Sual (1) : Təqaüd (pensiya) puluna xüms düşürmü?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təqaüdə çıxandan sonra dövlətdən aldığı pul, həmin ilin qazancı sayılır. Əgər o ilin xərclərindən artıq olsa, ona xüms düşür.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Salamun aleykum.Menim Ayliq gelirim 160 manatdi. Boynuma dusen Xumsun miqdarini bilmek isterdim Tesekkurler
Ad: faridfateh, Ölkə: Gence, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Asan üsul budur ki, siz özünüz üçün xüms ili təyin edin və il başa çatan gün əgər gəlirinizdən artıq qalıbsa, onun beşdə birini xums olaraq verin.
Qeyd edək ki, əlinizə gələn ilk gəlir günü yaxud işə başladığınız ilk gün sizin xüms ilinizin başlanğıcıdır.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Salamun aleykum...Bizim bir cəmiyyətimiz var..Hər ay bu cəmiyyətə pul ödəyirik. Demək olar ki, heç birimiz xüms verən deyilik..Pullar da ki, üst-üstə yığılır və artaraq il ötür..Həmin bu pullara xüms düşürmü?
Ad: Abdulla, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Fonda ödənilmiş pulların xümsünü vermək fond üçün lazım deyil - istər siz ora xumslu pul ödəmiş olun, istərsə də xumsu olmayan. Lakin sizin özünüz cəmiyyətin fonduna xumslu pul ödəmisinizsə, ödədiyiniz pulun xumsunu vermək sizə vacibdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Salam. Bir nəfər həyət evi var. Öz həyətindən müalicəvi əhəmiyyətli su çıxır. Bu su həmin insana gəlir gətirir. Sualım budur ki, bunun xümsü varmı? Əgər varsa, hansı formada olmalıdır? Təşəkkür edirəm...
Ad: Malik Tetirov, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bəli, xumsu vardır və ondan əldə etdiyi gəlirin beşdə birini xums olaraq ödəməlidir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Salam aleykum, daha onceki sualima cavab olarag demishdiz ki Ayetullah Xamenei aga icaze verir evi temir elemek ucun xums gununu biraz uzadmag. 1. Sualim bundan ibaretdir ki bu uzanilan gunler texmini 20 gune yaxin olur. Bu gedere aga icaze verir? Ve versede nece gune icaze verir? 2. Bu sualimsa aiddir men evi temir edenden sonra ora paltar yuyan mashini, soyuducu, kondisioner almaliyam. Eger men onlari alsam ve xums gunum catsa. Onlari isledmediyim ucun xums vermeliyem? Ya onlar ucunde Xamenei aga bir nece gun temirle bagli xumsu gecikdirmeye icaze verir? 3. Eger hemin ev texnikani evin remontu biten kimi alsam, bir halda ki xums gununden 2 hefteye yaxin gun artig kecmisdir bu halda onlari almamisdan xums odemeliyem ya yox? Evvelceden tesekkurler.
Ad: Rovshan, Ölkə: Azerbaijan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Eybi yoxdur. Təqribən 1-2 ay müddətində qeyd etdiyiniz iş üçün icazə vermişdir. Amma bundan artıq gecikdirmək olmaz.
2 və 3. Bunları xumslu pulla ala bilməzsiniz. Amma ilin arasındakı pul ilə alsanız və bu sizin yaşayışınızın təmini üçün lazımdırsa, onları təsadüfən (işlətmək üçün fürsət olmayıbsa) işlətməsəniz də xumsu yoxdur.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Salam, Eger men evi temir ediremse, xumsu bir nece gun gecikdire bilerem?
Ad: Rovshan, Ölkə: Azerbaijan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Həzrət Ayətullah əl-üzma Xamenei evin təmirinə xərclənən malı məunədən (yaşayış xərclərindən) hesab edir və bunun xümsünü ödəməyi xüms günündən bir neçə gün gecikdirməyə icazə verir. Lakin, fasilə çox olmamalıdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Bismillah. Salamun aleykum. 1. Hərbi-xidmətdə olarkən 1 ildən çox özümə məxsus olan paltar, kitab, kompüter və s. istifadə etməmişəm. Həmin ildə heç kimə təqlidim olmayıb (namaz qılan da olmamışam, cahil müsəlman olmuşam). Sonra namaza başladım və bir fəqihə təqlid etdim. O fəqih, xüms məsələsində bir ili şərt bilmir. Yəni paltar, kitab və s. ehtiyac gözlənilirsə xüms vacib olmaz. Bu fəqihin vəfatından sonra təqldimi Ayətullah Sistaniyə dəyişdim. Ayətullah Sistani isə xüms məsələsində bir il məsələsini şərt bilir. İndi mən qəza xümsümü hesablasam kimin rəyinə əsasən hesablayım?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində siz hal-hazırda təqlid etdiyiniz müctəhid Ayətullah Sistaninin fətvalarına uyğun olaraq öz xümsünüzü hesablamalısınız.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Mən öz şəxsi avtobilimlə sərnişin daşımaqla məşğul oluram və bu yolla yaşayış xərclərimi təmin edirəm. qeyd olunan avtomobilə sərf etdiyim xərclər avtomobilin özü kimi xumsa aiddir yoxsa təminat hissəsi olaraq xumsu yoxdur?
Ad: Uruf, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan xərclər benzin, yağ ehtiyat hissələri kimi avtomobilin qalması və istifadəsi üçündürsə xumsu yoxdur. amma əgər avtomobilin qiymətinin bahalaşdırılması üçün xərc çəkilsə sərmayənin bir hissəsi sayılır və avtomobilin özü kimi onlara da xums aiddir. gərək avtomobilin qiymətinin artırılması üçün xərclənən miqdarın xumsu ödənilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) : Mən xums ilim başa çatmamışdan əvvəl öz əkin sahələrimdən istifadə etmək məqsədi ilə bir traktor almışam, onun xumsunu ödəməliyəmmi? Əgər onunla başqaları üçün iş görüb pul alsam necə?
Ad: Ilkin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər traktor illik qazancdan alınıbsa, istər təkcə öz əkin sahələriniz üçün olsun, istərsə də başqaları üçün onun xumsunu ödəyin .
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) : İnsanin illik qazancından aldığı iş və qazanc üçün istifadə edilən ləvazımatlarına xums düşürmü ?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli , gərək onun xumsu ödənilsin .
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP