Sual (1) : Salam. belə bir sual var. Bir adam Quran oxumaq niyyətilə dəstəmaz alıb. Quran oxumazdan qabaq bu dəstəmazla namaz qıla bilər? yoxsa əvvəl Quran oxusun, sonra onunla namaz qılsın?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur və Quran oxumazdan öncə həmin dəstəmazla namaz qıla bilər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Salam aleykum! Destemaz alarken melumdur ki, suyu yuxaridan ashagiya dogru tokmek lazimdir. Sonradan eli qolun uzerinde yuxari ve ashagi aparmaq destemazi batil edir ya yox? Mumkun olsa muxtelif mucteidlerin bu barede baxishlarini yazin. Allah razi olsun!
Ad: Azer, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Еhtiyаt-vаcibә görә üzü yuхаrıdаn аşаğı yumаq lаzımdır: Aşаğıdаn yuхаrı yuyulаrsа, dәstәmаz bаtildir. Әllәri dә dirsәkdәn bаrmаqlаrın ucunа tәrәf istiqаmәtdә yuyulmаlıdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : salam aleykum. 1.Mazaqlasma zamani kisi ile qadinin bir-birlerine ayib yerlerinin adini cekmesi ve bu kimi mueyyen sozleri demesi haramdir? 2.heyz ve musteheb qusullardan sora destemaz vacibdi? 3.içki olmayan Çalğılı toy ne üçün haramdır?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Haram deyil. Ər-arvad özləri arasında bir-birlərinin cinsi ehtiraslarını təhrik edən və spermanın xaric olmasına səbəb olan söhbətlər edə bilərlər. Baxmayaraq ki, ayıb sözləri dilə gətirmək bəyənilmir.
2. Heyz və şəriətdə müstəhəb olması sübuta yetmiş qüsllərdən (cümə qüslü kimi) sonra dəstəmaz almadan namaz qılmaq olar. Qeyd edək ki, cənabət qüslündən sonra namaz qılmaq istəsəniz, dəstəmaz almamalısınız.
3. Belə toyların haramlığı orda ifa olunan haram musiqilərə əsasəndir-istər içki olsun, istərsə də olmasın.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : aleykum bir sualim var xahiw edirem cavablandirasiniz sualima gore bagiwlayin hamamda cimerken deyirler alt geyimi olmalidir bilmek isteyirikki alt geyimi olsada insanin butun beden uzvleride ottulmelidirmi? Sistani agaya teqlid edirik tewekkurler.
Ad: Narman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Hamamda yuyunarkən alt geyimin olması lazım deyil. Lakin müstəhəbdir ki, hamamda insan bədəni göbəkdən dizə qədər bir parça ilə örtsün və bu parça fitə adlanır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (5) : Bir şəxs cənabət qüslünün yerinə qüsl əvəzindən olan təyəmmüm alarsa, məscidə girə və ya Quran kəlmələrini məsh edə bilərmi?
Ad: Samir, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təyəmmüm icazəli olan yerlərdə təharət (paklıq) şərt olan işlərin hamısını yerinə yetirmək olar.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Xal döydürməyin hökmü nədir? Dəstəmaz və qüsl üçün problem yaradırmı?
Ad: Zamiq, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bədənə xüsusi bir zərər yetirməsə və əxlaqsız şəkillər olmasa caizdir. Hər bir halda dəstəmaz və qüsl üçün problem yaratmır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Salam, dəstəmazda qolun yaş olmasının işkalı var ya yox?
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İradı yoxdur. Təkcə baş və ayaqlarda məshin yerlərinin quru olması vacibdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Aşağıdakılar dəstəmaz üçün maneə sayılırmı və dəstəmazdan qabaq onları aradan aparmaq lazımdırmı? 1) Neftin ləkəsi ki, su ilə yuyandan sonra əldə qalır və kamil şəkildə aradan getmir. 2) Bəzi yeyinti məhsullarının dəriyə sürtülməsi nəticəsində əldə qalan rəng. Məsələn, qoz qabığının ləkəsi. Hansı ki, bir müddət sonra aradan gedir. 3) Sement və gips ləkəsi. 4) Diyircəkli və ya mürəkkəbli qələmlə dəstəmaz üzvlərinə xətt çəkilərsə. 5) Əllər elə maneəyə bulaşmışdır ki, nəcis deyil lakin gec (məsələn, 10 günə) aradan gedir.
Ad: Nadir, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər bu şeylərdən suyun dəriyə çatmasına mane olan maddə əlin üzərində qalmasa, hərçənd rəngi və ya yağı qalsa belə dəstəmaz üçün maneçilik yaratmır. Lakin suyun dəriyə çatmasına maneçilik törədərsə və onu hələlik aradan aparmaq mümkün olmasa, cəbirə dəstəmazının hökmlərinə uyğun əməl etməlidir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : Essalamu aleykum.Mən başqa müctəhidin belə bir fətvasını oxudum ki,qadın mazaqlaşan zaman onnan şəhvətlə xaric olan suyun sperma olub olmadigna şek etsə cənabət qüslu almalıdır.Bilmək istəyirəmki qadın spermanı tanımırsa özünnen gələnin məzi olduğnu zənn edərsə qıldığı namazlar batildi? 1)Qadin öz əri ilə mazaqlaşan zaman və adi vaxtlarda qadından gələn su bildiymə görə məzi hökmündədir? 2)məzi dəstəmazı,batil edir? 3)namazda qadınnan həmin su xaric olsa nə etməlidi? 4)cənabət qüslu vacib olurmu? 5)qadın özünnün gələnin məni(sperma) ya məzi olduğnu necə ayırd edə bilər? xahiş edirəm izah edəsiniz.şəriət kitabını oxusamda tam anlamaqda acizlik çəkirəm.
Ad: Leyli, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim

Qadınlarda mazaqlaşan zaman, yaxud şəhvət yaradan şeyləri təsəvvür etməklə hiss etdikləri zaman xaric olan rütubət pakdır, qüslü yoxdur, dəstəmazı da batil etmir. Amma qadınlarda şəhvətlə çıxan, "inzal" adlana biləcək həddə olan və libaslarını aludə edən, adətən də şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət murdardır və cənabətə səbəb olur. Əgər bu əlamətlər olmasa, inzal deyil və ondan xaric olan maye pakdır.
1. Bəzən şəhvət hissinin təhrik olunmasından (yaxud həyat yoldaşı ilə mazaqlaşmasından) sonra insandan xaric olan maye məzi adlanır və pakdır.
2. Məzi dəstəmazın batil olmasına səbəb olmur. Ümumiyyətlə, dəstəmazı 7 şey batil edir və onlar aşağıdakılardır: 1. sidik, 2. nəcis, 3. mədə və bağırsaqdan gəlib ğaitin məxrəcindən çıxan yel, 4. özün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz, 5. Ağılı aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi, 6. qadınların istihazə halları, 7. cünub olmaq, hətta ehtiyat müstəhəbb olaraq qüslü vacib edən hər bir iş dəstəmazı pozar.
3 və 4
. Məzi dəstəmazı və namazı batil etmir, qüslə də səbəb olmaz.
5. Ayətullah əl-üzma Sistaninin nəzərinə əsasən, qadından sperma xaric olmur və ondan inzal xaric olur. Bu maye murdardır, cənabət qüslünə də səbəb olur. Bunun əlamətini yuxarıda dedik. Yəni, qadın şəhvətin ən şiddətli və yüksək durumunda olduğu halda ondan xaric olan maye inzaldır.
Xahiş edirik ki, hər məktubunuzda 3-dən artıq sual olmasın.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (10) : salam aleykum ve rehmetullah ve bereketuhu. men hemishe destemaz alanda ayagimin topuq hissesini yere qoyub on hissesini ise qaldirib mesh cekerdim.. kecen defe imam xomeyninin risalesinde oxudumki ayaq gerek mesh cekilerken yerde ola, yoxsa destemaz batildi. indi bele olan halda menim destemazlarimin hokmu nedir? birde meftihde weyx abbas qummi deyir, cume quslu vere bilmeyen shexs gerek shenbe gunu onun qezasin vere. cume quslu vacibdirmi? ve eger verilmese qeza etmek vacibdirmi?
Ad: müşərrəf, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
1. Bаşа vә yа аyаğın üstünә mәsh çәkmәkdә әli оnlаrın üstünә çәkmәk lаzımdır; әgәr әli sахlаyıb bаşı vә yахud аyаğı hәrәkәt еtdirsәlәr, dәstәmаz bаtildir. Аmmа әli mәsh üçün çәkәndә bаş vә yахud аyаq аzаcıq hәrәkәt еtsә еybi yохdur.
2. Cümə qüslü vacib deyil, amma təkidli müstəhəblərdəndir və onun qəzası da vacib yox, müstəhəbdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP