Sual (1) : Salam. Avropa, Afrika, Aмerika və dünyanın digər nöqtələrində dünyaya göz açıb, ata-babasının dinindən başqa bir din görмəyən, kənar мühitlərdən bixəbər olanların qiyaмətdə vəziyyəti necə olacaq?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər bu şəxslər həqiqi dini мüəyyənləşdirмək üçün iмkanlara мalik olduqları təqdirdə axtarış aparмaмışsa, üzürlü sayılмayacaqdır. Yox əgər həqiqi dini мüəyyənləşdirмək üçün heç bir iмkanları olмaмışsa, Allah hüzurunda üzürlüdürlər. Belə insanları aləмlərin Rəbbi cəzalandırмayacaq. Aммa bütün bəşəriyyət dərk etdiyi həqiqətlərə əмəl etмəlidir. Düşüncəsini işə salan insan bilir ki, Allah var, ədalət yaxşıdır, zülм pisdir, fəsad və azğınlıq alçaqlıqdır. Deмək, insan başa düşdüklərinə əмəl etмəlidir. Belə insanlar Quranda “мüstəzəf” adı ilə yad olunur. Böyük İslaм təfsirçiləri мüstəzəfləri yad edən ayələr haqqında geniş araşdırмalar aparмışlar. İмaмlardan nəql olunмuş rəvayətlərdə мaraqlı nöqtələr bəyan olunur.

Allah sizə yar olsun.

Sual (2) : Salam. Bəşər tarixinin əsrlərlə yaşa мalik olduğunu bilirik? Yer üzündə bir çox мədəniyyətlər gəlib-getмişdir. Qiyaмət günü bütün мillətlər üçün eyni bir gündür, yoxsa hər bir мillət üçün ayrıca bir qiyaмət günü var?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qurani-kəriмdəki bəzi ayələr şəhadət verir ki, bütün qövмlər üçün “yəvмul-qiyaмə” adlı bir qiyaмət günü var. Nüмunə üçün bəzi ayələri nəzərdən keçirək: “Göylərdə və yerdə olan bütün мəxluqlardan elə biri yoxdur ki, Rəhмanın hüzuruna qul kiмi gəlмəsin; And olsun ki, Allah onları hesablaмış və təkrar-təkrar sayмışdır; Onların haмısı qiyaмət günü Onun hüzuruna tək-tənha gələcəklər.” Digər bir ayədə belə buyurulur: “O gün biz мüttəqiləri Rəhмanın hüzuruna мöhtərəм elçilər kiмi cəм edərik; Günahkarları isə cəhənnəмə susuz vəziyyətdə sürükləyib gətirərik.”

Allah sizə yar olsun.

Sual (3) : salam aleykum.bilmək istərdim ki,Allaha inandığını söyləyən lakin cənnət və cəhənnəmin olduğunu inkar edən şəxs kafir hökmündədi yoxsa fasiq??

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İslamın şərtləri usulid-dinə inanmaq və islamın heç bir zəruri məsələsini inkar etməməkdir. Cənnət və Cəhənnəm islamın zəruri hökmüdür, inkar etməyin hökmü mürtəddir. Cənnət və Cəhənnəmi inkar etməyin mənası budur ki, Allahın bu barədə xəbəri düzgün deyil.

Allah sizə yar olsun.

Sual (4) : Slamu əleykum. Qiyamətdə bu qədər ağır əzaba zəif adam necə tab gətirə bilər?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Doğrudur, Qiyamətdəki bədən dünyadakı maddi bədəndir. Lakin bu bədən ilahi qüdrətlə axirətdə o qədər möhkəm bir tərkibdə olur ki, dünyəvi bədənlə müqayisə edilə bilməz. Axirətdə bədənin lətifliyi insanın nəfsi ilə bağlıdır.
Necə ki, dünyada mö᾽minin nəfsi yumşaq, lətif olar, həqiqətlər müqabilində mütəəssir və təslim dayanar. Ona görə də axirətdə mö᾽minin bədəni də nəfsi kimi kamil lətafətdə olar. Amma kafirlərin nəfsi dünyada nəhayət dərəcədə qəliz və daşdan da bərk olub, həqiqətlər qarşısında əyilməyib. O səbəbdən də, axirətdə nəfsləri kimi bədənləri də nəhayət dərəcədə bərkdir.
Allah sizə yar olsun.







Sual (5) : Salamun əleykum.Möminlər cəhənnəmi görəcəkmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-təala buyurur: «Sizdən elə bir kəs olmaz ki, cəhənnəmə varid olmasın. Bu Rəbbinin buyurduğu vacib bir hökmdür»[4171]. Əksər təfsirçilərin fikirincə, bütün insanlar istisnasız olaraq cəhənnəmə daxil olacaqlar.
Amma bu o demək deyildir ki, bütün insanlar cəhənnəm odunda yanacaqdır. Nəmrudun İbrahim peyğəmbəri oda atdığını xatırlayaq. Od yandırıcı olsa da, Allahın iradəsinə tabedir. Allahın iradəsi ilə od iman nuru qarşısında acizdir.
Cəhənnəmə daxil olan möminlərin iman nuru odu təsirsizləşdirər və kimsəyə zərər toxunmaz. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bütün əməlisalehlər və günahkarlar cəhənnəmə daxil olar. Alov İbrahimin qarşısında hərarətdən düşdüyü kimi, möminlərin də qarşısında hərarətini itirər»[4172].
Bəs möminlərin cəhənnəmə daxil olmasının hikməti nədir? Cəhənnəmi müşahidə etdikdən sonra behiştə qədəm qoyan möminlər, onun nemətlərindən əsl ləzzət aparacaqlar. Həzrət Peyğəmbər (s) buyurur: «İnsanlar cəhənnəmə daxil olduqdan sonra əməlləri nəzərə alınmaqla, oradan bayıra çıxacaqlar. Bəziləri şimşək tək, bəziləri külək kimi, bəziləri iti qaçaraq, bəziləri iti yerişlə, bəziləri də adi yerişlə»[4173].
Möminlərin cəhənnəmdə qalmayacaqları ayələrdə də təsdiq olunur: «Sonra biz Allahdan qorxub pis əməldən çəkinənlərə nicat verəcək, zalımları isə, orada diz üstə çökmüş halda saxlayacağıq»[4174].
[4171] «Məryəm» surəsi, ayə 71.
[4172] «Nurus-səqəleyn», 3-cü cild səh. 353.
[4173] «Nurus-səqəleyn», 3-cü cild, səh.353.


Allah sizə yar olsun.
Sual (6) : salam sualim budur ki insanlar oldukden sonra her sey mehv olduqdan sonra yeniden yasam olacaqmi ? insanlardan evvel heyat olubmu?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bizim əqidəmiz budur ki, mütəal Allah insanları, bəndələrinə vədə verdiyi müəyyən olunmuş gündə öldükdən sonra yeni bir xilqətlə dirildəcək. Əmrlərinə müti olanlara, yaxşı əməl sahiblərinə mükafat, asi olanlara vəgünahkarlara isə əzab verəcəkdir.

Bu əqidə sadə və ümumi halda bütün ilahi din və fəlsəfələrin qəbul etdiyi bir məsələdir. Hər bir müsəlman labüd olaraq Allahın Peyğəmbərinin gətirdiyi Quran əqidəsinə müvafiq olaraq bu əqidəni etiraf etməlidir. Çünki, hər kəsin Allaha, Onun haqq din və hidayət əsasında göndərdiyi Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə qəti şəkildə etiqad bəsləyirsə, təbiidir ki, onun gətirdiyi Quranın buyurduğu Qiyamət oyanışı, savab və cəza, Behişt və Cəhənnəm, ilahi nemət və Cəhənnəm əzabına da iman gətirməlidir. Quranda məad mövzusunda təqribən mindən çox ayə gəlmişdir.

Əgər bir kəs bu barədə şəkk və tərəddüd etsə, məlum olar ki, o Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətində (peyğəmbər olmasında), yaxud Allahın varlığı və qüdrətində şəkk edir. Hətta bütün dinlərin əslində, ilahi şəriətlərin səhih olmasında şəkk edir.

Rəvayətlərə görə, Adəm yerüzündə heçdə ilk məxluq olmayıb. Elmdə bufikri təstiqləyir. Qədim insan məskənlərində aparılan tədiqatlar göstərir ki, yerüzündə həyat milyonlarla il bundan əvvəl başlamışdır. Hansıki, Adəmin, yaranışından elədə böyük zaman keçməmişdir. Təbiiki, həmin nəsil Adəmin yaranışından öncə aradan getmişdir. Bəzi alimlər Adəmdən öncə olan məxluqun cinlərin olmasını qəbul edirlər və Şeytanda həmən tayfanın qalığındandır.

Allah sizə yar olsun.

Sual (7) : Salamun əleykum.Axirət əzabı var ikən, dünya əzabına nə hacət?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Əgər insan dünya həyatında imtahana çəkilib axirətdə mühakimə olunursa, dünyadakı bəlaların məntiqi nədir? «Səcdə» surəsinin 21-ci ayəsində buyurulur: «Biz ən böyük əzabdan əvvəl, onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, geri dönələr».

Bəli, peyğəmbərlər göndərilir, kitablar nazil olur, nemət verilir, bəlalar gəlir. Amma bütün bunlardan faydalanmayan insanların son mənzili, yalnız və yalnız cəhənnəmdir.

Əgər ətrafa nəzər salsaq, bir çox insanların məhz dünya əzabından nəticə çıxararaq, doğru yola gəldiyinə şahid olarıq. Nəfsin hakimiyyəti altında qarşılaşdıqda, dayanıb düşünür. Eyş-işrətə qərq olmuş cəmiyyət müdhiş bir zəlzələ qopan andaca, bir ağızdan «Allah»-deyə fəryad qoparır. Elm və məntiqlə həqiqəti tapmağa həvəs göstərməyənlər əzabla üzləşən kitmi, düşünməyə başlayır.

Dünya əzabı olmasaydı nə olardı? Allah-təala 124 min peyğəmbər göndərib millətləri doğru yola çağırmaqla kifayətlənsəydi, dünya nə kökə düşərdi? Təsəvvür edin ki, bir cəmiyyətdə qanunlar təbliğ olunur, amma qanunu pozanlar cəzalandırılmır. «Oğurluq etməyin» deyilir, amma oğurluğun qarşısı alınmır. Bu cəzasızlıq oğurluğa rəvac vermirmi? Günahkarların cəzalandırılması, başqaları üçün ibrətdir və ümumiyyətlə, cəmiyyətin xeyirinə yönəldilmiş bir tədbirdir.

Allah-təala günahkarı cəzalandırmaqla onu islah olmağa, başqalarını isə ibrət götürməyə çağırır və belə bir əzab, bəşəriyyət üçün olduqca zəruridir.
Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum.Behiştin neçə qapısı vardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Ayə və hədislərdən məlum olur ki, behişt müxtəlif qapılara malikdir. Bu qapıların çoxluğunun səbəbi, heç də bir qapıdan daxil olmağın çətinliyi deyildir. Bu qapılar hər hansı tayfa və təbəqə üçün də nəzərdə tutulmamışdır. Bir çox saraylarda qapıların çoxluğunda məqsəd tamam başqadır.

Rəvayətlərdə nəql olunur ki, behiştin müxtəlif adlı qapıları vardır. Bu qapılardan biri «mücahidlər qapısıdır». Bu qapıdan din yolunda vuruşmuş mücahidlərin behiştdə daxil olacağı və mələklərin onları salamlayacağı bildirilir.

İmam Sadiq (ə) buyurur: «Behiştin səkkiz qapısı vardır və onlardan hər biri eni qırx illik yol uzunluqdadır». Hədisdən aydın olur ki, behişt qapısı bizim düşündüyümüz qapı anlamında deyildir.

«Hicr» surəsinin 44-cü ayəsində cəhənnəmin yeddi qapıya malik olması bilindirməklə, səadətə daha çox yol olduğuna işarə vurulur.
Allah sizə yar olsun.
Sual (9) : Salamun əleykum.Behiştdə pak şərab nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Ərəb dilində “şərab” sözü içməli, “təhur” sözü isə pak və pakedici mənasında işlənir. Quran ayələrindən məlum olur ki, Behiştdə dadlı və müxtəlif əla keyfiyyətdə pak içməli sular var. Ayələrdən birində bu mövzuda “şərabən təhura” (pak içki) kəlməsindən istifadə olunmuşdur. Digər ayədə buyrur: “Allah-taala onlara pak içki verəcək.” Pak içki barəsində alimlər arasında üç nəzəriyyə var: 1. Bəziləri mötəqiddirlər ki, bu içki bir növ məxsus içki olub yeməkdən sonra behiş əhlinə verilir və onunla insanın batinində olan bütün artıq qidalar ətirli tər şəkilinə düşür və bədəndən pak şəkildə xaric olur; 2. Bəziləri bu nəzəryyəni verirlər ki, bu içki, bir növ mənəvi və ruhi qida olub insanı mənəvi ləzzətə qərq edir. Necə ki, imam Sadiq (əleyhissalam)-dan rəvayət nəql olunur: ”Elə ki, mömin behiştdə pak içki çidi, Allahdan qeyrisindən üç çevirər və qəlbi, yalnız Allah-taala tərəf diqqət edir.” İmam Baqir (əlyehissalam)-dan hər rəvayət nəql olunur, Həzrət buyurur: “Möminlər o şərbət içkisindən içdikdə, Allah-taala o içkinin vasitəsi ilə onların qəlblərini həsəddən pak edər.”; 3. Digər dəstə isə iki nəzəriyyə arasında qalmış və mötəqiddirlər ki, insanın cövhəri qara torpaqdan və ilahi ruhdan olduğunu görə Allah-taala insanlara maddi qidalarından əlavə, mənəvi və ruhi qidalar da qərar vermişdir. İnsanların mənəvi yol və məqamları müxtəlif olduğuna görə behiştdəki bəhrələri də müxtəlifdir. Quran ayələrində bildirilir ki, ən gözəl şəkildə ən yaxşı saqilər, gözəl və xoş qamətli iri qara gözlü hurilər əllərində pak şərab içkiləri olan halda behişt əhlinin ətrafına dövr edirlər. Möhkəm ağ badələrdə içilən pak içkilər, insanın nə ağlını aradan aparır və nə də onları məst edir. Bəzi ayələrdə deyilir ki, “əbrar” (saleh) adlanın bəziləri “rəhiqin məxtum” adlı batildən uzaq möhr vurulmuş və hər çirkinlikdən pak olan şərabdan içəgəklər. “Müqərrəb” şəxslər Allah-taala dərgahında məxsus məqama malik olub Təsinm adlı xüsusi çeşmədən xüsusi pak içkilər içərlər. Allah-taala Özü belə bəndələri qəbul edər. O pak içkilərin həqiqəti Allaha olan pak mərifət və məhəbbətdir. İslam Peyğəmbərindən (səlləllahi ələyhi və alihi və səlləm) nəql olunan hədislərin birində nəql olunur ki, Həzrət buyurur: “Təsnim çeşməsi behiştdə ən üstün və ləzzətli içkidir ki, Məhəmməd (səlləllahi ələyhi və alihi və səlləm) və Əhli-Beyt (əleyhissalam) ondan içərlər. Peyğəmbərin (səlləllahi ələyhi və alihi və səlləm) səhabələri və behiştin digər əhalisi bu çeşmənin qatışığı ilə hazırlanmış pak içkidən içərlər.”

İnsanların dünyada müxtəlif məqamları olduğu kimi behiştdə də öz ruhiyyə və istedadlarına görə müxtəlif məqamlara malik olub ondan bəhrələnərlər. Ona görə də Quranda onlardan müxtəlif ünvanlarda ad aparılır. Bir dəstə “ əshabil-yəmin” (sağ tərəf sahibləri), bir dəstədən “əbrar” (saleh insanlar), digərindən isə Allah-taala dərgahında “müqərriban” (ən yaxınlar) ünvanı ilə ad aparılır. Bəhrələri də öz istedad və məqamlarına uyğun bölünür.

Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum.Cənnət və Cəhənnəm məkan olaraq varmı? Axirətdə insanlardan başqa hansı varlıqlar olacaq?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Əksər aliməlrin fikrincə, hazırda cənnətlə cəhennəm mövcuddur. Bunu bir çhox Quran ayəleri d'e tesdiql'yir:

Xeyli sayda Quran ayelerinde «اُعِدَّت» (hazırlanmış) vey a buna oxşar felden istifade edilmişdir. Bu ayələrdən belə nəticə alınir ki, cənnətlə cəhennəm hal-hazirda mövcuddur və baxmayaraq ki, insanların yaxşı və pis əməllərinə görə genişlənir..

Yaxud "Nəcm" surəsində oxuyuruq: " And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. Məva cənnəti onun yanındadır." ("Nəcm", 13-14-15-ci ayələr).

Bəzi alimlərin baxişina göre, "Ənam" suresinin 38-ci ayəsinə görə yer üzündə bütün canlılar Qiyamət gününə çağırılacaq..
Allah sizə yar olsun.
Go to TOP