Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şura surəsinin 30-cu ayəsində oxuyuruq:. Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir.İnsanın başına gələn bəlalar və müsibətlərin müxtəlif səbəbləri vardır. Bəzən insanın günahlarının nəticəsidir. Bu qisim bəlalar möminin günahlarının kəffarəsi hesab olunur.Amma yuxuda danışmağınsəbəbini əsəbi və psxoloji gərginliklərlə əlaqələndirirlər. Səbəbini isə belə izah edirlər ki, gün ərzində sözünü deyə bilməyən şəxslər gecə yuxuda danışırlar. Bu zahiri və məlum olan səbəbdir, mümkündür məlum olmayan səbəbləri də olsun. Günahın təsiri olub olmaması haqda hədislə qarşılaşmamışıq.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dərman xəstənin sağalmağına o zaman kömək edir ki, xəstə zərər vericilərdən pəhriz etsin. Əgər pəhriz etməsə bəzən dərman ona xeyr əvəzinə xəstəliyini daha da artırır. Bəli, ibadət hər şeyi həll etmir, ibadətin kənarında nəfsi saflaşdırmaq lazımdır. Şeytan neçə illər ibadət etdi amma qəlbində təkəbbür var idi. Nə qədər ki, bu təkəbbür üzə çıxmamışdı, ibadət öz təsirini qoyurdu. Elə ki, Allah imtahan etdi, təkəbbürü aşkar oldu və ibadətlərinə görə qüruru daha çox oldu. Qəbul edilmiş xeyir əməl və ibadətlər, bir sıra afət və bəlalara malikdirlər və həmin afətlərin sonradan onları məhv edib aradan aparması mümkündür. Həmin afətlərin başında təkəbbür, inadkarlıq və həsəd durur. Baxmayaraq ki, hədislərdə təkəbbürü aradan qaldırmaq namazın əsas fəlsəfəsi kimi bəyan olunub, lakin bəzən namaz özü insanda təkəbbür yaradır. Çünki namaz qılan namazda Allahı yox özünü görür. Necə ki, islamda böyük cinayət törədən şəxslərin çoxusu namaz qılan idilər, lakin namazlarında Allahdan qafil idilər.Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Birincisi, insan özü düzəlmək
istəməsə heç kəs onu doğru yola yönəltmək qüdrəti çatmaz, çünki insan öz
seçimində ixtiyarlıdır. Birdə müctəhidin sözü o vaxt təsirli olur ki, onun pak
və təsirli nəfəsi ona dəyə, bəs, əgər sözü biz desək o elə bizim öz sözümüzdən
fərqlənməyəcək. Əlbətdə bu o zaman olar ki, pis yoldan çəkinmək istəyə.
Birdə diqqət edin ki, sözün təsirli olmağı üçün nə zaman, necə deyilməsidə
şərtdir. Torpağa bir bitgini əkmək üçün əvvəlcə onu hazırlayıb sonra toxumu
səpirlər. Sizdə əvvəlcə öz əxlaq və rəftarınızla özünüzü sevdirin və onun
qəlbində yer alın, bundan sonra sözünüzdə təsirli olacaq. Hər halda yenədə ən
təsirli söz Allah kalamıdır və Qurandan bir neçə ayəni qeyd edirik, inşəllah
nəticə verər:
İnfitar surəsi ayə 5. Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir (dünyada etdiyi hər bir xeyir və şəri və özündən sonra qoyub getdiyi hər bir xeyir və şər adəti biləcəkdir).
6. Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! (ki, Onun tanrılığına qarşı küfr, kərəminə qarşı isə nankorluq etdin)?
7. O Allah ki, səni yaratdı və bədəninin üzvlərini düzəltdi və nizamladı və qaydaya saldı və sahmanladı.
Hədid surəsi ayə 16. Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!
Həmçinin saytın kitabxanasındakı kitabdabdan da istifadə edə bilərsiz:
ARİFLƏRDƏN
http://kitab.nur-az.com/az/lib/view/153
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Namaz qılmayan və oruc tutmayan şəxs əgər daxilində bu işindən naraht və şərməndədirsə onun qeybətini etmək olmaz, amma namaza və oruca əhəmiyyət verməyib bununla fəxr edənin qeybətini etməyin eybi yoxdur.Peyğəmbər Əkrəm (s) buyurur: Abır və həya pərdəsini öz üzərindən kənar edən şəxsin qeybəti haram deyil.
Əlbətdə bu məsələnin fiqhi cəhətini saytın fiqhi bölməsindən soruşun.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Az yemək islamda sifariş olunub amma o həddə olmaya ki, insanın səhhət və sağlamlığına ciddi ziyan vura və ya insanın fəaliyyətinə mane ola, belə olduqda bədənin təlabatını ödəmək vacib olur. Əgər az yemək zərər vursa sağlamlığa insana vacib olur ki, həkimə və psixoloqa müraciət etməklə az yeməyin səbəbini aradan qaldırsın. Çünki bədən bizə Allah tərəfindən verilmiş əmanətdir. Çalışın azı gündə iki dəfə yemək yeyəsiniz, iştahanız üçün yeməkdən qabaq və sonra duzdan istifadə edin, yeməyi ayaq üstə yeməyin, yeməkdən qabaq və arada su içməyin, müyyən vaxlarda yemək yeyin, yeməkdən öncə yüngül idman edin və s...
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Imam Cəfər Sadiq (ə) buyurub ki, sübh azanı ilə Günəşin doğuşu arasındakı müddətdə yatmaq adamın ruzisini kəsər, çöhrəsini saraldar, üzündə dəyişiklik və çirkinlik yaradar (Biharül-ənvar, XIII, 182). Hədislərdə bunun səbəbini belə izah edirlər ki, günün həmin vaxtında insanların ruzisi bölünüb müəyyən edilir. Bunu rəmzi mənada da qəbul etmək olar. Sübh namazını qılandan sonra yatmayıb oyaq qalan insan adətən ya zehni, ya da fiziki əməklə məşğul olur, iş-gücünün arxasınca gedir, nəticədə ruzi qazanır. Yatıb yuxuya qalan adam isə bu imkanı əldən verir. Buna görə xalq içində deyirlər ki, iki nəfər qazanar: tez evlənən və yuxudan tez oyanan.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Məsumların çöhrələrini hörmət əlaməti olaraq filimlərdə göstərmirlər. Başqa bir dərəfdəndə müsəlmanlar buna həssasiyyət göstərirlər. Əlbətdə hörmətsizlik, eyib və nöqsan sayılmasa haram deyil.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ənam surəsinin 68-ci ayəsində buyurulur: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız» Nisa» surəsi, ayə 140.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, hədislərdə bu qeyd olunub. İmam Sadiq (ə) buyurur: İnsanın ölüm məqamında şeytan öz dəstəsi ilə gəlir ki, qəlbində şəkk yaratsın və onu küfrə çəksin. Eləki can verənin yanında olduz şəhadəteyni ona təlqin edin tainki dünyadan getsin.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Bu söz həqiqətdə hədisə işarədir ki, İmam Sadiq (ə) buyurub. Biz Əhli Beytin düşməni, zinadan əmələ gəlmiş və anasının heyz halında qalmış uşaqlardır.
Həmçinin Peyğəmbər (s) buyurub: "Ya Əli səni ancaq mömin sevər və sənə ancaq münafiq nifrət edər.Vay məndən sonra sənə nifrət edənlərin halına".
Əlbətdə bu tam səbəb deyil ki, hər zinadan əmələ gələn Əhli-beytin düşməni və hər halalzadə Əhli-beyti sevən olsun bəzən əksinədə olur çünki başqa səbəblərdə var o cümlədən cahillik, dünya malına hərislik, münafiqlik, məqam və şəhvət pərəstlik və s... İnsan öz ixtiyarı ilə yolunu seçir istər halalzadə olsun ya olmasın, amma insanın batini paklığı və halalzadə olub olmaması onun seçimində ya meylində təsir qoyur sanki buna bənzəyir ki, adətən tərbiyəli ailədə böyüyən uşaq tərbiyəli və dindan ailədə böyüən dindar olur və s.. yəni insanın yaşadığı mühitin insanın seçimində rolu olduğu kimi batini və ruhi paklığında təsiri var, amma yenədə insan öz yolunu seçməkdə məcbur deyil.
Adətən Əhli-beytin düşmənləri də tarixi sübutlara əsasən bu sözün doğruluğunu göstərir misal üçün İbni Ziyad, Şimr və başqaları, amma hamısına şamil etmək düzgün olmaz.
Ümumi bölməyə sizin email adresdən sual gəlməyib.
Allah sizə yar olsun.