Sual (1) : Qardaw ayetel kursunu lovhiye yazmaq duzdur yoxsa hazir yazilmiwini lovheye vuraq zehmet olmasa izah eliyerdiz .Allah komeyiniz olsun.
Ad: Kenan, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.
Ayətul-kürsünü həm lövhəyə yazmaq və həm də yazılmışını lövhəyə vurmaq olar. Lakin Ayətul-kürsünü oxumağın təsiri daha çoxdur.
Allah sizə yar olsun.

Sual (2) : Salam aleykum qardaw zehmet olmasa yazardiz 1 yasin 2fatihe 3 cehar qul surelerini evden asmaq barede hedisler varmi varsada bunlarin ayri ayrliqda menasi nedir tesiri bereketleri. Eve gore Allah komeyiniz olsun..
Ad: Kenan, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quran surələrini oxumaq və yazıb evdən asmaq təsirsiz deyil. Hər bir surənin özünə məxsus təsiri vardır. Əziz Peyğəmbərimizdən nəql olunan hədisə əsasən dörd qulilə başlayan surələri oxumaq insanın özünün, ailəsinin və malının ziyandan qorunmasında təsirlidir. Əbi Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Həqiqətən hər bir şeyin qəlbi vardır və Quranın qəlbi “Yasin” surəsidir. Hər kim onu yatmazdan əvvəl və ya şam olmamışdan əvvəl oxuyarsa, həmin günü hifz olunanlardan və bəhrələnənlərdən olar. Hər kim yatmazdan əvvəl onu tilavət edərsə, Allah ona 1000 mələk göndərər ki, onu hər bir şərdən, şeytandan, hər zərərdən hifz etsin. Əgər o günü ölərsə, Allah onu behiştə daxil edər. 30 min mələk qüslunda dövrə vurar və onu üçün bağışlanma diləyərlər. İstiğfarla onu qəbrə yola salarlar”.
Həmd surəsinin fəziləti barəsində Peyğəmbərdən rəvayət olunmuşdur ki, həzrət buyurur: "Hər kəs Həmd (Fatihə) surəsini oxusa ona o qədər savab verilər ki, güya Quranı üçdən ikisini oxumuş və hər möminə sədəqə vermişdir.
Başqa bir rəvayətdə gəlmişdir: Hər kəs bu surəni (Həmd surəsi) oxusa Allahdan nə istərsə ona verər; və ya Həmd surəsini hər bir dərdə və xəstəliyə şəfa olduğunu bildirmişdir. Bir sözlə bu surənin əhəmiyyəti barəsində bir çox rəvayətlər bizə çatmışdır və onu oxumağın daha çox savabı vardır.

Allah sizə yar olsun.

Sual (3) : salam.quranda varmiki oluye yasin oxunmalidi?diyirlerki yasin suresinde oluye aid hecne yoxdu

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Yasin surəsini ölüyə oxumaq Quranda yoxdur və doğrudur ki Yasin surəsi ümumiyyətlə Quran diri üçün göndərilib. Amma Qurandan faydalanmaq yalnız zahiri deyil Quaranın mənəvi faydalarıda var, Quran qəlblər üçün şəfadır, Quran ilahi rəhmətdir, Quran oxumaq savabdır və bağışlanmaqa səbəb olar. Ölüyədə Quranın savabı hədiyyə edilir mənası və məfhumu isə dirilər üçündür. İslam şəriətinin hamısı Quranda yazılmayıb bəlkə Quranın kənarında hədislərdə var məsəl üçün namazı neçə rükət qılmaq Quranda yox hədisdə gəlib. Hədislərdə Yasin surəsin oxuyub savabın ölülərə hədiyyə etmək sifarış olunub. Əhli-sünnədən nəql olunmuş hədislərı "Nur-az" kitabxanasında yerləşdirilmiş kitabdan oxuyun:
Kitabın adı: 
14 sual-14 cavab  14 cü sual səh 22
http://kitab.nur-az.com/az/lib/view/112  
Allah sizə yar olsun.
Sual (4) : Salam Əleykum. Zəhmət olmasa bu suala cavab verərdiz: Allah Quranı qoruduğu kimi niyə Tövratı və İncili qorumadı və təhrif olunmasına izin verdi? axı onlarıda Allah nazil etmişdi

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bütün səmavi kitablar Allahın kalamıdır. Bu kitabların əsli Allahın yanındadır. Qurandan başqa bütün kitablar təhrifə uğrayıblar. Əgər Allahın iradəsi bütün kitabları təhrifdən qorumaq olsaydı, əlbəttə ki, heç bir səmavi kitablar təhrif olmazdı. Bu sözün mənası bu deyil ki, Allahın iradəsi bu kitabların təhrif olunmasınadır. İnsanlar öz ixtiyar və iradəsi ilə bu kitabları təhrif ediblər və Allah-taala qarşısını almayıb. Amma bilmək lazımdır ki, Allahın iradəsi hikmət və məsləhət üzündən cərəyan tapır. Allahın iradəsi yalnız Quranın təhrifinin qarşısını almaq olmuşdur. Çünki, keçmiş dinlər tarıxın müəyyən bir dövrü üçün göndərilib, vaxtı özündən sonra gələn tərəqqi etmiş şəriətin göndərilməsinə qədər olub. Bəs bu kitabları həmişə qoruyub saxlamağın zərurəti olmayıb. İslam sonuncu din və Quran əbədi, ən kamil və axırıncı səmavi kitab olduğu üçün gərək təhrifdən qorunsun və olduğu kimi insanların əlində qalsın. Çünki təhrif olmuş olsa İlahi hədəfin aradan getməsinə səbəb olur. Quran insanları Qiyamətə qədər səadətə hidayət edən sonuncu kitab kimi göndərildiyi halda təhrif olarsa, bu, İlahi məqsədlə ziddiyyət daşımış olar.
Başqa bir tərəfdən keçmiş peyğəmbərlərin əksinə olaraq Peyğəmbər Əkrəmin əsas möcüzəsi onun səmavi kitabı olan Qurani-kərimdir. İslam dini sonuncu din olduğu üçün Quran təhrifdən qorunmalıdır ki, onun möcüzəliyi əbədi qalsın və beləliklə İslama üz tutanlar üçün hidayət mənbəyi olsun.
Bəzi ayələrdən başa düşülür ki, İslamın əvvəllərinə qədər Tövrat və İncil təhrif olunmamış halda qalmışdır. Buna əsasən Quran nazil olandan sonra bu kitablar təhrifə uğrayıb. Quranın nazil olması ilə digər dinlər və səmavi kitablar qüvvədən düşür. Əlbəttə bu kitabların təhrif olunmamış və orijinalına məsumların elmi vardır.

Allah sizə yar olsun.

Sual (5) : Allahin salami olsun size. bilmek isterdim ki, secde ayeleri hansilardi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Vacib səcdə ayəsi olan surələr aşağıdakılardır:
1. Səcdə surəsi - 15-ci ayə səcdə ayəsidir
2. Fussilət surəsi - 37-ci ayə səcdə ayəsidir.
3. Nəcm surəsi - 62-ci ayə səcdə ayəsidir.
4. Ələq surəsi - 19-cu ayə səcdə ayəsidir.
Allah sizə yar olsun.
Sual (6) : salam xais edirem etrafli cavab veresiz.Quranin siralamasini kim tertib edib ve 96 sure -ci gelmesine baxmayaraq sona qoyulmusdu
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.
Quranın Peyğəmbərin (s) öz zamanında və o həzrətin göstərişi ilə yığılmışdır. Bu barədə mötəbər rəvayətlər nəql olunub.

Ələvə məlumat üçün nur-az saytının kitabxanasında yerləşdirilmiş kitaba müraciət edin:

Kitabın adı: Əl-Bəyan 1-ci cild, səh- 239, Mövzu: Quran Müəllif: Ayәtullah Hacı Seyyıd Əbülqasım Xoyi
http://kitab.nur-az.com/az/lib/view/134

Allah sizə yar olsun.

Sual (7) : 1.Salam. h. Elinin(e) Quran tefsiri azerice movcuddur? Ya rusca? Ve ya umumiyyetle ayrica kitab halinda her hansi dilde? 2. Allah her yerdedir? Deyir bele demek olmaz, cunki murdar yerler de var. Bir de ki, Allah her yerdedirse meraca ne ehtiyac var idi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Hz. Əli (ə)  Peyğəmbərdən (s) sonra 6 ay ərzində yazdığı təfsirli Quranı məscidə gətirdi, amma xəlifənin adamları dedilər ki, göt apar sənin yazdığın Quran bizə lazım deyil. Hz. Əli (ə) Quranı evə apardı sonralar insanlar onu görmədilər. Halhazırda İmam Zamanın (ə) əlindədir, imamlar o təfsirdən bəzi mətləblər nəql ediblər.

2. Allah hər şeyə əhatəsi var, aləm Allahın hüzurundadır.
Bəqərə 115. Şərq və qərb (yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.İmam Sadiq (ə) Meracın fəlsəfəsin belə bəyan edir: Allah-təlanın məkanı yoxdur, zamanın Onun üçün cəryanı yoxdur. Lakin Allah istəyirdi Peyğəmbərin (s) qədəmi ilə mələklər və göylərdəki sakinlərə şərəf versin. Həmçinin heyrətləndirici əzəmətin Peyğəmbərə (s) göstərsin tainki qaydandan sonra insanlara açıqlasın.

Allah sizə yar olsun.

Sual (8) : Salam,tevil nedir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

«Təvil» kəlməsi, məsdər xarakteri daşıyır. Sözün əsli isə «əvəl»dir və bunun da mənası «qayıtmaq» və ya «qaytarmaqdır».
«Təvil» bəzən bir işin sonu, aqibəti mənasında da işlənir. Məsələn:
«Sənə yuxu yozmağı öyrədəcək» (Yusif-6).
«Gəl bu yuxunu bizə yoz» (Yusif-36).
«Bu əvvəl gördüyüm yuxunun yozumudur» (Yusif-100).
«Sənin səbr edib dözə bilmədiyin şeylərin daxili [batini] mənası budur» (Kəhf-83).
Göründüyü kimi, bu ayələrin hamısında «təvil» (işin sonu) «aqibət» mənasında işlənmişdir.
Mərhum şeyx Təbərsi məşhur «Məcməül-bəyan» təfsirində «təfsir» və «təvil» kəlmələrini belə izah edir: «Təfsir» sözü çətin bir kəlmənin məqsədini izah etməkdir. «Təvil» də iki ehtimaldan birini kəlamın zahiri ilə müvafiq olmaq şərtilə təsdiq etməkdir.
Quranın təfsiri, onun kəlmə və cümlələrinin mənalarını bəyan və həqiqətləri aşkar etməkdən ibarət olduğunu və həmçinin Quran ayələrindən neçə-neçə mənaların ehtimal verildiyini nəzərə almaq, «təvil» isə bu ehtimalların hansının məqsədə uyğun olduğunu bəyan etməkdir. Yəni «təvil» bir ayənin batini mənasını (bir neçə məna ehtimalı olarsa) ayənin zahirinə münasib olan bir məna ilə əlaqələndirməkdir. Buradan belə aydın olur ki, ayə elə izah olunmalıdır ki, təvili ayənin zahiri təfsiri ilə zidd olmasın. Yəni, təvil ilə təfsir nəticə etibarı ilə eyni olsun. O da Quranın batini, gizli mənasını aşkar etmək və Allahın öz bəndələrinə yetirmək istədiyi məqsədi bəyan etməkdir.

Allah sizə yar olsun.

Sual (9) : Islam ve Qurana gore 19 reqeminin yeri necedi,men aldigim son melumatlara gore Quranda hesablamalar zamani bu reqemin xususi yeri var.Bu haqda melumat vererdiz.

Bismillahir-rəhmanir-rəhim.

Sualınızın cavabın saytın kitabxanasında olan kitabdan oxuya bilərsiz.
Kitabın adı: Quranın elmi ecazkarlığl     səh-125    Mövzu: Quran     Müəllif: Doktor Məhəmmədəli Rzayi
http://kitab.nur-az.com/az/lib/view/173

Allah sizə yar olsun. 

Sual (10) : SalamaleykuM| Allah yaradilmayib,O yaradandir,bes Quran,O da Allah terefinden sonradan yaradilib yoxsa o da yaradilmayib,ele evvelden Allahla var olub? sag olun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həmin məsələ Abbasi xəlifələrinin dövründə uzun illər kəskin mübahisələrə səbəb olmuş, illərlə alimlərinin düşüncəsini özünə cəlb etmişdi. Amma bu gün aydın şəkildə həmin mövzunun daha çox siyasi xarakter daşıdıgı məlumdur. Bu yolla alimləri məşğul edib onları hökumət, insanların həyat tərzi və İslamın əsas həqiqətləri ilə əlaqədar köklü məsələlərdən yayındırırdılar. Bu gün bizə tamamilə aydındır ki, Allah kəlamı dedikdə əgər onun məzmunu nəzərdə tutulursa, o, qədimdir. Yəni, həmişə Allahın elmində olmuş və pərvərdigarın geniş elmi həmişə onu əhatə etmişdir. Əgər məqsəd Peyğəmbərə (s) nazil olmuş bu sözlər, bu cümlələr və bu vəhydirsə, şübhəsiz, hadisdir (sonradan yaradılan və məxluqdur).

Allahsizə yarolsun.

Go to TOP