Sual (1) : Sahibi də məlum olmayan və haram yoldan əldə edilmiş pulun xumsu tez bir şəkildə ödənməlidirmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
O pulun hamısını dindar qeyri-seyyid fəqirlərə sədəqə versin, xümsu yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Bir şəxs zəkat verməsə, oğlu zəkat hissəsini ayırıb atası başa düşmədən xəlvətcə müstəhəqlərə verə bilərmi?
Ad: Tahir, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şəri hakimin icazəsi ilə bu işi edə bilər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Haram pulu fəqirlərə vermək olarmı?
Ad: Hafiz, Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim
İşkalı vardır, haram maldan istifadə etmək haramdır.
http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (4) : Əgər məhkum bihuş olsa, ona hökm icra olunurmu?
Ad: Seyid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, bihuş olan halda hökm icra olunur. məgər ki, hökmə səbəb olan əməl huşsuz halda olmuş olsa, bu halda dəlilik hökmü vardır və hədd icra olunmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (5) : Hansı yerlərdə qisas sabitdir, hansı yerlərdə qisası təxirə salmaq ya hökmü götürmək olar?
Ad: Agagul, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qisas hökmü öldürülənin vəlilərinin istəyi ilə icra olunur, və cinayət törədənin halı əsasdır. Bunun üçün qətl zamanı aqil olub və sonra dəli olubsa, qisas götürülmür. həmçinin əgər bir şəxs məstlik halında bir şəxsi öldürüb və şərab içməyin kiminsə ölümünə səbəb olduğunu bilirdisə, qisas sabitdir. bəlkə əgər bilmirdisə və məstlik halında təsadüfən kimi isə öldürsə, məşhur fəqirlərin nəzərinə əsasən qisas sabitdir. hərçənd bu halda ehtiyat odur ki, sülh edib diyə ilə razılaşsınlar.
Amma hamilə qadın uşağı dünyaya gətirməzdən əvvəl qisas olunmur. həmçinin əgər əzanın qisası və yaralar cinayətkarın ölümünə səbəb olarsa, yaxud yaraların çoxalması və ya üzvün aradan getməsinə səbəb olarsa, bu halda qisas götürülür və diyə fərqli üstünlük müəyyən olunur. Bu halların təfsilatı – təfsiluş şəriyyə fi şərhi təhrilul vəsilə-kitabının qisas bölməsində bəyan olunmuşdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (6) : Əqli çatışmamazlıq ehtimalı verilən bir şəxs öz bacısını və onun iyirmi səkkiz aylıq uşağını bıçaqla öldürmüş, benzin səpib onlara atəş vurmuş və cinayət yerindən qaçmışdır. on beş gündən sonra qeyd olunan xanım vəfat etmiş, amma uşaq diri qalmışdır. qatilin də şəxsi malı yoxdur. lütfən şəri hökmü bəyan edin.
Ad: Sefulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumi halda qisas o surətdə sabit olur ki, cinayətkar cinayət törətdiyi zaman aqil olmuşdur. aqil olduğu sabit olmadıqda qisas caiz deyil. həmçinin diyə o surətdə ölümə şərait yaradana sabit olur ki, cinayətkarın dəliliyi sabit olsun. verilən Sualda cinayətkarın aqil olması sabit olmadığından qisas caiz deyil. Çünki, dəliliyi də sabit olmadığından diyə də sabit deyil. lakin bir müsəlmanın qanı zay olmamaq üçün gərək diyəsini cinayətkarın malından ödəsinlər. verilən Sualda cinayətkarın heç bir malı olmadığı qeyd olunduğundan onun diyəsini beytul-maldan gərək ödəsinlər. eyni halda qeyd olunan işin təyin və aydınlaşması məhkəməyə və qazinin nəzərinə aiddir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (7) : Əgər bir ana uşağının ölümünə səbəb olan bir xəta etsə, (məsələn: yuxuda ikən uşağın tənəffüs orqanını bağlayıb və uşaq ölmüşdür.) diyə vacibdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər uşağın ölümü anaya aid olsa, diyə sabit və ölümə şərait yaradan ananın öhdəsindədir. amma əgər ona aid olmasa, yoxdur və bir kəs zamin deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (8) : Ana bətnində rüşeymi öldürmək üçün kəffarə verilməlidirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər ruh daxil olandan sonra öldürülsə, ehtiyata əsasən gərək qatil onun kəffarəsini versin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) : Əgər bir neçə nəfər birlikdə bir nəfəri öldürmüşdürlər; gərək hər biri ayrıca kəffarə versin?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, hər biri gərək ayrıca və kamil surətdə kəffarə versin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) : Lütfən qətlin qismlərinin diyə və qisasını bəyan edin.
Ad: davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bilərəkdən öldürmədə əgər qatil baliğ və aqil olsa, öldürülənin vəlisi qisas almaq haqqı vardır. amma diyə almaqla qatillə razılaşa, yaxud onu tamami ilə bağışlaya bilər. bilərəkdən törədilən qətlə oxşarda isə öldürülənin vəlisinin qisas alma haqqı yoxdur. Əgər qətl qatilin iqrarı ilə sabit olsa, diyə qatilin öhdəsindədir. Əgər iki adil şahid şahidliliyə sabit olsa, diyə ona şərait yaradan və qatilin qohumlarının öhdəsindədir. hər bir surətdə öldürülənin vəlisi əhv edə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP