Sual (1) : Əssalamualeykum, "Allah Təala Əhli-beyt (ə) davamçılarından hansı 2 dəstəni bağışlamaz?" adlı məqaləni oxumuşam. Məqalədə İmam (ə) buyurur: “Allah bütün Əhli-beyt (ə) davamçılarını bağışlayar, məgər iki dəstədən başqa. O, Əhli-beyt (ə) davamçısı ki, müşrik olmuşdur. O, Əhli-beyt (ə) davamçısı ki, möminə əziyyət edər”. SUAL: Əhli-beyt (ə) davamçısı və ümumiyyətlə müsəlman necə müşrik ola bilər? necə şirk edə bilər? Allaha necə şərik qoşa bilər? http://deyerler.org/154735-allah-tjala-zhhli-beyt-j-davamgdlardndan-hansd-2-djstjni-baddelamaze.html

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əlbəttə, İmamın məktubunda belədir:  أبلغْ عنّی أولیائی السلامَ
Ya Əbdüləzim! Mənim isti salamımı sevənlərimə çatdır. Əhli-beyt davamçısı ilə imamı sevən arasında fərq vardır. Əhli-sünnətdə imamı sevir amma Əhli-beyt davamçısı hesab olunmur. Əhli-beyt davamçısı heç vaxt müşrik ola bilməz, əgər müşrik olarsa Əhli-beyt davamçısı hesab olmaz. Çünki Əhli-beyt şirkdən uzaqdır. Müsəlman mümkündür Peyğəmbər (s), məsum imamlar, həmçinin onların hər bir səhabə və yaxınları mələklər və s. müqəddəslər  haqqında «ğüluv» etsinlər Onların kəramət və məqamını müstəqil bilsinlər, Allahın izni ilə olmağına əqidələri olmasın. Necəki, Əliallahilər Hz. Əlinin (ə) ulihiyyətinə inanırlar. Onların Allaha məxsus olan bəzi sifətlər malik olmasını bilmək; məsələn göylər və yerin xaliqiyyəti, insanlar və heyvanların yaradanı, bütün dirilərə ruzi verən, canlı və qeyri-canlıları dirildib, öldürmək və s. bu kimi xüsusiyyətləri qeyd etmək olar. 

Allah sizə yar olsun.

Sual (2) : salam aleykume .hz RESULLAHDAN .bir hedis var kaslbcLlq ucbatlnan subay qalmayln tez evlenin.men aile qurmaq isdeyirdim bir nefer mene dedi senin narmal weratin yoxdu .iwle ozune ev al mawln al sora evlen.deyir indi evlensen sora pis gune qalasan.islam dini bunan razdlrml? Allah razl olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Yaranış qanunları ilə yanaşı addımlayan İslam dinində, evlənmə ilahi əmr kimi qəbul olunmuşdur. Allah-təala buyurur: «Aranızdakı subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizlə evləndirin!» .
Həzrət Peyğəmbər (s) buyurur: «Evlənən şəxs dininin yarısını hifz etmişdir» .
Öz cinsi istəklərini təmin etmək üçün insan hətta cinayətə gedirsə, demək bu hiss onun xarakterində mövcuddur və onu qanuni yolla təmin etmək zəruridir. Cinsi istəkləri təmin olunmayan şəxs ruhu sarsıntılar içində qovrularaq, normal zehni və fiziki fəaliyyətdən geri qalır. Cinsi yetkinliyə çatmış gənc evlənə bilmirsə, həm özü, həm də cəmiyyət üçün problemlər yaradır. Bəs müasir dünyamızda gənclərin evlənmək imkanından məhrumluğunun əsas səbəbi nədir? Nə üçün şəhərə nisbətən kənd cavanları daha tez evlənir?
Hal-hazırda vaxtında ailə qurmağa mane olan ilkin səbəb kimi, gənclərin iqtisadi durumu göstərilir. Göərəsən, İslam dinində bu problemə münasibət necədir? Həzrət Peyğəmbər (s) buyurur: «Kasıbçılıq qorxusundan evlənməyən şəxs, Allahdan bədgüman olub» .
Kübar həyat tərzi arzusu, evlənmək istəyən gənclər qarşısında böyük maneədir. Çox vaxt gənclər yox, valideynlər bu tələblərlə çıxış edirlər. Həzrət Peyğəmbər (s) isə belə buyurur: «Ən pisqədəm qadın, mehriyyəsi ağır olan qadındır» . Başqa bir hədisdə isə, iqtisadi problemlərə görə övladının ailə qurmasına mane olan valideynlərə belə xəbərdarlıq olunur: «Övladı yetkinlik yaşına çatmış şəxs, onu evləndirmək iqtidarında olduğu təqdirdə evləndirmirsə, övlad günaha batsa, bu günah hər ikisi üçün yazılar» .
Gənclərin vaxtında evlənə bilməməsi, cəmiyyətdə əxlaqsızlığa rəvac verir. Eyni zamanda, əxlaqsızlıq yuvalarının mövcudluğu gənclərin evlənməsinə mane olan səbəbdir. Kənd yerlərində belə yuvaların olmaması, gənclərin vaxtında ailə qurmasının şərtlərindəndir.

Allah sizə yar olsun.

Sual (3) : SALAM.Qarşidan gelen Fitr bayraminiz mubarek.Allah taala her birimizi sirati musteqimde qerar versin.AMIN Teze bir namaz qaydasi yayilib dindarlar arasinda ve bu namaz Peyqember(s) ve Imam Eli(e) istinad edilib.qaydasi budur ki,ramazan ayinin son cume gunu zohrle esr arasinda qilinir.niyyeti ise beledi:evvelden boynumda olan qeza namazlarimin keffaresini qiliram.... Bele revayet edirlerki bu namazla 100-200 hetta 400 illik namaz qezalari eda olur.bir insan omru o qeder olmadiqi ucunde qalani ata-anaya,ovlada ve s. paylanir.. Bu namazin qaydasini paylayanlar dindarlardi ve bezi insanlarda inanir.Aqilimiz ise bele bir şeyin olmadiqina hokm edir,sadece ne elimizde yeqinle bir delilimiz yoxduki qebul edek nede bir başa bilmediyimiz bir şeyi inkar ede bilmirik. Xaiş edirem bu haqda bir melumat verin.açiq aydin izzah edin heqiqeten bele bir revayet var ya yox.

Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şiənin mötəbər hədis qaynaqlarında belə bir hədis tapa bilmədik. Bu hədis şiə qaynaqlarında olsa belə, yenə də mənası qəza namazlarının insanın boynundan götürülməsi anlamına gəlmir. Çünki bir çox səhih hədislərdə qəza olmuş namazlar yalnız qəzaya getdiyi kimi qılmaqla yəni iki rəkətlidirsə iki rəkət əgər qəsr halında qəzaya gedibsə, qəsrlə qılmaqla insanın boynundan götürülməsi deyilir. Bəs heç bir əməl qəza namazlarını əvəz etmir. Hədisin mənası bu ola bilər ki, o əməl qəza namazlarının savabındadır. Necə ki, bəzi hədislərdə deyilir məsələn flan əməl həccin savabındadır, amma mənası bu deyil ki, əgər insanın həccə getməyə imkanı çatarsa, vacib olmasın.

Allah sizə yar olsun.

Sual (4) : salam aleykum.men bele bir soz esitdim 73 firqe barede.bilmek isteirem bele hedis varmi?hansiki orda deyilir 73 firqeden yalniz biri cennete daxil olacaq.ele adamlar var bele bir hedis olmadiqini deyirler.saqolun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbər (s) buyurmuşdur: "Yəhudilər yetmiş bir firqəyə bölündülər. Onların bir firqəsi Behiştə, digər yetmiş firqəsi isə Cəhənnəmə gedəcəkdir. Xiristianlar yetmiş iki firqəyə bölündülər. Onların bir firqəsi Behiştə, digər yetmiş bir firqəsi isə Cəhənnəmə gedəcəkdir. And olsun Məhəmmədin (s) canı ixtiyarında olana! Mənim ümmətim yetmişüç firqəyə bölünəcəkdir. Onların bir firqəsi Behiştə, digər yetmiş iki firqəsi isə Cəhənnəmə gedəcəkdir".47

Bildiyimiz kimi başlıca fikir ayrılığı "İmamət" məsələsi ilə bağlıdır. İslam ümmətində əsas ixtilafların yaranması bu məsələdən başlamışdır. Deməli, "Naciyə" (nicat tapacaq) firqəni aydınlaşdırmaq üçün İslam cəmiyyətində imamət və rəhbərlik haqqında ətraflı bəhs edilməlidir.

Bu hədisi bütün İslam alimləri öz kitablarında nəql etdikdən sonra yalnız özlərinin düzgün yolda olduqlarını bəyan etmiş, ixtilaf yaratmaq təqsirini isə başqa firqələrin üzərinə yıxmışlar. Halbuki, Qurani-Kərim belə buyurur: “Hamılıqla Allah ipindən yapışın və heç vaxt təfriqəyə düçar olub dağılmayın.”
Allah sizə yar olsun.

Sual (5) : Salam aleykum.Allah razi olsun,"ozunu taniyan Allahi tanidi." Bu"öz"un menbeyi Allahdir,bu sebebden Allahdan uz donderen,insan olmaqdan,yeni özunden ayrilir,nece ki,su damlasi menbeyinden ayrilsa buxarlanib,iter,duzdurmu? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bütün yaranmışlar öz yaradanı ilә qırılmaz әlaqәyә malikdir. İnsanın vücudu, Allahla bağlılıq vasitәsidir. Әgәr insan özünü tanısa, әmin оlar ki, оnun vucudu Allah ilә әlaqәnin özüdür. Belәcә, insan Allahla kamil әlaqәni tapıb, оnu müşahidә edә bilәr. İnsanın özünü tanmasını bütün filоsоflar mümkün hesab edir. Әgәr insan әtrafa diqqәtini yayındırmayıb, nәfsin bәlalarından qurtara bilsә, özünü asanlıqla tanıya bilәr. Özünütanıma biliyi insanda mövcud оlsa da, dәrketmә qüvvәsini lazımsız işlәrә sәrf edәn insan bu bilikdәn хәbәrsiz qalır. Әgәr о diqqәtini tәmәrküzlәşdirә bilsә, özünütanıma qüvvәsi aşkarlanar. İnsanın Allahla bağlılığı, iki müstәqil varlıq arasındakı bağlılıq deyildir. Bu bağlılıqda Allah-tәala müstәqil, insan isә qeyri-müstәqildir. Qeyri-müstәqil оlduğu üçün dә Allaha ehtiyaclıdır. İnsanın vücudu bu bağlılığın vasitәsidir. Öz hәqiqәtini müşahidә edәn insan, özünü Allaha aid bilir. Qeyri-müstәqil bir vücudun bağlılığını dәrk etmәk, bu vücudun qәyyumu оlan müstәqil vücudu dәrk etmәdәn, qeyri-mümkündür. Güzgüdә әks оlunmuş günәş şüasını anlamazdan әvvәl, günәşi anlamaq lazım gәlir. «Şәbaniyyә» münacatında охuyuruq: «Bizim qәlb gözümüzü öz nәzәr nurunla özünә tәrәf işıqlandır ki, bu gözlәr sәnin әzәmәt mәdәninә dikilsin, ruhlarımız müqәddәs dәrgahına yönәlsin». İnsanın öz hәqiqәtinin müşahidәsi, ilahi camal vә cәlal nurunun müşahidәsindәn ayrı deyil. «Özünü tanımayan Rәbbini tanımaz».

Allah sizə yar olsun.

Sual (6) : Salam aleykum.Məsx olunmuş heyvanlar hansilardir,neye gore mesx olublar? chox sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Əli (ə) deyir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: “Məsx edilmiş (şəkli dəyişdirilmiş) heyvanlar hansılardır?” Buyurdu: “On üç heyvan; fil, ayı, donuz, meymun, ilanbalığı, kərtənkələ, yarasa, qara qurd, əqrəb, hörümçək, dovşan, süheyl və zöhrə (sonuncu iki heyvan dənizdə yaşayan su heyvanlarıdır.)” Soruşdum: “Bunların məsx olmasının səbəbi nədir: Buyurdu: Fil «ləvatla məşğul olan» bir kişi idi. Ayı «mərde mabuni» idi ki, kişiləri özünə çağırırdı. Donuz olanlar bir dəstə nəsrani idi ki, Allahdan onlara asimandan bir yemək göndərmələrini istədilər və bu istəkləri həyata keçdi, lakin, bu hadisə onların küfrlərini daha da artırdı. Meymun olanlar öz dinlərinin şənbə günü barədə onlara verdiyi göstərişə boyun əyməyənlər idi. İlanbalığı öz arvadını başqa kişilərin ixtiyarında qoyan bir dəyyus idi. Kərtənkələ köçəri həyat tərzi yaşayan bir nəfər idi ki, Həccə gedənlərin yolu üstündə gizlənib onların mallarını oğurlayardı. Yarasa da xurma oğrusu idi ki, camaatın xurmasını elə ağacların üstündən oğurlayardı. Qara qurd dostların arasını vurmaqla məşğul olan sözgəzdirən bir şəxs idi. Əqrəb acıdilin biri idi ki, dili ilə hamını sancardı. Hörümçək ərinə xəyanət edən qadın idi. Dovşana çevrilən də bir qadın idi ki, heyz və s. qüsullar almazdı. Süheyl yəmən əhlindən olan bir nəfər idi. Zöhrə isə Harut və Marut adlı mələkləri aldadan nəsrani qadın idi.”
Mərhum Şeyx Səduq buyurur ki, məsx olan insanlar üç gündən artıq yaşamırlar və onların nəsil artırma qabiliyyətləri də olmur. Yuxarıda qeyd olunan məsx olunmalar şərti xarakter daşıyır. Yəni, məsx olunan insanlar sadəcə olaraq adları çəkilən heyvanlar şəklinə çevrilmişlər, nəinki, həmin heyvanların mənşəyi bu məsx olunmadan başlanır.

Allah sizə yar olsun.

Sual (7) : Salam..Bu yaxinlarda bir hedisle qarwilawdim ve nedense meni daha cox xezb etdi. Hz Eli buyurub : Quranin sirri Fatihada, Fatihanin sirri Bismillahda, Bismillahin sirri bawindaki B herfindedir. Bes B herfinin anlami nedir? B - nin sirri nedir?. Bu barede bildiyiniz her hansi bir kitab varmi? Ve yaxud bu barede bir fikriniz varmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

:امیرالمؤمنین علیه السلام

«سر الکتب المنزله فی القرآن و سر القرآن فی فاتحة الکتاب و سر فاتحة الکتاب فی بسم الله الرحمن الرحیم و جمیع ما فی بسم الله الرحمن  الرحیم فی باء بسم الله الرّحمن الرّحیم و جمیع ما فی باء بسم الله الرّحمن الرّحیم فی النقطة التی تحت الباء و انا النقطة تحت الباء» 

.(Ba hərfinin sirri onun nöqtəsindədir ki, nöqtədəndə məqsəd Hz. Əlidir (ə)

Peyğəmbər (s) buyurub:

«ظهرت الموجودات عن باء بسم الله الرّحمن الرّحیم».

.Məxluqat Bismillahir-rəhmanir-rəhimin ba hərfindən zahir olub.

Allah sizə yar olsun.

Sual (8) : Salam eleykum.Zehmt olmasa Hz. Elinin(e) ruku halinda zekat vermesi barede Sehihi Buxari yaxud Muslimden olan hedisin unvanini deye bilersiniz?

Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Maidə surəsinin 55-ci ayəsinin Həzrət Əlinin (ə) şənində olması haqda Səhih Müslim və Buxarıda hədis tapa bilmədik. Amma digər kitablarda bu barədə hədislər var.
Allah sizə yar olsun.

Sual (9) : Salam aleykum.bu hedis duzdur:"Həzrət Peyğəmbər (s) Cabirin evində idi. Süfrəyə badımcan gətirdilər. Həzrət yeməyə başladı. Cabir dedi ki, badımcanda istilik var. Həzrət (s) buyurdu: Ey Cabir belə deyil. Bu Allaha iman gətirmiş ilk bitkidir. Onu qaynadın, bişirin, ona zeytun yağı və qatıq vurun. Bu halda insanda hikməti artırar."Allah sizi Imam Huseynle mewhur etsin.Amin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədis mürsəl nəql olunduğu üçün etibarlı deyil. Lakin hədisin məzmunu da ağıla və məntiqə zidd deyil, çünki Quran məntiqinə əsasən bütün mövcudat Allaha təsbih deyir və badımcan da bu mövcudatlardan biridir ki, təsbih deyir, lakin biz onu başa düşmək qüdrətində deyilik. İsra surəsinin 44-cü ayəsində deyilir: Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək Onu pak sifətlərlə mədh etməsin. Və lakin siz onların (həmin) mədhini başa düşmürsünüz....
Həcc surəsi ayə 18: Məgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların (qeyri-ixtiyari şəkildə), həmçinin (mömin) insanların çoxunun (ixtiyari şəkildə) Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çoxlarına (şeytanların isə hamısına) əzabın təsbit olunduğunu (qəlb gözü ilə) görmürsən? (Bəli, Allah onları alçaldıb.) Allahın alçaltdığı kəsi əsla əziz tutan olmaz. Çünki Allah qəti istədiyini edir.

Allah sizə yar olsun.

Sual (10) : Salam aleykum. Bildiyimiz kimi, sunni qardaslar oz hedis kitablarini oxumurlar, onlara "oz alimleri" ne danisirlarsa, onu kor-korane qebul edirler. "Sehih" menbelerde Ilk 3 xelifin xeyrine olmayan hansi hedisler movcuddur? H Eli e ile ibn Abbasin Omerle sohbetlerinden elave. Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əlbəttə, bu sözü bütün əhli-sünnə qardaşlara şamil etmək doğru olmazdı. Lakin adətən öz hədislərini oxuduqda daha çox əxlaqi hədisləri oxuyurlar və əqidəvi hədislərə diqqət göstərilmir. Alimləri isə şiə alimlərindən fərqli olaraq yalnız öz kitablarını oxuyur və qarşı tərəfin kitablarına və dəlillərinə əhəmiyyət vermirlər. Hədis kitablarında xəlifələrin xeyrinə olmayan hədisləri isə yozurlar. Diqqət etmək lazımdır ki, əhli-sünnə alimləri o kitaba səhih deyir ki, tam öz əqidələri ilə uyğun yazılıb. Buxarı öz kitabında hədisləri senzuradan keçirib və öz əqidələrinə uyğun hədisləri nəql edib. Bir çox səhih hədislərə göz yumub və ya onları qısaldaraq yazıb. Bununla belə bəzi həqiqətlərə işarə olunub. Bu barədə ətraflı məlumat ələdə etmək üçün Azərbaycan dilinə tərcümə olunmuş kitab müraciət edin:

Kitabın adı: Buxari və Müslümün səhihlərinə bir baxı

Müəllif: Ayətullah Muhəmməd Sadiq Nəcmi

http://kitab.nur-az.com/az/lib/view/162

Allah sizləri və bizi Məhəmməd və ali Məhəmməd ehtiramına dünya və axirətdə sabitqədəm etsin! Amin.
Go to TOP