ərəb dilində yoldaş, dost və müasir deməkdir, Azərbaycan dilində zehinə gələn sahib və malik mənasında deyil. Bu səbəblə zamanın sahibinin mənası, zamanla yoldaş olan, bu əsr və zamanda yaşayan deməkdir. Bu məna və anlayışın şirklə əlaqəsi yoxdur. Bu iddianın dəlili Quran ayəsidir: [1] "ما ضل صاحبکم و ما غوی"; Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) ) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb. Həmçinin belə buyurur: "" و ما صاحبکم بمجنون2] Sizin yoldaşınız və dostunuz (Peyğəmbər) divanə deyildir.

Bundan əlavə, hətta bu sözdən (sahib) məqsəd malik olsa belə bu şirk olmayacaq; çünki İmam Zamanın malikiyyət və idarəçiliyi, Uca Allahın malikiyyətinin kənarında və paralelində deyil bəlkə Allahın iradəsi və icazəsi ilədir: "" یا أیها الذین آمنوا أطیعوا الله و أطیعوا الرسول و أولی الأمر منکم3] Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun.

1. Nəcm, 2.

2. Təkvir, 22.

3. Nisa, 59.

Allah sizə yar olsun.

Sual (7) : salam aleykum, sud emer uwaq haqda olan fetvani acixlaya bilersiz? ve bu barede ehlu sunne alimlerinden nese varmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Uyğun mövzuyla əlaqədar aşagıdakı məqaləyə müraciət edin:

Vəhhabi mərəkəsinə sözardı 

Son zamanlar bəzi vəhhabilər İmam Xomeyninin "Təhrir əl-vəsilə" kitabında bir məsələ görüb nəsə yeni bir şey kəşf etdiklərini düşünür, bunu bəhanə edib Əhli-beyt məzhəbinə və Şiə alimlərinə qarşı təhqiramiz hücumlara keçirlər. Söhbət hətta südəmər olsa belə, həddi-büluğa çatmamış qız uşaqlarının ərə verilməsindən və ərin də cinsi əlaqəni çıxmaq şərtilə digər formalarda onunla ehtirasını doyurmasından gedir. İddiaya görə, İmam Xomeyni bunun mümkünlüyünə dair fətva vermişdir. Bu iddiaya müxtəlif dillərdə yetərincə cavablar verilmiş, azərbaycanlı ilahiyyatçı Şeyx Cavidin üç hissədən ibarət əhatəli cavabı Youtube portalında yerləşdirilmişdir.

Adımı sənə qoyum, səni yana-yana!

Əslində nə İmam Xomeyni belə bir fətva vermişdir, nə də bu hökm İslam alimləri üçün yenidir. Maraqlı burasındadır ki, vəhhabilərin inandığı, sevdiyi və müraciət etdiyi qədim və yeni alimlərinin çoxu belə fətva vermişlər, həm də bəzən çox utandırıcı şəkildə. Belə ki, iradda İmam Xomeyninin cinsi əlaqəni istisna etdiyi vurğulanırsa, bu alimlərin bəzisi hətta bunu da mümkün və normal saymışdır. Görünür onlar ya öz alimlərinin fətvaları ilə tanış deyillər, ya da adlarını başqalarına qoymaq sindromundan əziyyət çəkirlər.

Düzünə qalsa, hər hansı alim və ya alimlərin sözünü məzhəb adına bağlamaqla razı deyiləm. Üstəlik, bu alimlərin sözü yanlış və ya qeyri-dəqiq olsa, onu anında rədd etmək daha münasibdir. Hər bir məzhəbin alimləri arasında çoxlu fikir ayrılıqlarını nəzərə alsaq, heç kimin bütün məzhəbdaşlarının fikirlərini müdafiə etməsi mümkün də deyil. Bu baxımdan, hər hansı alimin səhvi faciə sayılmır, ən pis halda yanlış fikir kimi qəbul olunur. Məhz bu hökmə gəldikdə isə, deyə bilərik ki, İmam Xomeyni həddi-büluğa çatmamış qız uşağının atası və ya babası tərəfindən ərə verilməsini yolverilməz sayır, lakin hər hansı səbəbdən bunu açıq deyil, dolayısı ilə bildirir. Bunu axırda izah edəcəyik.

Vəhhabilər üçün etibarlı qaynaqlardan sitatlar

Vəhhabilərin ən mötəbər hədis kitabı saydıqları Səhih Buxarinin Nikah bölməsində "Uşaqların böyüklərlə evləndirilməsi" fəsli var. Hicrətin dördüncü əsrində yaşamış təfsirçi alim Əbu Bəkr Cəssas özünün "Əhkam əl-Quran" kitabının "Azyaşlıların evləndirilməsi" fəslində (c. 2, səh: 64-69) uyğun hökmə dair dəlillərini qeyd etmiş, bu barədə Əbu Hənifə, Əbu Yusif, Məhəmməd, Malik ibn Ənəs və digərlərindən təsdiqedici sitatlar gətirmişdir. Beşinci əsrdə yaşamış məşhur Hənəfi alimi Sərəxsi özünün 30 cildlik "əl-Məbsut" kitabında "Uşağı evləndirmək və ya ərə vermək" adlı xüsusi fəsil açaraq (c. 4, səh: 212-213) bunu icazəli saymış, Maliki və Şafei məzhəblərinin banilərinin də eyni fikirdə olduğunu bildirmişdir. Əbülmənaqib Zəncani "Təxric əl-füru əla əl-üsul" kitabında (c. 1, səh: 192-193) Əbu Hənifə və Şafeinin müəyyən şərtlərlə buna icazə verdiklərini yazır. Hənbəli alimi İbn Qüdamə çoxcildli "əl-Müğni" əsərində (c. 7, səh: 379) yazır ki, alimlərin yekdil rəyinə əsasən, ata özünün həddi-büluğa çatmamış qızını ona münasib adama ərə verə bilər və qızın razılığı heç bir əhəmiyyət kəsb etmir. İbn Həzm özünün "əl-Mühəlla" kitabının 1822-ci məsələsində (c. 9, səh: 458-461) atanın azyaşlı qızını razılığı olmadan da ərə verməsini icazəli sayır və onun həddi-büluğa çatandan sonra nikahı pozma hüququnun olmadığını bildirir. O, Əbu Süleymanı, Həsəni və İbrahim Nəxəini də yuxarıdakı siyahıya əlavə edir. Bunlardan əlavə, bu fikir Hənbəli alimi Buhutinin "Kəşşaf əl-qina" (c. 5, səh: 529-530) və Hənəfi alimi İbn Abidinin "Haşiyə" ( c. 3, səh: 241) kitablarında da təsdiqini tapmış, İbn əl-Münzir isə "əl-İcma" kitabında bu fikrin alimlər tərəfindən yekdilliklə qəbul olunduğunu iddia etmişdir.

Bura qədər yazılanlar məsələnin yumşaq tərəfidir. Biz indiyədək qız uşağını sadəcə ərə verməyi mümkün sayanların bir qisminin adlarını çəkdik. Həmin ərin bu uşaqla davranışı isə çox acınacaqlı bir mövzudur və təəssüf ki, biz bu haqda tam olmasa da, bir qədər açıq danışmağa məcburuq.

Başlayaq hicri yeddinci əsrdə yaşamış ən görkəmli alimlərdən olan İmam Nəvəvidən. O, Səhih Müslim kitabına yazdığı şərhlərdən ibarət 18 cildlik əsərinin "Atanın azyaşlı qızını evləndirməsinin mümkünlüyü"

başlığı altında (c. 9, səh: 206) yazır: "Müsəlmanlar bunun mümkünlüyünə dair icma etmişlər. Malik, Şafei və digər Hicaz alimləri qızın həddi-büluğa çatandan sonra nikahı pozma hüququnun olmadığını bildirir, İraq alimləri isə bu haqqı tanıyırlar". Azyaşlı qızı yalnız ata və babanın, yoxsa digərlərinin, məsələn ananın və qəyyumun da ərəvermə haqqının olmasına dair fikir ayrılıqlarına toxunan Nəvəvi daha sonra ondan nəinki digər formalarda, hətta cinsi əlaqə ilə də ləzzət alınmasının mümkünlüyünü qeyd edir: "Ər öz azyaşlı həyat yoldaşının atası ilə razılığa gəldiyi vaxt və uşağa ziyanlı olmadığı təqdirdə onunla cinsi əlaqəyə girə bilər. Əbu Hənifə, Malik və Şafei haqlı olaraq bunu yaşla deyil, uşağın tab gətirməsi ilə şərtləndirirlər".

Növbəti sitat Səhih Buxari kitabına ən güclü şərhin müəllifi olan İmam İbn Həcər Əsqəlanidəndir. Hicrətin doqquzuncu əsrində vəfat etmiş bu alim özünün "Fəth əl-bari" kitabında (c. 9, səh: 106) sözügedən evliliyə dair dəlili təsdiqləyəndən sonra yazır: "İbn Bəttal deyir ki, alimlərin yekdil rəyinə əsasən, qız uşağını hətta beşikdə olsa belə ərə vermək olar. Cinsi əlaqə üçün isə onun buna uyğun olması gözlənilməlidir". Göründüyü kimi, burada da yalnız cinsi əlaqə istisna olunur, heç də bütün növ istifadələr deyil.

İbn Nəcim "əl-Bəhr ər-raiq" kitabında (c. 3, səh: 210-211) uyğun hökmü təsdiq edəndən sonra yazır: "Alimlərin arasında ərə verilən qız uşağı ilə yaxınlığın zamanına dair fikir ayrılığı var. Bəziləri bunu həddi-büluğa çatana, bəziləri 9 yaşına qədər qadağan edir, bəziləri isə kök və bədənli olub dözəcəyi təqdirdə istənilən yaşda icazəli sayırlar". Başqa bir yerdə də (c. 3, səh: 267) belə yazır: "Daha doğru fikir budur ki, yaşından asılı olmayaraq yeganə meyar cinsi əlaqəyə tab gətirməsidir. Əgər ər tab gətirəcəyini desə, qızın atası isə bunu inkar etsə, o zaman qaziyə müraciət etməlidirlər".

Vəhhabilərin ən sevimli alimlərindən olan və Məhəmməd ibn Əbdülvəhhabdan 44 il sonra vəfat etmiş İmam Şovkani özünün "Neyl əl-əvtar" kitabında (c. 6, səh: 252) yazır: "Hədisə görə, ata öz qızını həddi-büluğa çatmazdan öncə ərə verə bilər. Mühəlləb buna dair yekdil rəyin olduğunu bildirmişdir... Buxari bu barədə fəsil açaraq Aişənin hədisini

qeyd etmişdir. (İbn Həcər) "Fəth əl-bari" kitabında buna dair icmanın olduğunu söyləyərək yazır: "Uşağı hətta beşikdə olsa belə ərə vermək olar. Cinsi əlaqə üçün isə onun buna uyğun olması gözlənilməlidir".

Müasir vəhhabi müftilərinin rəyi

Yuxarıdakı siyahını uzatmaq, hətta buna kitablar da həsr etmək olardı. Lakin buna lüzum yoxdur, onların bir çoxunun sözlərində buna dair yekdil rəyin olduğu da vurğulandı. İndi bu haqda müasir vəhhabi müftilərinin fətvasına nəzər salmaq yerinə düşər. Bizdə güclü İslam kitabxanası olmadığına görə bu barədə daha kompleks araşdırma apara bilməsək də, elektron yazılar və internetin köməyi ilə fətva mərkəzlərindən alınan cavablar heç də ürəkaçan olmadı. Belə ki, Qətər Dini Dəvət İdarəsinin internet səhifəsində yer almış (www.fatwa.islamweb.net, N=23672) fətvada deyilir:

Sual: Valideynlərim məni azyaşlı qızla evləndiriblər, amma cinsi əlaqəyə qoymurlar. Mən onunla ehtiyacımı necə təmin edə bilərəm?

Cavab: O, cinsi yaxınlığa dözəcək həddə deyilsə, bunu etmək olmaz. Amma onu qucaqlaya, öpə və təfxiz edə bilərsən.

Bu mərkəzin 195133 və 11251 saylı fətvaları da eyni məzmundadır.

Məhəmməd ibn Əbdülvəhhabın təbliğinə geniş yer ayıran başqa bir məşhur vəhhabi saytında (www.saaid.net) yerləşdirilmiş yazılarda da oxşar fikirlər əksini tapır. Nümunə olaraq bu məqalələrə baxmaq yetər: saaid.net/Doat/busairi/15.htm, saaid.net/Doat/ehsan/103.htm, saaid.net/Minute/303.htm.

İmam Xomeyninin bir neçə sətir sözünü yanlış anlayaraq antitəbliğat kampaniyası başladanlar müftiləri Şeyx İbn Cibrinin "Kiçik qız uşağını evləndirmə haqqı" adlı kitab yazdığını, atanın bakirə olan azyaşlı qızını ərə verməsini və qızın həddi-büluğa çatandan sonra bu evliliyi poza bilməməsini mümkün saydığını unudurlar. Yeri gəlmişkən qeyd edək ki, o, İbn Şübrümə, Osman əl-Bətti və Əbu Bəkr Əsəmdən başqa bütün əhli-sünnə alimlərinin bu evliliyə icazə verdiyini yazır. (www.almolltaqa.com)

Digər müasir müftilərin fikirləri ilə isə aşağıdakı linkdə tanış olmaq olar: http://www.room-alghadeer.net/vb/showthread.php?t=2404

Yuxarıdakı fətvalar ya birbaş vəhhabi alimlərinə, ya da onların sələflərinə məxsusdur. Bu alimlərin heç biri Əhli-beyt məzhəbindən olmadığı halda uyğun hökmü bayraq edib Əhli-beyt tərəfdarlarını aşağılamağa nə ad vermək olar?! Onlar bununla, həmçinin bizi belə yazılara məcbur etməklə əslində İslama zərbə vurduqlarının fərqində deyillərmi?! Axı öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarmaq İslam əxlaqından deyil!

İmam Xomeyninin tam fikri

İndi isə qayıdaq İmam Xomeyninin "Təhrir əl-vəsilə" kitabındakı fikrinə. Bu kitabın Nikah bölməsinin 12-ci məsələsində müəllif atanın azyaşlı qızı ərə verməsinin və ərin də yaxınlığı çıxmaqla ondan digər şəkillərdə cinsi istifadənin şəriət baxımından mümkün olduğunu yazmışdır. Burada İmam Xomeyni məsələnin haramlığına dəlil tapmadığına görə uyğun fikri yazmağa məcbur olsa da, bir neçə səhifədən sonra, Əqdin qəyyumları fəslinin 4-cü məsələsində qeyd edir ki, ata və ya babanın azyaşlı qızı ərə verməsinin iki şərti var: əvvəla bu, uşağın ziyanına olmamalı, ikincisi isə bunda xüsusi xeyir və məsləhət olmalıdır. Həddi-büluğa çatmayan qız uşağının ərə verilməsinin, ərin də cinsi əlaqədən başqa formalarda onunla cinsi ehtiyacını müəyyən həddə təmin etməsinin həmin uşağa böyük mənəvi və psixoloji zərərləri olduğunu nəzərə alsaq, İmam Xomeyninin bu əməli dolayısı ilə qadağan etdiyini söyləyə bilərik. Yəni müəllif bunu yasaqlamaq üçün elmi-nəzəri dəlillər tapmasa da, praktik yolla qarşısında sədd çəkmişdir.

Bəli, İmam Xomeyni digər Şiə müctəhidləri, o cümlədən Ayətullah Sanei kimi bunu əvvəldən, birdəfəlik qadağan edə bilərdi. Amma hər hansı səbəbdən belə etməyibsə, sözügedən şərtlərlə dolayısı ilə qadağan etmişdir. Əhli-beyt məzhəbinin digər müctəhidləri də ya birbaşa, ya da bu formada nəinki həddi-büluğa çatmayan qızdan cinsi istifadəni, hətta onun nikah əqdinin oxunmasını, kəbininin kəsilməsini də qadağan etmişlər.

Halbuki bəzi vəhhabi müftiləriləri bu dövrdə onunla cinsi əlaqəni icazəli saymışlar.

Məhz bu qadağaların nəticəsi olaraq Şiə cəmiyyətlərində sözügedən hökmə əməl olunmamışdır. Əgər bu fikir İmam Xomeyniyə və ya digər Əhli-beyt alimlərinə məxsusdursa, nə üçün azyaşlı qızların ərə verilməsi şiələr yaşayan yerlərdə deyil, məşhur vəhhabi müftisi Doktor Salman əl-Ovdənin də təsdiq etdiyi kimi, məhz Səudiyyə Ərəbistanında, Yəməndə və digər bəzi ərəb ölkələrində sosial problemə çevrilmişdir?! Yoxsa vəhhabilər son zamanlar bəzi müftilərinin verdiyi cihad nikahı, yaşlı kişinin hər hansı qadından süd əmərək ona məhrəm olması və digər bu kimi fətvalarından şoka düşmüşlər, onlarda digər məzhəblərin alimlərinə dair kompromat toplayıb şantaja keçmək kompleksi yaranmışdır?! Bu məsələni qabardaraq ömrünü İslamın və müsəlmanların ucalığına həsr etmiş bir insanı "uşaqlara tamah salırmış" deyə təhqir edən məzhəbçi müsəlman indi eyni ittihamı öz alimlərinə tuşlaya bilərmi?! Həmin müsəlman və ona bəh-bəh deyənlər əslində (öz hədislərinə əsasən) müqəddəs Peyğəmbərimizi gözdən saldıqlarının (çünki 9 yaşlı qızla evlənmək də bu gün normal qarşılanmır) və İslam düşmənlərini sevindirdiklərinin fərqində deyillərmi?!

Son olaraq demək istədiyim budur: Başqa bir məzhəbdə qəribə bir şey görən kimi araşdırıb dəqiqləşdirmədən uşaq sayağı atılıb-düşməyə tələsməyin. Səhvə yol verəcəyinizi ehtimal etmirsinizsə, əsrlər boyu İslamı yaşatmış alimlərə hörmətiniz yoxdursa, müsəlmanların birliyi, qardaşlığı adlı bir məsələ sizin üçün zərrə qədər də əhəmiyyət kəsb etmirsə, heç olmasa özünüzü düşünün. Çünki evi şüşədən olan adam başqasının evinə daş atmaz.
http://www.nur-az.com/az/author_articles/view/545/V%C3%BCsal-H%C3%BCseynzad%C9%99

Allah sizə yar olsun.

Sual (8) : ehli sunne ile vehabilerin selefilerin ferqi nedi yani ehli sunne qardasimiz vehabiler selefiler dusmenimiz

Bismillahir-rəhmanir-rəhim.
Vəhhabilər özlərini əhli-sünnə firqələrindən biri olan hənbəli məzhəbindən bilsələrdə, əhli-sünnə vəhhabiləri özlərindən hesab etmirlər. Vahabi ideyasının 1206-cı hicri ilində dünyadan gedən Mühəmməd ibn Əbdül- vəhhab Nəcdi tərəfindən ortaya çıxarılmasına baxmayaraq, vahabi etiqadlarının əsasını İbn Teymiyyənin fikir və ideyaları təşkil edir.  Bu səbəbdən, hicrətin 8 ci əsrində yaşamış bu şəxs vahabiliyin banisi sayılmalıdır. Vahabi firqəsinin buna dair nəinki iradı yoxdur, hətta bu fikirlə tam razıdır. Bir çox əhli-sünnə alimləri vəhhabiliyin əleyhinə kitablar yazıblar və ilk şəxs Mühəmməd ibni Vəhhabın qardaşı Süleymandır. Əhli-sünnə alimləri vəhhabi əqidəsinin banısı olan İbni Teymiyyə barəsində müxtəlif nəzərləri var, bəziləri bu əqidədədir ki, İbni Teymiyyə müşəbbəhədir. Əhli-sünnə müşşəbəhəni (Allahı məxluqata oxşadan) kafir bilirlər. 
Tanınmış mərakeşli səyahətçi İbn Bətutə öz səfərnaməsində yazır: “İbn Teymiyyəni Dəməşqin came 
(böyük) məscidində camaata moizə edərkən gördüm. O, camaata deyirdi: “Allah dünyanın asimanına düşür, necə ki, indi mən düşürəm”. Sonra mənbərdən bir pillə aşağı düşdü”. İbn Bətutə əlavə edir ki, bu söz məclisdə  olan Maliki məzhəbinin fəqihi İbn Zəhranın etirazına səbəb oldu. Amma mənbər ətrafında yığılanlar ayağa qalxıb İbn Zəhraya hücum edərək, onu döydülər. Bəzi alimlər isə onu dinsiz və münafiq hesab edirlər çünki Peyğəmbərə (s) İmam Əli (ə) və Hz. Zəhraya (s) nalaiq sözlər deyib.
Aşağıda göstərilən əməllər vəhhabilər tərəfindən haram hesab edilir. Bu əməlləri yerinə yetirənlər Allaha şәrik qoşaraq dindən çıxmış sayılırlar, bir halda ki, əhli-sünnə əqidəsinə görə belə deyil.
1. İlahi övliyaların məzarlarının ziyarət edilməsi;
2. Peyğəmbərlər və ilahi şəxsiyyətlərin məzarları üzərində bina ucaltmaq (bu əməlin şirk hesab edildiyinə görə);
3. Allah dostlarının qəbirləri üzərində məscid tikilməsi;
4. İlahi adamların qəbirləri kənarında namaz və dua ilə məşğul olmaq;
5. Peyğəmbərlər və övliyalardan təbərrük götürmək;
6. Vəfatından sonra peyğəmbərlər və övliyaları səsləmək;
7. Vəfatından sonra ilahi övliyalara sığınmaq – pənah gətirmək (istiğasə);
8. İlahi şəxslərin vəfatından sonra onlardan yardım diləmə;
9. İlahi övliyalardan şəfaət istəmə;
10. Allahdan başqasına and içmək, məsələn peyğəmbərə, imama, və ya Kəbəyə...;
11. Peyğəmbərlər və imamın haqqına və ehtiramına Allaha and vermək;
12. Peyğəmbər, yaxud İmam üçün nəzr demək;
13. Bayramlarda, peyğəmbərlərin və müqəddəs şəxslərin doğum günlərində şənlik mərasiminin keçirilməsi;
14. İlahi şəxslərin əzadarlığının keçirilməsi;
15. Övliyaların məzarlarını təmizlәmәk və yaxud bəzəmək;
16. Vәfаt еtmiş şәхslәr üçün hüzür;
17. Peyğəmbərlərə və övliyalara təvəssül etmək (onları Allah dərgahında vasitəçi seçmək).

Allah sizə yar olsun.


Sual (9) : Esselamun eleykum qardasim sene bir sualim var...Selefilerle xevariclerde ne ferq var Xais edirem cavab vererdin zehmet deyilse Men ozum SIEYEM ELHEMDULILLAH SADECE OYRENMEK ISTEYIREM KI NIYE OLAR DUZ GELMILLER

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sələfilər zəmanənin xəvaricləridir. Sələfilər arasında ixtilaflar və bölünmələr var ki, bir-birlərini qəbul etmirlər və hər biri digərini xəvaric adlandırır.
Vəhhabilər və Xəvaricin oxşar cəhətləri
İslam tarixinə və xəvaric təliminә nəzər saldıqda bu iki təriqətin inanc xəttlərinin bir çox yerlərdə kəsişdiyinin şahidi oluruq. 
Vəhhabilik və xəvaricin ideya və davranışlarındakı nəzəri və praktiki bənzərliklər aşağıdakılardan ibarətdir: 
1. Xaricilər (xəvaric) vəhhabilər kimi, məşhur fikirlərə zidd, nadir rəy sahibidirlər; Məsələn: Xəvaric böyük günah işlətmiş şəxsi kafir sanırlar.
2. Xəvaricin fikrincə “Darul-İslami” (İslam diyarını), sakinlərinin böyük günaha bulaşacaqları təqdirdə, “Darul-hərb” (müsəlmanlarla döyüş halında olan diyar) adlandırmaq olar. Bu barədə vəhhabilər də eyni fikirdədirlər. 
3. Bu iki dəstənin digər bir bənzərliyi, dini məsələlərin yersiz çətinləşdirilməsi və onları dərk etməkdə dar düşüncəlik və fikir donuqluğundadır. Xaricilər “La hukmə illa lillah” (hökm yalnız Allaha məxsusdur) cümləsinə sığınaraq, İmam Əlini (ə) hakimiyyətdən uzaqlaşdırdıqları kimi, vəhhabilər də təkcə bəzi ayələri digər ayələrə diqqət yetirmədən, əldə əsas tutaraq, müsəlmanları kafirlikdə ittiham еdirlәr. 
4. Şübhəsiz vəhhabilər puç, yanlış və xurafatla dolu əqidələri ilə, xəvaricin dindən xaric olduğu kimi, dindən çıxmış sayılırlar. 
Elə bu səbəbdən Səhihi-Buxaridə gəlmiş bir hədisin vəhhabilərə aid edilməsi heç də təsadüfi deyil. 
Buxarinin İslam peyğəmbərindən (s) nəql etdiyi bu hədisdə deyilir: “Şərqdən bir qrup kişi zahir olar. Onlar Quran oxusalar da, oxuduqları boğazlarından yuxarı keçməz. Ox kamandan çıxdığı kimi dindən çıxarlar. Baş qırxmaq onların bir əlamətidir.”
Qəstəlani “İrşadus-sari” əsərində bu hədisi şərh edərkən yazır: «Şərq tərəfdən» dedikdə, Mədinə şəhərinin şərq tərəfi, Nəcd və bu kimi digər ərazilər nəzərdə tutulur.
Hamıya çox gözəl bəllidir ki, Nəcd şəhəri vəhhabilərin mərkəzi və əsas vətənləri idi ki, sonralar oradan digər şəhərlərə yayıldılar. Eləcə də bilirik ki, başın tükünü qırxmaq və saqqalı uzatmaq onların əlamət və nişanələrindəndir. 
5. Hədislərdə Xəvaric barəsində “Onlar müsәlmаnlаrı öldürür, bütpərəstləri isə azad buraxırdılar” söylənilmiş sözlərin, vəhhabilər tərəfindən praktiki olaraq qəddarlıqla həyata keçirildiyinin şahidi oluruq. 
6. Əbdullah ibn Ömər Xəvarici təsnifləndirərək deyir: “Bunlar kafirlər barəsində nazil olmuş ayələri möminlərə tətbiq edirlər.” Hazırda vəhhabilərin də bu metoddan istifadə etmələri keçmişdə xaricilərin getdiyi yolu xatırladır.

Allah sizə yar olsun.

Sual (10) : Əssalamualeykum, Təkfirçi kimlərə deyilir? Təkfirin lüğəti və izahi mənasını açıqlayın. Bu haqda quranda və hədisdə məlumat varmı?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təkfirçi vəhhabilərə deyilir. Təkfir yəni başqalarına küfr və şirk nisbəti verənlərə deyilir. Vəhhabilər özlərindən başqalarını kafir və müşrük hesab etdikləri üçün onlara təkfirçi deyilir. Quranda bunun nümunələri var: Maidə surəsi 17-72-73, Bəqərə 102.
Allah sizə yar olsun.
Go to TOP