2. Hüsuli elm. Bu elm təhsil yolu ilə əldə olunur.
Qeyd etdiyiniz ayə hüsuli elmə işarə edir və “Nəhl” surəsində buyurur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı.” (“Nəhl” surəsi, ayə 78)
Mütəal Allah “Nəhl” surəsində “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı” buyurur, amma “Rum” surəsində “Batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut”-deyə buyurur. (“Rum” surəsi, ayə 30)
Habelə, “Şəms” surəsində “And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə”- deyə buyurur. (“Şəms” surəsi, ayə 7-8)
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.Əbəsə /1. Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).
Bəziləri bu ayənin Peyğəmbərin (s) haqqında nazil olmasına diqqət
yönəldərək bu haqqda bir sıra əsassız iddialar irəli sürmüşlər. Belə ki, onlar
İbn Abbas, Aişə və başqalarının rəvayətlərinə istinad edərək, söylənilən ayənin
Peyğəmbərlə (s) birbaşa əlaqəli olduğuna təkid edirlər. Guya ki, bir gün Həzrət
Məhəmməd (s) kafir və müşriklərin rəhbərlərini İslam dininə dəvət etmək
məqsədilə söhbətə məşğul olduğu zaman, İbn Ümm Məktum adlı bir kor kişi onların
yanına gələrək, Peyğəmbərdən (s) ona öz dini haqqında məlumat verməyi tələb
etdi. O, bu istəyində olduqca israrlı və inadlı idi. Amma Peyğəmbər (s) kor
kişinin istəyinə etiraz əlaməti olaraq, üzünü turşudub, bir daha ona etina
etmədi. Elə bu vaxt Allah tərəfindən "Əbəsə" surəsinin ilk yeddi
ayəsi nazil olaraq, Peyğəmbəri (s) bu hərəkətinə görə danladı. Nəticədə o, öz
əməlinə peşman olub, kor kişidən üzr istəyərək, ona nəvaziş göstərdi.Halbuki, bu rəvayət bir çox cəhətdən səhih və düzgün sayıla bilməz.
Məşhur islam alimlərinin nəzərinə görə ayədə tənqid olunan kəs, yəni; kor
kişini təhqir edən şəxs, Peyğəmbərin (s) söhbət etdiyi müşriklərdən, Bəni-üməyyə
müşriklərindən biri olmuşdur. Çünki Peyğəmbər(s) bu zəngin və varlı şəxslə
söhbətə məşqul olan zaman, kor kişi onların yanına gəlib, Həzrət Məhəmməddən
(s) ona öz dini haqqında danışmasına israr edərkən, Bəni- Üməyyədən olan bu
şəxs, onu ələ salaraq, məsxərə etdi və ondan uzaqlaşdı.
Elə buna görə də ayə nazil olaraq bu işi sərt və şiddətli şəkildə tənqid etdi.
Çünki o, bu əmələ varlılara həris və düşgün olması və kasıblara qarşı çirkin,
dəyərsiz münasibət bəslədiyi üçün, əl atmışdı. ("Ət-tibyan fi
təfsiril-Quran", c. 10, səh. 269)
Bəhs olunan yeddi ayənin heç birində, Məhəmməd peyğəmbərin (s) adı çəkilməmiş,
bəlkə ona heç işarə də, olunmamışdır. Üçüncü ayədə zahirdə müraciət tərəfi Peyğəmbər
(s) olsa da, həqiqətdə, ayənin əvvəlində sanki belə deyilir "De ona, ey
Məhəmməd". Beləliklə ayədə əsl müxatəb Peyğəmbər (s) deyil, Bəni-Üməyyədən
olan bir şəxsdir. Bununla da, söylənilən rəvayətin yalan olması və əsl
hadisənin necə baş verdiyi aydınlaşır.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Haqqə surəsi ayə 17. Mələklər göyün ətrafında (nəzarətçi) olarlar. Sənin Rəbbinin ərşini o gün səkkiz nəfər (ya səkkiz dəstə) öz başları üstündə (yaxud səmadakıların başları üstündə) tutarlar.Ayə Qiyamət gününə aiddir. İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: Ərşi tutan səkkiz nəfərin bəzisi peyğəmbər bəzisi imamdır. Nuh, İbrahim, Musa, İsa, Muhəmməd, Əli, Həsən və Hüseyn (salamullahi əleyhim əcməin). Ərşdən məqsəd, elmi ilahidir. Bəs Qiyamətdə Mələklərdən üstün ilahi övliyalardır ki, insanların əməllərindən xəbərdardılar.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allaha mənsub edilən hidayət və zəlalət dedikdə məqsəd layiqli insanlar üçün hidayət səbəblərini tədarük görmək, ləyaqəti olmayanlar üçün isə həmin səbəbləri aradan aparmaqdır.«Hidayət» doğru yola yönəltmə, doğru yol göstərmə mənasını verir. «Ta-ha» surəsinin 50-ci ayəsində buyurulur: «Allahımız hər şeyi yaratdı, sonra isə, onları hidayət etdi».
«Hidayət» kəlməsinə Quranın müxtəlif yerlərində tez-tez təsadüf olunur. Bu söz əsasən, iki mənada işlənmişdir:
1. Təkvini hidayət
Təkvini hidayət dedikdə, bütün varlıq aləminin tabe olunduğu nizam nəzərdə tutulur. Allah-təala öz xilqətini, canlı və cansız aləmi yaranış qanunlarına uyğun olaraq hidayət edir. Canlı aləmin təbii artımı, ulduz və planetlərin nizamlı hərəkəti, təkvini hidayətin nümunələrindəndir.
2. Təşrii hidayət
Təşrii hidayət peyğəmbərlər, asimani kitablar vasitəsi ilə həyata keçir. İnsanlar peyğəmbərlər və kitablardan təlim-tərbiyə almaqla, təkamül yolunda irəliləyirlər. «Ənbiya» surəsinin 73-cü ayəsində oxuyuruq: «Biz, onları əmrimizlə insanları doğru yola yönəldən imamlar etdik. Biz, onlara xeyirli işlər görməyi, namaz qılıb, oruc tutmağı vəhy etdik».
Ayə və hədislərdən belə məlum olur ki, təşrii hidayət, başqa sözlə peyğəmbərlər və asimani kitablar yalnız imanlı insanlara təsirli ola bilir.
Ayələrlə bağlı "Haqq Yolu" kitabxanasında yerləşdirilmiş təfsir kitablarına müraciət edin.
Kitabın adı: Nur təfsiri (3-cü cild) Mövzu: Quran Müəllif: Möhsün Qəraəti
http://kitab.nur-az.com/az/lib/view/368
Allah sizə yar olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Əleykumus-salam.
﴿وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِي كُلِّ قَرْيَةٍ نَذِيرًا﴾
“Əgər istəsəydik hər məntəqəyə (peyğəmbər və) xəbərdarlıq edən şəxs göndərərdik. (Bu yolla sənin işin yüngülləşərdi, amma buna ehtiyac yoxdur.)”
Nöqtələr
Bu ayə bir növ İslam Peyğəmbərinin (s) son peyğəmbər olmasını və İslam məktəbinin əhatəliliyini bəyan edir. Buyurulur ki, səninlə birlikdə heç bir peyğəmbər göndərilməyib; çünki sənin məktəbində və özündə bütün cəmiyyəti idarə etmək gücü var və başqasına ehtiyac yoxdur. Məlum olur ki, Peyğəmbər (s) uca məqamda olduğundan onun gəlişi ilə peyğəmbərlik silsiləsi başa çatır.
Bu ayədə Peyğəmbər Əkrəmə (s) işarə olunur. Bir növ Həzrətin xatəmul-ənbiya olmağını vurğulayır. Amma Rəd surəsi 7-ci ayəyə əsasən hər bir qövmün işində Allah tərəfindən hidayətedici olub. Əlbəttə hidayət edənin mütləq peyğəmbər olması şərt deyil. Hər bir dəstə üçün bir doğru yol göstərən (ya peyğəmbər, ya imam ya da rəhbər) vardır.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-taala yeganədir və hər vaxt Öz işlərindən xəbər verdiyi zaman tək halda olan əvəzlik və kəlmədən istifadə etməlidir. Buna görə də Allah Quranda Özünü çox hallarda belə təbirlə bəyan edir. Amma ərəb dilində, hətta bəzən qeyri-ərəb dilində də danışan şəxs müxtəlif səbəblər üzündən tək əvəzlik əvəzinə cəm əvəzliyindən istifadə edir. O səbəblərin bəziləri aşağıdakılardır:1. Öz əzəmətini dinləyiciyə xatırlatmaq;
Qurani-Kərim insanlar arasında ən yaxşı ünsiyyət vasitəsi olan danışıq dilini seçmişdir. Camaat da öz danışıq dillərində bəzən “filan kəs comərd kişidir (adamdır)” deyirlər, halbuki ümumiyyətlə mümkündür ki, o, kişi deyil, qadın olsun. Qurani-Kərimdə də “əntumul-fuqərau iləllah – siz kişilər Allaha ehtiyaclısınız” – deyə kişi cinsindən olan əvəzlik gətirilir, halbuki xitab ümumidir: həm qadına, həm də kişilərə şamildir. Hər bir ağıllı insan başa düşür ki, “siz” dedikdə təkcə kişilər yox, bütün insanlar nəzərdə tutulur. Tək və cəm əvəzliyi hallarında da dəfələrlə fərdlər tək əvəzlik əvəzinə cəm əvəzlikdən istifadə edirlər. Misal üçün, “biz gəldik, amma siz burda deyildiniz” deyilir ki, həm “biz”, həm də “siz” cəm şəkildə gətirildiyi halda deyənin və eşidənin məqsədi tək halda olan şəxsdir. Amma təzim, ehtiram etmək, şəxsiyyətlə yad etmək üçün cəm əvəzliyindən istifadə olunur. Allah-taala barəsində də bəzən şərəfləndirmək və onu təzim etmək məqamında “nəhnu” – Biz əvəzliyindən istifadə olunur.
Hər bir halda danışan şəxs özünün əzəmətini dinləyiciyə xatırlatmaq üçün “mən” kəlməsinin əvəzinə əzəmət və böyüklüyə dəlalət edən “biz” kəlməsindən istifadə edir.
Qurandan misal: “Fəth” surəsinin 5-ci ayəsində deyilir: “Həqiqətən Biz sənin üçün aşkar bir fəth verdik.” Bəzi təfsirçilər demişlər ki, burada Allah-taala Özünün əzəmətinə işarə etmək üçün “Biz Məkkə şəhərini fəth etdik” – deyə buyurmuşdur.
Amma bu ayədə nə üçün “biz” kəlməsindən istifadə olunmasına gəldikdə isə, səbəbi budur ki, əzəmətə işarə edilən “biz” kəlməsi “fəth etmək” kəlməsi ilə daha münasibdir. Bu incə məsələ “Biz səni şahid olaraq göndərdik” ayəsində də qüvvədədir.
2. Əncam vermiş olduğu işin əzəmətini bəyan etmək;
Bəzən də danışan şəxs əncam verdiyi işin əzəmətini göstərmək üçün “mən bu işi gördüm” demək əvəzinə “biz bu işi gördük” deyir. Quranda bunun misalı: “Həqiqətən Biz onu (Quranı) Qədr gecəsində nazil etdik” və ya “Həqiqətən Biz sənə Kövsər əta etdik”. Bunlar da Quranın və Kövsərin əzəmətinə dəlalət edir. Həmçinin qeyd edilən ayədə ibadətin və ibadət olunanın əzəmətini çatdırır.
3. İşin əncam verilməsi üçün mövcud olan səbəblərə diqqəti yönəltmək.
Bəzən Allah-tala hər hansı bir işin əncam verilməsi üçün istifadə etdiyi səbəbləri bizə anlatmaq üçün “Biz” kəlməsindən istifadə eərək “Biz əncam verdik” – deyə buyurur. “Əl-mizan” kitabında “Rəd” surəsinin 4-cü ayəsində təfsirində belə oxuyuruq:
“Biz bəzilərini digərlərindən üstün etdik” – ayəsindəki “Biz” təbiri buna işarədir ki, bu məsələdə Allah-taaladan başqa Onun əmri ilə əməl edən sair ilahi səbəblər də işlədilmişdir və hər şeyin axırı Allah-taalaya çatır.
Həmçinin "Təfsiri-nümunə"də “Yunis” surəsinin 61-ci ayəsinin izahında belə deyilir:
“Allah-taalanın pak-pakizə, hər bir cəhətdən yeganə və misilsiz olduğunu nəzərə almaqla Onun barəsində cəm əvəzliyindən istifadə edilməsi Onun məqamının əzəmətinə işarədir. Həm də bunu çatdırır ki, ilahi məmurlar həmişə Onun əmri və fərmanı qarşısında mütidirlər, əmrinə itaətdə hazırdır. Həqiqətdə söz təkcə Ondan deyil, O və Onun ixtiyarında, Ona müti olan şəxslərdən gedir.”
Qeyd
Bir ayədə hər üç hikmətin bir yerə toplanması, yəni cəm surətdə gələrək həm failin əzəmətini, həm işin əzəmət və böyüklüyünü, həm də səbəblərə diqqət yetirmiş olması mümkündür. Misal üçün, “Həqiqətən, Biz onu Qədr gecəsində nazil etdik” ayəsində qeyd etdiyimiz hikmətlərin hər üçü bir yerə toplanmışdır. Həmçinin qeyd edilən ayədə ibadətin və ibadət olunanın əzəmətini və böyüklüyünü çatdırır.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu ayədə məqsəd Allahın fərmanı və əmrinin gəlməyi və ya cəlalının, mütləq hakimiyyətinin təcəllisinin zühuru nəzərdə tutulur. Hər kəsdə Qiyamət günü Allaha mərifət zahir olacaq, artıq heç kəsdə inkar etməyə macal qalmayacaq. Sanki Onu gözlə görəcəklər. Bu mənaya şahid Nəhl surəsinin 33-cü ayəsidir: Məgər (bu müşriklər ölüm) mələyin(in və ya dünya əzabının) onların sorağına gəlməsindən, yaxud Rəbbinin (Qiyamətin bərpa olması) əmrinin yetişməsindən başqa bir şey gözləyirlər?! هَلْ يَنْظُرُونَ إِلاَّ أَنْ تَأْتِيَهُمُ الْمَلائِكَةُ أَوْ يَأْتِيَ أَمْرُ رَبِّكَHər halda Allahın gəlməyi həqiqi mənada deyil. Çünki Allahı görmək mümkün deyildir. Yalnız cisim gözə görünər. Allah isə cisim deyil. Demək, gözə görünməz. Ona görə ki, hər cisim məhduddur, öz şəklini dəyişir, nəhayət, mövcudluğunu itirir. (Allah isə həmişə vardır və olacaq). Allahın məkanı yoxdur. Çünki məkan cisim xüsusiyyətlərindəndir. Allah isə cisim deyil. Deməli, məkanı da yoxdur.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu ayənin nazilolma səbəbi (şəni-nüzulu) ilə əlaqədar qeyd olunur ki, bir dilənçi Peyğəmbər (s) məscidinə daxil oldu və camaatdan kömək istədi. Amma ona heç nə vermədilər. Əli (ə) namaz halında ona işarə etdi. Dilənçi gəlib rüku halında onun üzüyünü çıxartdı. Bu ehsanı əzəmətlə yad etmək üçün bu ayə nazil oldu.Bu hadisəni səhabələrdən çoxu, o cümlədən İbn Abbas, Əmmar, Cabir İbn Əbdüllah, Əbuzər, Ənəs ibn Malik, Bilal və başqaları nəql etmişlər. Bu ayənin şəni-nüzulu barəsində sünni və şiələr müvafiqdirlər.[«Əl-qədir», 2-ci cild, «Ehqahul-həqq», 2-ci cild, səh. 400, «Kənzul ümmal», 6-cı cild, səh. 391]
Peyğəmbəri-Əkrəm (s) Qədir-Xumda Həzrət Əlinin (ə) məqamını bəyan etmək üçün bu ayəni oxudu. («Təfsiri-Safi»). Əli (ə) da özünün İslam ümmətinə rəhbərliyə hamıdan artıq haqlı olmasını isbat etmək üçün dəfələrlə bu ayəni oxumuşdu. («Əl-mizan») Əbuzər özü bu hadisənin şahidi olmuş, Məscidül-Həramda camaat üçün bu hadisəni qeyd etmişdir («Məcməul-bəyan» təfsiri). Sünni və şiələrin mötəbər təfsirlərində də (ayədəki) «vəli» kəlməsi dost və köməkçi mənasında deyildir. Çünki dostluq və köməklik təkcə rüku halında infaq edənlərə yox, bütün müsəlmanlara aiddir. Rəvayətlərə əsasən məqsəd Əli ibn Əbutalibdir və «amənu» kəlməsinin cəm formasında gəlməsi «Mübahilə» ayəsində də olduğu kimi, onun əhəmiyyətini çatdırır.
Bunu da qeyd edək ki, bir çox alim və müfəssirlər demişlər ki, yuxarıdakı ayədəki vilayət (vəli kəlməsinin köküdür) xüsusilə, bu vilayətin Peyğəmbərin (s) və Allahın vilayəti ilə bir cərgədə qərar tutduğuna və hər üçü bir cümlə ilə bəyan olunduğuna görə insanın maddi və mənəvi rəhbərliyi, sərpərəstliyi və təsərrüfü mənasında olan vilayətdir.
Beləliklə, bu ayə İmam Əlinin (ə) vilayətinə dəlalət edən aşkar Quran hökmüdür.
Lakin əhli-sünnə təfsirlərində bu ayənin şəni-nüzulunda və təfsirində Həzrət Əlinin (ə) imamətinə dəlalət edən digər sübutlar kimi müxtəlif yerlərə yozulub. Bəzi təfsirçilər bu ayənin İbadə ibni Samitin və ya Abdullah ibni Salamın barəsində nazil olduğunu yazıblar. Bir qrup təfsirçilər isə ayəni bütün möminlərə şamil ediblər. Ayənin Həzrət Əlinin (ə) şənində nazil olduğunu yazanlar isə, vəli kəlməsini dost və ya təsərrüf etmək, rükunu isə təvazökarlıq mənasına yozublar.
Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Diqqət etmək lazımdır ki, Quranda Həzrət Məryəmdən başqa heç bir qadının adı çəkilmir. Eləcə də, Peyğəmbərin (s) heç bir xanımının adı çəkilmir. Baxmayaraq ki, Quranda bir çox qadının haqqında söz açılıb.Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əl-Həşr surəsi ayə 14. ......Onların əlbir olduqlarını sanırsan, halbuki qəlbləri dağınıqdır, bunun səbəbi onların düşüncəsiz bir qövm olmasıdır.Allah sizə yar olsun.