Sual (1) : Bir qədər torpaq sahəsi bir şəxsin nəsilbənəsil vərəsələrinə irs keçmiş, sonra bir nəfər onlardan qəsb edib özü ona sahib olmuşdur. İslam inqilabının qələbəsindən və hökumət qurulduqdan sonra isə həmin torpaq sahəsini qəsb edən şəxsdən almışdır. Bu halda həmin mülk şərən vərəsələrə qayıdırmı, yoxsa onu dövlətdən (pulla) almaqda vərəsələr başqalarına nisbətən myəyyən gyzəşt haqqına malikdirlər?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sadəcə əvvəllər irs yolu ilə orada təsərrüf etmək nə mülkiyyətə, nə də onu (pulla) almaqda myəyyən gyzəşt haqqına səbəb olmaz. Lakin bunun əksi sübuta yetməyincə, bu məsələ mülkiyyətə dair şəri bir dəlil (əmarə) sayılır. Deməli, əgər vərəsələrin oraya sahib olmaması sübut olunsa, yaxud başqalarının mülkiyyətində olması sübuta yetsə, bu halda vərəsələrin onun özünü, yaxud əvəzini tələb etməyə haqları yoxdur. Əks halda isə “zul-yəd” (ixtiyarında olan) qanununun tələbinə görə onun özünün, yaxud əvəzinin qaytarılmasını tələb edə bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (2) : Hakimin müsadirə olunmasına hökm çıxardığı bir torpaq sahəsində əvvəlki sahibinin razılığı olmadan məscid tikmək caizdirmi? Bu kimi məscidlərdə namaz və sair dini ayinləri yerinə yetirmək caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər o torpaq sahəsi, şəriət hakiminin hökmü, yaxud İslam dövlətinin qüvvədə olan qanunu əsasında müsadirə olunubsa, yaxud da onu iddia edənlərin əvvəllər o torpağa şərən malik olmaları sübuta yetməyibsə, o yerdə təsərrüf etmək onda mülkiyyət iddiası edən şəxsin, yaxud əvvəlki sahibinin icazəsinə bağlı deyil. Buna görə də orada məscid tikilməsinin və (tikildikdən sonra) orada namaz və sair kimi ibadətlərin yerinə yetirilməsinin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (3) : Bir nəfər əlli il bundan qabaq bir qədər torpaq sahəsi almışdır. Onun mülkiyyət sənədində uca dağ həmin sahənin sərhəddi kimi qeyd olunduğunu əsas tutaraq (onun sahibi) hal-hazırda iddia edir ki, ümumi torpaq sahəsindən milyonlarla kv. metr, eləcə də onun aldığı yer ilə uca dağ arasında yerləşən məntəqədə tikilən onlarla qədim ev onun mülküdür. Həm də iddia edir ki, bu ərazi və evlərin əhalisinin qıldığı namazlar qəsbi yerdə qılındığı üçün batildir. Qeyd olunmalıdır ki, bu ərazilərdə yerləşən qədim yaşayış evlərindən heç bir şəkildə istifadə (təsərrüf) etmirdi. Eləcə də yüz illərdən bəri o ərazilərin vəziyyətini təyin edəcək dəlillər də yoxdur. Bu məsələnin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Alınan yer ilə sənəddə sərhəd kimi qeyd olunan dağın arasında yerləşən ərazilər, konkret bir şəxsin mülkü olmayan yerlərdən olmuşsa, yaxud əvvəllər bir kimsənin ixtiyarında olduqdan sonra onlardan hal-hazırda istifadə edənlərin ixtiyarına (mülkiyyətinə) keçibsə, bu halda hər kəs hal-hazırda öz ixtiyarında olan o torpaqlardan və ya evlərdən hər hansı miqdarda olursa olsun, bir malik kimi istifadə edirsə, onlarda mülkiyyət iddiasında olan şəxs, səlahiyyətli məhkəmədə və şəriət qanunlarına əsasən, öz iddiasını isbat etməyincə, onların əlində olanların bu mülklərdə etdiyi təsərrüflərin halal və mübah olmasına hökm olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (4) : Adi vəsiyyət sənədində atanın adına olan bir torpaq sahəsi vardır. Bir müddətdən sonra oranı kiçik oğlunun adına rəsmi sənədləşdirir. Lakin hələ bu torpaq sahəsi atanın ixtiyarındadır. Oğlu həddi-büluğa çatandan sonra iddia edir ki, torpaq sahəsi onun mülküdür, çünki rəsmi dövlət sənədində onun adına yazılmışdır. Ata isə deyir ki, oranı öz pulu ilə və özü üçün almışdır, vergi rüsumu nisbətən az olsun deyə, oğlunun adına saldırıb. Əgər oğlu o torpaq sahəsini atanın icazəsi olmadan öz ixtiyarına keçirib ondan istifadə etsə, qasib (qəsb edən) sayılırmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Torpaq sahəsini özü üçün alan ata, oğlun həddi-büluğa çatdığı vaxtdan sonraya qədər onda özü təsərrüf edirdisə, bu halda oğul atanın həmin sahənin ona hədiyyə etdiyini və mülkiyyəti onun ixtiyarına keçirməsini isbat etməyincə, sadəcə rəsmi dövlət sənədində onun adına olmasını əsas tutaraq atasına, onun öz mülkündə mane olub ondan istifadə etməsinin qarşısını almağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (5) : Mən bir qədər torpaq sahəsi almışam. Ora məndən qabaq bir neçə müştərinin əlindən gəlib keçmişdir. Mən onu aldıqdan sonra orada bir ev tikmişəm. İndi bir nəfər iddia edir ki, bu torpaq sahəsi onun mülküdür və onu İslam inqilabından qabaq rəsmi dövlət sənədi ilə öz adına sənədləşdiribdir. İndi mənim və bir neçə qonşumun əleyhinə məhkəməyə şikayət edib. O şəxsin iddiasını nəzərə alaraq mənim bu torpaq sahəsində etdiyim təsərrüflər qəsb sayılırmı?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Torpağın əvvəlki şəxsdən alınması şəriət qanunlarının zahirinə əsasən düzgün sayılır və torpaq sahəsi müştərinin mülküdür. Torpağa əvvəlki malikiyyətini iddia edən şəxs məhkəmədə şəri cəhətdən öz mülkü olmasını isbat etməyincə, hazırda torpaq ixtiyarında olan şəxsə və hazırkı sahibinə heç bir vəchlə mane ola bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (6) : Bir nəfər bir qədər torpaq sahəsini özünün kiçik oğlunun adına alır və adi sənəddə oğlunun adına belə yazdırır: “Satan filankəs, müştəri isə öz oğlu filankəsdir”. Kiçik oğlan həddi-büluğa çatandan sonra bu torpaq sahəsini başqasına satır, amma atanın sair varisləri bu torpağın alındığı zaman yazılan adi sənəddə atanın adı olmadığı halda atadan onlara çatan irs olduğunu iddia edib öz ixtiyarına keçirib. Bu halda, onlar torpağı almaq istəyən müştərinin işinə maneçilik törədə bilərlərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kiçik oğlun adının sadəcə müştəri kimi alış-veriş sənədində olması onun o torpağa malik olmasına əsas ola bilməz. Belə ki, atanın öz malından aldığı bu torpağı öz oğlu üçün hədiyyəə etməsi və ya (razılaşma yolu ilə) ona verməsi sübuta yetsə, bu halda torpaq sahəsi onun olacaqdır. O da həddi-büluğa çatdıqdan sonra şəri nöqteyi-nəzərdən düzgün olan tərzdə ikinci bir müştəriyə satsa, heç kəsin mane olub torpaq sahəsini ondan almağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (7) : Malikin icazəsi olmadan şəxsi ərazi və bağdan mədən kəşf etmək və çıxartmağın hökmü nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Mədən yer sahibinin malıdır. malikin icazəsi olmadan çıxartmaq səhih deyil. Çıxardılan malın hamısı torpaq sahibinindir. hal-hazırki şəraitdə İran İslam respuplikasının qanunlarına uyğun olmalıdır. Əgər nisab həddinə çatsa, xumsu vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (8) : Əgər bir şəxs bir nəfərin malını qəsb ya tələf etsə, sonradan peşiman olub əvəzini ödəmək istəyirsə tələf olan zamanın qiyməti ilə ödəməlidir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Gərək hazırki günün qiyməti ilə hesablayıb ödəsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) : Şəri hökmü bilməyən uşaq bir şeyi oğurlayıb, həddi-buluğ olub şəri hökmü biləndən sonra vəzifəsi nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər həmin mal mövcud olsa, gərək onu sahibinə qaytarsın və əgər mövcud olmasa onun mislini yaxud qiymətini ona ödəsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) : On il əvvəl bir uşaq gözəl bir əşyanı mağazadan götürüb, indi həddi buluğ olub və həmin əşya mövcud olduğundan – lakin bir qisməti azalıb – onu qaytarmaq istəyir. Bir tərəfdən də dükan sahibinin dəyişdiyi ehtimal verilirsə, vəzifə necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Təhqiqat etmək lazımdır. dükan sahibini yaxud onun övladlarını tapıb məsələni onlarla aydınlaşdırsın. Əgər müvəffəq olmasa hazırki qiymətlə hesablayıb onun tərəfindən sədəqə versin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP