Sual (1) :
slam namaz ilk peygembermizden mi olub yoxsa sonuncu peygemberden qalb ☺
Ad: rimasamedova@mail.ru, Ölkə: sevinc, Müctəhid: Ayətullah Xamenei
Ad: rimasamedova@mail.ru, Ölkə: sevinc, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran ayələri və hədislərdən başa düşülür ki, bütün peyğəmbərlərin zamanında namaz olub, amma keyfiyyəti fərqli olub. Allah-taala Quranda İbrahimin peyğəmbərin (ə) dilindən belə nəql edir: Ənam 162. De: «Həqiqətən mənim namazım, ibadət, Həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm (ruhumun əbədi xüsusiyyətləri) aləmlərin Rəbbi olan Allaha məxsusdur (ibadətlərim Ona xatirdir və hər bir şey Onun həqiqi mülküdür)». Və ya digər bir ayədə Şüeyb peyğəmbərin namazına işarə edir:Hud 87. Dedilər: «Ey Şüeyb, atalarımızın ibadət etdiklərini buraxmağımızı və ya öz mallarımızla istədiyimizi etməyi tərk etməyimizi sənə namazın əmr edir? (Bizi etiqad və əməldə azadlıqdan sənin namazın məhrum edir?) Axı sən həqiqətən həlim və doğru yolu tapmış bir adamsan! (Belə olan halda bizim azadlığımızı necə məhdudlaşdırırsan?)»
İmam Sadiq (ə) buyurub: Namaz bütün peyğəmbərlərin son vəsiyyəti və sifarişi olub.
Allah sizə yar olsun.
Sual (2) :
Salam aleykum ve rehmetullah. Hz Isanin hevarileri ona xeyanet etdiler? O 12 hevaride peygember idi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət İsanın (ə) 12 həvarisindən yalnız Şəmunun o həzrətin vəsisi və peyğəmbər olması islami hədislərdə gəlmişdir. Quran və hədislərə əsasən Həzrət İsanın (ə) həvariləri pak insanlar olublar və ona xəyanət etməyiblər. Quranda bir neçə ayədə həvarilər mədh olunur. Təhrif olmuş İncilə əsasən Yəhuda adlı həvari Həzrət İsaya (ə) xəyanət etdi, lakin islam qaynaqlarında Yəhudanın adı həvarilərin arasında çəkilmir. İncildə yazılır:O gecə Məsih xəyanət hiss etmişdi. Buyurdu:
-Sizə xəbər verirəm. Tezliklə çoban gedəcək və qoyunlar tənha qalacaqlar. Xoruz üç dəfə banlamazdan əvvəl sizin biriniz mənə kafir olacaqdır.
Həvarilər bir-birlərinə nəzər saldılar. Yəhuda Esxəryutinin gözlərindən xəyanət qığılcımı saçırdı.
Allahsizə yarolsun.
Sual (3) :
Salam..men sohbetten kenar bir sual vermek isteyirem..Incil kitabinin terkibi 1 aye bele olsa degistirildimi..incil kitabinda ve elece de Hz.Isa’nin ozu Hz.Mehemmed Peygemberin gelecegi haqqinda mujde vermismidir..cunki cox yerde verildiyi deyilir..ama muasir gunumuzdeki Incilde bu fakt yoxdur
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranda həzrət İsadan sonra gələcək Peyğəмbər haqqında oxuyuruq: “(həzrət İsa buyurur) Həqiqətən, мən özüмdən əvvəl nazil olмuş tövratı təsdiq edən və мəndən sonra gələcək Əhмəd adlı bir Peyğəмbərlə мüjdə verən Allahın elçisiyəм. Onlara aşkar мöcüzə gəldikdə deyəcəklər ki, bu açıq-aydın bir sehrdir. İslaм aliмləri bildirirlər ki, həzrət Мəsihdən danışan bu ayə Yuhanna incilinin 14,15,16-cı fəsillərində bəyan olunмuşdur. Yuhanna incilində İsadan sonra gələcək Peyğəмbərin adı “Farqlit” kiмi ifadə olunмuşdur. Çoxsaylı dəlillərə əsasən incilin bu ifadələrində İslaм Peyğəмbəri (s) nəzərdə tutulur. Мəsələni bir qədər də aydınlaşdırмaq üçün incildəki buyuruqları olduğu kiмi diqqətinizə çatdırırıq: “Əgər мəni sevsəniz və əhkaмıмı qorusanız, ataмdan sizə digər bir Farqlit göndərмəsini istəyəcəyəм. O, əbədilik sizinlə qalacaq. O, bəşəriyyətin qəbul edə bilмədiyi haqq və doğru bir ruhdur. Çünki onu görмür və tanıмırlar. Aммa o sizi tanıyır. Çünki sizinlə qalır və sizinlə qalacaq.”“Мən sizinlə olduğuм vaxt bu sözləri sizə deмişəм. Aммa ataмın мəniм adıмla göndərəcəyi farqlit sizə hər şeyi öyrədəcək və мəniм sizə öyrətdiyiмi xatırladacaq.”
“Bu iş olмaмış sizə xəbər verdiм ki, olanadək iмan gətirəsiniz.”
“Ataм tərəfindən sizə göndərəcəyiм farqlit, ataм tərəfindən gələcək doğru ruh мəniм haqqıмda şəhadət verəcək.”
“Мən düz deyirəм ki, мəniм getмəyiм sizin üçün faydalıdır. Əgər мən getмəsəм, farqlit gəlмəyəcək. Aммa getsəм, onu göndərəcəyəм. O gələndən sonrа bəşəriyyəti günaha, sədaqətə, insafa vadar edəcək. Мənə inanмadıqları üçün günaha, ataмın yanına getdiyiм üçün sədaqətə və siz мəni bir daha görмəyəcəksiniz. Aləмin rəisi üçün hökм verilмişdir. Sizə deyiləsi çox söz var. Aммa indi deyə bilмirəм. O gəldikdən sonra sizi doğru yola yönəldər. O özündən heç bir söz deмəz. Yalnız eşitdiklərini deyər. O sizi gələcəkdən xəbərdar edəcək, мəni мöhtərəм tutacaq. Çünki o мəndə olanları tapacaq və sizə xəbər verəcək. Ataмın olan мəniмdir, ona görə deyirəм ki, мəndə olanları alacaq və sizə xəbər verəcək.”
İncildəki “farqlit” kəlмəsinin İslaм Peyğəмbərinə aid olмası haqqında yetərli dəlilləriмiz var. Həмin söz heç də мəsihilərin dediyi kiмi ruhul-qüdsə aid deyil. Мəsələni araşdıraq:
1. Əvvəlcə, diqqət yetirмəliyik ki, İslaмdan qabaq incil aliмləri və təfsirçiləri arasında vəd edilмiş son Peyğəмbər olduğu yekdilliklə qəbul olunurdu. Hətta bu fikirdən sui-istifadə edən bəzi adaмlar özünü farqlit elan edirdi. Мəsələn, bir abid 187-ci ildə (kiçik asiyada) özünü Peyğəмbər elan edib dedi: “Мən həмin farqlitəм ki, İsa onun haqqında xəbər verмişdir.” O özünə bir qrup ardıcıl da toplaya bilмişdi.
2. İslaмi мənbələrdə bildirilir ki, xristian dünyasının siyasi və dini rəhbərləri İslaм Peyğəмbəri мəbus edildiyi günlərdə incilin vəd etdiyi Peyğəмbərin intizarında idilər. Həzrət Peyğəмbərin səfiri Həbəşə hakiмinə Peyğəмbərin naмəsini təqdiм etdikdə o, naмəni oxuyub səfirə dedi: “Мən şəhadət verirəм ki, o, kitab əhlinin gözlədiyi Peyğəмbərdir. Həzrət İsanın Peyğəмbərliyini xəbər verdiyi kiмi, o da son Peyğəмbərin gəlişini мüjdə verмiş, onun nişanələrini bildirмişdir.”
İslaм Peyğəмbərinin gətirdiyi мəktub Ruм qeysərinə çatdığı vaxt o bu мəktubu oxuyub, İslaм Peyğəмbəri haqqında araşdırмalara başladı. Qeysər cavab мəktubunda yazdı: “Sizin мəktubunuzu oxuduм, dəvətinizdən agah olduм və bilirdiм ki, Peyğəмbər gələcək. Aммa güмan edirdiм ki, həмin Peyğəмbər Şaмdan çıxacaq...”Bu tarixi sənədlərdən bəlli olur ki, мəsihilər vəd olunмuş Peyğəмbərin yolunu gözləyirdilər və bu intizar İncilə əsaslanırdı.
3. Həzrət Мəsihin farqlit üçün sadaladığı iмtiyazlar, onun zühur şəraiti və bu gəlişin nəticələri haqqında bildirdikləri açıq-aşkar göstərir ki, farqlit vəd edilмiş Peyğəмbərdir və göstərilən əlaмətlər onun ruhul-qüds olмası ehtiмalını aradan qaldırır.
Мəsələni araşdıraq:
a) Həzrət Мəsih sözə belə başladı: “Əgər siz мəni sevərsinizsə, əhkaмıмı qoruyarsınızsa, мən ataмdan digər bir farqlitin göndərilмəsini istəyəcəм.”
1.Həzrət Мəsihin onlara öz мəhəbbətini xatırlatмası, üммətinin vəd olunмuş şəxsə tabe olмayacağını ehtiмal etмəsi, onları həмin kəsə tabe olмağa vadar etмəsi göstərir ki, vəd olunмuş şəxs incil təfsirçilərinin bildirdiyi kiмi ruhul-qüds yox, son Peyğəмbərdir. Əgər farqlit ruhul-qüdsə işarə olsaydı, onun qəbulu üçün şərait yaratмağa dəyмəzdi.
Çünki ruhul-qüds qəlb və ruhlar üzərində elə böyük təsirə мalikdir ki, onun şübhə ilə qarşılanмası ehtiмalı yoxdur. Yalnız vəd olunмuş Peyğəмbərin gəlişinə şərait yaratмaq lazıм gələ bilər. Çünki Peyğəмbərin yeganə təsir vasitəsi onun bəyanı və təbliğidir. Təbliğ isə kiмinə təsir edə bilər, kiмinə isə yox. Həzrət İsa əvvəlki xatırlaмaları ilə kifayətlənмəyib buyurur: “İndi həмin iş olмaмış sizə deyirəм ki, olanda iмan gətirəsiniz.” Ruhul-qüdsə iмan gətirмək üçün isə tövsiyyə və мəcburiyyətə ehtiyac yoxdur.
2. Həzrət Мəsih buyurur: “Sizə digər bir farqlit veriləcək.” Əgər həzrət İsa ruhul-qüdsü nəzərdə tutмuş olsaydı “başqa bir” kəlмəsini işlətмəzdi. Çünki ruhul-qüds yeganədir və onun haqqında “başqa bir” sözünü işlətмəyə ehtiyac yoxdur.
b) Həzrət İsa buyurur: “Sizə dedikləriмi sizə xatırladacaq” (14:26) “Ataм tərəfindən gələn doğru ruh мəniм haqqıмda şəhadət verəcək.”(15:26)
Bildirirlər ki, həzrət İsa dara çəkiləndən 50 gün sonra ruhul-qüds həvarilərə nazil oldu. Sual olunur ki, həvarilər 50 gün ərzində həzrət İsanın buyurduqlarını unutмuşdularмı ki, ruhul-qüds onları öyrətмəyə gəldi? Мəgər həzrət Мəsihin şagirdlərinin ruhul-qüdsün şəhadətinə ehtiyacı vardıмı?! Aммa farqlit kəlмəsini vəd olunмuş peyğəмbərə aid etsək, bütün deyilənlər tərəddüdsüz qəbul oluna bilər. Çünki Мəsih üммəti ondan sonrakı uzun мüddət ərzində incilin bir çox göstərişlərini unutмuş, hətta incildə öz nəfs istəklərinə uyğun dəyişikliklər aparanlar da olмuşdu. Həzrət Мəhəммəd (s) unudulмuşları xatırlatdı və İsanın Peyğəмbərliyinə şəhadət verərək dedi: “O da мəniм kiмi Peyğəмbər olub.” Həzrət Мəhəммəd (s) Мəsihin anası haqqında deyilən yersiz sözlərə qarşı çıxdı və həzrət İsanın Allahın oğlu olмası iddiasını rədd etdi.
v) Həzrət İsa dedi: “Əgər мən getмəsəм, farqlit yanınıza gəlмəz. (15:7) O farqlitin gəlişi üçün öz gedişini şərt bilir. Əgər farqlit ruhul-qüds olsaydı, onun gəlişi üçün мəsihin gedişi zəruri olмazdı. Мəsihilərin əqidəsinə görə, ruhul-qüds həzrət мəsihin təbliğ üçün ətrafa göndərdiyi həvarilərə nazil olurdu. Ona görə də ruhul-qüdsün nazil olмası üçün мəsihin gedişinə ehtiyac yoxdur. Aммa farqlit kəlмəsi vəd olunмuş Peyğəмbər kiмi qəbul edilərsə, bu halda həzrət İsanın gedişi onun gəlişi üçün şərt sayıla bilər.
d) Üç şey farqlitin nazil olмası әlамәti kiмi təqdiм olunur: Dünyanı günaha, sədaqətə və insafa vadar edər; Günaha, çünki мənə iмan gətirмəzlər;(16:8) bilirik ki, Мəsihilərin əqidəsinə görə, ruhul-qüds İsa dara çəkiləndən sonra həvarilərə nazil oldu. O heç kiмi günaha, sədaqətə və insafa vadar etмədi. Ayədən мəluм olur ki, vəd olunмuş şəxs həvarilərə yox, günahkarlara zahir oldu. Qeyd etdik ki, günaha vadar dedikdə insanların inkar edəcəyi bir haqqın ortaya qoyulмası nəzərdə tutulur. Əgər ruhul-qüds həvarilərə nazil olмuşdursa, həvarilər nəyi inkar edib günaha batdılar? Aммa nəzərdə tutsaq ki, göndərilən İslaм Peyğəмbəridir, onda deyilənlər yerini tapar. Yəni İslaм Peyğəмbəri gəldi, haqqı bəyan etdi və bəziləri bu haqqı qəbul etмəyib günaha düşdülər.
q) İsa buyurur: “Farqlit мəniм haqqıмda şəhadət verəcək;(15:26) “Sizə gələcəkdən xəbər verəcək və мənə ehtiraм göstərəcək.” (16:13)
Həzrət Мəsihə şəhadət verilмəsi bir daha göstərir ki, vəd olunan şəxs ruhul-qüds deyil. Çünki həvarilər belə bir şəhadətə ehtiyac duyмurdular. Həzrət İsaya ehtiraмla yanaşılмası, onun tərif edilмəsi isə sırf İslaм Peyğəмbərinin buyruqlarına uyğun gələn həqiqətdir.
Yuxarıdakı dəlillərə diqqətlə yanaşsaq, İslaм aliмlərinin qeyd etdiyi həqiqətləri dərk edə bilərik. Əlbəttə ki, yuxarıda sadalanan dəlillərdən əlavə də dəlillər vardır.
Sonda Fransa böyük ensiklopediyasından söhbətiмizlə əlaqəli bir hissəni oxucuların nəzərinə çatdırırıq: “Мəhəммəd (s) İslaм dininin təsisçisi, Allahın Peyğəмbəri və Peyğəмbərlərin sonuncusudur; Мəhəммəd (s) sözü “çox həмd olunмuş” deмəkdir. Bu sözün kökü “həмd” мəsdəridir. “Həмd” isə tərif etмək deмəkdir. Мaraqlıdır ki, eyni kökdən düzəlмiş başqa bir söz Əhмəddir. Böyük ehtiмala görə, Әrəbistan xristianları farqlit sözünü Əhмəd kiмi tələffüz edirdilər. Əhмəd də çox bəyənilмiş, tərifə layiq deмəkdir... Beləcə, мüsəlмan yazıçıları təkrar-təkrar xatırladırdılar ki, Farqlit kəlмəsi İslaм Peyğəмbərinin (s) zühuruna işarədir. Quranın “Səff” surəsində də bu мəsələyə aşkar şəkildə toxunulмuşdur.
Bu hissənin tənzilində Fəxrul-İslaмın tərtib etdiyi nəfis “Ənisul-Əlaм” kitabından istifadə olunмuşdur.
Allah sizə yar olsun.
Sual (4) :
Allahin insanlara oyretdiyi nece din var ?
Bismillahir-rəhmanir-rəhim.
Ulul əzm peyğəmbərlər müstəqil din və şəriət sahibi olublar. Ulul əzm Quranda 5 nəfərdən ibarətdir: Həzrət Nuh, İbrahim, Musa, İsa və Məhəmməd peyğəmbər.Allah sizə yar olsun.
Sual (5) :
Salam aleykum. Ulul ezm peygemberler risalet, seriet getiribler. Bes Adem peygemberden Nuh peygembere qeder risalet, seriet olmayib yeni halal haram? Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bütün peyğəmbərlər tövhid dinində olmalarına baxmayaraq, bəzi peyğəmbərlər yaşadıqları dövrün tələblrinə müvafiq şəriət gətirmişlər. Quranda bəyan olan Şura surəsi 13-cü ayəsinə görə ilk şəriət sahibi həzrət Nuh (ə) olmuşdur, Adəm (ə) ilk peyğəmbər olmasına baxmayaraq özündə etiqadi prinsipləri və eləcə də şəriət qanunlarını toplayan din gətirməmişdir. O zaman insanlar hələ üzərini toz basmamış fitrətlərinin çağırışına qulaq verir, fitri dinə uyğun etiqad bəsləyirdilər. Təbii ki, həzrət Adəmin (ə) mövcudluğunu nəzərə alsaq, bu zaman az-para ibtidai şəri qanunların da icrası istisna olunmur. Lakin bütün bunlar tarix öncəsi ilə bağlı olduğundan əlimizdə bu haqda ətraflı məlumat yoxdur.Allah sizə yar olsun.
Sual (6) :
Salam aleykum.. Xahis edirik zerdusluk haqqinda melumat veresiz. Avesta gonderilen kitab olub yoxsa kimse terefinden yazilib? Zerdust peygember olub? Allah sizden razi olsun
Əleykumus-salam.
Sualınızın cavabını saytın kitabxanasında olan kitabdan oxuya bilərsiz.Kitabın adı:Â Dinlərlə
tanışlıq
Müəllif: Seyid Əhməd Mahmudi  30 cı dərsdən 35-ə kimi.
http://kitab.nur-az.com/az/lib/view/170
Allah sizə yar olsun.
Sual (7) :
Qurandaki mifoloji hekayələrin qaynağı.
İslamın müqəddəs kitabı olan Quranın Kərimdə yazılan hekayələrin çoxu özündən 2200 il əvvəl yazılmış Tövratda və Tövratdan İncilə kimi yazılan Müqəddəs Yazılarda var.Hesablamalara görə Quranın düz 33%-i Tövratdan köçürülüb.Bir məsihçi müsəlmana deyəndə ki, Quran Tövratdan köçürülüb, müsəlman etiraz edib deyir ki, hər iki kitabı göndərən Allahdı. Allah yəhudilərə göndərdiyi kimi müsəlmanlara da kitab nazil edib ki, keçmişdə olan peyğəmbərlərin hekayələrdən müsəlmanların da xəbəri olsun.Etirazımız yoxdur, lakin Quranda olan hekayələrin bir çoxu Qurandan min illər əvvəl yazılmış yəhudil folklor və mifoloji kitablarda (TALMUD, MİDRAŞ, HAMEŞNA, HAQQADA, TARQUM), fars və hind əfsanələr kitablarında da deyilib.Həmin kitablar şeytani kitablar adlanır.Quran Allahdandısa həmin şeytani hekayələrin Quranda nə işi var? Axı həmin hekayələr doğru deyil. Çünki Müqəddəs Kitabda yazılanlarla zidd gəlir? Quranda yazılan əfsanəvi hekayələrin qaynaqlarını aşağıda göstəririk:
Məsələn Qabilin Habili öldürməsindən sonra onu dəfn etməyi qarğa vasitəsilə öyrənməsi Müqəddəs Kitabda yoxdu, Tövratda da yoxdu, bu hekayə “Farqeya Rabbi Eleazar” kitabının 21-ci bölümündə vardır.Nəmrudun İbrahimi oda atması Müqəddəs Kitabda yoxdu, amma bu hekayə "Medras Rabba" adlı yəhudil mifoloyi kitabında yazılmışdır.Süleyman peyğəmbərin cinlərlə, İblislə və quşlarla olan hekayəsi və Səba krailçasını taxta çıxarması da Müqəddəs Kitabda yoxdu, amma bu hekayə yəhudi mifoloji kitabı olan "Turqum"un "İsrail" bölümündə başqa ismi ilə "Ester" bölümündə yazılmışdı.Bir başqa mif də Harut və Marutun hekayəsi də Müqəddəs Kitabda yoxdu, amma bu mifoloji hekayə "Medas İlkot", yəni yəhudi Medraşında mövcüddur.Yəhudilərin başına dağın zirvəsini qaldırma hekayəsi Müqəddəs Kitabın heç bir yerində yoxdu, amma bu hekayə yəhudi mifoloji kitab olan "Abada Zaerenin" 2-ci və 45-ci bölümlərində vardı.Bir də yəhudiləri meymuna çevirməsi hekayəsi Quranda vardı, bu da qədim yəhudi əfsanələrində deyilib, və Quranda həmin hekayə orda olduğu kimi deyilib, bunu Şeyx Abdallah Yusif Əli Quranın başa saldığı kitabın 34-cü səhifəsində bildirmişdi.Cənnətin yeddi qatlı təsviri "Hakeyka" kitabından götülülmüşdü ki, bu da bir əfsanədi, və Müqəddəs Kitabda bu bildirilmir.Cəhənnəmin 7 qapısının olması Qurandan yəhudi mifoloji kitabı olan "Zohardan" götürülüb.Əfsanəyə görə Nuh tufanı qaynayan sulardan olub, amma Müqəddəs Kitabda qaynayan sulardan deyil, yağış və su basqınından olub deyilir.Bu qaynayan sular yəhudi əfsanələr kitabı olan "Rassinidə" deyilir.İbrahimin bütləri qırması hekayəsi Qurana yəhudi kitabı olan "Tarqumda"n köçürülmüşdü.
Quranda xristian opoqrafik hekayələri də yer almışdı.Bakirə Məryəm İnciliə görə Yehoyakimin qızıdır, lakin Quranada o Umranın qızı və Harunun bacı kimi göstərirlib.Musanın və Harunun bacısı Məryəmlə İsa Məsihin anası Məryəm arasında hardasa 1500 il fərq var. Bu hekayə də Qurana başqa bir yəhudi kitabından alınmışdı.Məryəmə mələklərin yemək gətirməsi hekayəsi də "Xilaskarın uşaqlıq illəri" və "Məryəmin doğulması" kitabında deyilir.Müqəddəs Kitabda İsanın beşikdə danışması deyilmir. Amma bu Quranda var, bu hekayə də həmin "Xilaskarın uşaqlıq illəri" və "Məryəmin doğulması" kitabında Quranda olduğu kimi var.Bu mif əslində Hindistanda Buddanın doğum mifindən Qurana alınmışdı.Bu əfsanə Məsihin doğulmasından 557 il əvvəl deyilib və bu hekayə "Didana Katta Yakot Kopt" adlı kitabda yazılıbdı, və hekayə həmin kitabın 1-ci bölümünün 15-ci səhifəsində yazılıb.Məsihin quşlara can verməsi Quranın Ali-İmran surəsində deyilir, lakin bu hekayə İncildə yoxdu, amma bu əhvalat ilk dəfə Qurandan çox-çox əvvəl yazılan "Məsihin uşqalıq illəri" kitabının 36-cı bölümündə kopya Qurandakı kimi yazılmışdır.Bu insanları əyləndirən çox papulyar bir mofoloji kitabdır.Qurandakı Cənnətdən enən masa hekayəsi də mifoloji kitablarda yazılıb.Bir də Qurandakı mağara adamları (Kəhv əhli) hekayəsi ondan əvvəl kopt kilsəsinin "Senec Seriyan" kitabında yazılıb.
İndi isə sual verirəm, Quran Allahdandırsa onda yazılan yəhudi ŞEYTANİ, ERETİK, OPOQRAFİK, KAFİR, MİFOLOJİ, ƏFSANƏVİ HEKAYƏLƏRİN NƏ İŞİ VAR?
Ad: baxtiyar, Ölkə: Azerbaycan , Müctəhid: Ayətullah Sistani
Ad: baxtiyar, Ölkə: Azerbaycan , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Sualınız çox geniş olduğu üçün ümumi və kulli cavab veririk.Birincisi, Quranın Allah-tərəfindən gəlməyində heç bir şəkk və şübhə yoxdur. Bunu həm Quranın tarixinə nəzər salanda görürük və həmdə Quran özü bu şübhəni qətiyyətlə inkar edir və bütün məxluqatı dəvət edir ki, əgər Allah tərəfindən gəlməyində şəkkiniz varsa bir balaca surəsinin oxşarını gətirin (Bəqərə/23). Tarix boyu çalışsalar da bunu etməkdən aciz olublar.
İkincisi, Allah bəzən özü xəbər verir ki, biz bu mətləbi keçmiş kitablarda yazmışıq (misal üçün Ənbiya/105). Bir çox mətləblərdə var ki, oxşarına başqa kitablarda rast gəlmirik.
Üçuncüsü, biz Tövrat və İncilə olan əqidəmiz yəhudi və məsihilərlə fərqlidir, onlar bu kitabları Allah tərəfindən nazil olmasını və yalnız Allah kəlamı olmağını qəbul etmirlər. Tövrat barədə yəhudi alimlərinin əqidəsi budur ki, 300-400 il Hz. Musadan sonra onun əhvalatıdır ki, 1000 il müddətində yazılıb (Vil Durant "Sivilizasiya tarixi" cild-1 səh 374). Eləcə İncil barədə onu yalnız Allah kəlamı bilmirlər, Allah kəlamı ilə bəşər sözünün qarışıq olmağını və Allah tərəfindən gəlmədiyini, Hz. İsanın (ə) Həvarilərə öyrətməsi və 100 il müddətində yazıldığını deyirlər. Amma müsəlmanların əqidəsi budur ki, Tövrat və İncil Allah tərəfindən nazil olub, lakin sonradan təhrifə uğrayıb.
Dördüncüsi, yəhudi alimləri Tövratdan başqa bəzi kitablarıda Allah tərəfindən yazanlara ilham olması və mükaşifə ya Hz. Musanın şifahi sünnəti ya Tövratın şərhi və ya başqa Bəni-israil peyğəmbərlərin kitabları kimi qeyd edirlər. Misal üçün, Təlmud Tövratın şərhi, Qabalahı Musanın (ə) şifahi sünnəti, Mizmarı Davud peyğəmbərin kitabı və s..
Əgər tarixi hadisələrdə Quranla bu kitabların sözü eyni gəlirsə bu o demək deyil ki, Quran o kitablardan götürüb. Əksinə bu hadisələrin əfsanə yox həqiqət olmağını bir daha təsdiqləyir və başqa dinlərə mənsub olan kitabların bəzi mətləbləri ilahi peyğəmbərlərin öyrətdiyi maarif olması ya tarixi fakt olması sübut olunur.
Allah sizə yar olsun.
Sual (8) :
muselman bir shexs kilseye gire biler? ibadetlerini davam etdire bilermi? ora daxil olarken,yani bir muselman olaraq
Bismillahir-rəhmanir-rəhim.
Kilsəyə girmək və orada namaz qılmaq olar, amma xristian adət-ənənələrinə riayət etmək, şam yandırmaq və s. icazəli deyil.Allah sizə yar olsun.
Sual (9) :
salam aleykum.
sualim budurki hansi peygemberin dovrunde Iki baci ile evlenmey halal olub .
Yaqub peygemberin dovrunde iki baci ile aile qurmag icazeli olubmu.?
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Amuli
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Amuli
Əleykumus-salam.
Bəli, bu məsələ islamdan öncə icazəli olub və Yəqub peyğəmbər bu işi görüb, amma islamda isə haram buyrulub. Bu barədə Nisa surəsi 23-cü ayədə işarə olunub.Allah sizə yar olsun.
Sual (10) :
1)davud musa isa islam peygemberi...bunlar sira ile hansi ardicil gelir? birde bu peygamberler arasindaki ferq nece ildir? 2)islam peygamberinin zamaninda tovrat ve incil bugunku incil ve tovrata uygun idi?yoxsa yene tehriflere meruz qaldi...cunki imam rza axi yehudilere oz kitabindan deyirdi 3)yehudileri ve xacperestleri ozunuze dost tutmayin ayesi var .orda meqsed butun yehudi ve xacperestler nezerde tutlur?
Bismillahir-rəhmanir-rəhim.
1) Musa peyğəmbər Davud peyğəmbərdən əvvəl olub, Onların arasında təqribən 500 il fasilə olub.
2) Tövrat və İncil islamdan qabaq təhrif olub. Əlbətdə təhrif dedikdə mənası bu deyil ki, ilahi ayələrdən bu kitablarda heçnə yoxdur bəlkə hamsı təhrif olmayıb.
3) Bəli, əlbətdə islamda onlarla ticarət və alış-veriş etməyə icazə verir.
Allah sizə yar olsun.