Sual (1) : Adəmin zövcəsi Həvvanın yaranışı necə olmuşdur?

Bismillahir-rəhmanir-rəhim

Qurani-kərim Adəmin zövcəsinin yaranışı haqqında bir dəfə söz açaraq buyurmuşdur:

«يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً»


“Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən və onun cinsindən zövcəsini yaradan və o iki nəfərdən də çoxlu kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” (“Nisa” surəsi, ayə 1)

“Xələqə minha” cümləsindəki “min” ədatı cins bildirmək üçündür. Yəni Adəmin zövcəsini onun cinsindən yaratdıq və yer üzündəki bütün insanların kökü bir-birinə oxşar və torpaqdan yaranmış bir kişi və qadındandır. Adəmin zövcəsinin ona bağlayıcı ilə bağlanmasına diqqət etməklə yaradılışın necəliyi və onun mərhələləri də eynilə Adəmin yaranışı kimi olmalıdır. Ayənin məqsədi fərqliliklə mübarizədir. Çünki bütün insanlar bir ər-arvaddan törəmişlər və birinin digər birisindən (yaranış baxımından) üstünlüyü yoxdur.

Bəziləri “min” ədatını qisim, parça və bəzilik mənasına götürərək ayəni belə təfsir edirlər: Adəmin zövcəsi Adəmin hissələrinin bir hissəsindən yaradılmışdır. Bəziləri də qeyri-mötəbər hədisə istinad edərək onun bu mövzunu təsdiqlədiyini və Allahın Həvvanı Adəmin qabırğasından yaratdığını deyirlər.

Lakin bu təfsir iki cəhətdən əsassızdır:

1. Mütləq şəkildə zövcələrin yaranmasına aid olan ayələrdə bu cümləyə oxşar bir cümlə işlənmişdir:
 «وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا»

“Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün öz cinsinizdən zövcələr yaratması... da Onun dəlillərindəndir.” (“Rum” surəsi, 21; “Nəhl” surəsi, ayə 72; “Şura” surəsi, ayə 11; “Zariyat” surəsi, ayə 49)

2. Adəmin zövcəsinin onun qabırğasından yaranması Tövratda gəlmişdir. (“Tövrat, səfəri-təkvini”, fəsl 2, cümlə 21, London çapı, Fazil Xani, 1856)

Bu kimi rəvayətləri yəhudi alimləri özləri düzəltmişlər və onları İslam hədislərinə daxil etmişlər. Bizim bir sıra  rəvayətlərimizdə belə yaranmanı şiddətlə təkzib edilmişdir. (“Təfsiri Əyyaşi”, c. 1, səh. 216, hədis 7)

Mənbə: Cəfər Sübhani Təbrizi, “Mənşuri cavid”, c. 11, səh. 109-110.
Cəfər Sübhani Təbrizi, “Əndişehayi cavid”, c. 2, səh. 49.

Allah sizə yar olsun 

Sual (2) : Salam aleykum. Videolari yayilan usaq oldurenler heqiqeten hasdi sabinin esgerleridir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xeyr, bu videolar islam düşmənlərinin şiə əleyhinə olan bir fitnəsi və öz əlləri ilə törətdiyi cinayətlərin montajıdır. Necə ki, bu videolardan birində məlum oldu ki, Ərəbistanın Yəməndəki cinayətlərindəndir, lakin Suriyada döyüşən şiələrin adına montaj edilib. Həşdi şəbi dəstəsi şiə əqidəli və Ayətullah Sistaninin tərəfdarlarıdır.

Allahsizə yarolsun.

Sual (3) : Salam aleykum. Dogrudurki ozunu Hz Mehdinin naibi adlandiran Ehmed El Hesen Yemani Ayetullah Xameneini mubahileye devet edib? Edibse aga ne cavab verib?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əhməd Əl-həsəninin yalançı və fırıldaqçı olmağı məlum məsələdir. Əlbəttə sosial şəbəkələrdə öz iddiasını sübuta yetirmək üçün islam, xristian və yəhudi alimlərini mübahiləyə devət edib. Lakin alimlər onun bu hiylələrinə əhəmiyyət verməyiblər.

Allah sizə yar olsun.

Sual (4) : Salam. Bildiyimizә görә Hәzrәt Әli әlәyhissalam Cәmәl müharibәsindә Aişәnin qoşunundan öldürdüyü әagәrlәrә cәnazә namazı qıldı. Әgәr onlar müsәlman idisә, nә üçün öldürdü vә әgәr kafir idilәrsә, niyә namaz qıldı?
Ad: Abdulla, Ölkə: Azәrbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Öncə Cəməl əhli öz beyət və əhdlərini pozaraq Bəsrəyə hücum edib dinc əhalini öldürdülər və iğtişaş yaratdılar. Həzrət Əli (ə) təcavüzkarların qarşısını almaq üçün Bəsrəyə gəldi və onları bu işdən çəkindirmək istədi və İbni Abbası və başqa bir cavanı Quranla onların tərəfinə göndərdi və onları sülhə dəvət etdi, amma onlar müharibə etməyə israrlı idilər. Əvvəlcə döyüşü də, onlar başladı. Hətta bir neçə nəfəri Həzrət Əlinin (ə) qoşunundan şəhid etdilər amma yenədə Həzrət döyüşü başlamırdı. Belə bir təcavüzkar dəstənin qarşısında müharibədən başqa yol qalmırdı. Əks halda fitnənin qarşısını almaq mümkün deyildi. Allah-taala Quranda təcavüzkar dəstə ilə vuruşmağa sifariş edir.
Hücurat/9. Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını düzəldin. Əgər onlardan biri digərinə təcavüz etsə Allahın əmrinə qayıdana kimi həmin təcavüzkar dəstə ilə vuruşun. Beləliklə əgər qayıtsa onların aralarında ədalətlə sülh bərqərar edin. Həmişə ədalətli olun ki, Allah ədalətliləri sevir.
Bundan əlavə, biz onları müsəlman bilirik, amma bu o demək deyil ki, müsəlman digər müsəlmanlara təcavüz edərsə onun qarşısı alınmamalıdır. Bu bəzən yalnız müharibə yolu ilə mümkün olur. Amma Həzrət Əlinin (ə) cəməl əhlinin ölülərinə namaz qılması məsələsi tədqiqə ehtiyac var ki, baş verib verməməsi müəyyən olsun. Hətta namaz qılsa belə onlar müsəlman olduqları üçün namaz qılınmalıdır. Əhli sünnət Peyğəmbərin (s) münafiqlərə namaz qılmasını nəql edirlər. Bəs belə nəticə alırıq ki, onlar müsəlman idi, amma onların təcavüz və fitnələrinin qarşısını almaq üçün Həzrət Əlinin (ə) onlarla müharibə etməkdən başqa yolu yox idi, əks halda minlərlə günahsız müsəlmanların qanını tökəcəkdilər.
Diqqət etmək lazımdır ki, hər iki tərəfdən ölən müsəlmanların qanı Cəməl döyüşünü yaradan Aişə, Təlhə və Zübüyrin böynunda qalır. Çünki onlar hiylə ilə insanları öz dünya tələb və məqampərəst meyillərinə qurban etdilər.

Allah sizə yar olsun.

Sual (5) : Salamun əleykum. Nə üçün Əbdulmutəllib öz oğlunun adını Əbduluzza qoyub? Axı O, hənif dində idi...

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əbdulüzza ad deyil, ləqəbdir. Adətən ləqəb ata-ana tərəfindən qoyulmurdu, əksinə insanlara cəmiyyət tərəfindən verilirdi. Əbdulüzza Əbuləhəbin ləqəbidir. Bu ləqəbi Əbuləhəbə atası qoymayıb. Onun bu ləqəblə adlanmağının səbəbi mümkündür bu olsun ki, Əfləh bin Nəzr Şeybani adlı şəxs ki, üzza bütünə nəzarət edirdi, ölüm yatağında olanda üzza bütünü Əbuləhəbə tapşırır.

Allah sizə yar olsun.

Sual (6) : Salam aleykum. Islamda Periler haqqinda hansisa melumat var? Bir iki hedise rast gelib ama bilmirem o hedisler sehihdi yoxsa yox. Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Uyğun мövzuda мəluмat əldə etмək üçün nur-az saytının kitabxanasına мüraciət edin.

Kitabın adı: 14 sual-14 cavab  6-cü sual.

http://kitab.nur-az.com/az/lib/view/112

Allah sizə yar olsun.

Sual (7) : Salam. Bir sünni qardaşımız mene bele bir sual verdi, siz imam Hüseyne yas saxlayırsız, bes niye Mehemmed(s.a.v) peyğembere , 124 min peyğebmere niye yas saxlamırsız. Olara yas saxlasaz siz ilin 365 günu gerey yasda olasız. Bü movzuya aydınlıq getirseniz sevinerem.
Ad: Ayaz, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmam Hüseynə (ə) yas saxlamaq bizlərə Həzrət Məhəmməd Peyğəmbərdən (s) miras qalıb. O Həzrət də həyatı boyu baş verəcək bu hadisəni yad edərək ağlayıb. Hətta bir gün qızı Fatimeyi-Zəhraya belə buyurub: “Hər kim balam Hüseynə ağlasa, biz Qiyamət günü onun Cənnətə daxil olmasına zaminik”.
Əlbətdə şiələr Peyğəmbər (ə) və digər məsumlara da yas saxlayırlar. Təbii ki, İmam Hüseynin (ə) müsibəti bütün müsibətlərdən böyük olduğu üçün buna daha çox əhəmiyyət verirlər. Peyğəmbər (ə) və digər məsum imamlarda İmam Hüseynə (ə) yas saxlayıblar və buna sifariş ediblər. Amma sual budur ki, özlərinin Peyğəmbərin (ə) davamçısı adlandıran əhli-sünnə nə üçün bu işdə Peyğəmbərdən (ə) təbəiyyət etmirlər və İmam Hüseynə (ə) əzadarlıq etmirlər. Əksinə Bəni-üməyyədən təbəiyyət edərək bəziləri Aşura gününü oruc tutub bayram edir.
Allah sizə yar olsun.
Sual (8) : salam...bezileri adem ve hevva haqqinda bezi suallar verirler..bu defe de bele sual ortaya ciixb ki ademin ovladlari habil ve qabil kimnen evlenib..
Ad: ehed, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

«Nisa» surəsi bu ayə ilə başlayır: «Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun».

İslam düşmənlərinin fəaliyyət istiqamətlərindən biri də, mübahisə doğura biləcək dini məsələri savadsız müsəlmanlar arasında qızışdırmaqdır. Yuxarıdakı ayə, dinini sevən insana kifayət qədər məlumat verir. Buna baxmayaraq, islam alimləri ayə və hədislərə əsaslanaraq, şübhə doğracaq bütün məsələlərə aydınlıq gətirirlər.

Bu sualınıza təfsir kitablarında və din alimlərinin nəzəriyyələrində  bir neçə variantda cavab verilib. Onlardan ən düz hesab olunanı budur ki,  peyğəmbərin evladları bacı və qadaş olmaqla 4 ekiz uşaq olub. Onlardan Habil, Qabilin əkiz bacısı ilə, Qabil isə Habilin əkiz bacısı ilə evlənib və buyolla adəmin nəsili artıb. Bacı ilə qardaşın evliliyi İslamda böyük günahlardan sayılsa da, o vaxt nəsilin artması üçün zəruri olub, bundan sonra isə məhrəmlərin evliliyi haram edilib

Bir qrup alimin fikrinə görə isə, Adəmin övladları Adəmdən əvvəlki insan nəslinin qalıqları ilə evlənmişlər. Rəvayətlərə görə, Adəm yer üzündə heç də ilk insan olmayıb. Elm də bu fikri təstiqləyir. Qədim insan məskənlərində aparılan tədqiqatlar göstərir ki, yer üzündə həyat milyonlarla il bundan əvvəl başlamışdır. Hansı ki, Adəmin, yaranışından elə də böyük zaman keçməmişdir. Təbii ki, həmin nəsil Adəmin yaranış zamanında öz son günlərini yaşayırdı. Adəmin övladlarının həmin insanlarla evlənməsi tam məntiqə uyğundur.

Başqa nəzəriyyədə budur ki, Allah-təala insan sifətində hurilər göndərdi, Adəmin övladları onlarla evləndi və nəsilləri çoxaldı.  
Amma Quranın ibarələrindən belə başa düşmək olur ki, Adəm övladlarının artımı yalnız Adəmvə həyat yoldaşının vasitəsilə olmuş və üçüncü bir şəxsin müdaxiləsi olmamışdır. Bu sözdən belə qənaətə gəlmək olar ki, Adəm övladları (qardaş və bacı) bir-birləri ilə evlənmişlər. Çünki bu evlənmələr mubah olmuşdur. Ona görə ki, hələ qardaş və bacının evlənməsinin haramlığı hökmü nazil olmamışdır. Aydındır ki, bir işin qadağan olunması, onun Allah tərəfindən haram buyurulmasından asılıdır. Heç bir maneəsi yoxdur ki, zərurətlər və məsləhətlərin tələbinə görə bir iş bəzi zamanlarda caiz olsun və sonradan haram edilsin.

Allah sizə yar olsun.

Sual (9) : Sual: Salam aleykum.Xahish edirem ehli sunne ve shie mezhebinin namazda durush ferqliliyinin qaynaqlarinin hardan bashladiqini izah edesiz.Bir sohbetde elleri baqlamaq Peyqemberimizden(s) bashlar ve Ehli beyt(e.s)-de bu cur davam edib soylenilir.Eyer bir deyishiklik olsa idi neceki Peyqemberimizin(s) vefatindan sonra bash veren butun hadiseler ve Ehli beyt(e.s) terefdarlarinin bezende ehli sunnet kitaplarinda yer alan sehabelerin iradlari usyanlari tarixde hekk olunub bu gune dashinib ancaq namazin evvel elleri aciq qilib sonra baqlanmasi haqda ne sahabelerin nede Ehli beytin(e.s) buna qrshi cixmasi ve iradlari olmayib.Xahish edirem bu barede melumat veresiz bele bir iddiani ne cur cavablandirmaq olar?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbər (s) həyatda ikən əli əl üzərinə qoyaraq namaz qılınmayıb. Peyğəmbərimizin (s) özü də namazı əliaçıq qılarmış.[1] Şiələr həmişə olduğu kimi hər bir məsələdə Peyğəmbər (s) və İmamlara (ə) tabe olduqlarını göstəriblər. Elə namazı əliaçıq qılmaları da buna əyani sübutdur. Onlar heç bir zaman əlibağlı namaz qılmayıb. Çünki əlibağlı namaz qılmaq (bidətdir) dinə əlavədir. Əlibağlı namaz qılmaq dinimizin göstərişi olmayıb. Əslində namaz bu şəkildə Peyğəmbərin (s) vəfatından sonra yəni ikinci xəlifənin zamanında qılınmışdır. Elə həmin dövrdən başlayaraq bu günə qədər namazın əlibağlı şəkildə qılınması bir şox müsəlmanlar arasında sünnəyə[2] çevirilərək əməl olunur.[3]

 İmamların (ə) göstərişində isə əlibağlı namaz qılmaq kafir və atəşpərəstlərin adət və ənənələrinə oxşar olduğu bildirilir. Məhz elə ona görə də, İmamalar (ə) şiələrə Peyğəmbərin (s) sünnəsinə əməl etməyi yəni əliaçıq namaz qılmağı əmr ediblər.

Əbi Həmid Saidinin nəql etdiyi hədisdə Peyğəmbər (s) namaz qılarkən yerinə yetirdiyi bütün əməllər yəni “Allahu əkbər” dən başlayaraq namazın “salamına” qədər olan hər bir vacib və müstəhəb əməllər qeyd olunmuşdur. Lakin həmin hədisdə əlibağlı kimi “dinə əlavə” halı qeydə alınmamaışdır. Əksinə olaraq, haqqında danışdığımız hədisdə Peyğəmbər (s) “Allahu əkbər “dedikdən sonra əlini aşağa salıb yan tərəflərə birləşdirməsi aydın göstərilmişdir.[4] və hamıya məlumdur ki, Peyğəmbər (s) həyatda ikən heç bir müstəhəb əməli tərk etməmişdir.

Yuxarıda qeyd etdiyimiz mövzu barədə başqa hədislər də nəql olunmuşdur. Onlardan biri də Həmad ibni İsanın İmam Sadiqdən (ə) nəql etdiyi hədisdir. Həmad ibni İsa İmam Sadiqdən (ə) ona namazı kamil və doğru şəkildə qılınmasını öyrətsin deyə müraciət edir. İmam (ə) üzünü qibləyə tutub bütün müstəhəb əməlləri yerinə yetirdikdən sonra Allahu əkbər deyib namazı qılmağa başlayır. O, namazı elə bu gün şiələr qıldığı kimi qılaraq salamını deyib namazı başa vurur.[5]

Qeyd etdiyimiz hədisdə İmam Sadiq (ə) eyni ilə Peyğəmbər qıldığı namazı Həmad ibni İsaya öyrədir. Amma gördüyünüz kimi İmam (ə) Həmada təlim verdiyi zaman heç də əli əl üzərinə qoymaqdan söhbət açmır. Əgər əli əl üzərinə qoymaq sünnə olardısa yəqin bilin ki, İmam (ə) namazı öyrədərkən onu da öyrədər yaxud ən azından ona işarə edərdi. Deməli, bu şəkildə namaz qılmaq sünnə olmadığı üçün İmam (ə) da ondan söhbət açmayıb.

Bura qədər sadaladığımız hədislərlə bərabər İmamlardan (ə) da bizə çoxlu saydə hədislər gəlib çatıb. Həmin hədislərdə əli əl üzərinə qoyub namaz qılmağı kafir və atəşpərəstlərin əməllərinə oxşar bir əməl olduğu vurğulanıb. Əlibağlı namaz qılmağı kafir əməlinə bənzədən bir nəçə rəvayəti diqqətinizə çatdırırıq:

1. Məhəmməd ibni Müslim İmam Sadiq (ə) yaxud İmam Baqirdən (ə) belə nəql edir:

قاله: قلت له: الرجل یضع یده فی الصلاه –و حکی- الیمنی علی یسری؟ فقال: ذالک التکفیر لا یفعل[6]

2. Zürarə İmam Baqirdən (ə) belə nəql edir:

انه قال: و علیک بالا قبال علا صلا تک ولا تکفر فانما یصنع ذالک المجوس[7]

3. Şeyx Səduq Əli (ə)– a istinadən belə nəql edir:

انه قال: لا یجمع المسلم یدیه فی الصلاته و هو قائم بین یدیالله عز و جل یتشبه با هل الکفر یعنی المجوس[8]

Allah sizə yar olsun.


[1] - Bu haqda nəql olunan hədis qeyd olunacaq.

[2] - Haqqında danışdığımız mövzu barədə Büxarinin Səhl ibni Səiddən nəql etdiyi hədisi göstərə bilərik: 

کان النا س یومرون ان یضع الرجل الید الیمنی علی ذراعه یسری فی صلاه

“Fəthül-bari fi şərhi səhihil-büxari”,cild. 2, səh. 224.

Əgər Peyğəmbər (s) namazda əlibağlı olmaq əmri vermişdirsə bəs niyə hədisdə “کان النا س یومرون” gətirilib ?! Deməli, peyğəmbər (s) belə bir göstəriş verməyib. Əgər peyğəmbərin belə bir əmri olsaydı əslində hədisdə belə “کان النبی یامر” deyilməli idi.

[3] - Hənəfilər,Şafeilər və Hənbəlilər əlibağlı namaz qılmağı sünnə və müstəhəb bilirlər. Amma Malikilər isə onların əksinə olaraq əliaçıq namaz qılmağı müstəhəb bilir. ”Əl-fiqhu ələl- məzahibil- xəmsə”, səh. 110.

[4] - “Sünəne Beyhəqi”, cild. 2,72,73,101,102; “Sünəne Əbi Davud”, cild. 1,səh. 194.

[5] - “Əl- vəsail”,cild. 4,fəsl.1,hədis.1.

[6] - “Əl- vəsail”,cild. 4, fəsl,15,hədis. 1

[7] - “Əl- vəsail”, cild. 4, fəsl,15,hədis. 2,3,7.

[8] - Cəfər Sübhani, “Fiqhul- şiə əl- imamiyyə və mvazeul- xilaf bəynəhu və bəynəl- məzahebil- ərbəə” ,səh. 183.

Sual (10) : salam aleykum sualim budurki hz.eli ebubekre bir mesum olarag allahin izniile beyet eleyib yoxsa oz ijtihadiynan yeni oz reyiynen(fikiriyle) beyet eleyib?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu sual o zaman qabağa gələr ki, həzrət Əli (ə) öz ixtiyarı ilə beyət etmiş olardı. Əgər bir kəsin əllərini kəndirlə bağlayıb məscidə tərəf çəkirlərsə, o şəxs nə məsum olaraq beyət edir və nə də ictihad edərək. Beyət etmiş olsada ixtiyarsız və məcburiyyət üzündən baş verib.

Allah sizə yar olsun.

Go to TOP