Sual (1) : Qadını, ərindən başqasının mənisi ilə mayalandırmaq olarmı? əgər bu iş baş versə, övladın hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Qadını, ərindən başqasının spermsı ilə mayalandırmaq icazəli deyildir, istər ərli olsun istər ərsiz, İstər ər və arvad buna razı olsunlar, istər razı olmasınlar, istər bu iş ərinin vasitəsi ilə baş versin, istərsə də başqasının vasitəsi ilə.
Əgər bir qadın, öz ərindən başqasının sperması ilə mayalandırılsa və hamilə olub övlad dünyaya gətirsə, bu hadisə səhv üzündən baş vermiş olduğu halda, yəni onu ərinin sperması ilə mayalandırmaq istədikləri halda başqasının sperması ilə səhv düşübsə, belə olan surətdə şübhəsiz övlad spermanın sahibinə mülhəq (aid) olur. Bu məsəlinin hökmü vəty be şübhə (şübhəli yaxınlıq) kimidir. Lakin əgər belə bir mayalandırma agahlıq üzündən və qəsdən olarsa, yenə də övladın sperma sahibinə mülhəq olması uzaq deyildir və bütün nəsəb hökmləri, hətta irs belə onların arasında sabitdir. Çünki irsdən istisna olunan hallar zinadan əmələ gələn övladdır. Nütfənin bağlansamına səbəb olan bir işin haram olmasına baxmayaraq, bu məsələ zina hökmündə deyildir.
Həmçinin bu övlad hər iki surətdə anasına mülhəq edilir və onunla sair övladları arasında heç bir fərqi yoxdur.

Əgər qadın öz ərinin nütfəsini müsahiqə və sair yollarla başqa bir qadının bətninə daxil edərsə və o qadın hamilə olub övlad dünyaya gətirərsə övlad nütfənin sahibinə və onu dünyaya gətirən qadına aiddir, baxmayaraq ki, bu əməl haramdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (2) : Allahın salam və rəhməti möminlərin üzərinə olsun. Xüsusilə də Ayətullah əl-üzma Sübhani həzrətlərinə. hazırda cəmiyyət və ailələrdə qarşıya çıxan bəzi problemləri nəzərə alaraq bu sualı sizdən soruşmaq istəyirəm: Ailəni qorunması məqsədilə ata öz övladının, ər öz həyat yoldaşının telefonunu, kamputerini yoxlaya, için axtara bilərmi? Çox sağ olun, cavaba görə əvvəlcədən minnətdarlığımı bildirirəm.
Ad: Bir qrup mömin, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sübhani
Bismillahir-rəhmanır-rəhim
Vəli, vilayəti olduğu şəxslərin telefon, komputer kimi şəxsi vəsaitlərinə nəzarət edə bilər. Bundan qeyri hallarda axtarış icazəli deyil. Əlbəttə, əgər axtarış etməmək daha böyük fəsadların yaranmasına səbəb ola bilərsə, bu surətdə də axtarış etməsi lazımdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Bismillah. Salam. 1. Rəcəb ayının hansı günlər etikaf tutlan günlərdir? Ümumiyyətlə istənilən günləri etikaf günü qərar vermək olarmı? 2. Məsciddə etikafa çəkilmək mümkün olmazsa, xüsusi hücrədə (evin xüsusi ibadət otağı kimi) və ya mədrəsədə etikaf saxlamaq olarmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
1. İl boyu hər zaman Allaha ibadət məqsədilə ən azı üç gün məsciddə qalıb, oruc tutmağa qadir olan hər bir müsəlman, mötəkif ola bilər (yəni etikafı yerinə yetirə bilər).
Etikaf üçün ən üstün zaman mübarək Ramazan ayı, xüsusilə də onun son 10 günüdür. Bundan sonra fəzilətli aylardan sayılan Rəcəb ayının 13, 14 və 15-ci günləridir.
Beləliklə, etikafın 4 əsas şərti vardır:
1. Allaha ibadət (qürbətən iləllah) niyyətilə olsun.
2. Onun müddəti üç gündən az olmasın.
3. Məsciddə yerinə yetirilsin.
4. Etikafı məsciddə davam etdirsin və ordan xaric olmasın (zəruri hallar istisnadır).

2. Yuxarıdakı şərtlərdən də aydın oldu ki, etikaf yalnız məsciddə düzgündür və məsciddən digər yerlərdə düzgün sayılmır. Məscidlər arasında da aşağıdakı məscidlərdə etikafı yerinə yetirmək olar:
- Məcsidul-həram
- Məscidun-nəbi (s)
- Kufə Came məscidi
- Bəsrə məscidi.
Digər məscidlərdə rəca (ümid və savab) niyyəti ilə mötəkif olmaq olar. Bu şərtlə ki, came məscid olsun.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (4) : Salam. Sunnu imama iqtida ne derecede duzgundur? Eger men destemazi duz almiramsa menim namazim da batildir. O gardaslarin destemazi bizimkinden ferqlidir. Yeni, sunnu imamin arxasinda durmaq olarsa da igtida etmek mentiqe uygun gelmir.
Ad: keblei, Ölkə: rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə vəhdəti (birliyi) qorumaq üçün onlarla birlikdə namaz qılmaq doğru və icazəlidir. Lakin namaz əsnasında əlləri bir-birinin üzərinə qoymağa icazə yoxdur, amma əgər zərurət tələb edərsə maneəsi yoxdur. Əgər təqiyyəyə (özünün və müsəlmanların canı təhlükədə olarsa, həqiqəti gizlətməyə) zidd olmazsa, gərək üzərinə səcdə etməyin doğru olduğu yerlərə səcdə etsin.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : 1.Salamun aleykum.Əgər şərab verilən məclisdə məclisin axırında stolun üstü yığışılarsa, yəni şərab ordan götürülərsə o məclisə girib orda iştirak etmək olarmı? 2.Birde əgər qardaşımın toyunda şərab və günah məclisidirsə orda şərab olmayan stolun arxasında oturmaq şərtilə 1 saatlığına iştirak etmək olarmı.Və yaxud yemək yeyib durmaq şərtilə o məclisə girmək olarmı.
Ad: Xəzər, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Əgər şərab məclisi sayılarsa, ehtiyat vacibə görə orda iştirak icazəli deyil, baxmayaraq ki, hal-hazırda orda şərab olmasın.
2. Əgər o toyda iştirak etmək sizin üçün zəruri bir hala çevrilsə, zərurətin aradan qalxması miqdarında icazəlidir. Lakin belə halda da mümkün həddə şərab stolunun arxasında oturmayın, musiqiyə ixtiyari halda qulaq asmayın, zikrlə məşğul olun, əmr be məruf və nəhy əz münkər üçün şərait yarandıqda bu ilahi vəzifəni yerinə yetirin və zəruri miqdardan artıq məclisdə qalmayın.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (6) : Bəzi kənd yerlərində belə adət var ki, yerli əhali dağı, səhranı və otlaqlar öz aralarında bölüşdürürlər. Orada əkin əkir və otlarından istifadə edirlər. Bunları nəzərə almaqla aşağıdakı iki suala cavab verin: 1. Bir şəxs digərinə aid olan sahənin otlarını biçərsə, oranın sahibi bu otları özünə götürə bilərmi? 2. Hər kəs özünə məxsus sahənin otunu satıb pulunu özünə götürə bilərmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Birinci surətdə otlaq sahibinin ondan icazəsiz biçilən otları aparmağa haqqı var.
2. İkinci surətdə otları biçmək üçün alınan icazənin müqabilində pul almağın eybi yoxdur.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Tibbi məqsədlər üçün böyrək alıb-satmağın hökmü nədir?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Tibbi məqsədlər üçün böyrək alıb-satmaq icazəlidir, lakin daha yaxşısı budur ki, pulu onun (böyrəyin) özünün qarşılığında yox, şəxsin böyrəyi götürmək üçün verdiyi icazənin müqabilində alsınlar.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Salamun aleykum.Biz bir şirkətdə işləyirdik.Həmin şirkət bizim haqqimizi yeyirdi və onlardan haqqimizi tələb edəndə işdən çixarimaqla hədələyirdi.İşlədiyimiz şirkət bizi başqa bir şirkətlə bağladiği müqaviləyə əsasən bizi maşinla bərabər o şirkətdə işlədirdi və həmin şirkət yəni bizim əmək haqqimizi,maşinlarin bütün xərclərini(yanacaq,maşinlarin təmiri və maşinlarin icarə haqqlarini bizim şirkətə ödəyirdi.Bizə yanacaği bizim öz şirkətimiz verirdi.Bizdə bizim şirkətin bizə verdiyi yanacaöin bir hissəsini götürürdük yeyilən haqqimiza görə.Götürdüyümüz yanacağin qiyməti bizim yeyilən haqqimizdan bir neçə dəfələrlə az idi.Bizim sualimiz bundan ibarətdir ki,biz günaha batmişiq ya yox.Əgər günüh iş görmüşüksə nə edək günühdan təmizlənək.Xahiş edirik incə məqamlara diqqətlə fikir verəsiz.Əssəlamun aleykum və rəhmətullahi və bərəkətu.
Ad: Əbdülhüseyn, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Borc sahibindən təqas (ödəşmə, borclunun malından onun icazəsi olmadan götürmək) bir halda icazəli olar ki, borclu öz borcunu inkar və ya borcunu ödəməyə səhlənkarlıq etsin və haqqını geri almaq üçün təqasdan başqa yol qalmasın; bundan başqa hallarda, onun malından icazəsiz götürmək və istifadə etməyə icazə yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : 1. Qızın elçilərinə cavab vermək üçün istixarə etməyin bir eybi varmı? 2. İstixarə etdikdən sonra ona əməl etmək vacibdirmi?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Əgər lazımi araşdırma və məşvərətdən sonra problem həll olmasa, istixarədən istifadə etmək olar.
2. İstixarəyə əməl etmək vacib deyil, lakin imkan daxilində əksinə əməl olunmasın. Amma (bu işi görmək istəsə) onu müəyyən bir müddət təxirə salsın, sonra ona əməl etsin.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : Salamun əleykum...1) Bildiyiniz kimi Ölkəmizdə qadınların əksəriyyəti hicabsızdır və belələri gözəllik salonlarında özlərini bəzəyir və saçlarına rəng vururlar.Gözəllik salonunda işləyən dindar xanım, müştərisi olan hicabsız qadının üzünü bəzəyə və yaxud saçına rəng vura bilərmi? 2) Qadınlara əqiq yaxud firuzə üzük taxmaq zinət hesab olunurmu? 3) Qadının öz həyat yoldaşının, yaxud öz qardaşının pencəyini geyib həyətdə palaz çırpması caizdirmi?
Ad: Abdulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Sualın fərzində əgər bilsələr ki, onlar özlərini naməhrəmə göstərmək üçün bəzətdirirlər, onda icazəli deyil, amma bilməsələr, yaxud ərləri üçün bəzənmək istəsələr, eybi yoxdur (onları bəzəmək olar).
2. Bu məsələdə meyar ürfdür (camaatın baxışı). Yəni əgər camaat arasında zinət əşyası sayılsa (qızıl kimi), onu naməhrəmdən örtmək lazımdır, amma zinət hesab edilməsə, örtmək lazım deyil. Qeyd edək ki, əqiq adətən camaat arasında zinət hesab edilmir.
3. Əgər qadının kişiyə məxsus geyimi geyinməsi onun özünü kişiyə oxşatmaq məqsədilə olmasa, qısa zaman üçün geyinməyin iradı yoxdur. Məslən, sualda qeyd etdiyiniz kimi işləri yerinə yetirmək üçün icazəlidir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP