Sual (1) : Əgər bir kişi öz arvadını şəri hicab geyinməyə vadar etməsə, fasiq sayılırmı
Ad: Natiq, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər nəhy əz münkəri tərk etsə, fasiqdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Allahın adı ilə. Salamun aleykum. Zəhmət olmazsa Ayətullah əl-üzma Sistaninin nəzərinə əsasən cavablandırasınız: 9. Qardaşımın nişan mərasimi üçün məclis təşkil olunmalı idi. Valideynlərim bu məclisdə şərabın verilməyəcəyini bizə demişdilər. Biz də buna əsasən o məclisdə iştirak etdik. Qardaşım, mən, bizim bəzi dindar dostlarımız və bəzi hicablı xanımlar o məclisdə iştirak etdik. Məclis əsnasında gizlincə şərab içildiyinin fərqinə vardım. Bunu yəqinləşdirdikdən sonra atama şərabı yığışdırmasını dedim. Atam etinə etmədi. Qadın və kişinin bir yerdə iştirak etdiyi həmin məclisdə bəylə (hicablı) gəlinin dindar olmasına və həmçinin bizim də dindar olmağımıza hörmət etmədilər və əksinə bizi aldatdılar. Biz dindarları aldatdıqları üçün əsəbləşdim və xanımla birlikdə məclisi tərk etdim. Məclisi tərk edərkən atama və orada masanın altından gizlicə özlərinə şərab süzüb içən qohumlarıma əsəbləşib “sizə ayıb olsun” dedim və çıxdım. Sual: Onlara bu sözü deməyimə görə məsuliyyət daşıyırammı, yəni bəlkə də vəzifəm sadəcə məclisi tərk etməyim idi, lakin mən onlara “ayıb olsun” dedim və onları özümdən narazı saldım. Onlardan halallıq almağım vacibdirmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Siz nəhy əz münkər etmisiniz və öz dini vəzifənizi yerinə yetirmisiniz, baxmayaraq ki, bundan da yaxşı yerinə yetirmək olardı.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Yaxşılığa əmr və pislikdən çəkindirməyin şərtləri hansılardır?
Ad: Nazim, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Safi

Bismillahir-rəhmanır-rəhim
1. Əmr edən və çəkindirən, yaxşını və pisi tanımalıdırlar.
2. Onun əmr və çəkindirməsinin təsiri olacağını ehtimal versin.
3. Əmr və çəkindirməyin heç bir fəsadı (can mühüm mal və abır zərəri) olmasın.
4. Yaxşını tərk edən və pis işi yerinə yetirən şəxs, öz işini davam etməyə israrlı olsun.

http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (4) : Elm əldə etməkdə süstlük və tənbəllik etməyin, vaxtı hədər keçirməyin hökmü nədir? Bu iş haramdırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bekarçılıq və süstlüklə vaxt keçirməyin işkalı vardır və tələbə, tələbəçiliyə məxsus olan imtiyazlardan istifadə edincəyə qədər tələbəçiliyə məxsus olan dərs proqramlarına tabe olmalıdır. Əks halda aylıq təqaüd, xərclik və s. kimi məziyyətlərdən istifadə etmək onun üçün caiz olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (5) : Üsuliddinə yəqin əldə etməyin yolları hansıdır?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yəqin əksər hallarda əqli dəlil və sübutlarla əldə olunur. Mükəlləflərin dərketmə səviyyəsinin fərqli olması iləəlaqədar sübut və dəlillər də bir-birindən fərqlənir. Hər bir halda əgər şəxs üçün yəqin başqa bir yolla hasil olarsa, elə o da kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (6) : Bir nəfər dini elmlərin ibtidai mərhələsini başa vurduqdan sonra özünü ictihad mərhələsinə çatmaq üçün təhsilini davam etdirib təkmilləşdirməyə qadir görür, bu halda təhsilini təkmilləşdirmək o şəxsə vacibi-eynidirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şübhəsiz, din elmlərini öyrənmək və ictihad dərəcəsinə çatana qədər onu davam etdirmək öz-özlüyündə böyük bir fəzilət hesab olunur, lakin sadəcə ictihad dərəcəsinə çatmağa qüdrət onun vacibi-eyni olmasına səbəb olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (7) : İnsan özünün gündəlik qarşıya çıxdığı məsələlərini öyrənməyi tərk etməklə günahkar sayılırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
O məsələlərin öyrənilməməsi vacibin tərk olunmasına, yaxud harama düşməyə səbəb olarsa günahkardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (8) : Fərz edək ki, həqiqi və Muhəmmədi İslamın qorunması bir nəfər günahsız şəxsin qurban getməsindən asılıdır. Bizə belə işlər görməyə icazə verilirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nahaq yerə bir nəfərin qanını axıtmaq şəri cəhətdən haramdır və bu iş özü həqiqi və Muhəmmədi İslamla düz gəlmir. Buna görə də “həqiqi və Muhəmmədi İslamın qorunması bir nəfər günahsız adamın öldürülməsindən asılıdır” sözünün mənası yoxdur. Amma, bu sözü deməkdə mükəlləfin məqsədi Allah yolunda cihada qalxmaq, həqiqi və Muhəmmədi İslamı müdafiə etmək və bu vəziyyətdə ehtimal verilən ölüb-öldürməkdirsə, onda bu müxtəlif şəkillərdə olur. Məsələn, əgər mükəlləf öz mülahizələri ilə başa düşsə ki, İslam torpaqları təhlükə qarşısındadır, onda ona vacibdir ki, hətta ölüm təhlükəsi olsa da, müdafiəyə qalxsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) : Müsəlmanlara icazə verilirmi ki, İslam və ya küfr ölkələrində “Əhli-kitab” və ya başqa kafirlərin kişi, yaxud arvadlarını əsir götürsünlər?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu işə icazə verilmir, amma kafirlər İslam ölkələrinə hücum edərsə, hərbiçilərin əsir alınması İslam rəhbərinin əlindədir. Müsəlmanlara da başqa şəxslər kimi bu səlahiyyət verilmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) : İslam ölkələrində yaşayan “Əhli-kitab” üçün “Əhlüz-zimmə” [5257] hökmü icra olunarmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onlar, təhlükəsizliyin xilafına bir iş görməyənə və yaşadıqları İslam dövlətinin qayda-qanunlarına tabe olana qədər, həmpeyman hökmündədirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP