Sual (1) : eger men dini derse gedirem ve mennnen dostlarim sorusanda ki neyniyirsen ve men desem ki quran dersine gedirem bu zaman menim qazandigim savab emel defterimnen silinir? cunkiu elediyim yaxsi is idedim bu mesele beledir?umumiyyetle insanin elediyi yaxsi isleri demesi ne zaman duzgindur/
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Yaxşı işləri deməklə savabı silinmir, əksinə bu insanın niyyətinə bağlıdır, riya etdikdə yaxşı əməllərlə başqasına iftixar etdikdə, qürur hissi duyduqda savabı silinir. Başqa insanları yaxşılıqa dəvət etmək məqsədi ilə olsa, xeyir işləri demək yaxşıdır. Yaxud insanı mənfi və pis xüsusiyyətlərlə tanısalar, ittihamı aradan qaldırmaq niyyəti ilə əməli zahir etmək lazımdır. Məsələn başqaları insanı xəsis adam kimi tanısalar, onların qarşısında fəqirə kömək etmək və sədəqə verməklə əliaçıqlığı biruzə vermək yaxşıdır.

İxlasla deyil, Allahdan qeyrisinə göstərmək məqsədi ilə yerinə yetirilən əmələ “riya” deyilir.

İmam Əli (ə) buyurmuşdur: “Riyanın üç əlaməti vardır: Camaat onu görəndə sevinsin, tək olanda (ibadətə qarşı) süst olsun və camaatın onu tərifləməsini istəsin.”
Allah sizə yar olsun.
Sual (2) : Salam aleykum.soyush soyen adam bunu etmesin deye onu vurmaq olar?umumiyyetle nesihetle yola gelmeyen adamlara ne etmek lazimdir? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Söyüş söyən insana nəsihət təsir etmirsə və sizin yanınızda söyüş söyəndə o mühiti dəyişməyə çalışın və əmr be-məruf və nəhy əz-münkər edin. Əgər bu yolla da söyüş söyməyin qarşısını almaq mümkün olmasa, məclisi tərk edin. Sonuncu mərhələdə bir də təkrar olduğu halda onunla əlaqəni kəsmək məcburiyyətində qalmağınızı ona ciddi xəbərdarlıq edin. Çalışın bu yalnız bir söz kimi yox lazımı gəldikdə əməldə göstərəsiniz.
İmam Sadiq əleyhissəlam səhabələrinin birindən nalayiq sözü eşitcək dayanır, əlini belinə qoyub buyurur: “Nə dedin”? Yoldaşı cavab verir: “Yəbnə Rəsulullah, mən ki, sadəcə ona “vələdəzina” dedim, çünki onun ata-anası müsəlman deyil, Hindistan əhlindəndir.
Həzrət buyurur: Mənim onun ata-anası ilə işim yoxdur, nə üçün söyüş söyürsən?”
Sonra o həzrət sözünə davam edərək buyurur: Bundan sonra mənimlə yoldaşlıq etməyə haqqın yoxdur.
Deyirlər, nə qədər ki, İmam Sadiq (əleyhissalam) sağ idi, nə o səhabəni hüzuruna qəbul edirdi, nə də onunla yola çıxırdı.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Söyüş verən və boş-boş danışan adamı özünə yoldaş seçən şəxs Allahın ən pis bəndələri zümrəsindən sayılır.”
Amma o ki, qaldı vurmaq olar ya yox, bunu saytımızın fiqh bölümündən öz müctəhidinizi seçərək soruşa bilərsiz.
Əlbəttə, nəsihətin ən təsirli və gözəl yolundan istifadə etməyə çalışın. Misal üçün, əsəbi halda söyüş söyəndə həmən an nəsihət etməyin, əksinə könlü xoş və kefi kök olanda xoşdillə başa salın.

Allah sizə yar olsun.

Sual (3) : salam aleykum.men yemekden sonra sufre ustunde qalan corek qirintilarini yeyirem.bilmek isterdim etdiyim hereket duzgundurmu?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əlbəttəki düzgündür və çoxda bəyənilmiş əməldir. Məsumlar yerdə belə çörək gördükdə götürüb yeyərdilər. Bir nökər çörəyi yerdən götürüb yeyir imam bunu görür və nökəri Allah yolunda azad edir.«Çörəyi əziz tutun. Səhabələrdən biri-Çörəyi necə əziz tutmalı?-deyə soruşduqda buyurur: «Çörək süfrəyə qoyulduqda artıq başqa şey gözləməyin».
Hz. Əli (ə): Çörəyə hörmətlə yanaşın ki yer və göyün bərəkətinin nazil olmasına səbəb olar.
Allah sizə yar olsun.


Sual (4) : salam,Menim qohumlarim imkanli olduglari halda mene komek etmirler,men ishlemirem,valdeynlerim pensiya alir,ele yashayirig,qohumlar bizimle hech maraglanmirlar,mene deyirler,get ish tap,ishle,oz pullarini bosh yerlere verir,hech kime komek etmirler.Onlar gunah qazanirlar yoxsa yox?chox sag olunM
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quran və hədislərdə infaq etmək çox sifariş edilib. İmkanlıların infaq və başqalarına əl tutmağı, müsəlmançılıqdan öncə insanlıq vəzifələridir. Hədisdə deyilir ki, imkanlılar Allahın əmanətdarıdır və kasıbların ruzisi varlıların əlində qərar verilib. Əlbəttə, başqa bir tərəfdən fəqirlərə sifariş olunur ki, başqalarının əlində və malında gözləri olmasın. İmkanlı şəxslərə ilk növbədə vacib hüquqlarını (xüms, zəkar və s.) ödəməyi vacibdir. İkinci növbədə nəfəqəsi vacib olanların (ata, ana, övlad və həyat yoldaşı) ehtiyacını ödəməlidir. Lakin vacib deyil mallarının hamısını yoxsullara sərf etsinlər və bütün imkansız qohum-əqrəbanı dolandırsınlar. Hər halda infaq və əl tutmaq imkanlılara əxlaqi baxımdan vacibdir və xeyri onların özlərinə qayıdır ki, bir növ Allahın verdiyi nemətin şükrünü etməkdir. Bəqərə surəsində buyrulur: 261. Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir.
262. Mallarını Allah yolunda xərcləyib, sonra etdikləri xərcin arxasınca minnət qoymayan və əziyyət etməyənlərin (dil yarası vurmayanların) Rəbbi yanında özlərinə layiq mükafatları vardır. (O dünyada da) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.

Allahsizə yar olsun. 

Sual (5) : Salam,Quran deyir ki,mominlerin bir biri uzerinde haqqi var,biri xoshagelmez ish edende digerinin haqqi var onu chekindirsin amma bezilerine nese deyende,cavab verir ki,"ozum bilerem,get oz ishine bax,sene ne?" bunu demeye haqqi varmi? sag olun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əmr-be məruf və nəhy əz münkərin mərhələləri vardır. Yaxşı olar xoşdillə, qərəzli şəkildə olmayaraq və xəlvətdə deyilsin və ya əməldə ona səhvini başa salsınlar.

Allah sizə yar olsun.

Sual (6) : Salamu-əleyke. Bağışlayın narahat edirem, Allah Quranda kafirlerle dost olmayın hökmünü bizə buyurur. Mənim Allahı qebul etməyən bir "dostum" var. Şəriətdə dostluğumuzun hökmü nədir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Kafirlərlə dostluq etmək islamın prinsiplərinə ziddir və islam yalnız mömünlərlə dostluq etməyi sifariş edir. Dostluğun islamda böyük hüquqları vardır. Dostluq yəni səmimi qəlbdən sevmək və onun rəftarı və əqidəsi ilə razılaşmaq. Amma kafirlərlə alış-veriş, yoldaşlıq və bəzi əlaqələr qadağan olunmur və hətta onlara yaxşılıq etmək və xoş davranmağa da islam muxalif deyil.
Həqiqi dostun bəzi sifətlərini nəzərdən keçirək:
1. O aşkarda və xəlvətdə eyni münasibət göstərir, dostla rəftarı dəyişkən deyil. Həqiqi dost özünü zahirdə səmimi göstərib qəlbində kin-küdurət saxlamır. Həqiqi dostda nifaq ruhiyyəsi yoxdur, arxada pisliyinizə danışmır.
2. Həqiqi dost sizin inkişafınızı və izzətinizi özünə fəxr bilir, sizin müvəffəqiyyətsizliklərinizdən narahat olur. O sizi özündən ayırmır, özü üçün istədiyini sizin üçün də istəyir, özü üçün bəyənmədiyini sizin üçün də bəyənmir.
3. Dövrün hadisələri həqiqi dostun sizə olan münasibətini dəyişmir. Kasıb vaxtı sizə yaxınlaşan, varlananda sizdən uzaqlaşan şəxs həqiqi dost deyil. Həqiqi dost həm yaxşı, həm pis günlərdə insanın yanındadır.
Paxıl, kimsəyə əl tutmaq istəməyən fərdlərdən uzaqlaşmaq lazımdır. Nəql edirlər ki, bir şəxs küçənin kənarında dayanıb ağlayırdı. Əlində bir neçə çörək olan dostu onunla rastlaşdı. Dostunun ağlamağını görüb ağlamağa başladı. Dostu soruşdu: “Sən nə üçün ağlayırsan?” Həmin şəxs dedi: “Sənin dərdinə şərik olmaq istədiyimdən ağlayıram.” Birinci şəxs dedi: “Mən aclıqdan ağlayıram, səninsə çörəyin var. O çörəkdən ver daha ağlamayım.” İkinci dost dedi: “And olsun Allaha, sənin üçün sübhədək ağlayaram, amma çörək istəmə!”
4. Yaxşı dost insana onun nöqsanlarını xatırladır. O güzgü kimidir. Ona baxıb eyblərini görürsən. O sizin razılığınızı qazanmaqdan ötrü yalan təriflərə yol vermir. İmam Sadiq (ə) buyurur: “Mənim üçün ən yaxşı dost eyblərimi mənə xatırladandır.”
5. Yaxşı dostda fitnəkarlıq, xəyanət, xəbərçilik kimi pis sifətlər olmur. Bu sifətlər keçici xəstəlik kimi insana sirayət edir. Pis dost tədricən insanın iman və əxlaqını korlayır.
Bu gün sənə xatir başqalarının haqqını tapdayan, onlara zülm edən şəxs sabah sənə xəyan edəsidir. Sənə başqalarının pisliyindən danışan, bir müddət sonra başqalarına sənin pisliyini açıqlayasıdır.
6. Həqiqi dost sir saxlayan olmalıdır. İnsan biri ilə dostluq rabitəsi saxladıqda istər-istəməz ona öz qəlbini açır, sirlərini onunla bölüşür. Əlbəttə ki, insanın orta həddi gözləməsi və sirlərini açmaması yaxşıdır. İki dodaqdan xaric olan sirr məxfi qalası deyil. Həzrət Əli (ə) buyurur: “Dostuna orta həddə bağlan. Çünki o bir gün düşmən ola bilər. Düşmənlə münasibətdə də orta həddi gözlə. Çünki bir gün onunla dostlaşa bilərsən.”
Sədi Şirazi imam Əlinin (ə) hikmətli buyuruğu ilə bağlı deyir: “Dostuna hər sirri açma. Olsun ki, bir gün düşmənin ola. Düşmən də bir gün dost ola bilər. Onu necə gəldi qılınclama.”
7. Həqiqi dost sağlam ağıl sahibi olmalıdır. Çünki nadan şəxs özü də bilmədən səni bədbəxtliyə sürükləyər. Olsun ki, nadan insan dostuna yaxşılıq etmək istəyi ilə axmaqlığından onu əziyyətə sala.
Həzrət Əli (ə) buyurur: “Agah düşmən nadan dostdan yaxşıdır.”
8. Həqiqi dost sənin düşməninlə yaxınlıq etməz. Belə bir dostluq xalis deyil. Həzrət Əli (ə) buyurur ki, sənin düşməninlə dostluq edən əslində sənə düşmənçilik edir.”

Allah sizə yar olsun.

Sual (7) : Salam aleykum_;::telefon vasitesile yeni sms ~ile mesaj ile mektub vasitesile halallig almag olAr~yoxsa halallig veren mutleq dilde demelidiR??
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, olar. Halallıq almaqda məqsəd budur ki, qarşı tərəfin razılığını ələ gətirək. Hər bir vasitə ilə razılıq ələ gəlsə kifayət edir. Əgər yəqinlik edilsə ki, haqq sahibi qəlbində razıdır, halallıq almağa da ehtiyac yoxdur.

Allah sizə yar olsun.

Sual (8) : Salam alaykum .suabl cox olan musdeheb iwder hanslLardl?Allah razl olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Daha çox savab o əməllərə şamil olur ki, ilahi mərifət, xalis niyyət və saleh insandan baş vermiş ola. Bu xüsusiyyətlərə malik olan müstəhəb əməllər arasında, insanlara xidmət etmək və onların ehtiyacını ödəmək hədislərə əsasən ən çoxlu mükafat və Allahın razılığına səbəb olan, əməldir.

Allah sizə yar olsun.

Sual (9) : Salam aleykum~~~eger kisi etir vursa,ve onun iyi hansisa bir Namehrem qadini mest etse onun xosuna;gelse ?kisi gunaha dusur??
Ad: ramal, Ölkə: Azerbaycan., Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ətir vurmaq bəyənilmiş əməldir. Bu məsələdə qadınla kişi arasında fərq var. Qadınlara evdən kənarda ətir vurmaq qadağan olunub, amma kişilərə belə bir qadağa yoxdur. Lakin ətir vurduqda fəsada səbəb olacağını bilsə tərk etməlidir. Əks halda kişi günaha düşmür.
Allah sizə yar olsun.
Sual (10) : Salamun aleykum. Tanis wexslerden kimse filan wexse "Salam" catdirmagimizi soylese ve insan da onu soylemese, iskali varmi? Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Salamı çatdırmaq vacib deyil, lakin ciddi şəkildə deyilsə və çatdırmağa vədə verilsə, vacibdir.  Hər halda yaxşı olar ki, çatdırılsın.

Allah sizə yar olsun.

Go to TOP