Sual (1) : Ölümü хаtırlаmаğın insаn üçün fаydаsı vаrmı?

Bismillahir-rəhmanir-rəhim.

İnsаnın rәftаrındа ахirәt inаncının vә ахirәt hаqqındа düşüncәlәrin әhәmiyyәtli rоlu vаr. Hәttа tövhid е`tiqаdı dа insаnın rәftаrınа bir bu qәdәr tә`sirli dеyil. Ахirәt е`tiqаdı İslаmın üçüncü е`tiqаd sütünu sаyılır. Mәаdı qәbul еtmәyәn kәs sаnki digәr iki әsаsı (tövhid vә nübuvvәt) dа qәbul еtmәmişdir vә İslаm dininә dахil оlmаmışdır. Bәli, ölümlә, dünyа hәyаtındаn ахirәt hәyаtınа kеçidlә bаşlаyаn әbәdi hәyаtа inаm insаnın düşüncә vә rәftаrındа böyük tә`sirә mаlikdir.[1]
Allah sizə yar olsun.

[1]Mәhәmmәd Hüsеyn Tәbаtәbаi, “Mәqаlәlәr mәcmuәsi”, c. 2, s. 130.

Sual (2) : Salam alekum. Insanlarin ekseryyeti neye gore ölum adi cekilende qorxurlar. Evvelceden minnetdarligimi bildirirem.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ölüm qorxusunun müxtəlif səbəbləri vardır. Bir baxışla insanları üç hissəyə bölmək olar: naqislərə, mötədillərə və kamillərə.

Naqis insanlarda ölüm qorxusu belə olur ki, insan fitrətən cavidanlığa meyl etdiyi üçün yoxluqdan nifrət edər. Ölümü yox olmaq kimi qəbul etdiyindən ölümə nifrət edərlər.

Allah buyurur: “Bizim ölüb-dirildiyimiz (bir dəstənin ölüb, digər bir dəstənin dirildiyi və ya bir dəstənin öldüyü və onların ruhlarının digər bir dəstənin cismində dirildiyi) bu dünya həyatından başqa bir həyat yoxdur və biz heç vaxt dirildilən deyilik”. (“Muminun” 37).

Mötədillərin axirət aləminə imanları kamil deyildir. Axirətdən qafil olmaq və dünya həyatına diqqət etməkləri onları ölümdən qorxudur. İmam Sadiq (ə) buyurur: “Bir gün bir nəfər Əbuzərin yanına gəlir və deyir: “Bizim niyə ölümdən kərahətimiz var?” Əbuzər cavab verir: “Ona görə ki, siz dünyanızı abad etmisiniz, axirətinizi isə xarab. Ona görə abadlıqdan xarabaya girməyə qorxursunuz””.

Bu qəflətin kökü nəfsani istəklərin ardınca getmək, Allahla müxalifətlik etmək və uzun arzulardır. İnsan bu həyatda iki şeydən daha çox qorxmalıdır: havayi-nəfsinin ardınca getməkdən və uzun arzulardan.

Mötədillər o qədər ölümdən qafildirlər ki, İmam Əlinin (ə) sözləri ilə desək sanki dünyadakı ölüm ancaq başqalarına aiddir, ona deyil. Ölənlər də sanki qısa bir müddət gedib qayıdacaqlar, müsafirlərdir. Onları qəbirlərinə qoyur və miraslarını yeyirlər. Sanki özləri bu dünyada cavidan qalacaqlar.

Ancaq üçüncü qrup kamil insanlardır, yəni həqiqi möminlər. Bu insanlar ölümdən deyil, Allahın əzəmətindən və izzətindən qorxarlar. Onların qorxusu maddiyyatçıların qorxusu kimi deyildir. Allah İlahi övliyaların qəlbində təcəlli edər, şövqə düşərlər. İki sevən insan uzun zaman bir-birindən ayrılandan sonra görüşmək istəyəndə necə həyəcanlanırlar, bu şövq də o cürdür. Bütün bədənini iztirab və qorxu, həyəcan bürüyər.

Allahın aşiqləri Allah ilə görüşən zaman həyəcanlanar və dəhşətə gələrlər. Çünki uzun müddət gözlədiyi Məşuquna qovuşmuşdur.

“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”. (“Mulk” 2). Onların nəzərində ölüm - böyük İlahi imtahandır. Qorxar ki, bu imtahandan yaxşı qiymət almayacaqdır. Həqiqətən kamil insanların imtahanı çox ağır olur. Hətta onun dərki belə, bizim üçün çətindir.

Bu deyilənlərdən belə nəticə çıxartmaq olur ki, hər bir insanın ölüm qorxusu fərqli olur. Əgər ölüm qorxusu qəflətə görə olarsa, ağılsızcasına bir qorxu olar. Gərək onun amilini aradan qaldırsın ki, bu da dünya sevgisidir. Ancaq əgər bu qorxu Allahın əzəmətinə görə olarsa, müsbət bir qorxudur və eşqdən irəli gəlir.

1. Ölümə olan qorxumuzu aradan qaldırmaq üçün ölümü düşünməliyik, xəlvətdə düşünməliyik. Ölüm əməl evindən savab evinə keçid körpüsüdür. İnsan həmçinin əgər düşünsə ki, tez və fani olan bu dünya üçün xəlq edilməmişdir, o zaman ölüm qorxusu bir qədər azalar. İnsan əbədi dünya üçün xəlq edilmişdir, ölüm də bu həyata keçiddir.

2. Qəbirləri ziyarət etmək və xüsusilə də dağılmış qəbirlərə diqqət edək. İnsan əgər düşünsə ki, bir gün yaşayırdı, ancaq artıq bir torpağa çevrilmişdir, onu artıq heç kim xatırlamır, qarışqaların yeminə çevrilmişdir, ölüm qorxusu azalar.

3. Cənazə mərasimlərində iştirak etmək və bunu xatırlamaq ki, bizim də bir gün belə bir günümüz gəlib çatacaqdır, rəftar və əməllərimizi dəyişdirməyə bizə yardım edər.

4. Ölümə və Qiyamətə aid ayələri oxumaq və onun haqqında düşünmək də insanda olan ölüm qorxusunu azaldar.

5. Ölüm yoxluq və məhv olmaq demək deyildir. Bəlkə böyük bir aləmə bir pəncərədir. Allah bizi ölüm vasitəsilə imtahan dünyasından haqq-hesab aləminə gətirər. O kəs ki, dünyada imanla yaşamış və saleh əməl görmüşdür, qəbri cənnət məkan olar, əgər dünyasını imansız və pis əxlaqla başa vurubsa, bu zaman əbədi cəhənnəm olar. Əlbəttə insan qəbirləri zahirdə bir-birinə bənzəsələr də, batinləri fərqlidir. Ya behiştdir, ya da cəhənnəm

O kəs ki, saleh əməl sahibidir, ölümü onun üçün müjdə olar. Çünki ölümü onu əbədi səadətə çatdırar. Ancaq pis əxlaq sahibi isə elə bu dünyada cəhənnəmdə olar. Ancaq dünya malına məst olduğu üçün bunu dərk etməzlər. Ölüm mələyi gələn zaman huşa gələr və həqiqətləri dərk edərlər. http://www.erfan.ir

Allah sizə yar olsun.

Sual (3) : salam ,mead cismani di yoxsa ruhani ve subut nedi buna ?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Biz məadın özünə etiqad bəsləməkdən əlavə, onun cismani olmasını da dinin zəruri məsələlərindən hesab edirik. Bunu Quran ayələri tam aşkarlıqla göstərir, o cümlədən,

Məgər insan güman edir ki, Biz onun sümüklərini cəm etməyə qadir deyilik? Qadirik, hətta onun barmaqlarını da yenidən düzəltməyə qadirik!

cismani məad Qiyamət oyanışından, bədənin çürüyüb məhv olmasından sonra, insanın yenidən əvvəlki forma və vəziyyətə qaytarılmasından başqa bir şey deyildir. Cismani məadda, Quranın bəyan etdiyi bu qədərdən artıq təfsilatla etiqad bəsləmək vacib deyildir. Məsələn, hesab-kitab, sirat, mizan, cənnət, cəhənnəmin varlığı kimi məsələlərdə Quranın buyurduğu qədərlə kifayətlənmək lazımdır.

Allah sizə yar olsun. 

Sual (4) : Salamun əleykum.Cansız cəsəd qəbirdə necə əzab çəkə bilər?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qəbir əzabı həm cismə, həm də ruha aiddir. Amma bu cism adi cismdən fərqlənir. Maddi bədəni tərk edən ruh “bərzəx bədəni” adlanan bir bədənə daxil olur. İnsan yatdığı vaxt ruhun maddi bədənlə əlaqəsi son dərəcə zəifləyir və o, bərzəx bədəninə oxşar bədənlə hərəkət edir. Həmin bədən görür, eşidir, danışır, ağrını hiss edir. Yuxuda insanın hərəkəti bərzəx bədəninin varlığına sübutdur. Ruh bədəni tərk etdikdən sonra bərzəx dünyasına daxil olur. Amma torpaq qəbir və cansız ruh arasındakı əlaqə kəsilmir. Qəbir ziyarəti, qəbir üstə oxunan dualar həmin əlaqəyə əsaslanır. Qəbir əzabı dedikdə torpaqda basdırılmış cəsədin yox, bərzəx bədəninin əzabı başa düşülür. Amma qəbirdəki cəsədlə əzab çəkən bərzəx bədəni arasında zəif də olsa əlaqə var.
Allah sizə yar olsun.
Sual (5) : Salamun əleykum.İnsanın əməl naməsi nə vaxt bağlanır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Toy salonunda işıqları söndürüb qaçan adamı ədalətlə cəzalandırmaq üçün işığın sönməsi nəticəsində baş verən bütün hadisələr nəzərə alınmalıdır. Bəli, qaranlıq səbəbindən qab-qacağın sınmasında, adamların pilləkəndən yıxılmasında, uşaqların qorxmasında, bir sözlə, tədbirin pozulmasında həmin şəxs təqsirkardır. Quran buyurur ki, həm əməllər, həm də onların nəticələri yazılır. Hədisdə deyilir ki, yaxşı bir işin bünövrəsini qoyan adama sonralar da bu işi görənlərin savabı verilir. Eləcə də, insanlar üçün pis bir yol düşünən adam o yolu gedən bütün adamların günahına şərikdir. Bir şəxs kiməsə siqaret çəkməyi öyrədirsə, ikinci şəxs üçüncüyə, üçüncü dördüncüyə bu pis vərdişi ötürürsə, birinci şəxs bütün sonrakıların günahına şərikdir. Hədisdə oxuyuruq ki, valideyn övladın, yaxşı işlərinə ibtidai sinif müəllimi şagirdin sonrakı dövrlərdə müvəffəqiyyətlərinə şərik olur.
Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum.«Liqaullah» nə vaxt gerçəkləşəcəkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Qurani-kərimdə qarşılaşdığımız kəlmələrdən biri də, «liqaullahdır». Liqaullah, ərəb dilindən tərcümədə «Allahla görüş» mənasını verir. Allah-təala cism olmadığımızdan onun adi gözlə görünməsi də, sözsüz ki, mümkün deyildir. Liqaullah dedikdə, qiyamət səhnəsində Allahın qüdrətinin müşahidəsi nəzərdə tutulur. Allahın mükafat, cəza, nemət və əzabı bu qüdrətin təzahürlərindəndir.

Bu sözün başqa bir mənası da zahir yox, iç gözü ilə Allahın varlığına şahid olmaqdır. İnsan elə bir kamillik mərtəbəsinə çata bilər ki, Allah-təalanı sanki qəlb gözü ilə görər və onun varlığına bir zərrə də olsun şəkki qalmaz. Əlbəttə ki, bu hala yalnız yüksək paklıq, təqva yolu ilə yetişmək olar. «Nəhcül-bəlağə»də oxuyuruq: «Dostlarından biri Həzrəti Əlidən (ə) soruşdu: «Allahını görmüsənmi?». Həzrət (ə) bu sualın cavabında buyurdu: «Görmədiyim Allaha necə ibadət edərdim?! Zahirdəki gözlər heç zaman onu görməz. Yalnız iman nuru vasitəsi ilə qəlblər onu dərk edər».

Liqaullah haləti, qiyamətdə hamıya müəssər olar. Çünki qiyamət səhnəsində Allah-təalanın qüdrəti, hətta kor qəlbləri dirildəcək qədər aşkarlanar.
Allah sizə yar olsun.
Sual (7) : Salamun əleykum.Zəhmət olmasa, ölüm və canın alınmasını izah edin.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Ölümün həqiqəti-ruhun bədənlə əlaqəsinin qırılmasıdır. Ruhun bədənlə əlaqəsini çox şeyə oxşatmışlar. Bəziləri bu əlaqəni gəmi və gəminin sükançısının əlaqəsi ilə müqayisə etmişlər ki, ölüm gəmini gəmiçinin ixtiyarından çıxarır. Deyirik, “mənim ayağım”, “mənim əlim”, “mənim gözlərim.” Amma əsl “mən” ayaq deyil, əl deyil, göz deyil, qulaq deyil. (Yəni, insan ayağını, əlini itirməklə “mən”i itməz-red.) “Getdim” deyəndə, düzdür ki, sən gedirsən, amma ayağınla gedirsən. “Sən” ayaqdan qeyri bir şeysən. Gördüm, eşitdim, dedim, hər biri vahid şəxsə qayıdır. Bu şəxs şərif ruhdur ki, həmin üzvlərlə zühur edir. Görən, eşidən ruhdur. Amma görəsən qulaq və gözdən eşidib görürmü? Deməli görən ruhdur. Göz, qulaq isə yalnız ruhun görüb, eşitməsi üçün çatlardır. Deməli, göz yalnız ruhun görmə alətidir, ruh isə görəndir. Ruh cismin, bədənin zülmətini işıqlandıran çıraq kimidir və göz, qulaq və digər hiss üzvlərinin məcrasından işıqlıq verir. Ölüm, yəni bu çırağın yerini dəyişmək. Məsələn, fərz edin bir neçə deşiyi olan daxmaya çıraq daxil edirik. Görəcəyik ki, həmin dəliklərdən işıq verir. Elə ki, çırağı daxmadan çıxartdıq, zülmətə bürünür. Ölüm, yəni bədəndən həmin çırağın (ruhun) çıxarılması. Ruhun çıxarılmasının necəliyi “Me”rac“ hədislərinə əsasalanır ki, xülasəsi belədir: Həzrət Əzrailin qarşısında bütün bəşəriyyətin adı qeyd olunmuş bir lövhə mövcuddur. Ömrü sona yetmiş, əcəli çatmış insanın adı bu lövhədən silinir və Əzrail dərhal onun ruhunu çıxarır. Mümkündür (eyni bir anda) minlərlə adamın adı silinsin və Əzrail də eyni bir anda onların ruhunu çıxarsın. Təəccüblü bir şey yoxdur, axı bir külək də minlərlə çırağı bir dəfəyə söndürə bilir. Hamı öz Rəbbinə tərəf qayıdır. Ruhları Əzrail ayırır, amma həqiqətdə Allah öldürür. Çünki bu iş Allah-Tərəfindəndir. Əlavə məlumat üçün Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeybin "Məad" kitabına müraciət edin.

Allah sizə yar olsun.

Sual (8) : Salamun əleykum.Göz yaşları ölüm mələyini geri qaytara bilərmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərimin müxtəlif ayələrinə əsasən, Allah-təala dünya işlərini mələklər vasitəsi ilə gerçəkləşdirir. Bu mələklərdən bir qrupu ruh alan mələklərdir. Onların aparıcısı «ölüm mələyi»dir.
Peyğəmbər (s) buyurur: «Xəstəliklər və dərdlər ölümün elçiləridir. Ömür başa çatdıqda, ölüm mələyi gəlir və deyir: «Ey Allah bəndəsi, sənə xəbər xəbər dalınca, elçi elçi dalınca göndərdim. Amma son xəbər mənəm!». Sonra deyər: «Allahın dəvətini qəbul et, istər həvəslə, istər həvəssiz!». Ölüm mələyi bəndənin ruhunu çıxaranda, ətrafdakılar şivən qoparıb, göz yaşları axıdarlar. Ölüm mələyi deyər: «Kimin üçün ağlıyırsınız? Kiminçün göz yaşı axıdırsınız? And olsun Allaha ki, onun vaxtı qurtarıb və bütün ruzisini alıb. Allah onu dəvət edib, o da qəbul edib». Yenə əlavə edər: «Ağlamaq istəyirsinizsə, özünüzə ağlayın! Son nəfərinizin ruhunu çıxaranadək, yanınıza gələcəyəm!».
Allah sizə yar olsun.
Sual (9) : Salamun əleykum.Ölümdən sonraya inanmaq, daim bu barədə düşünmək üçün nə etmək lazımdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ölüm inancı və onu xatırlayıb, ibrət götürmək üçün bir sıra təsirli işlər var. Bu qəbildən olan təsirli amilləri nəzərdən keçirək:

1. Xüsusi ilə xəlvətdə ölüm haqqında düşünmək; belə bir nöqtəni nəzərə almaq lazımdır ki ölüm bizi əməl evindən mükafat evinə aparan yeganə körpüdür. Bunu da unutmaq olmaz ki, insan bu fani, ötəri dünya üçün yaradılmamışdır. Əslində insan əbədi bir həyat üçün yaranmışdır və ölüm həmin axirət səfərinin başlanğıcıdır.

2. Qəbristanlığın ziyarəti, batan qəbirlərə tamaşa; düşünmək lazımdır ki, istər kasıb, istər varlı, dünən aramızda olanlar indi bu qəbristanlıqda yatmışlar və onlardan heç bir xəbər yoxdur. Onların cisimləri çürüyüb qarışqalara yem olmuşdur. Bununla belə, onlar bir nəfər tək aləmlərin Rəbbi qarşısında durmuşlar, öz yaxşı-pis əməllərinin mükafat və cəzasını gözləyirlər. Bu aqibət tez, ya gec bizim üçün də var.

3. İmanlı insanların dəfnində iştirak etmək; xatırlamalıyıq ki, bir gün biz də onlar kimi dostların çiynində bu yolu gedəcəyik. Bu düşüncələr bizi əbədi asayişimizlə nəticələnən yaxşı rəftar və əməllərə sövq etməlidir.

4. Ölüm və qiyamət haqqındakı Quran ayələrini oxuyub düşünmək; alimlərin bu ayələrə diqqəti və onu özlərinə tətbiq etməsi xüsusi təsirə malikdir. Uyğun mövzuda nəql olunmuş rəvayətlərin mütaliəsi də əhəmiyyətlidir. Bu mövzu ilə tanışlıq üçün “Mizanul-hikmət” kitabının mütaliəsi tövsiyə olunur. Bu kitabda ayə və rəvayətlər müxtəlif mövzularla bağlı quruplaşdırılmışdır.

5. Unutmamalıyıq ki, ölüm yoxluq, fəna deyil; ölüm daha geniş bir aləmə giriş qapısıdır. Ölüm bizi əməl və imtahan mənzilindən əbədi hesab və mükafat mənzilinə aparır. Dünyada nə əkmişiksə axirət aləmində də onu biçəsiyik. Dünya həyatını iman və saleh əməllə keçirən kəsin qəbri cənnət gülzarı kimidir. Ömrünü imansızlıq və çirkin işlərə sərf edən insanın qəbri isə, əlbəttə ki, od dolu quyu kimidir. Bəli, insanların qəbri zahirən oxşar olsa da, iç vəziyyət bambaşqadır; dünya həyatını iman və saleh əməllə başa vuran kəs indi də behiştdədir və ölüm onu əbədi səadətə çatdırır. Ölüm belələri üçün yalnız xoş bir müjdədir. Dünya həyatı behişt mehvərli insanı ölüm behiştə aparır, onun qəbri behişt olur. Amma bilərəkdən çirkin işlərə məşğul olanın yeri indi də cəhənnəmdir. Sadəcə, o, məst halda yanır, amma bunu hiss etmir. Ölüm mələyi gələn zaman onun huşu başına qayıdar və özü üçün cəhənnəm hazırladığını bəsirət gözü ilə görər.

6. Uyğun mövzuda yazılmış kitabların mütaliəsi; məsələn, Şəhid Dəstğeybin, Əllamə Hüseyni Tehraninin, Mürtəza Mütəhhərinin və Ayətullah Məkarim Şirazinin “Məad” kitablarını oxumağı tövsiyyə edirik.

Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum.Ölüləri cağirdiqda onlar bizi eşidirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərimdə "Fatir" surəsinin 22-ci ayəsində oxuyuruq: " Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara öz sözünü eşitdirə bilməzsən".

Yuxarıda qeyd edilən ayəyə əsasən iki sual qarşıya çıxır:

1- Allah-taala Peyğəmbərinə (s) " Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara öz sözünü eşitdirə bilməzsən" dediyi halda, məşhur bir hədisdə oxuyuruq: "Peyğəmbər (s) "Bədr" döyüşündən sonra kafirlərin cəsədlərinin bir çalaya tökməsini əmr etdi. Sonra onları səsləyərək buyurdu: "Siz Allahın və onun rəsulunun vədələrinin haqq oduğunu gördünüzmü? Mən ki, Allanın mənə vərdiyi vədəsinin haqq olduğunu gördüm". Bu zaman Ömər etiraz edərək dedi: "Ey Allahın rəsulu (s), bədənlərində ruhu olmayan cəsədlərləmi danışırsınız?" Allahın rəsulu (s) buyurdu: "Sz mənim sözlərimi onlardan yaxşı eşitmirsiniz. Yalnız onların cavab vermək gücü yoxdur". ("Nurul bəyan" təfsiri, Fatir, 22-ci ayənin şərhi; "Səhihi Buxari"də eyni hədis az bir fərqlə qeyd edilmişdir. ("Səhihi Buxari", c. 5, səh. 97, bab. "Qətle Əbu Cəhl")

2- Meyyitə səhih etiqadı təlqin etmək dini rəsmdir. Bu, məlum ayə ilə necə uyğun gəlir?

Məlum ayədə ölü şəxslərin təbii və adi halda insanların səsini eşitməməsindən söz açılır. Lakin "Bədr" hadisəsi və ya meyyitə təlqin etmək qeyr-adi şəraitə aiddir və Allah-taala qeyri-təbii halda öz peyğəmbərinin səsini ölülərin qulağına çatdıdır. Başqa ifadə ilə desək, Bərzəx aləmində olan insanların dünya ilə əlaqəsi kəsilir. Lakin müstəsna hallarda Allahın əmri ilə bu əlaqə yarana bilir. Buna görə də addi halda biz ölülər ilə əlaqə yarada bilmirik.

3- Əgər ölülər bizim səsimizi eşitmirlərsə, Peyğəmbər (s) və imamlara (ə) salam vermək və onlara təvəssül etmək, qəbirlərini ziyarət etmək və Allah dərgahında onlardan şəfaət istəməyin nə mənası var?

Bu sualın cavabı ikinci suala verdiyimiz cavabla aydınlaşır. Çünki, Peyğəmbər (s) və İlahi övliyalar digərləri ilə fərqlənir. Onlar şəhidlər kimi və hətta onlardan daha üstündürlər, Allahın izni ilə bu dünya ilə əlaqələrini qoruyub saxlayırlar. Necə ki, bu dünyada ölülər ilə- "Bədr" döyüşündə olduğu kimi- əlaqə yarada bilirdilər.

Bu səbəblərə görə, Əhli-sünnə və Şiə kitablarında qeyd edilən bir çox rəvayətlərdə oxuyuruq: Peyğəmbər (s) və imamlar (ə) onlara salam verən şəxslərin yaxında və uzaqda olmasına baxmayaraq, səslərini eşidir və onlara cavab verirlər. Hətta ümmətin əməllərini onlara təqdim edirlər.("Kəşfül-irtiyab", səh. 109) Habelə, bizə əmr olunub ki, namazın salamında Peyğəmbərə (s) salam verək. Şiə və sünnü olmasından aslı olmayaraq, bütün müsəlmanlar bu əqidəyə malikdirlər. Mümkündürmü biz Peyğəmbərə (s) müraciətlə salam verək, o isə heç vaxt bizim səsimizi eşitməsin?

"Səhihi Müslim"də müxtəlif rəvayətlərdə Peyğəmbərdən belə nəql olunub: "Ölülərinizə "La ilahı illə Allah"ı təlqin edin". (Səhihi-Müslim, c. 2, səh. 631, "Əl-Cənaiz", h. 1-2).


Allah sizə yar olsun.
Go to TOP