Sual (1) : Salam. Balıqçı toru suya atır balıq tutmaq üçün. bunun toruna balıq düşür amma bu toru çəkib çıxarınca balıq suda ölür. indi balıqçının qırnağında amma suyun içində ölmüş balığı yemək halaldır ya yox?
Ad: Bir qrup mömin, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Balıqçının torunda ölən balıq halaldır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (2) : Şəhərlərin (şəhər bələdiyyə idarələrinin) kommunal xidmətlərində çalışan fərdlər elektrik lampası və bu kimi əşyalar tapırlar. onları az bir xərclə istifadəyə yararlı vəziyyətə salmaq mümkündür. Ümumiyyətlə tapılan bütün əşyalar, məsələn, alüminium, dəmir parçaları, köhnə ayaqqabı və s. qarşısında vəzifə nədir?
Ad: Elmeddin, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu əşyaların sahibləri onları tullamışlarsa, eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Əgər bir şəxs bir nəfərə borcludur. amma nə qədər çalışırsa, onu tapa bilmir. onun tərəfindən sədəqə vermək, ya sədəqə qutusuna atmaq və ya fəqir tanıyan məscid xadiminə verə milərmi?
Ad: Rahil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər borclu olduğu şəxsi tapmaqda məyus olsa, onu sahibinin niyyətiylə fəqirə sədəqə versin. lazım ehtiyata əsasən camiuş-şərait müctəhiddən icazə alsın. buna əsasən sonrakı Suallar üçün yer qalmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (4) : Əsl sahibi məlum olmayan torpaqlardan istifadə etmək caizdir
Ad: Eldayaq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu yerlərin əmri şəriət hakiminin icazəsiylədir. buna əsasən İran İslam respublikasında olan əlaqədar mərkəzlərə müraciət edib onların proqramlarına əməl edin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (5) : Bir şəxs bir nəfərdən bir malı oğurlayıb aradan aparmışdır və mal sahibi də vəfat edib, övladları qalmışdırsa, vəzifə necədir?
Ad: wusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Gərək hər yolla olsa onun pulunu hazırki qiymətlə onun vərəsələrinə versin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (6) : Mənim əlimə oğurluq bir şey çatmışdır. onu oğurlayan şəxsə qaytarmaya bilərəm. mənim vəzifəmi bəyan edin.
Ad: Qafur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən onu oğurlayan şəxsə təhvil vermək caiz deyil. Əgər onun sahibini tanıyırsınızsa, gərək sahibinə təhvil verəsiniz. Əks halda ehtiyata əsasən şəriət hakiminin, yaxud onun nümayəndəsinin icazəsiylə seyyid olmayan fəqirə sədəqə verin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (7) : Mən bir elmi fəalyyətlər qrupunun rəhbəri idim. bir müddət əvvəl qrup tətil olub və onların vəsilələri mənim əlimdə qalmışdır. indi o vəsilələrə nisbətdə vəzifəm nədir?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər o şəxsləri tanıyırsınızsa, gərək onlarla aydınlaşdırasınız. onları tanımaq üçün bir yol olmayan surətdə hazırki qiymətə satıb, onların həqiqi sahibinin niyyətinə sədəqə verin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (8) : Kiçik uşaqları olan bir kişi dünyasını dəyişmişdir. vəfat edənin həyat yoldaşı uşağa aid olan maldan istifadə edə bilərmi? bu yerlərdə cüzi və adi qaydada istifadə etmək necədir?
Ad: Kamran, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İstifadə etmək gərək mütləq şəkildə uşağın şəri vəlisi və qəyyumunun icazəsiylə olsun. bunlar olmaysn surətdə gərək qəyyum təyin etmək üçün şəriət hakiminə müraciət etsinlər. lakin kəfən və sair lazımı cüzi xərclərin maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) : Bir evdə yaşayırdım və ev sahibinin icazəsiylə o evin vəsilələrindən istifadə edirdim. ev sahibi vəfat etdi. onun vərəsələri iki qardaş və üç bacılardır. vərəsələrin icazəsi olmadan o vasitələrdən istifadə edə bilərəmmi?
Ad: Jale, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ölümündən sonra bütün mallar onun vərəsələrinə çatır və onların yəni qardaş və bacılarınının icazəsi olmadan heç bir şeydən istifadə edə bilməzsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) : Bir nəfər kərpic zavodlarının birinin qonşuluğunda özü üçün torpaq sahəsi alır və məqsədində də var ki, o yerlərin torpağını satmaqla pul qazansın. Bu, “sahibsiz mallar”-dan hesab olunurmu? Tutaq ki, o yerlər “sahibsiz mallar” hesab olunmur, bu halda dövlətin o torpaqlar üçün vergi tələb etmək haqqı varmı? Onu da nəzərinizə çatdırım ki, yerli hökumət orqanları oradan 10 % gəlir vergisi alır.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bu, İranın İslam Şura Məclisinin (parlamentin) qəbul etdiyi qanuna istinad edilirsə və bu da qanun məhkəməsi (konstitusiya məhkəməsi) məhkəməsi tərəfindən təsdiq olunubsa, onda bu iş düzgün hesab olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP