Sual (1) : Səfərdə gərək başlanğıc (yəni vətən) və məqsəd arasındakı məsafə 22, 5 km olsun. Sual budur ki, bu məsafə boş bir düzənlik olsun, ya əgər bu məsafəni başqa bir şəhər doldurursa, yəni başlanğıc və məqsəd arasında bir şəhər yaransa kifayət edirmi? (Tehran və Baqirabad kimi ki, Rey şəhəri onların arasında yerləşib və şəri məsafəni doldurub.)
Ad: Ilkin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Meyar iki yer arasında olan fasilədir. Bu fasilənin çöl, ya səhra olmasının heç bir fərqi yoxdur. Hətta orada şəhər, ya kənd də yerləşmiş olsa da.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (2) : Bir şəxs araşdırma aparandan sonra iş yeri ilə vətəni arasında olan məsafənin 4 fərsəxdən az olmasını yəqinləşdirir. Buna əsasən öz namazını tamam qılmış və orucunu da tutmuşdur. Bir neçə müddətdən sonra öz səhvini başa düşmüşdür ki, şəri məsafə 4 fərsəxdən çoxdur. Tamam qıldığı namazların və tutduğu orucların qarşısında vəzifəsi nədir?
Ad: Qafur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu şəxs səfərdə tamam qıldığı namazları qəsr qəza etsin və səfərdə tutduğu orucların da qəzasını tutsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (3) : Atası əhli-sünnətdən olan bir şəxsin böyük oğlu şiədir. Atanın qəza namazı bu oğula vacibdirmi?
Ad: Mehemmed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, şiə və sünni arasında bir fərq yoxdur. Buna əsasən əgər ata öz namazını müəyyən üzr səbəbindən yerinə yetirməyibsə, böyük oğluna vacibdir ki, onun vəfatından sonra yerinə yetirsin, ya onun üçün əcir tutsun, hətta bilərəkdən belə qılmamış olsa da vacib ehtiyata əsasən böyük oğul onun qəza namazlarını yerinə yetirməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (4) : Atam isticarə namazı və orucu götürmüş, onları qılıb qurtarmamış dünyasını dəyişmişdir. Mən onun böyük oğluyam, həmin namazlar mənə də vacibdirmi?
Ad: Nadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Atanızın öhdəsində olan isticarə namaz və orucları sizə vacib deyil, amma borc olduğu üçün gərək onun qoyub getdiyi malından verəsiniz. Əgər onlar atanızın şəxsən özünün bu işi yerinə yetirməsini şərt etməyiblərsə, başqa bir şəxsi onları yerinə yetirmək üçün əcir tutun. Əgər yalnız atanızın bu işi yerinə yetirməsini qeyd ediblərsə, icarə pozulmuşdur, gərək onların pulunu meyyitin vərəsəsinə, ya vəsisinə qaytarasınız. Əgər məlum olmasa, ya tanınmasa ehtiyat budur ki, həmin pulu sədəqə kimi fəqirə verəsiniz və o da həmin namazları qılıb, orucları da tutsun. Bu halda siz də namaz və orucların boynunuzda məsuliyyəti qalmasın deyə, yerinə yetirsəniz, meyyitin öhdəsindən götürülür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (5) : Mən ailənin kiçik oğluyam və atam vəsiyyət edib ki, onun qəza namazlarını mən yerinə yetirim. Xahiş edirəm ki, mənim vəzifəmi bəyan edəsiniz.
Ad: Mehemmed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər namazları qılmaq üçün malının üçdə birindən sizə muzd verməyi vəsiyyət edibsə, gərək vəsiyyətə uyğun muzdu götürüb onun namazlarını qılasınız. Əgər imkan yoxdursa bu işi yerinə yetirmək üçün başqasını əcir tutun. Və əgər bu vəsiyyəti boynundan götürmək məqsədi ilə edibsə, bu cür vəsiyyət faydasızdır və sizə vacib deyil. Təkcə böyük oğluna vacibdir ki, onun namazlarını qəza etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (6) : Böyük oğul hələ həddi-büluğ olmamışdır, amma namaz və sair ibadətləri düzgün və şəraiti ilə yerinə yetirir, orucu da səhih qaydada tutur. Həddi-büluğ olandan sonra qılınması vacib olan atasının qəza namazlarını indi qıla bilərmi? Orucları necə?
Ad: Ilkin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə yaxşı ilə pisi başa düşən uşağın ibadətləri şərən düzgündür. Buna görə də əgər düzgün yerinə yetirərsə kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (7) : Heç bir məsuliyyət daşımadığı təqdirdə, bir nəfər namaz və oruclarını qəza etsə boynundan götürülsün deyə şərən onun öhdəsindən götürülürmü?
Ad: Nadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, caiz və səhihdir, öhdəsindən də götürülür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (8) : Əkiz oğlan uşağı birlikdə dünyaya gəldikə hansı atasının vəlisi hesab olunur və atasının qəza namazlarını hansı qılmalıdır?
Ad: Zahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əkiz oğlan uşağı birlikdə dünyaya gəldikə hansı atasının vəlisi hesab olunur və atasının qəza namazlarını hansı qılmalıdır?
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) : Əkiz oğlan uşağı birlikdə dünyaya gəldikə hansı atasının vəlisi hesab olunur və atasının qəza namazlarını hansı qılmalıdır?
Ad: Nadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən dünyaya birinci gələn vəlidir və atanın qəza namazları da ona vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) : Əgər böyük oğul hər hansı bir səbəbə görə atanın qəza namaz və oruclarını yerinə yetirməsə, başqa oğluna vacibdirmi?
Ad: Aydin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr, vacib deyil. Əlbəttə yerinə yetirsə savab iş görmüş olar və böyük qardaşın da öhdəsindən götürülər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP