Sual (1) : Salam aleykum Allahın rehmet ve bereketı üzerinize olsun,Sualım beledir1) revayet ve hedisin ferqi nedir?2)Zehmet olmasa imameti eqli delillerle isbat edrdiz.Evvelceden teshekkkur edirem.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədis şiə əqidəsinə əsasən Peyğəmbər (s) və İmamların (ə) sözünə, əməlinə və təyidinə deyilir. Rəvayət isə hədisdən ümumdur, başqalarınında sözünə və tarixi nəqillərədə rəvayət deyilir. 

İmamətlə bağlı  "Nur-az" kitabxanasında yerləşdirilmiş kitablara müraciət edin:

Kitabın adı: İmamət Haqqın dili ilə     Mövzu: Etiqad     Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi    

Kitabın adı: Əqidə üsullarının təlimi 2-ci cild     Mövzu: Etiqad     Müəllif: Ustad Misbah Yəzdi

http://kitab.nur-az.com/

Allah sizə yar olsun.

Sual (2) : S.a.Sual; Nəhcul-Bəlağə kitabının sənədi varmı? Əgər yoxdursa nəyə görə biz onu qəbul eləyirik?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1- Əhli-sünnənin dahi alimlərindən olan İbn Əbil-Hədid Mötəzili “Nəhcül-bəlağə” kitabına yazdığı şərhinin 10-cu cildinin 128-ci səhifəsində deyir: “Bir çox həva-həvəs əhli belə iddia edirlər ki, “Nəhcül-bəlağə”nin xütbələrinin bir hissəsi Seyyid Rəzi və sair şiə alimləri tərəfindən qoşulmuş və İmam Əlinin adına çıxarılmışdır. Bunlar həmin adamlardırlar ki, təəssübkeşlik və inad üzündən gözləri siratul-müstəqimdən süquta uğramış və heç bir danışıq üslubundan xəbərləri yoxdur. Mən qısa surətdə onların səhvlərini aydınlaşdırıb deyirəm:
Sizin Nəhcül-bəlağəyə şəkk etməyiniz iki səbəbdən biri üzündən ola bilər. Ya Nəhcül-bəlağənin hamısının qurma olmasına, ya da bir hissəsinin qurma olmasına şəkk edə bilərsiniz.
Birinci səbəbin batil olması dəqiqdir, çünki buradakı nəqllərin bir çoxlarının Əli əleyhissalama aid olması təvatür yolu ilə sübut edilmişdir və biz onlara inanırıq. Şiə olmayan tarixçılərin və hədis söyləyənlərin hamısı və ya əksəriyyəti Nəhcül-bəlağənin xütbələrinin çoxunu yazmışlar. Onlar şiə olmadıqlarına görə onları ittiham edə bilmərik ki, qərəzli yazı yazıblar.
Amma ikinci səbəb, yəni Nəhcül-bəlağənin bir hissəsinin imam Əli əleyhissalama aid olmaması ehtimalı da düz deyil. Çünki çıxışlar və xütbələrlə ünsiyyətdə olan, xüsulilə ərəb ədəbiyyatına zövqlü olan və bəyan elmindən məlumatlı hər bir insan fəsahətli kəlamla qeyri-fəsahətli kəlamı seçə bilir. Əgər onun əlində bir neçə nəfər natiqin çıxışları olarsa, və onları cəmi iki nəfər toplamış olarsa bu adam onların çıxışlarındakı fərqi görə biləcək, onların hər birinin danışıq üslubunu tanıyacaqdır. Məsələn, əgər bir nəfər Əbu Təmamın şerlərinin arasına özündən bir beyt əlavə edərsə şer tanıyan və zövqlü insanlar çox rahatlıqla əlavə edilmiş beyti tanıyacaqlar. Əgər siz Nəhcül-bəlağəyə diqqət etsəniz görəcəksiniz ki, onun hamısı vahid bir zülalın suyudur, bir üslubda bir nəfəsdə deyilmişdir, bütün üzvlərinin eyni mahiyyətə malik olduğu bəsit cimlər kimi.
Nəhcül-bəlağə əziz Quran kimidir, necə ki, onun əvvəli ortası kimidir, ortası axırı kimidir.Onun hər ayəsi fəsahət, nəzm və sair cəhətlərdən bütün başqa ayələrin hamısı ilə eynidir. Əgər Nəhcül-bəlağənin bəzi xütbələri quraşdırma olsaydı Nəhcül-bəlağə eyni ahəngə malik olmazdı. Beləliklə də aydın olur ki, Nəhcül-bəlağənin hamısının və ya bir hissəsinin quraşdırma olmasını iddia edənlər aşkar azgınlıqdadırlar.
2- Əhli-sünnənin dahi alimlərindən və Misirin müftisi olmuş Şeyx Muhəmməd Əbduh özünün Nəhcül-bəlağəyə yazdığı şərhinin müqəddiməsində yazır:
ذلک الکتاب الجلیل، هو جمله ما اختاره السید الشریف الرضى رحمه الله من کلام سیدنا و مولانا امیر المومنین على بن ابى طالب کرم الله وجهه جمع متفرقه، و سماء هذا الاسم نهج البلاغه و لا اعلم اسما الیق بالدلاله على معناه منه، و لیس فى وسعى ان اصف هذا الکتاب بازید ممادل علیه اسمه و لا ان آتى بشى‏ء فى بیان مزیته فوق ما اتى به صاحب الاختیار
Şərafətli seyyid olan Rəzi rəhmətliyin seyyidimiz və mövlamız Əmirəlmöminin Əli ibn Əbu Talibin –Allah onun simasını kəramətli etsin- seçilmiş sözlərini o kitaba yığmış və toplamış, onların pərakəndə olmasının qarşısını almış və kitabın adını Nəhcül-bəlağə qoymuşdur. Bu kitabın məna və möhtəvasına bundan daha uyğun olacaq bir ad tanımıram. Mən bu kitabı vəsf etməkdən və onun xüsusiyyətlərini bəyan etməkdən –adının ona dəlalət etdiyindən və onu toplayanın dediklərindən- artığını deməyə acizəm.
3- İbn Xəllikan özünün Vufiyatul-Əyan kitabının 3-cü cildinin 313-cü səhifəsində, seyyid Murtəza (seyyid Rəzinin qardaşı) barədə danışarkən yazır: Camaat Nəhcül-bəlağəni kimin toplaması barədə ixtilaf etmişlər. Bunları seyyid Rəzi toplamış, ya qardaçı seyyid Murtəza? Deyilənə görə Nəhcül-bəlağə imam Əlinin sözləri deyil, onu toplayanın sözləridir.
İbn Xəllikan Nəhcül-bəlağənin əleyhinə şübhə toxumu səpən ilk şəxsdir. Ondan sonra Nəhcül-bəlağəyə kimlər hücum etmək istəmişlərsə məhz İbn Xəllikanın sözlərini sitat gətirmişlər. Onların hər birinin cavabları da elə öz zamanlarında yaşayan sünnü və şiə alimləri tərəfindən möhkəm və məntiqli şəkildə verilmişdir.
İbn Xəllikanın cavabında deyirik: O həqiqətdə 2 şübhə bəyan etmişdir.
a) Nəhcül-bəlağəni kimin toplaması barədə insanlar arasında ixtilafın olması
b) Gərəsən Nəhcül-bəlağə imam Əli əleyhissalamın sözləridir, yoxsa onu toplayanın?!
Hər iki şübhə səhv və yanlışdır, çünki:
Əvvəla, heç kim Nəhcül-bəlağəni seyyid Murtəzaya nisbət verməmişdir. Əgər bircə nəfər bunu demiş olsaydı İbn Xəllikan onun adını çəkərdi.
İkincisi, seyyid Rəzi özünün “Məcazatun Nəbi”(40, 60, 153, 188 və 284-cü səhifələrdə) , “Həqayiqut təvil”(167-ci səhifədə) və “Xasaisul əimmə” kitablarında dəfələrlə yazır ki, Nəhcül-bəlağəni özü toplamışdır.
Bundan əlavə seyyid Rəzi Nəhcül-bəlağənin xütbələrinin əksəriyyətindən sonra “Rəzi deyir:” sözünü yazaraq qısa şərh verir. İbn Xəllikan heç olmazsa bircə dəfə Nəhcül-bəlağəni oxumuş olsaydı o şübhələri yaymazdı. Buradan məlum olur ki, İbn Xəllikan ümumiyyətlə Nəhcül-bəlağəni heç görməyib.
Üçüncüsü, seyyid Rəzi dünyaya gəlməmişdən əvvəl yazılmış çoxlu sayda kitablarda pərakəndə surətdə imam Əli əleyhissalamın xütbələri, məktubları və qısa kəlamları yazılmışdır. Buradan aydın olur ki, seyyid Rəzidən əvvəl də bunlar camaat arsında yayılmış, xüsusilə tarixçilər və hədis söyləyənlər arasında toplanmışdır, o cümlədən.
a) İbrahim ibn Həkəm
b) İsmail ibn Məhran
c) Zeyd ibn Vəhəb
ç) Əbdul Əzim Həsəni
d) Sudə ibn Sədəqə
e) Mədaini
ə) Əbdül Əziz Cəludi
Təəssüf ki, seyyid Rəzidən əvvəl imam Əlinin xütbələrini toplamış bu alimlərin heç birinin əsərləri bizə gəlib çatmamışdır.
İmam Əli əleyhissalamın yaxın dostlarından olmuş Haris Əvər Həmdani ilk insandır ki, imam Əli əleyhissalamın xütbələrini toplamışdır. Mərhum Kuleyni Üsuli-Kafi kitabının 1-ci cildinin 141-ci səhifəsində, həmçinin Şeyx Səduq ət-Təvhid kitabının 31-ci səhifəsində Əbu İshaq Səbiiyə istinadən, o da Haris Əvərdən belə nəql edir: Əmirəlmöminin əleyhissalam əsr namazından sonra fəsahətli və bəlağətli bir xütbə söylədi. Camaat o xütbəyə təəccüb etdilər. Əbu İshaq deyir: mən Harisə dedim: Bu xütbəni əzbərlədinmi? Cavab verdi: Yazmışam. Əbu İshaq deyir: Sonra o xütbəni öz kitabından bizə oxudu.
Elə buna görə də seyyid Rəzi xütbələrin sənədlərini yazmamışdır. Tarixçılərin dediklərinə görə insanların dillərində əzbər olan xütbələr seyyid Rəzinin topladıqlarından neçə dəfə çox olmuşdur. Ona görə də seyyid Rəzi kitabın əvvəlində yazır:
المختار من خطب امیر المومنین علیه‏السلام
Əmirəlmöminin əleyhissalamın seçilmiş xütbələri
4- Seyyis Rəzidən 100 il əvvəl yaşamış Əhli sünnənin məşhur alimi Cahiz özünün “əl-Bəyan vət-Təbyin” kitabının 1-ci cildinin 83-cü səhifəsində yazır: Əlinin –Allah onun simasını kəramətli etsin- xütbələri toplanmış, qorunur və məşhurdur.
Həmiçinin Seyyis Rəzidən 100 il əvvəl yaşamış Əhli sünnənin məşhur tarixçisi Məsudi “Murucuz Zəhəb” kitabının 2-ci cildinin 419-cu səhifəsində imam Əli əleyhissalamın xütbələri barədə yazır: O həzərtin dörd yüz həştad neçə xütbəsini camaat əzbərləmişlər.
Həmçinin Əhli sünnənin məşhur alimi Sibt ibn Cəvzi “Təzkirətul-Xəvass” kitabının 128-ci səhifəsində seyyid Mutəzadan belə nəql edir: imam Əli əleyhissalamın dörd yüz xütbəsi mənim əlimə çatmışdır.
Nəcəfin məşhur alimlərindən və tədqiqatşılarından olan Seyyid Əbdüz-Zəhra Hüseyni Xətib özünün “Məsadiru Nəhcül-bəlağə və məsanidih” (Nəhcül-bəlağənin qaynaqları və sənədləri) kitabında bu barədə geniş araşdırma aparmışdır ki, Nəhcül-bəlağə kitabı 114 (yüz on dörd) kitabdan toplanmışdır ki, o alimlərin iyirmisi Seyyid Rəzi dünyaya gəlməmişdən əvvəl vəfat etmişlər.
Onu da deyək ki, Seyyid Rəzi özü Nəhcül-bəlağənin müxtəlif yerlərində 15 sənədin adını çəkib:
1- Tarixi Təbəri, 2- əl-Bəyan vət-Təbyin (Müəllif Cahiz), 3- əl-Cuməl (müəllif Vaqidi), 4- Hikayətu Əbi Yəfur, 5- Hikayətu Sələb min Əbil Ərəbi, 6- Xəbəru Zirar Ziyayi. 7- Rəvayətu Əbi Cəhifə, 8- Rəvayətu Kumeyl ibn Ziyad Nəxəi, 9- Rivayətu Məsədə ibn Sədəqə, 10- Rivayətu Zəvq Bikali, 11- Rivayətu əbu Ubeyd Qasim ibn Səlam, 12- Hişam ibn Kəlbi, 13- əl-Məğazi (müəllif Səd ibn Yəhya Əməvi) 14- əl-Məqamat (müəllif Əbu Cəfər Əskafi) 15- əl-Muqtəzəb (müəllif Mubərrəd)
Deməli İbn Xəllikanın şübhəsi ağılsız, yanlış və dəyərsizdir.
5- Çoxlu sayda alimlər Nəhcül-bəlağənin sənədləri barədə kitablar yazaraq bütün xütbələr, məktublar və kəlamların sənədlərini qeyd etmişlər. Aşağıda həmin kitabların siyahısını dərc edirik. Nəhcül-bəlağənin hansısa xütbəsi, məktubu ya kəlamına şübhə edən bu kitablardan birinə baxmaqla sənədi gözü ilə görsün.
1) Mədariku Nəhcül-bəlağə (müəllif Kaşiful Ğita) (bəzi mətləblərin sənədləri)
2) İstinadu Nəhcül-bəlağə (müəllif İmtiyaz Əli Xan Ərşi)
3) Nəhcüssəadə fi müstədrəki Nəhcül-bəlağə (müəllif Məhəmməd Baqir Məhmudi)
4) Məsadiru Nəhcül-bəlağə (müəllif Abdullah Nimət)
5) Məsadiru Nəhcül-bəlağə və əsanidih (müəllif Seyyid Əbdüz Zəhra Hüseyni)
6) Bəhsi kutah piramune mədarike Nəhcül-bəlağə (Ayətullah Rza Ustadi)
7) Rəveşhayi təhqiq dər əsnad və mədarike Nəhcül-bəlağə (müəllif Məhəmməd dəşti)
8) Həmçinin Nəhcül-bəlağənin bəzi mədrəklərini Mirzə Həbibullah Xoyi “Minhacul Bəraə” kitabında, Əllmə Həsənzadə “Təkmilətul Minhac” kitabında ... yazmışlar.
Yuxarıdakı kitablara müraciət etməkla çox rahatlıqla Nəhcül-bəlağədə hər bir sözün sənədinin olduğu və Nəhcül-bəlağə kitabındakı xütbələrin imam Əli əleyhissalama aid olduğu üzə çıxır.
Deməli, Seyyid Rəzinin ”Nəhcül-bəlağə”də xütbələr, məktublar və kəlamların sənədlərini yazmaması əsas iki səbəb üzündən olmuşdur. A) Onlar çox məşhur olmuşlar, B) Sənədləri yazmaq kitabın həcmini çoxaldacaq, yaxud artıqlıq edəcəkdi... http://ceferiler.com
Allah sizə yar olsun.
Sual (3) : Salam aleykum aga bir sual var idi onu sormag isteyirdimki *Asura gunu oruc tutmag mekruhdursa risaleye esasen bes niye bezi hedisler Asura gunu oruc tutmagi Haramdir qeyd edir?* Məsələn, mərhum Xansari (r.ə) «Came əl-mədarik»də belə deyir: ﻭﺟﺰﻡ ﺑﻌﺾ ﻣﺘﺄﺧﺮﻱ ﺍﻟﻤﺘﺄﺧﺮﻳﻦ ﺑﺎﻟﺤﺮﻣﺔ ﺗﺮﺟﻴﺤﺎ ﻟﻠﻨﺼﻮﺹ ﺍﻟﻨﺎﻫﻴﺔ ﻭﺣﻤﻼ ﻟﻤﺎ ﺩﻝ ﻋﻠﻰ ﺍﻻﺳﺘﺤﺒﺎﺏ ﻋﻠﻰ ﺍﻟﺘﻘﻴﺔ . ﻭﺍﻟﻈﺎﻫﺮ ﺃﻥ ﻫﺬﺍ ﺃﻗﺮﺏ . Ən müasir şiə alimlərindən bəziləri Aşura günündə oruc tutmağı nəhy edən hədislərə üstünlük verərək orucun müstəhəbliyini bildirən hədisləri təqiyyəyə həml ediblər və nəticədə qətiyyətlə bu gündə oruc tutmağı haram biliblər. Zahir budur ki, bu nəzər daha əqrəbdir (yaxındır). Mərhum Xansari, Came əl-mədarik, c.2, s.226 Yaxud mərhum Mühəddis Bəhrani «Hədaiq»də belə deyir: ﻭﺑﺎﻟﺠﻤﻠﺔ ﻓﺈﻥ ﺩﻻﻟﺔ ﻫﺬﻩ ﺍﻷﺧﺒﺎﺭ ﻋﻠﻰ ﺍﻟﺘﺤﺮﻳﻢ ﻣﻄﻠﻘﺎ ﺃﻇﻬﺮ ﻇﺎﻫﺮ . Ümumiyyətlə bu hədislərin (Aşura) orucunun haramlığına qeydsiz-şərtsiz dəlalət etməsi daha aydındır. Mühəqqiq Bəhrani, əl-Hədaiq ən-nazirə, c.13, s.376 Və ya mərhum Nəraqi «Müstənəd əş-şiə» kitabında belə deyir: ﻓﺎﻟﺤﻖ : ﺣﺮﻣﺔ ﺻﻮﻣﻪ ﻣﻦ ﻫﺬﻩ ﺍﻟﺠﻬﺔ . ﻓﺈﻧﻪ ﺑﺪﻋﺔ ﻋﻨﺪ ﺁﻝ ﻣﺤﻤﺪ ﻣﺘﺮﻭﻛﺔ Doğrusu budur ki, bu gün oruc tutmaq ona görə haramdır ki, bu Ali-Məhəmmədin (s) yanında tərk olunmuş bidətdir. Mühəqqiq Nəraqi, Müstənəd əş-şiə, c.10, s.493 Müasirlərin əksəriyyəti – Seyyid Yəzdi («Ürvətül-vüsqa»nın müəllifi), mərhum Bürucerdi, Həkim, Xomeyni, «Ürvətül-vüsqa» kitabının bir çox şərhçiləri, və ya hazırkı zamanda bir çox müasir alimlər o gün oruc tutmağın kərahətli olduğunu demişlər (Seyyid Yəzdi, Ürvətul-vüsqa, c.3, s.657)

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Birincisi, bu qisim ixtilaflar bəzən şəri məsələlərdə müctəhidlər arasında qarşıya gəlir və qabağa gələn məsələlərdə din aliminə və mərcəi-təqlidə müraciət etmək tapşırıblar.
Ikincisi, hər kəs öz mərcəi-təqlidinin fitvasına əsasən əməl etməlidir və əməl məqamında fitvaları bir-biri ilə müqayisə etməkdən çəkinməlidir.
Üçüncüsü, müctəhidlər arasında fitvaların fərqli olmasının səbəbi aşağıda deyilənlərdir:
- Əsas məsələlərdə müctehidlərin fitvası birdir və əgər ixtilaf olsada təfərrüatdadır.
- Bu ixtilafların səbəbi məsum imamların (əleyhimus-salam) zamanından uzaq olmağımızdır, çünki bu alicənabların rəvayətlərı müxtəlif şəxslər tərəfindən nəql olunub. Bəziləri, bu şəxsləri əmin insanlar, bəziləri isə mümkündür onların hamısını əmin bilməsinlər. Əlbəttə, müctəhidlər onları tanımaq üçün nəhayət səylərini edirlər, amma mümkündür hamısının baxışı bir olmasın.
- Bundan əlavə məsumların (əleyhimus-salam) kəlamlarını başa düşmək bu qədər zaman keçdiyinə görə asan deyil, buna görə də bəzən müxtəlif baxışlar ortaya çıxır.
- Bəzi hədislərdə qeyd olunan haram ifadəsi məkruh anlamına gəlir.
Bəs, fitvaların müxtəlif olmağının sirri budur.

Allahsizə yarolsun.

Sual (4) : Salam. Bu hədis Düzdürmü ki Peyğəmbər buyurub 'mənim ümmətim 73 firqəyə bölünəcəy birindən başqa hamısı cəhənnəm əhlidirlər'?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təəssüflə deməliyik ki, İlahi Peyğəmbərlərin hər biri dünyadan gedəndən sonra, onların ardıcıllarının çoxu, Peyğəmbərləri tərəfdən təyin olunmuş əsas yoldan azdılar. Peyğəmbər (s) qeybi elmi ilə öz ümmətinin gələcəyini açıqca görürdü. Müxtəlif rəvayətlərdə (ümmətin parçalanması hədisləri) bu məsələdən xəbər veribdir. "Ümmətin parçalanması" hədislərini şiə və sünni hədis alimləri müxtəlif sənədlərlə nəql edibdir. [1] Bu hədis şiə mənbələrində o cümlədən şeyx Səduqun Xisali, Təfsiri- əyyaşi və Təbərisinin Ehticacında gəlibdir. [2] Qeyd edək ki, hədis mənəvi cəhətdən mütəvatirdir, yəni mətndəki kəlmələr cəhətdən bir- birindən fərqlənsələr də, amma onların hamısının mənası eynidir.

Bu rəvayətlərə əsasən, Peyğəmbər (s) ümmətinin ondan sonra yetmiş üç firqəyə parçalanacağını qabaqcadan söyləmişdir.

Ümmətin parçalanması hədisinin sənədlərinin ən doğrusu Kuleyninin Kafi kitabında İmam Məhəmməd Baqir (ə) dan nəql etdiyi bir hədisdir. Bu hədisin sənəd və mətnini nümunə olaraq araşdırırıq.

Hədisin sənədi:

Məhəmməd ibn Yəhya ən Əhməd bir Məhəmməd bin İsa ən ibn Məhbub ən Cəmil bin Saleh ən Əbi Xalid əl- Kabuli ən Əbi Cəfər (ə).

« مُحَمَّدُ بْنُ یَحْیَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِیسَى عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ جَمِیلِ بْنِ صَالِحٍ عَنْ أَبِی خَالِدٍ الْکَابُلِیِّ عَنْ أَبِی جَعْفَرٍ(ع) »

Hədislərin sənəd cəhətdən müxtəlif qisimləri var. hədisin ravilərinin hamısı şiə və siqə- (inanılmış sonlar)- lərdən olsalar, hədis hədisşunaslıq termini nəzərindən "səsis"dir. [3] Əgər sənəddə olan şəxslərin hamısı öz dövrünün böyük şəxslərindən olsalar, belə olduqda hədisə inam daha çoxalır. İmam Baqir (ə)- ın hədisi də belə hədislərdəndir, çünki sənəddə olan şəxslərin hamısı böyük şəxslərdəndirlər. Məhəmməd bin Yəhya böyük insanlardandır ki, Nəccaşi onun barəsində deyir: "O öz zamanında bizim səhabələrimizin böyükü idi ki, çox inanılmış bir şəxsdir". [4] Əhməd bin Məhəmməd bin İsa da deyir: "Əbucəfər Qumluların şeyxi və onların fəqihidir." [5] Həsən bin Məhbub bizim rical mənbələrdə siqə və əshabi icmadandır. [6] Cəmil bin Saleh və Əbu Xalid Kabuli də böyük şəxslərdən sayılıblar. [7]

Buna əsasən, hədis sənəd cəhətdən səhih və müttəsildir.

Hədisin mətni:

Bu hədis Zümər surəsinin 29- cu ayəsinin təfsirində gəlibdir ki, İmam (ə) onda buyurur: "Yəhudilər Musadan sonra yetmiş bir firqəyə bölündülər ki, yalnız o firqələrin biri behiştdə, qalanları isə cəhənnəmdədirlər. Məsihilər də İsa (ə)- dan sonra yetmiş iki firqəyə döndülər ki, bir firqə behiştdə, digər firqələr isə cəhənnəmdədirlər. Amma bu ümmət İslam Peyğəmbəri (s)- dən sonra yetmiş üç firqəyə bölündülər ki, onların yetmiş iki firqəsi cəhənnəmdə yalnız bir firqə behiştdədir. Bu yetmiş üç firqənin on üç firqəsi biz Əhli- beytə məhəbbət və vilayəti qəbul edirlər [8] , amma onlardan yalnız bir dəstəsi behiştə gedəcək və digər on üç firqə cəhənnəmdədirlər. Buna əsasən, bu on iki firqə və altmış firqə cəhənnəmdədirlər." [9]

Nəticə budur ki, bu hədisin sənəd və mətni doğrudur və bu barədə olan digər hədislərlə təqsirlənir.

Diqqət etmək lazımdır ki, bu barədə qeyd olunan çoxlu rəvayətlərdə, nicat tapan dəstəni İmam Əli (ə)- ın şiələri bildirirlər. [10]

 Allah sizə yar olsun.

-----------------------------------------------------------

[1]   - Təba təbayi, Məhəmməd Hüseyn, Əl- mizan, tərcümə Musəvi Həmədani cild 3, səh 588, Qum, İslami nəşrlər dəftəri, 1374, Cəfəri, Yəqub, Təfsiri- kovsər, cild 3,səh 443, Bica, Bita.

[2]   - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 28, səh 4, Əlvəfa müəssisəsi, Beyrut. 1404.

[3]   - Dirayətun- nur diskindən istifadə etməklə, Hədis terminləri.

[4]   - Nəccaşi, Ricali- nəccaşi, səh 353, İslami nəşrlər dəftəri, Qum, 1407.

[5]   - Həmin, səh 83.

[6]   - Baxın: Ricali Kəşi, səh 556.

[7]   - Baxın: Ricali Nəccaşi, səh 127 və Ricali Kəşi, səh 10, Məşhəd universitetinin nəşriyyatı, 1348.

[8]   - Bəlkə şiənin on iki imamçı olmayan firqələrinə işarə edir.

[9] - Kuleyni, Məhəmməd ibn Yəqub, Kafi, cild 8, səh 224, Darul- kutubul- islamiyyə, Tehran, 1368.

[10]   - Biharul- ınvar, cild 28, səh 2, babu iftiraqil- umməti bədən- nəbi.

İslamquest.net

Sual (5) : Salam aleykum. Hz Eli xilafete geldikden sonra hedis qadagasin legv etdi? Etmedise ne ucun? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Əli (ə) və onun səhabələri əvvəldən hədis qadağasına əhəmiyyət vermədilər. Hətta Meysəm və Ruşeyd kimi səhabələrin bu yolda dili kəsildi və şəhid oldular. Əbuzər isə sürgün oldu. Həzrət Əli (ə) 5 ilə yaxın xilafət etdi bu dövrdə 3 böyük müharibə ilə üzləşdi. Beləliklə Həzrət bütün islahatları həyata keçirdə bilmədi. Başqa bir tərəfdən hədis qadağası iki xəlifənin sünnətinə çevirilmişdi. İnsanların əksəriyyəti xəlifələrinsünnətinə əməl etməyi vəzifə bilirdilər. Buna görə də, ikinci xəlifənin təşkil etdiyi şurada İmam Əlinin (ə) qabağına şərt qoydular ki, xəlifə seşildikdə iki şeyxin sünnətinə əməl edəcəksən. Həzrət bu şərti qəbul etmədi və xilafət Osmana yetişdi. Həzrət Əli (ə) öz xilafət dövründə ikinci xəlifənin təravih namazı bidətinin qarşısını almaq istəyirdi, amma camaatın səsi qalxdı ki, vay Ömərin sünnəti aradan getdi! Həzrət qarşısını ala bilmədi. Hər halda həzrət Əli (ə) istər xilafət dövründə və istərsə də ondan öncə bu qadağaya etina etmədi.Şiənin bu dövrdə yazdığı bir neçə kitab olub ki, onların çoxusu aradan getsə də bəzilərinin adı tarixdə qalıb. Hədis qadağası təqribən 90 il çəkdi və əsasən bu qadağa İmam Əli (ə) və Əhli-beytin fəzilətinə dəlalət edən hədislərə şamil olurdu. İlk dəfə Ömər ibni Əbduləziz bu qadağanı ləğv etdi.

Daha ətraflı bu linkdən oxuyun:

http://sual.nur-az.com/tr/130/H%C9%99dis-elml%C9%99ri/ 

2-ci sual.

Allah sizə yar olsun.

Sual (6) : Salam aleykum. İnsanin ibadet edib özünden razı olmaqdansa, günahkar olub özünü zelil bilmeyi daha yaxşıdır. Zehmet olmasa, hedisin menbesini qeyd ederdiz. Allah razi olsun.

Əleykumus-salam.

Mötəbər qaynaqlarda bu məzmunda hədislə qarşılaşmadıq. 

Allah sizə yar olsun.

Sual (7) : SaLaM , imamlardan peygenberlerden hedisler hekayeler danisillara onlari hardan danisillar bezi adamlar inanmirki ovaxdi olub indi nece danisillar nece bada salim deyillerki yalan sozlerdi hardan oxuyursuz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbər (s) və məsum imamların kəlamlarını ətrafında olan səhabə və şagirdləri əzbərləyib başqalarına nəql ediblər və ya  yazıb kitab halına salıblar. Beləliklə bu hədisləri özlərindən sonrakılar üçün miras qoyublar. Məsumların zamanından sonra yaşayan Şeyx Səduq, Tusi və Kuleyni kimi alimlər bu hədisləri və kitabları bir yerə toplayıblar və beləliklə bizim əlimizə gəlib çatıb. Amma diqqət etmək lazımdır ki, kitablarda olan hədislərin hamısı Peyğəmbər və imamların dilindən çıxması anlamına gəlmir. Bunu görə də, hədislərin səhih olub olmamasını bilmək üçün, rical və dirayə elmlərinə yeyələnmək lazımdır.

Allah sizə yar olsun.

Sual (8) : Salam aleykum. Peygemberden sonra xelifeler hedis toplamagi qadagan etdiler bes ne ucun Hz Eli xilafeti dovrunde bu qadagani aradan qaldirmadi? Umumiyyetle hedis topanmaga ne vaxtdan baslandi? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Əli (ə) və onun səhabələri əvvəldən hədis qadağasına əhəmiyyət vermədilər. Hətta Meysəm və Ruşeyd kimi səhabələrin bu yolda dili kəsildi və şəhid oldular. Əbuzər isə sürgün oldu. Həzrət Əli (ə) 5 ilə yaxın xilafət etdi bu dövrdə 3 böyük müharibə ilə üzləşdi. Beləliklə Həzrət bütün islahatları həyata keçirdə bilmədi. Başqa bir tərəfdən hədis qadağası iki xəlifənin sünnətinə çevirilmişdi. İnsanların əksəriyyəti xəlifələrin sünnətinə əməl etməyi vəzifə bilirdilər. Buna görə də, ikinci xəlifənin təşkil etdiyi şurada İmam Əlinin (ə) qabağına şərt qoydular ki, xəlifə seşildikdə iki şeyxin sünnətinə əməl edəcəksən. Həzrət bu şərti qəbul etmədi və xilafət Osmana yetişdi. Həzrət Əli (ə) öz xilafət dövründə ikinci xəlifənin təravih namazı bidətinin qarşısını almaq istəyirdi, amma camaatın səsi qalxdı ki, vay Ömərin sünnəti aradan getdi! Həzrət qarşısını ala bilmədi. Hər halda həzrət Əli (ə) istər xilafət dövründə və istərsə də ondan öncə bu qadağaya etina etmədi. Şiənin bu dövrdə yazdığı bir neçə kitab olub ki, onların çoxusu aradan getsə də bəziləri tarixdə qalıb. Hədis qadağası təqribən 90 il çəkdi və əsasən bu qadağa İmam Əli (ə) və Əhli-beytin fəzilətinə dəlalət edən hədislərə şamil olurdu. İlk dəfə Ömər ibni Əbduləziz bu qadağanı ləğv etdi.
Daha ətraflı bu linkdən oxuyun:
http://sual.nur-az.com/tr/130/H%C9%99dis-elml%C9%99ri/
2-ci sual.
Allah sizə yar olsun.
Sual (9) : Salam aleykum. Tevatur hedis ve mutevatur hedis nedir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Allahın adı ilə.   
Əleykumus-salam.
Təvatur və mütəvatir sinonim və eyni mənalı sözlərdir.    
Mütəvatir – o rəvayətlərə deyilir ki, onların mötəbərliyi hamı tərəfindən qəbul olunmuş olsun.

Mütəvatir xəbər üçün müxtəlif təriflər söylənilmişdir:

Yalan söyləmək üçün adətən birləşməsi mümkün olmayan insanların söylədiyi xəbər.

Sənədin silsiləsi bütün təbəqələrdə elə bir həddə çatmalıdır ki, insanların yalan üçün birləşmələrindən amanda olsun.

Lakin insanların yalan söyləmək üçün birləşməməsi heç də xəbərin düzgün olmasının dəlili deyildir. Çünki insanlar müxtəlif səbəblərə görə, hətta bə`zən bir-birindən xəbərsiz halda eyni yalanı söyləyə bilərlər.

Daha düzgün tərif budur: Sayca çox olan və etimadlı olduqları üçün qəsdən yalan söyləmək üçün birləşməyən və yaxud söylədikləri xəbərin mövzusu yalan söyləmək üçün vadar edici olmadığı halda insanların söylədikləri xəbər mütəvatir adlanır.

Misal üçün Səqələyn hədisi, Qədir xumda söylənilən Mən kuntum mövlahu fə haza Əliyyun Mövlah! hədisi və s... mütəvatir hədislərdir.

Allah sizə yar olsun.
Sual (10) : Salamun aleykum. Imаm Hüsеyn əlеyhissаlаmın müqəddəs məqbərəsinin zərihinin yuхаrısınа qızıl suyu ilə nə yаzılıbdır? Cаvаb: Imаm Hüsеyn əlеyhissаlаmın qəbrinin zərihinin yuхаrısındа qızıl suyu ilə “Nur” аyəsindən sоnrа Pеyğəmbər (səlləllаhu əlеyhi və аlihi və səlləm)-in buyurduğu hədis yаzılıb: Еy Cаbir Hüsеynin qəbrini ziyаrət еt, çünki Hüsеynin qəbrinin ziyаrətinin sаvаbı yüz (müsətəhəb) həcc ziyаrətinin sаvаbı qədərdir. Əlbəttə, Hüsеynin qəbri cənnət gülüstаnlаrındаndır və Kərbəlа bеhişt tоrpаğıdır. Bu hedis sehih hedisdirmi? Dogruluguna ne qeder etimad edilsin? Allah razi olsun. Amin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qeyd etdiyiniz hədisi tapa bilmədik, amma bu hədisin məzmunda məsum imamlardan çoxlu hədislər nəql olunub. Vəsiluş-şiə kitabında bu məzmunda 23 hədis nəql olunub ki, çoxu səhih hədislərdir. O cümlədən İmam Sadiq (ə) buyurur: Hər kəs İmam Hüseynə (ə) mərifəti olaraq və haqqını tanıyaraq ziyarət etsə, sanki Peyğəmbərlə (s) birlikdə 100 həcc yerinə yetirib. Kamiluz-ziyarat 162, Vəsiluş-şiə cild 14 səh 450.

قال الإمام الصادق علیه السلام: «من أتی قبر الحسین علیه السلام عارفا بحقّه کان کمن حجّ مائة حجّة مع رسول الله صلی الله علیه و آله و سلم». 
Bu hədis İmam Hüseynin (ə) təzə zərihinin üzərində yazılıb.

Allah sizə yar olsun.

Go to TOP